Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-877/2022 18.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən ödənilməmiş əmək haqqının əvəzi qismində 7.660 manat, son haqq-hesabın əvəzi qismində 594 manat, əmək kitabçasının gecikdirilərək təqdim olunmasına görə digər işə qəbul oluna bilməməsi ilə əlaqədar 7.000 manat, əmək-haqqı və son haqq-hesabın gecikdirildiyi müddət üçün 2 faiz məbləğdə əlavə pul vəsaitinin hesablanaraq, cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehdən ödənilməmiş əmək haqqının əvəzi qismində 7.660 manat, son haqq-hesabın əvəzi qismində 594 manat, əmək kitabçasının gecikdirilərək təqdim olunmasına görə digər işə qəbul oluna bilməməsi ilə əlaqədar 7.000 manat, əmək-haqqı və son haqq-hesabın gecikdirildiyi müddət üçün 2 faiz məbləğdə əlavə pul vəsaitinin hesablanaraq, cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, İddiaçı 02 avqust 2021-ci il tarixdən 25 oktyabr 2021-ci il tarixədək Cavabdeh «X3 Mərkəzi»ndə icraçı direktor vəzifəsində işləmiş və Cavabdeh təsisçisi X1 göstərişlərinə uyğun fəaliyyət göstərməklə verilmiş səlahiyyətləri yerinə yetirmişdir. 25 oktyabr 2021-ci il tarixdə İddiaçı ərizəsinə əsasən Cavabdeh «X3 Mərkəzi»nin 25 oktyabr 2021-ci il tarixli 223 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, 25 oktyabr 2021-ci il tarixinədək İddiaçı 7.670 manat 3 ay 25 günlük ödənilməmiş əmək haqqı borcu, istifadə olunmamış əmək məzuniyyətlərinə görə 594 manat son haqq-hesab borcu və əmək kitabçasının İddiaçı işdən çıxdığı gün təqdim olunmaması səbəbindən başqa işə düzələ bilməməsinə görə 7.000 manat məbləğində zərərin ödənilməsi cavabdeh tərəfindən təmin olunmamışdır. İddiaçı tərəfindən Cavabdeh təsisçisinə əmək müqaviləsinin xitam verilməsindən sonra son haqq-hesabın və ödənilməmiş 3 ay 25 günlük əmək haqqının işdən çıxdığı gün ödənilməsi tələbi göndərməsinə baxmayaraq, həmin tələb cavabdeh tərəfindən təmin olunmamışdır. Buna görə də İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 02 noyabr 2021-ci il tarixdə İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış ərizədən görünür ki, İddiaçı Cavabdehndən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin, ödənilməmiş 4 aylıq əmək haqqının, istifadə olunmamış əmək məzuniyyəti günlərinə müvafiq son haqq-hesabın və əmək kitabçasının ona verilməsini xahiş etmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi haqqında 25 oktyabr 2021-ci il tarixli 223 nömrəli əmrin surətindən görünür ki, Cavabdehndə direktor vəzifəsində işləyən İddiaçı ilə bağlanmış 002 saylı, xx.xx.2017-ci il tarixli «Əmək Müqaviləsi»nə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən (Əmək Məcəlləsinin 69.3-cü maddəsində sadalanan hal) 25 oktyabr 2021-ci il tarixində xitam verilməsi, cəmiyyətin Maliyyə bölməsinin İddiaçı 2021-ci il tarixi üçün yaranmış, lakin istifadə etmədiyi 9 gün əsas məzuniyyət günlərinə görə pul əvəzi və son iş gününədək olan əmək haqqı, son haqq-hesab olaraq qanunvericiliyin tələblərinə əsasən hesablanıb sonuncu iş günün ödənilməsi, cəmiyyətin İnsan Resursları bölməsinə İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar onun əmək kitabçasına (olduğu halda) elektron informasiya sistemində müvafiq qeydin aparılması, işçinin bu əmrlə tanış edilməsi, əmrin surətinin və əmək kitabçasının (olduğu halda) işçiyə işdən azad olduğu gün verilməsini və ya poçt vasitəsi ilə yaşayış ünvanına rəsmi qaydada göndərilməsinin təmin edilməsi əmr edilmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 25 oktyabr 2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «a» yarımbəninə əsasən xitam verilmişdir. İş materiallarında olan 11 avqust 2022-ci il tarixli Cavabdeh arayışından görünür ki, İddiaçı ödənilməmiş əmək haqqı və məzuniyyət 5.978 manat 69 qəpik, ödənilməmiş yekun haqq-hesab 524 manat 02 qəpik təşkil edir. İşdə olan iddiaçının nümayəndəsi A.M.Abdullayev tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Cavabdeh İddiaçı ödənilməmiş əmək haqqının əvəzi qismində 6.787 manat, son haqq-hesabın əvəzi qismində 594 manat məbləğində borcun olmasını etiraf etmişdir. Beləliklə, işdə olan sübutlarla müəyyən edildi ki, İddiaçı əvvəllər Cavabdehndə direktor vəzifəsində işləmiş, Cavabdeh 25 oktyabr 2021-ci il tarixli 223 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış 002 saylı, xx.xx.2017-ci il tarixli «Əmək Müqaviləsi»nə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən 25 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir. Lakin İddiaçı Cavabdeh tərəfindən ödənilməli olan 6.787 manat əmək haqqı və 594 manat son haqq-hesab ödənilməmişdir. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçının nümayəndəsi həmin halı etiraf edərək, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh nümayəndəsinin iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və qeyd olunan səbəbdən iddiaçının nümayəndəsi tərəfindən iddianın etirafı qəbul olunmalı, iddia tələbi həmin hissədə təmin edilməli, ödənilməmiş əmək haqqının əvəzi qismində 6.787 manat və ödənilməmiş son haqq-hesabın əvəzi qismində 594 manat məbləğində pul vəsaiti Cavabdehndən İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, İddiaçı Cavabdeh tərəfindən ona ödənilməmiş əmək haqqının 7.660 manat məbləğində olmasını bildirsə də, buna dair sübutlarını, eləcə də bank hesabından çıxarışları və digər sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə görə Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə görə əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci bəndinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-cı bəndinə görə işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzürsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndi tətbiq edilməli və və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır. Lakin əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Belə ki, işəgötürən ümumiyyətlə əmək haqqı borcunun olmadığını və ya vurulmuş zərərlə əlaqədar əmək haqqını ödəmədiyini iddia etdiyi üçün tələb olunan pulun verilmədiyi faktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Belə borcun olub-olmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilir. Sözügedən maddənin qeydindən də göründüyü kimi, «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» ifadəsi, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülür. Göründüyü kimi, maddə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir. Baxılan iş üzrə fərdi əmək mübahisəsinin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olub-olmadığı təşkil etmişdir. Cavabdeh iddiaçıya əmək haqqı borcunun olduğunu mübahisələndirmiş, hətta İddiaçı vurulmuş zərərlə əlaqədar ona borcunun olmasını bildirməklə, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh İddiaçı borcunun mövcudluğu yalnız baxılan mübahisənin məhkəmə qaydasında həlli nəticəsində müəyyən olunmuşdur. Bundan başqa, İddiaçı əmək kitabçasının Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi 25 oktyabr 2021-ci il tarixdə deyil, 11 fevral 2022-ci il tarixdə təqdim olunmasına görə başqa işə qəbul oluna bilməməsi ilə əlaqədar 7.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub ona verilməsini xahiş etsə də, həmin müddət ərzində ona real iş təklifinin olmasını və həmin təklif olunan işə görə əmək haqqının məbləğinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia əmək kitabçasının gecikdirilərək təqdim olunmasına görə digər işə qəbul oluna bilməməsi ilə əlaqədar 7.000 manat, əmək-haqqı və son haqqhesabın gecikdirildiyi müddət üçün 2 faiz məbləğdə əlavə pul vəsaitinin hesablanaraq, cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən İddiaçı Nadiq qızının xeyrinə ödənilməmiş əmək haqqının əvəzi qismində 6.787 manat və ödənilməmiş son haqq-hesabın əvəzi qismində 594 manat məbləğində pul vəsaiti tutulmalı, əmək kitabçasının gecikdirilərək təqdim olunmasına görə digər işə qəbul oluna bilməməsi ilə əlaqədar 7.000 manat, əmək-haqqı və son haqq-hesabın gecikdirildiyi müddət üçün 2 faiz məbləğdə əlavə pul vəsaitinin hesablanaraq, cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair hissədə isə iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdehndən İddiaçı Nadiq qızının xeyrinə ödənilməmiş əmək haqqının əvəzi qismində 6.787 (altı min yeddi yüz səksən yeddi) manat və ödənilməmiş son haqqhesabın əvəzi qismində 594 (beş yüz doxsan dörd) manat, cəmi 7.381 (yeddi min üç yüz səksən bir) manat məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-877/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-877/2022
18.11.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver