Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-276/2025 09.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı müqavilələrin etibarsız hesab olunması, mənzillərin təhvil verilməsi, mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərdən sərbəst istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı müqavilələrin etibarsız hesab olunması, mənzillərin təhvil verilməsi, mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərdən sərbəst istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 10 may 2016-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh3 arasında Xırdalan şəhəri Bakı - Quba avtomagistralılının 14-cü kilometrliyinin qərb hissəsində Cavabdeh3 MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1 mərtəbəsində nömrəsiz qeyri-yaşayış sahəsini 1 mərtəbəsində sahəsi 120 kv.m olan sahənin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, - 17 Dekabr 2022-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında Xırdalan şəhəri Bakı - Quba avtomagistralılının 14-cü kilometrliyinin qərb hissəsində Cavabdeh3 MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1 mərtəbəsində nömrəsiz qeyri-yaşayış sahəsini 1 mərtəbəsində sahəsi 120 kv.m olan sahənin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, - Xırdalan şəhəri Bakı - Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində Cavabdeh3 MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1 mərtəbəsində nömrəsiz qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində sahəsi 120 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi, qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsindən sərbəst istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, Cavabdeh3 ilə 09 yanvar 2015-ci il tarixdə 04 nömrəli müqavilə bağlayaraq Cavabdeh3 tərəfindən Xırdalan şəhəri Bakı - Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1 mərtəbəsində nömrəsiz qeyri-yaşayış sahəsini 1-ci mərtəbəsində sahəsi 250.82 kv.m olan sahənin hər kvadrat metri 1200 manat olmaqla, ümumilikdə 300000 manata alıb. Müqavilənin tam dəyəri ödənildikdən sonra Cavabdeh3 möhürü və sədrinin imzası ilə maliyyə arayışı tərtib edilərək İddiaçı təqdim edilib. 9 il keçməsinə baxmayaraq cavabdeh qyeri-yaşayış sahəsini iddiaçıya təhvil verməyib. Bu yaxınlarda iddiaçıya məlum olub ki, həmin qeyri-yaşayış sahəsi heç bir əsas olmadan başqa şəxslərə satılıb. Belə ki, cavabdeh 10 may 2016-cı il tarixdə 98 saylı müqavilə ilə Cavabdeh1 və 17 Dekabr 2022-ci il tarixdə həmin qeyri-yaşayış sahəsini Cavabdeh2 satıb. Hər iki müqavilə etibarsız hesab edilməli, qeyri yaşayış sahəsi İddiaçı təhvil verilməli, həmin qeyri-yaşayış sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququ tanınmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh Çinar-AN” MTK məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, iddiaçı tərəfindən təqdim edilmiş 09 yanvar 2015-ci il tarixli müqaviləyə onun nümayəndəsinin və arvadının ərizəsi əsasında xitam verildiyini və onun tərəfindən ödənilmiş vəsaitin geri qaytarıldığını, hal-hazırda həmin əmlakın Cavabdeh2 istifadə və sahibliyində olduğunu, və iddianın əsassız olması səbəbindən rədd edilməsini xahiş etmişdir. Geri qaytarılmış vəsaitlə bağlı MTK hər hansı bir məsuliyyət daşımadığını, bütün hərəkətlər iddiaçının notariat orqanı vasitəsi ilə verdiyi etibarnamə əsasında çıxış edən nümayəndəsi və rəsmi arvadının iştirakı ilə aparıldığını, əmlakın artıq başqa şəxslərin qanuni istifadə və sahibliyində olduğunu, bildirmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, mübahisə predmeti olan qeyri-yaşayış sahəsindən notarial qaydada təsdiqlənmiş ərizə ilə Cavabdeh3 MTKnin xeyrinə imtina etmişdir. Bu səbəbdən o, bu tələb üzrə cavabdeh kimi çıxış etməməlidir. Qeyd olunanları nəzərə alıb, iştirakı olmadan işə baxıb, ona qarşı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair müqaviləni Cavabdeh3 ilə 09 yanvar 2015-ci il tarixdə bağlamışdır. Həmin qeyri-yaşayış sahəsinin dəyərini tam şəkildə Cavabdeh3nə ödəyərək maliyyə arayışı almışdır. 2018-ci ildə həmin qeyri-yaşayış sahəsinin bir hissəsini X9, yerdə qalan hissəni 2019-cu ildə Eldar Səfərova satmışdır. Həmin əmlakın 120 kv.metr hissəsi ona təhvil verilməlidir. Həmin hissə təmirsizdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Abbas Dadaşova etibarnamə vermişdir. 2022-ci ilin avqust ayında Abbas Dadaşov onun adından ərizə yazıb, saxtakarlıq edərək, öz maraqlarına xidmət etmək üçün ona məxsus əmlakdan imtina etmişdir. Bütün olanlara görə o, həmin etibarnaməni xx.xx.2022ci il tarixdə ləğv etmişdir. xx.xx.2022-ci ildə Cavabdeh1 nümayəndəsi Nurlan Kərimli Cavabdeh3Mənzil Tikinti Kooperativinə müraciət edərək bir çox yaşayış və qeyri-yaşayış sahələrini o cümlədən sözügedən 120 kv.metr qeyri-yaşayış sahəsinin təhvil verilməsini xahiş etmişdir. Onun Cavabdeh3nə ünvanladığı müraciətinə müsbət baxılmadığı üçün Cavabdeh1 qeyd edilən 120 kv.metr və digər əmlakların ona təhvil verilməsi, sahiblik və istifadə hüququnun tanınması tələbinə dair və üzərinə həbs qoyulması üçün Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sözügedən 120 kv.metr qeyriyaşayış sahəsinin və digər əmlakların üzərinə Abşeron rayon məhkəməsinin hakimi Habil Əhmədov tərəfindən qəbul edilmiş qərardadla həbs qoyulmuşdur. Cavabdeh1 iddiasından imtina etdiyi üçün Abşeron Rayon Məhkəməsinin hakimi Habil Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardadla 2(012)-3737/2022 saylı mülki işə xitam verilmişdir. Mülki işə xitam verilsə də sözügedən 120 kv.metr qeyri-yaşayış sahəsi və digər əmlaklar üzərindən həbs götürülməmişdir. 07 dekabr 2022-ci ildə Cavabdeh3 nümayəndəsi X24 ilə Cavabdeh1 nümayəndəsi X13 arasında notarial qaydada müqavilə bağlanmışdır. Həmin müqavilədən görünür ki, tərəflər aralarında razılığa gəlmiş, razılığa əsasən Cavabdeh3 Cavabdeh1 ilə D girişinin 10-cu mərtəbəsində 2 otaqlı 90.24 kv.metr, C girişinin 10-cu mərtəbəsində 2 otaqlı 87.09 kv.metr, H girişinin 10-cu mərtəbəsində 3 otaqlı 87.09 kv.metr, D girişinin 10-cu mərtəbəsində 114.14 kv.metr, F girişinin 10-cu mərtəbəsində 114.14 kv.metr olan əmlakların müqavilələrini tanımış və həmin müqavilələr üzrə öhdəliyi yerinə yetirmişdir. Həmin bağlanmış müqavilədən görünür ki, Cavabdeh1 sözügedən 120 kv.metr qeyri-yaşayış sahəsindən imtina etmişdir. Tərəflər arasında qeyd etdiyi formada müqavilə bağlanılıb razılaşma olmasına baxmayaraq Cavabdeh3nə sədrlik səlahiyətlərini həyata keçirən X24 qanunsuz olaraq X5 almış olduğu ərizə əsasında sözügedən 120 kv.metr qeyri-yaşayış sahəsini 17 dekabr 2022-ci il tarixli müqavilə ilə Cavabdeh2 adına keçirmişdir. X30 tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, Cavabdeh1 sözü gedən 120 kv.metr qeyri-yaşayış sahəsi ilə bağlı iddiadan imtina etmişdir. X24 ilə Cavabdeh1 nümayəndəsi X13 arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli notarial müqavilədən görünür ki, Cavabdeh1 sözü gedən 120 kv.metr qeyri-yaşayış sahəsindən imtina etmişdir. Bütün bunlara baxmayaraq X24 öz qanunsuz hərəkətlərini davam etdirərək 07 dekabr 2022-ci ildə əmlakdan imtina edən, 09 dekabr 2022-ci ildə iddiadan imtina edən Cavabdeh1 nümayəndəsi X6 adından sözü gedən 120 kv.metr qeyriyaşayış sahəsinə dair 17 dekabr 2022-ci ildə heç bir hüquqi əhəmiyyəti olmayan ərizə alıb həmin qeyri-yaşayış sahəsini Cavabdeh2 adına keçirtmişdir. Həmin qeyri-yaşayış sahəsinin üzərindən həbs götürülmədiyi üçün həmin sahənin özgənikiləşdirilməsi Cavabdeh3nə qadağan edilməsinə baxmayaraq MTK sədri məhkəmənin qərardadına əhəmiyyət belə verməmişdir. Bundan başqa tərəfinizdən keçirilən məhkəmə iclasları zamanı sözügedən qeyri-yaşayış sahəsinə yerli baxış keçirilməsini 24 noyabr 2024-cü ilə təyin etmənizə baxmayaraq həmin yerli baxışın keçirilməsi ləngidiyi üçün Cavabdeh3 sədri səlahiyyətlərini icra edən X24 qeyri-yaşayış sahəsinə yerli baxış keçirilməzdən 2 gün əvvəl qaynaq aparatı yerləşdirərək güya oradan istifadə etdiklərini göstərmişdir. Həmçinin Cavabdeh3 məhkəmənin elektron sisteminə yerləşdirdiyi məlumatdan görünür ki, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən onun ödədiyi vəsait geri qaytarılmışdır. Həmin məlumat doğru və düzgün deyildir. Ona heç bir vəsait ödənilməyib, əgər ödənilibsə bunu təsdiq edən sənəd varmı? X14 onun adından yazmış olduğu ərizə saxtadır, o, özünün və təmsil etdiyi Cavabdeh3Mənzil Tikinti Kooperativinin maraqlarına xidmət etmək üçün bu qanunsuz işləri görmüşdür. "xxxx"Mənzil Tikinti Kooperativinin sədri səlahiyyətlərini həyata keçirən X14 iddiadan və əmlakdan imtina etmiş şəxsin adından ərizə alıb üzərində həbs olan əmlakı digər şəxsin adına qanunsuz olaraq keçirməsi məhkəməyə təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmışdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, bildirdi ki, 9 yanvar 2015-ci ildə iddiaçı ilə Cavabdeh3 MTK arasında müqavilə bağlanıb. 2016-cı ildə Cavabdeh1 adına, 2022-ci ildə Cavabdeh2 adına rəsmiləşdirilib. Cavabdeh3 MTK qanunsuz əməllərini həyata keçirmək üçün müxtəlif yollardan istifadə edilib. Əmlak faktiki olaraq iddiaçıya təhvil verilməyib. Məhkəməyə Cavabdeh3 MTK tərəfindən göndərilmiş məktub və ərizələrdə olan məlumatlarda ziddiyyət vardır. Yola düşən hissə faktiki olaraq iddiaçının istifadəsinə verilməyəcək. Çünki həmin hissə təcili keçid üçün nəzərədə tutulub. Cavabdeh3 MTK konkret bir fikir ifadə etmir. Hər dəfə ayrı məzmunda məlumat verir. İddiaçı etibarnaməni ləğv etdiyini şifahi formada bildirib, yazılı formada qarşı tərəfə bildirməyib. İddiaçının yoldaşı Cavabdeh3 MTK-nın rəhbərinin qızıdır və ailə münasibətlərində olan problemlər də bu işə təsir edib. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2015-ci il tarixli 04 saylı müqavilənin surətindən görünür ki, Əliyev X15 şəhəri Bakı - Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində Cavabdeh3 MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1 mərtəbəsində nömrəsiz qeyri-yaşayış sahəsini 1 mərtəbəsində sahəsi 250.82 kv.m olan sahənin kvadratmetri 1200 manata, ümumi dəyəri 300000 manata Cavabdeh3 MTK-dan almışdır. - Maliyyə arayışından görünür ki, İddiaçı qeyd olunan qeyri-yaşayış sahəsinə görə pay dəyəri kimi ümumilikdə 300000 manat pulu Cavabdeh3 MTK-ya ödəmişdir və kooperativə borcu yoxdur. - xx.xx.2016-cı il tarixli 98 saylı müqavilənin surətindən görünür ki, Yusifov X11 şəhəri Bakı - Quba avtomagistralılının 14-cü kilometrliyinin qərb hissəsində Cavabdeh3 MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının 1 mərtəbəsində E nömrəli qeyriyaşayış sahəsinin E mərtəbəsində sahəsi 120 kv.m olan sahənin kvadratmetri 1000 manata, ümumi dəyəri 120000 manata Cavabdeh3 MTK-dan almışdır. - Maliyyə arayışından görünür ki, Cavabdeh1 qeyd olunan qeyri-yaşayış sahəsinə görə pay dəyəri kimi ümumilikdə 120000 manat pulu Cavabdeh3 MTK-ya ödəmişdir və kooperativə borcu yoxdur. - xx.xx.2016-cı il tarixli 98 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh2 Xırdalan şəhəri Bakı - Quba avtomagistralılının 14-cü kilometrliyinin qərb hissəsində Cavabdeh3 MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının E bloku qeyriyaşayış hissəsində nömrəsiz qeyri-yaşayış sahəsinin sahəsi 120 kv.m olan sahənin kvadratmetri 1200 manata, ümumi dəyəri 144000 manata Cavabdeh3 MTK-dan almışdır. - Maliyyə arayışından görünür ki, Cavabdeh2 qeyd olunan qeyri-yaşayış sahəsinə görə pay dəyəri kimi ümumilikdə 144000 manat pulu Cavabdeh3 MTK-ya ödəmişdir və kooperativə borcu yoxdur. - Cavabdeh tərəfindən işə əlavə edilmiş AR-İİ 719704 saylı, xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən X17 müəyyən səlahiyyətləri o cümlədən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam verməyi; buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bagışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, ipoteka (girovdan) azad etmək, özəlləşdirmək, icarəyə və kirayə vermək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, zəruri sənədləri təhvil verməyi, rüsumları, kommunal və digər xərcləri ödəməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ya ondan imtina etməyi, vərəsəlik hüququ haqqında – şəhadətnamə almağı, MTK-larda adına olan evi qəbul etməyi və ondan imtina etməyi (imtina ərizələri yazmağı)sənədləşmə işini aparmağı ... və digər səlahiyyətləri etibar etmişdir. - İddiaçı tərəfindən Cavabdeh3 MTK-ya ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı Çinar-N MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1-ci mərtəbəsində yerləşən 250,82 kv. metr sahədən ibarət qeyri yaşayış sahəsindən və pay hüququndan imtina edir. Həmin pay hüququnun satılmasına, MTK-ya geri qaytarılmasına, müqaviləyə xitam verilməsinə və digər şəxsin adına keçirilməsinə və ya dəyişdirilməsinə etirazı yoxdur. Gələcəkdə qeyri-yaşayış sahəsinə və ödədiyi pula dair Çinar-AN MTK-nə qarşı heç bir tələbi olmayacaqdır. Ərizəni İddiaçı nümayəndəsi X24 imzalamışdır. - X7 tərəfindən Cavabdeh3 MTK-ya ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X2-AN MTK-da əri İddiaçı adına rəsmiləşdirilmiş bütün pay hüquqlarından imtina edir. Pay hüquqlarının satılmasına, MTK-ya geri qaytarılmasına, müqavilələrə xitam verilməsinə və digər şəxslərin adına keçirilməsinə və ya dəyişdirilməsinə etirazı yoxdur. Gələcəkdə hər hansı bir yaşayış və ya qeyri-yaşayış sahəsinə və ödənilmiş pula dair Çinar-AN MTK-nə qarşı heç bir tələbi olmayacaqdır. - AZ-T 070802 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X7 arasında xx.xx.2003-cü il tarixdə Səadət Sarayında 2469 saylı akt qeydi ilə nikah qeyd edilmiş, nikahdan sonra ərə Əliyev, arvada Fərəcova soyadı verilmişdir. - Cavabdeh1 tərəfindən "xxxx" MTK-ya ünvanlanmış notarial qaydada tərtib edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o ,"xxxx" MTK-nın inşa etdiyi binada adında olan və Abşeron rayonu, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının, E blok, 1-ci mərtəbəsində yerləşən 120 kv.m ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsindən və pay hüququndan imtina edir. Həmin pay hüquqlarının satılmasına, MTK-ya geri qaytarılmasına, müqaviləyə xitam verilməsinə və digər şəxsin adına keçirilməsinə (Dəyişdirilməsinə) etirazı yoxdur, razıdır. Gələcəkdə göstərilən qeyri-yaşayış sahəsindən və ödədiyi pula dair "xxxx"MTK-ya qarşı heç bir iddiası olmayacaq. - Abşeron Rayon Məhkəməsinin 2(012)-3737/2022 saylı, xx.xx.2022-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh3 MTK-ya qarşı yaşayış sahələrinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MTK- ya qarşı müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ tanınmaqla istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MTK- ya qarşı müqavilənin etibarsız hesab edilməsi və əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. - Abşeron Rayon Məhkəməsinin MTT(012)-117/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş. Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində D nömrəli qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində sahəsi 450 kv.m olan sahənin; Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok 1-ci mərtəbəsində, qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində sahəsi 300 kv.m olan sahənin; Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 10-cu mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 132 kv.m olan 3A saylı mənzilin; Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 16-cı mərtəbəsində 2,3,3 otaqdan ibarət (ümumi 3 mənzil) ümumi sahəsi 344.41 kv.m olan 2A, 3A, 3B saylı mənzillərin; Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 9-cu mərtəbəsində 3,3 otaqdan ibarət (ümumi 2 mənzil) ümumi sahəsi 263.35 kv.m olan 3A, 3B saylı mənzillərin; Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 13-cü mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 132.27 kv.m olan 3B saylı mənzilin; Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 14-cü mərtəbəsində 3,3 otaqdan ibarət (ümumi 2mənzil) ümumi sahəsi 263.35 kv.m 3A, 3B saylı mənzillərin; Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 132.27 kv.m olan 3B saylı mənzilin; Abşeron rayonu Xırdalan şəhəri, Bakı- Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində E nömrəli qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində sahəsi 120 kv.m olan sahənin; Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının H blok, 10-cu mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 114 kv.m olan mənzilin; Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok, 10-cu mərtəbəsində 2,2,2,2,3 otaqdan ibarət (ümumi 5 mənzil) ümumi sahəsi 434.31 kv.m olan mənzillərin; Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok, 10-cu mərtəbəsində 2,3,2 otaqdan ibarət (ümumi 3 mənzil), ümumi sahəsi 281.45 kv.m olan mənzillərin; Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının F blok, 10-cu mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 114 kv.m olan mənzilin; Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsi ünvanında inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının H blok, 10-cu mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 87.09 kv.m olan mənzilin özgəninkiləşdirilməsi, hər hansı formada yüklü edilməsi, həmin sahələrə dair istənilən əqdlərin bağlanması, həmin sahələrdə yenidənqurma, təmir işlərinin aparılması Cavabdeh3 MTK-ya qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. - Abşeron Rayon Məhkəməsinin e-2(012)-209/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı X8 Cavabdeh3 MTK-ya qarşı qeyri-yaşayış sahələrinin təhvil-verilməsi barədə iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu X10 aid edilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1482/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e- 2(012)-209/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh3 MTK ilə bağladığı 09 yanvar 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Xırdalan şəhəri Bakı - Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində Cavabdeh3 MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1 mərtəbəsində ümumi sahəsi 250.82 kv.m olan nömrəsiz qeyri-yaşayış sahəsini 300000 manata dəyərini tam şəkildə ödəyərək almışdır. Həmçinin Cavabdeh3 MTK 10 may 2016-cı il tarixli müqavilə ilə qeyd edilən qeyri-yaşayış sahəsinin 120 kv.metr sahəsini Cavabdeh1 120000 manat müqabilində, dəyəri tam ödənilməklə satılmışdır. Cavabdeh1 xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən “Çinar-AN" MTK-nın inşa etdiyi binada adında olan və Abşeron rayonu, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının, E blok, 1-ci mərtəbəsində yerləşən 120 kv.m ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsindən və pay hüququndan imtina etmişdir. Həmin ərizədən sonra xx.xx.2022-ci il tarixdə mübahisəli qeyri-yaşayış sahəsi “Çinar-AN" MTK ilə Cavabdeh2 arasındakı müqavilə ilə sonuncuya satılmışdır. Bundan başqa İddiaçı xx.xx.2022-ci il tarixdə ona məxsus bütün əmlaklara, o cümlədən MTK-larda adına olan evi qəbul etməyi və ondan imtina etməyi (imtina ərizələri yazmağı) sənədləşmə işini aparmağa dair X1 vermişdir. Həmin etibarnamə əsasında A.E.Dadaşov ərizə yazaraq, iddiaçıya məxsus Çinar-AN MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1-ci mərtəbəsində yerləşən 250,82 kv. metr sahədən ibarət qeyri yaşayış sahəsindən və pay hüququndan imtina etmiş, həmin pay hüququnun satılmasına, MTK-ya geri qaytarılmasına, müqaviləyə xitam verilməsinə və digər şəxsin adına keçirilməsinə və ya dəyişdirilməsinə etiraz olmadığını, gələcəkdə qeyri-yaşayış sahəsinə və ödədiyi pula dair Çinar-AN MTK-ya qarşı heç bir tələbi olmayacağını bildirmişdir. “Çinar-AN" MTK-nın məhkəməyə ünvanlandığı ərizədən və məhkəmənin xx.xx.2024-cü il tarixli yerli baxış iclasından müəyyən edildi ki, mübahisəli əmlak hazırda Cavabdeh2 istifadə və sahibliyindədir. Hazırda İddiaçı Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında 10 may 2016-ci il tarixli, Cavabdeh2 ilə Cavabdeh3 MTK arasında 17 dekabr 2022-ci il tarixli alqı satqı müqavilələrinin etibarsız hesab edilməsini, Xırdalan şəhəri Bakı - Quba avtomagistralılının 14-cü kilometrliyinin qərb hissəsində Cavabdeh3 MTK tərəfindən tikilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1 mərtəbəsində nömrəsiz qeyri-yaşayış sahəsini 1 mərtəbəsində sahəsi 120 kv.m olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsindən sərbəst istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bu zaman İddiaçı A.E.Dadaşova verilmiş səlahiyyətlərdən sui-istifadə edərək, ona məxsus əmlakın öz xeyrinə özəlləşdirməsinə və Cavabdeh2 ilə Cavabdeh3 MTK arasında 17 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi imzalanan zaman məhkəmənin qərardadına əsasən mübahisəli əmlak üzərində həbsin olduğuna istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X12 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə ilk öncə qeyd edir ki, hər iki tərəflə MTK arasında bağlanmış müqavilələr alqı-satqı müqavilələri kimi görünsə də, əslində podrat müqavilələri hesab olunur və hazırki mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir. Mülki Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Göründüyü kimi, qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh3 MTK arasında bağlanmış alqı-satqı müqaviləsinə təkcə onun hərfi mənası baxımından deyil, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri, müqaviləyə qədərki və sonrakı danışıqları, onun digər şərtləri və mənası baxımından qiymət verilməlidir. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 359-cu maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, xx.xx.2022-ci il tarixli etibarnamə əsasında İddiaçı özünə məxsus bütün əmlaklara, o cümlədən MTK-larda adına olan evi qəbul etməyi və ondan imtina etməyi (imtina ərizələri yazmağı) sənədləşmə işini aparmağa dair X1 vermişdir. Həmin etibarnamə əsasında A.E.Dadaşov ərizə yazaraq, iddiaçıya məxsus Çinar-AN MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının E blok 1-ci mərtəbəsində yerləşən 250,82 kv. metr sahədən ibarət qeyri-yaşayış sahəsindən və pay hüququndan imtina etmişdir. A.E.Dadaşova verilən etibarnamə ona fiziki şəxs qismin verilmiş, etibarnamədə onun hər hansı hüquqi şəxsi təmsil etdiyi göstərilməmişdir. A.E.Dadaşov öz növbəsində xx.xx.2022-ci il tarixli ərizəni yazarkən etibarnamə qüvvədə olmuş və o, həmin ərizəni yazarkən buna səlahiyyəti çatan şəxs olmuşdur. İddia edilənin əksinə A.E.Dadaşov əmlakı öz xeyrinə deyil, Cavabdeh3 MTK-nın xeyrinə imtina etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı (izahatı ilə təsdiq olunur) qeyd edilən etibarnaməni xx.xx.2022-ci il tarixdə ləğv etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında 10 may 2016-cı il tarixli, həmçinin Cavabdeh2 ilə Cavabdeh3 MTK arasında 17 dekabr 2022-ci il tarixli mübahisələndirilən müqavilərlər bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdlərin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmamışdır. Alqı-satqı predmeti daşınmaz əmlak olduğu üçün müqavilə qanunvericiliyin tələb etdiyi tərzdə bağlanılmış və əmlakın dəyəri alıcı tərəfindən MTK-ya tam ödənilmişdir. Əmlak 2022-ci ildən Cavabdeh2 istifadəsindədir. Beləliklə, məhkəmə hesab edir ki, qanuni əsaslarla bağlanmış alqı-satqı müqaviləsinin etibarsızılığı üçün qanunvericiliklə müəyyən edilmiş yuxarıda qeyd edilmiş əsaslardan heç biri mövcud deyildir. Məhkəmə iclasında iddiaçı tərəf əqdin etibarsızlığı barədə dəlillərini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Onun istinad etdiyi yeganə hüquqmüəyyənedici sənəd onunla MTK arasında bağlanmış 09 yanvar 2015-ci il tarixli alqı-satqı müqaviləsi onun (etibarnamə əsasında səlahiyyətli nümayəndəsi) tərəfindən ləğv edilmişdir. Bundan başqa üzərində həbs olan əmlakın satılması ilə bağlı iddiaçının dəlilinə gəldikdə isə, iş materailları ilə bu hal təkzib olunur. Bundan başqa, işdən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərkən qanunvericilikdə nəzərdə tutulmuş kəsici müddəti də ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Hazırki tələbdən isə görünür ki, o, əqdlərin etibarsızlığı barədədir və bu cür tələblər üzrə iddia müddəti 1 ildir (Mülki Məcəllənin 354-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında göstərilmişdir ki, “… mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.”. Məhkəmə qeyd edir ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bu baxımdan müddətin tətbiqi barədə ərizə verilib-verilməməsindən asılı olmayaraq, məhkəmə hazırki mübahisə üzrə İddiaçı iddia müddətini ötürməsi qənaətinə gəlir. Belə ki, işdən görünür ki, iddiaçının iddiasının əsasını onun tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli etibarnamənin ləğv edilməsidir. Çünki onu təmsil edən A.E.Dadaşov ondan xəbərsiz mübahisəli əmlakdan imtina etmiş, məzh bundan sonra Cavabdeh3 MTK mübahisələndirilən müqavilələri bağlamışdır. İddiaçı ona məxsus əmlakdan imtina edilməsindən və əmlakın başqa şəxsə satılmasından xəbər tutduqdan sonra qeyd edilən etibarnaməni xx.xx.2022-ci il tarixdə ləğv etmişdir. Bütün qeyd edilənlərdən görünür ki, iddiaçının mübahisləndirilən əqdlərin mövcudluğundan ən azından etibarnaməni ləğv edərəkən (xx.xx.2022-ci il tarixdən) məlumatı olmuşdur. Hazırki iddia isə xx.xx.2024-cü il tarixdə qaldırıldığına görə İddiaçı əqdin etibarsızlığı barədə Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan 1 illik müddəti (8 ay) ötürmüşdür və istənilən halda bu iddia rədd olunmalıdır. Bununla belə, yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, həmçinin qanunla nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Halbuki, MPM-nin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı müqavilələrin etibarsız hesab olunması, mənzillərin təhvil verilməsi, mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərdən sərbəst istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-276/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-276/2025
09.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver