Məhkəmə qərarları › İş №2(125)-737/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-737/2023

07.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-737/2023 07.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatanadək hər ay 100 manat alimentin onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, tərəflər faktiki olaraq ailə qurmuşlar, birgə ailə münasibətlərindən xx.xx.2020-ci ildə X4 anadan olmuşdur. Tərəflərin münasibətləri əvvəllər yaxşı olsa da hal-hazırda münasibətləri pozulmuşdur. Cavabdeh fərdi əməklə məşğul olaraq kifayət qədər qazancı olsa da uşağın saxlanımasında köməklik göstərmir. İddiaçı hər iki valideyinini itirmiş, həmçinin heç bir yerdə işləmir. Maddi cəhətdən hər hansı bir kömək yeri yoxdur. Odur ki, iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, birgə ailə münasibətlərindən Hüsna adlı uşaqları anadan olmuşdur Rəsmi olaraq heç bir yerdə işləmir. 200 manat aliment ödəməyə imkanı çatmır. 100 manat ödəyə bilər. İddiaçı uşağa baxa bilmirsə versin özü baxacaqdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 409672 seriyalı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı doğulmuş Hüsnanın atası Cavabdeh hesab edilmişdir. AZ-İV 575870 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2020-ci il tarixdə Hüsna adlı uşaqları anadan olmuşdur. xx.xx.2022-ci il tarixli, MŞG/1-05633 saylı ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2020-ci ildə anadan olmuş azyaşlı Hüsnanın yetkinlik yaşına çatanadək cavabdehdən hər ay 170 (bir yüz yetmiş) manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin 3 yaşınadək uşağa qulluq edilməsinə görə hər ay 100 manat alimentin iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin olunmalıdır. Belə ki, Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad maddi cəhətdən birbirinə kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi tərəflərin xx.xx.2020-ci ildə anadan olmuş azyaşlı uşağı Hüsna körpə olmaqla 3 yaşına çatmamışdır və azyaşlı Hüsnaya iddiaçı tərəfindən qulluq etməsi onun işləməsini mümkünsüz etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin olunaraq azyaşlı Hüsnaya 3 yaşınadək qulluq edilməsinə görə hər ay 30 manat aliment alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsini əsas tutaraq, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, xx.xx.2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci ildən başlayaraq Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat və uşağın 3 yaşına çatanadək hər ay 30 (otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 44,0 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Qətnamə dərhal icra olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci ildən başlayaraq Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat və uşağın 3 yaşına çatanadək hər ay 30 (otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin . Cavabdeh dövlət rüsumu hesabına 44,0 (qırx dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar