Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6996/2023 14.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs X2) qarşı “cehiz əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh (üçüncü şəxs X2) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 1 dəst ağ rəngli yataq otağı mebeli (termo, çarpayı (döşəksiz), 1 ədəd şkaf), 2 ədəd naçnik, 1 ədəd güzgü, 1 ədəd böyük və 1 ədəd kiçik qəhvəyi rəngli Qorka mebel, 1 dəst zoğalı rəngli, üzərində ceyran şəkilli nahar servisi, 1 dəst qırmızı rəngli Versace firmasından çay servisi, 1 dəst ağ rəngli çay servisi, 1 dəst ağ rəngli kofe servisi, 1 ədəd qırmızı rəngli lepkalı güldan, 2 ədəd meduza meyvə qabı, 2 ədəd göy rəngli lepkalı qənd qabı, 1 ədəd göy rəngli lepkalı meyvə qabı, 2 ədəd ağzı qapaqlı ağ rəngli lepkalı qənd qabı, 1 dəst ağ rəngli lepkalı kompot qabı və 6 ədəd stəkanları, 1 dəst qara rəngli lepkalı kompot qabı və 6 ədəd stəkanları, 6 ədəd uzunsov büllur rumka, 6 ədəd nazik uzunsov büllur rumka, 1 dəst ağ-qara rəngli mətbəx mebeli, 1 ədəd qaz peçindən ibarət cehiz əşyalarının ona məxsus ünvan 1 ünvanında yerləşən 31.4 kv.m sahəsi olan 2 otaqlı mənzildən çıxarılmasına və 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə oğlu X2 faktiki ailə qurmaqla, nikahlarını 18 iyun 2014-cü ildə rəsmi qeydə aldırmışlar. X4 gəlini Cavabdeh evləndikdən sonra 3 il müddətində ünvan 2 ünvanında yerləşən 31.4 kv.m sahəsi olan 2 otaqlı mənzildə yaşamağa başlamışlar. Həmin mənzil xx.xx.2003-cü il tarixli, 14657 nömrəli Qeydiyyat Vəsiqəsi əsasında onun mülkiyyətinə verilmişdir. Toylarından sonra Cavabdeh məxsus cehiz əşyaları da ona məxsus mənzilə yığılmışdır. Oğlum Tural ilə gəlininin birgə nikahlarından Gülbəniz, Gülay və Gülər adlı uşaqları doğulmuşdur. X4 gəlini Təranə 3 il ona məxsus mənzildə yaşadıqdan sonra mənzilin ölüçüsü kiçik olduğundan başqa evə kirayəyə köçmüşlər. Kirayəyə köçərkən cavabdeh özünə məxsus cehiz əşyalarının çox hissəsini özü ilə apardı, bəzi cehiz əşyaları isə ona məxsus mənzildə qalmışdır. Hazırda oğlu Turalla cavabdeh arasında ailə münasibətləri pozulmuş və onlar faktiki olaraq ayrılmışlar. O, öz mülkiyyətində olan mənzildə yaşayır. Lakin cavabdehin əşyalarının onun evində olması ona narahatçılıq yaradır. O, mənzilindən istədiyi kimi istifadə edə bilmir. Onun əşyalarının xarab olmasından və köhnəlməsindən ehtiyat edir. Cavabdehə bir neçə dəfə müraciət edərək, onun evində yerləşən cehiz əşyalarının qalan hissəsini də çıxartmasını tələb etsə də, o yalnız oğlu ilə nikahları pozulduqdan sonra cehiz əşyalarını çıxardacağını bildirdi. Cavabdehə məxsus 1 dəst ağ rəngli yataq otağı mebeli itermo, çarpayı (döşəksiz), ədəd şkaf, 2 ədəd naçnik, 1 ədəd güzgü, 1 ədəd böyük və 1 ədəd kiçik qəhvəyi rəngli Qorka mebel, 1 dəst zoğalı rəngli, üzərində ceyran şəkilli nahar servisi, 1 dəst qırmızı rəngli Versace firmasından çay servisi, 1 dəst ağ rəngli çay servisi, 1 dəst ağ rəngli kofe servisi, 1 ədəd qırmızı rəngli lepkalı güldan, 2 ədəd meduza meyvə qabı, 2 ədəd göy rəngli lepkalı qənd qabı, 1 ədəd göy rəngli lepkalı meyvə qabı, 2 ədəd ağzı qapaqlı ağ rəngli lepkalı qənd qabı, 1 dəst ağ rəngli lepkalı kompot qabı və 6 ədəd stəkanları, 1 dəst qara rəngli lepkalı kompot qabı və 6 ədəd stəkanları, 6 ədəd uzunsov büllur rumka, 6 ədəd nazik uzunsov büllur rumka, 1 dəst ağ-qara rəngli mətbəx mebeli, 1 ədəd qaz peçindən ibarət cehiz əşyaları onun evində yerləşir. Dəfələrlə müraciət etməyinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Cavabdehə məxsus cehiz əşyalarının yaşadığı mənzildə yerləşməsi onun mənzilindən tam istifadə hüquqlarını pozur. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçınının izahatını dinləyərək, mülki işin materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 14657 nömrəli, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 və X1 xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh mübahisəli evdə yaşamasa da, ona məxsus olan əşyalar həmin evdədir. İddiaçının həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildə cavabdehə məxsus əşyaların iddiaçının iradəsinə zidd olaraq saxlanılması üçün əsas yoxdur, bu səbəbdən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh məxsus 1 dəst ağ rəngli yataq otağı mebeli (termo, çarpayı (döşəksiz), 1 ədəd şkaf), 2 ədəd naçnik, 1 ədəd güzgü, 1 ədəd böyük və 1 ədəd kiçik qəhvəyi rəngli qorka mebel, 1 dəst zoğalı rəngli, üzərində ceyran şəkilli nahar servisi, 1 dəst qırmızı rəngli “Versace” firmasından çay servisi, 1 dəst ağ rəngli çay servisi, 1 dəst ağ rəngli kofe servisi, 1 ədəd qırmızı rəngli lepkalı güldan, 2 ədəd meduza meyvə qabı, 2 ədəd göy rəngli lepkalı qənd qabı, 1 ədəd göy rəngli lepkalı meyvə qabı, 2 ədəd ağzı qapaqlı ağ rəngli lepkalı qənd qabı, 1 dəst ağ rəngli lepkalı kompot qabı və 6 ədəd stəkanları, 1 dəst qara rəngli lepkalı kompot qabı və 6 ədəd stəkanları, 6 ədəd uzunsov büllur rumka, 6 ədəd nazik uzunsov büllur rumka, 1 dəst ağ-qara rəngli mətbəx mebeli, 1 ədəd qaz peçi İddiaçı məxsus ünvan 1 ünvanından çıxarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-6996/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6996/2023
14.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver