Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-399/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə, Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyinə və cavabdeh4 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Iş üzrə icraata xitam verilməsi, iş məhkəmədə baxılmalı deyildirsə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə, Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyinə və cavabdeh4 MMC-yə qarşı pulun tutulması tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2026-cı il # ### tarixli *-*(*-*)-*/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Naxçıvan Şəhər Məhkəməsinin 2024-cü il # ##### tarixli e-*(***)-***/**** saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, ban nömrəsi 60716720, mühərrik nömrəsi 26416533 olan, 2007-ci il buraxılışlı “Hyundai R***LC-7” markalı ekskavatorun Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon Idarəsinin və ban nömrəsi 35S122179, mühərrik nömrəsi RG38101U414799P olan, 2007-ci il buraxılışlı “Hidromek 102S” markalı ekskavatorun cavabdeh1 qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməsi, iddianın Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə münasibətdə rədd edilməsi qət edilmişdir.
2. Həmin qətnaməyə əsasən verilmiş icra sənədləri icra olunaraq 2024-cü il ## ######## tarixdə “Hidromek 102S” markalı ekskavator və 2024-cü il ## ####### tarixdə “Hyundai R***LC-7” markalı ekskavator İddiaçı təhvil verilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
3. Iddiaçı İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdehlər Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həmin Komitənin Naxçıvan Şəhər Idarəsinə, Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və cavabdeh4 MMC-yə (bundan sonra - birlikdə “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hidromek 102S” markalı ekskavatoru 2008-ci ilin əvvəlindən 2024-cü ilin sentyabr ayına qədər qanunsuz sahibliklərində saxladıqlarına görə əldən çıxmış fayda kimi 1.135.500 manat zərərin, bu müddət ərzində ekskavatorun istifadəsi nəticəsində dəyər itirməsinə görə 50.000 manatın və həmin ekskavatorun əsaslı təmiri üçün işlərin görülməsi və ehtiyat hissələrinin dəyişdirilməsi üçün 43.819,30 manatın, cəmi 1.229.319,30 manatın; “Hyundai R***LC-7” markalı ekskavatoru 2008-ci ilin əvvəlindən 2024-cü ilin oktyabr ayına qədər qanunsuz sahibliklərində saxladıqlarına görə əldən çıxmış fayda kimi 1.905.800 manat zərərin, bu müddət ərzində ekskavatorun istifadəsi nəticəsində dəyər itirməsinə görə 80.000 manatın, həmin ekskavatorun təmiri və ehtiyat hissələrinin dəyişdirilməsi üçün 47.908 manatın, cəmi 2.033.708 manatın və ödənilmiş 2421,52 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, həmin ekskavatorlar təxminən 2008-ci ilin əvvəllərində qeyri-rəsmi formada məcburi şəkildə onun əlindən alınmış və Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinə verilmişdir. Daha sonra isə Naxçıvan MR Ali Məclisinin 2013-cü il # ###### Fərmanına əsasən Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkəti ləğv edilmiş, iddiaçıya məxsus "Hidromek 102S" markalı ekskavator Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon Idarəsinin, "Hyundai R***LC-7" markalı ekskavator isə Komitənin Naxçıvan Şəhər Idarəsinin qanunsuz istifadəsinə verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2024-cü il # ##### tarixli e-*(***)- ***/**** saylı qətnaməsi ilə ekskavatorların qanunsuz sahiblikdən alınaraq iddiaçıya qaytarılması barədə iddiası təmin edilmiş və 2024-cü ilin sentyabr-oktyabr aylarında icra olunmuşdur. Cavabdehlər iddiaçıya məxsus ekskavatorları qanunsuz sahiblikdə saxlamaqla onlardan istifadə edərək gəlir götürmüş, texnikaların istifadə nəticəsində köhnəlməsinə - dəyər itirməsinə səbəb olmuş, iddiaçını həmin texnikalardan istifadə edərək gəlir (əldən çıxmış fayda) götürmək hüququndan məhrum etmişlər. 16 illik (2008- 2024) qanunsuz istismardan sonra texnikalar yararsız halda təhvil verilmişdir. "xxxx" MMC-nin qiymətləndirməsinə əsasən, bərpa üçün cəmi 91.727,30 manat təmir xərci tələb olunur. Mülkiyyətçi əşyanın qanunsuz sahiblikdə olduğu dövr üzrə götürülməli olan gəlirləri tələb edə bilər. 2008-2024-cü illər üzrə orta aylıq icarə haqları əsasında hesablanmış məbləğ 2.951.500 manat təşkil edir. Uzunmüddətli istismar nəticəsində texnikaların bazar dəyərinin aşınması üzrə cəmi 130.000 manat zərər hesablanmışdır.
5. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim - Q.Məmmədov).
6. Məhkəmə müəyyən etmişdir ki, mübahisə predmeti olan “Hyundai 210LÇ-7” və “Hidromek HNK 102 S” markalı ekskavatorlar cavabdehlərin sahibliyinə qanuni sənədlər (Naxçıvan MR X1 2013-cü il # ###### tarixli 84 IV FR saylı fərmanı, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2013-cü il ## ###### tarixli ** saylı və 2020-ci il ## ###### tarixli *** saylı əmrləri) əsasında keçmişdir. 2013-cü ildə ekskavatorlar Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin balansından Naxçıvan Şəhər Idarəsinə verilmiş, 2020-ci ildə “Hyundai 210LÇ7” markalı ekskavator Komitənin Naxçıvan Şəhər Idarəsinin balansından Ordubad Rayon Idarəsinin (hazırda cavabdeh4 MMC) balansına ötürülmüş, 2023-cü ildə Naxçıvan MR X1 2023-cü il ## #### tarixli 180- VI FR saylı fərmanına əsasən Komitənin yerli idarələri tabelikdən çıxarılaraq özəlləşdirməyə açıq elan edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, həm Naxçıvan Şəhər Idarəsi, həm də cavabdeh4 MMC vicdanlı sahib hesab olunmalıdırlar. Çünki ekskavatorları dövlət orqanlarının rəsmi əmrləri ilə qəbul etmişlər. Həmin vaxt bu əmlakın iddiaçının mülkiyyətində olması və ya qanunsuz yolla əldə edilməsi barədə onlarda məlumat olmamışdır. Mülki qanunvericiliyə görə, vicdanlı sahib əmlakın dəyər itirməsinə, ona dəymiş zərərə və ya əldən çıxmış faydaya görə əvəz ödəmək öhdəliyi daşımır.
8. Iddiaçı texnikaların hazırkı cavabdehlər tərəfindən qanunsuz olaraq əlindən alınması və ya istismar edilməsi barədə mötəbər sübutlar təqdim etməmişdir. Iddiaçı texnikaların 2008-ci ildə Asəf Məmmədov adlı şəxs tərəfindən əllərindən alınıb aparıldığını bildirdiyi halda, nümayəndəsi həmin texnikaların gömrük məntəqəsində əllərindən alındığını qeyd etmişdir. Iddiaçının texnikaların alındığını iddia etdiyi 2008-ci ildə hazırkı cavabdeh təşkilatlar hüquqi şəxs kimi mövcud olmamışlar.
9. Komitənin Naxçıvan Şəhər Idarəsi və cavabdeh4 MMC vicdanlı sahib olduqları, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ekskavatorlar artıq onun tabeliyində olmayan və özəlləşdirməyə verilmiş qurumlara ötürüldüyü və Naxçıvan MR Iqtisadiyyat Nazirliyi ekskavatorların bu nazirliyin balansında və ya istifadəsində olması faktı sübuta yetirilmədiyi üçün iddiaçının iddiası rədd olunmalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin II hissəsinə, 125-ci maddəsinin VII hissəsinə, 127-ci maddəsinin II və VII hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157.5, 157.6, 157.7 və 157.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 9.1, 14.2, 50.1, 50.3, 54.1, 54.2, 76.1, 76.2, 77.1, 88, 107, 108.1- 108.1.1, 108.2, 119.1, 217.3 - 217.5, 218.1, 218.3 və 220.4-cü, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddələrinə istinadla əsaslandırmışdır.
11. Iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və iddianın təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2026-cı il # ### tarixli *-*(*- *)-*/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayətinin təmin olunmaması, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı 2025-ci il ## ###### tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə icraata işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməsi, iddiaçıya həmin tələblə bağlı Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsinə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır.
13. Məhkəmə mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır:
14. Iddiaçının iddia ərizəsi, birinci instansiya məhkəməsində və apellyasiya baxışında verdiyi izahatlarda göstərdiklərindən məlum olur ki, onun 2007-ci ilin sentyabroktyabr aylarında öz vəsaiti hesabına əldə edib Naxçıvan Muxtar Respublikasına gətirərək Şərur rayonu ərazisində olan Arpaçayın kənarında saxladığı "Hyundai R***LC-7" markalı və "Hidromek 102S" markalı ekskavatorlar 2008-ci ilin əvvəllərində bilavasitə, həmin vaxt Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini işləmiş Asəf Məmmədovun hərəkətləri ilə, zorla ondan tələb olunaraq məcburi şəkildə əlindən alınmış və Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinə verilmişdir. Həmin hallar mübahisələndirilmir və qanuni qüvvəsini alaraq icra olunmuş qətnamə ilə təsdiq edilir.
15. Iş materiallarından göründüyü kimi, məhz həmin ekskavatorlar barəsində dövlət hakimiyyəti orqanları tərəfindən müvafiq inzibati aktlar qəbul edilmişdir. Bununla bağlı xronoloji ardıcıllığa sondan əvvələ doğru nəzər yetirdikdə həmin faktlar müvafiq sənədlər və işdə iştirak edən şəxslərin izahatları ilə aşkar şəkildə müəyyən edilərək təsdiq olunur. a) Naxçıvan Şəhər Məhkəməsinin 2024-cü il # ##### tarixli e-*(***)-***/**** saylı qətnaməsinə əsasən “Hyundai R***LC-7” markalı (ban nömrəsi 60716720, mühərrik nömrəsi 26416533 olan, 2007-ci il buraxılışlı) ekskavatorun cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon Idarəsinin və “Hidromek 102S” markalı (ban nömrəsi 35S122179, mühərrik nömrəsi RG38101U414799P olan, 2007-ci il buraxılışlı) ekskavatorun həmin Komitənin Naxçıvan Şəhər Idarəsinin qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməsi qət edilmişdir (İ c, i/v. 9-22). b) Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin *** saylı 2020-ci il ## ######## tarixli əmrinə əsasən qeyd olunan “Hyundai R***LC-7” markalı ekskavator Komitənin Naxçıvan şəhər Idarəsinin balansından əvəzsiz olaraq Ordubad Rayon Idarəsinin balansına verilmişdir (İ c, i/v.65-66).
c) Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ** saylı 2013-cü il ## ###### tarixli əmrinə görə, Naxçıvan MR X1 2013-cü il tarixli 84 IV FR saylı fərmanına əsasən, Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinin ləğv edilməsi ilə əlaqədar şirkətin Mexanizasiya və Avtonəqliyyat Müəssisəsinin balansında olan, e- *(***)-***/**** saylı qətnamədə qeyd edilən Hyundai 210LÇ-7 (buraxılış ili 2007-ci il) və Hidromek-102S markalı (buraxılış ili 2007-ci il) ekskavatorların əvəzsiz olaraq balansdan balansa Komitənin Naxçıvan Şəhər Idarəsinə verilməsi əmr edilmişdir (İ c, i/v. 134-135).
ç) Naxçıvan MR X1 2013-cü il # ###### tarixli 84-IV FR saylı fərmanına əsasən, Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinin ləğv edilməsi, onun əmlakı və şəhər (rayon) idarələrinin özünümaliyyələşdirmə prinsipi əsasında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilməsi qərara alınmışdır (İ c, i/v. 91).
d) Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinin * nömrəli 2008-ci il ## ###### tarixli sərəncamına müvafiq olaraq, həmin şirkətin tabeliyində olan Mexanizasiya və Avtonəqliyyat Müəssisəsinin rəhbərliyinə Naxçıvan MR Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ***s nömrəli sərəncamına əsasən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əvəzsiz olaraq alınmış bir ədəd Hyundai 210 LC-7 markalı ekskavator və bir ədəd Hidromek102S markalı təkərli ekskavatorun idarənin balansına götürülməsi tapşırılmışdır.
e) Naxçıvan MR Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ***s nömrəli sərəncamına əsasən, Komitənin balansında olan bir ədəd Hyundai 210 LC-7 markalı ekskavator və bir ədəd Hidromek-102S markalı təkərli ekskavatorun əvəzsiz olaraq mövcud qaydalar əsasında Naxçıvan Dövlət Tikinti Quraşdırma Şirkətinin balansına verilməsi tapşırılmışdır.
16. Mexanizasiya və Avtonəqliyyat Müəssisəsi üzrə əsas vəsaitlərin və nizamnamə kapitalının hərəkəti haqqında məlumatlardan isə görünür ki, Naxçıvan MR Nazirlər Kabinetinin göstərilən sərəncamı ilə qeyd olunan ekskavatorlar həmin müəssisənin balansına verilənədək onun balansında həmin markalı başqa ekskavator olmamış, məhz göstərilən sərəncam əsasında sözügedən ekskavatorlar müəssisənin balansına götürülmüşdür.
17. 2013-cü il # ###### tarixli 84-IV FR saylı fərmanla Naxçıvan Dövlət Tikinti Quraşdırma Şirkəti ləğv edildikdən sonra isə həmin ekskavatorlar Komitənin ** saylı 2013cü il ## ###### tarixli əmrinə əsasən Naxçıvan Şəhər Idarəsinin və *** saylı 2020-ci il ## ######## tarixli əmrinə müvafiq olaraq “Hyundai R***LC-7” markalı ekskavator Ordubad Rayon Idarəsinin balansına verilmişdir ki, həmin ekskavatorlar da e-*(***)-***/**** saylı qətnaməyə əsasən iddiaçıya qaytarılmışdır.
18. Iddiaçı isə izahatında sərəncamlarda qeydiyyat nömrəsi və şassi nömrələrinin qeyd edilmədiyinə və hara verildiyi yazılmadığına görə həmin sərəncamların onun texnikasına heç bir aidiyyəti olmadığını göstərsə də, bu barədə etirazını əsaslandıran hər hansı sübutu kollegiyaya təqdim etməmiş, həmçinin “o vaxt onun əlindən gömrükdə verilən sənədləri çox almağa çalışdıqlarını, lakin gizlədib vermədiyini” bildirmişdir.
19. Göstərilənlərə əsasən müəyyən olunur ki, ekskavatorlar iddiaçıdan dövlət hakimiyyəti orqanının - inzibati orqanın rəsmi şəxslərinin (baş nazirin birinci müavininin hərəkətləri, sonra isə baş nazirin sərəncamı ilə) müdaxiləsi nəticəsində alınmışdır. Inzibati orqanlar burada mülki-hüquqi müqavilə tərəfi kimi deyil, özlərinin publik hakimiyyət səlahiyyətlərini həyata keçirən subyektlər kimi çıxış etmişlər. Inzibati hüquq münasibətlərindən irəli gələn ziyana görə kompensasiyanın ödənilməsi tələbləri isə inzibati məhkəmələrin səlahiyyətinə aiddir.
20. Iddiaçının Naxçıvan Şəhər Məhkəməsinin 2024-cü il # ##### tarixli e-2(078)- ***/**** nömrəli qətnaməsi üzrə birinci iddiası (əşyaların qanunsuz sahiblikdən alınması vindikasiya iddiası) mülki qaydada həll olunsa da, zərərin ödənilməsi mərhələsində cavabdeh tərəflərin statusu və zərərin yaranma mexanizmi işin icraat qaydasını dəyişir.
21. Kommersiya məhkəmələri bərabər hüquqlu tərəflər arasında sahibkarlıq mübahisələrinə baxır. Burada isə bir tərəfdə dövlət hakimiyyəti orqanı, digər tərəfdə fərdi sahibkar dayanır və münasibət “tabeçilik” (imperativ) xarakter daşıyır. Cavabdehlərdən birinin sahibkarlıq fəaliyyətini həyata keçirən cavabdeh4 MMC olması isə işin icraat qaydasını dəyişmir.
22. Zərər inzibati orqanın inzibati aktı (fərman, sərəncam və s.) və ya faktiki hərəkəti (əmlakın zorla götürülməsi) nəticəsində vurulubsa, bu, mülki-hüquqi delikt (ziyanvurma) deyil, inzibati-hüquqi zərər hesab olunur. Iddiaçı tərəfindən isə qeyd olunan inzibati aktlar mübahisələndirilməmişdir.
23. Inzibati prosessual qanunvericiliyin tələblərinə görə inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. Birinci instansiya məhkəməsi işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olub-olmamasını araşdırmamış, iş üzrə icraata xitam verilməsi üçün əsas olduğu halda işə mahiyyəti üzrə baxmışdır. Belə olan təqdirdə MPM-in 261.0-261.0.1-ci maddələrinin tələblərinə riayət olunmamışdır.
25. Beləliklə, kollegiya bu nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmədən, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə tamamilə ləğv edilməklə iş üzrə icraata işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməli, iddiaçıya həmin tələblə bağlı Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır.
26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini MPM-in 14.2, 77.1, 261.0, 261.0.1, 262.1, 262.2, 262.3, 365, 372, 372.1, 372.7, 384.0.5, 387.2, 387.2.1, 402.2. 402.2.4-cü, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra – “IPM”) 2.2, 2.2.1, 2.2.7-ci, Inzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 1.1, 1.2, 2.0.1, 2.0.2-ci maddələrinə istinadən əsaslandırmışdır.
27. Iddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın tamamilə ləğv edilməsi və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün işi apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
28. MM-in 21.1, 21.2, 152.1-152.4, 157.2, 157.5, 1096.1, 1096.2, 1097.1-ci maddələri üzrə - qeyd olunan qanunvericilik normaları, xüsusilə də MM-in 157.5 və 1097.1ci maddələri mülkiyyətçinin əşyanın onun sahibliyində olmadığı müddətdə əldən çıxmış faydanı qanunsuz sahibdən (zərər vurandan) tələb etmək hüququnu müəyyən etmişdir. Belə ki, həmin maddələrə görə əşya üzərində hüquqa malik olan şəxsin tələbi ilə qanunsuz sahibin əşyanın onda olduğu vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirləri qaytarmaq və ya əvəzini ödəmək, əşyanın onda olması ilə bağlı yaranan zərərlərin əvəzini ödəmək vəzifəsi müəyyən olunmuşdur. Iş materiallarından da məlum olduğu kimi iddia tələbində göstərilən ekskavatorlar iddiaçıya məxsus olmuş, qeyd olunan texnikaları iddiaçı öz şəxsi vəsaiti hesabına xaricdən alıb Azərbaycan Respublikası ərazisinə gətirmiş, bütün gömrük ödənişlərini ödəmiş, lakin qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına aldırana qədər ekskavatorlar cavabdehlər tərəfindən qanunsuz şəkildə ondan alınmışdır. Bundan sonra iddiaçı tərəfindən ekskavatorların qanunsuz sahiblikdən alınıb ona qaytarılmasına dair hazırkı cavabdehlərə qarşı iddia qaldırılmış və iddiası Naxçıvan Şəhər Məhkəməsinin 2024-cü il # ##### tarixli e-*(***)-***/**** saylı qətnaməsi ilə təmin olunmuşdur. Bundan əlavə iş materiallarında olan Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iddiaçıya və Naxçıvan MR Nazirlər Kabinetinə ünvanlandığı 2023-cü il ## #### tarixli və Naxçıvan MR Nazirlər Kabinetinin iddiaçıya ünvanlandığı 2023-cü il ## ######## tarixli məktublarda da qeyd olunmuşdur ki, iddiaçının geri qaytarılmasını tələb etdiyi maşın və mexanizmlər Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayon və şəhər idarələrinin balansında yoxdur. Digər tərəfdən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə də təsdiq olunur ki, həmin texnikalar iddiaçıya məxsus olmuşdur. Belə olan halda isə ümumiyyətlə həmin texnikalarla bağlı nə Naxçıvan MR Nazirlər Kabinetinin sərəncam, nə Naxçıvan Muxtar Respublikası X3 fərman, nə də Naxçıvan Dövlət Tikinti Quraşdırma Şirkətinin və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əmr vermək səlahiyyəti olmamışdır və hər hansı bir fərman, sərəncam və ya əmr də verilməmişdir. Komitənin özünün də bildirdiyi kimi həmin texnikalar ümumiyyətlə onun balansında olmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsinin qərardadında istinad etdiyi Naxçıvan MR Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ***s nömrəli sərəncamında, Naxçıvan Dövlət Tikinti Quraşdırma Şirkətinin 2008-ci il ## ###### * nömrəli tarixli sərəncamında, Naxçıvan MR X1 2013-cü il # ###### tarixli 84-IV FR saylı fərmanında, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ** saylı 2013-cü il ## ###### tarixli əmrində, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin *** nömrəli 2020-ci il ## ######## tarixli əmrində iddiaçıya məxsus ekskavatorlarla bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Qeyd olunan fərman, sərəncam və əmrlərdə Hyundai 210LÇ-7 və Hidromek-102S markalı ekskavatorların bir müəssisənin balansından digər müəssisənin balansına verilməsi göstərilmişdir. Azərbaycanda isə Hyundai 210LÇ-7 və Hidromek-102S markalı ekskavatorlar yalnız iddiaçıda olmadığı üçün həmin sərəncamın məhz iddiaçıya məxsus ekskavatorlarla bağlı verilməsi qənaətinə məhkəmənin hansı əsaslarla gəldiyi məlum deyil. “X2” AR Qanununun 27-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar və onlara müəyyən edilmiş qaydada dövlət qeydiyyat nişanı verilməklə nəqliyyat vasitələri fərdiləşdirilirlər. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərardadında istinad etdiyi fərman, sərəncam və əmrlərdə ekskavatorların dövlət qeydiyyat nişanı, şassi (ban) nömrələri göstərilmədiyindən həmin sərəncamın hansı texnikalarla bağlı verildiyini müəyyən etmək mümkün deyil. Belə olan halda isə apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunan fərman, sərəncam və əmrlərə istinad edərək gəldiyi mövqeyi tamamilə qanunsuzdur.
29. MPM-in 25.1, 26.1-ci, IPM-in 1.1, 2.1, 2.2.7-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 2015-ci il ## ##### tarixli qərarının 2, 5.1- 5.2, 3.1, 4, 7.1, 7.2 və 14-cü bəndləri üzrə - iş materiallarından da məlum olduğu kimi hazırkı iddia tələbi ilə iddiaçı tərəfindən ilkin olaraq Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə müraciət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2025-ci il ## ### tarixli qərardadı ilə mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, iddiaçı tərəfdən həmin qərardaddan şikayət verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2025-ci il # #### tarixli *(***)-****/**** saylı qərarı ilə həmin şikayət təmin edilməmişdir. Ali Məhkəmə qeyd olunan qərarında qeyd etmişdir ki, cavabdehlərdən biri olan cavabdeh4 MMC sahibkarlıq fəaliyyəti həyata keçirən hüquqi şəxs olduğu üçün hazırkı iddia tələbinə kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Göründüyü kimi hazırda apellyasiya instansiya məhkəməsinin istinad etdiyi fərman, sərəncam və əmrlər əvvəlki icraat zamanı işə baxan Ali Məhkəməyə məlum olsa da Ali Məhkəmə yuxarıda qeyd olunan qərarında hazırkı iddia tələbi ilə bağlı məhkəmə aidiyyətini artıq müəyyən etmişdir. Bundan əlavə qeyd olunan qanunvericilik normalarının, xüsusilə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 2015-ci il ## ##### tarixli qərarının istinad edilən bəndlərinin tələblərindən də məlum olduğu kimi inzibati məhkəmələr tərəfindən inzibati orqanın ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən irəli gələn mübahisələrə baxılır. Lakin hazırkı halda iddiaçı ilə cavabdehlər arasında olan mübahisə ümumi (publik) hüquq münasibətlərindən yox, xüsusi (mülki) hüquq münasibətlərindən, daha dəqiq cavabdehlərin iddiaçının mülkiyyətində olan əmlakı qanunsuz istifadələrinə götürməsi və mülki hüquq pozuntusundan (delikt) yaranan mübahisədir. Tərəflər arasındakı münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş hər hansı bir inzibati funksiyasını yerinə yetirmir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Cavabdeh orqanlar hazırkı mübahisə ilə bağlı iddiaçıya münasibətdə hər hansı bir inzibati icraat aparmamışdır. Hazırkı halda Ali Məhkəmənin qeyd olunan plenum qərarının 5.2-ci bəndində göstərildiyi kimi dövlət hakimiyyəti orqanı xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış edir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 2015-ci il ## ##### tarixli qərarının 7.2-ci və 14cü bəndlərində də qeyd olunmuşdur ki, təhqiqat, ibtidai istintaq, prokurorluq, məhkəmə orqanlarının, həmçinin də təbii inhisar subyektlərinin qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Ali Məhkəmənin göstərilən qərarda (xüsusilə də qərarın 7.2 və 14-cü bəndlərində) formalaşdırdığı hüquqi mövqeni analogiya üzrə hazırkı mübahisəyə də tətbiq etdikdə məlum olur ki, hazırkı iddia tələbinə inzibati məhkəmə tərəfindən baxılmamalıdır. Çünki yuxarıda da qeyd edildiyi kimi iddiaçı və cavabdehlər arasındakı münasibətlər xüsusi (mülki) hüquq sahəsinə aiddir. Digər tərəfdən isə apellyasiya instansiya məhkəməsinin istinad etdiyi fərman, sərəncam və əmrlərdə iddiaçıya məxsus ekskavatorlarla bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Hətta qeyd olunan fərman, sərəncam və əmrin iddiaçıya məxsus ekskavatorlara aid olmaması elə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iddiaçıya və Naxçıvan MR Nazirlər Kabinetinə ünvanlandığı 2023-cü il ## #### tarixli və Naxçıvan MR Nazirlər Kabinetinin iddiaçıya ünvanlandığı 2023-cü il ## ######## tarixli məktublardan da məlum olur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi həmin fərman, sərəncam və əmrlərlə texnikalar bir müəssisənin balansından digər müəssisənin balansına verilmişdir. Lakin Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2023-cü il ## #### tarixli və Naxçıvan MR Nazirlər Kabinetinin 2023-cü il ## ######## tarixli məktublarda qeyd olunmuşdur ki, iddiaçının geri qaytarılmasını tələb etdiyi məxsus maşın və mexanizmlər Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayon və şəhər idarələrinin balansında yoxdur. Odur ki, əgər həqiqətən də apellyasiya instansiya məhkəməsinin qeyd etdiyi həmin fərman, sərəncam və əmrlər iddiaçıya məxsus ekskavatorlarla bağlı verilmiş olsa idi, o zaman həmin ekskavatorlar cavabdehlərin balansında olmalı idi. Lakin göstərilən məktublardan da məlum olduğu kimi iddiaçıya məxsus ekskavatorlar cavabdehlərin balansında olmamışdır. Yuxarıda göstərilənlərdən məlum olur ki, tərəflər arasında yaranmış münasibətlər mülki xarakterlidir və bu səbəbdən də qeyd olunan iddia tələbi üzrə mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmalıdır.
30. MPM-in 14.2, 77, 88-ci maddələri üzrə - apellyasiya instansiya məhkəməsinin qeyd etdiyi fərman, sərəncam və əmrlər iddiaçıya məxsus ekskavatorlarla bağlı verilmiş olsa idi, o zaman həmin ekskavatorlar cavabdehlərin balansında olmalı idi. Lakin göstərilən məktublardan da məlum olduğu kimi iddiaçıya məxsus ekskavatorlar cavabdehlərin balansında olmamışdır. Həmçinin apellyasiya instansiya məhkəməsi qərardadında (qərardadın 50-ci bəndi) qeyd etmişdir ki, mexanizasiya və Avtonəqliyyat Müəssisəsi üzrə əsas vəsaitlərin və nizamnamə kapitalının hərəkəti haqqında məlumatlardan isə görünür ki, Naxçıvan MR Nazirlər Kabinetinin göstərilən sərəncamı ilə qeyd olunan ekskavatorlar həmin müəssisənin balansına verilənədək onun balansında həmin markalı başqa ekskavator olmamış, məhz göstərilən sərəncam əsasında sözügedən ekskavatorlar müəssisənin balansına götürülmüşdür. Məhkəmənin həmin mövqeyi ilə bağlı qeyd olunmalıdır ki, elə cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş 2023-cü il ## ###### tarixli * nömrəli aktdan, 2023-cü il tarixli “Texniki baxış” aktından və 2009-cu il # #### tarixli *** nömrəli “Texnoloji nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən də məlum olur ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin balansında Hyundai 210LÇ-7 və Hidromek-102S markalı bir neçə ekskavator olmuşdur. Belə ki, 2023-cü il ## ###### tarixli * nömrəli aktın 2-ci səhifəsindəki cədvəlin 7ci bəndində Hyundai 210LÇ-7 markalı AZ 185 – FX – 157 dövlət qeydiyyat nişanlı, aktın 8ci bəndində Hidromek-102S markalı AZ 185 – FX – 603 dövlət qeydiyyat nişanlı, 2023-cü il tarixli “Texniki baxış” aktındakı cədvəlin 1-ci bəndində isə Hidromek markalı AZ 185 – FX – 156 dövlət qeydiyyat nişanlı ekskavatorların Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin balansında olduğu qeyd olunmuşdur. Hətta cavabdehlərin nümayəndəsi tərəfindən məhkəməni yanıltmaq məqsədilə məhkəmə iclasında 2009-cu il # #### tarixli *** nömrəli “Texnoloji nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin (şəhadətnamədə ekskavatorun dövlət qeydiyyat nişanı AZ 185 – FX -156 kimi göstərilib) iddiaçıya məxsus ekskavatora aid olduğu bildirilmişdir. Lakin elə həmin şəhadətnamədə qeyd olunan mühərrik nömrəsi ilə iddiaçıya məxsus ekskavatorun mühərrik nömrəsi qarşılaşdırılan zaman həmin şəhadətnamənin başqa ekskavatora aid olduğu və cavabdehin nümayəndəsinin məhkəməyə yalan məlumat verdiyi öz təsdiqini tapır. Həmçinin iş materiallarından da məlum olduğu kimi iddiaçıya məxsus ekskavatorlar cavabdehlərin qanunsuz sahibliyində olduğu dövrdə dövlət qeydiyyatına alınmamış və onlara dövlət qeydiyyat nişanı verilməmişdir. Bu fakt Naxçıvan Şəhər Məhkəməsinin 2024cü il # ##### tarixli e-*(***)-***/**** saylı qətnaməsində də öz əksini tapmışdır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq NMR Fövqəladə Hallar Nazirliyinin göndərdiyi məktubda qeyd olunmuşdur ki, iddiaçıya məxsus ekskavatorlar dövlət qeydiyyatına alınmamışdır. Göstərilənlərdən məlum olur ki, qeyd olunan sübut və hallara düzgün hüquqi qiymət verməyən apellyasiya instansiya məhkəməsinin mövqeyi tamamilə əsassız və qanunsuz olmuşdur. Belə ki, yuxarıda da qeyd olunanlardan məlum olur ki, cavabdehlərin balansında eyni markalı bir neçə ədəd dövlət qeydiyyatına alınmış ekskavator olmuşdur. Odur ki, iş materiallarında yer almış və tərəfindən təqdim olunan sübutlarla tərəflər arasındakı mübahisənin mülki xarakterli olduğu sübuta yetirilir. Lakin apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, bunun da nəticəsində səhv nəticəyə gələrək iş üzrə icraata “mülki icraat qaydasında baxılmalı deyil” əsası ilə xitam vermişdir. Belə olan halda da məhkəmənin gəldiyi hazırkı nəticə göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasıdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
32. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir:
“Maddə 261. Icraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;”
“Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.”
“Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
34. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir:
“Maddə 2. Inzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;”
35. Azərbaycan Respublikası “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir:
“Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” “Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
38. Kassasiya şikayətində göstərilən dəlillər isə əsaslı hesab edilə bilməz.
39. Belə ki, kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mübahisə tərəflər arasında xüsusi hüquq münasibətlərindən irəli gəldiyindən və iddia tələbi mülki qanunvericiliyin zərərin ödənilməsinə dair normalarına əsaslandığından işə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki mühakimə icraatında baxılmalıdır.
40. Kollegiya həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, məhkəmə icraatının növü iddiaçının tələbini hansı hüquq normaları ilə əsaslandırması ilə deyil, mübahisənin hüquqi təbiəti və tələbin irəli gəldiyi hüquq münasibətlərinin xarakteri ilə müəyyən edilir. Bu baxımdan məhkəmə mübahisənin mahiyyətini təşkil edən faktiki halları və hüquqi nəticələr doğuran hadisələri qiymətləndirməklə həmin münasibətin publik və ya xüsusi hüquq sahəsinə aid olmasını müəyyən etməlidir.
41. Hazırkı işdə iddiaçının tələb etdiyi zərərin yaranmasının əsasını onun mülkiyyətində olan ekskavatorların dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin həyata keçirdiyi hakimiyyət tədbirləri nəticəsində onun sahibliyindən çıxarılması təşkil edir. Deməli, iddiaçının tələb etdiyi zərər mülki hüquq münasibətlərindən irəli gələn müqavilə, əsassız varlanma və ya adi delikt münasibətinin deyil, dövlət hakimiyyəti səlahiyyətlərinin həyata keçirilməsi nəticəsində baş vermiş hüquqi vəziyyətin nəticəsidir.
42. Apellyasiya məhkəməsi tərəfindən də müəyyən edilmişdir ki, iddiaçının ekskavatorlarının sonrakı hüquqi taleyi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamları, Naxçıvan Muxtar Respublikası X1 fərmanı və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əmrləri ilə tənzimlənmişdir. Həmin aktlarla ekskavatorlar dövlət qurumlarının balansları arasında ötürülmüş, sonrakı hüquqi dövriyyəsi də məhz həmin aktlar əsasında həyata keçirilmişdir.
43. Kassasiya şikayətində həmçinin göstərilmişdir ki, ekskavatorların qanunsuz sahiblikdən geri qaytarılması barədə iddiaya mülki məhkəmə icraatı qaydasında baxıldığı üçün hazırkı kompensasiya tələbinə də eyni qaydada baxılmalıdır.
44. Kollegiya həmin dəlilləri də əsassız hesab edir. Belə ki, vindikasiya iddiasının predmeti qanunsuz sahiblikdə olan əşyanın mülkiyyətçiyə qaytarılmasıdır və bu tələb əşya hüququndan irəli gəlir. Hazırkı işdə isə iddiaçı artıq əşyaların özünə qaytarılmasını deyil, onların uzun müddət dövlət hakimiyyəti orqanlarının müdaxiləsi nəticəsində istifadə olunması səbəbindən vurulduğu iddia edilən zərərin əvəzinin ödənilməsini tələb edir.
45. Beləliklə, əvvəlki işdə müdafiə olunan hüquq ilə hazırkı işdə müdafiəsi tələb olunan hüquq müxtəlif münasibətlərdən irəli gəldiyindən həmin iş üzrə qəbul olunmuş qətnamə hazırkı mübahisə üzrə məhkəmə icraatının növünü müəyyən edə bilməz.
46. Kassasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin 2025-ci il # #### tarixli qərarı ilə işin kommersiya məhkəməsinin aidiyyətinə aid edilməsinin artıq müəyyən olunduğu göstərilmişdir.
47. Kollegiya həmin arqumenti də əsaslı hesab etmir. Belə ki, həmin qərarla işin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti məsələsi həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 372.7-ci maddəsinə uyğun olaraq şikayətin dəlillərindən asılı olmayaraq maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayarkən işə ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olub-olmamasını araşdırmağa və belə əsas müəyyən etdikdə MPM-in 261.0.1-ci maddəsini tətbiq etməyə borclu olmuşdur. Bu səbəbdən əvvəlki aidiyyət barədə qərar apellyasiya instansiyası məhkəməsini həmin prosessual vəzifəni yerinə yetirməkdən məhrum etmir.
48. Kassasiya şikayətində cavabdehlərdən birinin cavabdeh4 MMC olması səbəbindən mübahisənin kommersiya xarakterli olduğu da göstərilmişdir. Lakin hazırkı iş üzrə irəli sürülmüş zərər tələbi vahid hüquqi və faktiki əsaslara söykənir və iddiaçının özünün də göstərdiyi kimi zərərin başlanğıcı dövlət hakimiyyəti orqanlarının hərəkətləri və sonradan qəbul edilmiş inzibati aktlarla əlaqələndirilir. Bu halda mübahisənin əsasını təşkil edən hüquqi fakt dövlət hakimiyyəti funksiyasının həyata keçirilməsi ilə bağlı olduğundan sonrakı mərhələdə həmin əmlakın müxtəlif hüquqi şəxslərin balansında olması və ya onlardan birinin kommersiya təşkilatı olması mübahisənin hüquqi xarakterini dəyişmir.
49. Kassasiya şikayətində qeyd edilən işin hallarına və sübutlara düzgün qiymət verilməməsi ilə bağlı dəlillər də əsassızdır.
50. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi
51. və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
52. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli iddia tələbi mahiyyət etibarilə inzibati orqanların hakimiyyət səlahiyyətlərini həyata keçirməsi nəticəsində yarandığı iddia olunan zərərin ödənilməsinə yönəlmişdir. Belə mübahisələrə isə IPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılır. Buna görə də apellyasiya instansiyası məhkəməsi işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması qənaətinə gələrək MPM-in 261.0.1-ci maddəsini tətbiq etməkdə haqlı olmuşdur.
54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
55. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2026-cı il # ### tarixli *-*(*-*)- */**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.