Məhkəmə qərarları › İş №2(125)-878/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-878/2023

18.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-878/2023 18.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şəmsi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 və 24 sentyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat, həmçinin 24 sentyabr 2021-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat və mediasiya xərcinə görə ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması, alimentin tutulmasının əvvəlinin 5 noyabr 2022-ci il tarixdən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını 01 oktyabr 2016-cı il tarixdə Gəncə Nikah evində 119 №-li akt qeydi ilə rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahlarından 14 avqust 2017-ci il təvəllüdlü X5 və 24 sentyabr 2021-ci il təvəllüdlü X4 adlı iki uşaqları doğulmuşdur. Cavabdehlə ailə qurduqları ilk vaxtlar ailə münasibətləri qaydasında olmuş, lakin sonradan münasibətləri pozulmuşdur. Cavabdehlə birgə nikahlarından doğulmuş uşaqlar onun himayəsindədirlər. Cavabdehlə 2022-ci ilin iyul ayından faktiki olaraq ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh uşaqları ilə maraqlanmamış, uşaqlarına maddi və mənəvi yardım göstərməmişdir. Halbuki, cavabdeh uşaqların saxlanılması üçün maddi dəstək olmaq iqtidarındadır. O, 05 noyabr 2022-ci il tarixdən cavabdehə alimentin ödənilməsi üçün rəsmi qaydada mediasiyaya təklif məktubu göndərsə də, cavabdeh bu müraciətinə biganə qalmış və uşaqların saxlanılması üçün heç bir maddi dəstək göstərməmiş və Cavabdeh ilkin mediasiya sessiyasına da gəlməmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Göstərilənlərə əsasən, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, iddiası əsaslıdır və təmin olunmalıdır. O, uşaqların tələbatlarını və övladlarına lazım olan əlavə xərcləri ödəməkdə çətinlik çəkir. Cavabdeh Gəncə Beynəlxalq xəstəxanasında növbəli şəkildə təcili tibbi yardım avtomobilinin sürücüsü işləyir. Boş olan günlərdə isə taksi fəaliyyəti ilə məşğul olur və əlavə olaraq da babasının bərbərxanasında işləyir. Cavabdeh tələb olunan alimenti ödəmək iqtidarındadır. Özü 51 nömrəli Körpələr Evi-Uşaq bağçasında tərbiyəçi işləyir və 340 manat əməkhaqqı alır. Həmin pulla uşaqlarını saxlamaqda çətinlik çəkir. Odur ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər ay, hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat, azyaşlı İsmayılın 3 yaşına çatanadək özünün maddi təminatı üçün əlavə olaraq 100 manat, cəmi 600 manat məbləğində aliment tutulması və alimentin tutulmasının mediasiyaya müraciət etdiyi vaxtdan hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 06 yanvar 2023-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Gəncə Beynəlxalq xəstəxanasında təcili tibbi yardım avtomobilinin sürücüsü kimi işləyir, başqa iş yeri və əlavə qazancı yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 01 oktyabr 2016-cı il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Talıbov və arvada Talıbova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı 982116 nömrəli və AZ-İV seriyalı 660576 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X2 və 24 sentyabr 2021-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Gəncə şəhər İcra Hakimiyyəti 51 nömrəli Körpələr Evi-Uşaq bağçası tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həmin bağçada tərbiyəçi işləyir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-də ambulans (təcili yardım maşını) sürücüsü işləyir və əmək haqqı 326,86 manat təşkil edir. İş materiallarına əlavə olunmuş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 06 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, X6 mediasiyanın tətbiqi barədə təkliflə 05 noyabr 2022-ci il tarixdə Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə alimentin miqdarının müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini və ölkə üzrə yaşayış minimumunun miqdarının nəzərə alınmasını vacib hesab edir. Lakin alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi müəyyən edilməsi üçün cavabdehin gəlirinin yüksək olması müəyyən edilməmişdir. Valideynin rəsmi gəlirlərinin az və ya çox olmasından, yaxud ümumiyyətlə qazancının və ya gəlirinin olub-olmamasından asılı olmayaraq o, uşağının saxlanılması və maddi təminatı üçün məsuliyyət daşıyır. Eləcə də uşağın maddi təminatının əvvəlki səviyyəsinin maksimal saxlanılması və minimum dolanacaq xərclərindən az olmayaraq verilməsi valideynin vəzifəsidir. Qeyd edilənlərə əsasən iddia qismən təmin olunmalı, xx.xx.2017-ci il təvəllüdlü X2 və 24 sentyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat miqdarında aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəməyə təqdim olunmuş iddia ərizəsinə əlavə olunmuş 06 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı alimentin tutulması barədə mübahisə ilə bağlı cavabdehə mediasiyanın tətbiqi barədə təklifi 05 noyabr 2022-ci il tarixdə göndərmişdir. Beləliklə iddiaçının alimentin alınması üçün məhkəməyə müraciət edilənədək 05 noyabr 2022-ci il tarixdən tədbirlər görməsi, cavabdehin isə aliment ödəməkdən boyun qaçırması öz təsdiqini tapır. Odur ki, alimentin tutulmasının əvvəli 05 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Buna görə də qətnamə alimentin tutulması hissəsində dərhal icra olunmalıdır. Məhkəmə iddianın “uşaq üç yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində aliment tutulması” hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Göründüyü kimi yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün tutulan alimentdən fərqli olaraq ər-arvadın bir-birindən aliment tələb etməsinin əsası kimi digər tərəfin zəruri vəsaitə malik olması şərti qoyulmuşdur. Lakin, iddiaçı cavabdehin tələb olunan alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olması barədə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdehin məhkəmədə müəyyən edilmiş gəlirinin miqdarının 326,86 manat olması, həmin məbləğdən 300 manat aliment tutulması da nəzərə alındıqda qalan məbləğdən əlavə olaraq iddiaçının saxlanması üçün alimentin tutulması mümkün deyildir. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçı özü də işləyir və aylıq gəliri var. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya mediasiya prosesinin tətbiqi barədə müqavilənin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan normanın tələbinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 və 24 sentyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 05 noyabr 2022-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar