Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7607/2023 15.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh3 ASC-yə qarşı hərracın keçirilməsi və onun yekunlarının, o cümlədən yekunlara dair bağlanmış xx.xx.2019-cu il tarixli, 44/04-1 nömrəli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh3 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə Cavabdeh3 ASC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin və xx.xx.2019-cu il tarixli, 44/04-1 saylı protokolun etibarsız hesab edilməsi, həmin əmlakla bağlı çıxarışın ləğv edilməsi və evin ilkin hüquqi vəziyyətinə qaytarılmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsininin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.4 maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Digər cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və Cavabdeh3 ASC-yə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin və Cavabdeh3 ASC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Göstərilən qanunvericilik normasına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsaslanaraq məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin hazırlıq iclasına gəlmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. İddia ərizəsinin baxılmamış saxlanması ümumi qaydada yenidən ərizə ilə məhkəməyə müraciət etməyə maneə deyildir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh3 ASC-yə qarşı hərracın keçirilməsi və onun yekunlarının, o cümlədən yekunlara dair bağlanmış xx.xx.2019-cu il tarixli, 44/04-1 nömrəli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-7607/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7607/2023
15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver