Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6446/2025 11.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)- 419/2025 nömrəli qərardadı ilə xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 1,15 misli həddində sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,5 misli sabit pul məbləği həddində müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ilə Cavabdeh nikahlarını qeydə aldırmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6 adlı bir uşaqları anadan olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-3236/2018 nömrəli qətnaməsi əsasında İddiaçı xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı hər ay vaxtı-vaxtında alimenti ödəmişdir. Daha sonra Gəncə Şəhər Məhkəməsinin 8(125)-419/2025 nömrəli, xx.xx.2025-ci tarixli qərardadı ilə iddiaçıdan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,15 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Belə ki, iddiaçı ağır ürək xəstəsidir. Bundan başqa İddiaçı ikinci dəfə nikaha daxil olmuşdur və bu nikahdan da onun Ruslan adlı bir uşağı vardır. Hal-hazırda Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(075)-140/2025 nömrəli qərardadına görə Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-2203/2025 nömrəli mülki işə baxıb yekun məhkəmə aktı qəbul edilənədək xx.xx.2017-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. İddiaçı bir ata kimi məsuliyyətini dərk edir. Uşaqların saxlanmasının daha yüksək səviyyədə olmasını istəyir. Lakin maddi və ailə vəziyyəti buna imkan vermir. Həmçinin iddiaçının sağlamlığı işləməyə imkan vermir. Buna görə də iddiaçı pensiyaya çıxmaq istəyir .Buna görə də, iddiaçı məcbur olub uşağın saxlanılması üçün müəyyən olunmuş aliment miqdarının azaldılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Sonda Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, xx.xx.2011-ci il tarixdə anadan olmuş X6 beynəlxalq olimpiadalarda iştirak edir. Bundan başqa əlavə repetitor və məşğələlərə hazırlığa gedir. Özü hər nə qədər rəsmi əmək haqqı alsa da hesab edir ki, birgə nikahdan anadan olmuş uşağa baxmaq onunla yanaşı iddiaçının da borcudur. Sonda Cavabdeh iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini (vəkilini) və cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)-3236/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməlidir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-419/2025 nömrəli qərardadından görünür ki, Gəncə Apellyasiya Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-3236/2018 nömrəli qətnaməsi indeksasiya olunmuşdur. xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,15 misli sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(075)- 140/2025 nömrəli qərardadından görünür ki, Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-2203/2025 nömrəli mülki işə baxıb yekun məhkəmə aktı qəbul edilənədək xx.xx.2017-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 48479 nömrəli tibbi arayışın surətindən görünür ki, İddiaçı bir neçə ildir ki, dilatasion kardiomipatiya, ürək çatışmazlığı səbəbindən müalicə alır.CRT cihaz implantasiya olunub. Hazırda vəziyyət stabildir.Davamlı ambulator təqibdədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)-3236/2018 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, həmin aliment Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(125)-419/2025 nömrəli qətnaməsi ilə indeksasiya olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)-3236/2018 nömrəli qətnaməsinin qəbul edilməsindən sonra Cavabdeh ilə yeni işlə təmin olunmuş, İddiaçı səhətindəki ağırlaşmalarla əlaqədar intensiv əmək fəaliyyəti ilə məşğul ola bilməmiş və aylıq qazanc məbləği azalmış, bununla da tərəflərin maddi vəziyyətinə dəyişikliklər baş vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-3236/2018 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin məbləği Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(125)-419/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş və həmin alimentin məbləği faktiki olaraq, hər ay 460 manat məbləğində müəyyənləşdirilmişdir (1,15 x 400 manat). Məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə tərəflərin birgə nikahından doğulmuş uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-3236/2018 nömrəli qətnaməsi ilə təyin olunmuş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(125)-419/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilməli, İddiaçı xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,63 misli həddində sabit pul məbləğində aliment tutulmalı, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-3236/2018 nömrəli qətnaməsi ilə təyin olunmuş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(125)- 419/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilsin. İddiaçı xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,63 (sıfır tam yüzdə altmış üç) misli həddində sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-6446/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6446/2025
11.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver