Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-3/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, podrat müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilk, cavabdeh Cavabdeh MMC-nin iddiaçı İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2020-ci il ## #### tarixli, ***/**** nömrəli podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən podratçı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 109 ünvanında yerləşən 50 mərtəbəli iş mərkəzində interyer tamamlama işlərini bütün material və işçiliklə birlikdə yerinə yetirməyi, sifarişçi isə görülmüş işlərin dəyərini müqavilə şərtlərinə uyğun ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqaviləyə əsasən işlərin icra müddəti 2021-ci il ## ######## tarixinədək müəyyən edilmiş, müqavilə üzrə ümumi qiymət ƏDV xaric 3.542.213,97 ABŞ dolları təşkil etmişdir. Hesablaşmalar mərhələli qaydada avans, cari ödənişlər və yekun təhvil-təslim əsasında aparılmalı idi.
3. Mübahisəli podrat müqaviləsi üzrə podratçı tərəfindən müxtəlif tarixlərdə F2 və qəbul aktları əsasında işlər görülmüş və sifarişçiyə təhvil verilmişdir.
4. Podratçı tərəfindən mübahisəli müqavilə üzrə ƏDV xaric 202.006,36 ABŞ dolları dəyərində tikinti materialları ikitərəfli akt əsasında sifarişçiyə təhvil verilmişdir.
5. Iş materiallarından görünür ki, tərəflər arasında əlavə olaraq ## #### 2023-cü il tarixli borc müqaviləsi, ## #### 2020-ci il tarixli ***/** nömrəli podrat müqaviləsi, ## ####### 2020-ci il və ## #### 2023-cü il tarixli alqı-satqı müqavilələri, eləcə də ## ###### 2020-ci il, ## ###### 2021-ci il və ## ###### 2021-ci il tarixli PR/001, PR/002 və PR/*** nömrəli xidmət müqavilələri bağlanmışdır.
6. PR/001, PR/002 və PR/*** nömrəli müqavilələr üzrə görülmüş işlər qəbul aktları ilə rəsmiləşdirilmiş, həmin müqavilələr üzrə xidmətlərin həcmi və məbləği ayrıca müəyyən edilmişdir.
7. Iş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2020–2023-cü illər ərzində müxtəlif tarixlərdə ümumilikdə ƏDV xaric 1.271.000 manat məbləğində nağdsız ödənişlər edilmişdir.
8. Tərəflər arasında bağlanmış digər müqavilələr üzrə ödənişlərin bir hissəsinin tam icra edildiyi iş materiallarından müəyyən edilir.
9. Mübahisəli podrat müqaviləsi üzrə işlərin müəyyən mərhələdə dayandığı, tikinti sahəsində istifadə edilməmiş materialların qaldığı və həmin materialların dəyərinin müəyyən edildiyi iş materiallarında əks olunmuşdur.
10. Iş üzrə təqdim edilmiş sənədlər, qəbul aktları, hesab-fakturalar, elektron qaimələr və ödəniş tapşırıqları tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərini və həyata keçirilmiş ödənişləri təsdiq edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
11. Iddiaçı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı pulun tutulması tələbinə dair iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2020-ci il ## #### tarixli, ***/**** saylı podrat müqaviləsi üzrə ödənilməyən 133651,84 manat məbləğində pulun, dəymiş zərərə görə cavabdehə təhvil verilmiş tikinti materialları satıldığı üçün həmin tikinti materiallarının hal-hazırda bazar dəyəri olan 350201,47 manat pulun, habelə ödənilmiş 774 manat dövlət rüsumunun, 4080 manat hüquqi yardıma görə xərcin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2020-ci il ## #### tarixli ***/**** saylı, 2020-ci il ## #### tarixli ***/** saylı podrat, 2020-ci il # ####### tarixli P/**/** saylı alqı-satqı, 2020-ci il ## ###### tarixli PR/001, 2021-ci il ## ###### tarixli PR/002, 2021-ci il ## ###### tarixli PR/*** saylı xidmət, habelə 2023-cü il # #### tarixli P/**/** saylı alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı tərəfindən cavabdehin sifarişi ilə Bakı şəhəri, Heydər Əliyev prospekti, 109 ünvanında yerləşən 50 mərtəbəli iş mərkəzində, SOCAR-ın Baş ofisində, Milli Bankın binasında interyer tamamlama və digər təmir-tikinti işləri görülmüş, bütün materiallar və işçilik təmin edilmişdir. Iddiaçı tərəfindən ümumilikdə 1 606 657,84 manat məbləğində iş görülmüş, cavabdeh isə bu günədək cəmi 1 271 000 manat ödəniş etmiş, nəticədə 335 657,84 manat borc qalmışdır. Qalan borcun 202 006,36 manatı tikinti işləri dayandırıldıqdan sonra sahədə qalan materialların dəyəri, 133 651,84 manatı isə görülmüş işlərin dəyəridir. 2021ci ilin dekabr ayında tikinti işləri dayandırılmış və işlər iddiaçıdan alınaraq üçüncü şəxsə həvalə edilmiş, bu səbəbdən qeyd olunan materiallar sahədə qalmış və cavabdeh tərəfindən təhvil-təslim aktı ilə qəbul edilmişdir. Cavabdeh həmin materialları iddiaçıya geri qaytarmamış və dəyərini ödəməmişdir. Sahədə qalan materialların hazırkı bazar dəyəri 350 201,47 manat təşkil etdiyindən, cavabdehdə qalan materialların dəyəri artmışdır. Borcun ödənilməsi və materialların qaytarılması ilə bağlı cavabdehə pretenziya göndərilmiş, lakin cavab alınmadığından iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
13. Cavabdeh ilk iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2020-ci il ## #### tarixli, ***/**** saylı podrat müqaviləsi bağlanmış, müqavilənin predmeti Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 109 ünvanında yerləşən 50 mərtəbəli Iş mərkəzinin binasında interyer tamamlama işlərinin yerinə yetirilməsindən ibarət olmuşdur. Müqaviləyə əsasən iddiaçı tələb olunan materialları və işçiliyi razılaşdırılmış qiymət və müddətdə təmin etməli idi. Cavabdeh iddia edir ki, iddiaçının təchiz etdiyi materialların və yerinə yetirdiyi işlərin dəyərinin bir hissəsi ona nəğd şəkildə ödənilmiş, lakin bu ödənişlər iddiaçı tərəfindən nəzərə alınmamışdır. Etiraza əlavə edilən kassa məxaric orderlərindən göründüyü kimi, 2020-ci il ## ####, 2020-ci il ## ####, 2020-ci il ## ######, 2020-ci il ## ########, 2021-ci il ## ####, 2021-ci il # #### və 2021-ci il ## #### tarixlərində iddiaçıya ümumilikdə 173 298,40 manat məbləğində nəğd pul vəsaiti ödənilmişdir. Həmçinin cavabdeh bildirir ki, dəyəri 202 006,36 manat təşkil edən materiallara görə 350 201,47 manat tələb edilməsi, yəni materialların dəyərinin 148 195,11 manat məbləğində artırılması müqavilə şərtlərinə ziddir, çünki müqavilə üzrə qiymət birtərəfli qaydada dəyişdirilə bilməz və bu, əsassız varlanma kimi qiymətləndirilməlidir. Materialların bazar qiymətlərinin təxminən 75 faiz artmasını təsdiq edən hər hansı rəsmi sübut təqdim edilməmiş, aparılan araşdırmalara görə bazar qiymətlərinin artmadığı müəyyən edilmişdir. Bundan əlavə, cavabdeh qeyd edir ki, iddiaçı materialları sahəyə təchiz etdikdən sonra onları müqavilə üzrə işlərin icrasında istifadə etməli və nəticələri sifarişçiyə təhvil verməli idi. Materialların faktiki olaraq hansı işlərdə istifadə edildiyi, sahədən çıxarılıb-çıxarılmadığı və ya üçüncü şəxslərə satılıbsatılmadığı məlum olmadığından, yalnız materialların işlərin icrasında istifadə edildiyi sübuta yetirildiyi halda onların dəyərinin tələb edilməsi mümkündür. Bu səbəblərlə iddia tələbinin əsassız və qanunsuz olduğu, təmin edilməməli olduğu bildirilmişdir.
15. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, tərəflər arasında bağlanan 2023-cü il # #### tarixli NP**/**** nömrəli borc müqaviləsi əsasında cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 55000 manat məbləğində borcun, 2750 manat gecikdirilmiş vaxt üçün hesablanmış faizin və ödənilmiş 265 manat məbləğində dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2023-cü il # #### tarixli NP**/**** nömrəli borc müqaviləsi bağlanmış və həmin borc müqaviləsi əsasında cavabdeh tərəfindən iddiaçıya 55000 manat məbləğində borc verilmişdir. Iddiaçı borc müqaviləsi üzrə götürdüyü 55000 manat məbləğində borcu 2023-cü il ## ###### tarixinədək geri qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq, borc məbləği bu günə kimi qaytarılmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən ödəniş şərtləri pozulduğuna görə mülki qanunverciliyə əsasən gecikdirilmiş məbləğə illik beş faiz hesablanmalıdır.
17. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, cavabdehdən 132579,70 manat məbləğində pul, 202006,36 manat tikinti materiallarına görə vəsait, 624,59 manat dövlət rüsumu, hüquqi yardıma görə 3000 manat vəsait, ümumilikdə 338210,65 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, çəkilmiş qalan məhkəmə xərcləri (149,41 manat dövlət rüsumu, 1080 manat hüquqi yardıma görə xərc) iddiaçının özünə aid edilməsi, - qarşılıqlı iddianın təmin edilməsi, hər iki iddia üzrə ayrı-ayrılıqda bir tərəfdən digərinin xeyrinə tutulması qət olunan pul məbləğləri əvəzləşdirilməklə, iddiaçının xeyrinə tutulmalı olan ümumilikdə 338210,65 manat pul məbləğindən, cavabdehə ödənilməli olan ümumilikdə 58015 manat pul məbləği çıxıldıqdan sonra, yerdə qalan ümumilikdə 280195,65 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
18. Məhkəmə tərəflərin izahatlarını dinləyib materialları araşdıraraq hesab etmişdir ki, qarşılıqlı iddia təmin edilməli, ilk iddia qismən təmin edilməlidir.
19. Məhkəmə ilk öncə qarşılıqlı iddia ərizəsinə münasibət bildirməyi zəruri hesab etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 2023-cü il # #### tarixli borc müqaviləsi bağlanmış, cavabdeh tərəfindən iddiaçıya maliyyə yardımı olaraq 55000 manat borc verilmiş, iddiaçı həmin borcu 2023-cü il ## ###### tarixə qədər qaytarmağı öhdəsinə götürsə də, hazırkı günədək həmin vəsaiti qarşılıqlı iddiaçıya geri qaytarmamışdır.
20. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi 55000 manat borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
21. Bundan əlavə, cavabdeh iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 2750 manat ödənilməsi tələbini də irəli sürmüşdür.
22. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və iddiaçının özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin həmin tələbi də əsaslıdır və təmin edilməlidir.
23. Məhkəmə ilk iddia tələbinin müqavilələr üzrə qalıq ƏDV-siz borcun tutulması hissəsini qismən əsaslı hesab etmiş və müəyyən etmişdir ki, iddiaçı tərəfin izahatlarına əsasən, tərəflər arasında bağlanmış 2020-ci il ## #### tarixli podrat müqaviləsi üzrə borc qismən, digər müqavilələr üzrə isə borclar tam şəkildə ödənilmişdir.
24. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, 2020-ci il ## #### tarixli podrat müqaviləsi üzrə (materiallara dair təhvil aktı istisna olmaqla) 10 təhvil-təslim aktı əsasında ümumilikdə 614 815,59 ABŞ dolları (iddia ərizəsində göstərildiyi kimi 1 ABŞ dolları = 1,70 manat hesabı ilə 1 045 186,50 manat), 2020-ci il ## #### tarixli podrat müqaviləsi üzrə 185 300 manat, 2020-ci il ## ###### tarixli podrat müqaviləsi üzrə 12 000,23 manat, 2021ci il ## ###### tarixli podrat müqaviləsi üzrə 19 056,66 manat, 2021-ci il ## ###### tarixli podrat müqaviləsi üzrə 7 027 manat məbləğində işlər görülmüş və materiallar təhvil verilmişdir. Habelə 2020-ci il # ####### tarixli alqı-satqı müqaviləsi üzrə 18 780,50 manat, 2023-cü il # #### tarixli alqı-satqı müqaviləsi üzrə isə 116 228,81 manat məbləğində mallar cavabdehə təhvil verilmişdir. Ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2020-ci il ## #### tarixindən 2023-cü il ## #### tarixinədək ümumilikdə 1 271 000 manat (ƏDV-siz) vəsait ödənilmişdir. Nəticədə, ödənilməli olan 1 403 579,70 manat məbləğin 1 271 000 manatı ödənilmiş, 132 579,70 manat məbləğində borc ödənilməmiş qalmışdır.
25. Bu əsaslarla məhkəmə hesab etmişdir ki, ilk iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən 132 579,70 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
26. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş 2020-ci il ## ########, 2020-ci il ## ####, 2020-ci il ## ####, 2021-ci il ## ####, 2021-ci il # ####, 2020-ci il ## ###### və 2021-ci il ## #### tarixli kassa məxaric orderlərini mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, iddiaçının nümayəndələrinin izahatlarına əsasən cavabdeh tərəfindən iddiaçıya nağd ödəniş edilməmiş, təqdim olunan orderlərdə isə ödənişlərin təyinatı, konkret müqavilələrə aidiyyəti, alıcının məhz iddiaçı MMC olması və imzaların səlahiyyətli nümayəndələrə aidliyi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə həmin sənədləri iş üzrə etibarlı sübut hesab etməmişdir.
27. Məhkəmə ilk iddia tələbinin materialların dəyərinin tutulması hissəsini də qismən əsaslı hesab etmişdir.
28. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 2020ci il ## #### tarixli, ***/**** saylı podrat müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Heydər Əliyev prospekti, 109 ünvanında yerləşən 50 mərtəbəli Iş mərkəzində interyer tamamlama işlərini yerinə yetirməyi, material və işçiliklə təmin etməyi öhdəsinə götürmüşdür.
29. Iddiaçı tərəfindən ümumi dəyəri 202 006,36 manat (ƏDV-siz) olan materialların sahəyə gətirildiyi, 2021-ci ilin iyun ayında işlərin dayandırıldığı, materialların vahidini, miqdarını və qiymətini əks etdirən aktın iddiaçının tələbi ilə yalnız 2023-cü ildə cavabdeh tərəfindən imzalandığı, həmin materialların iddiaçıya qaytarılmadığı və dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Cavabdeh isə materialların qismən üçüncü şəxsə verildiyini və qalan hissəsinin işlərin icrasında istifadə edildiyini bildirsə də, bu halları təsdiq edən sübutlar təqdim etməmişdir.
30. Təmir-tikinti işlərinin qəbul aktına əsasən (tarix göstərilmədən) iddiaçı tərəfindən cavabdehə 2020-ci il ## #### tarixli podrat müqaviləsi üzrə 202 006,36 manat dəyərində tikinti materiallarının təhvil verildiyi, cavabdeh tərəfindən isə həmin materialların geri qaytarıldığını və ya dəyərinin ödənildiyini sübut edən hər hansı sənəd təqdim edilmədiyi müəyyən edilmişdir. Bu əsaslarla məhkəmə iddiaçının materialların dəyərini tələb etməkdə haqlı olduğunu qəbul etmiş və iddianın bu hissədə qismən təmin edilərək cavabdehdən 202 006,36 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.
31. Məhkəmə bildirmişdir ki, materialların dəyəri tərəflər arasında 2020-ci il ## #### tarixli podrat müqaviləsi, habelə onun əlavələri ilə razılaşdırılmış, müqaviləyə sonradan hər hansı əlavə və ya dəyişiklik edilməmiş, iddiaçının hazırkı tələbi də deliktdən deyil, podrat müqaviləsindən irəli gəlir.
32. Təhvil verilmiş materialların dəyərinin uzun illər ərzində ödənilməməsi nəticəsində iddiaçı ona zərər dəydiyini bildirsə də, dəymiş zərər barədə hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir.
33. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən 202006,36 manat pul tutularaq iddiaçıya ödənilməlidir.
34. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM“) 398.1, 398.2, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 752.1, 753.1, 567, 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
35. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - ilk iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin olunmasını, tikinti materiallarının dəyəri olan 350.210,47 manat pulun iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsindəki icraat
37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə Ekspertiza Mərkəzinin 2025ci il # ###### tarixli */**** nömrəli ekspert rəyinə əsasən, 2020-ci il ## #### tarixli **** nömrəli, 2020-ci il ## #### tarixli **** nömrəli, 2022-ci il ## ###### tarixli **** nömrəli kassa məxaric orderlərində iddiaçının qanuni təmsilçisi qanuni nümayəndə2 Abbas oğlu tərəfindən; 2021-ci il ## #### tarixli **** nömrəli, 2021-ci il ## #### tarixli **** nömrəli, 2021ci il ## #### tarixli **** nömrəli kassa məxaric orderlərində imzaların həmin dövrdə cavabdehin təchizatı məsələləri üzrə işçisi olmuş X1 tərəfindən; 2020-ci il ## ######## tarixli **** nömrəli, 2020-ci il ## ###### tarixli **** nömrəli, 2021-ci il # #### tarixli **** nömrəli kassa məxaric orderlərində "Imza" qrafalarındakı imzalar X2 tərəfindən yox, X1 tərəfindən yox, başqa şəxslər tərəfindən icra edildiyi müəyyən edilmişdir.
38. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, ilkin iddia qismən təmin edilmiş, cavabdehdən 2020-ci il ## #### tarixli müqavilə üzrə 177.003,87 manat məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq 225 manat və vəkil xərclərinin əvəzi olaraq 3000 manat, ümumilikdə 180.228,87 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə ilkin iddia rədd edilmiş, qətnamə hər iki iddia üzrə tutulması qət edilən məbləğlər əvəzləşdirilməklə, yəni ilkin iddia üzrə tutulması qət edilmiş məbləğdən (180.228,87 manat) qarşılıqlı iddia üzrə cavabdehin xeyrinə tutulmalı olan pul vəsaiti (58015 manat) çıxıldıqdan sonra cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan son məbləğ hissəsində dəyişdirilmiş, həmin məbləğ 122.213,87 manat məbləğində müəyyən edilmişdir (sədrlik edən hakim – L.Əliyeva, hakimlər – Z.Şirinov, T.Mahmudova).
39. Məhkəmə tərəflər arasında bağlanmış müqavilə podrat müqaviləsi olduğundan görülmüş işlərin dəyərinin ödənilməsinə dair hissəsinə münasibət də qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə ƏDV xaric 1045186,50 manat dəyərində işlərin görülməsi faktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktları ilə öz təsdiqini tapır. Mübahisəli müqavilə üzrə təqdim edilmiş elektron qaimələrin ümumi dəyərinin daha aşağı məbləğdə olması barədə cavabdehin dəlillərinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, cavabdeh tərəfindən təhvil alınmış işlərin bir hissəsi ilə bağlı elektron qaimələrin mövcud olmaması cavabdehi həmin işlərin dəyərini ödəmək öhdəliyindən azad etmir. Odur ki, mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən görülmüş işlərin dəyəri təhviltəslim 40.aktlarına əsasən ƏDV xaric 1045186,50 manat dəyərində müəyyən edilməlidir.
41. Mübahisəli müqavilə üzrə ödənişlərin məbləğinə gəldikdə məhkəmə hesab etmişdir ki, məhkəməyə təqdim edilmiş ödənişlərin bir hissəsində hansı müqavilə üzrə ödəniş edildiyi göstərilsə də və ya konkret elektron qaimələrə istinad edilsə də, bir çox ödəniş tapşırıqlarında ödənişin təyinatı göstərilməmiş və ya yalnız avans ödənişi olması qeyd edilmişdir.
42. Birinci instansiya məhkəməsi hansı müqavilə üzrə həyata keçirilməsi aydın olmayan avans ödənişlərinin bir hissəsini tərəflər arasında bağlamış digər müqavilələrə - 2020-ci il ## ###### tarixli, PR/*** saylı xidmət müqaviləsi, 2021-ci il ## ###### tarixli, PR/*** saylı xidmət müqaviləsi, 2021-ci il ## ###### tarixli, PR/*** saylı xidmət müqaviləsinə aid etmiş və qeyd olunan müqavilələr üzrə cavabdehin borcunun olmaması, qalıq borcun yalnız mübahisəli podrat müqaviləsi üzrə olması barədə qənaətə gəlmişdir.
43. Məhkəmə həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, 2020-ci il ## ###### tarixli PR/001, 2021-ci il ## ###### tarixli PR/002 və 2021-ci il ## ###### tarixli PR/*** saylı xidmət müqavilələrində avans ödənişi nəzərdə tutulmamışdır. Həmin müqavilələr üzrə * saylı Əlavələrə əsasən ödənişlər yalnız xidmətlər tam təhvil verildikdən və hesab-faktura təqdim edildikdən sonra 5 iş günü ərzində həyata keçirilməli olduğu halda, təhvil-təslim aktları yalnız 2023-cü ildə təsdiq edilmiş, hesab-faktura və ya elektron qaimələr isə təqdim edilməmişdir. Bu səbəbdən mübahisəli ödənişlərin edildiyi tarixlərdə həmin müqavilələr üzrə öhdəliklərin icra müddəti hələ çatmamışdır.
44. Məhkəmə MM-in 432.3-cü maddəsinə istinad etməklə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli ödənişlərin ƏDV xaric 38 083,89 manat hissəsini qeyd olunan xidmət müqavilələrinə aid etməkdə haqlı olmamış, həmin ödənişlər mübahisəli podrat müqaviləsi üzrə ödənişlər kimi nəzərə alınmalıdır.
45. Bu əsaslarla kollegiya müəyyən etmişdir ki, ilkin cavabdeh tərəfindən ilkin iddiaçıya edilmiş ƏDV xaric 1 271 000 manat məbləğində ödənişlərdən 2020-ci il ## #### tarixli podrat müqaviləsi üzrə 185 300 manat, 2023-cü il # ####### tarixli alqı-satqı müqaviləsi üzrə 18 780,5 manat və 2023-cü il # #### tarixli müqavilə üzrə 116 228,81 manat (bu müqavilələr üzrə borcun tam ödənilməsi tərəflər tərəfindən qəbul edilir) çıxıldıqda, mübahisəli podrat müqaviləsi üzrə cavabdeh tərəfindən nağdsız qaydada ƏDV xaric 950 690,69 manat ödəniş edildiyi müəyyən olunur.
46. Bununla yanaşı məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh tərəfindən nağd ödənişləri təsdiq edən bir neçə kassa məxaric orderi məhkəməyə təqdim edilmişdir. Həmin kassa məxaric orderlərində ödənişin təyinatı göstərilməsə də, “verilsin”xxxx“xxxx şirkəti” qeyd edilmişdir.
47. Iddiaçı tərəfindən həmin kassa məxaric orderlərində imzaların qanuni nümayəndə2 tərəfindən imza edilməsi faktı mübahisələndirildiyindən iş üzrə məhkəməxəttşünaslıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə iş materiallarında olan 2020-ci il ## #### tarixli **** nömrəli, 2020-ci il ## #### tarixli **** nömrəli, 2022-ci il ## ###### tarixli **** nömrəli kassa məxaric orderlərində iddiaçının qanuni təmsilçisi qanuni nümayəndə2 Abbas oğlu tərəfindən; 2021-ci il ## #### tarixli **** nömrəli, 2021-ci il ## #### tarixli **** nömrəli, 2021-ci il ## #### tarixli **** nömrəli kassa məxaric orderlərində imzaların həmin dövrdə cavabdehin təchizatı məsələləri üzrə işçisi olmuş X1 tərəfindən icra edildiyi müəyyən edilmişdir.
48. Bununla bağlı məhkəmə Abbas Əliyev tərəfindən imzalanmış kassa məxaric orderlərinə münasibətdə qeyd etmişdir ki, həmin kassa məxaric orderlərinə əsasən pulu qəbul edən Abbas Əliyev iddiaçının işçisi olsa da, sonuncunun iddiaçının adından icranı qəbul etməyə dair etibarnaməsinin olmasına, eləcə də Abbas Əliyevin səlahiyyətli şəxs olmasının fəaliyyət göstərdiyi şəraitdən və tərəflərin işgüzar münasibətlərindən də bəlli olmasına dair sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Iddiaçı isə Abbas Əliyevin cavabdehdən pul vəsaitlərini alarkən onların tapşırığı ilə hərəkət etməsi və alınan pulları onlara ödənilməsi faktlarını inkar etmişdir.
49. Məhkəmə hesab etmişdir ki, belə halda MM-in 433.3-cü maddəsinə əsasən öhdəliyin icranı qəbul etməyə ixtiyarı çatmayan şəxsə icra edilməsinin riskini cavabdeh daşıdığından Abbas Əliyev tərəfindən imzalanmış orderlərdə əks olunmuş ödənişlərin iddiaçıya edilmiş ödəniş kimi nəzərə alınması istisna olunur.
50. Cavabdehin qanuni təmsilçisinin qəbul etdiyi ödənişlərlə bağlı isə məhkəmə qeyd etmişdir ki, 2022-ci il ## ###### tarixli **** nömrəli kassa məxaric orderi apellyasiya instansiya məhkəməsində işə baxılarkən təqdim edilmiş, bununla yanaşı iddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatında həmin orderin məhkəməyə nümunə kimi təqdim edildiyini bildirmiş və sözügedən sənədin sübut kimi nəzərə alınmaması ilə razılaşmışdır.
51. Odur ki, məhkəmə hesab etmişdir ki, həmin sənəd sübutlar qismində qəbul edilməməlidir.
52. Bundan başqa qanuni təmsilçi tərəfindən imzalanmış digər iki kassa məxaric orderi ilə bağlı məhkəmə bildirmişdir ki, iddiaçı həmin ödənişlərin nəzərə alınmamalı olması barədə mövqeyini əsaslandırmaq üçün iki arqument irəli sürür: - həmin kassa məxaric orderləri formaya uyğun tərtib edilməmişdir, eləcə də tərəflər aralarında ödənişlərin yalnız nağdsız formada aparılcağı barədə razılaşma olmuşdur. - həmin ödənişlər mübahisəli müqavilə üzrə edilməyib və ümumiyyətlə qanuni nümayəndə2 həmin ödənişləri iddiaçının qanuni təmsilçisi kimi deyil, fiziki şəxs kimi qəbul etmişdir.
53. Birinci qrup arqumentlərlə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının qanuni təmsilçisinin yəni qanuna və nizamnaməyə görə hüquqi şəxsin adından çıxış etmək hüququna malik olan şəxsin kassa məxaric orderinə imza edərək nağd şəkildə edilmiş ödənişi qəbul etdikdən sonra həmin orderin formaya uyğun tərtib edilməməsinə, qarşı tərəfin mühasibi tərəfindən imzalanmamasına, tərəflər arasında hesablaşmaların nağdsız aparılması barədə razılaşmanın mövcudluğuna, eləcə də “Nağdsız hesablaşmalar haqqında AR Qanununun tələblərinə istinad etməklə həmin sənədlərin mötəbərliyinin mübahisələndirilməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmamaqla vicdanlılıq prinsipinə cavab vermir.
54. Həmçinin, istinad edilən hallar mübahisəli kassa məxaric orderlərinə əsasən iddiaçının qanuni təmsilçisi tərəfindən nağd şəkildə qəbul edilmiş pul vəsaitlərin yenidən nağdsız şəkildə ödənilməsini tələb etməsi, yəni bir öhdəliyinin müqabilində iki dəfə pul vəsaitini almaqla əsassız varlanması üçün əsas vermir.
55. Ikinci qrup arqumentlərə gəldikdə isə məhkəmə bildirmişdir ki, iddiaçı qanuni nümayəndə2 həmin ödənişləri fiziki şəxs kimi almasına istinad etsə də, kassa məxaric orderlərində qanuni nümayəndə2 adının qarşısında mötərizədə “xxxx şirkəti” qeyd edilmişdir.
56. Göstərilən hal isə qanuni nümayəndə2 vəsaiti şirkətin nümayəndəsi qismində almasına dəlalət edir.
57. Şirkətin adının “Pyramid” deyil, “xxxx” qeyd edilməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf qanuni nümayəndə2lə bağlı “xxxx” adında digər şirkətin mövcudluğunu sübuta yetirə bilməmişdir.
58. Belə olan halda məhkəmə şirkətin adının “xxxx” kimi qeyd edilməsini texniki səhv kimi qiymətləndirmişdir.
59. Nəhayət ödənişlərin mübahisəli müqavilə üzrə edilməməsi barədə arqumentlərə gəldikdə isə ödənişlərin edildiyi dövrdə onların iddiaçının cavabdehə başqa müqavilə üzrə icra müddəti çatmış öhdəliyinin mövcudluğu iş materiallarına əsasən müəyyən edilməmişdir.
60. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən 2020-ci il ## #### tarixli **** nömrəli, 2020-ci il ## #### tarixli **** nömrəli kassa məxaric orderlərinə əsasən edilmiş müvafiq olaraq 51213,50 və 68284,80, cəmi 119.498,3 manat məbləğində ödənişlər mübahisəli müqavilə üzrə cavabdehin ödənilməmiş borc məbləği müəyyən edilərkən nəzərə alınmalıdırlar.
61. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli podrat müqaviləsi ləğv edildikdən sonra tikinti sahəsində qalmış və cavabdeh tərəfindən geri qaytarılmamış malların hazırkı dəyərinin maddi zərər kimi ödənilməsini tələb etsə də, kollegiya müqavilə şərtlərinə əsasən işlərin icrası ilə yanaşı həmin işlər üçün zəruri olan malların təchiz edilməsinin podratçının öhdəliyi olduğunu və təchiz edilmiş mal-materialların dəyərinin müqavilə üzrə görülmüş işlərin dəyərinə daxil edildiyini müəyyən edərək bu tələbin əsaslı olmadığı qənaətinə gəlmişdir.
62. Iş materiallarından görünür ki, podrat müqaviləsi ləğv edildikdən sonra podratçı tərəfindən işlərin icrasında istifadə etmək üçün təchiz edilmiş, lakin faktiki olaraq istifadə edilməmiş malların ƏDV xaric 202 006,36 manat məbləğində dəyəri müəyyən edilərək akt əsasında sifarişçiyə təhvil verilmişdir.
63. Kollegiya isə həmin malların müvəqqəti olaraq, iddiaçının tikinti sahəsinə qayıdacağı vaxta qədər saxlanılması üçün cavabdehə verildiyi və cavabdehin onları geri qaytarmadığı barədə iddiaçının dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı bu hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən tərəflər arasında podratçıya məxsus malların sifarişçiyə saxlanca verilməsi barədə razılaşmanın mövcudluğunu, habelə podratçının tikinti sahəsinə qayıtmaq ehtimalını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
64. Əksinə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həmin mallar tərəflər arasında müqavilə münasibətlərinə xitam verildikdən və ilkin iddiaçı tikinti sahəsindən çıxarıldıqdan sonra görülməsi başa çatdırılmamış yarımçıq işlərin bir hissəsi kimi ilkin iddiaçıya təhvil verilmişdir və təhvil verilərkən həmin malların dəyəri razılaşdırılmışdır.
65. Belə olan halda iddiaçı sözügedən mal-materialların qaytarılmamasına görə dəymiş zərərin əvəzinin ödənilməsini deyil, MMM-in 759.1-ci maddəsinə əsasən ləğv edilmiş müqavilə üzrə görülməsi nəzərdə tutulan işlərin bir hissəsi olaraq təchiz edilmiş malların razılaşdırılmış dəyərinin ilkin cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır.
66. Kollegiya müəyyən etmişdir ki, mübahisəli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən görülmüş işlərin dəyəri (işlərin icrasında istifadə edilmiş malların dəyəri də daxil olmaqla) 1 045 186,50 manat, tikintidə istifadə etmək üçün təchiz edilmiş, lakin podrat işlərində istifadə olunmamış malların dəyəri isə ƏDV xaric 202 006,36 manat təşkil etmişdir. Cavabdeh tərəfindən həmin müqavilə üzrə nağdsız qaydada ƏDV xaric 950 690,69 manat, habelə nağd qaydada 119 498,3 manat ödəniş edildiyi nəzərə alınaraq kollegiya belə qənaətə gəlmişdir ki, ilkin cavabdehin mübahisəli podrat müqaviləsi üzrə qalıq borcu 177 003,87 manatdır.
67. Bununla yanaşı, hər iki iddia üzrə tutulması qət edilmiş məbləğlər əvəzləşdirilməklə, ilkin iddia üzrə müəyyən edilmiş 180 228,87 manat məbləğdən qarşılıqlı iddia üzrə Cavabdeh MMC-nin xeyrinə tutulmalı olan 58 015 manat çıxıldıqdan sonra, ilkin cavabdeh Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmalı olan son məbləğin 122 213,87 manat olaraq müəyyən edilməsi zəruri hesab edilmişdir.
68. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386, 425.1, 432.3, 433.1, 433.3, 442, 443.1, 448.1, 752.1, 753.1-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
69. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini, tərəflər arasında bağlanmış 2020-ci il ## #### tarixli,***/**** saylı podrat müqaviləsi üzrə ödənilməyən 133.651,84 manat ƏDV-siz məbləğində pulun, habelə dəymiş zərərə görə və təhvil verilmiş tikinti materiallarının hal-hazırda bazar dəyəri olan (202.006.36 ƏDV-siz +148.195.11 manat zərər) 350.201,47 manat, cəmi 483.853.31 manat ƏDV-siz pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri:
70. Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci, MM-in 16, 17, 18, 385.1, 386, 425.1, 432.3, 433.1, 433.3, 442, 443.1, 448.1, 752.1, 753.1-ci maddələri üzrə apellyasiya instansiyası qətnaməsində faktiki halların müəyyənləşdirilməsi və sübutların hüquqi qiymətləndirilməsi əsassız aparılmışdır. Qətnamədə “2021-ci ilin iyununda mübahisəli müqavilənin cavabdehin təşəbbüsü ilə ləğv edilməsi” barədə nəticə göstərilsə də, bu hal iş materialları ilə təsdiqlənmir. Müqaviləyə xitam verilməsi (ləğv edilməsi) barədə tərəflər arasında razılaşma, bildiriş, akt və ya hər hansı rəsmi sənəd mövcud deyil. Faktiki vəziyyət ondan ibarətdir ki, işlər dayanmış, lakin müqavilə hüquqi qüvvəsini itirməmişdir.
71. Eyni zamanda, məhkəmə mübahisəli ödənişlərin ƏDV xaric 38 083,89 manat hissəsini əsassız olaraq mübahisəli podrat müqaviləsi üzrə ödəniş kimi qəbul etmişdir. halbuki həmin məbləğ 2020-ci il ## ###### tarixli PR/001 (SOCAR-ın yeni inzibati binası üzrə işlər), 2021-ci il ## ###### tarixli PR/002 (Mərkəzi Bankın binası üzrə işlər) və 2021ci il ## ###### tarixli PR/003 (Vergilər Nazirliyinin yeni binasının avtodayanacağı üzrə işlər) müqavilələri üzrə ödənişlərdir və bununla bağlı işdə müqavilələr, ödəniş tapşırıqları və Forma-2 sənədləri mövcuddur. Bu yanlış aidetmə nəticəsində borcun hesablanması da səhv aparılmışdır.
72. Məhkəmənin müəyyən etdiyi ƏDV xaric 950 690,69 manat məbləğindən (1 271 000 - 185 300 - 18 780,5 - 116 228,81) mübahisəli müqaviləyə aid olmayan 38 083,89 manat çıxılmalı olduğu halda çıxılmamış, halbuki düzgün hesablamaya görə mübahisəli müqavilə üzrə ödəniş məbləği ƏDV xaric 912 606,8 manat təşkil edir (1 271 000 – 185 300 – 18 780,5 – 116 228,81 – 38 083,89). Bundan əlavə, iddiaçı tərəf 2024-cü il # ###### tarixdə məhkəməyə təqdim etdiyi maliyyə arayışında cavabdehin mübahisəli müqavilə üzrə cəmi 912 758,66 manat ödədiyini və 133 651,84 manat borcun qaldığını göstərmiş, müvafiq ödəniş tapşırıqlarını da təqdim etmişdir, lakin məhkəmə bu sübutlara lazımi qiymət verməmişdir.
73. Nağd ödənişlərə dair kassa məxaric orderlərinin “ödəniş” kimi nəzərə alınması da qanunvericiliyin tələblərinə ziddir. Tərəflər arasında bağlanmış 2020-ci il ## #### tarixli ***/**** saylı podrat müqaviləsinin “Müqavilə qiyməti və hesablaşma qaydası” bölməsində sifarişçinin müqavilədən kənar əlavə məbləğ ödəməyəcəyi və hesablaşmaların nağdsız qaydada aparılacağı (müqavilə şərtləri) nəzərdə tutulmuşdur. Üstəlik, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən təqvim ayı üzrə ümumi məbləği on beş min manatdan artıq hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilməlidir. Cavabdehin təqdim etdiyi kassa məxaric orderləri isə forma və rekvizitlər baxımından “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ######## tarixli № *** Qərarı ilə müəyyən edilmiş imperativ tələblərə uyğun deyil. Orderlərdə pulun alınması barədə yazılı qeyd aparılmayıb, ödəniş sənədləri əlavə edilməyib, ödənişin təyinatı (müqavilənin tarixi və nömrəsi) göstərilməyib, rəhbər, baş mühasib, xəzinədar və pul verən şəxs üzrə zəruri imzalar, möhür, ştamp (“Ödənilib”) rekvizitləri mövcud deyil, “Sənəd” rekvizitində şəxsiyyəti təsdiq edən sənəd məlumatları doldurulmayıb. Bu cür tərtib olunmuş sənədlər əsasında pulun faktiki verilməsi sübuta yetirilmir və onların “mötəbər sübut” kimi qəbul edilməsi mümkün deyil. Həmçinin kassa məxaric orderlərində şirkətin adının İddiaçı deyil, fərqli formada (“xxxx”) göstərilməsi də ödənişin məhz iddiaçı hüquqi şəxsə edildiyini şübhə altına alır və belə şəraitdə sübutetmə yükü orderləri təqdim edən cavabdehin üzərində qalmalıdır.
74. Nəhayət, xəttşünaslıq ekspertizasının nəticələri də kassa məxaric orderlərinə münasibətdə şübhə doğurur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2025-ci il # ###### tarixli */**** nömrəli rəyinə görə bir sıra orderlərdə imzalar qanuni nümayəndə2 tərəfindən, bir sıra orderlərdə isə cavabdehin işçisi olmuş Abbas Əliyev tərəfindən icra edilib, həmçinin bəzi orderlərdəki imzaların ümumiyyətlə bu şəxslərə aid olmadığı, başqa şəxslər tərəfindən atıldığı müəyyən edilib. Bir neçə orderdə imza saxtalaşdırılması müəyyən edildiyi halda, digər orderlər üzrə də etibarlılıq şübhə altındadır və belə sənədlərin ödənişin faktiki baş verməsini təsdiqlədiyi qənaətinə gəlmək əsaslı deyil.
75. Bu səbəblərlə məhkəmənin “müqavilənin ləğvi”, 38 083,89 manatın mübahisəli müqaviləyə aid edilməsi, borcun hesablanması və nağd ödənişlərin kassa məxaric orderləri ilə “sübuta yetirilməsi” barədə nəticələri faktiki hallara və göstərilən hüquq normalarına uyğun gəlmir.
76. Ona görə iddiaçı hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəflər arasında yaranmış ödənilməyən pulla bağlı mübahisənin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, səhv hesablama aparmış, qanunsuz tərtib edilən məxaric orderlərini, orada olan imzaları əsas tutaraq cavabdehin irəli sürdüyü faktiki hallara uyğun gələnməyən tələbin qanuni əsasını düzgün müəyyənləşdirməmiş, bu səbəblə də qətnaməni düzgün əsaslandıra bilməmiş və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə cavab vermir, həmin qətnamə ləğv olunmalıdır.
77. Həmçinin iddiaçı kassasiya şikayətində MPM-in 77.1, 77.3, 88-ci maddələrinədə istinad etmişdir.
c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
78. Cavabdeh kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək, onun təmin olunmamasını xahiş etmişdir.
79. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, təqdim olunmuş sübutlara obyektiv hüquqi qiymət vermiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri təhvil-təslim aktları ilə təsdiq olunmuş, ödənişlərin təyinatı aydın olmayan hissəsinin müvafiq qaydada əsas müqaviləyə aid edilməsi, eləcə də nağd ödənişlərin mövcudluğunun ekspertiza rəyi ilə təsdiqlənməsi məhkəmənin gəldiyi nəticələrin əsaslı olduğunu göstərir. Iddiaçının arqumentləri iş materialları və müqavilə şərtləri ilə təkzib olunur.
Kassasiya baxışının hədləri
80. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
81. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
82. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 385. Öhdəlik anlayışı
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları
386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq
425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”
“Maddə 433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi
433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. ... 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi
443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti
448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...” “Maddə 752. Podrat müqaviləsi
752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ...”
“Maddə 753. Muzd barəsində razılaşma
753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ...”
83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
85. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş ilk iddia tələbinin yalnız təmin olunan hissədə, qarşılıqlı iddia tələbinin isə tam əsaslı olması apellyasiya məhkəməsində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə iddiaçının arqumentləri ilə əksi sübuta yetirilməmişdir. Apellyasiya instansiyası kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
86. Kassasiya şikayətinin dəlilləri əsassız və formal xarakterli olmaqla yanaşı, şikayətin dəlilləri əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
87. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.
88. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.
89. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
90. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı:
Ilk iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.