Məhkəmə qərarları › İş №2(125)-6378/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6378/2023

30.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6378/2023 30.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə bağlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə iclasında baxılması xx.xx.2023-cü il tarixə, saat 12:15-ə təyin edilmiş və işə baxılmasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər və ya onların nümayəndələri göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev İş № 2(125)-2180/2023 MƏHKƏMƏ BAXİŞ İCLASİNİN PROTOKOLU Gəncə Şəhər Məhkəməsi 30 oktaybr 2023-cü il Gəncə şəhəri X1 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Oktay oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən AR MPM-nin 178-ci maddəsinə əsasən məhkəmə iclasını saat 12:15-da açıq elan edir. Sədrlik edən baxılacaq işi elan edir. Sədrlik edən AR MPM-nin 179.1-ci maddəsinə əsasən proses iştirakçılarının məhkəmə iclasına gəlməsini yoxlayır və sədrlik edən məhkəmə iclasının katibinə həmin iş üzrə çağırılanlardan kimin gəldiyini, gəlməyənlərə məhkəmə bildirişlərinin verilibverilmədiyini və onların gəlməmələrinin səbəbləri barədə nə kimi məlumatlar olduğunu məhkəməyə məruzə etmək üçün söz verir. Məhkəmə iclas katibi AR MPM-nin 179.1-ci maddəsinə əsasən məruzə edərək bildirir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi və mümükünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə müşavirə otağına gedir. Məhkəmə müşavirə otağından qayıtdıqdan sonra iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadı elan edir. Məhkəmə iclası saat 12:35-də bağlı elan edilir. Protokol 30 oktyabr 2023-cü il tarixdə tərtib edildi. Sədrlik edən: Mustafa Mustafayev Məhkəmə iclas katibi: Sərxan Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar