Məhkəmə qərarları › İş №2(125)-6543/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6543/2023

23.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6543/2023 23.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 50 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ailə qurmuşlar. Birgə nigahlarından 09 May 2017-ci il tarixdə anadan olmuş X4 adlı övladları vardır. Cavabdeh övladına baxmır, övladının ehtiyaclarını ödəmir, o da, övladının tələblərini ödəməkdə çox çətinlik çəkir. Ona görə də, övladının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aliment istəyir. Mediasiya xidmətində bildirilmişdir ki, cavabdehin əmək qabiliyyəti yoxdur, işləyə bilmir 50 manat aliment verə bilər, o da, bununla razılaşmışdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı,onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fizikiəqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardir. Dövlət bu şəraiti təmin edən iqtisadi sosial hüquq və digər tədbirlər görməyi,sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Odur ki, övladı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 50 manat məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı X3 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, mediasiya prosesində barışıq sazışı bağlamışlar və sazişə əsasən xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat ödəməyə razı olmuşdur. Sazişə əsasən müəyyən olunmuş məbləği hər ay ödəyir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur. İş materiallarından görünür ki, mediasiya prosesində tərəflər xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlamışlar. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Tərəflər arasında tərəflər xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair barışıq sazişi olduğundan məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X1 Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar