Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-172/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” X2rşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə öhdəliyin icra edilməməsi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” X2rşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Sifarişçi qismində “xxxx” ASC (cavabdehin hüquqi sələfi) ilə podratçı qismində “X1” ASC (iddiaçının hüquqi sələfi) arasında bağlanılmış 2010-cu il ## ###### tarixli, **/** nömrəli müqaviləyə əsasən sifarişçi tikinti zamanı meydana çıxa bilən çatışmazlıqların aradan qaldırılması şərtilə işlərin yerinə yetirilməsi və başa çatdırılması ilə əlaqədar qarşılıqlı müqavilə əsasında razılaşdırılan 225000000 (ƏDV ilə birlikdə) manat məbləğində Bakı şəhəri Qələbə meydanında (Gənclik metro stansiyasının qarşısında) müxtəlif səviyyəli yol qovşağının tikintisini həyata keçirmək barədə razılığa gəlinmişdir. Müqavilənin 36-cı bəndinə əsasən sifarişçi qrup rəhbəri tərəfindən təsdiq edilmiş ödəmə sertifikatının tarixindən 28 gün ərzində podratçıya həmin setifikatda qeyd edilmiş məbləği ödəməlidir.
2. Sifarişçi qismində “xxxx” ASC (cavabdehin hüquqi sələfi) ilə podratçı qismində “X1” ASC (iddiaçının hüquqi sələfi) arasında bağlanılmış 2011-ci il ## ### tarixli, **/** nömrəli müqaviləyə əsasən sifarişçi tikinti zamanı meydana çıxa bilən çatışmazlıqların aradan qaldırılması şərtilə işlərin yerinə yetirilməsi və başa çatdırılması ilə əlaqədar qarşılıqlı müqavilə əsasında razılaşdırılan 43000000 (ƏDV ilə birlikdə) manat məbləğində Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisini həyata keçirmək barədə razılığa gəlinmişdir. Müqavilənin 36-cı bəndinə əsasən sifarişçi qrup rəhbəri tərəfindən təsdiq edilmiş ödəmə sertifikatının tarixindən 28 gün ərzində podratçıya həmin sertifikatda qeyd edilmiş məbləği ödəməlidir.
3. “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə 2011-ci il ## ### tarixli, **/** saylı müqaviləyə 2015-ci il ## ####### tarixli, ** nömrəli Əlavə razılaşmada qeyd edilmişdir ki, bu əlavə razılaşma ilə “sifarişçi” “podratçı”dan Azərbaycan Respublikası Dövlət büdcəsi tərəfindən maliyyələşdirilən “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” işlərini yerinə yetirməyi tələb edir. “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə bağlanılmış müqavilədəki bütün terminlər bu Əlavə Razılaşmaya da şamil edilir. “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə iş həcmləri dedikdə həmin yol qovşağının tikintisi üzrə yerinə yetiriləcək işlər nəzərdə tutulur. “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə bağlanılmış müqavilədən keçən müddət ərzində iş həcmlərinə müvafiq dəyişikliklər və əlavə işlərin artması ilə əlaqədar olaraq “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə iş həcmləri dedikdə həmin yolun tikintisi üzrə yerinə yetiriləcək işlərin smeta dəyəri ayrı-ayrı iş növləri üzrə vahid qiymətlər tətbiq edilməklə hesablanır. Ayrı iş növləri üzrə vahid qiymətlər “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə yerinə yetiriləcək işlərin qiymətləndirilməsi zamanı da tətbiq ediləcəkdir. “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə əlavə müqavilə dəyəri 6365295 manat (18% ƏDV daxildir) təşkil edir. Əlavə razılaşma №* 2011-ci il ## ### tarixli **/** saylı əsas müqavilənin ayrılmaz tərkib hissəsidir. Əlavə razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. “Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi” üzrə 2010-cu il ## ###### tarixli müqaviləyə 2015-ci il ## ####### tarixli, ** nömrəli Əlavə razılaşmada qeyd edilmişdir ki, bu əlavə razılaşma ilə “sifarişçi” “podratçı”dan Azərbaycan Respublikası Dövlət büdcəsi tərəfindən maliyyələşdirilən “Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi” obyekti üzrə əlavə təmir-tikinti işlərini yerinə yetirməyi tələb edir. “Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi” üzrə bağlanılmış Müqavilədəki bütün terminlər bu Əlavə Razılaşmaya da şamil edilir. “Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi” üzrə iş həcmləri dedikdə həmin yolun tikintisi üzrə yerinə yetiriləcək işlər nəzərdə tutulur. Ayrı iş növləri üzrə yeni vahid qiymətlər “Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi” üzrə yerinə yetiriləcək işlərin qiymətləndirilməsi zamanı da tətbiq ediləcəkdir. “Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi” üzrə əlavə müqavilə dəyəri 22000000 manat (18% ƏDV daxildir) təşkil edir. Əlavə Razılaşma №* 2010-cu il ## ###### tarixli Əsas müqavilənin ayrılmaz tərkib hissəsidir. Əlavə razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. “Azərbaycan Diplomatik Akademiyasının əsas giriş hissəsinin avtomobil yollarının yenidən qurulması, Vaqif prospekti boyunca relyef fərqi olan yolun svay bərkitmə işləri, Əhməd Ağa oğlu küçəsi ilə birləşmədə hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın tikintisi” iizrə 2010-cu il ## ###### tarixli **/** nömrəli müqaviləyə 2013-cü il # ######## tarixli, ** nömrəli Əlavə razılaşmada qeyd edilmişdir ki, bu əlavə razılaşma ilə “sifarişçi” “podratçı”dan Azərbaycan Respublikası Dövlət büdcəsi tərəfindən maliyyələşdirilən “Azərbaycan Diplomatik Akademiyasının əsas giriş hissəsinin avtomobil yollarının yenidən qurulması, Vaqif prospekti boyunca relyef fərqi olan yolun svay bərkitmə işləri, Əhməd Ağa oğlu küçəsi ilə birləşmədə hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın tikilməsi” obyekti üzrə əlavə təmir-tikinti işlərini yerinə yetirməyi tələb edir. “Azərbaycan Diplomatik Akademiyasının əsas giriş hissəsinin avtomobil yollarının yenidən qurulması, Vaqif prospekti boyunca relyef fərqi olan yolun svay bərkitmə işləri, Əhməd Ağa oğlu küçəsi ilə birləşmədə hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın tikilməsi” üzrə bağlanılmış Müqavilədəki bütün terminlər bu Əlavə Razılaşmaya da şamil edilir. “Azərbaycan Diplomatik Akademiyasının əsas giriş hissəsinin avtomobil yollarının yenidən qurulması, Vaqif prospekti boyunca relyef fərqi olan yolun svay bərkitmə işləri, Əhməd Ağa oğlu küçəsi ilə birləşmədə hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın tikilməsi” üzrə iş həcmləri dedikdə həmin yolun tikintisi üzrə yerinə yetiriləcək işlər nəzərdə tutulur. Ayrı iş növləri üzrə yeni vahid qiymətlər “Azərbaycan Diplomatik Akademiyasının əsas giriş hissəsinin avtomobil yollarının yenidən qurulması, Vaqif prospekti boyunca relyef fərqi olanyolun svay bərkitmə işləri, Əhməd Ağa oğlu küçəsi ilə birləşmədə hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın tikilməsi” üzrə yerinə yetiriləcək işlərin qiymətləndirilməsi zamanı da tətbiq ediləcəkdir. “Azərbaycan Diplomatik Akademiyasının əsas giriş hissəsinin avtomobil yollarının yenidən qurulması, Vaqif prospekti boyunca relyef fərqi olan yolun svay bərkitmə işləri, Əhməd Ağa oğlu küçəsi ilə birləşmədə hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın tikilməsi” üzrə əlavə müqavilə dəyəri 34500000 manat (18% ƏDV daxildir) təşkil edir. Əlavə razılaşma №* 2010-cu 26 fevral il tarixli, **/** saylı Əsas müqavilənin ayrılmaz tərkib hissəsidir.
6. Sifarişçi qismində “xxxx” ASC (cavabdehin hüquqi sələfi) ilə podratçi “xxxx” ASC (iddiaçının hüquqi sələfi) arasında Bakı şəhərində müxtəlif ünvanlarda asfalt örtüyünün əsaslı təmirinə dair bağlanmış 2007-2008-ci il tarixli podrat müqavilələrinə əsasən posratçı asfalt beton örtüyünün əsaslı təmiri işlərinin görülməsini öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 17-ci bəndlərinə əsasən görülmüş işlərin dəyəri podratçının hesabına hesabat ayında * nömrəli formalar sifarişçi tərəfindən təsdiq edildikdən sonra ödənilir.
7. Bakı şəhəri, Nərimanov rayonu “Qələbə” meydanında tunel tipli müxtəlif səviyyəli yol qovşağının istismara qəbul edilməsi haqqında Dövlət Qəbul Komissiyasının 2015-ci il ## ####### tarixli aktında qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu “Qələbə” meydanında tunel tipli müxtəlif səviyyəli yol qovşağının tikintisi layihəyə uyğun tam başa çatdırılmışdır və istismara qəbul edilir.
8. 2019-cu il ## #### tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, 2019-cu il ## #### tarixinə “xxxx” PHŞ-nin sifarişi əsasında “Qələbə meydanı yol qovşağının tikintisi” üzrə “xxxx” ASC-nin qarşısında 1032834,60 manat ƏDV daxil borcu mövcuddur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. 2019-cu il ## #### tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, 2019-cu il ## #### tarixinə “xxxx” PHŞ-nin sifarişi əsasında “Bakı şəhərinin ətraf qəsəbələrinin, Bakı şəhərinin ətraf yollarının və Bakı şəhərinin daxili küçələrinin əsaslı təmiri, asfaltbeton örtüyünün yenidən qurulması, daş örtüyü ilə örtülməsi” işləri üzrə “xxxx” ASC-nin qarşısında 16391170 manat ƏDV daxil borcu mövcuddur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. 2019-cu il ## #### tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, 2019-cu il ## #### tarixinə “xxxx” PHŞ-nin sifarişi əsasında “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində müxtəlif səviyyəli avtomobil yolunun və tunelin tikintisi, tikinti sahəsinə düşən kommunikasiya xətlərinin (su, qaz, elektrik, rabitə və əlavə işlər) köçürülməsi” işlərinin görülməsi üzrə “xxxx” ASC-nin qarşısında 6436895,32 manat ƏDV daxil borcu mövcuddur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. “xxxx” ASC ilə “xxxx” ASC arasında tərtib edilmiş 2009-cu il # ###### tarixli hesabların üzləşmə aktından görünür ki, 2009-cu il # ###### tarixə “xxxx” ASC-nin “xxxx” ASC-yə 18438303 manat (ƏDV ilə birlikdə) borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X5 Dövlət Ekspertiza Baş Idarəsi tərəfindən verilmiş 2013-cü il ## ###### tarixli, ***** nömrəli rəydə qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu “Qələbə” meydanında tunel tipli müxtəlif səviyyəli yol qovşağının bu rəyin 9-cu bölməsinin tələbini yerinə yetirməklə, 1991-ci ilin bazis qiymətləri ilə toplu smeta üzrə ƏDV-siz cəmi 8530,058 min manat, o cümlədən TQI7873,603 min manat və qaytarılan məbləğ – 105,719 min manat dəyərində layihəsmeta sənədləri razılaşdırılır.
13. Maliyyə Nazirliyi tərəfindən “xxxx” ASC-yə ünvanlanmış 2022-ci il ## #### tarixli məktubda (##.##.2022-ci il tarixli, 03-01/133 nörməliyə) qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyində Gənclər və Idman Nazirliyinin, xxxxnin (keçmiş “xxxx” Açıq Səhmdar Cəmiyyəti) və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin sifarişləri əsasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işləri üzrə yaranmış borcun maliyyələşdirilməsi barədə məktuba aidiyyəti üzrə baxılmışdır və bildirilir ki, məktublarında qeyd olunan və dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən obyektlər üzrə maliyyələşmələr sifarişçi qurumların müraciətləri əsasında təmin edilmişdir. Odur ki, məsələ ilə bağlı bilavasitə obyektlərin sifarişçiləri və bu məqsədlə ayrılmış maliyyə vəsaitinin sərəncamçıları olan qurumlara müraciət edilməsi tövsiyə olunur.
14. Maliyyə Nazirliyi tərəfindən “xxxx” ASC-yə ünvanlanmış 2023-cü il ## ##### tarixli (##.##.2023-cü il tarixli, 03-01/101 nörməliyə) və 2024-cü il # ###### tarixli (##.##.2024-cü il tarixli, 07 nörməliyə) məktublarda qeyd edilmişdir ki, qeyd edilən məsələ barədə Maliyyə Nazirliyinin rəyi 2022-ci il ## #### tarixli MIHO/1.*-*-****-**** nömrəli məktubla “xxxx" ASC-yə bildirilmişdir.
15. “xxxx” ASC tərəfindən Maliyyə Nazirliyinə ünvanlanmış 2024-cü il ## ######## tarixli, *** nömrəli məktubda qeyd edilmişdir ki, “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyinin, xxxxnin (keçmiş “xxxx” Açıq Səhmdar Cəmiyyəti) və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (hüquqi varisi Azərbaycan Respublikası Dövlət X3) sifarişləri əsasında “xxxx” ASC tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işləri üzrə yaranmış borcun maliyyələşdirilməsi ilə bağlı ünvanlanmış 2022-ci il ## ###### tarixli, 03-01 *** saylı və 2024-cü il ## ###### tarixli, ** saylı müraciətlərə müvafiq olaraq 2022-ci il ## #### tarixli, № MINO/*.*-*-****-**** saylı və 2024-cü il # ###### tanxli, *-**/*-***/**** saylı məktublarla cavab verilmişdir. Hər iki məktubda qeyd edilən maliyyələşmələrin sifarişçi qurumların müraciətləri əsasında təmin edildiyi vurğulanmışdır. Aradan uzun zaman keçdiyi nəzərə alınsa, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ödənilmiş büdcə vəsaitinin təyinatından kənarlaşdırılaraq sifarişçi qurumlar tərəfindən başqa məqsədlər üçün istifadə edildiyi açıq-aydın görünür. Lakin sifarişçi təşkilatlara dəfələrlə müraciət etməyimizə baxmayaraq, məlumatı nə təsdiq, nə də təkzib edirlər. Göstərilən məsələnin aydınlaşdırılması, habelə köçürülmüş vəsaitin təyinatı üzrə həqiqi sahibinə ödənilməsi məqsədi ilə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinin tələblərini rəhbər tutaraq tədbirlər görülməsi xahiş edilir.
16. “xxxx” ASC tərəfindən “xxxx” PHŞ-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borcun 7 (yeddi) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
17. “xxxx” ASC (bundan sonra – “iddiaçı”) “xxxx” X2 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23860899,92 manat borc və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Iddia tələbi belə əsaslandırılmışdır ki, aralarında müvafiq müqavilələr bağlanmış, onların icrası qaydasında iddiaçı müqavilə ilə müəyyən edilmiş işlər görmüş və xidmətlər göstərmişdir. Cavabdehin isə cəmi 23860899,92 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ####### tarixli **** saylı fərmanı ilə “xxxx” ASC “xxxx” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Borcun ödənilməsi tələbi ilə əlaqədar cavabdeh tərəfindən bildirilmişdir ki, dövlət büdcəsindən vəsait ayrılması üçün müraciət edilmişdir və vəsait ayrılanda borc ödəniləcəkdir. Bu səbəbdən əməkdaşlığı da nəzərə alaraq, xeyli müddət gözlənilmişdir. Buna baxmayaraq, təəssüf ki, borc öhdəliyi icra edilməmişdir.
19. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq, göstərmişdir ki, iddiaçı əsassız iddia qaldırmaqdan əlavə həmçinin bu növ iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Odur ki, işə baxılarkən eyni zamanda mübahisəli hüquq münasibətinə iddia müddətini də tətbiq edərək, iddianın tamamilə rədd olunması xahiş edilmişdir. Iddiaçı həmin ərizəyə ünvanladığı etirazda göstərmişdir ki, ərizə qeyrimüəyyəndir.
20. Tərəflərin arasında müddətləri müxtəlif olan müqavilələr, icra müddətləri müxtəlif olan iş və xidmətlər vardır. Cavabdeh ərizəsində iddia müddətinin axımının başlanması hüquqi faktı ilə bağlı heç nə qeyd etməmişdir. Cavabdeh həm də iddia müddətinin tətbiq edilməsi barədə ərizəni qanunla müəyyən edilmiş müddətdə verməmişdir. Cavabdeh büdcə təşkilatı olduğu üçün ödənişlər edə bilməsi üçün büdcədən vəsait ayrılmalı olduğunu bildirmiş, buna görə də iddiaçı ona tələbin icrası üçün müddət vermişdir. Yox əgər iddiaçıya ödənilməli vəsait büdcə qanunvericiliyinə uyğun olaraq dövlət orqanı tərəfindən ayrılmış (bu anda həmin vəsait iddiaçının mülkiyyətinin predmetidir), lakin cavabdeh təşkilat bu vəsaiti başqa təyinat üzrə xərcləyibsə, bu iddiaçının mülkiyyət hüququnun (qanuni gözlənti) pozulmasıdır və iddia müddəti tətbiq edilə bilməz.
21. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Z.Axundova).
22. Məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Iddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh (“xxxx” Açıq Səhmdar Cəmiyyəti “xxxx” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir) öz öhdəliklərini lazımınca icra etməmişdir. Həmin borcun mövcudluğu işdə olan, yuxarıda qeyd olunan sübutlarla (müqavilələr, üzləşmə aktları və s.) öz təsdiqini tapır. Iddiaçı hazırkı iddia tələbini cavabdehə qarşı irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur və cavabdeh tərəfindən görülmüş işlərin dəyərinin ödənilməməsi ilə iddiaçının hüququ pozulmuşdur. Beləliklə, iddia əsaslıdır və iddiaçının tələb etdiyi borc məbləği mövcuddur və ödənilməmiş qalmışdır.
23. Məhkəmə tərəflər arasında bağlanmış müqavilələrə əsasən işlərin görülüb təhvil verildiyini, eləcə də sonradan tərəflər arasında 2019-cu ildə mövcud borc məbləğləri ilə bağlı üzləşmə aktlarının tərtib edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı iddia müddətinin axımının başladığı tarixdən 3 ildən artıq müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etməklə (2025-ci ildə) müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Iddiaçının iddia müddətinin tətbiqi ilə bağlı ərizədə göstərdiyi əsaslara münasibətdə qeyd edilib ki, əvvəla, qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (20 günlük müddət hazırkı hala şamil edilmir). Bundan əlavə, üzləşmə aktları tərtib olunub təsdiq olunduğu vaxtdan iddiaçı bilirdi ki, qeyd olunan borc ona ödənilməlidir. Iddiaçının nümayəndəsinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müvafiq məktublarla müraciətlər edildiyini, cavabdehin borcunu inkar etmədiyini, əksinə, ödənişlər edə bilməsi üçün vəsait ayrılmasını gözlədiyini bildirməsi də iddia müddətinin tətbiq edilməməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında mübahisə həllini tapa bilmirdisə, iddiaçı iddia müddətini ötürmədən məhkəməyə müraciət edə bilərdi.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 385.1, 386.1, 442, 448.1, 372.1, 372.2, 373.2, 375.2, 377.2-ci və Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 107, 119.1, 124.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli qərarına istinadla əsaslandırmışdır.
25. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Məhkəmənin Maliyyə Nazirliyinə ünvanlanmış hüquqi şəxslər arasında bağlanmış 2010-cu il ## ###### və 2011-ci il ## ### tarixli müqavilələr üzrə işlərin görülməsi ilə bağlı iddiaçıya dövlət büdcəsindən vəsait ayrılıb-ayrılmaması barədə məlumatların təqdim edilməsinə dair sorğusuna cavab məktubunda göstərilmişdir ki, sorğuda qaldırılan məsələ ilə əlaqədar xxxxnə müraciət olunması məqsədəmüvafiqdir.
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).
28. Məhkəmə kollegiyası göstərmişdir ki, işin mübahisəsiz hallarına görə asfalt örtüyünün təmiri ilə bağlı müqavilələr üzrə podrat işlərinin görülməsi 2007-2008-ci illərdə, 2010-cu il ## ###### tarixli, **/** nömrəli müqavilə (Qələbə dairəsi) üzrə 2015-ci il tarixdə, 2011-ci il ## ### tarixli, **/** nömrəli müqavilə (Ziya Bünyadov prospekti lə Böyükşor prospektinin kəsişməsi) üzrə isə ən geci 2016-cı ildə yekunlaşmış, belə olan halda 2007- 2008-ci il tarixli müqavilələrin 17-ci bəndlərində və 2010-2011-ci il tarixli müqavilələrin 36-cı bəndlərində əks olunmuş şərtlər nəzərə alınmaqla cavabdehin muzd ödənilməsinə dair öhdəliklərinin icrası müddəti ən geci müvafiq olaraq həmin illərdə bitmiş və muzdun ödənilməsi tələbləri üzrə iddia müddətlərinin axımı ən geci növbəti illərdən başlamışdır. Bundan sonra 2019-cu il ## ######## tarixdə iddiaçı həmin müqavilələr üzrə qarşılıqlı borcların üzləşdirilməsi aktlarını təsdiq etməklə borcu etiraf etdiyini göstərən hərəkət etmişdir. 29.
30. Müddətin ötürülməməsini sübuta yetirmək üçün iddiaçının təqdim etdiyi cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməsini təsdiq edən sənədlərə münasibətdə kollegiya göstərmişdir ki, sözügedən ödənişlər tərəflər arasında bağlanmış mübahisəli podrat müqavilələri ilə hər hansı bağlılığı olmayan başqa podrat müqavilələri üzrə həyata keçirilmişdir, odur ki, həmin ödənişlərin mübahisəli müqavilələr üzrə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkət kimi qiymətləndirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 372.1, 373.2, 375.1, 375.2, 377.2, 380.1, 385.1, 442, 752.1, 753.1, MPM-in 77.1, 119.1, 119.5-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» ## ###### 2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
32. Iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
33. MM-in 372, 373, 374, 375, 377-ci maddələri üzrə - məhkəmə münasibətə iddia müddətini tətbiq etməməli olduğu halda, etmişdir. Əvvələ iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsi ərizə qeyri - müəyyəndir. Tərəflərin arasında müddətləri müxtəlif olan müqavilələr, icra müddətləri müxtəlif olan iş və xidmətlər vardır. Cavabdeh ərizəsində iddia müddətinin axımının başlanması hüquqi faktı ilə bağlı heç nə qeyd etməmişdir (ərizə əsaslandırılmamışdır, çünki əsas yoxdur). Cavabdeh borcunu inkar etməmiş, əksinə, büdcə təşkilatı olduğu üçün ödənişlər edə bilməsi üçün büdcədən vəsait ayrılmasını gözlədiyini bildirmişdir. Yox əgər iddiaçıya ödənilməli vəsait büdcə qanunvericiliyinə uyğun olaraq dövlət orqanı tərəfindən ayrılmış (bu anda həmin vəsait iddiaçının mülkiyyətinin predmetidir), lakin cavabdeh təşkilat bu vəsaiti başqa təyinat üzrə xərcləyibsə, bu iddiaçının mülkiyyət hüququnun (qanuni gözlənti) pozulmasıdır və iddia müddəti tətbiq edilə bilməz.
34. MPM-in 154-cü maddəsi üzrə - cavabdeh həm də iddia müddətinin tətbiq edilməsi barədə ərizəni qanunla müəyyən edilmiş müddətdə verməmişdir. Cavabdeh iddiaçının iddia müddətinə dair hətta yazılı şəkildə qeyd etdiklərinə qanunla tələb edilən münasibət bildirməmiş, iddiaçının mövqeyinə əks dəlillər təqdim etməmiş, iddiaçının göstərdiyi hallarla razılaşmama səbəblərini və əsaslandırılmış dəlillərini göstərməmişdir.
35. MPM-in 14.1, 217.1, “Büdcə sistemi haqqında” Qanunun 19.1, 21.2-ci maddələri üzrə - Maliyyə Nazirliyi aidiyyəti mərkəzi icra hakimiyyəti olaraq vəzifələrini pozmuş, apellyasiya məhkəməsinin sorğusuna gec cavab vermiş, 2025-ci il # ###### tarixli məktubu ilə sorğunu faktiki cavabsız qoymuş, məlumat təqdim etməkdən yayınmış və məsələni iş üzrə maraqlı tərəf olan AAYDA-ya yönləndirməyi təklif etmişdir. Məhkəmə isə Nazirliyin bu formada olan cavab məktubu ilə “qane olmaqla” MPM-in 14.1 və 217.1-ci maddələrinin tələblərini pozulmuşdur.
36. Kassasiya şikayətinin digər məsələlər bölməsində göstərilmişdir ki, dövlət orqanlarının öhdəliklərini icra etməməsi nəticəsində “xxxx” ASC-nin 52790 992.2 manat məbləğində debitor borcu yaranmışdır. Bu borcun tərkibində əmək haqqı- 1068173.94 manat, podrat və xidmət müqavilələr üzrə- 16168388.59 manat, bank kreditləri- 34010725.15, DGK-nə borc 1422731.43 manat, digər dövlət orqanlarına- 37471.41 manat, mənzil mübahisələri üzrə 83501.68 manat təşkil edir. Cavabdehin öz öhdəliyini icra etməməsi yalnız bir kommersiya münasibəti çərçivəsində deyil, həm də ümummilli iqtisadi sabitliyə, tikinti sektorunun maliyyə dövriyyəsinə və dövlətin müqavilə etibarlılığına mənfi təsir göstərmişdir. Cavabdeh Agentlik tərəfindən 2019-cu ildə təhvil-təslim aktının imzalanması, 2022-ci ilə qədər digər müqavilələr üzrə ödənişlərin davam etməsi, habelə büdcədən vəsait ayrılmasının gözlənməsinin bildirilməsi – etimad prinsipi faktı borcun birbaşa tanınması kimi qiymətləndirilməlidir. Bu halda iddia müddəti yenidən başlanır və formal olaraq “keçmiş müddət” arqumenti tətbiq edilə bilməz.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
38. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiyada) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 372. Iddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. ...”
“Maddə 373. Iddia müddətləri ... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. ...”
“Maddə 375. Iddia müddətinin tətbiqi ... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. ...” “Maddə 380. Iddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”
“Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ...”.
“Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ...”
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi).
43. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
44. Işin faktiki hallarını araşdıran aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, tərəflər (tərəflərin hüquqi sələfləri) arasında bağlanmış podrat müqavilələrinə əsasən iddiaçı cavabdehin sifarişi ilə müvafiq işləri görmüş, lakin cavabdeh həmin işlərin görülməsinə görə muzdu tam şəkildə ödəməmişdir.
45. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd edilməsini xahiş etmiş, iddiaçı isə ərizənin əsassız olduğunu, iddia müddətinin ötürülmədiyini bildirmişdir.
46. Apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdehin iddiaçıya sözügedən müqavilələr üzrə cəmi 23860899,92 manat məbləğində borcunun olması faktı hər iki tərəfin imzalayıb, möhürlədiyi 2019-cu il ## #### tarixli borcların qarşılıqlı üzləşmə aktları ilə öz təsdiqini tapmışdır.
47. Apellyasiya məhkəməsi onu da göstərmişdir ki, mübahisəli müqavilələr üzrə görülmüş işlərin dəyərinin ödənilməsi tələbi üzrə iddia müddətinin axımının başladığı tarixlərdən üzləşmə aktının təsdiq edildiyi tarixədək olan müddətdə cavabdeh tərəfindən borcu etiraf edən hərəkətlərin olunub-olunmaması (qismən ödənişlər, üzləşmə aktının təsdiqi və s.) ilə bağlı sənədlər məhkəməyə təqdim olunmamışdır. Odur ki, iş materiallarında olan sübutlara əsasən 2019-cu il ## #### tarixli üzləşmə aktlarının iddia müddətləri daxilində və ya iddia müddətləri bitdikdən sonra imzalanmasını müəyyən etmək də qeyri-mümkündür. Digər tərəfdən sözügedən üzləşmə aktlarının iddia müddəti daxilində imzalanması ehtimal olunsa və belə olan halda həmin aktların iddia müddətinin axımının kəsilərək yenidən başlanmasına əsas qismində çıxış etməsi qəbul olunsa belə qeyd olunmalıdır ki, 2019-cu il ## #### tarixdən sonra cavabdeh tərəfindən mübahisəli müqavilələr üzrə hər hansı ödəniş, eləcə də borcu etiraf etdiyini göstərən digər hərəkətlər olunmadığından iddiaçının hazırkı iddianı 2025-ci il # ######## tarixdə qaldırmaqla müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş üç illik iddia müddətini ötürməsi açıq-aşkardır.
48. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən MM-nin 373-cü maddəsi ilə müəyyən edilmiş müqavilə tələbləri üzrə üç illik iddia müddəti ərzində iddia qaldırılmadığından və cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən, məhkəmələr tərəfindən iddia müddəti tətbiq olunmaqla iddianın təmin olunmaması MM-nin 373 və 375-ci maddələrinin tələblərinə uyğun olmuşdur.
49. Iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır ( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-ci il ## ###### tarixli Qərarı).
50. Iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli Qərarı).
51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-
52. 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki nin 14.2, prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
53. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Hazırki işdə isə həmin əsaslar mövcud deyildir.
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.