Məhkəmə qərarları › İş №e-2(012)-5489/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5489/2025

09.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5489/2025 09.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabehlər LPO QSC "xxxx" KB-nin ləğvedicisi Cavabdeh1na, X1 qanuni vərəsəsi Cavabdeh4 və Cavabdeh3 MMC-yə qarşı müqavilənin etibarsız hesab olunması, çıxarışın ləğv olunması və mülkiyyət hüquqlarının tanınması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabehlər LPO QSC "xxxx" KB-nin ləğvedicisi Cavabdeh1na, X1 qanuni vərəsəsi Cavabdeh4 və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" KB QSC ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli İBO-12-1428/5 saylı və xx.xx.2013-cü il tarixli İBO-12-14286/2 saylı ipoteka müqavilələrinin etibarsız hesab olunması; cavabdeh LPO "xxxx" KB QSC-nin adına Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” Yaşayış Kompleksindəki A/47 şəxsi evə dair daşınmaz əmakın dövlət reyestrində aparılmış qeydin və xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması; Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” Yaşayış Kompleksindəki A/47 saylı şəxsi evlə bağlı İddiaçı mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO QSC "xxxx" KB cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ünvan 1 ünvanında, 0,0853 ha torpaq sahəsində yerləşən, 236,48 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın LPO QSC "xxxx" KB-nin ləğvedicisi Cavabdeh1na təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə vəsatət verərək hazırki mülki işin e-2(012)-4611/2025 saylı mülki işə birləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər (nümayəndələri) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hər iki iş üzrə mübahisə predmetləri barədə bağlılıq olduğu üçün işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir və qeyd edir ki, hazırki mülki iş daha əvvəl icraata götürülmüş e-2(012)-4611/2025 saylı mülki işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabehlər LPO QSC "xxxx" KB-nin ləğvedicisi Cavabdeh1na, X1 qanuni vərəsəsi Cavabdeh4 və Cavabdeh3 MMC-yə qarşı müqavilənin etibarsız hesab olunması, çıxarışın ləğv olunması və mülkiyyət hüquqlarının tanınması tələbinə dair e-2(012)- 5489/2025 saylı mülki iş Abşeron Rayon Məhkəməsinin icraatında olan iddiaçı LPO QSC "xxxx" KB-nin cavabdeh İddiaçı qarşı evdən çıxarılma və evin təhvil verilməsi tələbinə dair e-2(012)-4611/2025 saylı mülki işlə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar