Məhkəmə qərarları › İş №2(125)-72/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-72/2025

27.02.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-72/2025 27.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti) "əmək haqqının ödənilməsi və pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh MMC-dən işlədiyi müddətdə hər növbədə artıq işlədiyi iş saatına görə 13680 manat, gecə növbəsinə görə 3036 manat, 5 ay müddətində əmək kitabçasını vermədiyi üçün 1900 manat olmaqla, cəmi 18616 manat, qeyd olunan məbləğin gecikdirilməsinə görə hər gün üçün 1 faiz pulun hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2019-cu il tarixdə cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq mühafizəçi vəzifəsinə qəbul olunmuşdur. Aylıq əmək haqqı 350 manat miqdarında müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə işçi sayının ixtisar olunması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunan müqaviləyə xitam verilməsindən 6 aya yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh orqan onun əmək kitabçasını ona qaytarmayıb. Bundan əlavə onunla bağlanmış əmək müqaviləsinin şərtlərinə, eyni zamanda qanunvericiliyin tələbinə görə onun iş saatı 8 saatdan artıq olmamalı, eyni zamanda da gecə növbəsində olan işçilərə qısaldılmış iş rejimi tətbiq edilməli idi. Lakin bunun əksinə olaraq cavabdeh orqan onu işlədiyi müddətdə hər növbədə 7 saat artıq işlədib. Belə ki, o bağlanmış müqavilə üzrə 44 ay işləmiş, cavabdeh onu hər ay 65 saat artıq işlətmişdir. Həmin artıq iş saatına görə də 13680 manat pul ödənilməlidir. Eyni zamanda da gecə növbəsinə görə ona əlavə 3036 manat, 5 aydır ki, əmək kitabçasını vermədiyinə görə cavabdeh orqan hazırda ona 18616 manat pul ödəməlidir. Məhkəmə gedişində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh MMC-də 2019-cu ilin noyabr ayından bəri, yəni 44 ay mühafizəçi vəzifəsində işləmişdir. İxtisarla əlaqədar işdən azad edilmişdir. Onun şikayəti əsasında cavabdeh MMC 2000 manat məbləğində cərimə olunmuşdur. Cavabdeh MMC ona ödənişlər edəcəyini bildirdiyi üçün notariusda tələbinin olmadığına dair ərizə vermiş, lakin cavabdeh MMC tərəfindən ona gecə növbəsinə görə 450 manat, hər növbədə artıq işlədiyi iş saatına görə 600 manat olmaqla, cəmi 1050 manat ödəniş edilmiş, ödənişlərin məbləği az olduğuna görə də notariusda ərizəsinə xitam vermişdir. xx.xx.2019-cu il tarixindən, xx.xx.2023-cü il tarixədək cavabdeh MMC-dən növbəyə girəndə və növbədən çıxanda MMC-də quraşdırılmış əl-barmaq izi aparatından istifadə etmişlər. Direktor və baş mühasib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətində verdikləri izahatlarında ona pul borclu olduqlarını etiraf etmiş, lakin borclarını ödəyəcəklərinə söz vermişlər. O və əlavə bütün mühafizəçilər cavabdeh MMCyə xidmətə gedərkən saat 18:00-da MMC-də quraşdırılmış əl-barmaq izini təyin edən xüsusi aparata əl-barmaq izi ilə toxunmuş və bir də növbədən çıxarkən növbəti gün səhər saat 09:00-da əl-barmaq izi ilə xüsusi quraşdırılmış aparata əl basıb növbədən çıxmışlar. Bir ay ərzində 225 saat iş saatları olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, tərəflər arasında əmək müqaviləsi olmuş, həmin əmək müqaviləsinə uyğun olaraq ödənişlər aparılmışdır. Əgər iddiaçının əməkhaqqısında düzgün hesablanmama məsələsi olsaydı, daha əvvəl tələb irəli sürə bilərdi. Hazırda faktiki olaraq görünür ki, iddiaçı əmək müqaviləsinə uyğun olaraq əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin əməkhaqqısını düzgün almış, ona görə də bugünədək belə bir tələb irəli sürməmişdir. Lakin iddiaçı işdən çıxarıldığı üçün sözügedən tələblə məhkəməyə müraciət etmişdir. Həmçinin, mühasibin izahatı alınmış, mühasib iddiaçıya pulun ödənilmədiyini etiraf etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdi ki, iddiaçının şikayəti əsasında işə baxılmış, cavabdeh MMC-yə göstəriş xarakterli məktub ünvanlanmışdır. Məhkəmə iddiaçını, cavabdehin vəkilini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına Cavabdeh MMC-nin işəgötürəni X3 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi əlavə edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin “işə qəbul barəsində” 13 noyabr 2019cu il tarixli, 42K nömrəli əmrindən görünür ki, İddiaçı 13 noyabr 2019-cu il tarixindən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə cəmiyyətə mühafizəçi vəzifəsinə işə qəbul edilmiş, işçi ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. Əsas işçinin işə qəbul ərizəsi və 13 noyabr 2019-cu il tarixli əmək müqaviləsi olmuşdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı 066 nömrəli, xx.xx.2022ci il tarixli arayış ona görə verilmişdir ki, o həqiqətən xx.xx.2019-cu il tarixindən Cavabdeh MMC-də 2-ci növbə olaraq axşam 18:00-dan səhər saat 08:00-a kimi həftə üzrə 40 saat olmaqla mühafizəçi vəzifəsində işləyir. Əmək haqqı əmək müqaviləsinə uyğun olaraq hesablanıb ödənilir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh direktoru X3 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən işə başlama tarixi xx.xx.2019-cu il tarixi, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2019-cu il tarixi, əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsinin forması vaxtamuzd, işçinin aylıq əmək haqqının məbləği 300 manat olmuşdur. Həmin bildirişin sistemə daxil edilmə tarixi xx.xx.2022-ci il olmuşdur. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh direktoru X3 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən işə başlama tarixi xx.xx.2019-cu il tarixi, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2019-cu il tarixi, əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsinin forması vaxtamuzd, işçinin aylıq əmək haqqının məbləği 350 manat (əvvəlki 300 manat) olmuşdur. Həmin bildirişin sistemə daxil edilmə tarixi xx.xx.2023-cü il olmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin “növbəti məzuniyyət haqqında” 11 yanvar 2023-cü il tarixli, 02 nömrəli əmrindən çıxarışdan görünür ki, cəmiyyətdə mühafizə işləyən İddiaçı 2021-2022-ci il iş dövrü üçün, 11 yanvar 2023-cü il tarixindən 23 (iyirmi üç əsas 21 gün staja görə 2 gün əlavə) təqvim günü (20 yanvar qeyri-iş olduğuna görə) 03 fevral 2023-cü il tarixinədək növbəti məzuniyyətinin verilməsi, işçinin 04 fevral 2023-cü il tarixdən işə başlaması əmr edilmişdir, əsas işçinin məzuniyyət ərizəsi olmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin iclasının 001/23 nömrəli, 11 iyul 2023-cü il tarixli protokolundan görünür ki, cəmiyyətin işçilərin sayının və ya ştatların ixtisarının aparılması müəsissədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısının almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədi ilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir necə ştat vahidinin ixtisarı, zəruri olan şatatların yaranması üzrə keçirilən iclasın nəticəsi olaraq cəmiyyətin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə 4 ədəd mühafizəçi, 1 ədəd operator kompyuter, 1 ədəd sürücü ştatlarının ixtisar edilməsi, eyni zamanda 1 ədəd yeni reklam üzrə mütəxəssis ştatı yaradılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin 023 nömrəli, 19 iyul 2023-cü il tarixli "xxxx" görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən işə gəlmir, heç bir məlumat və izahat təqdim etmədiyi üçün xx.xx.2023-cü il tarixində baş ofisə dəvət olunmuş, gəlməyinin mütləq olduğu bildirilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 024 nömrəli, 31 iyul 2023-cü il tarixli "xxxx" görünür ki, İddiaçı Gəncə Bazar Store MMC-nin rəhbərliyi tərəfindən xx.xx.2023-cü il tarixində ona göndərilmiş məlumata baxmayaraq işə gəlməməyə və gəlməmə səbəbi haqqında heç bir əsas göstərməməyə davam edərək Azərbaycan Respublikası Əmək Məcəlləsınin 186-cı maddənin şərtlərini pozması barədə xəbərdarlıq edilmiş, bu nəzərə alınaraq bildirilmişdir ki, xx.xx.2023 cü il tarixinə kimi heç bir tədbir görməsə, Gəncə Bazar Store MMC-nin rəhbərliyi tərəfindən ona töhmət veriləcək. İş materiallarında olan Cavabdeh MMC-nin 01/23 nömrəli, 02 avqust 2023-cü il tarixli “ştatların ixtisar edilməsi barədə xəbərdarlıqdan” görünür ki, İddiaçı Cavabdeh MMC müəssisəsində aparılan ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq (xx.xx.2023 tarixli ƏMR N 73K), işdən azad edilməsi və AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2023 tarixindən tutduğu vəzifədən azad olunacağı barədə xəbərdar edilmişdir. Odur ki, artıq iş axtarmağa başlaması və ya qeydiyyatda olduğu ərazi üzrə Məşğulluq idarəsinə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin “ştat ixtisarı haqqında” 02 avqust 2023cü il tarixli, 73K nömrəli əmrindən görünür ki, xx.xx.2023-cü il tarixindən müəssisənin AR Əmək Məcəlləsinin 70 (b) maddəsinə əsasən müəssisənin mühafizəçi ştatlarının ixtisar olunması ilə əlaqədar İddiaçı və X8 işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi, işdən azad edilən işçilərə qanunvericilikdə nəzərdə tutulan təminatların ödənilməsi, əmrin məzmununun işçilərin diqqətinə çatdırılması əmr edilmişdir. Əsas xx.xx.2023-cü il tarixli protokol olmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi barədə” 02 avqust 2023-cü il tarixli, 73K nömrəli əmrindən görünür ki, Cavabdeh bölməsində “mühafizəçi” vəzifəsində işləyən İddiaçı Fəxrəddin oğlu ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70. “b” – işçilərin sayı və ya ştatları ixtisar edildikdə maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən (xx.xx.2023-cü il tarixində 01/23 nömrəli protokol ştatın ixtisarı) xx.xx.2023-cü il tarixdən xitam verilməsi, işçinin xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 62 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin “ştat ixtisarı haqqında” 02 avqust 2023cü il tarixli, 74K nömrəli əmrindən görünür ki, xx.xx.2023-cü il tarixindən müəssisənin AR Əmək Məcəlləsinin 70 (b) maddəsinə əsasən müəssisənin 2 ədəd boş mühafizə ştatı, 1 ədəd boş sürücü ştatı və boş olan operator kompyuter ştatlarının ixtisar olunması əmr edilmişdir. Əsas xx.xx.2023-cü il tarixli protokol olmuşdur. İş materiallarına Verdiyev Fəxrəddin oğlu ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xx.xx.2023-ü il tarixdə AR Əmək Məcəlləsinin 70 (b) maddəsinə əsasən xitam verilməsi barədə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023cü il tarixli, 3-17-5/2-V-36657/2/2023 nömrəli iddiaçıya cavab məktubundan görünür ki, araşdırma nəticəsində şöbəyə təqdim edilən sənədlərdən və Cavabdeh MMC-nin baş mühasibi X4 xx.xx.2023-cü il tarixli izahatından məlum olmuşdur ki əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- cı maddəsinin "b” bəndi ilə ixtisarla bağlı xitam verilərkən, xx.xx.2023-cü il tarixli №-01/23 nömrəli "Ştatların ixtisar edilməsi barədə xəbərdarlıq”dan görünür ki, 77-ci maddənin 1-ci bəndinin tələbləri (İşçilərin sayı azaldıqda və ya ştatları ixtsar olunduqda, bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: - bir ildən beş ilədək əmək stajı olduqda — azı dörd təqvim həftəsi;) işəgötürən Cavabdeh MMC-nin direktoru Mahmud Mahmudzadə tərəfindən pozulmuş, əmək stajı nəzərə alınmamış və iddiaçıya dörd təqvim həftəsi əvvəldən xəbərdarlıq edilməmiş əmək müqaviləsinə xitam verilmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Eyni zamanda işəgötürən Mahmud Mahmudzadə tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin tələbi (Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) pozulmuş, işəgötürənin son haqq-hesabı və digər ödəmələr iddiaçıya işdən çıxdığı gün xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il və 07.08.203-cü il tarixlərdə ödənilmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və bununla yanaşı, gecə növbəsinə görə əmək haqqına əlavə haqqın hesablanıb ödənilməsi təmin edilməmişdir. Müraciətdə qeyd edilmiş eyni məsələyə Gəncə şəhər Prokurorluğunda baxılmış Cavabdeh MMC-nin direktoru vəzifəli şəxs Mahmud Mahmudzadə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında xx.xx.2023-cü il tarixli №**-İX-***3 saylı və №**-İX-***3 saylı qərarlar baxılması üçün aidiyyatı üzrə X2 göndərilmişdir. Cavabdeh MMC-nin direktoru vəzifəli şəxs Mahmud Mahmudzadə barəsində Xidmətin Gəncə-Daşkəsən regional şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verilməsinə görə) və 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və bu barədə iddiaçıya məlumat verilmişdir. Qeyd edilənlərlə əlaqədar, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən törədilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanın aradan qaldırılması məqsədilə, (İşə bərpa edilməsi, gecə növbəsinə görə işlədiyi dövr üçün əmək haqqına əlavə haqqın və son haq-hesabın yenidən hesablanıb ödənilməsi ilə bağlı) göstəriş xarakterli məktub göndərilmişdir. Həmçinin iddiaçıya məktubda qeyd edilənlərlə razılaşmadığı halda, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cavabdeh MMC-nin baş mühasibi X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatında qeyd etmişdir ki, Cavabdeh MMC-nin mühafizəçisi İddiaçı xx.xx.2019-cu il tarixdən mühafizəçi vəzifəsində işləyir. Cəmiyyətin maliyyə çatışmamazlığı ilə bağlı yaranmış vergi öhdəliyi ilə bağlı xx.xx.2023-cü il tarixdə rəhbərin göstərişi ilə ştat cədvəlində ixtisar aparılması üçün 001/23 saylı protokol əsasında 4 ştat vahidi mühafizəçi ştatı, 1 ştat vahidi operator komputer ştatı və 1 ştat vahidi sürücü ştatının ixtisar olunması rəsmiləşdirilmişdir. Cəmiyyətin ştat cədvəlində aparılan ixtisarla bağlı işçilər məlumatlandırılmış və onlara xəbərdarlıq edilmişdir. Cəmiyyətin ştat cədvəlində aparılan ixtisarla bağlı işçilər məlumatlandırılmış və xəbərdarlıq edilmişdir. Cəmiyyətin ştat cədvəlində edilmiş dəyişikliklə bağlı xx.xx.2023-cü il tarixdə 73 saylı əmrlə İddiaçı və X13 AR ƏM-nin 70 “b” bəndi ilə ixtisar edilmişlər və həmin tarixdə qalan ştat vahidləri “ƏMAS” dövlət portalından çıxarılaraq ixtisar edilmişdir. Cavabdeh MMC-nin ixtisarla işdən azad edilmiş mühafizəçisi X10 və mühafizəçi İddiaçı Faxrəddin oğluna istifadə edilməmiş məzuniyyət günləri nəzərə alınaraq 62 gün üçün son hesab hesablanıb haqq-hesab vərəqəsi tərtib edilmişdir. Cəmiyyətin vergi öhdəliyi (borcu) olduğu səbəbdən bank hesabında sərəncam olduğu üçün cari hesaba gündəlik daxil olan vəsait sərəncama silinir. Odur ki, cəmiyyətin ABB-də olan cari hesabında vəsait olmaması səbəbindən hesablanmış son hesabın ödənişi 03 avqust 2023-cü il tarixdə icra olunmuşdur. Cəmiyyətin ixtisar olunmuş işçisi İddiaçı son 12 ayın əmək haqqı yığılarsa, indeksləşdirilərək cəmi məbləğ 4104,33 manat olmuş, həmin məbləğ 12 aya bölünərək orta aylıq əmək haqqı 342,03 manat hesablanmış və bir günə düşən əmək haqqı (30,4 bölünərək) 11,25 manat təyin edilmişdir. Təyin olunmuş bir günlük əmək haqqı 62 günə vurularaq son hesab 697,66 manat hesablanmışdır. Hesablanmış məbləğdən gəlir vergisi tutulmamış (tutulmur), ancaq həmin məbləğdən “MOSS” tutularaq qalan məbləğ kart hesabına köçürülmüşdür. İxtisarla əlaqəli olaraq əmək stajı, 7 il 11 ay nəzərə alaraq 1,4 əmsalla kompensasiya hesablanmış və əmək haqqı kartına 418,98 manat xx.xx.2023-cü il tarixdə köçürülmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixdə əmək kitabçası doldurulub möhürbəndlənmiş və son haqq-hesab hesablanmışdır. Onun kart hesabına pul vəsaiti cari hesabda pul vəsaiti olmaması səbəbindən xx.xx.2023-cü il tarixdə köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023cü il tarixli, 3-17-5/2-V-35435/3/2023 nömrəli cavabdeh MMC-nin direktoru Mahmud Mahmudzadəyə cavab məktubundan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ixtisarla bağlı xitam verilərkən, xx.xx.2023-cü il tarixli №01/23 nömrəli “Ştatların ixtisar edilməsi barədə xəbərdarlıqdan” görünür ki, 77-ci maddənin 1-ci bəndin tələbləri (İşçilərin sayı azaldıqda və ya ştatları ixtsar olunduqda, bu Məcəllənin 70ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: - bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi;) işəgötürən Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən pozulmuş, əmək stajı nəzərə alınmamış və ona dörd təqvim həftəsi əvvəldən xəbərdarlıq edilməmiş əmək müqaviləsinə xitam verilmişdir, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş, eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin tələbi (Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir). Bu əmrin surəti,işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) pozulmuş işəgötürənin son haqq-hesabı və digər ödəmələr İddiaçı işdən çıxdığı gün xx.xx.2023-cü il tarixdə deyil xx.xx.2023-cü il və 07.08.203-cü il tarixlərdə ödənilmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Eyni zamanda gecə növbəsinə və əlavə iş saatlarına görə əmək haqqına əlavə haqqın hesablanıb ödənilməsi təmin edilməmişdir. Məktubda qeyd edilənləri nəzərə alıb İddiaçı yenidən işinə bərpa edilib, gecə növbəsinə, əlavə iş saatlarına görə işlədiyi dövr üçün əmək haqqına əlavə haqqın ödənilməsi və son haq-hesabı yenidən hesablanıb ödənilməsi 10 gün müddətində Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təmin edilməli və görülən tədbirlər barədə X14 Xidmətinin X2 məlumat verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023cü il tarixli, 3-17-5/2-V-30682/2023 nömrəli cavabdeh MMC-nin direktoru Mahmud Mahmudzadəyə cavab məktubundan görünür ki, İddiaçı müraciətinə baxılması üçün “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələbinə əsasən aşağıda adları qeyd olunan zəruri sənədlərin surətlərinin və müraciətlə əlaqədar cavab məktubunun 7 (yeddi) iş günündən gec olmayaraq şöbəyə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimova ünvanlanmış 036/23 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı müraciətdə qeyd etdiyi kimi MMC tərəfindən heç bir əlavə işə cəlb edilməmişdir. Eyni zamanda son haqq hesabı ödənilərkən istifadə edilməyən məzuniyyəti üçün kompensasiya hesablanıb və ixtisarla əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin qanunvericiliyinə uyğun olaraq iki aylıq müavinətin 1.4 misli hesablanıb ödənilmişdir. Bu məlumatların nəzərə alınması xahiş edilmişdir. İş materiallarında olan Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X16 tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, 66-İX/23 nömrəli toplanmış material üzrə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və qəbul edilmiş qərarın baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 Xidmətinin X2 göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X16 tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, 67-İX/23 nömrəli toplanmış material üzrə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və qəbul edilmiş qərarın baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 Xidmətinin X2 göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh MMC-nin direktoru X3 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin nəzərdə tutulmuş tələbi pozulmuş İddiaçı son haqq-hesabı işdən çıxdığı gündən ödənilməmiş və əmək qanunvericiliyinin tələbi pozularaq əmək müqaviləsinə xitam verilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Odur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əmək məzuniyyətinin hesablanmasına dair haqq-hesab vərəqindən görünür ki, İddiaçı xx.xx.2019-xx.xx.2023-cü il tarixləri ərzində 62 istifadə edilməyən məzuniyyət günləri və 2022-2023-cü illərin məzuniyyət dövləri ərzində 23 avans olaraq istifadə edilən məzuniyyət günləri üzrə cəmi 624,36 manat pul vəsaiti ödənilməlidir. İş materiallarında olan 2019-cu ilin noyabr ayı üçün 11 nömrəli əmək haqqını hesablama cədvəlindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, aylıq məvacibi 250 manatdır, iş günlərinin sayı 16 iş günüdür, əmək haqqı 148,15 manatdır, DSMF üçün 3 faiz – 4,44 manat, məşğulluq üçün 0,5 faiz – 0,74 manat olmaqla cəmi tutulan məbləğ 5,19 manatdır, işçiyə verilməli məbləğ 142,96 manat, plastik karta ödəniləsi əmək haqqı 143 manat, depozitdə qalan əmək haqqı -0,04 manatdır. İş materiallarında olan 2019-cu ilin dekabr ayı üçün 12 nömrəli əmək haqqını hesablama cədvəlindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, aylıq məvacibi 250 manatdır, iş günlərinin sayı 25 iş günüdür, əmək haqqı 200 manat, əmək haqqının 200 manatdan yuxarı hissəsi 50 manatdır, DSMF üçün 3 faiz – 6 manat, DSMF üçün 10 faiz – 5 manat, məşğulluq üçün 0,5 faiz – 1,25 manat olmaqla cəmi tutulan məbləğ 12,25 manatdır, işçiyə verilməli məbləğ 237,75 manat, işçiyə ödəniləsi əmək haqqı – 237,71 manat, plastik karta ödəniləsi əmək haqqı 238 manat, depozitdə qalan əmək haqqı -0,29 manatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 08 dekabr 2023-cü il tarixli İddiaçı əlavə vəsaitin aylıq vəzifə maaşına (xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə) axşam növbəsi üçün işlədiyi dövr üçün indeksləşdirilərək hesablanması barədə cədvəldən görünür ki, İddiaçı kart hesabına 450 manat imza edilərək ödənilmiş, depozitdə qalan vəsait 586 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 2019-cu ilin noyabr ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş növbələrinin sayı 9, iş günlərinin sayı 9 iş günü, iş saatlarının sayı 99 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2019-cu ilin dekabr ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 16 iş günü, iş saatlarının sayı 176 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2020-ci ilin yanvar ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 161 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2020-ci ilin fevral ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 14 iş günü, iş saatlarının sayı 150 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2020-ci ilin mart ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 14 iş günü, iş saatlarının sayı 149 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2020-ci ilin aprel ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 161 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2020-ci ilin may ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 13 iş günü, iş saatlarının sayı 137 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2020-ci ilin iyun ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 14 iş günü, iş saatlarının sayı 149 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2020-ci ilin iyul ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 161 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2020-ci ilin avqust ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 160 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2020-ci ilin sentyabr ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 161 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2020-ci ilin oktyabr ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 16 iş günü, iş saatlarının sayı 172 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2020-ci ilin noyabr ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 161 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2020-ci ilin dekabr ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 160 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2021-ci ilin yanvar ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 159 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2021-ci ilin fevral ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 14 iş günü, iş saatlarının sayı 150 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2021-ci ilin mart ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 13 iş günü, iş saatlarının sayı 139 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2021-ci ilin aprel ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 161 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2021-ci ilin may ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 158 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2021-ci ilin iyun ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 14 iş günü, iş saatlarının sayı 149 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2021-ci ilin avqust ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 16 iş günü, iş saatlarının sayı 171 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2021-ci ilin sentyabr ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 161 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2021-ci ilin oktyabr ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 160 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2021-ci ilin noyabr ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 161 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2021-ci ilin dekabr ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 160 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2022-ci ilin yanvar ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 160 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2022-ci ilin fevral ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 14 iş günü, iş saatlarının sayı 150 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2022-ci ilin mart ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 13 iş günü, iş saatlarının sayı 139 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2022-ci ilin aprel ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 161 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2022-ci ilin may ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 14 iş günü, iş saatlarının sayı 150 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2022-ci ilin iyun ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 14 iş günü, iş saatlarının sayı 150 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2022-ci ilin iyul ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 161 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2022-ci ilin avqust ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 161 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2022-ci ilin sentyabr ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 161 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2022-ci ilin oktyabr ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 16 iş günü, iş saatlarının sayı 171 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2022-ci ilin noyabr ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 14 iş günü, iş saatlarının sayı 150 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2022-ci ilin dekabr ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 160 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2023-cü ilin yanvar ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş növbələrinin sayı 4, iş günlərinin sayı 6 iş günü, iş saatlarının sayı 44 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2023-cü ilin fevral ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 14 iş günü, iş saatlarının sayı 150 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2023-cü ilin mart ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 13 iş günü, iş saatlarının sayı 139 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2023-cü ilin aprel ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 14 iş günü, iş saatlarının sayı 148 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2023-cü ilin may ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 15 iş günü, iş saatlarının sayı 161 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2023-cü ilin iyun ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş günlərinin sayı 14 iş günü, iş saatlarının sayı 148 saatdır. İş materiallarında olan Cavabdeh MMC-nin 2023-cü ilin iyul ayına aid tabelindən görünür ki, İddiaçı mühafizə vəzifəsində işləmiş, iş növbələrinin sayı 6, iş günlərinin sayı 12 iş günü, iş saatlarının sayı 66 saatdır. İş materiallarına İddiaçı məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bank hesabından xx.xx.2019-cu ildən xx.xx.2024-cü il tarixədək olan dövrləri əhatə edən xx.xx.2024-cü il tarixli çıxarış əlavə edilmişdir. İş materiallarına İddiaçı məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bank hesabından xx.xx.2019-cu ildən xx.xx.2024-cü il tarixədək olan dövrləri əhatə edən xx.xx.2024-cü il tarixli çıxarış əlavə edilmişdir. İş materiallarına Cavabdeh MMC tərəfindən tərtib edilmiş İddiaçı 2019-cu ilin noyabr ayı üçün əmək-haqqını hesablama cədvəli əlavə edilmiş, İddiaçı veriləsi məbləğ 142,96 manat, ödəniləsi əmək haqqı 142,96 manat, plastik karta ödənilən əmək haqqı 143 manat, depozitdə qalan əmək haqqı -0,04 manat olmuşdur. İş materiallarına Cavabdeh MMC tərəfindən tərtib edilmiş İddiaçı 2019-cu ilin dekabr ayı üçün əmək-haqqını hesablama cədvəli əlavə edilmiş, İddiaçı veriləsi məbləğ 237,75 manat, ödəniləsi əmək haqqı 237,71 manat, plastik karta ödənilən əmək haqqı 238 manat, depozitdə qalan əmək haqqı -0,29 manat olmuşdur. İş materiallarına Cavabdeh MMC tərəfindən tərtib edilmiş İddiaçı 2020-ci il üzrə hesablanıb ödənilmiş əmək haqqı cədvəli əlavə edilmiş, həmin cədvələ əsasən İddiaçı veriləsi məbləğ 2753,17 manat, ödəniləsi əmək haqqı 2753,60 manat, plastik karta ödənilən əmək haqqı 2278,67 manat, depozitdə qalan əmək haqqı 0,60 manat olmuşdur. İş materiallarına Cavabdeh MMC tərəfindən tərtib edilmiş İddiaçı 2021-ci il üzrə hesablanıb ödənilmiş əmək haqqı cədvəli əlavə edilmiş, həmin cədvələ əsasən İddiaçı veriləsi məbləğ 2652,83 manat, ödəniləsi əmək haqqı 2904,35 manat, plastik karta ödənilən əmək haqqı 2652 manat olmuşdur. İş materiallarına Cavabdeh MMC tərəfindən tərtib edilmiş İddiaçı 2022-ci il üzrə hesablanıb ödənilmiş əmək haqqı cədvəli əlavə edilmiş, həmin cədvələ əsasən İddiaçı veriləsi məbləğ 3318 manat, ödəniləsi əmək haqqı 3028 manat, plastik karta ödənilən əmək haqqı 3319 manat, depozitdə qalan əmək haqqı -291 manat olmuşdur. İş materiallarına Cavabdeh MMC tərəfindən tərtib edilmiş İddiaçı 2023-cü il üzrə hesablanıb ödənilmiş əmək haqqı cədvəli əlavə edilmiş, həmin cədvələ əsasən İddiaçı yanvar ayı üzrə 292,28 manat və avqust ayı üzrə 624,37 manat olmaqla, cəmi 916,85 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 174636 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı bank hesabına (hesab nömrəsi: ********************) 2023-cü ilin avqust ayı üçün son hesab və əmək haqqı qismində 214,24 manat pul vəsaiti ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 174864 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı bank hesabına (hesab nömrəsi: ********************) 2023-cü ilin avqust ayı üçün son hesab və əmək haqqı qismində 624,37 manat pul vəsaiti ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 177076 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı bank hesabına (hesab nömrəsi: ********************) 2023-cü ilin avqust ayı üçün işdənçıxarma müavinəti qismində 418,98 manat pul vəsaiti ödənilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qəbzlərin surətindən görünür ki, iddiaçının kart hesabına həmin tarixlərdə müvafiq olaraq 100 manat, 500 manat, 300 manat, 300 manat, 200 manat, 200 manat, 100 manat, 200 manat və 86 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-233158/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Fond tərəfindən Gəncə şəhər məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-203432/2024 nömrəli məktub ilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə mütəxəssisin cəlb edilməsi və müvafiq rəyin verilməsinin Fondun Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə aid olmadığından qeyd edilən məsələnin icrasının mümkün olmadığı bildirilmişdir. Əlavə olaraq, Cavabdeh MMC tərəfindən Ə. Verdiyevin məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarış məlumat üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 3-17-1/2-252605/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin bundan sonra - Nizamnamə) 1.1-ci yarımbəndinə əsasən Fond məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 1.3-cü yarımbəndinə əsasən Fond öz fəaliyyətində -Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur. Gecə növbəsində və artıq işləmiş iş saatına görə əmək haqqının ödənilməsi məsələsi Fondun Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə aid olmadığından icraatda olan 2(125)-1409/2024 nömrəli mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə mütəxəssisin cəlb edilməsi və müvafiq rəyin verilməsi mümkün deyildir. İş üzrə məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə məhkəmə-mühasibat ekspertizasının aparılmasından imtina edilməsi barədə 13 dekabr 2024-cü il tarixli məlumat daxil olmuşdur. Həmin məlumatda qeyd edilmişdir ki, iş materialları üzrə ilkin olaraq xx.xx.2024-cü il tarixində ekspert vəsatəti verilmiş, vəsatət təmin edilmədiyi üçün iş materialları xx.xx.2024-cü il tarixdə icrasız geri qaytarılmışdır. Hazırkı tədqiqat zamanı isə iş materialları xx.xx.2024-cü il tarixdə yenidən Mərkəzə daxil olmuşdur. İlkin aparılan tədqiqat zamanı tələb edilən sənədlər iş materiallarına əlavə edilmədiyindən əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixində yenidən ekspert vəsatəti göndərilmiş, İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə artıq işlədiyi iş saatlarına dair məlumatların (işə giriş və çıxışları saatlarını əks etdirən MMC-də quraşdırılmış əlbarmaq izi aparatından çıxarış), onunla bağlanmış əmək müqavilələrinin, məzuniyyətlə bağlı əmrlərinin, tutulmalar barədə məlumatların və s. iş üzrə əhəmiyyət kəsb edəcək digər sənədlərin tədqiqata təqdim olunması və məhkəmənin qərardadında göstərilənlərə əsasən tədqiqatın aparılmasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi bezrliyi yanında X14 Xidməti və Dövlət Sosial Müdaifə Fondunun mütəxəssislərinin iştirakının təmin edilməsi xahiş olunmuşdur. Vəsatətə cavab olaraq məhkəmənin məktubu ilə bir qism əlavə sənədlər xx.xx.2024-cü il tarixdə Mərkəzə təqdim olunsa da, həmin sənədlərlə tanışlıq zamanı onların əmək müqaviləsindən, bank çıxarışından, tabel cədvəllərindən ibarət olduğu, vəsatətdə adı qeyd olunan əlavə iş saatlarının hesablanması üçün əsas olan, işə giriş və çıxışları saatlarını əks etdirən MMC-də quraşdırılmış əlbarmaq izi aparatından çıxarış məlumatlarının isə təqdim edilmədiyi müəyyən olundu. Tədqiqatın aparılması və işin düzgün həlli üçün həmin məlumatların təqdim edilməsi zəruridir. Qeyd olunan məlumatlar təqdim edildikdən sonra ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılaraq hər hansı bir nəticəyə gəlinməsi mümkündür. Göstərilənləi nəzərə alınaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2.3-cü bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 7-ci maddəsinin «a» yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X7 «Əmək haqqının mühafizəsi haqqında» Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9-cu maddəsinin e) bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək kimi əsas hüquqları vardır. Həmin Məcəllənin 12-ci maddəsinin a) və b) bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. Əmək Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, əmək münasibətlərində işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır. Həmin Məcəllənin (hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan) 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsiin 89-cu maddəsinə əsasən tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Həmin Məcəllənin 95-ci maddəsinin 1-ci hissəsinə əsasən, iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. Əmək Məcəlləsinin 96-cı maddəsinin 1 və 2-ci hissələrinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci hissəsinə əsasən, iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən, işəgötürən faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Əmək Məcəlləsinin 109-cu maddəsinə əsasən, bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 154.2-ci maddəsinə əsasən, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Əmək Məcəlləsinin 164.1-ci maddəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin maddənin Qeydinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Əmək Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən, istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 74 saylı Qərarının 1-ci bəndinə əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunur ki, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd olunur ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair» xx.xx.2023-cü il tarixli Qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş "hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə (xüsusilə Delkur Belçikaya qarşı işi üzrə xx.xx.1970-ci il tarixli, Piersack Belçikaya qarşı işi üzrə xx.xx.1982-ci il tarixli, X17rşı işi üzrə xx.xx.1984-cü il tarixli qərarlara) əsasən, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, iddiaçı, 13 noyabr 2019-cu il tarixindən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə cavabdeh MMC-də mühafizəçi vəzifəsinə işə qəbul edilmiş, həmin tarixli əmək müqaviləsi ilə işçi əmək funksiyası və şərtləri, eləcə də əmək haqqı ilə razılaşmaqla əmək fəaliyyətinə başlamış, əmək müqaviləsinə xitam verilənədək həmin işi yerinə yetirmiş, onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ştatların ixtisarı əsası ilə xitam verilmiş və son haqqhesab məbləğləri ödənilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsini mübahisələndirməmişdir. İddiaçının tələbi işə başladığı gündən əmək müqaviləsinə xitam verildiyi tarixədək işlədiyi müddətdə hər növbədə artıq işlədiyi iş saatına görə 13680 manat, gecə növbəsinə görə 3036 manat, 5 ay müddətində əmək kitabçası verilmədiyi üçün 1900 manat olmaqla, cəmi 18616 manat, qeyd olunan məbləğin gecikdirilməsinə görə hər gün üçün 1 faiz pulun hesablanaraq ona ödənilməsi ilə bağlıdır. Lakin, iddiaçının işlədiyi dövr ərzində əlavə işə cəlb olunduğu, habelə gecə növbəsində işləməsinə görə əlavələrin ödənilmədiyi mülki iş üzrə sübutlarla təsdiq olunmur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı işə qəbul olunarkən gecə növbəsində saat 18:00dan 8:00-dək mühafizəçi vəzifəsinə təyin olunduğunu bilmiş, sərbəst surətdə bu barədə əmək müqaviləsini imzalamış, hər hansı etirazını bildirməmiş, əmək müqaviləsinin şərtləri ilə razılaşaraq uzun müddət həmin iş rejimində fəaliyyət göstərmişdir. Digər tərəfdən, məhz gecə növbəsində işləyən iddiaçıya əmək haqqına müvafiq əlavələrin ödənilməməsi və iddiaçının iş saatından artıq işə cəlb edilməsi ilə bağlı tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərinin və qanunvericiliyin tələblərinin pozulmasına görə cavabdeh MMC-nin hər hansı inzibati məsiliyyətə cəlb olunması da iş materiallarından müəyyən edilmir. Məhkəmə tərəflərin dəlillərinə, onların qarşılıqlı münasibətlərinə, mülki işin hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının işə başladığı gündən əmək müqaviləsinə xitam verildiyi tarixədək işlədiyi müddətdə ona hər növbədə artıq işlədiyi iş saatına görə 13680 manat və gecə növbəsinə görə 3036 manat ödənilməli olması barədə tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, göstərilən tələblər əsassız olduğundan qeyd olunan məbləğin gecikdirilməsinə görə hər gün üçün 1 faiz pulun hesablanaraq iddiaçıya ödənilməsi hissədə də iddia tələbi təmin edilməməlidir. Bundan başqa, iddiaçı 5 ay müddətində əmək kitabçası verilmədiyi üçün cavabdehdən 1900 manat pul da tələb edir. Əmək Məcəlləsinin (hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan) 172-ci maddəsinin 6-cı bəndinə görə işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı istinad etdiyi müddətdə əmək kitabçasının məhz işəgötürənin təqsirindən onda qalmasını sübuta yetirə bilməmişdir. Digər tərəfdən, iddiaçı həmin ziyanın hansı əsasla yaranması barədə də iş materiallarına hər hansı sübut əlavə etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı işəgötürənin təqsiri ucbatından əmək kitabçasını əldə edə bilmədiyini, ona əmək haqqı və ya son-haqq hesabın ödənilmədiyini, əmək haqqısının gecikdirildiyini, nəticədə ona məhz işəgötürənin hərəkəti və ya hərəkətsizliyi səbəbindən tələb etdiyi 1900 manat maddi ziyan dəydiyini sübuta yetirə bilməmiş, bu dəlillərini təsdiq edən hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bu göstərilənlərlə yanaşı, məhkəmə hazırkı iş üzrə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə görə əmək mübahisəsi dedikdə, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; məzuniyyət hüququnun həyata keçirilməsi; intizam tənbehi verilməsi; əməyin mühafizəsinin təşkili və təmin edilməsi; işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinin 9-cu hissəsinə görə əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ümumiyyətlə hazırkı iş üzrə tələbinin əsaslılığını hər hansı mötəbər dəlillərlə əsaslandıra bilməmişdir. Ona görə də əsassız olduğundan iddia tələbləri təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti) "əmək haqqının ödənilməsi və pul" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar