Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-673/2025 26.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 nümayəndəsi (vəkili) Nümayəndə1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı2 Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbi barədə ilk iddiasına, Cavabdeh1 İddiaçı2 qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən 0,022 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan fərdi yaşayış evinə dair İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək qarşı İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin, ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan 0,022 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan bağ evinə dair İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 İddiaçı2 qarşı oğlu İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməklə məcburi qaydada ailə üzvləri və əşyaları ilə birgə çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 iddiasını müdafiə edərək izahatında göstərdi ki, o və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddia ərizəsinin məzmununu onun mülkiyyətindəkı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı1 öhdəliklərinin təminat üsulu kimi girovla yüklü edilməsi kimi redakətə olunmuşdur. Lakin onun özü ilə Cavabdeh1 arasında müxtəlif vaxtlarda borc münasibətləri olmuş, sonuncu dəfə o, yazılı borc müqaviləsi bağlanmasa da Cavabdeh1 30.000 manat məbləğində pul vəsaitini borc almış və qeyd olunan borc məbləğini Cavabdeh1la bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ona vermişdir. O, borcunu ödəyəcəyi təqdirdə Cavabdeh1 alqı-satqı müqaviləsinin predmeti olan evi ona geri qaytarmalı idi. Hazırda əvvəllər onun mülkiyyətində olmuş fərdi yaşayış evi Cavabdeh1 girovundadır. O, dəfələrlə Cavabdeh1la aralarında razılıq əldə etməyə çalışsa da heç bir nəticə əldə edə bilməmişdir. Qeyd olunan borcunu ödməyə onun maddi imkanı yoxdur və yalnız mübahisə predmet olan Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən bağ evini satacağı təqdirdə borcunu tam şəkildə ödəyə bilər. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı2 ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 nümayəndəsi (vəkili) Nümayəndə1 İddiaçı2 izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili Nümayəndə2 Cavabdeh1 iddiasını müdafiə edərək, ilkin iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh1 ilə İddiaçı2 uzun müddətdir ki, tanışdırlar. Buna görə də aralarındakı olan etibara inam göstərərək Cavabdeh1 İddiaçı2 və İddiaçı1 külli miqdarda pul vəsaitini borc versə də demək olar ki, həmin borc müqavilələrini əksəriyyətini rəsmiləşdirməmişdir. Sonuncu dəfə İddiaçı2 Cavabdeh1 borca pul istəmiş, o isə pulu olmadığını bildirmişdir. İddiaçı2 mülkiyyətində olan evi almağı Cavabdeh1 təklif etmiş, Cavabdeh1 İddiaçı2 istədiyini pul vəsaitini taparaq ona vermiş və bununla bağlı aralarında xx.xx.2022-ci il tarixli, 4Ə-236 reyestr nömrəli alğı-satqı müqaviləsi bağlanmış, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan 0,022 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan bağ evini qanuni şəkildə alğısatqı yolu ilə almışdır. Hətta İddiaçı2 tanıdığı üçün bu günədək ona həmin evdə ailə üzvləri ilə birgə yaşamağa möhlət versə də İddiaçı2 hal-hazırda onun mülkiyyətində olan evdən çıxmaqdan imtina edir. Həmçinin onu da qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-236 reyestr nömrəli alğı-satqı müqaviləsi hər hansı aldatma, hədə-qorxu yolu ilə bağlanmamışdır. Belə ki, İddiaçı2 həmin əqdin etibarsız olduğunu hesab edirdisə keçən müddət ərzində həmin əqdi mübahisələndirə bilərdi. Sonda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili Nümayəndə2 İddiaçı2 iddiasının rədd, Cavabdeh1 iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. İlk iddia üzrə digər cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı2 və İddiaçı1 iddiası rədd edilməli, Cavabdeh1 iddiası isə təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 (VÖEN **********) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11210 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı1 24 ay müddətinə yəni xx.xx.2024-cü il tarixədək illik 48 faiz dərəcəsi ilə 30.000 manat məbləğində kredit vermişdir. İşdə olan 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Notariat Ofisində xx.xx.2022-ci il tarixdə, 4Ə-236 reyestr nömrə ilə təsdiq edilmiş alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,022 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan bağ evini cəmi 30.000 manat məbləğinə Cavabdeh1 satmışdır. Həmin müqavilənin 13-cü bəndinə görə İddiaçı2 xx.xx.2022-ci il tarixinədək daşınmaz əmlakdan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********29-11301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,022 ha torpaq sahəsi və ümumi sahəsi 99,8 kv/m olan bağ evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024cü il tarixli, 3-21-2-18/2-İ-3xx-xx/2024 nömrəli məktubdan görünür ki, vergi orqanına təqdim edilmiş sənədlərə və elektron uçot-məlumat bazasına əsasən əsas və əlavə fəaliyyət növünün lombardların fəaliyyəti (fəaliyyət növü 6492201) olması bəyan edilmişdir. İş materiallarında olan İddiaçı1 tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, İddiaçı1 istehlak məqsədi üçün 18 ay müddətinə 6.000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh1 (VÖEN **********) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019ci il tarixli, 10002 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı1 18 ay müddətinə yəni xx.xx.2021-ci il tarixədək illik 48 faiz dərəcəsi ilə 6.000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı1 tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, İddiaçı1 istehlak məqsədi üçün 18 ay müddətinə 9.000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh1 (VÖEN **********) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019ci il tarixli, 10005 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı1 18 ay müddətinə yəni xx.xx.2020-ci il tarixədək illik 48 faiz dərəcəsi ilə 9.000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı1 tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı1 istehlak məqsədi üçün 6 ay müddətinə 3.800 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh1 (VÖEN **********) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2021ci il tarixli, 10707 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı1 6 ay müddətinə yəni xx.xx.2021-ci il tarixədək illik 48 faiz dərəcəsi ilə 3.800 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı1 tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı1 istehlak məqsədi üçün 12 ay müddətinə 3.050 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh1 (VÖEN **********) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2021ci il tarixli, 10855 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı1 12 ay müddətinə yəni xx.xx.2022-ci il tarixədək illik 48 faiz dərəcəsi ilə 3.050 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı1 tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı1 istehlak məqsədi üçün 9 ay müddətinə 1.000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh1 (VÖEN **********) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2022ci il tarixli, 11307 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı1 9 ay müddətinə yəni xx.xx.2023-cü il tarixədək illik 48 faiz dərəcəsi ilə 1.000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı1 tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı1 istehlak məqsədi üçün 12 ay müddətinə 1.980 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh1 (VÖEN **********) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2022ci il tarixli, 11361 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı1 12 ay müddətinə yəni xx.xx.2023-cü il tarixədək illik 48 faiz dərəcəsi ilə 1.980 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı1 tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı1 istehlak məqsədi üçün 15 ay müddətinə 1.400 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh1 (VÖEN **********) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2022ci il tarixli, 11522 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı1 15 ay müddətinə yəni xx.xx.2024-cü il tarixədək illik 48 faiz dərəcəsi ilə 1.400 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı1 tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı1 istehlak məqsədi üçün 24 ay müddətinə 90.000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh1 (VÖEN **********) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2023cü il tarixli, 11837 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı1 24 ay müddətinə yəni xx.xx.2025-ci il tarixədək illik 48 faiz dərəcəsi ilə 90.000 manat məbləğində kredit vermişdir. İş materiallarında İddiaçı1 tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı1 istehlak məqsədi üçün 1 ay müddətinə 740 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh1 (VÖEN **********) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2024cü il tarixli, 11995 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı1 1 ay müddətinə yəni xx.xx.2024-cü il tarixədək illik 48 faiz dərəcəsi ilə 740 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli «YK» Lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktlarının surətlərindən görünür ki, İddiaçı1 müxtəlif adda və müxtəli sayda qızıl-zinət əşyalarını kredit müqavilələrinin təminat üsulu kimi «YK» Lombard təşkilatında girov qoymuşdur. İşdə olan 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Notariat Ofisi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 287 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh1 tərəfindən notariat qaydasında təsdiq edilən bağ evinin alğı-satqı müqaviləsi üzrə ödənilməli olan 30.000 manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra İddiaçı2 verilməsi üçün notarius X1 bankda olan AZ04Aİİ410400D**********303 depozit hesab nömrəsinə qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-810/52025 nömrəli məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən X8 filialının xx.xx.2011-ci il tarixli, 255/3 saylı arxiv arayışı, Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2019-cu il tarixli 93 saylı məktubunda torpaq sahəsində razılaşdırılmış layihə sənədləri əsasında bu mülkdə inşa edilmiş tikililərin qeydiyyata alınmasına etiraz edilməməsinə dair razılıq məktubuna əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi ünvanında yerləşən bağ evi X2 adına qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli, **********51-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-3358 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, X2 mülkiyyətində olan bağ evinin bir hissəsini (Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Rizvan Əliyev, 4 ünvanında yerləşən mülkiyyətində olan 0,045 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 172,8 kv.m olan bağ evininn Liter «A»-dan yalnız yaşayış sahəsi 42,2 kv.m, köməkçi sahəsi 57,6 kv.m, Liter “İ” və 0,045 ha torpaq sahəsindən yalnız 0,0220 ha torpaq sahəsini) İddiaçı2 bağışlamışdır. Bu müqaviləyə uyğun İddiaçı2 adına xx.xx.2019-cu il tarixli, **********29-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-236 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Rizvan Əliyev, 4 ünvanında yerləşən bağ evi İddiaçı2 tərəfindən Cavabdeh1 satılmışdır. Həmin müqavilə üzrə sonuncunun adına xx.xx.2022-ci il tarixli, **********29-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, LP-153/2025 nömrəli qiymətləndirmə ekspertizasına əsasən verilən rəydən görünür ki, Cavadxan qəsəbəsi, Rizvan Əliyev, 4 ünvanında yerləşən bağ yaşayış evinin 2022-ci ilə bazar qiyməti 107.000 manat, likvid qiyməti 95.000 manat təşkil edir. İş materiallarında olan İddiaçı2 tərəfindən məhkəməyə təqidm edilmiş audio qeydlərdən görünür ki, Cavabdeh1 İddiaçı1 ünvanlandığı səs yazılarında İddiaçı2 ilə əlaqə saxlaya bilmədiyini, İddiaçı2 borcundan heç bir ödəniş etmədiyini, evin aqibətinin sonuncu üçün çətin olacağını, o cümlədən evə görə hər ay 3.500 manat faiz hesablandığını bildirmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən 0,022 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı2 mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixdə İddiaçı2 və Cavabdeh1 arasında 30.000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tərəfindən İddiaçı2 borc verilməsinə dair razılıq əldə olunmuşdur. Həmin razılığa uyğun olaraq, 30.000 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən Yaqubov İddiaçı2 borc verilməli, həmin pul vəsaiti hissəhissə Cavabdeh1 qaytarılmalı, həmin müddət ərzində Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən 0,022 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan fərdi yaşayış evi qeyd olunan öhdəliyin təminatı qismində Cavabdeh1 mülkiyyətində qalmalıdır. Lakin İddiaçı2 Cavabdeh1la aralarındakı razılaşma üzrə 30.000 manat məbləğində pul vəsaitinin qaytarılmasına dair öhdəliklərini icra etməmişdir. İddiaçı2 Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbi barədə ilk iddia, Cavabdeh1 İddiaçı2 qarşı «evdən çıxarılma» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-337.3-ci maddələrinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasında asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. «Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflər aralarındakı borc münasibətlərini yalan əqd olaraq alğısatqı müqaviləsi vasitəsilə təminat altına almış olduqları təqdirdə, sonradan borclu tərəfindən alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsi, bəzi hallarda hüquqlardan istifadə edilməsi zamanı vicdanlılığın qorunması prinsipinə zidd olmaqla kreditorların mənafelərinin, mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxara bilər. Belə ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və qeyriəmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrası böyük iqtisadi-sosial əhəmiyyətə malikdir. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi borc və ya kredit müqavilələri üzrə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə yönəlməklə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2014cü il 24 dekabr tarixli Qərarı). Bu baxımdan, mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinin təmin edilməsi, hüquqdan sui-istifadənin qarşısının alınması məqsədi ilə bu kimi hallarda əqdin yalan əqd olaraq etibarsızlığı ilə bağlı iddiaların işin faktiki halları, tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilibkeçirilmədiyi nəzərə alınmaqla rədd edilməsi istisna edilmir. «X.Mirzəliyevin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Hazırkı iş üzrə o da nəzərə alınmalıdır ki, ədalətlilik bütövlükdə yaranacaq nəticə ilə bağlı tələbdir və hər iki tərəfin mənafelərinin qorunmasına xidmət edir. Buna görə də tərəflər, o cümlədən X.Mirzəliyev mübahisəli əqd etibarsız hesab edildiyi təqdirdə qarşılıqlı münasibətlər üzrə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməlidir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi əqdin etibarsızlığına dair tələbi tədqiq edərkən, məhkəmə əqdin etibarsızlığını şərtləndirən hallarla yanaşı əqdin etibarsız hesab edilməsindən sui-istifadə hallarının olubolmamasını araşdırmalı, yalnız bundan sonra iddianın uğurluluğuna qiymət verməlidir. İddiaçının hüquqdan sui-istifadə davranışı və əqdin etibarsızlıq şərtləri eyni anda mövcud olduğu halda iddianın təmini istisna olunmalıdır («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi yaradan qərarlarında isə dürüstlük qaydasına zidd davranış hüquqdan sui-istifadə kimi xarakterizə edilmişdir (xx.xx.2024-cü il tarixli 2(102)-3711/2024 nömrəli qərar, 53-cü bənd) və qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Oxşar mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən ifadə edilmiş, «Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen» işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Hazırki halda mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı2 və Cavabdeh1 arasında 30.000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tərəfindən İddiaçı2 borc verilməsinə dair razılıq əldə olunmuşdur. Həmin razılığa uyğun olaraq, 30.000 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən İddiaçı2 borc verilməli, İddiaçı2 həmin pul vəsaitini hissə-hissə Cavabdeh1 qaytarmalı, həmin müddət ərzində Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən 0,022 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan fərdi yaşayış evi qeyd olunan öhdəliyin təminatı qismində Cavabdeh1 mülkiyyətində qalmalıdır. Məhkəmə növbəti mərhələdə tərəflərin hərəkətlərindəki hüquqdan sui-istifadə hallarını, habelə girovun hansı ölçüdə öhdəliyin təminatı qismində çıxış etdiyini qiymətləndirmək üçün qeyd etməyi zəruri hesab edir ki, istər xx.xx.2022-ci il tarixdə İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış borc müqaviləsi, istərsə də həmin şəxslər arasında fərdi yaşayış evinin alğı-satqı müqaviləsi etibarsız əqd olmuşdur. Belə ki, qeyd olunan borc müqaviləsi əqdin formasına görə əhəmiyyətsiz, fərdi yaşayış evinin alğı-satqı müqaviləsi isə girov müqaviləsini pərdələdiyinə görə yalan əqddir. Lakin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi iddiaçının hüquqdan sui-istifadəsi halında əqdin etibarsızlığına dair iddia uğursuz iddiadır. Buna görə məhkəmə mülki işin məhkəmə iclasında edilmiş hallarını, habelə «Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeni nəzərə alaraq, hesab edir ki, İddiaçı2 Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbi barədə ilk iddiası təmin edilməməlidir. Bundan başqa, Cavabdeh1 İddiaçı2 qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbi barədə iddiasına münasibətdə məhkəmə şəxsin mənzildən çıxarılmasına dair mübahisələrin həlli zamanı mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olubolmamasının araşdırılmasının və həmin mübahisəyə tətbiq edilməli hüquq normasının tapılmasının zəruriliyini nəzərə alaraq, qeyd edir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən 0,022 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə xx.xx.2022-ci il tarixdə daxil olduğuna görə hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 29.2-ci maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Bundan başqa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləlliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquq əməliyyatları sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitut əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilir. Qanununvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquq əməliyyatları sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Digər şəxslərin isə mənzildən istifadəsi üçün mülkiyyətçi mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə verməlidir. Yəni Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən olunmuş istifadə hüququ əmlak hüquqları təsnifatına aid edilmədiyindən əmlakın mülkiyyətçisinin dəyişməsi həmin hüququn izlənməsinə və qalıcı olmasına deyil, əksinə həmin hüququn aradan qalxmasına səbəb olur və yeni mülkiyyətçi ilə hüquq münasibətinin yaranması üçün mənzildən istifadəyə dair müqavilənin bağlanması tələb edilir. Beləliklə, mülki işin məhkəmə iclasında tədqiq olunmuş halları ilə Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən 0,022 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə əvəzli qaydada Cavabdeh1 adına özgəninkiləşdirildiyi, qeyd olunan mənzildən istifadəyə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan qaydada Cavabdeh1 və İddiaçı2 arasında hər hansı müqavilə bağlanmadığı, bununla da İddiaçı2 Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən 0,022 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan fərdi yaşayış evindən istifadə hüququnun olmadığı müəyyən olunur. Bundan başqa, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd olunanları, habelə İddiaçı2 Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun olmamasını nəzərə alaraq, hesab edir ki, Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və onlara məxsus əşyaların çıxarılması tələbinə dair iddia ərizəsi qismən, İddiaçı2 və ona məxsus əşyaların Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair hissədə təmin edilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Belə ki, İddiaçı2 mənzildə istifadə hüququ olmadığından ona xitam verilməsi, habelə İddiaçı2 ailə üzvlərinin dairəsi dəqiq göstərilmədiyindən iddianın qalan hissədə təmin edilməsi qanunun tələbinə uyğun deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 184.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxmağa mane olmur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı2 Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməməli, Cavabdeh1 İddiaçı2 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əşyaların çıxarılması» tələbinə dair iddiası qismən, yəni İddiaçı2 və ona məxsus əşyaların Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair hissədə təmin, qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 350 manat məbləğində pul vəsaiti İddiaçı2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh1 İddiaçı2 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əşyaların çıxarılması» tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı2 və ona məxsus əşyalar Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Rizvan Əliyev küçəsi 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddiaçı2 iddiası qalan hissədə təmin edilməsin. İddiaçı2 iş üzrə mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-673/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-673/2025
26.12.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver