Məhkəmə qərarları › İş №2(125)-946/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-946/2025

01.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-946/2025 01.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “qızıl-zinət əşyalarının və ya dəyərinin alınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 1) 1 ədəd sep, rub istehsalı çəkisi 14.9 qram, 583 əyarlı, qiyməti- 1370 manat, 2)1 ədəd qolbağ rus istehsalı çəkisi 5 qram, 583 əyarlı, qiyməti-500 manat, 3) 2 ədəd üzük italyan istehsalı çəkisi 16,9 qram, 750 əyarlı qiyməti-2110 manat, 4) 2 ədəd sırğa rus istehsalı, çəkisi 8.2 qram, 583 əyarılı qiyməti-820 manat, 5) 3 ədəd üzük, rus istehsalı, çəkisi 9.6 qram(qaşı qara brilyant) 583 əyarlı, qiyməti- 2700 manat, 6) 6 ədəd üzük rus istehsalı, çəkisi 15 qaram 583 əyarlı, qiyməti- 1500 manat, 7) 1ədəd klon ürək forması rus istehsalı, çəkisi 5 qram 583 əyarlı qiyməti- 500 manat və 8) Sep-klon birlikdə rus istehsalı, çəkisi 5 qram 583 əyarlı, qiyməti- 500 manat olan qızıl-zinət əşyalarının və ya ümumi dəyəri olan 10000 (on min) manat pulun, vəkil xidməti üçün ödənilmiş 322 manat pulun, mediyasiya xidməti üçün ödənilmiş 60 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 70 manat rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə 01 mart 2013-cü il tarixdə nikahlarını Gəncə şəhər Qeydiyyat şöbəsində qeyd etmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdeh ilə münasibətləri pozulmuş hal-hazırda faktiki ayrı yaşayırlar. Cavabdeh1 ilə birgə yaşadığı dövrdə cavabdeh və anası Cavabdeh2 Hüeyn qız; tərəfindən iddiaçıya məxsus qızıl-zinət əşiyalarımı məndən götürülərək öz məqsədləri üçün Lombarda girov qoyaraq pul götürüb xərcləmişdir. Dəfələrlə qızıl-zinət əşyalarını kredit müqaviləsinin vaxtı bitdikdən sonra yenidən Lombarda girov qoyub pullar götürüb xərcləmişdir. Artıq iki ildən çox müddətdir ki, cavabdehlə ailə münasibətlərinə son qoyaraq ayrı yaşayırlar. Dəfələrlə cavabehlərdən iddiaçıya məxsus qızıl-zinət əşyalarını qaytarmalarını tələb etmişdir. Lakin müxtəlif bəhanələr edərək qaytarmaqdan qərəzli olaraq yayınmışlar. İddiaçıya məxsus qızıl-zinət əşyalarını başqa yolla alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış. 1) 1 ədəd sep, rub istehsalı çəkisi 14.9 qram, 583 əyarlı, qiyməti- 1370 manat, 2)1 ədəd qolbağ rus istehsalı çəkisi 5 qram, 583 əyarlı, qiyməti-500 manat, 3) 2 ədəd üzük italyan istehsalı çəkisi 16,9 qram, 750 əyarlı qiyməti-2110 manat, 4) 2 ədəd sırğa rus istehsalı, çəkisi 8.2 qram, 583 əyarılı qiyməti-820 manat, 5) 3 ədəd üzük, rus istehsalı, çəkisi 9.6 qram(qaşı qara brilyant) 583 əyarlı, qiyməti- 2700 manat, 6) 6 ədəd üzük rus istehsalı, çəkisi 15 qaram 583 əyarlı, qiyməti-1500 manat, 7) 1ədəd klon ürək forması rus istehsalı, çəkisi 5 qram 583 əyarlı qiyməti- 500 manat və 8) Sep-koln birlikdə rus istehsalı, çəkisi 5 qram 583 əyarlı, qiyməti- 500 manat olan qızıl-zinət əşyalarının və ya ümumi dəyəri olan 10000 (on min) manat pulun, vəkil xidməti üçün ödənilmiş 322 manat pulun, mediyasiya xidməti üçün ödənilmiş 60 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 70 manat rüsum- sadalanan qızıl-zinət əşyalarını cavabdehlərdən tutulub iddiaçıya verilməsi haqqında məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizədə yazılanların izahatı olaraq qəbul olunmasını və tələbinin təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, cinayət işi üzrə araşdırmanın sonunda Cavabdeh1 tərəfindən 2 ədəd qızıl-zinət əşyası geri qaytarılmışdır, lakin hazırda tələb edilən əşyalar təhvil verilməmişdir. Qeyri-müəyyən qaranlıq şəraitdə aparılmış audio-video yazı cinayət işi üzrə araşdırma aparıldığı dövrdə yazılmışdır, həmin yazıda cavabdeh qızıl-zinət əşyalarının onda olmasını təsdiqləyir. Qiymətləndirici tərəfindən mübahisəli əşyaların dəyəri 10000 manat məbləğində müəyyən edildiyi üçün həmin dəyər göstərilməklə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Toynişan mərasimlərinə dair audio-video yazılar keçmiş qaynanası olan Cavabdeh2 olmuşdur, bu hallara dair fotoşəkillər isə cinayət işi üzrə araşdırma materiallarında qalmışdır, buna görə müvafiq görüntüləri məhkəməyə təqdim edə bilmir. Toy və nişan mərasimlərində cavabdeh tərəfindən ona ümumiyyətlə hər hansı qızıl-zinət əşyası hədiyyə edilməmişdir, sadəcə ucuz mirvari sep hədiyyə edilmişdi, tələb edilən əşyalar onun və ya onun ailəsinin iddiaçıya və ya uşaqlarına satın aldığı əşyalardır, cavabdeh tərəf nişan mərasimində ona üzük və sırğadan ibarət dəst hədiyyə etmiş, həmin ərəfədə dəstin üzüyü Cavabdeh1 tərəfindən satılmış, cinayət işi üzrə araşdırma zamanı dəyərli qaşları tökülmüş halda qızıl sırğanı Cavabdeh1 ona geri qaytarmışdır. İddia ərizəsindəki qızıl-zinət əşyalarını saxlamaq üçün Cavabdeh2 tələbi üzrə ona vermiş, sonradan həmin qızıl-zinət əşyalarının onun razılığı olmadan cavabdehlərin adına lombarda girov qoyulduğunu eşitmiş, bilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 1 il əvvələ aid olan audio-video yazıda iddiaçının lombarddan təhvil götürdüyü qızıl-zinət əşyaları barədə danışılır, onların dəyərini özü hazırda lombarda ödəyir, həmin qızıllar hazırkı iclasda onun istifadəsindədir, videodakı qızıl-zinət əşyalarının iddia ərizəsiylə tələb olunan əşyalara aidiyyatı yoxdur. Cavabdeh1la ayrılmasının səbəbi qızıl-zinət əşyalarıyla bağlı mübahisə olmuşdur. Belə ki, saxlamaq adı ilə ondan aldığı qızıl-zinət əşyalarını onun razılığı olmadan qaynanası olan Cavabdeh2 lombarda qoyduğunu bilmiş, mübahisələr cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyi vaxt yaranmışdır. Həmin tarixdən sonra dəfələrlə barışdıqları üçün, sonrasında da nikahın pozulması tələbindən ardınca qızıl-zinət əşyalarının tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli əşyalar iddiaçıya məxsus olduğundan hər biri barədə dəqiq məlumat verə bilir və iddia ərizəsində sadalayır. Cavabdeh1 təmsilçisi iddiaya etiraz edərək, təmin olunmamasını xahiş etdi. Təmsilçi həmçinin bildirdi ki, qeyri-müəyyən şəraitdə aparılan audio-video yazıdakı şəxsin Cavabdeh1 olması və hansı qızıl-zinət əşyalar barədə danışıqlar aparılması təsdiq olunmur. Bundan başqa, tərəflərindən təqdim olunmuş audio-video yazıda iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarına dair sübut axtarması müəyyən olunur, iddiaçının bildirdiyi kimi həmin yazının 1 il əvvələ aid olması sübuta yetirilmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, hər iki tərəfi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 1105/2024 nömrəli qətnaməsi ilə, ilk iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsində 132 saylı nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X5 İddiaçı yanında saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X6 Cavabdeh1 alınaraq İddiaçı verilməsi və onun yanında saxlanılması, xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh1, hər ay hər uşaq üçün 130 manat, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, xx.xx.2018- ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanması, qətnamə xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi, Cavabdeh1 alınaraq İddiaçı verildiyi tarixdən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 İddiaçı qarşı uşağın himayədə saxlanılması və aliment tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi, Cavabdeh1 dövlət rüsumunun əvəzi kimi 25 (iyirmi beş) manat və mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1646/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2(104)-343/2024 nömrəli qətnaməsi ilə, qarşılıqlı iddia üzrə iddiaçıilk iddia üzrə Cavabdeh1 nümayəndəsi (vəkili) X4 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1105/2024 nömrəli qətnaməsi qismən – nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X1 İddiaçı yanında saxlanılması və Nəzrin adlı uşağın saxlanması üçün 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi - hissələrində ləğv edilsin və həmin hissələr üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 anası qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb, atası qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 himayəsinə verilməsi, ilk iddia tələbinin Nəzrin adlı uşağın ananın himayəsinə verilməsi və ona münasibətdə alimentin tutulması hissəsində təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd sep, Rus istehsalı, 14.9 qram, 583 əyyarlı - 1370 m (bir min üç yüz yetmiş manat); 1 ədəd qolbağ, Rus istehsalı, 5 qram, 583 əyarlı- 500 m (beş yüz manat); 2 ədəd üzük, İtaliya istehsalı, 16,9 qram, 750 əyarlı - 2110 m (iki min yüz on manat); 2 ədəd sırğa, Rus istehsalı, 8,2 qram, 583 əyarlı,- 820 m (səkkiz yüz iyirmi manat); 3 ədəd üzük, Rus istehsalı, 9,6 qram,- qaşı qara brilyant (5 karat), 583 əyarlı, - 2700 m (iki min yeddi yüz manat); 6 ədəd üzük, Rus istehsalı, 15 qram, 583 əyarlı - 1500 m (bir min beş yüz manat); 1 ədəd klon ürək forması, Rus istehsalı, 5 qram, 583 əyarlı,- 500 m (beş yüz manat); 1 ədəd sep-klon birlikdə, Rus istehsalı, 5 qram, 583 əyarlı,- 500 m (beş yüz manat); qızıl-zinət əşyalarının cəmi dəyəri 10000 manatdır. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 və X8 İddiaçı əl və ayaq zərbələri ilə vurub sağlamlığına qəsdən yüngül xəsarət yetirməsi ilə bağlı yaranan şübhələri digər sübutlarla aradan qaldırmam mümkün olmadığından, onlar X7 və X9 xeyrinə təfsir edilməklə onların barəsində Azərbaycan Respublikas CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı ərizəsində göstərilən, mülkiyyətçisi olduğunu bildirdiyi qızılzinət əşyalarının cavabdeh tərəfdən natura şəklində, bu mümkün olmadıqda onların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəla, iddiaçıya məxsus qızıl-zinyət əşyalarının mövcudluğunu, onların dəyəri və cavabdehlərin qanunsuz sahibliyində olması müəyyən edilməlidir. İddiaçı tərəf qızıl-zinyət əşyalarının mövcudluğunun sübutu qismində fotoşəkillər, onların dəyəri qismində isə mütəxəssis rəyi təqdim etmişdir. Məhkəmə qeyd edir ki, icraat zamanı iddiaçı toy mərasimində cavabdeh tərəfdən ona qızıl-zinət əşyası hədiyyə edilmədiyini, sadəcə ucuz mirvari sep hədiyyə edildiyini, nişan mərasimində hədiyyə edilmiş sırğa və üzükdən ibarət dəstin üzüyünün həmin ərəfədə Cavabdeh1 tərəfindən satıldığını, cinayət işi üzrə araşdırma zamanı isə sırğaların ona geri qaytarıldığını biıldirmişdir. Belə olan halda, iddiaçı təqdim etdiyi, tələb etdiyi əşyaların bir qisminin ona hədiyyə edilməsinə dair fotoşəkillərdəki görüntüləri öz izahatıyla təkzib edir. Bundan başqa, təqdim edilən fotoşəkillərdəki qızıl-zinət əşyalarıyla tələb edilən əşyaların çəkiləri arasındakı uyğunsuzluq aşkar görünür və mübahisəli əşyalarla fotoşəkildəki əşyaların eynilik təşkil etməsi müəyyən olunmur. Tələb edilən qızıl-zinyət əşyalarının cavabdeh tərəfin qanunsuz sahibliyində olması isə mülki işin araşdırılmış halları ilə təsdiqlənmir. Belə ki, həmin halın sübutu qismində iddiaçının təqdim etdiyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qızıl-zinyət əşyalarının cavabdeh tərəfin qanunsuz sahibliyində olmasını birbaşa təsdiqləmir, həmin qərar tələb edilən əşyalara dair aparılmış araşdırma üzrə qəbul olunmamışdır, cavabdehlərdən hər hansı biri həmin əşyaların sahiblikdə olmasını bildirməmiş, iddiaçının ona məxsus 15000 manat dəyərində qızılların Cavabdeh1 qanunsuz sahibliyində olmasına dair izahatı iddianın özlüyündə sübutu qismində qəbul edilə bilməz, izahatları alınmış digər şəxslər bu barədə hər hansı hal bildirmir, təsdiqləmir. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC və "xxxx" MMC adından verilmiş aktların surətləri müvafiq qaydada təsdiq edilmədiyindən mötəbər sübut hesab edilməməklə yanaşı Cavabdeh1 tərəfindən girov qoyulduğu göstərilən qızıl-zinyət əşyaları iddiaçının tələb etidiyi əşyalarla eynilik təşkil etsə də, həmin əşyaların iddiaçıya məxsusluğu və (ya) həmin cavabdehin qanunsuz sahibliyində olmasını təsdiqləmir. Digər tərəfdən, iddiaçı tərəfindən həmin siyahı nəzərə alınmaqla hazırkı iş üzrə qızıl-zinyət əşyaları tələb etməsi də mümkündür, belə ki, tələb olunan əşyalarla aktlardakı əşyalar bir hissədə eynilik təşkil etməklə yanaşı, 2 ədəd üzük, 2 ədəd sırğa və 3 ədəd üzük eyniylə iddia ərizəsində qeyd olunmuş, çəki əyyar dəyər hissələrində dəqiqləşdirilməmişdir, halbuki iddiaçı mübahisəli əşyaların ona məxsus olduğu üçün hər biri barədə dəqiq məlumat verə bildiyini, buna görə iddia ərizəsində sadlaya bildiyini bildirmişdi. İddiaçı tərəfdən təqdim edilmiş, qeyri-müəyyən qaranlıq məkanda aparılmış audio-video yazıdakı digər şəxsin cavahdeh Cavabdeh1 olduğu bildirilsə də, həmin halla yanaşı hansı qızılzinət əşyaları barədə müzakirə aparılması məhkəmə araşdırması zamanı müəyyən olunmur, habelə cavabdeh tərəfdən təsdiqlənmir. Bununla yanaşı, iddiaçı həmin yazının cinayət işi üzrə araşdırma aparıldığı dövrdə qeydə alındığını bildirməsi nəzərə alınaraq, barəsində müzakirə aparılan qızıl-zınət əşyalarının həmin araşdırmanın sounda Cavabdeh1 tərəfindən qaytarıldığı bildirilən əşyalar olub-olmadığı da qeyri-müəyyəndir. Bundan başqa, cavabdeh tərəfdən təqdim edilmiş, qızıl-zinət əşyaları əks olunan audiovideo yazıda məhkəmə iclası zamanı şəxsən özü olduğunu təsdiqləyən iddiaçının təhvil aldığı qızıl-zinət əşyaları nümayiş etdirilir, həmin yazının davamında digər şəxs videonun çəkildiyi tarixin aşkar olduğunu bildirir və həmin videonun çəkiliş tarixinin gizlədilməsi üsulları müzakirə olunur, sonda isə iddiaçı nalayiq ifadə ilə adlandırılan şəxsdə həmin qızılların iddiaçının istifadəsində olduğuna dair görüntülər ola biləcəyindən narahatlıq hissi ifadə olunur. Məhkəmə araşdırması zamanı iddiaçı özünə məxsus digər qızıl-zinət əşyaları barədə müzakirə etdiklərini bildirsə də, təhvil alındığı nümayiş etdirilən qızıl-zinət əşyalarının tələb edilən əşyalarla eynilik təşkil etmədiyi halda videonun sonunda iddiaçı tərəfindən nalayiq ifadə ilə adlandırılan şəxsdə həmin qızılların iddiaçının istifadəsində olduğuna dair görüntülər ola biləcəyindən duyulan narahatlığın səbəbini iddiaçı bildirmədi. Bundan başqa, həmin görüntülərin araşdırıldığı məhkəmə iclasında iddiaçı audio-video yazıdakı qızıl-zinət əşyalarının ona məxsus olduğunu və hazırda istifadəsində olduğunu bildirdi, halbuki hazırkı iddia ilə tələb edilən ürək formasında klonla istifadəsində olan əşyanın, habelə fotoşəkillərə əsasən tələb edilən seplə təhvil alınan sepin, habelə digər əşyaların eynilik təşkil etməsini təkzib edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə mülki işin tədqiq edilmiş halların qeyd edilən normaları tətbiq edərək bildirir ki, sübuta yetirilmədiyi hazırkı iş üzrə iddia təmin edilə bilməz. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsaəsn, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia təmin edilmədiyindən ərizənin verilməsi üçün ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “qızıl-zinət əşyalarının və ya dəyərinin alınması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar