Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-154/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh X1rşı iş üzrə QƏRARİ Açar sözlər: universal hüquq varisliyi, X1 yenidən təşkili, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh X1rşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı MMC (icraçı) ilə “xxxx” X1 (sifarişçi) arasında 2020-ci il ## ###### tarixli, **/**** saylı mal, iş və xidmətlər üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə müşahidə kameralarının və dirəklərin alınması, quraşdırılması, sazlanması, sistemə qoşulmasının təmin edilməsi və 2 illik texniki xidmətinin satın alınması üçün icraçının bü müqaviləyə əlavə olunmuş X12 nəzərdə tutulmuş 6 066 848,46 manat məbləğində tender təklifini (ƏDV daxil) qəbul etmişdir. Müqavilənin 16.1-ci bəndinə əsasən icraçı tərəfindən hər sifariş əsasında quraşdırılan və Sistemə qoşulan kameralar üzrə 2 illlik texniki dəstək xidməti təhvil-təslim aktı imzalandığı tarixdən başlayaraq göstərilməlidir.
2. Satınalma müqaviləsində X10 4-cü bəndinə əsasən 1-ci və 2-ci il üçün texniki dəstək xidmətlərinin dəyəri 521.085,00 manat müəyyən edilmişdir.
3. İddiaçı MMC və xxxx X1 arasında hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq edilmiş 2020-ci il ## ###### tarixli, **/**** saylı mal, iş və xidmətlər üzrə satınalma müqaviləsi üzrə yerinə yetirilmiş işlərin qəbuluna dair 2022-ci il ## ####### tarixli * saylı təhvil-təslim aktı üzrə ümumilikdə 376 680.94 manat, 2023-cü il ## ###### tarixli ** saylı təhvil-təslim aktı üzrə ümumilikdə 980 713.17 manat, 2023-cü il ## ###### tarixli * saylı təhvil-təslim aktı üzrə ümumilikdə 235 520.84 manat, 2023-cü il ## ###### tarixli * saylı təhvil-təslim aktı üzrə ümumilikdə 205 569.59 manat və 2023-cü il ## ###### tarixli ** saylı akt üzrə ümumilikdə 243 035.14 manat məbləğində yerinə yetirilmiş işlər sifarişçi tərəfindən qəbul edilmişdir.
4. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2023cü il ## ##### tarixli **** nömrəli fərmanının 2-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki xxxx Bakı şəhər Icra Hakimiyyəti başçısının tabeliyindəki “xxxx” X1 ona qoşulması formasında yenidən təşkil edilmişdir.
5. “xxxx” X1 (BNA) ilə Cavabdeh X1 (AYNA) arasında imzalanmış 2023-cü il ## #### tarixli təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2023-cü il ## ##### tarixli **** nömrəli Fərmanı rəhbər tutularaq BNA-nın aktda sadalanan balans uçotunda olan maşın, avadanlıq və hesablama texnikasının təhvil-təslimi aparılmışdır.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
6. Iddiaçı İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh X1ə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2020-ci il ## ###### tarixli, ** nömrəli müqavilə üzrə təchiz edilən mallara görə 739.457,70 manat, təchiz edilən xidmətlər üzrə məbləği 1.004.061,96 manat, texniki dəstək işlərinə görə 414.728,20 manat olmaqla ümumi 2.158.247,86 manat məbləğində borcun, 2000 manat vəkilə göstərdiyi yardıma görə xərcin və 1871 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və BNA arasında bağlanmış 2020ci il ## ###### tarixli ** saylı müqaviləyə əsasən, sifarişçi Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə müşahidə kameralarının və dirəklərin alınması, quraşdırılması, sazlanması, sistemə qoşulmasının təmin edilməsi və 2 illik texniki xidmətin satın alınması üçün Icraçının bu müqaviləyə əlavə olunmuş X12 nəzərdə tutulmuş 6.066.848,46 manat məbləğində tender təklifini (ƏDV daxil) qəbul etmişdir. 2022-ci il ## ####### tarixli, * №-li yerinə yetirilmiş işlərin qəbul aktına əsasən, icraçı tərəfindən ümumi dəyəri 378.680,94 manat məbləğində olan işləri sifarişçiyə təhvil vermişdir. Iddiaçı tərəfindən BNA-ya EBCL seriyalı ****** nömrəli, 2022-ci il ## ###### tarixli elektron qaimə təqdim edilmişdir. 2023-cü il ## ###### tarixli, 11№-li yerinə yetirilmiş işlərin qəbul aktına əsasən, icraçı tərəfindən ümumi dəyəri 980.713,17 manat məbləğində olan işləri sifarişçi BNA-ya təhvil verilmiş, iddiaçı tərəfindən EBDT seriyalı ****** nömrəli, 2023-cü il ## ###### tarixli elektron qaimə təqdim edilmişdir. 2023-cü il 28 avqsut tarixli, 9№-li yerinə yetirilmiş işlərin qəbul aktına əsasən, icraçı tərəfindən ümumi dəyəri 205.569,59 manat məbləğində olan işləri sifarişçiyə təhvil verilmiş, daha sonra EBDV seriyalı ****** nömrəli, 2023-cü il ## ###### tarixli elektron qaimə təqdim edilmişdir. 2023-cü il ## ###### tarixli, ** №-li yerinə yetirilmiş işlərin qəbul aktına əsasən, icraçı tərəfindən ümumi dəyəri 243.035,14 manat məbləğində olan işlər sifarişçiyə təhvil verilmiş, buna əsasən, EBDV seriyalı ****** nömrəli, 2023-cü il ## ###### tarixli elektron qaimə təqdim edilmişdir. 2023-cü il ## ###### tarixli, 7№-li yerinə yetirilmiş işlərin qəbul aktına əsasən, icraçı tərəfindən ümumi dəyəri 235.520,84 manat məbləğində olan işlər sifarişçiyə təhvil verilmiş, iddiaçı tərəfindən BNA-ya EBDV seriyalı ****** nömrəli, 2023-cü il ## ###### tarixli elektron qaimə təqdim edilmişdir. Müqavilə üzrə Bakı şəhərində 250 ədəd kamera müşahidə məntəqəsi quraşdırılmalı və vahid müşahidə mərkəzinə telekommunikasiya şəbəkəsi vasitəsi ilə birləşdirilərək tam işlək vəziyyətdə təhvil verilməlidir. Müqavilə şərtlərinə əsasən quraşdırılmış müşahidə məntəqələrinə təhvil-təslim tarixindən 2022-ci il # ##### tarixə qədər texniki dəstək göstərilməlidir. 2023-cü il ## ###### tarixli, 2 illik texniki dəstək üzrə yerinə yetirilmiş işlərin qəbulu üzrə 1№-li AKT-a əsasən, iddiaçı tərəfindən 2022-ci il # ##### tarixədək xxxx X1 göstərilmiş texniki dəstək üzrə hesablanmış məbləğ 134.334,72 manat təşkil etmişdir. ##.##.2022-##.##.2023-cü il tarixlərində göstərilmiş texniki dəstək üzrə hesablanmış məbləğ 280,393.48 manat təşkil etmişdir. BNA tərəfindən iddiaçıya EBCL seriyalı ****** nömrəli, 2022-ci il ## ###### tarixli elektron qaimə üzrə 2022-ci il ## ###### tarixdə 100.000 manat, 2023-cü il ## ### tarixdə 200.000,01 manat məbləğində ödənişlər olunmuşdur. Müqavilə üzrə BNA-nın təhvil verilmiş işlərə görə 1.743.047,68 manat, 2022-ci il # ##### tarixədək göstərilmiş texniki dəstəyə görə 134.334,72 manat, ##.##.2022-##.##.2023-cü il tarixlərində göstərilmiş texniki dəstəyə görə 280.393,48 manat, cəmi 2.158.247,88 manat məbləğində iddiaçıya borcu vardır.
8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, göstərmişdir ki, cavabdeh BNA-nın hüquqi varisi deyil. Belə ki, “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 2023-cü il ## ##### **** nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki AYNA Bakı Şəhər Icra Hakimiyyəti başçısının tabeliyindəki “xxxx” X1 ona qoşulması formasında yenidən təşkil edilmişdir. Sözügedən Fərmanın 3-cü hissəsinə əsasən, Bakı Şəhər Icra Hakimiyyəti başçısının tabeliyindəki “xxxx” X1 balansındakı əmlakın Agentliyin balansına verilməsi göstərilmişdir. Fərmandan göründüyü kimi, ölkə Prezidenti cavabdehə yalnız BNA-nın balansındakı olan əmlakının keçməsini göstərmiş, hər hansı öhdəliyinin keçməsini qeyd etməmiş və onu hüquqi varis qismində göstərməmişdir. BNA ləğv edilməmiş və təhvil-təslim aktı ilə onun vəzifə və öhdəlikləri cavabdehə ötürülməmişdir. Göründüyü kimi hüquqi varislik, yalnız bir hüquqi şəxsin hüquq və vəzifələrinin digər hüquqi şəxsə keçməsi üçün onların təhvil aktı və bölünmə balansında göstərilməsindən sonra keçir. Qeyd edilənləri nəzərə alaraq, cavabdehin BNA-nın hüquqi varisi olması üçün mütləq şərtlər bunlardır:1.BNA-nın fəaliyyətinə xitam verilməsi haqqında qeyd hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmalıdır; 2. Cavabdehin hüquqi varis olması üçün BNA ilə təhvil-təslim aktlarında öhdəliklərin, hüquq və vəzifələrin cavabdehə ötürülməsi qeyd edilməli idi. Məhkəməyə elektron məhkəmə sistemi vasitəsi ilə təqdim edilmiş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Internet Vergi Idarəsinin elektron saytından da göründüyü kimi, “xxxx” X1 hal-hazıradək ləğv edilməmiş, beləliklə də Mülki Məcəllənin 55.5-ci maddəsində göstərilən tələb icra edilməmişdir. Əlavə olaraq, təqdim etdikləri BNA ilə cavabdeh arasında bağlanmış 2023-cü il ## #### tarixdə təhvil-təslim aktından göründüyü kimi, BNA onun bağladığı bütün müqavilələri cavabdehə təhvil vermişdir. Həmçinin, BNA ilə cavabdeh arasında bağlanmış 2023-cü il ## #### tarixli təhvil təslim aktına əsasən 2023-cü il ## ##### tarixli vəziyyətə balans uçotunda olan maşın, avadanlıq və hesablama texnikası BNA tərəfindən cavabdehə təhvil verilmişdir. Sözügedən təhvil-təslim aktlarına nəzərə yetirdikdə, yalnız aktlarda sadalanan əmlaklar cavabdehə təhvil verilmiş, bu zaman hər hansı vəzifə və ya öhdəlik təhvil verilməmişdir. Həmçinin, cavabdeh tərəfindən həmin təhvil-təslim aktı ilə ancaq müqavilə predmeti olan və 2023-cü ilin avqust ayına qədər iddiaçı tərəfindən BNA-ya təhvil verilmiş kameralar BNA-dan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə verilməsi məqsədi ilə təhvil alınmışdır. Təqdim edilmiş ödəniş tapşırıqlarından da göründüyü kimi, müqavilə üzrə BNA-nın etdiyi son ödənişlər 2023-cü il ## ### tarixində edilmişdir. Göründüyü kimi, BNA həmin müqavilə üzrə son ödənişləri də özünün balansında olan əmlakın cavabdehə təhvil-təslim aktı ilə verdiyi 2023-cü il ## #### tarixdən əvvəl etmişdir. Məhz bu səbəbdən BNA və cavabdeh arasında edilmiş təhvil-təslim aktı zamanı həmin müqavilə üzrə də hər hansı bir öhdəliyinin olmasını AYNA-ya bildirməmiş və təhvil verməmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim İ.Əhmədov).
10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hüquqi şəxs qoşulma formasında yenidən təşkil edilərkən hüquq və vəzifələr universal hüquq varisliyi qaydasında keçir. Ümumi (universal) hüquq varisliyinə görə qanunun hüquq varisliyinə yol vermədiyi hallar istisna olmaqla, hüquqi varis bütün hüquq münasibətlərində öz hüquqi sələfinin yerini tutur və onu əvəz edir. Bu zaman hüquqi sələfin bütün hüquq münasibətləri üzrə hüquq və vəzifələri tam kompleks və məcmu halında hüquqi varisə keçir. Bundan əlavə qoşulma formasında yenidən təşkil hüquqi şəxsin idarəetmə sisteminin optimallaşdırılması, onun resurs, əmlak və əmlakdan əldə edilən gəlirinin daha əlverişli iqtisadi şəraitdə bölüşdürülməsinə xidmət edən bir vasitədir.
11. Mülki qanunvericilik qoşulma formasında yenidən təşkil zamanı hüquq varisliyinin keçməsinin iki yolunu müəyyən etmişdir: 1. qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi, 2. qoşulan hüquqi şəxsin hüquq və vəzifələrinin, bütün kreditorları və borcluları barəsində öhdəliklərinin təhvil aktı əsasında əvvəlki hüquqi şəxsə keçməsi.
12. Birinci yolun mövcudluğu digərinin sübut edilməsi zəruriliyini aradan qaldırır, çünki hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi faktı hüquqi şəxsi dövlət qeydiyyatına alan orqanın verdiyi sənəd (çıxarış) ilə təsdiq olunur, həmin sənəd qoşulan hüquqi şəxsin yenidən təşkil olunmasına əsas olan məlumatlar əsasında verilir və təqdim edilən məlumatlarda (o cümlədən təhvil aktında) hüquq varisliyi haqqında müddəaların olmaması dövlət orqanının yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına almaqdan imtina etməsinə səbəb olur.
13. Digər tərəfdən əgər hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi barədə qeyd dövlət reyestrinə daxil edilməmişdirsə, hüquqi şəxslər arasında bağlanan təhvil aktında qoşulan hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varisliyi haqqında müddəalar nəzərdə tutulmalıdır. Məhkəmə tərəfindən hüquqi şəxslər arasında hüquq varisliyinin baş tutubtutmaması
14. faktının araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırkı mərhələdə qoşulan hüquqi şəxsin (BNA-nın) fəaliyyətinə xitam verilməsi haqqında qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməmişdir. Bundan əlavə BNA və cavabdeh arasında imzalanmış 2023cü il ## #### tarixli təhvil-təslim aktından müəyyən olunur ki, müvafiq fərmana uyğun olaraq BNA-nın yalnız müəyyən (aktda qeyd olunan) əmlaklarının (maşın, avadanlıq və hesablama texnikası) təhvil-təslimi aparılmış, təhvil aktında qoşulan hüquqi şəxsin hüquq və vəzifələri (passivləri), kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar öz əksini tapmamışdır.
15. Lakin hazırkı işdə nə hüquqi şəxslərin dövlət reyestrində BNA-nın fəaliyyətinə xitam verilməsi barədə qeyd aparılması (birinci üsul), nə də təhvil aktı əsasında BNA-nın bütün hüquq və vəzifələrinin cavabdehə keçməsi (ikinci üsul) halı məhkəmə tərəfindən müəyyən olunmamışdır. Qeyd edilənlər isə bu qənaətə gəlməyə əsas verir ki, hazırkı mərhələdə BNA-nın fəaliyyətinə xitam verilməmiş və universal hüquq varisliyi baş tutmamışdır.
16. Məhkəmə icraatının gedişində cavabdeh iş üzrə cavabdehin əsl cavabdeh ilə əvəz olunması barədə vəsatət vermiş, iddiaçı vəsatətə etiraz edərək işə hazırkı tərkibdə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Daha sonra məhkəmə tərəfindən iddiaçıya cavabdehin BNA ilə əvəz olunması təklif olunmuş, buna şərait yaradılması üçün məhkəmə iclası iki dəfə təxirə salınmış, lakin iddiaçı məhkəməyə təqdim etdiyi sonuncu ərizəsində və məhkəmə iclasında verdiyi izahatda cavabdehin AYNA olaraq qalmasını əsaslı hesab etdiyini qeyd etmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 55.5, 56.2, 57.1, 57.2, 57.3, 58.1 və 58.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 54.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
18. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsi, cavabdehdən 2020-ci il ## ###### tarixli, ** nömrəli müqavilə üzrə təchiz edilən mallara görə 739457,70 manat, təchiz edilən xidmətlər üzrə məbləği 1004061,96 manat, texniki dəstək işlərinə görə 414728,20 manat olmaqla ümumi 2158247,86 manat məbləğində borc, 2000 manat hüquqi yardıma görə xərc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 1871 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər Z.Şirinov və S.Cəfərov).
20. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən MM-in 55-ci və 56-cı maddələrinin qarşılıqlı əlaqəsini və sistemli tətbiqini nəzərə almamış, bu normaları formal və dar təfsir etmiş, nəticədə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.
21. MM-in 55.5-ci maddəsi yenidən təşkil olunmanın başa çatma anını müəyyən edir, 56.2-ci maddə isə qoşulan hüquqi şəxsin hüquq və vəzifələrinin yenidən təşkil olunan hüquqi şəxsə hansı qaydada ötürüldüyünü tənzimləyir. Bu normalar alternativ mexanizmlər kimi deyil, bir-birini tamamlayan qaydalar kimi işlənməlidir.
22. “X1lər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən X1 ləğvi və yenidən təşkili ilə bağlı məsələlər onun nizamnaməsi və MM ilə tənzimlənir. “xxxx” X1 Nizamnaməsinə görə isə Agentliyin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidentinin müstəsna səlahiyyətinə aiddir.
23. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ##### tarixli **** nömrəli Fərmanı ilə xxxx “xxxx” X1 qoşulması formasında yenidən təşkil edilmişdir ki, bu da MM-in 56.2-ci maddəsinin birbaşa tətbiq olunduğunu göstərir.
24. Həmin Fərmanın 5.1-ci bəndində müvafiq icra hakimiyyəti orqanlarına yenidən təşkil, o cümlədən “xxxx” X1 fəaliyyətinə xitam verilməsinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Bu tapşırıq yenidən təşkil faktının özünü deyil, onun texniki və inzibati rəsmiləşdirilməsini əhatə edir.
25. Hüquqi şəxslərin dövlət reyestri hüquqi şəxs barədə məlumatların uçotu və təsdiqi məqsədi daşıyır və qanunverici hüquqi varisliyin bütün hüquqi nəticələrini yalnız yenidən təşkilin dövlət qeydiyyatına alınması anı ilə məhdudlaşdırmamışdır; xüsusilə X1lər dövlət iradəsi ilə yaradıldığı və yenidən təşkil edildiyi üçün, onların hüquqi varisliyi Prezident fərmanı ilə müəyyən edilən tarixdən etibarən hüquqi nəticələr doğurur və reyestr qeydinin gecikdirilməsi kreditorların hüquqlarını məhdudlaşdıra bilməz.
26. Əks yanaşma yenidən təşkil prosesinin qəsdən uzadılması və ya dövlət reyestrində müvafiq qeydin gecikdirilməsi yolu ilə kreditorların hüquqlarının həyata keçirilməsini faktiki olaraq səmərəsiz edə bilər. Bu halda borclu hüquqi şəxs formal mövcudluğunu saxladığı halda, əmlakının və funksiyalarının faktiki olaraq digər hüquqi şəxsə keçməsi nəticəsində kreditor qarşısında real icra imkanından məhrum, “içi boşaldılmış” hüquqi şəxs qalır ki, belə vəziyyət öhdəliyin icrasının tələb edilməsini mənasız edir və məhkəmə müdafiəsinin effektivliyi prinsipi ilə uzlaşmır.
27. Cavabdehin yenidən təşkil edilməsini nəzərdə tutan Fərmanın qəbul edilməsindən üç ilə yaxın müddət keçməsinə baxmayaraq, “xxxx” X1 fəaliyyətinə xitam verilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməməsi, yenidən təşkil prosesinin uzanmasının kreditorların hüquqlarının həyata keçirilməsi baxımından real risk yaratdığını göstərir.
28. 2023-cü il ## #### tarixli təhvil-təslim aktı ilə “xxxx” X1 balansındakı əmlakın Cavabdeh X1 balansına verildiyi təsdiqlənmişdir.
29. Cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatdan da bu hissədə fərmanın icrasının tam və vaxtında başa çatdığı müəyyən edilmişdir. 30.
31. Cavabdehin əmlakın digər quruma verilməsi ilə bağlı dəlilləri müqavilə öhdəliyinin mövcudluğunu və hüquqi varisliyin nəticələrini aradan qaldırmır.
32. Iddiaçının satdığı əşyaların və görülmüş işlərin nəticələrinin cavabdeh tərəfindən üçüncü şəxslərə verilməsi müqavilə tərəfi kimi onun öhdəliklərinə xitam verilməsi üçün, iddiaçıya isə üçüncü şəxslərə qarşı tələb irəli sürmək üçün əsas ola bilməz. Borclunun əvəz edilməsi öhdəliyin verilməsi və ya hüquqi varislik halı üçün mümkündür. Öhdəliyin tərəfi “xxxx” X1muş və onun hüquqi varisi kimi cavabdeh müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır.
33. Işin faktiki hallarından müəyyən edilmişdir ki, “xxxx” X1 və iddiaçı arasında arasında özündə alqı-satqı müqaviləsi, podrat və xidmət müqaviləsinin ünsürlərini əks etdirən 2020-ci il ## ###### tarixli ** nömrəli qarışıq müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, sifarişçi (BNA) Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə müşahidə kameralarının və dirəklərin alınması, quraşdırılması, sazlanması, sistemə qoşulmasının təmin edilməsi və 2 illik texniki xidmətinin satın alınması üçün icraçının 6.066.848,46 manat məbləğində tender təklifini (ƏDV daxil) qəbul etmişdir. Qarışıq müqavilə üzrə bir neçə dəfə təhvil-təslim aktı tərtib edilmiş və iddiaçı tərəfindən ümumi dəyəri 2 043 519,68 manat olan işlər sifarişçiyə təhvil verilmişdir.
34. Müqavilənin 16.1-ci bəndinə əsasən icraçı (iddiaçı) tərəfindən hər sifariş əsasında quraşdırılan və Sistemə qoşulan kameralar üzrə 2 illlik texniki dəstək xidməti təhvil-təslim aktı imzalandığı tarixdən başlayaraq göstərilməlidir. Satınalma müqaviləsində X10 4-cü bəndinə əsasən 1 il üçün texniki dəstək xidmətlərinin dəyəri tərəflər arasında 5.21.085,00 manat müəyyən edilmişdir.
35. Belə olan halda, 1 müşahidə kamerası üçün 1 ay texniki dəstək xidmətinin dəyəri 173,70 manat (5.21.085,00:12:250=173,695) müəyyənləşdirilmişdir.
36. Icraçı tərəfindən 2021-ci ilin iyul ayından 2022-ci ilin aprel ayına kimi 134.334,72 manat, 2022-ci ilin aprel ayından 2023-cü ilin noyabr ayına qədər 93 məntəqə üzrə 280.393,48 manat dəyərində texniki dəstək xidməti göstərilmişdir. Nəticə olaraq, göstərilmiş texniki dəstək xidmətlərinin ümumi dəyəri 414 728,20 manat təşkil edir (134 334,72 manat + 280 393,48 manat). Bu məbləğ də müqavilə üzrə öhdəliklərə daxil olmaqla, sifarişçi tərəfindən ödənilməmişdir.
37. Beləliklə, kollegiyanın mövqeyinə görə iddiaçının müqavilə üzrə həyata keçirdiyi işlər və göstərdiyi xidmətlər üçün ümumilikdə 2 458 247,88 manat borc yaranmış, sifarişçi tərəfindən yalnız 300 000,01 manat ödənilmiş, 2 158 247,87 manat məbləğində ödəniş edilməmişdir. Təhvil-təslim aktları “xxxx” X1 imzası və möhürləri ilə təsdiq edilmiş, eyni zamanda elektron qaimə fakturalar təsdiq edilmiş, həmin qaimə-fakturalara “xxxx” X1 tərəfindən hər hansı etiraz verilməmiş və ya düzəliş edilməsi üçün müraciət edilməmişdir.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini icra etmiş (mallar təhvil verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş) lakin “xxxx” X1 tərəfindən təhvil alınmış malların və göstərilmiş xidmətlərin dəyəri ödənilməmişdir. “xxxx” X1 hüquqi varisi kimi cavabdeh həmin öhdəliklərin icrası üçün məsuliyyət daşıyır. Öhdəliyin mövcudluğunu sübuta yetirmək vəzifəsi kreditorun, öhdəliyin icra edildiyini və ya icra edilməli olmadığını sübuta yetirmək vəzifəsi isə borclunun üzərinə düşür. Cavabdeh iddia ilə tələb edilən pul öhdəliyinin artıq icra edildiyini və ya həmin öhdəliyin icra edilməli olmadığını sübuta yetirə bilmədiyindən iddia qanuni və əsaslı hesab edilir.
39. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 43.1, 52.1, 55.5, 56.2, 385.1, 386.1, 389.3, 398.1, 399.1, 404.1, 404.2, 442, 445.2, 600.4, 752.1 və 753.1-ci maddələrinə, “X1lər haqqında” Azərbaycan Respublikasının Qanunun 10.1-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazisində avtomobi nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2023cü il ## ##### tarixli **** nömrəli Fərmanının 2, 5-ci bəndlərinə və MPM-in 14.2, 24.2, 77.1, 81, 107, 115.0.6, 119.1, 121.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
40. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
41. “xxxx” X1 hal-hazıradək ləğv edilməmiş, beləliklə də MM-in 55.5-ci maddəsində göstərilən tələb icra edilməmiş, yəni BNA-nın ləğv edilməsi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən hüquqi şəxsin yenidən təşkili və bu zaman hüquq və öhdəliklərin keçməsi, həmçinin hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi barədə MM-in və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun imperativ tələblərinə nəzərə alınmamış, həmçinin MM-in 55.5-ci və 56.2-ci maddələrini düzgün tətbiq edilməmişdir. 42.
43. Eyni zamanda, hər hansı hüquqi aktda, o cümlədən 2023-cü il ## ##### tarixli **** nömrəli Fərmanda AYNA-nın BNA-nın hüquqi varisi olması göstərilməmişdir. AYNA-nın Nizamnaməsinə baxdıqda da görünür ki, sözügedən Nizamnamədə AYNA-nın BNA-nın hüquqi varisi olması qeyd edilməmişdir.
44. xxxx və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələri haqqında” Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyasının 2023-cü il # ###### tarixli *-*/*-*-***/**** nömrəli Qərarı ilə əlaqədar keçirilmiş auditor yoxlamasının nəticəsi tərtib edilmişdir. Sözügedən auditor hesabatına baxdıqda görərik ki, auditor həmin hesabatın 11.3.3.2-ci bəndində göstərmişdir ki, BNA tərəfindən “Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə müşahidə kameralarının və dirəklərin alınması, quraşdırılması, sazlanması, sistemə qoşulmasının təmin edilməsi və 2 (iki) illik texniki xidməti”ni satın alınması məqsədilə 2020-ci il ## ###### tarixdə keçirilmiş satınalma üzrə İddiaçı MMC qalib kimi sənədləşdirilərək onunla 2020-ci il ## ###### tarixli **/**** nömrəli iki illik satınalma müqaviləsi bağlanılmışdır. “X11 Mərkəzi” MMC Daxili Işlər Nazirliyinə təhvil verildikdən sonra hər hansı əsas və zərurət olmadığı halda qeyd edilən satınalma müqaviləsinin icrasına BNA tərəfindən davam etdirilmişdir. Habelə satınalma müqaviləsi üzrə əldə edilmiş aktivlərin (əmlakın) balanssaxlayıcısı olan Daxili Işlər Nazirliyi tərəfindən hər hansı sifariş olmadan həyata keçirilmişdir. 2023-cü il ## ##### tarixli **** nömrəli Fərmanın imzlanmasından əvvəl belə satınalma müqaviləsi ilə alınmış əmlaklar artıq BNA tərəfindən Daxili Işlər Nazirliyinə təhvil verilmişdir. Hal-hazırda Daxili Işlər Nazirliyi tərəfindən yolnəqliyyat hadisələrinə nəzarət və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə edilməkdədir. Satınalma müqaviləsinin bağlanılması və icrası istiqamətində vəsait bna-ya ayrılmışdır, eyni istiqamət üzrə növbəti dəfə Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmayacaqdır. Kreditorlar tərəfindən görülən işlərə və göstərilən xidmətlərə dair vəsaitlər BNA-dan Maliyyə Nazirliyi tərəfindən bu istiqamətdə dövlət büdcəsinin vəsaiti ayrılan dövrdə tələb edilməli idi.
45. MPM-in 14.1, 14.2 və 217.4-cü maddələri üzrə-iddiaçı tərəfindən birinci instansiya məhkəməsində keçirilən məhkəmə prosesi zamanı elektron məhkəmə sisteminə əlavə edilmiş 2023-cü il ## ###### tarixli texniki dəstək üzrə yerinə yetirilmiş işlərin qəbulu üzrə akt və işlərin görülməsi üzrə tərəflər arasında üzləşmə aktı əlavə etmişdir ki, sözügedən aktlara baxdıqda görünür ki, həmin aktlar heç kim tərəfindən imzalanmamış və iddiaçının özünün təqdim etdiyi digər aktlarda olduğu kimi, hər iki müəssisənin möhürləri vurulmamışdır.
46. AYNA hazırki iş üzrə cavabdeh olmadığından və BNA-nın hər hansı bir öhdəliyi cavabdehə keçməməsini nəzərə alaraq AYNA tərəfindən sözügedən məhkəmə işi üzrə BNAnın iddiaçıya hər hansı bir məbləğin ödənilib-ödənilməməsi barədə hər hansı bir mövqeyi olmamış, bu məsələ heç bir məhkəmə instansiyasında, o cümlədən də apellyasiya instansiyasında hər hansı bir müqavilə, təhvil-təslim aktı və ya qaimə, həmçinin müqaviləyə aid hər hansı bir digər sübut müzakirə edilməmiş və tətqiqat obyekti olmamışdır.
47. 2023-cü il ## #### tarixli təhvil-təslim aktından göründüyü kimi, sözügedən təhviltəslim aktı ilə artıq BNA onun balansında olan bütün əmlakı cavabdehə təhvil vermiş və balansda olan bütün əmlakın cavabdehə verilmə prosesi Fərmanda qeyd edilən müddət ərzində başa çatmışdır. Iddiaçın sübut olaraq təqdim etdiyi 2023-cü ilin avqust ayının müxtəlif günlərində imzalanmış təhvil-təslim aktlardan göründüyü kimi onlar məhz iddiaçı ilə BNA arasında tərtib edilməklə BNA-nın bütün müqavilələrini və balansda olan əmlakının AYNA-ya təhvil verilməsi barədə imzalanmış təhvil-təslim aktından iki ay sonra sonra tərtib edilmişdir. Cavabdehin BNA-dan aralarında bağlanmış 2023-cü il ## #### tarixli təhvil təslim aktı ilə aldığı bütün əmlaka görə BNA iddiaçıya bütün ödənişləri etmişdir və iddiaçı özü də proses keçirilərkən etiraf etmişdir ki, onların istədikləri məbləğlər ancaq 2023-cü ilin avqust ayının müxtəlif günlərində bağlanmış təhvil-təslim aktlarında qeyd edilən əmlak və işlərə görədir və bundan əvvəl təhvil-təslim aktları ilə BNA-ya təhvil verilmiş bütün əmlak və işlərə görə onlara bütün ödənişlər BNA tərəfindən ona ödənilmişdir. Iddiaçının özünün təqdim etdiyi sənədlərdən də göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya həmin müqavilə üzrə hər hansı bir işlərin görülməsi və əmlakın verilməsi barədə hər hansı bir sifariş edilməmiş, müqavilə üzrə hər hansı bir əmlak və iş iddiaçıdan təhvil alınmamış, müqavilə üzrə ona hər hansı bir ödəniş edilməmişdir.
48. Digər tərəfdən 2023-cü ilin avqust ayının müxtəlif vaxtlarında BNA-ya təhvil verilmiş avadanlıqlara görə müqavilənin şərtinə görə iki il ərzində texniki xidmət göstərərək həmin müddətin sonunda bunu, yəni texniki xidmətin təhvil verilməsini BNA-ya aktla rəsmiləşdirib 15 gün ərzində qaimə verməli olduğu halda həmin iki il keçmədən və bu barədə təhvil-təslim aktı tərtib edilmədən iddiaçı tərəfindən pretenziya göndərilmiş və iddia ərizəsi ilə müraciət edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ##### tarixli **** nömrəli Fərmanı ilə xxxx “xxxx” X1 qoşulması formasında yenidən təşkil edilmişdir ki, bu da MM-in 56.2-ci maddəsinin birbaşa tətbiq olunduğunu göstərir. X1lər dövlət iradəsi ilə yaradıldığı və yenidən təşkil edildiyi üçün, onların hüquqi varisliyi Prezident fərmanı ilə müəyyən edilən tarixdən etibarən hüquqi nəticələr doğurur və reyestr qeydinin gecikdirilməsi kreditorların hüquqlarını məhdudlaşdıra bilməz.
50. xxxx ilə cavabdeh arasında təhvil təslimin tam şəkildə aparılıb-aparılmamasından asılı olmayaraq, qanunvericiliyin tələbinə əsasən xxxxnin borcuna görə cavabdeh kimi xxxx çıxış etməlidir. BNA-nın balansında olan əmlakın cavabdehə təhvil verilməsi Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə 2023-cü ildə tapşırılıb. Bu günə kimi həmin fərmanın icra edilməməsinə görə ilk növbədə cavabdeh məsuliyyət daşıyır. Qanunvericiliyin tələbinə əsasən hazırki vəziyyətdə xxxxnin pul öhdəliyinə görə məsuliyyəti onun hüquqi varisi AYNA (cavabdeh) daşıyır. Eyni zamanda, qeyd edilən fərmanla Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi ilə birlikdə xxxx X1 fəaliyyətinə xitam verilməsinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirməli idi. Hər iki nazirlik bu günə kimi fərmanda nəzərdə tutulan tapşırığı yerinə yetirməmişdir və heç bir fəaliyyəti olmayan BNA-nı bu günə kimi qeydiyyatda saxlamışlar. Prezidentin fərmanına zidd olaraq BNA-nın bu günə kimi ləğv edilməməsində məqsəd isə bu faktı bəhanə gətirərək BNA-nın kreditorları qarşısındakı öhdəliklərin icrasından yayınmaqdır.
51. xxxx və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələri haqqında” Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyasının 2023-cü il # ###### tarixli *-*/*-*-***/**** nömrəli Qərarı ilə əlaqədar keçirilmiş auditor yoxlamasının nəticəsi tərtib edilmişdir. Sözügedən auditor hesabatına baxdıqda görərik ki, auditor həmin hesabatın 11.3.3.2-ci bəndində göstərmişdir ki, BNA tərəfindən “Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınmasıməqsədilə müşahidə kameralarının və dirəklərin alınması, quraşdırılması, sazlanması, sistemə qoşulmasının təmin edilməsi və 2 (iki) illik texniki xidməti”ni satın alınması məqsədilə 2020-ci il ## ###### tarixdə keçirilmiş satınalma üzrə iddiaçı qalib kimi sənədləşdirilərək onunla 2020-ci il ## ###### tarixli iki illik satınalma müqaviləsi bağlanılmışdır. "X9 Mərkəzi" MMC Daxili Işlər Nazirliyinə təhvil verildikdən sonra hər hansı əsas və zərurət olmadığı halda qeyd edilən satınalma müqaviləsinin icrasına BNA tərəfindən davam etdirilmişdir. Habelə satınalma müqaviləsi üzrə əldə edilmiş aktivlərin (əmlakın) balanssaxlayıcısı olan Daxili Işlər Nazirliyi tərəfindən hər hansı sifariş olmadan həyata keçirilmişdir. Qeyd edilənlərdən göründüyü üzrə aktivlərin balanssaxlayıcısının (Daxili Işlər Nazirliyinin) sifarişi olmadan iddiaçı tərəfindən müqavilənin icrası davam etdirmişdir. Azərbaycan Respublikası Hesablama Palatası da sözügedən müqavilə əsasında alınmış əmlakın və işlərin balanssaxlayıcısı kimi cavabdehi deyil, DIN-ni tanımışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ##### **** nömrəli Fərmanının imzlanmasından əvvəl belə iddiaçı ilə BNA arasında bağlanmış 2020-ci il ## ###### tarixli ** nömrəli satınalma müqaviləsi ilə alınmış əmlaklar artıq BNA tərəfindən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə təhvil verilmişdir.
52. Cavabdeh tərəfindən sözügedən müqavilə ilə alınmış hər hansı bir əmlakdan səlahiyyətlərin icrası üçün istifadə edilmir. Məlum olduğu kimi, sözügedən müqavilə üzrə nəzərdə tutulmuş mal, iş və xidmətlər müqavilənin tərkib hissəsi olan Əlavə 2-yə əsasən kameralar nəqliyyat planlanması və trafik təhlillərin aparılması üçün PTZ əsaslı kamera yol nəqliyyat qaydalarını pozan nəqliyyat vasitələrinin aşkarlanması, daha sonra şəklinin çəkilməsi, saxlanması və ötürülməsi funksiyasının icra etməli tələbi olmuşdur. Həmin kameralar məhz yol-nəqliyyat qaydalarının pozan şəxslərin aşkarlanması üçün istifadə edilməsi məqsədi ilə həmin funksiyalara malik olmalı idilər və məhz bu səbəblə onlar “X9 Mərkəzi” MMC-nin istifadə etdiyi intellektual idarəetmə sistemi ilə birlikdə Daxili Işlər Nazirliyinə verilmişdir. Hal-hazırda həmin Nazirlik tərəfindən yol-nəqliyyat hadisələrinə nəzarət və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə edilməkdədir. Hazırki iddia üzrə iddiaçı müqavilə üzrə ona qiyməti ödənilməmiş 77 ədəd kameraya görə ödənişin cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə təhvil verilmiş avadanlıqların hazırki məhkəmə mübahisəsinə aidiyyəti yoxdur. Cavabdeh dəyəri ödənilmiş avadanlıqlarla dəyəri ödənilməmiş avadanlıqları birbirinə53. qarışdırır və məhkəmədə yanlış fikir formalaşdırmaq istəyir. Belə olan halda iş üzrə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi cavabdeh kimi göstərilə bilməz. Bunun üçün heç bir əsas mövcud deyil. Ümimiyyətlə, alqı-satqı müqaviləsi üzrə dəyəri ödənilməmiş mallar üzərində mülkiyyət hüququ alıcıya keçmir. Bu səbəbdən də mülkiyyət hüququnu əldə etməyərək BNA və yaxud cavabdeh əldə etdikləri malları Daxili Işlər Nazirliyinə təhvil verə bilməzdilər.
54. “xxxx” X1 və iddiaçı arasında bağlanmış özündə alqı-satqı müqaviləsi, podrat və xidmət müqaviləsinin ünsürlərini əks etdirən 2020-ci il ## ###### tarixli ** nömrəli qarışıq müqavilə üzrə quraşdırılmış müşahidə məntəqələrinə təhvil-təslim tarixindən 2022-ci il # ##### tarixə qədər texniki dəstək göstərilməlidir. xxxx X1 2023-cü il ## ##### tarixdə ləğv olunmuş, əmlakı cavabdehin balansına verilmişdir. Bu səbəbdən iddiaçı tərəfindən texniki dəstək göstərilməsinə dair təhvil-təslim aktı və elektron qaimə-faktura cavabdehə təqdim olunmamışdır. Müqavilənin predmeti olan mürəkkəb texnoloji avadanlıq, onların proqram təminatı daimi texniki xidmət göstərilmədən istifadə edilə bilməz. Bu səbəbdən texniki dəstək iddiaçı tərəfindən göstərilməsəydi, o zaman cavabdeh həmin dəstəyi başqa mənbədən almalı idi. Cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
55. Təhvil-təslim aktları “xxxx” X1 imzası və möhürləri ilə təsdiq edilmiş, eyni zamanda elektron qaimə fakturalar təsdiq edilmiş, həmin qaimə fakturalara “xxxx” X1 tərəfindən hər hansı etiraz verilməmiş və ya düzəliş edilməsi üçün müraciət edilməmişdir.
Kassasiya baxışının hədləri
56. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
57. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
“Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri
43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. ...”
“Maddə 52. Hüquqi şəxsin məsuliyyəti
52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. ...” “Maddə 55. Hüquqi şəxsin yenidən təşkili 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. ... 55.4. Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır. 55.5. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır.”
“Maddə 56. Hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi ... 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. ...”
“Maddə 57. Təhvil aktı və bölünmə balansı 57.1. Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. 57.2. Təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur. 57.3. Nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının təqdim edilməməsi, habelə onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur.”
“Maddə 58. Hüquqi şəxs yenidən təşkil edilərkən onun kreditorlarının hüquqları üçün təminatlar
58.1. Hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı, bu Məcəllənin 55.3-cü maddəsində nəzərdə tutulan hallarda isə kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar. 58.2. Yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi ... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. ...”
“Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ...”
“Maddə 753. Muzd barəsində razılaşma
753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ...”
59. “X1lər haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 9. X1 yenidən təşkili və ləğvi
X1 ləğvi və yenidən təşkili ilə bağlı məsələlər onun nizamnaməsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.”
60. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş üzrə qətnamənin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, şikayətdə göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşdığından, təkrar qiymətləndirmə aparılmasını zəruri hesab etmir.
62. Cavabdehin kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması barədə dəliləri üzrə qeyd olunur ki, MPM-nin 407.2-ci maddəsinin tələbi baxımından hazırkı icraat çərçivəsində həmin dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
63. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir.
64. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *- *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.