Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6841/2025 21.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Aslanzadə Nəzrin Xəqani qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X2, xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 üçün hər ay uşaqlar yetkinlik yaşına çatana kimi saxlanması üçün minimum əmək haqqı məbləğinin 0,9 misli miqdarında alimentin qarşı tərəfə mediasiya ilə bağlı məktubun çatdığı xx.xx.2025-ci il tarixdən tutulub ona verilməsi və 55 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə birgə nikahlarından 3 övladları- xx.xx.2006-cı il təvəllüdlü Elgün, xx.xx.2009-cu il təvəllüdlü Lalə və xx.xx.2010-cu il təvəllüdlü Vaqif adlı uşaqları anadan olmuşdur. Cavabdehlə nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanılmışdır. Uşaqlarından Elgün yetkinlik yaşına çatmışdır, Bakıda tələbədir. Digər uşaqları Lalə 11-ci sinif şagirdidir, 17 yaşının içindədir, Vaqif isə 9-cu sinif şagirdidir. Onların yetkinlik yaşına çatmalarına da az qalmışdır, bir müddət sonra aliment tələbləri olmayacaqdır. Ancaq bu müddət ərzində uşaqlarının bütün xərclərini tək ana olaraq qarşılamaqda çətinlik çəkir. Qızı Laləni keçən il burun ətindən əməliyyat etdirmiş, cavabdehin heç xəbəri belə olmamış, xəbər tutanda isə maraqlanmamışdır. Həmçinin Lalənin gözündə problem vardır, uşaqların hər ikisinin dişlərinin müalicəsi üçün breket qoyulmasına ehtiyac vardır, həkim hər biri üçün ayrıayrılıqda 600 manat ilkin ödəniş tələb etmişdir. Lalənin dərs məşğələlərinə ayda 250 manat, Vaqif üçün isə ayda 150 manat pul verir. Bundan başqa uşaqların geyimi, qidalanması, dərs ləvazimatları hamısı xərc tələb edir. Cavabdeh iki uşaq üçün cəmi 270 manat alimentdən başqa heç bir maddi köməklik göstərməmişdir, FHN-də işləmiş, hazırda təqaüdə çıxmışdır, həmçinin arıçılıq təsərrüfatı ilə məşğul olmaqla qazanc əldə edir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, hər ay 270 manat alimenti artıqlaması ilə ödəyir. Uşaqları ilə görüşə bilmir, dəfələrlə işdən çıxanda, işə gedəndə evin qarşısında gözləmişdir ki, uşaqlar çıxsın, onlarla görüşsün. 812 manat təqaüd alır. Arıçılıq təsərrüfatı ilə məşğul deyildir, onkoloji xəstədir, arı ilə məşğul olmağa halı yoxdur, kirayədə yaşayır. Bir uşaq üçün 360 manat məbləğində aliment ödəməyə maddi imkanı çatmır. Hər uşaq üçün 200 manat məbləğində aliment ödəyə biləcəyini göstərərək, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işin materiallarında olan:- xx.xx.2025-ci il tarixli, MŞG/MT007/2025-01413 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2025-ci il tarixdə, saat 14:00-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişdirlər. İddiaçı 55 manat mediasiya xərcini ödəmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-517/2024 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-517/2024 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq İddiaçı qızına ödənilməsi qət edilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh təqaüdə çıxmış, iki uşaq üçün cəmi 270 manat alimentdən başqa heç bir maddi dəstək göstərmədiyindən tək ana olaraq uşaqların xərclərini qarşılamaqda çətinlik çəkmişdir. Buna görə də alimentin növünün dəyişdirilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə əhəmiyyətli olan halları araşdıraraq, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi, adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehin qazancı və gəlirləri barədə sübut təqdim etmədiyindən, iddia tələbi qismən təmin edilməklə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-517/2024 nömrəli qətnaməsi əsasında xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında təyin olunmuş alimentin miqdarı dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməklə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,55 misli həddində müəyyən edilməli və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 55 manat mediasiya xərcinin yarısı 27,50 manat cavabdehə aid edilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 72,8 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-517/2024 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında təyin olunmuş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh iş üzrə ödənilmiş 55 manat mediasiya xərcinin yarısı 27,50 manat alınaraq İddiaçı xeyrinə, dövlət rüsumu hesabına 72,8 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-6841/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6841/2025
21.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver