Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6368/2025 29.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi və sair» tələblərinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin adına qeydiyyyat alnmış M.A.Abbaszadə küçəsi, 83 saylı əmlaka dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi və birgə əmlakın bölünməsi, payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-ci maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırkı iş üzrə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi və birgə əmlakın bölünməsi, payın müəyyən edilməsi barədə tələblər irəli sürmüşdür. Lakin iddiaçı ərizəsinin xahiş hissəsində etibarsız hesab olunmasını xahiş etdiyi bağışlama müqaviləsini, ləğv olunmasını xahiş etdiyi çıxarışı, bölünməsini xahiş etdiyi birgə əmlakı və müəyyən olunmasını xahiş etdiyi payları dəqiq göstərməmişdir. Məhkəmə tərəfindən dəqiq olmayan tələb(lər) araşdırıla bilməyəcəyi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti, pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. Məhkəmə iddiaçıya izah edir ki, nöqsanlar aradan qaldırıldıqdan sonra tələbi dəqiq müəyyən etməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi və sair» tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-6368/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6368/2025
29.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver