Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6752/2025 19.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə aralarında bağlanan rəsmi nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay bir uşağa görə 400 (dörd yüz) manat olmaqla ümumi olaraq 800(səkkiz yüz) manat sabit pul məbləğində alimentin və X3 3 yaşı tamam olana qədər uşağa baxdığı üçün ona hər ay 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikahla ailə həyatı qurmuşdur. Rəsmi nikahdan 2 övladı- xx.xx.2022-ci il tarixdə X5 və xx.xx.2024-cü il tarixdə X6 anadan olmuşdur. Cavabdehlə bir müddət xoşbəxt yaşasa da, artıq 1 ilə yaxındır ki, faktiki olaraq ayrılıblar. Mübahisələrinin əsas səbəbi cavabdehin ata olaraq özündə heç bir məsuliyyət hissinin olmamasıdır. Cavabdeh polis əməkdaşıdır və təxminən 1200 manat maaş alır,l akin heç bir maddi dəstək göstərmir. Cavabdehin Todan kəndində əkin sahəsi, çox sayda iri və xırda buynuzlu heyvanları, çox sayda toyuqcücəsi var. Amma o övladları ilə birlikdə ata evinə sığınmağa məcbur olub. Hal-hazırda maddi vəziyyəti çox pisdir və kirayə evə çıxa bilmir. Uşaqlar böyüdüyü üçün onların maddi ehtiyacları günü-gündən artmaqdadır və özü heç bir yerdə işləmədiyi üçün heç bir maddi dəstəyi yoxdur. Aralarındakı mübahisənin qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya yolu vasitəsilə həll olunması üçün Göygöl 1 saylı Mediasiya Təşkilatına nikahın pozulması, uşaqların himayədə qalması tələbi ilə müraciət etmişdir. Mediasiyada bir neçə predmet üzrə razılıq əldə etsələr də, alimentlə bağlı tələbin cavabdehə inanmadığı üçün məhkəmə qaydasında kəsilməsini istəyir. Bu səbəblə məhkəməyə iddia tələbi ilə müraiət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2025-ci il tarixdə cavabdeh məhkəməyə teleqram göndərərək, hər uşaq üçün ayda 400 manat olmaqla ümumilikdə 800 manat alimentin təyin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İV seriyalı 744490 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə doğulmuş X4 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İV seriyalı 991305 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə doğulmuş X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 508621 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuş və nikah akt qeydləri kitabında 1534 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərə “Hümbətov” , arvada “ Qurbanova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, İddiaçı və Cavabdeh razılığa gəliblər ki, müvəqqəti olaraq nikahlarını davam etdirsinlər. xx.xx.2022-ci il tarixli rəsmi nikahlarından doğulmuş xx.xx.2022-ci il tarixdə doğulmuş X5 və xx.xx.2024-cü il tarixdə doğulmuş X6 anaları İddiaçı himayəsində qalmışdır. X2 istənilən vaxt övladları ilə görüşüb ünsiyyətdə ola bilər. Tərəflər aliment məbləği və ödəniş şərtləri barədə razılığa gələ bilmədilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2026-ci ildə yaşayış minimumu haqqında» 09 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2026-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehlə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il tarixdə doğulmuş X5 və xx.xx.2024-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla,hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bundan Başqa Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən 3 yaşınadək uşağı olan ananın işləmə imkanlarının məhdudluğunu, iddiaçının azyaşlı uşağını təkbaşına saxlamasını nəzərə alaraq hesab edir ki, iddianın uşağın saxlanılması üçün ananın tələb etdiyi aliment hissəsində təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdə doğulmuş X3 3 yaşına çatanadək İddiaçı görə hər ay sabit pul məbləğində 100 manat aliment tutularaq, İddiaçı ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş 70 mediasiya xərcinin yarısı yəni 35 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmçinin həmin qanunun 9.4-cü bəndinə əsasən İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Yenə də həmin qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda məhkəmə tərəfindən təyin olunmuş alimentin bir illik həcminə münasibətdə ödənilməli olan rüsum mediasiya prosesi zamanı ödənilmiş xərcdən çox olduğundan (yəni hazırda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 400 manat, onun 1 misli 400 manat olduğundan və bir illik ödəmələrin məcmusu iki uşağa münasibətdə 9600 manat təşkil etdiyindən, həmçinin əlavə xərc kimi təyin olunmuş vəsaitin bir illik məcmusu 1200 manat olduğundan və ümumilikdə 1 il ərzində cavabdeh tərəfindən ödənilməli məbləğ 10800 manat təşkil etdiyindən ödənilməli olan rüsum məbləği 122.4 manat olmalı idi, lakin iş üzrə 70 manat mediasiya xərci ödənildiyindən) qanunvericiliyin tələbinə uyğun olaraq əlavə olaraq ödənilməmiş rüsumun əvəzi qismində 52.4 manat pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi qismində 35 (otuz beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh 52.4 (əlli iki manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-6752/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6752/2025
19.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver