Məhkəmə qərarları › İş №2(125)-689/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-689/2023

05.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-689/2023 05.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, həmçinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəyişdirmə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəyişdirmə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli dəyişdirmə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.7 kv.m olan fərdi yaşayış evini 0,292 ha torpaq sahəsini cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə dəyişdirmək barədə razılığa gəlmişdir. Razılığa əsasən 03 sentyabr 2022-ci il tarixli Dəyişmə Müqaviləsi imzalamışlar. Lakin cavabdehin iddiaçının mülkiyyətinə verməli olduğu yaşayış evinin külli miqdarda vəsaitə ehtiyacı olduğundan cavabdeh dəyişdirmədən sonra həmin təmiri həyata keçirmək üçün əlavə olaraq ona 15.000 (on beş min) manat məbləğində pul da verməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında əldə olunan razılığı notariusda baş tutan müqaviləyə əlavə etmək mümkün olmadığından şifahi razılaşmaya əsasən pulu Müqavilə bağlandıqdan 3-4 gün ərzində cavabdeh iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Həmin pul məbləğini iddiaçıya verməsəydi o, açıq-aşkar onun cavabdehin mülkiyyətinə verdiyi evin dəyərindən aşağı olan mülklə dəyişməz və həmin Müqaviləni imzalamazdı. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə əlavə verərək qeyd etmişdir ki, mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 144.7 kv.m olan 0.292 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini cavabdehin mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 0,353 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə dəyişdirmək barədə razılığa gəlinmiş, həmin razılığa əsasən 03 sentyabr 2022-ci il tarixli Dəyişmə müqaviləsi imzalanmışdır. Lakin dəyişmə müqaviləsi imzalanmazdan öncə iddiaçı cavabdehin mülkiyyətində olan evə baxan zaman həmin evin tam təmirli olmamasını bildirmiş, əlavə olaraq həmin evin təmiri üçün 15.000 manat lazım olduğu, cavabdeh də, bununla razılaşmışdır. Çünki cavabdehin ünvan 4 ünvanda yerləşən evində təmir tam yekunlaşmamışdır. Belə ki, həyətyanı barının və evin fasad üzü üzlənmədiyinə görə evin içərisi külək sızmasından soyuq olur, evin içərisində yerləşən otaqların künclərinə printuslar vurulmamış, evin döşəməsində olan ara atmalarının ara məsafəsi 50-60 santimetr olmalı olduğu halda ara kəsmələr 1 metrdən yuxarı vəziyyətdə qoyulmuş, bu da evin döşəməsinin oynaq vəziyyətdə olmasına gətirib çıxarmışdır. Çünki tavanın heç bir yeri sütunla bərkidilməmişdir. O, ailəsi ilə həmin evə köçəndən sonra ona məlum olmuşdur ki, evin küçə, arxa və otağın bir hissəsi tək daşla tikilmiş, evin tavanına nazik qatlı torpaq tökülmüş, bundan əlavə evin mətbəxində yuyulan qabın və paltar yuyan maşının suyu evin həyətinə axır. Evin pəncərələrinin qıraqları suvanmamış və ev tək daşla tikildiyi üçün evə soyuq külək daxil olur. Soyuğun qarşısını almaq üçün evin pəncərələrinin qıraqlarını qum və sementlə suvasa da, bunun xeyri olmamışdır. Hazırda həmin evin ev vəziyyətinə salınması üçün 15.000 manatdan artıq pul vəsait lazımdır. Cavabdeh həmin evin problemlərini bilmiş və onlara 15.000 manat əlavə pul verəcəyini vəd etmişdir. O, isə dəyişmə müqaviləsi cavabdehlə bağladıqda cavabdeh iddiaçını və ailəsini maraqlandırdığı üçün bunu müqaviləyə əlavə etməmşlər. Cavabdeh iddiaçı və ərinin yaşlı və İİ qrup xəstə olmağından istifadə etmişdir. O, cavabdehlə evini dəyişəndən sonra cavabdehə 15.000 manat pulu verməli olduğunu bildirdikdə, cavabdeh ona heç nə verməyəcəyini və onu buna görə narahat etməməyi bildirmişdir. Onun ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qiyməti 60.000 manat qiymətində olmaqla yerdən 6 daş pilləkən çıxmaqla kürsülü və tam təmirli ev olmuşdur. Əgər onun və cavabdehin dəyişmiş olduğu evə baxış keçirilərsə, cavabdehin onu aldatdığını və onun düzgün dedikəri görünür. Cavabdeh özünə məxsus evi iddiaçıya və ailəsinə göstərmək istəyən zaman min bir bəhanə gətirərək həmin evə baxmağa axşam saatlarına salmışdır ki, evin küçə tərəfi, arxa tərəfi və otağın bir hissəsi tək daşla tikilməsini və çirkab suların həyətə axması bilinməsin. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddianı müadafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı mənə qarşı Gəncə Şəhər Məhkəməsində iddia qaldıraraq müqavilənin ləğv edilməsini xahiş etmişdir. O, öz evini 55 min manata lalafoya satışa qoymuşdur. Həmin civarda evlərə baxmışdır ki, satsa həmin qiymətə nə ala bilər. Arenda.az saytinda həmin evin satıldığını görmüş və gedib evə baxmışdır. Saytda razılaşma yolu ilə satıla biləcəyi yazılmışdır. Ona demişlər ki, onlara da, Gəncədə ev olsa barter edərlər. O da, Gəncədəki evi satıb almaq istediyini bildirmişdir. Evin səkillərinə baxib bəyənmiş və gedib baxmaq istədiklərini bildirmişlər. Gəncədəki ev təzə remontdan cixmış, cox bahalı materiallarla təmir olunmuşdur. Gəncədəki evə baxıb bəyəndikdən sonra evlərin əvəzləşdirilməsi barədə notarial müqavilə bağlamışlar. Sentyabr ayının 17-si Aygün xanımın qızı ona mesaj yazmışdır ki, onlar evə mətbəx mebeli yığdırlar, ondan evin dizayn qrafikini versinlər. Ona verilən evin otaqları berbad vəziyyətdə olmuşdur. Evə köçənə kimi evdə usta işlətmiş, otağın birini təmir etmiş, təzə yataq otağı üçün mebel alıb qoymuşdur. Təzə kombi almışdır. Sonra bəlli olmuşdur ki, radiatorların hamısının başı su axıdır. Onları dəyişmiş və turbaları 25-lik turbalarla əvəz etmişdir. Kombi daxil ustalarla birgə onun 2 min manat xərci çıxmışdır. Üzərindən bir ay keçdikdən sonra, oktyabr ayının axırlarında idiaçının oglu bildirmişdir ki, o, istəmir ki, onun atası anası Gəncədə qalsın. Orada yasaya bilmirler. Onları qaytarmaq lazımdır. Ona görə də, evi qaytarmaq istədiyini bildirmişdir. O isə bildirmişdir ki, bir otağı təmir edib, kombi təzədən cəkilib. 600 manat notariusa xərc çəkmişdir. Evi sigortalatmışdır. Evə bahalı elektrik əşyaları almışdır. İddiaçının oğlu isə 10 min manat istəmişdir ki, Gəncədə ki, evi satıb, üzərinə də, 10 min manat əlavə edib atası və anasına yeni ev alsınlar. 2 gün sonra iddiaçının əri gəlib demişdir ki, 10 min manatı nə vaxt verəcəyini soruşmuşdur. Bildirmişdir ki, onlar belə danışmamışlar, dəymiş ziyanı versinlər, evi qaytarsın. Odur ki, yuxarıda göstərilənləri nəzər alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi, Vəkil iddianı qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli dəyişmə müqaviləsindən görünür ki, tam mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.7 kv.m olan fərdi yaşayış evi və 0,292 ha torpaq sahəsini Cavabdeh tam mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsini dəyişmişlər. İşdə olan xx.xx.2022-ci il tarixli təklifdən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli dəyişmə müqaviləsinin ləğv edilməsini təklif etmişdir. İşdə olan şəkillərdən görünür ki, Cavabdeh tam mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsinin şəkilləri əks olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1660 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində təmir işlərinin aparıldığı, yerinə yetirilmiş işlərdə qüsurlar olduğunu nəzərə alaraq, fərdi yaşayış evi üzrə aparılmış təmir tikinti işlərinin tikinti-texniki baxımdan tikintitexnologiyalarına uyğun yerinə yetirilmədiyi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tam mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.7 kv.m olan fərdi yaşayış evi və 0,292 ha torpaq sahəsini Cavabdehn tam mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsini dəyişmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1660 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində təmir işlərinin aparıldığı, yerinə yetirilmiş işlərdə qüsurlar olduğunu nəzərə alaraq, fərdi yaşayış evi üzrə aparılmış təmir tikinti işlərinin tikinti-texniki baxımdan tikinti-texnologiyalarına uyğun yerinə yetirilmədiyi müəyyən olunmuşdur. İddiaçı cavabdehə məxsus evdə işlərin tikinti texnologiyaları uyğun inşa edilmədiyini qeyd edərək jazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 662.1-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Həmin məcəllənin 662.2-ci maddəsinə əsasən, dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin məcəllənin 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin məcəllənin 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. İş materialları, o cümlədən ekspert rəyi ilə müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində təmir işlərinin aparıldığı, yerinə yetirilmiş işlərdə qüsurlar olduğunu nəzərə alaraq, fərdi yaşayış evi üzrə aparılmış təmir tikinti işlərinin tikinti-texniki baxımdan tikintitexnologiyalarına uyğun yerinə yetirilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı dəyişdirilmiş ev tikinti-texnologiyalarına uyğun yerinə yetirilmədiyindən dəyişmə müqaviləsindən imtina edərək evinin qaytarılması hüququna malikdir və bu baxımdan iddi tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli dəyişdirmə müqaviləsinin ləğv edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli dəyişdirmə müqaviləsi ləğv edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar