Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-88/2024 08.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X9, ləğv prosesində olan "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna, Gəncə şəhəri 1 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə, Cavabdeh7, Göygöl notariat ofisinə, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «etibarnamənin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X14 cavabdehlər Cavabdeh1, X9, ləğv prosesində olan "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna, Gəncə şəhəri 1 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə qarşı iddiaçının adından X15 arasında saxta bağlanmış *3.*6.2*14-cü il tarixli alğı-satqı müqaviləsinin, *8 sentyabr 2*15-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməklə X8 adına verilmiş reyestr nömrəsi 2*2*13**4179-1*3*1 nömrəli çıxarışın və eyni reyestr nömrəli Cavabdeh1 adına qeydə alınmış mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndənsi (vəkili) Nümayəndə iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının adından Cavabdeh7 ilə X15 arasında saxta olaraq, bağlanmış 15.11.2*12-ci il tarixli, AN-İ№*3*6*84 nömrəli alğı-satqı müqaviləsinin, 2* iyun 2*12-ci il tarixli 7e-3-1893 reyestr nömrəli etibarnamənin, *8 sentyabr 2*15-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməklə X8 adına verilmiş reyestr nömrəsi 2*2*13**4179-1*3*1 nömrəli çıxarışın və eyni reyestr nömrəli Cavabdeh1 adına qeydə alınmış mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul olunmasını, Cavabdeh7 və Göygöl notariat ofisinin iş üzrə cavabdeh qismində cəlb olunmalarını, cavabdeh X8 ölməsi ilə əlaqədar həmin şəxsin Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı hazırki tarixədək həmin fərdi yaşayış evində yaşayır. Lakin 2*22-ci il tarixdə icra məmuru onun yaşadığı mənzilə gələrək, evin boşaldılmasını tələb etmişdir. İddiaçı yalnız bu zaman mülkiyyətində olan mənzilin onun məlumatı olmadan X9, X15 tərəfindən isə Cavabdeh1 satıldığından xəbərdar olmuşdur. İlkin alqı-satqı müqaviləsi saxta olduğundan sonuncu, yəni Cavabdeh1 ilə bağlanmış müqavilə də saxta müqavilə hesab edilməlidir. Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evi İddiaçı atasından miras qalmışdır və İddiaçı yeganə yaşayış yeridir. İddiaçı əlildir və tam iş qabiliyyətinə malik deyildir. Cavabdehlərin təqsirli hərəkətləri nəticəsində İddiaçı yeganə yaşayış yerindən məhrum edilmək üzrədir. O özü Cavabdeh1 tanımır və əvvəllər onunla Cavabdeh1 arasında hər hansı münasibət olmamışdır. Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinin formal mülkiyyətçisi Cavabdeh1 mülkiyyətində Gəncə şəhəri, Avtozavod qəsəbəsində başqa bir fərdi yaşayış evi və «Hyundai Sonata» markalı avtomobil vardır. Buna görə də Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinin ilkin vəziyyətə qaytarılması digər şəxslərin, eləcə də ləğv prosesində olan "xxxx" ASC-nin hüquqlarının pozulmasına səbəb deyildir. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, X15, "xxxx" ASC-nin Əmanətlərin Sığortalanması Fondu, Gəncə şəhəri 1 saylı notariat ofisi, Göygöl rayon notariat ofisi, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin *2.*7.2*24-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh7 iddianı qəbul edərək, izahatında göstərmişdir ki, 2*12-ci ildə onun yüksək miqdarda borcu yaranmış və həmin borcun ödənilməsi məqsədi ilə müxtəlif vasitələr axtarmışdır. Həmin vaxt o, qardaşı İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evini girov qoymaq və pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə 2*12-ci ilin noyabr ayında tanımadığı taksi avtomobili ilə Gəncə şəhərindən Göygöl rayonuna getmiş və həmin taksi avtomobili sürücüsündən notariat ofisində özünü İddiaçı kimi təqdim etməsini xahiş etmişdir. Həmin şəxs özünü notariat ofisində özünü İddiaçı kimi təqdim etmiş və mənzilə sərəncam verilməsinə dair etibarnaməyə imza etmişdir. Bundan sonra o, həmin etibarnamə əsasında Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinin girov qoyulması üçün X15 ilə müqavilə imzalamışdır. Həmin vaxt X15 mənzilin yalnız girov qoyulduğunu və borcun qaytarılmasından dərhal sonra mənzilin əvvəlki mülkiyyətçiyə geri qaytarılacağına onu əmin etmişdir. Lakin sonradan o, 35.*** manat məbləğində borcunun 25.*** manat məbləğində hissəsini X9 geri qaytarsa da, E.H.Nəbiyev mənzili geri qaytarmamışdır. O, etdiyi əməlin cinayət olduğunu dərk edir, əməlindən peşmançılıq hissi keçirir və iddianın təmin olunmasını məhkəmədən xahiş edir. *2.*7.2*24-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh1 iddianı qəbul edərək, izahatında göstərmişdir ki, Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinə dair aparılmış alqı-satqıdan onun məlumatı olmamışdır. O, bir neçə il bundan əvvəl "xxxx" ASC-dən ipoteka ilə mənzil almağa çalışmış, sənədləşmə işləri aparıldıqdan sonra mənzilin alqı-satqısının mümkün olmadığı ona bildirilmişdir. Bundan sonra onun Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evi ilə əlaqəsi olmamış və fərdi yaşayış evində hər hansı müddətdə yaşamamışdır. Hazırda onun Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evi ilə heç bir əlaqəsi yoxdur və iddianın təmin olunmasını məhkəmədən xahiş edir. O, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə tanımır və həmin şəxslə heç bir əlaqəsi olmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş 23.*5.2*23-cü il tarixli 3-21-3-33/2- 4618/2*13 nömrəli arayışdan görünür ki, Gəncə şəhəri, Tusi küçəsi, 8-də yerləşən daşınmaz əmlak *9.*9.196*-cı il tarixli 12-2492 reyestr nömrəli müqavilə əsasında X2* Sovetinin İcraiyyə Komitəsi tərəfindən X2. Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli daşınmaz əmlak 19.*3.1965-ci il tarixli müqavilə əsasında X26 tərəfindən X5. «Tusi küçəsi 8 nömrəli ünvanda yerləşən mülkdəki icazəsiz tikintilər haqqında» Kəpəz rayon X28 İcraiyyə Komitəsinin *4.*8.1988-ci il tarixli 2 nömrəli protokolundan çıxarış əsasında həmin tikililərin X21 mülkiyyətində saxlanılması qeyd olunmuşdur. Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evi 3*.11.1988-ci il tarixli, 2H-171 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» əsasında X21 vərəsəsi X3. Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evi 1*.*9.2**3-cü il tarixli, 4Ə-3-325 reyestr nömrəli «Bağışlama müqviləsi» əsasında X22 tərəfindən İddiaçı bağışlanılmışdır. Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinə dair İddiaçı adına 2*.*7.2*12ci il tarixli, 1512**8224 qeydiyyat nömrəli, 2*2*13**4179-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evi 15.11.2*12-ci il tarixli, 4Ə-*1-435 reyestr nömrəli «Daşınmaz əmlakın alqı-satqı» müqaviləsi əsasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh7 tərəfindən X1. Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinə dair X8 adına *3.*6.2*14-cü il tarixli, 1514**78*4 qeydiyyat nömrəli, 2*2*13**4179-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evi *8.*9.2*15-ci il tarixli, 4Ə reyestr nömrəli «alqı-satqı və ipoteka» müqaviləsi əsasında X15 tərəfindən Cavabdeh1 satılmışdır. Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinə dair Cavabdeh1 adına 27.*1.2*16-cı il tarixli, 1516***7*1 qeydiyyat nömrəli, 2*2*13**4179-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan 2*.*6.2*12-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı adından Cavabdeh7 alqı-satqı müqavilələri bağlamaq, sənədləri toplamaq, imza atmaq və ərizə vermək hüquqları etibar edilmişdir. İşdə olan sənədlərin məhkəmə texniki ekspertizasının 18.*3.2*24-cü il tarixli 5/295 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2*.*6.2*12-ci il tarixli, 7e-3-1893 reyestr nömrəli etibarnamədə «İddiaçı» sözləri və həmin sözlərin qarşısındakı imza hər hansı bir texniki köməyi ilə deyil, birbaşa qələm vasitəsi ilə icra edilmişdir. İş materiallarında olan məhkəmə xətşünaslıq ekspertizasının 29.*4.2*24-cü il tarixli 3-16-16/2-4/322 nömrəli rəyindən görünür ki, İddiaçı adından Göygöl rayon Dövlət notariat kontorunda 2*.*6.2*12-ci il tarixdə Cavabdeh7 adına verilmiş 7e-3-1893 reyestr nömrəli etibarnamədə «imza» qrafasındakı imza və yazılar – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşdə olan 15.11.2*12-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evi İddiaçı adından Cavabdeh7 tərəfindən X1. İş materiallarında olan *8.*9.2*15-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, X6 şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evini Cavabdeh1 Xalıq oğluna satmışdır. İşdə olan 13.*7.2*15-ci il tarixdə İddiaçı, X1*, X17, X7, X22 və X11 tərəfindən verilmiş və Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiq edilmiş ərizələrdən görünür ki, İddiaçı, X1*, X17, X7, X22 və X4 Eyvaz Haxverdi oğluna məxsus Gəncə şəhəri, Tusi küçəsi, 8 saylı evin satılmasına ipotekaya qoyulmasına razıdır. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 23.*7.2*21-ci il tarixli 2(*44)-152/2*21 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 ödənilməmiş əsas borcun əvəzi qismində 49.528 manat 44 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1*.747 manat 66 qəpik, cərimə qismində 5** manat, cəmi 6*.776 manat 1* qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 3* manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair birişin qeydə alınmasına görə sərf edilmiş vəsaitin 31 manat məbləğində vəsaitin alınaraq, "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 48.*** manat müəyyənləşdirilməklə tutma kredit üzrə öhdəliklərin təminatı kimi ünvan 2 ünvanında *,*5 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evi açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə realizə edilməsi, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra əldə edilmiş vəsait hesabına ödənilməmiş əsas borcun əvəzi qismində 49.528 manat 44 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1*.747 manat 66 qəpik, cərimə qismində 5** manat, cəmi 6*.776 manat 1* qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 3* manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair birişin qeydə alınmasına görə sərf edilmiş vəsaitin 31 manat məbləğində vəsaitin Cavabdeh8 ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 18.*3.2*21-ci il tarixli 2(*44)- 152/2*21 nömrəli qərardadından görünür ki, Cavabdeh1 nümayəndəsi Nümayəndə vəsatəti əsasında iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi təmin edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evi 1*.*9.2**3-cü il tarixli, 4Ə-3-325 reyestr nömrəli «Bağışlama müqviləsi» əsasında X22 tərəfindən İddiaçı bağışlanılmış, həmin fərdi yaşayış evinə dair İddiaçı adına 2*.*7.2*12-ci il tarixli, 1512**8224 qeydiyyat nömrəli, 2*2*13**4179-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göygöl rayon notariat ofisində təsdiq edilmiş 2*.*6.2*12-ci il tarixli, 7e-3-1893 reyestr nömrəli etibarnamə əsasında İddiaçı adından Cavabdeh7 alqı-satqı müqavilələri bağlamaq, sənədləri toplamaq, imza atmaq və ərizə vermək hüquqları etibar edilmişdir. Bundan sonra İddiaçı adından Cavabdeh7 15.11.2*12-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evini X9, X15 isə həmin fərdi yaşayış evini *8.*9.2*15-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə Cavabdeh1 Xalıq oğluna satmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 23.*7.2*21-ci il tarixli 2(*44)-152/2*21 nömrəli qətnaməsi ilə Cavabdeh1 ödənilməmiş əsas borcun əvəzi qismində 49.528 manat 44 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1*.747 manat 66 qəpik, cərimə qismində 5** manat, cəmi 6*.776 manat 1* qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 3* manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair birişin qeydə alınmasına görə sərf edilmiş vəsaitin 31 manat məbləğində vəsaitin alınaraq, "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 48.*** manat müəyyənləşdirilməklə tutma kredit üzrə öhdəliklərin təminatı kimi ünvan 2 ünvanında *,*5 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evi açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə realizə edilməsi, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra əldə edilmiş vəsait hesabına ödənilməmiş əsas borcun əvəzi qismində 49.528 manat 44 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1*.747 manat 66 qəpik, cərimə qismində 5** manat, cəmi 6*.776 manat 1* qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 3* manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair birişin qeydə alınmasına görə sərf edilmiş vəsaitin əvəzində 31 manat məbləğində pul vəsaitinin Cavabdeh8 ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, X9, ləğv prosesində olan "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna, Gəncə şəhəri 1 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə, Cavabdeh7, Göygöl notariat ofisinə, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «etibarnamənin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 324.6-cı maddəsinə görə əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3 və 337.4-cü maddələrinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət, həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a) bəlli ola bilər. Həmin Məcəllənin 362.1 və 362.2-ci maddələrinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlər əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. «Ə.İbrahimovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 12 aprel 2**4-cü il tarixli Qərarında göstərilmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. «N.Əsədovanın şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 12 aprel 2*21-ci il tarixli Qərarında göstərilmişdir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *2 aprel 2*21-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Mülki qanunverciliyə görə, əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvercilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə - Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi etibarlı əqdin yaranması üçün əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Lakin mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarından görünür ki, nə zahiri ifadəyə görə, nə də başqa hallara görə sözügedən mənzilin özgəninkiləşdirilməsinin Cavabdeh7 etibar edilməsinə dair İddiaçı aid iradə mövcud olmamışdır. Cavabdeh7 öz izahatında həmin xüsusatı təsdiq etmiş, habelə məhkəmə xətşünaslıq ekspertizasının 29.*4.2*24-cü il tarixli 3-16-16/2-4/322 nömrəli rəyində də İddiaçı adından Göygöl rayon Dövlət notariat kontorunda 2*.*6.2*12-ci il tarixdə Cavabdeh7 adına verilmiş 7e-3-1893 reyestr nömrəli etibarnamədə «imza» qrafasındakı imza və yazıların İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı adından Göygöl rayon Dövlət notariat kontorunda 2*.*6.2*12-ci il tarixdə Cavabdeh7 adına verilmiş 7e-3-1893 reyestr nömrəli etibarnamə və həmin etibarnamə əsasında İddiaçı adından Cavabdeh7 ilə X15 arasında Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinin alğı-satqısına dair 15.11.2*12-ci il tarixdə bağlanmış 4Ə-*1-435 reyestr nömrəli müqavilə əhəmiyyətsiz əqddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 8*-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 1*6.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı *8.*9.2*15-ci il tarixdə X15 və Cavabdeh1 Xalıq oğlu arasında bağlanmış 4Ə-214 reyestr nömrəli Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinin alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş etmiş, öz iddia tələbinin əsası kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh7 izahatlarına, eləcə də İddiaçı hazırki tarixədək mübahisəli mənzildə yaşamasına istinad etmişdir. Lakin İddiaçı iddianın əsası kimi istinad etdiyi həmin halların həqiqliyi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan məhkəmə hesab edir ki, əmlakın özgəninkiləşdirilməsinin formal aparılmasına dair Cavabdeh1 və Cavabdeh7 izahatları sübut əhəmiyyətinə malik deyildir. Belə ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 1*6.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Bundan başqa, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 23.*7.2*21-ci il tarixli 2(*44)-152/2*21 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 Xalıq oğlunun Cavabdeh8 ASC qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi ipoteka predmeti olan Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinə tutma yönəldilmişdir. Həmin mülki işə məhkəmədə baxılarkən Cavabdeh1 Xalıq oğlu nümayəndəsi Nümayəndə vasitəsi ilə məhkəmədə təmsil olunmuş, məhz Cavabdeh1 nümayəndəsi Nümayəndə vəsatəti əsasında Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 18.*3.2*21-ci il tarixli 2(*44)- 152/2*21 nömrəli qərardadı ilə iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi təmin edilmişdir. Göründüyü həmin məhkəmə araşdırması çəkişmə şəraitində aparılmış və Cavabdeh1 Xalıq oğlu əmlaka mülkiyyət hüquqlarını onun həqiqi mülkiyyətçisinə xarakterik qaydada müdafiə etmişdir. Digər tərəfdən Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinin alğı-satqı qiyməti 62.*** manat olmuş, həmin vəsaitin 12.4** manat məbləğində hissəsi alıcı (ipoteka qoyan) Cavabdeh1 Xalıq oğlunun özü tərəfindən, digər 49.6** manat məbləğində hissəsi isə kreditor (ipoteka saxlayan) Cavabdeh8 ASC tərəfindən satıcı X9 ödənilmiş, Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evi Cavabdeh1 Xalıq oğlunun öhdəlikərinin icrası üsulu kimi Cavabdeh8 ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin fərdi yaşayış evinin alğı-satqı qiyməti olan 62.*** manat məbləğində pul vəsaiti satıcı X9 ödənilməsi üçün notariusun depozit hesabına köçürülmüşdür. Qeyd olunan xüsusatlar *8.*9.2*15-ci il tarixdə X15 və Cavabdeh1 Xalıq oğlu arasında bağlanmış 4Ə-214 reyestr nömrəli Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinin alqı-satqı və ipoteka müqaviləsi, habelə mülki işə əlavə edilmiş notariat işində olan Gəncə şəhəri 1 saylı notairat ofisinin xüsusi notariusunun *8.*9.2*15-ci il tarixli məktubu ilə təsbit edilmişdir. Həmçinin 13.*7.2*15-ci il tarixdə İddiaçı, X1*, X17, X7, X22, X11 tərəfindən verilmiş və Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiq edilmiş ərizələrdə həmin şəxslər X9 məxsus Gəncə şəhəri, Tusi küçəsi, 8 saylı evin satılmasına və ipotekaya qoyulmasına razılıq ifadə etmiş, qeyd olunan ərizələr mülki işdə olan notariat işinə əlavə olunmuşdur. Beləliklə, *8.*9.2*15-ci il tarixdə X15 və Cavabdeh1 Xalıq oğlu arasında bağlanmış 4Ə-214 reyestr nömrəli müqavilə qanunla nəzərdə tutulmuş və tərəflərin həqiqi iradəsinə uyğun qaydada bağlanmışdır. Lakin əmlakın özgəninkiləşdirilməsinin formal aparılmasına dair Cavabdeh1 və Cavabdeh7 izahatları məqsədli xarakter daşımaqla, *8.*9.2*15-ci il tarixdə X15 və Cavabdeh1 Xalıq oğlu arasında bağlanmış 4Ə-214 reyestr nömrəli Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinin alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab olunmasına, son nəticədə Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsinə və Cavabdeh1 öhdəliklərinin aradan qalxmasına istiqamətlənmişdir. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 4.3-cü maddəsinə görə dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 14*-cı maddəsinə görə reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «S.Məmmədovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2**4-cü il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. «H.Cəfərovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2*14-cü il tarixli Qərarında göstərilmişdir ki, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı. «"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2*18-ci il tarixli Qərarında göstərilmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə, Mülki Məcəllənin 14*-cı maddəsi, eləcə də «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən və sadalanan hüquqi mövqelərdən göründüyü kimi daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, qeydə bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər. Hazırki halda *8.*9.2*15-ci il tarixdə X15 və Cavabdeh1 Xalıq oğlu arasında bağlanmış 4Ə-214 reyestr nömrəli müqavilə üzrə Cəfərov X23 şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evini vicdanlı əldə edən olmuşdur. Buna görə də İddiaçı iddia tələbi *8.*9.2*15-ci il tarixdə X15 və Cavabdeh1 Xalıq oğlu arasında bağlanmış 4Ə- 214 reyestr nömrəli Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinin alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması tələbinə dair hissədə rədd edilməli, Cavabdeh7 qarşı vurulmuş zərərin əvəzi qismində pul tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı adından Göygöl rayon Dövlət notariat kontorunda 2*.*6.2*12-ci il tarixdə Cavabdeh7 adına verilmiş 7e-3-1893 reyestr nömrəli etibarnamə və həmin etibarnamə əsasında İddiaçı adından Cavabdeh7 ilə X15 arasında Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinin alğı-satqısına dair 15.11.2*12-ci il tarixdə bağlanmış 4Ə-*1-435 reyestr nömrəli müqavilə etibarsız hesab edilməli, Cavabdeh7 qarşı vurulmuş zərərin əvəzi qismində pul tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 1*7-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 1** manat məbləğində pul vəsaiti Cavabdeh7 tutulub, İddiaçı, ekspertiza tədqinin dəyərini təşkil edən vəsaitin əvəzi qismində 172 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı adından Göygöl rayon Dövlət notariat kontorunda 2*.*6.2*12-ci il tarixdə Cavabdeh7 adına verilmiş 7e-3-1893 reyestr nömrəli etibarnamə və həmin etibarnamə əsasında İddiaçı adından Cavabdeh7 ilə X15 arasında Gəncə şəhəri, Tusi küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinin alğı-satqısınaa dair 15.11.2*12-ci il tarixdə bağlanmış 4Ə-*1-435 reyestr nömrəli müqavilə etibarsız hesab edilsin. Cavabdeh7 qarşı vurulmuş zərərin əvəzi qismində pul tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah olunsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh7 məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 1** (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı və ekspertiza tədqiqinin dəyərini təşkil edən vəsaitin əvəzi qismində 172 (bir yüz yetmiş iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-88/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-88/2024
08.07.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver