Məhkəmə qərarları › İş №2(125)-720/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-720/2025

10.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-720/2025 10.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə götürülmüş kredit öhdəliyinin bölünməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "xxxx" ASC-yə olan 15.981 manat 80 qəpik təşkil edən kredit borcunun yarısını təşkil edən 7.990 manat 90 qəpik məbləğində pul vəsaitinin, ödənilmiş mediasiya xərcinin və ödənilmiş dövlət rüsumun əvəzi qismində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə nikahlarını xx.xx.2014-cü il tarixdə qeydə aldırmışlar. Onların birgə nikahından xx.xx.2015-ci il tarixdə Miran və xx.xx.2017-ci il tarixdə Nuran adlı iki uşaq anadan olmuşdur. Cavabdeh ilə aralarındakı münasibətlər pisləşdiyindən Cavabdeh 2023-cü ilin may ayının 3-də evdən getmiş, may ayının 24-də isə aralarında olan münasibətlər yaxşılaşmış və onlar barışmışlar. Lakin ailə münasibətlərini bərpa edə bilmədiklərindən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4555/2024 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, birgə nikadan anadan olmuş uşaqların anasının yanında qalması müəyyən edilmiş və həmin uşaqların saxlanması üçün ondan hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, birgə nikah dövründə, yəni xx.xx.2023-cü il tarixdə ailə ehtiyacları üçün "xxxx" ASC-dən 12.500 manat məbləğində nəğd şəkildə kredit və 5.000 manat məbləğində kredit kartı götürmüşdür. Həmin krediti "xxxx" ASC-dən 2022-ci ilin yanvar ayında götürdüyü 10.000 manat məbləğində kreditin bağlanması üçün sərf etmişdir. "xxxx" ASC-dən 2022-ci ilin yanvar ayında götürdüyü kreditin 9.400 manat məbləğində hissəsini avtomobilin borcunu ödəmiş, 130 manat məbləğində hissəsini bank komissiya haqqı kimi ödəmiş, 410 manat məbləğində hissəsini isə rəsmiləşdirməyə sərf etmişdir. Bundan başqa, o, qeyd edilən avtomobili 2023-cü ilin yanvar ayının 14-də 12.500 manata sataraq, 2.000 manat məbləğində olan hissəsini Cavabdeh vermiş, yerdə qalan 10.500 manat hissəsinə borclarını ödəmişdir. Həmin borc avtomobil alarkən avtomobilin əzilməsinə görə yaranan təmir xərci ilə əlaqədar olmuşdur. O, avtomobili satmasından əldə ediyi pul vəsaitinin qalan 2.850 manat məbləğində hissəsinə Cavabdeh BOKT "xxxx" MMC-dəki borcunu ödəmişdir. BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan kredit müqaviləsi də birgə nikah dövründə bağlanmış, 4.900 manat məbləğində kredit götürülmüşdür. Həmin kreditin 3.000 manat məbləğində hissəsini dostunun sələm borcuna, 1.900 manat məbləğində hissəsini isə Cavabdeh vermişdir. O, özünün götürdüyü kreditinin 1.500 manat məbləğində hissəsini Cavabdeh götürdüyü sələmə, 1.400 manat məbləğində hissəsini isə alver etmək məqsədi ilə Cavabdeh aldığı mallara sərf etsə də hər hansı qazanc əldə edə bilməmişlər. O, 3.000 manat məbləğində hissəsini isə xalası oğlu X3 vermiş, 1.500 manat məbləğində hissəsini üçün ailə ehtiyacları üçün sərf etmişdir. Lakin dediyi halları təsdiq edən sübutları yoxdur. Onun xx.xx.2023-cü il tarixli "xxxx" ASC ilə onun arasında bağlanmış kredit müqavilələrii üzrə cəmi 15.981 manat 80 qəpik təşkil edən borcu ödəməyə maddi imkanı yoxdur. Belə ki, o, hərbi qulluqçudur və 1.050 manat məbləğində əmək haqqı alır. Əmək haqqının 400 manat məbləğində hissəsinə aliment ödəyir. Aylıq kredit ödənişi isə 606 manat təşkil edir. Onu isə ödəmək mümkünsüzdür. Sözügedən kredit öhdəliyi birgə nikah dövründə yaranmış və əldə olunan vəsait ailə xərclərinə sərf edilmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, CP/17066/92/29 nömrəli "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit sazişinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 150 manat komisyon haqqı ödəmək şərti ilə 48 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 12.500 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AL/15618/91/29 nömrəli "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit sazişinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5.000 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, DK/93354/91/29 nömrəli "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit sazişinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 58 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 30.000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, YGNF 1138/24 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli, CP/17066/92/29 nömrəli kredit müqaviləsi üzrə 10.246 manat 41 qəpik, xx.xx.2023-cü il tarixli, AL/15618/91/29 nömrəli kredit müqaviləsi üzrə 5.735 manat 39 qəpik və xx.xx.2023-cü il tarixli, DK/93354/91/29 nömrəli kredit müqaviləsi üzrə isə 137 manat məbləğində kredit borcu mövcuddur. İşdə olan xx.xx.2025-ci il tarixli, YGNF 0076/25 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixə "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli, CP/17066/92/29 nömrəli kredit müqaviləsi üzrə əsas borcun əvəzi qismində 9.219 manat 12 qəpik, faiz qismində 159 manat 03 qəpik, xx.xx.2023-cü il tarixli, AL/15618/91/29 nömrəli kredit müqaviləsi üzrə əsas borcun əvəzi qismində 4.999 manat 29 qəpik, faiz qismində 774 manat 15 qəpik, cərimə qismində 309 manat 95 qəpik və xx.xx.2023-cü il tarixli, DK/93354/91/29 nömrəli kredit müqaviləsi üzrə isə əsas borcun əvəzi qismində 99 manat 50 qəpik, faiz qismində 28 manat , cərimə qismində 40 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 4555/2024 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014cü ildə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 353 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2015-ci ildə anadan olmuş X1 və xx.xx.2017-ci ildə anadan olmuş X2 anaları Cavabdeh yanında saxlanılması, xx.xx.2015-ci ildə anadan olmuş X1 və xx.xx.2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 26571/2 nömrəli BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 7.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan BOKT "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 26571/2 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinədək əsas borcun əvəzi qismində 4.411 manat, faiz borcunun əvəzi qismində 1.098 manat 84 qəpik, cəmi 5.509 manat 84 qəpik təşkil edir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında nikah xx.xx.2014-cü il tarixdə qeydə alınmış, tərəflər arasında olan nikah münasibətləri faktiki olaraq, xx.xx.2024-cü il tarixdə başa çatmış və həmin tarixdə Cavabdeh İddiaçıla aralarında olan nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4555/2024 nömrəli qətnaməsi ilə İddiaçıla Cavabdeh arasında olan nikah pozulmuşdur. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli CP/17066/92/29 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı illik 23 faiz dərəcəsi ilə 48 ay müddətində ödənilməsi şərti ilə 12.500 manat məbləğində kredit əldə etmiş, bundan əlavə ona xx.xx.2023-cü il tarixli AL/15618/91/29 nömrəli kredit müqaviləsi üzrə illik 25 faiz dərəcəsi ilə hesablanmaqla 59 ay müddətinə 5.000 manat məbləğində kredit xətti açılmışdır. R.T.İddiaçıSəfərovla aralarında olan nikah münasibətlərinin faktiki başa çatdığı, yəni xx.xx.2024-cü il tarixədək xx.xx.2023-cü il tarixli CP/17066/92/29 nömrəli kredit müqaviləsi üzrə 3.609 manat, xx.xx.2023-cü il tarixli AL/15618/91/29 nömrəli kredit müqaviləsi üzrə 665 manat, xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2023-cü il tarixli CP/17066/92/29 nömrəli kredit müqaviləsi üzrə 2.065 manat 66 qəpik ödəniş etmiş, xx.xx.2023-cü il tarixli AL/15618/91/29 nömrəli kredit müqaviləsi üzrə hər hansı ödəniş aparmamışdır. Hazırda İddiaçı "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli CP/17066/92/29 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş borcu 9.378 manat 15 qəpik, xx.xx.2023-cü il tarixli AL/15618/91/29 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş borcu 6.083 manat 39 qəpik təşkil edir. İddiaçı "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli CP/17066/92/29 nömrəli və xx.xx.2023-cü il tarixli AL/15618/91/29 nömrəli kredit müqavilələri üzrə ödənilməmiş 15.981 manat 80 qəpik məbləğində kredit borcunun yarısını təşkil edən 7.990 manat 90 qəpik məbləğində pul vəsaitinin, ödənilmiş mediasiya xərcinin və ödənilmiş dövlət rüsumun əvəzi qismində pul vəsaitinin cavabdehdən alınaraq, ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəllənin 32-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakın daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiq təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli Qərarının 6.39-cü bəndində məhkəmələrə izah edilmişdir ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Həmin Qərarın 6.40-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2-ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ərarvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla xx.xx.2023-cü il tarixli CP/17066/92/29 nömrəli və xx.xx.2023-cü il tarixli AL/15618/91/29 nömrəli kredit müqavilələri üzrə icra edilmiş öhdəliyin deyil, onun "xxxx" ASC qarşısında icra edilməmiş 15.981 manat 80 qəpik məbləğində borcun yarısı qismində 7.990 manat 90 qəpik məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, ona verilməsini tələb edir. Halbuki, «Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiq təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli Qərarının 6.39-cü bəndində formalaşdırıldığı hüquqi mövqeyə görə ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Həmçinin İddiaçı xx.xx.2023-cü il tarixli CP/17066/92/29 nömrəli və xx.xx.2023-cü il tarixli AL/15618/91/29 nömrəli kredit müqavilələri üzrə əldə olunmuş vəsaitin ailə məsrəflərinə sərf edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə götürülmüş kredit öhdəliyinin bölünməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, habelə sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh "xxxx" ASC-yə olan 15.981 manat 80 qəpik təşkil edən kredit borcunun yarısını təşkil edən 7.990 manat 90 qəpik məbləğində pul vəsaitinin, ödənilmiş mediasiya xərcinin və ödənilmiş dövlət rüsumun əvəzi qismində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "xxxx" ASC-yə olan 15.981 manat 80 qəpik təşkil edən kredit borcunun yarısını təşkil edən 7.990 manat 90 qəpik məbləğində pul vəsaitinin, ödənilmiş mediasiya xərcinin və ödənilmiş dövlət rüsumun əvəzi qismində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar