Məhkəmə qərarları › İş №2(125)-6459/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6459/2025

02.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6459/2025 02.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi , İddiaçı1, İddiaçı2 nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus ünvan 1 ünvanında olan Cavabdeh məxsus olan cehiz əşyalarının çıxarılmasını və mediasiya üçün ödənilmiş 60 manat mediasiya xərcinin və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Paşayeva (Bağırova) X5 Abbas Mirneymət oğlu xx.xx.2013-cü il tarixində rəsmi qeydiyyatdan keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X11 adlı övladları dünyaya gəlmişdir. Cavabdeh 2023-ci ilə kimi iddiaçı ilə birlikdə yaşamışdır. Aralarında olan narazılıqlar səbəbindən Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-829/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavadehlə ailə münasibətlərinə son qoyduqdan sonra cavabdeh yaşadığı evi tərk edərək ata evinə getmişdir. Cavabdehlə faktiki olaraq 2022-ci ilin sentyabr ayından ayrı yaşayır. Cavabdehə məxsus cehiz əşyaları ünvan 2 ünvanında qalmaqdadır. Cehiz əşyalarının siyahısı aşağıdakı kimidir.

1. 1-ədəd dolab

2. 1 ədəd künc mebel

3. 1 ədəd güzgülü qamot

4. 1 ədəd televizor altı

5. Dolab üçün qablar

6. 2 ədəd konfet qabı (çexya istehsalı)

7. 1 ədəd gül qabı (çexya istehsalı)

8. 1 ədəd lötgə meyvə qabı (çexya istehsalı)

9. 1 ədəd stol

10. 6 ədəd stul

11. 1 ədəd yataq dəsti (çarpayı, trilyaj və dolab)

12. 2 ədəd lüstur (çilçıraq)

13. 1 ədəd böyük gəvə

14. 1 ədəd kiçik gəvə

15. 1 ədəd uşaq üçün çarpayı

16. 2 ədəd yorğan

17. 2 ədəd döşək

18. 2 ədəd balınc

19. 1 ədəd yun yorğan

20. 1 ədəd sintipon yorğan

21. 1 ədəd pxovu ədyal

22. 1 ədəd pambıq ədyal

23. 1 ədəd pərdə kölgə

24. 12 ədəd aş boşqabı

25. 1 ədəd Tefal qazan dəsti (yaşıl rəngli)

26. 2 ədəd güllü qazan

27. 1 ədəd aliminiyum qazan (ləyən formasında)

28. 1 ədəd göy rəngli uşaq vannası

29. 1 ədəd yataq örtüyü (qutuda)

30. 3 ədəd stol örtüyü

31. 4 ədəd sadə boşqab

32. 5 ədəd kiçik boşqab

33. 1 ədəd taxta

34. 14 ədəd göy boşqabı

35. 26 ədəd turşu boşqabı

36. 20 ədəd aş boşqabı

37. 1 ədəd böyük gül qabı qara rəngli

38. 12 ədəd qara rəngli su rumka

39. 4 dəst hər dəstdə 6 ədəd rumka (çexya istehsalı)

40. 6 ədəd qırmızı rəngli su rumkası

41. 2 ədəd ördək qənd qabı

42. 2 ədəd konfet qabı göy rəngli 43 .1 ədəd lampa (xrustal)

44. 1 ədəd lepka gül qabı

45. 2 ədəd konfet qabı göy rəngli

46. 2 ədəd lepkah gül qabı ağ rəngli

47. 2 ədəd səbət formalı konfet qabı

48. 2 ədəd ayaqlı konfet qabı (Çexya istehsalı)

49. 1 ədəd kül qabı (çexya istehsalı)

50. 1 ədəd xrustal kül qabı

51. 2 ədəd solfet qabı

52. 1 ədəd divan örtüyü

53. 2 ədəd gəlincik

54. 3 ədəd gecə işığı

55. 1 ədəd ağ rəngli pakrıval Dəfələrlə cavabdehdən cehiz əşayalarının çıxarılmasını tələb etsə də, bu günədək cehiz əşyalarını çıxarmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı1 iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi X9 çıxışında bildirdi ki, tərəflər 2024-cü ildə boşanıblar. Boşanmadan sonra cavabdeh cehizlərini evdən çıxarmayıb. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin iddiaçılar məhkəməyə ərizə təqdim edərək, iş üzrə ödənilmiş mediasiya xərci və dövlət rüsumunun cavabdehdən tələb etmədiyi bildirdilər. Məhkəmə iclasında Cavabdeh ərizə yazaraq bildirdi ki, iddianı tam şəkildə qəbul edir və iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 ünvan 3 ünvanında 15 sentyabr 2005ci il tarixdən qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2025-01360 nömrəli “X8 iştirak edilməməsi” haqqında arayışdan görünür ki, vaxtı və tarixi əvvəlcədən bəlli olan Mediasiya prosesində Cavabdeh iştirak etməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-829/2024 nömrəli qətnaməsindən görünür ki, X4 ilə İddiaçı2 arasında 23 oktyabr 2013-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində bağlanaraq 1009 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X11 nikah pozulduqdan sonra anaları X1 yanında saxlanılması, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı2 hər ay hər uşaq üçün 180 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment tutulub X2 ödənilməsi qət edilmişdir. Alimentin tutulması 13 dekabr 2023-cü il tarixdən hesablanması qət edilmişdir. xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən ev İddiaçı1 mülkiyyətindədir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, cavabdehin iddianı etirafı qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Bundan başqa iş materiallarından görünür ki, iş üzrə məhkəmə xərci mediasiya xərci və ödənilmiş dövlət rüsumundan ibarətdir. İddiaçılar məhkəməyə ərizə ünvanlayaraq bildirmişlər ki, həmin xərcləri cavabdehdən tələb etmirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərci kimi mediasiya xərci və ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh məxsus 1 ədəd dolab, 1 ədəd künc mebel, 1 ədəd güzgülü qamot,1 ədəd televizor altı, Dolab üçün qablar, 2 ədəd konfet qabı (çexya istehsalı), 1 ədəd gül qabı (çexya istehsalı), 1 ədəd lötgə meyvə qabı(Çexya istehsalı), 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd yataq dəsti (çarpayı, trilyaj və dolab), 2 ədəd lüstur (çilçıraq), 1 ədəd böyük gəvə, 1 ədəd kiçik gəvə, 1 ədəd uşaq üçün çarpayı, 2 ədəd yorğan, 2 ədəd döşək, 2 ədəd balınc, 1 ədəd yun yorğan, 1 ədəd sintepon yorğan, 1 ədəd pxovu ədyal, 1 ədəd pambıq ədyal, 1 ədəd pərdə kölgə, 12 ədəd aş boşqabı, 1 ədəd Tefal qazan dəsti(yaşıl rəngli), 2 ədəd güllü qazan, 1 ədəd alüminyum qazan(ləyən formasında), 1 ədəd göy rəngli uşaq vannası , 1 ədəd yataq örtüyü (qutuda), 3 ədəd stol örtüyü, 4 ədəd sadə boşqab, 5 ədəd kiçik boşqab, 1 ədəd taxta, 14 ədəd göy boşqabı, 26 ədəd turşu boşqabı, 20 ədəd aş boşqabı, 1 ədəd böyük gül qabı qara rəngli, 12 ədəd qara rəngli su rumka, 4 dəst hər dəstdə 6 ədəd rumka (çexya istehsalı), 6 ədəd qırmızı rəngli su rumkası, 2 ədəd ördək qənd qabı, 2 ədəd konfet qabı göy rəngli ,1 ədəd lampa (xrustal), 1 ədəd lepka gül qabı , 2 ədəd konfet qabı göy rəngli, 2 ədəd lepka gül qabı ağ rəngli, 2 ədəd səbət formalı konfet qabı, 2 ədəd ayaqlı konfet qabı(Çexya istehsalı), 1 ədəd kül qabı (Çexya istehsalı), 1 ədəd xrustal kül qabı, 2 ədəd solfet qabı , 1 ədəd divan örtüyü, 2 ədəd gəlincik, 3 ədəd gecə işığı, 1 ədəd ağ rəngli pakrıvaldan ibarət cehiz əşyaları İddiaçı1 məxsus ünvan 4 ünvanında yerləşən evdən çıxarılsın. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar