Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-804/2025 11.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə evlilikdən doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 3 yaşına çatana kimi ona 150 manat aliment və uşağın xəstəliyi ilə bağlı müalicə olunub sağalana kimi müalicəsi üçün hər ay 150 manat məbləğində pulun ərizə məhkəməyə daxil olduğu gündən hesablanaraq tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflərin faktiki nikahından bir uşaq – xx.xx.2024-cü il təvəllüdlü X3 doğulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5063/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı xx.xx.2024-cü ildə doğulmuş Fatimə adlı uşağın atasının xx.xx.1996-cı ildə Gədəbəy rayonu, Parakənd kəndində doğulmuş Cavabdeh olmasının müəyyən edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü ildə anadan olmuş Fatimə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin alınıb, İddiaçı verilməsi qət edilmişdir. Həmin uşağın atasının Cavabdeh olmasına dair “atalığın müəyyən edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, AZ-İ seriyalı, 462328 nömrəli şəhadətnamə verilmişdir. Uşaq hazırda iddiaçı ilə birgə yaşayır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə evlilikdən xx.xx.2024cü ildə doğulmuş Fatimə adlı uşağın atasının Cavabdeh olmasının müəyyən edilməsi və xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü ildə anadan olmuş Fatimə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment alınıb, ona verilməsinə dair Gəncə Şəhər Məhkəməsi tərəfindən 2(125)-5063/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə çıxarılmışdır. Lakin uşağın üç yaşına çatana kimi özünə aliment pulu və uşağının xəstəliyi ilə bağlı müalicə xərci tələb etmək nəzərindən qaçmışdır. Övladının beynində ventrikulomeqaliya, hipertenziya xəstəliyi vardır. Uşağı mütəmadi olaraq həkim müayinəsində olmaqla müalicəyə ehtiyacı vardır. Uşağının müalicəsi gec müalicə olunan xəstəlikdir. Cavabdeh isə uşağının müalicəsi ilə bağlı ona heç bir köməklik etmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, uşağın anadangəlmə xəstəliyi ilə əlaqədar yazılmış həkim reseptləri var. Uşağa baxdığı üçün əmək fəaliyyəti ilə də məşğul ola bilmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Həmçinin izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, tərəflər rəsmi nikahda olmamışdır. Məhkəmə qətnaməsi ilə maksimum məbləğdə aliment müəyyən olunub. Hazırda isə cavabdeh işləmir. Bundan başqa, iddiaçı məhz özü uşağın xəstəliyi ilə əlaqədar nə qədər vəsait xərclədiyini sübuta yetirməlidir. Lakin müalicə və xərclərlə bağlı iddiaçı tərəfindən sübutlar təqdim olunmamışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına xx.xx.2024-cü il təvəllüdlü Fatimə adlı uşağa məxsus xx.xx.2024cü il tarixli neyrosonoqrafiya (baş-beynin ultrasəs müayinəsi), bud-çanaq oynağı US müayinəsi, xx.xx.2024-cü il tarixli qan analizi, xx.xx.2024-cü il tarixli bud-çanaq r-qramları, xx.xx.2024-cü il tarixli beyin ultrasəs müayinəsi-neyrosonoqrafiya əlavə edilmişdir. İş materiallarında olan “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” Publik hüquqi şəxsi uşaq xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 47 nömrəli arayışdan görünür ki, X3 həqiqətən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində “bağırsaq sancısı” diaqnozu, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində “bud-çanaq oynağının displaziyası” diaqnozu ilə Gəncə şəhər Uşaq Xəstəxanasının cərrahiyyə şöbəsinə ambulator müraciət etmişdir. İş materiallarına Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətində yardımçı fəhlə vəzifəsində işləməsi, əmək haqqısının 669,71 manat olması, həmçinin 100 manat məbləğində pensiya almasına dair sənəd əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Məkan Asif oğluna verilmiş xx.xx.2024-cü il tarixli məşğulluq haqqında arayışdan görünür ki, xx.xx.2024-cü il tarixli müraciətə əsasən Cavabdeh işsiz kimi qeydiyyata alınmış, arayışın etibarlılıq müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Məkan Asif oğluna verilmiş xx.xx.2025-ci il tarixli məşğulluq haqqında arayışdan görünür ki, xx.xx.2024-cü il tarixli müraciətə əsasən Cavabdeh işsiz kimi qeydiyyata alınmış, arayışın etibarlılıq müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. Məhkəmə, əvvəlcə iddianın uşağın üç yaşı tamam olanadək iddiaçıya kömək üçün hər ay sabit pul məbləğində 150 manat alimentin tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmçinin, Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Lakin, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında müvafiq icra hakimiyyəti orqanında nikah bağlanmamış, onlar arasında rəsmi nikah münasibətləri yaranmamışdır və belə olan halda cavabdehin ər kimi iddiaçıya maddi cəhətdən kömək etmək vəzifəsi də mövcud deyil. Məhkəmə, iddianın cavabdehdən hər ay 150 manat əlavə xərcin tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə qeyd edir ki, valideynlərin aliment öhdəlikləri əlavə xərclərdən fərqləndirilməlidir. Aliment öhdəliyinin əsasını valideynin uşağını saxlamaq vəzifəsi (yemək, geyim, təhsil və s. zəruri ehtiyacları təmin etmək) təşkil etdiyi halda, əlavə xərclərin əsasını Ailə Məcəlləsinin 81-ci maddəsində müəyyən olunmuş müstəsna hallar təşkil edir. Bu hallara uşağın ağır xəstə olması, şikəst olması, xəstə uşağın təlim və təhsili, sanatoriya-kurort müalicəsi və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilmişdir. Məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. İddiaçı azyaşlı uşağı Fatimə Abbasovanın “ventrikulomeqaliya”, “hipertenziya”, “bağırsaq sancısı”, “bud-çanaq oynağının displaziyası” xəstəlikləri ilə əlaqədar müayinə edildiyini sübuta yetirsə də, uşağın qeyd olunan xəstləliklərdən müalicə olunması üçün zəruri olan vəsaitin məbləği və həmin müalicənin hansı müddətə davam etməsi barədə sübutları, o cümlədən uşağın müalicəsi üçün hər ay mütəmadi olaraq vəsait xərcləməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə bu hissədə iddianın rədd edilməsi nəticəsinə gələrkən onu da nəzərə alır ki, iddiaçı izahatında və iddia ərizəsində cavabdehin kifayət qədər maddi imkana malik olmasını qeyd etsə də, bu barədə də iş materiallarına heç bir sübut əlavə etməmişdir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən ödənilən mediasiya xərci iddiaçının özünə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-804/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-804/2025
11.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver