Məhkəmə qərarları › İş №2(125)-865/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-865/2024

13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-865/2024 13.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 100 manat aliment tutulmasına və məhkəmə qətnaməsi ilə xx.xx.2016-cı ildə anadan olmuş X4 və xx.xx.2017-ci ildə anadan olmuş X1 üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin azaldılaraq hər ay sabit pul məbləği ilə hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı ərizə verərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarından xx.xx.2016cı il tarixdə X8 və xx.xx.2017-cı il tarixdə X9 adlı ikı uşaqları doğulmuşdur. Aralarında ailə münasibətləri pozulduğundan cavabdehlə olan nikahları pozulmuşdur. Məhkəmə qətnaməsinə əsasən uşaqlarının iddiaçının yanında saxlanması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün 04 aprel 2019-cu il tarixdən hər ay cavabdehin aylıq gəlirinin üçdə biri miqdarında aliment tutulması qət edilmişdir. Sonradan onlar cavabdehlə barışıb birgə yaşamışlar. Qeyri-rəsmi nikahlarından xx.xx.2022-ci ildə X12 adlı övladları anadan olmuşdur. Uşaqların hər üçü onun himayəsindədir. O, Ümidin saxlanması üçün də, cavabdehdən hər ay sabit pul məbləğində 100 manat aliment tutulmasını istəyir. Hazırda cavabdeh ailənin ərzaq tələbatının ödənilməsinə könüllü olaraq kömək etdiyi üçün cavabdehdən qızları Zəhra və Nurayın saxlanması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş alımentin məbəğinin azaldılması, yəni hər uşaq üçün sabit pul məbləğində hər ay 100 manat olmaqla üç uşağın saxlanmasından ötrü cəmi 300 manat aliment tutulmasını istəyir. Odur ki, Cavabdeh xx.xx.2022-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 100 manat aliment tutulmasına və məhkəmə qətnaməsi ilə xx.xx.2016-cı ildə anadan olmuş X4 və xx.xx.2017-ci ildə anadan olmuş X1 üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin azaldılaraq hər ay sabit pul məbləği ilə hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək izahatında göstərmişdir ki, iddiaçı ilə birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X8 və xx.xx.2017-cı il tarixdə X9 adlı ikı uşaqları doğulmuşdur. Aralarında ailə munasibətləri pozulduğundan cavabdehlə olan nikahları pozulmuşdur. Məhkəmə qətnaməsinə əsasən uşaqlarının iddiaçının yanında saxlanması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün 04 aprel 2019-cu il tarixdən hər ay cavabdehin aylıq gəlirinin üçdə biri miqdarında aliment tutulması qət edilmişdir. Sonradan onlar cavabdehlə barışıb birgə yaşamışlar. Qeyri-rəsmi nikahlarından xx.xx.2022-ci ildə X12 adlı övladları anadan olmuşdur. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. İşdə olan Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə Göygöl şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Göygöl şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə Göygöl şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)- 1419/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, 1693 nömrə ilə qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı ildə anadan olmuş X4 və xx.xx.2017-ci ildə anadan olmuş X5 anası İddiaçı himayəsində saxlanılması, xx.xx.2016-cı ildə anadan olmuş X4 və xx.xx.2017-ci ildə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının(başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər xx.xx.2016-cı ildə anadan olmuş X4 və xx.xx.2017-ci ildə anadan olmuş X5 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbi ilə məhkəməyə müraciət etməyə razılaşmışlar. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-1419/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, 1693 nömrə ilə qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı ildə anadan olmuş X4 və xx.xx.2017-ci ildə anadan olmuş X5 anası İddiaçı himayəsində saxlanılması, xx.xx.2016-cı ildə anadan olmuş X4 və xx.xx.2017-ci ildə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının(başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Nikah pozulduqdan sonra tərəflərin faktiki münasibətlərindən xx.xx.2022-ci ildə X12 adlı övladları anadan olmuşdur. İddiaçı hazırda xx.xx.2022-ci ildə X12 adlı uşağın saxlanılması üçün həmin məbləğin uşağın saxlanması üçün hər ay sabit pul məbləği ilə 100 manat alimentin tutulması, həm də xx.xx.2016-cı ildə anadan olmuş X4 və xx.xx.2017-ci ildə anadan olmuş X5 üçün cavabdehin hər ay aylıq qazancının(başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin dəyişdirilərək hər ay sabit pul məbləği ilə 100 manat alimentin cəmi 300 manat sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapdığını nəzərə alır və hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Həmçinin Cavabdeh iddianı qəbul edərək təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsainə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını nəzərə alır və hesab edir ki, hazırda Cavabdeh hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia verildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci ildə anadan olmuş X12 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləği ilə 100 manat aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalı, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-1419/2019 saylı qətnaməsi ilə xx.xx.2016-cı ildə anadan olmuş X4 və xx.xx.2017-ci ildə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının(başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında tutulan aliment dəyişdirilərək, xx.xx.2016-cı ildə anadan olmuş X4 və xx.xx.2017-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 100 manat aliment qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, tərəflərin mediasiya prosesində barışıq sazışı bağlaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci ildə anadan olmuş X12 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləği ilə 100 manat aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. xx.xx.2016-cı ildə anadan olmuş X4 və xx.xx.2017-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-1419/2019 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin məbləği dəyişdirilərək xx.xx.2016-cı ildə anadan olmuş X4 və xx.xx.2017-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2016-cı ildə anadan olmuş X4 və xx.xx.2017-ci ildə anadan olmuş X9 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. X2 münasibətdə dərhal icra edilsin. X3 və X6 münasibətdə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar