Məhkəmə qərarları › İş №2(125)-7189/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7189/2024

13.12.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7189/2024 13.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi Həsənov Ariz Arif oğlunun katibliyi ilə İddiaçı Kapital Bank ASC-nin Gəncə filialına qarşı onun Cavabdeh ASC-nin Kəpəz filialı ilə xx.xx.2023-cü il tarixli GTKR4085714B128 nömrəli kredit müqaviləsinin şərtlərinin ləğv edilməsi və qalıq faizlə birlikdə 15973,45 manat kredit borcunun hər ay 100 manat olmaqla Cavabdeh ASC-nin Kəpəz filialının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh kimi Kapital Bank ASC-nin Gəncə filialını göstərməklə onun Cavabdeh ASC-nin Kəpəz filialı ilə xx.xx.2023-cü il tarixli GTKR4085714B128 nömrəli kredit müqaviləsinin şərtlərinin ləğv edilməsi və qalıq faizlə birlikdə 15973,45 manat kredit borcunun hər ay 100 manat olmaqla Cavabdeh ASC-nin Kəpəz filialının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi hüquqi şəxsin, yəni Kapital Bank ASC-nin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu halda, Kapital Bank ASC-nin Gəncə filialının olduğu yer üzrə Gəncə Şəhər Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Məhkəmə göstərir ki, hüquqi şəxs olan Kapital Bank ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 hüquqi şəxs deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya cavabdehin ünvanının olduğu yerin məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Kapital Bank ASC-nin Gəncə filialına qarşı onun Cavabdeh ASC-nin Kəpəz filialı ilə xx.xx.2023-cü il tarixli GTKR4085714B128 nömrəli kredit müqaviləsinin şərtlərinin ləğv edilməsi və qalıq faizlə birlikdə 15973,45 manat kredit borcunun hər ay 100 manat olmaqla Cavabdeh ASC-nin Kəpəz filialının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı iddia ərizəsi ilə Kapital Bank ASC-nin hüquqi ünvanının olduğu yerin məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar