Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7187/2025 13.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəmənin icraatına daxil olduğu tarixdən qalan hamiləliyi dövründə və ümumi uşaqları üç yaşına çatanadək Cavabdeh hər ay 200 manat alimentin və mediasiya xidmətinə ödənilmiş 60 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə qurmuş və nikahları xx.xx.2024-cü ildə, 818 saylı akt qeydi ilə qeydə alınmışdır. Birgə nikahlarından əkiz uşaqlara 18 həftəlik hamilədir. Hamiləliyinin ağır keçməsi ilə əlaqədar iş saatlarını azaltmaq məcburiyyətində qalmışdır. Belə ki, Azərbaycan Dövlət Aqrar Universitetində 2023-2024-cü illərdə həm bir ştat laborant, həm də 0,5 ştat müəllim olaraq çalışmışdır. Hazırda hamiləliyi ilə bağlı yalnız laborant olaraq çalışmaq məcburiyyətindədir. Laborant olaraq əmək haqqı minimum əmək haqqı səviyyəsindədir. Əkiz uşaqlara hamiləliklə əlaqədar müəllimə olaraq çalışmaq, dərs otaqlarında hərəkətdə olmaq səhhətinə mənfi təsir göstərmişdir. Hamiləliklə bağlı mütəmadi olaraq tibbi müayinələrdən keçmək, lazımi qaydada keyfiyyətli qidalanmaq məcburiyyətindədir. Bu səbəbdən də maddi ehtiyacı olmasına baxmayaraq, cavabdeh ona hamiləliyi ilə bağlı heç bir maddi köməklik göstərməmişdir. Bundan başqa anası onkoloji xəstə olduğundan onun da müalicə və mütəmadi müayinəsi üçün vəsait tələb olunur. Anası sosial pensiya almaqla öz ehtiyaclarını ödəmək iqtidarında deyildir, nəinki ona yardım etmək. Buna görə də hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində cavabdehdən hər ay 200 manat alimentin alınaraq, ona ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, qızının tibbi müayinələrdən keçməsi və lazımi dərman preparatlarının alınması həddindən artıq çox xərc tələb edir. Qızı hazırda analıq məzuniyyətindədir, ancaq məzuniyyət pulu hələ ödənilməmişdir. Nikahları pozulmamışdır, doğuşdan sonra məhkəməyə müraciət edəcəkdirlər. Cavabdeh gömrükdə işləməklə 700 manatdan çox əmək haqqı alır, həmçinin əlavə işlər də görür. Kifayət qədər qazancı vardır. Buna baxmayaraq bir dəfə də olsun öz uşaqlarının vəziyyəti ilə maraqlanmamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, cavabdehin zəruri vəsaitə malik olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. Bundan əlavə iddiaçı özü universitetdə işləyir və əmək haqqı alır. Hər bir müəssisədə işçilərin əmək haqqından icbari qaydada tibbi sığorta üzrə ödənişlər tutulur. Respublikada isə kifayət qədər dövlət xəstəxanaları vardır, iddiaçı həmin xəstəxanalara müraciət edərək, pulsuz qaydada müalicə və müayinələrdən yararlana bilər. Həmçinin analıq məzuniyyətinə görə ödəniş şəxsin məzuniyyətə çıxmasından əvvəl ödənilir. İddia tələbinin əsassız olduğunu göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işin materiallarında olan:- 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 640 nömrəli arayışdan görünür ki, tərəflərin nikahları xx.xx.2024-cü ildə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 818 nömrə ilə qeydə alınmışdır. xx.xx.2025-ci il tarixli, XV0003H15 nömrəli sığortaolunanın xəstəlik vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək O20.9, 9-10 həftəlik əkiz hamiləlik, düşük təhlükəsi diaqnozu ilə stasionar müalicədə olmuşdur. Gəncə Şəhər Birləşmiş X2 X7 Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 198 nömrəli arayışdan görünür ki, İddiaçı Gəncə şəhər Nizami Ailə Sağlamlıq Mərkəzində qeydiyyatda olmaqla 18 həftəlik hamilədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş iş yerinə dair arayışdan görünür ki, İddiaçı Azərbaycan Dövlət Aqrar Universiteti Publik Hüquqi Şəxsində laborant vəzifəsində işləməklə, əmək haqqı 400 manatdır. Cavabdeh gəlir məlumatlarına dair “Elektron məhkəmə” informasiya sistemində əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləməklə, əmək haqqı 715 manatdır. xx.xx.2025-ci il tarixli, MŞG/1-01481 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci ildə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat məbləğində mediasiya xərcini ödəmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər nikah qeydiyyatından keçməklə ailə qurmuşlar, lakin ailə münasibətləri baş tutmadığından faktiki olaraq ayrılmışdırlar. İddiaçı əkiz uşaqlara hamilə olduğunu, hamiləliyi müddətində cavabdehin onun və uşaqların müalicə və müayinəsi ilə maraqlanmadığını, özünün isə tibbi müayinələrdən keçməkdə və lazımi dərman preparatlarının alınmasında maddi baxımdan çətinlik çəkdiyini göstərərək cavabdehdən öz xeyrinə aliment ödənilməsini tələb etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) isə iddia tələbinə etiraz edərək, etirazının əsası kimi iddiaçı tərəfindən cavabdehin zəruri vəsaitə malik olması barədə heç bir sübut təqdim edilməməsini və iddiaçının işləməsini göstərmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1 əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2 hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad; Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələbləri baxımından hamiləliyi dövründə arvad zəruri vəsaitə malik olduğu halda ərdən məhkəmə qaydasında aliment tələb etmək hüququna malikdir. Məhkəmə iclasında cavabdehin gəlirləri barədə iddiaçı tərəfindən mötəbər sübut təqdim edilməmişdir. Bununla belə məhkəmə tərəfindən cavabdehin gəlir məlumatlarının əldə edilməsi məqsədilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə sorğu edilmiş və cavabdehin aylıq əmək haqqının 715 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının əkiz uşaqlara hamilə olmaqla işləmək imkanının məhdud olmasını, lazımi tibbi müayinələrdən keçməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının hamiləliyi dövründə xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. “Mediasiya haqqında” qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 32 manat alınaraq dövlət büdcəsinə, iş üzrə ödənilmiş 60 manat mediasiya xərci alınaraq İddiaçı ödənilməlidir. Qətnamə alimentin tutulması hissəsində icra edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. İddiaçı hamiləliyi dövründə xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət rüsumu hesabına 32 manat alınaraq dövlət büdcəsinə, iş üzrə ödənilmiş 60 manat mediasiya xərci alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-7187/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7187/2025
13.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver