Məhkəmə qərarları › İş №2(125)-7009/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7009/2023

22.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7009/2023 22.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AZA Express MMC-in təmsilçisi Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X1 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər AZA Express MMC-in təmsilçisi Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia həsminin azaldılması barədə ərizə təqdim edərək cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin azaldılması kimi baxmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixində cavabdeh ƏsgərovElsevər Çingiz oğlu ilə əmək müqaviləsi bağlayaraq, satış operatoru işinə qəbul edilmişdir. 2022-ci ilin aprel və may aylarında əmək müqaviləsi üzrə öz funksional vəzifə borclarını yerinə yetirmiş,iyun ayından isə maaşını ala bilmədiyindən cavabdehl heç bir halda ünsiyyət qura bilməmişdir. Cavabdehin yaşadığı ünvana belə gedərək bu və ya digər formada aktiv əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin elektron informasiya sisteminə daxil edilməsi barədə müsbət nəticə əldə edə bilməmişdir.Yeni iş yeri axtarmaq məcburiyyətində qalmış və yeni iş yeri tapdıqdan sonra yeni iş yerinin rəhbərliyi onunla əmək müqaviləsi bağlamaq istəsə də onun sistemdə aktiv iş yeri olduğundan müqavilənin bağlanmasına imtina edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdehlə sosial şəbəkələrdə verilmiş elan vasitəsi ilə tanış olmuş və onunla telefon satışı üzrə satıcı kimi əmək müqaviləsi bağlamışdır. Müqavilə bağlandından sonra onlayn vasitəsi ilə paltar satmış, lakin sonra gedib görmüşdür ki, metroda pul aldığı yer bağlıdır. İşsiz qaldığı üçün başqa yerdə işə düzəlmək istədikdə məlum olmuşdur ki, cavabdehlə aralarında olan əmək müqaviləsi aktivdir. Cavabdehlə aralarında olan əmək müqaviləsinin ləğvi üçün müqavilədə göstərilən hüquqi ünvanına gedmiş məlum olmuşdur ki, həmin ünvanda AZA Express MMC mövcud deyildir. Sonradan məlum olmuşdur ki, cavabdehin barəsində cinayət işi başlanaraq istintaq təcridxanasında cəbsdədir. Cavabdehlə aralarında bağlanmış müqavilənin ləğ olunmasına nail ola bilmədiyindən və bununla əlaqədar işə düzələ bilmədiyi üçün mddi vəziyyəti ağırlaşdığından məcbur olub məhkəməyə müracət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Xidmətinin nümaəndəsinə məhkəmə iscasının keçirilm\si vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını və cavabdehin həbsdə saxlanıldığı istintaq təcridxanasının müdriyyətini məlumatlandıraraq MRM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək bildirişindən görünür ki, AZA Express MMC-in təmsilçisi, müdiri Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə satış operatoru üzrə müddətsiz əmək müqaviləsi bağnmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X1 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. Məhkəmə ddiaçının izahatını dinləyib, məhkəmə isdasında tədqiq olunmuş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı sosial şəbəkələrdə verilmiş elan vasitəsi ilə cavabdehlə əmək müqaviləsi bağlamış lakin müqavilə bağlansa da müəssisə mövcud olmadığı üçün əmək müqaviləsinin icrası mümkün olmamışdır. Hazırda həmin müqavilə formal olaraq qaldığı üçün iddiaçı əmək faliyyəti ilə məşul ola bilməmiş və həmin müqavilə onun hüquqlarını pozmuşdur. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a) bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ilə cavabdeh «AZA Express MMC»-in təmsilçisi Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən işüzrə ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh «AZA Express MMC»-in təmsilçisi Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. İş üzrə ödənilmiş 50 manat dövlət rüsümü Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar