Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-409/2026 16.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “podrat müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, muzd tələbi, qüsurlu icranın nəticələri, qüsurların mövcudluğunun sübutetmə yükü, sifarişçinin qüsurlarının öz vəsaiti hesabına aradan qaldırması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)- **/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. 2018-ci il ## ####### tarixli INT/P/***/** nömrəli podrat müqaviləsi ilə podratçı İddiaçı sifarişçi “xxxx” MMC-nin tapşırığı ilə müqavilənin 1.2-ci bəndində (* nömrəli Əlavədə) göstərilmiş işlərin icrasını, sifarişçi isə həmin işin nəticəsini qəbul etməyi və ödəməyi öhdəsinə götürmüşdür. Podratçı Bakı şəhəri, Şirin Mirzəyev küçəsində tikilən “Komfort” yaşayış kompleksində müqavilənin * nömrəli əlavəsində göstərilən suvaq, hamarlanma və digər işlərin icrasını öhdəsinə götürür (1.2-ci bənd); bu müqavilə ilə nəzərdə tutulmuş işlər tərəflər arasında razılaşdırılacaq müvafiq mərhələlərlə yerinə yetirilməlidir (2.1-ci bənd); sifarişçi hər 30 təqvim günlük dövr üzrə görülmüş işlərin dəyərini tərəflərin müvafiq aralıq aktları (forma 2) təsdiq olunduqdan sonra 10 bank günü ərzində podratçıya aşağıda göstərilən çıxılacaq məbləğlər nəzərə alınmaqla ödəyir: Yerinə yetirilmiş işlərin keyfiyyət zəmanəti kimi sifarişçi tərəfindən podratçıya hər aralıq təhvil-təslim aktları əsasında ödəniləcək məbləğdən 5% tutulacaqdır və müqavilənin 3.3-cü bəndində göstərilən hallar istisna olmaqla, toplanmış məbləğlər yekun təhvil-təslim aktı imzalanma tarixindən etibarən 12 ay keçdikdən sonra 10 bank günü müddətində podratçıya ödəniləcəkdir (3.2-ci bənd və 3.2.1-ci yarımbənd).
2. 2019-cu il ## #### tarixli KY-***/**** nömrəli müqavilə ilə “xxxx” MMC ümumi sahəsi 86,02 kv.m olan *** nömrəli mənzilin əsaslı tikintisini lazımi qaydada apararaq, mənzilin gələcəkdə mülkiyyətçisi ola biləcək İddiaçı əsaslı tikilmiş formada, lazımi qaydada və hazırkı müqavilədə göstərilmiş müddətdə təhvil verməyi, sonuncu isə mənzilin tərəflər arasında razılaşdırılmış məbləğini “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3.1-ci bəndinə görə tərəflər arasında bağlanmış 2018-ci il ## ####### tarixli INT/P/***/** nömrəli podrat müqaviləsi üzrə İddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyəri bu Müqavilə üzrə sonuncuya təqdim ediləcək mənzilin dəyərinə yönləndiriləcəkdir. Işlərin dəyəri bu müqavilə üzrə təqdim edilən mənzilin dəyərinin tam ödənilməsinə kifayət etmədiyi halda, İddiaçı əksik məbləği “xxxx” MMC-yə mənzil təhvil-təslim aktı əsasında ona təqdim edilənə kimi tam ödəyir.
3. 2019-cu il # ### tarixli *** nömrəli, 2019-cu il ## #### tarixli *** nömrəli, 2019-cu il # ######## tarixli *** nömrəli, 2019-cu il # ######## tarixli *** nömrəli icra aktlarından görünür ki, İddiaçı tərəfindən aktlar üzrə müvafiq olaraq 66.627,18 manat, 2.727,81 manat, 2.726,64 manat, 2.726,64 manat, ümumilikdə 74.808,27 manat dəyərində işlər görülmüşdür.
4. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2019-cu il # ### tarixli *** nömrəli 67.040,18 və 66.627,18 manat dəyərində olan iki aktdan dəyəri 67.040,18 manat təşkil edən aktın üzərinə əl ilə iri hərflərlə “ləğv edilsin” sözləri yazılmışdır.
5. “xxxx” MMC-nin 2019-cu il ## #### tarixli ***/** nömrəli maliyyə arayışına görə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin III blok 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86,02 kv.m təşkil edən *** nömrəli mənzilə görə tərəflər arasında bağlanmış 2018-ci il ## ####### tarixli INT/P/***/** nömrəli podrat müqaviləsi üzrə İddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 6.214,85 manat mənzilin dəyərinə yönləndirilib silinmiş və cavabdehə 88.407,15 manat borcu qalmışdır.
6. “xxxx” MMC-nin 2020-ci il ## ##### tarixli ***/** nömrəli maliyyə arayışına əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin III blok 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86,02 kv.m təşkil edən *** nömrəli mənzilə görə tərəflər arasında bağlanmış 2018-ci il ## ####### tarixli INT/P/***/** nömrəli Podrat müqaviləsi üzrə İddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 8.892 manat mənzilin dəyərinə yönləndirilib silinmiş və “xxxx” MMC-yə 79.515,15 manat borcu qalmışdır.
7. İddiaçı tərəfindən imzalanan 2019-cu il ## #### tarixli ***** nömrəli və 2019-cu il # ### tarixli ***** nömrəli kassa məxaric orderlərinə görə “xxxx” MMC tərəfindən İddiaçı “Komfort” yaşayış kompleksi mənzillərinin təmirinə görə müvafiq olaraq 2.804,66 manat və 60.412,34 manat, ümumilikdə 63.217 manat məbləğdə ödəniş edilmişdir.
8. 2020-ci il ## ##### tarixli ***** nömrəli kassa məxaric orderinə əsasən “xxxx” MMC tərəfindən İddiaçı 214, 250, 252, *** nömrəli mənzillərin təmirinə dair 2020-ci il ## #### tarixli *** nömrəli akta əsasən 8.892,7 manat məbləğdə ödəniş edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
9. Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 71.960 manat pulun və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2018-ci il ## ####### tarixli ***/** nömrəli podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən podratçı kimi görüləcək işlərin əvəzində cavabdeh tərəfindən iddiaçıya Bakı şəhəri, Şirin Mirzəyev küçəsində tikilən “Komfort” yaşayış kompleksinin III blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86.02 kv.m təşkil edən *** nömrəli mənzil ayrılmışdır. Görüləcək işlər həmin mənzilin dəyərindən çıxılmalı idi. Lakin ilkin olaraq mənzilə görə iddiaçı tərəfindən 15.000 manat ödənilmişdir. Iddiaçı tərəfindən 2018-ci il ## ####### tarixindən 2020-ci il ## ###### tarixinədək ümumilikdə 56.960 manat dəyərində iş görülmüşdür. 2019-cu il ## #### tarixinədək görülmüş işlərin dəyəri olan 6.214 manat pul vəsaiti iddiaçıya verilmiş 2019-cu il ## #### tarixli maliyyə arayışına görə ayrılmış mənzilin dəyərindən çıxılmışdır. Daha sonra 27.346 manat dəyərində işlər görülmüşdür. Bundan başqa, “Komfort” yaşayış kompleksində 23.400 manatlıq iş görülmüş, həmin işlərin dəyəri isə nağd qaydada ödənilməli idi. Lakin cavabdeh öz öhdəliyini pozmuş, iddiaçı ilə mübahisə yaratmış, əsassız olaraq görülmüş işlərin keyfiyyətsiz olduğunu iddia etmişdir. Görülmüş işlər keyfiyyətli olmuş, işlər görüldükdən sonra cavabdeh həmin işləri qəbul etmişdir. Işlər keyfiyyətsiz olsaydı, cavabdeh həmin işləri qəbul etməzdi. Cavabdeh qəsdən iddiaçı ilə mübahisə yaratmış, əsassız iddialar irəli sürmüş, mənzilin iddiaçıya verilməsindən imtina etmiş, iddiaçıya ayrılmış mənzili başqa şəxsə satmış, iddiaçı tərəfindən görülmüş işlərin dəyərini isə ödəməmişdir. Cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən 2018-ci il ## ####### tarixindən 2020-ci il ## ###### tarixinədək “Komfort” yaşayış kompleksində görülmüş işlərin dəyəri 56.960 manat təşkil edir. Həmçinin görüləcək işlərin əvəzində veriləcək mənzilə görə iddiaçı cavabdehə 15.000 manat da ödəmişdir. Ümumilikdə, cavabdehin görülmüş işlərə görə iddiaçıya 71.960 manat borcu yaranmışdır.
11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il ## #### tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Z.Pirverdiyev) iddia təmin edilmiş, cavabdehdən 71.960 manat pulun və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 2018-ci il ## ####### tarixli INT/P/***/** nömrəli podrat müqaviləsi bağlanmış, iddiaçı tərəfindən işlər görülərək cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən isə işlər təhvil alınmışdır.
13. Tərəflər iddiaçı tərəfindən işlərin görülərək təhvil verilməsini və cavabdeh tərəfindən işlərin təhvil alınmasını, eyni zamanda görülmüş işlərə görə muzdun məbləğini və iddiaçıya ödənilmiş 15.000 manatı mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız görülmüş işlərə görə muzdun ödənilib-ödənilməməsi barədədir. Cavabdeh muzdun artıqlaması ilə ödənildiyini, iddiaçı isə muzdun ödənilmədiyini bildirir. Ona görə də, mübahisənin düzgün həll edilməsi üçün görülmüş işlərə görə muzdun ödənilib-ödənilməməsinin müəyyən edilməsi üçün tərəflərin məhkəməyə təqdim etdikləri sübutlar araşdırılmalıdır.
14. MPM-in 77.1-ci maddəsinin tələbi baxımından muzdun ödənilib-ödənilməməsinin sübutetmə vəzifəsi cavabdeh tərəfindən icra edilməli olan öhdəliklə bağlı olduğundan, həmin öhdəliyin icra edilməsinin sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan görünür ki, tərəflər muzdun ödənilməsini cavabdeh tərəfindən iddiaçıya satılması nəzərdə tutulmuş mənzilin dəyərinə yönəldilməklə, yəni görülmüş işlərin dəyəri əvəzində mənzilin verilməsi kimi razılaşdırmışlar. Lakin iş materiallarından, eyni zamanda tərəflərin izahatlarından göründüyü kimi, həmin mənzil muzdun əvəzi kimi iddiaçıya təqdim edilməmiş və bu hal işin mübahisələndirilməyən halıdır.
15. Cavabdeh muzdun iddiaçıya ödənilməsinə dair məhkəməyə 2019-cu il ## #### tarixli ***** nömrəli, 2019-cu il # ### tarixli ***** nömrəli və 2020-ci il ## ##### tarixli ***** nömrəli kassa məxaric orderləri təqdim etmiş və həmin orderlərə görə cavabdeh tərəfindən iddiaçıya 2.804,66 manat, 60.412,34 manat və 8.892,7 manat, ümumilikdə 72.109,7 manat məbləğində ödəniş edilmişdir. Lakin orderlər cavabdeh tərəfindən təsdiq edilməmişdir.
16. Eyni zamanda, orderlərin tarixlərini nəzərə aldıqda, orderlər işin hallarına uyğun gəlmədiyindən mötəbər hesab oluna bilməz. Belə ki, iddiaçı tərəfindən görülmüş işlərin dəyəri 2019-cu il ## #### və 2020-ci il ## ##### tarixlərdə mənzilin dəyərinə yönəldilmiş və mənzilin dəyərindən silinmişdir (2019-cu il ## #### tarixli və 2020-ci il ## ##### tarixli maliyyə arayışları).
17. Bundan başqa, orderlər üzrə cavabdeh tərəfindən 2019-cu il ## #### tarixində 2.804,66 manat, 2019-cu il # ### tarixində isə 60.412,34 manat, ümumilikdə 63.217 manat iddiaçıya pul ödənildiyi (iddiaçının göstərdiyi görülmüş işlərin dəyərindən, yəni 56.960 manatdan artıq) halda, tərəflər arasında görülən işlərə görə muzdun mənzilə yönəldilməsinə dair 2019-cu il ## #### tarixli KY-***/**** nömrəli müqavilə bağlanmışdır. Cavabdehin nümayəndəsi göstərilən hallara münasibət bildirə bilməmiş, bu halları təkzib edən faktları sübut edə bilməmişdir.
18. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək işləri görmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də, 2018-ci il ## ####### tarixli INT/P/***/** nömrəli podrat müqaviləsinə əsasən ödənilməmiş 71.960 manat borc məhkəmə tədqiqatı zamanı təsdiq olunduğundan və cavabdeh tərəfindən bu borcu təkzib edən mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməlidir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 752.1, 755-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim V.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Baxışova və R.Qurbanov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmir, iş üzrə mövcud olan faktlar qətnamədə qeyri-mötəbər sübutlarla təsdiq edilmişdir ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.
23. Hazırkı iddia ilə 71.690 manat cəmi məbləğ iki əsasla tələb olunur: həmin məbləğin 56.960 manat hissəsi 2018-ci il ## ####### tarixli INT/P/***/** nömrəli podrat müqaviləsinə, 15.000 manat hissəsi isə 2019-cu il ## #### tarixli KY-***/**** nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsaslanır.
24. Iddianın 56.960 manat məbləğdə pul tələbi ilə bağlı hissəsinin faktiki əsası kimi iddiaçı iddia ərizəsində iki dəfə təkrarlayaraq qeyd edir ki, “Iddiaçı tərəfindən 2018-ci il ## ####### tarixdən 2020-ci il ## ###### tarixədək ümumilikdə 56.960 manat dəyərində iş görülmüşdür.”, “Cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən 2018-ci il ## ####### tarixindən 2020-ci il ## ###### tarixədək “Komfort” yaşayış kompleksində görülmüş işlərin dəyəri 56.960 manat təşkil edir.”
25. Iddiaçı cavabdehə göndərdiyi 2021-ci il ## ###### tarixli pretenziyada da eyni cümlələrə yer vermiş, lakin pretenziyasında 2018-ci il ## ####### tarixli müqavilədən əvvəl də 8.000 manatlıq iş gördüyünü irəli sürmüş, bununla da cəmi 64.690 manat pul tələb etmiş, başqa sözlə, onun məhkəmədən əvvəl cavabdeh ilə 2019-cu il ## #### tarixli mənzilin alqı-satqı müqaviləsinə istinad edən 15.000 manat məbləğlə bağlı mübahisəsi olmamışdır.
26. Işdən o da müəyyən olunur ki, 2018-ci il ## ####### tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 6.214,85 və 8.892 manat olmaqla, cəmi 15.106,85 manat 2019-cu il ## #### tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyərinə yönləndirilərək silinmişdir.
27. Bundan çıxan nəticə ondan ibarətdir ki, həmin 15.106,85 manat 2018-ci il ## ####### tarixli podrat müqaviləsi üzrə təhvil verilən işlərin dəyəri olaraq iddiaçıya ödənilmiş, ödənilmə 2019-cu il ## #### tarixli müqaviləyə əsasən mənzil üzrə iddiaçının qalıq borcuna yönəldilmişdir.
28. 2019-cu il ## #### tarixli mənzilin alqı-satqı müqaviləsi qüvvədədir, tərəflər üçün məcburilik ifadə edir, iddiaçı müqavilənin qanuniliyini mübahisə etmir, 15.000 manat məbləğdə pulun qaytarılmasını müqavilənin hər hansı şərtinin pozulması ilə yox, 2018-ci il ## ####### tarixli podrat müqaviləsi üzrə ona ödənilməyən borc məbləği ilə əsaslandırır. Əksinə, cavabdeh birinci instansiya məhkəməsinə 2019-cu il ## #### tarixli mənzilin alqı-satqı müqaviləsinin ləğvi tələbini ehtiva edən qarşılıqlı iddia ərizəsi təqdim etsə də, 2022-ci il ## ##### tarixli qərardadla qarşılıqlı iddia qaytarılmışdır.
29. Göründüyü kimi, iddia 15.000 manat pul tələbi hissədə həmin məbləğ iddiaçıya ödənildiyi üçün əsassızdır. Əgər iddiaçı hesab edirsə ki, 15.000 manat 2019-cu il ## #### tarixli mənzilin alqı-satqı müqaviləsinə zidd olaraq *** nömrəli mənzilin dəyərinə yönləndirilib silinmişdir, o halda o, adıçəkilən müqaviləni mübahisələndirmək yolu ilə hüquqlarının məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Güman olunsa ki, 15.000 manat pul tələbi hissədə iddianın faktiki əsasını 2019-cu il ## #### tarixli mənzilin alqı-satqı müqaviləsi yox, 2018-ci il ## ####### tarixli podrat müqaviləsi təşkil edir, o halda iddia eyni hissədə həmin məbləğin iddiaçıya ödənildiyi sübuta yetirildiyi üçün əsassız olacaq.
30. Iddia 56.960 manatın ödənilməsi tələbi hissədə də əsaslı deyil. Belə ki, iddiaçının bildirdiyi kimi, o, 2018-ci il ## ####### tarixindən 2020-ci il ## ###### tarixinədək ümumilikdə 56.960 manat dəyərdə iş görmüşdür, bunun qarşılığında isə ona 2019-cu il ## #### və 2019cu il # ### tarixli kassa məxaric orderləri ilə cəmi 63.217 manat ödənilmişdir. Iddiaçı həmin 63.217 manatın əvvəllər görülmüş başqa işlərin dəyəri olaraq ödənildiyini bildirərək, apellyasiya instansiyası məhkəməsinə 2019-cu il # ### tarixli ***/** nömrəli maliyyə arayışını və 2018-ci il ## ###### tarixli aktı təqdim etmiş, həmin yeni sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra və sübut edə bilmədiyi üçün, qeyd olunan sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməmişdir, həmin hüquqi fakta münasibətdə apellyasiya instansiyası məhkəməsinin qəti mövqeyi bundan ibarətdir.
31. Fərz olunsa ki, sözügedən iki sübut apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilə bilərdi, o halda həmin sübutlar da iddianın əsaslılığını təsdiq etməyəcəkdi. Belə ki, qeyd edildiyi kimi, iddia ərizəsində tələbin faktiki əsası kimi iki hüquqi fakta istinad olunur: 2018ci il ## ####### tarixli podrat müqaviləsi və 2019-cu il ## #### tarixli *** nömrəli mənzilin alqısatqı müqaviləsi. Iddia ərizəsindən o da məlum olur ki, “2018-ci il ## ####### tarixli ***/** nömrəli podrat müqaviləsinə ... əsasən ... görüləcək işlərin əvəzində cavabdeh tərəfindən iddiaçıya ... *** nömrəli mənzil ayrılmışdır. Görüləcək işlər həmin mənzilin dəyərindən çıxılmalı idi. Lakin ilkin olaraq mənzilə görə iddiaçı tərəfindən 15.000 manat ödənilmişdir. ... Daha sonra 27.346 manat dəyərində işlər görülmüşdür. Bundan başqa, “Komfort” yaşayış kompleksində 23.400 manatlıq iş görülmüş, həmin işlərin dəyəri isə nağd qaydada ödənilməli idi.” Göründüyü kimi, iddia ərizəsində 2018-ci il ## ####### tarixli podrat müqaviləsi ilə yalnız *** nömrəli mənzilin alqı-satqı müqaviləsi əlaqələndirilmiş, habelə iddianın yalnız 15.000 manat hissəsi mənzillə bağlı olmuşdur, qalan 50.746 manat isə nağd qaydada ödənilməli idi, yəni hər hansı mənzilin dəyərinə yönəldilməmişdir.
32. 2019-cu il ## #### tarixli *** nömrəli mənzilin alqı-satqı müqaviləsində də yalnız 2018-ci il ## ####### tarixli podrat müqaviləsinə istinad olunmuşdur. Lakin 2019-cu il # ### tarixli maliyyə arayışında ödənişin *** nömrəli mənzillə bağlı həyata keçirildiyi göstərilmişdir ki, həmin mənzilə dair fakta iddia ərizəsində istinad edilməmiş və fakt birinci instansiya məhkəməsində də araşdırma predmeti olmamışdır.
33. Bundan əlavə, iddiaçı, əgər 2019-cu il # ### tarixli maliyyə arayışı mövcud idisə, 2019-cu il # ### tarixli kassa məxaric orderini imzalayaraq, 60.412,34 manat məbləğdə pulu qəbul etməsini də izah və əsaslandıra bilməmişdir. Hər iki, yəni həm 2019-cu il # ### tarixli maliyyə arayışının, həm də 2019-cu il # ### tarixli kassa məxaric orderinin ortaq cəhətləri bundan ibarətdir ki, həmin məbləğdə pullar iddiaçıya ödənilmişdir, birində mənzilin borcundan azaldılmaqla, digərində nağd qaydada. Bu mənada, birinci instansiya məhkəməsinin mötəbərliyi hətta iddiaçı tərəfindən mübahisə edilməyən adıçəkilən kassa məxaric orderlərinə münasibətdə “Lakin orderlər cavabdeh tərəfindən təsdiq edilməmişdir.” məzmunda mövqeyi qanunsuz və əsassız olmuşdur.
34. 2018-ci il ## ###### tarixli aktdan isə aydın olur ki, tərəflər arasında 2018-ci il # ###### tarixli ***/** nömrəli, 2018-ci il # ###### tarixli ***/** nömrəli və 2018-ci il ## ###### tarixli ***/** nömrəli podrat müqavilələri də bağlanmış, həmin müqavilələr üzrə borclar 3 ədəd ikiotaqlı mənzillə əvəzləşdirilmiş, bundan əlavə, cavabdeh 95.327 manat nağd ödəniş etmiş, nəticədə 11.819 manat artıq ödəniş olmuşdur.
35. 2018-ci il ## ###### tarixli aktdan irəli gələn nəticəyə görə hazırkı iddianın əsası kimi çıxış edən 2018-ci il ## ####### tarixli podrat müqaviləsindən sonra da tərəflər arasında 2018-ci il ## ###### tarixli podrat müqaviləsi bağlanmış və həmin müqavilə icra olunmuşdur ki, 2018-ci il ## ###### tarixli podrat müqaviləsi icra olunub, mübahisə yaratmadığı halda, ondan əvvəl bağlanmış 2018-ci il ## ####### tarixli podrat müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilməməsi ağlabatan və inandırıcı deyil.
36. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 386.1, 399.1, 442, 752.1, 753.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 53, 77.1, 80, 106.1, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair”, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” qərarlarına istinad etməklə əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
37. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il ## ##### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim B.Məmmədlinin məruzəsi ilə, hakimlər B.Qəribov və Ə.Əliyev) iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi qismən - iddia tələbinin 56.960 manatın ödənilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
39. Məhkəmə aktının ləğv edilən hissəsində kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 2018-ci il ## ####### tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və Təhvil-təslim aktı əsasında təhvil verilən işlərə görə cavabdeh tərəfdən 2019-cu il ## #### və 7 may tarixlərində 63.217 manat ödənildiyi və cavabdehin iddiaçıya borcunun qalmadığı halda, hansı səbəblərdən bundan cəmi 1 ay yarım müddət keçdikdən sonra sözügedən 2019-cu il ## #### tarixli alqı-satqı müqaviləsinin bağlanıldığı və 2018-ci il ## ####### tarixli Podrat müqaviləsi üzrə iddiaçı tərəfindən təhvil verilən işlərin dəyərinin iddiaçıya təqdim ediləcək mənzilin dəyərinə yönləndirilməsinin razılaşdırıldığı anlaşılan deyildir.
40. Həmçinin nəzərə alınmalıdır ki, işin materiallarına əsasən, birinci instansiya məhkəməsinin 2022-ci il ## #### tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsinin verdiyi izahatdan məlum olur ki, iddiaçı işə başlamamışdan əvvəl adına mənzil keçirilməsini istəyirdi, cavabdeh də görüləcək işlərin müqabilində ona mənzil veriləcəyini və ya satılıb həmin mənzilin dəyərinin ödəniləcəyini bildirirdi, iş görüldükdən sonra mənzil istəmədiyini, mənzilin satılıb pulunun ödənməsini istədiyini bildirir və mənzil satılıb pulu qarşı tərəf ödənilir.
41. Göründüyü kimi, cavabdeh iddiaçının gördüyü işlərin haqqını nağd qaydada deyil, şərtləşdirilmiş mənzil satılaraq dəyərini iddiaçıya ödəməklə həyata keçirdiyini bildirmişdir.
42. O da qeyd olunmalıdır ki, elə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin özündən də məlum olur ki, iddiaçının istinad etdiyi 2019-cu il # ### tarixli maliyyə arayışında ödənişin *** nömrəli mənzillə bağlı həyata keçirildiyi göstərilmişdir. Halbuki 2019-cu il ## #### tarixli alqı-satqı müqaviləsi *** nömrəli deyil, *** nömrəli mənzillə əlaqədar bağlanmışdır.
43. Bu baxımdan, iddiaçıya cəmi 63.217 manat vəsaitin ödənilməsini nəzərdə tutan 2019-cu il ## #### və 2019-cu il # ### tarixli kassa məxaric orderlərinə hüquqi qiymət verərkən sözügedən xüsusatların da nəzərə alınması vacibdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işin həmin halları arasında əlaqəli təhlilin aparılması görünmür.
44. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin 56.960 manat məbləğində olan hissəsi ilə bağlı nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsinə dair 88-ci maddəsinin tələblərini pozmuşdur.
45. Bununla belə, məhkəmə, apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin 15.000 manat məbləğində olan hissəsi ilə bağlı mövqeyini Mülki Prosessual Məcəllənin 217.1ci maddəsinə uyğun olaraq qanuni və əsaslı hesab etmişdir.
46. Həmin mövqe ondan ibarət olmuşdur ki, 2019-cu il ## #### tarixli mənzilin alqı-satqı müqaviləsi qüvvədədir, tərəflər üçün məcburilik ifadə edir, iddiaçı müqavilənin qanuniliyini mübahisə etmir, 15.000 manat məbləğdə pulun qaytarılmasını müqavilənin hər hansı şərtinin pozulması ilə yox, 2018-ci il ## ####### tarixli podrat müqaviləsi üzrə ona ödənilməyən borc məbləği ilə əsaslandırır. Iddia 15.000 manat pul tələbi hissədə həmin məbləğ iddiaçıya ödənildiyi üçün əsassızdır. Əgər iddiaçı hesab edirsə ki, 15.000 manat mənzilin alqı-satqı müqaviləsinə zidd olaraq *** nömrəli mənzilin dəyərinə yönləndirilib silinmişdir, o halda o, adıçəkilən müqaviləni mübahisələndirmək yolu ilə hüquqlarının məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Güman olunsa ki, 15.000 manat pul tələbi hissədə iddianın faktiki əsasını mənzilin alqı-satqı müqaviləsi yox, podrat müqaviləsi təşkil edir, o halda iddia eyni hissədə həmin məbləğin iddiaçıya ödənildiyi sübuta yetirildiyi üçün əsassız olacaq.
47. Kassasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 399.1, 442, 752.1, 753.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 88, 217.1, 416-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
48. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim A.Isgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və M.Rüstəmli) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - 56.960 manat pul tələbinin təmin olunması hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin olunaraq, cavabdehdən 1.097 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qərarında şərh olunan göstərişlərlə bağlı qeyd etmişdir ki, iddiaçıya cəmi 63.217 manat vəsaitin ödənilməsini nəzərdə tutan 2019-cu il ## #### və 2019-cu il # ### tarixli kassa məxaric orderlərinin hazırkı iş üzrə iddia tələbinə hər hansı aidiyyəti yoxdur. Həmin məbləğ əvvəl görülmüş işlərin dəyəri olub və bu məbləğ tərəflər arasında *** nömrəli mənzilə dair bağlanmış müqavilə üzrə mənzilin dəyərinin ödənilməsinə yönəldilib və silinib. Bununla bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur. Belə ki, iddiaçı da həmin məbləğin onun tərəfindən alındığını (mənzilin dəyərindən silinməklə) təsdiq etmişdir. Eləcə də, bu hal cavabdehin verdiyi 2019-cu il # ### tarixli maliyyə arayışı ilə təsdiq olunur.
50. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış 2018-ci il ## ####### tarixli podrat müqaviləsi və onun təminatı qismində *** nömrəli mənzilə görə bağlanmış 2019-cu il ## #### tarixli müqavilə əsasında yaranmışdır. 2018-ci il ## ####### tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən yerinə yetirilən və Təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərinin bu Müqavilə üzrə iddiaçıya təqdim ediləcək mənzilin dəyərinə yönləndiriləcəkdir. Işlərin dəyəri bu müqavilə üzrə təqdim edilən mənzilin dəyərinin tam ödənilməsinə kifayət etmədiyi halda, iddiaçı əksik məbləği cavabdehə mənzil təhvil-təslim aktı əsasında ona təqdim edilənə kimi tam ödəyir.
51. Beləliklə, tərəflər 2018-ci il ## ####### tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərinin mənzilin dəyərinə yönləndirilməsini şərtləşdirmişlər.
52. Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada gördüyü işlərin dəyərinin ödənilmədiyinə və ona mənzil verilmədiyinə istinad edərək, görülmüş işlərə görə 56.960 manat pul tələb edir. Iddiaçı tələbin hüquqi əsası kimi MM-in 752.1, 762, 766-cı maddələrinə istinad etmiş və sübut qismində məhkəməyə sözügedən podrat müqaviləsini, ona əlavələri, icra aktlarını təqdim etmişdir.
53. Cavabdeh isə işlərin qüsurlu olduğunu, lazımi keyfiyyətdə yerinə yetirilmədiyini, qüsurların aradan qaldırılması üçün başqa podratçı ilə müqavilə bağladıqlarını, buna görə həmin podratçıya 55.863,36 manat pul ödədiklərini, həmin pulun ödənilməsi üçün iddiaçıya pretenziya ünvanladıqlarını, yalnız bundan sonra iddiaçının hazırkı tələblə onları qabaqlayaraq məhkəməyə müraciət etdiyini bildirmişdir. Cavabdeh iddiaya etirazın əsası kimi digər podratçı “xxxx” MMC ilə bağlanmış xidmət müqaviləsini, işlərin görülməsinə dair aktları və kassa məxaric orderlərini təqdim etmişdir. Cavabdeh həmçinin, iddiaçı tərəfindən görülən işlərin qüsurlu olması barədə aktları və qüsurların aradan qaldırılmasına xərclənmiş 55.863 manat pulun ödənilməsi barədə iddiaçıya göndərilmiş 2021-ci il # ###### tarixli pretenziya məktubunun surətini təqdim etmişdir.
54. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal-işlərin iddiaçı tərəfindən qüsurlu icra edilib-edilməməsi, cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya görülmüş işlərin dəyərinin ödənilməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir.
55. Hazırkı işdə iddiaçının dəlillərinə etiraz olaraq, cavabdeh tərəfindən iddiaçı tərəfindən görülmüş işlərin fotoşəkilləri təqdim edilmişdir. Fotoşəkillərdən də görünür ki, mənzildə işlər tam yekunlaşdırılmamış, xətlər açıq saxlanılmış, üzəri örtülməmiş, hamarlanmamışdır.
56. Iddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında *** nömrəli mənzildə işləri 2020ci ilin təxminən noyabr-dekabr aylarında yekunlaşdırdığını və təhvil verdiyini bildirmişdir. Lakin onun təqdim etdiyi təhvil-təslim aktlarının heç biri cavabdeh müəssisənin rəhbəri tərəfindən təsdiq olunmamışdır.
57. “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış 2020-ci il ## ###### tarixli INT/K/** nömrəli xidmət müqaviləsindən görünür ki, cavabdeh sözügedən ünvanda inşa edilən “Komfort” yaşayış kompleksinə məxsus binaların icraçının öz təqdim etdiyi materiallar ilə təmirtəchiz etmə xidməti göstərilməsini öhdəsinə götürmüşdür.
58. 2020-ci il ## ######## tarixli kassa məxaric orderindən görünür ki, Teymur Səmədova (“xxxx” MMC-nin direktoru) 35.863 manat, 2020-ci il ## ###### tarixli kassa məxaric orderinə əsasən 10.000 manat, 2020-ci il ## ###### tarixli kassa məxaric orderinə əsasən 10.000 manat pul ödənilmişdir.
59. Cavabdeh qüsurların aradan qaldırılması üçün cəmi 55.863 manat vəsait sərf etdiyini bildirərək, MMC-yə vurulmuş zərərin əvəzi olaraq həmin pulu iddiaçıdan tələb etmiş və 2021-ci il # ###### tarixində iddiaçıya pretenziya ünvanlamışdır. Iddiaçı isə bundan 1 il 1 ay sonra 2022-ci il ## #### tarixində hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
60. Işin yeni apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı sifarişi qüsurlu icra etmiş, qüsurların aradan qaldırılması üçün hər hansı tədbir görməmiş, bu səbəbdən cavabdeh qüsurların aradan qaldırılması üçün başqa podratçı ilə müqavilə bağlamış və həmin işlərin görülməsi üçün sonuncuya 55.863 manat vəsait ödəmişdir.
61. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin 56.960 manat olduğunu, cavabdeh tərəfindən qüsurların aradan qaldırılmasına 55.863 manat vəsait sərf olunduğunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, tələb olunan məbləğdən qüsurların aradan qaldırılması üçün çəkilmiş xərc məbləği çıxılmaqla cavabdehdən iddiaçının xeyrinə 1.097 manat pul tutulmalıdır.
62. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 752.1, 753.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
63. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və cavabdehdən iddiaçının xeyrinə 56.960 manat pulun tutulmasına dair yeni qərar qəbul olunması xahiş edilmişdir.
64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il # ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim K.Abiyevanın məruzəsi ilə, hakimlər İ.Dadaşov və Z.Əliyev) iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi qismən - iddiaçının cavabdehdən 55.863 manat pul vəsaitinin tutulması tələbinin təmin edilmədiyi hissədə ləğv olunmuş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
65. Kassasiya kollegiyası ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirən cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən görülmüş podrat işlərinin dəyərinin cavabdeh tərəfindən tam ödənilməsinə, cavabdehin iddiaçıya podrat müqaviləsi üzrə borcunun olmamasına, qeyd edilən halların 2019-cu il ## ####, 2019-cu il # ### və 2020-ci il ## ##### tarixli kassa məxaric orderləri ilə təsdiq olunduğuna istinad etmişdir. Başqa sözlə, şikayətin dəlilləri əsasən iddia olunan pulun cavabdeh tərəfindən qeyd olunan ödəniş sənədlərinə əsasən ödənilməsi barədə olmuşdur.
66. Baxılan iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında şərh olunan göstərişləri əsasında araşdırma aparan apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya cəmi 63.217 manat vəsaitin ödənilməsini nəzərdə tutan 2019-cu il ## #### və 2019-cu il # ### tarixli kassa məxaric orderlərinin hazırkı iş üzrə iddia tələbinə hər hansı aidiyyəti olmamış, həmin məbləğ əvvəl görülmüş işlərin dəyəri olmaqla tərəflər arasında *** nömrəli mənzilə dair bağlanmış müqavilə üzrə mənzilin dəyərinin ödənilməsinə yönəldilərək silinmişdir.
67. Bundan başqa, cavabdeh apellyasiya şikayətində ümumi ifadələrlə iddiaçı tərəfindən görülmüş podrat işlərinin qüsurlu olmasına, ev sahiblərinin şikayət etmələrinə, evlərin döşəmələrində problemlər olduğuna və həmin problemlərin başqa şirkət vasitəsilə aradan qaldırılmasına istinad etmişdir. Lakin işin birinci apellyasiya baxışı zamanı bu iddiaçı tərəfindən yerinə yetirilmiş işlərin qüsurla yerinə yetirilməsinə dair mötəbər sübutları MPM-in 373-cü maddəsinin tələblərinə əməl edilməklə təqdim olunması işin materiallarından müəyyən edilmir.
68. Yeni apellyasiya baxışı zamanı isə podrat təmir işlərinin keyfiyyəti ilə bağlı 2021-ci il # ###### tarixli aktlar, qüsurlu podrat işlərinin nəticələrinin aradan qaldırılması ilə bağlı çəkilmiş xərclərə dair 2021-ci il # ###### tarixli akt və bu xərclərin ödənilməsinə dair cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2021-ci il # ###### tarixli pretenziya məktubu, “tamamlama işlərində əlavə xərclərin hesabatı” adlı cədvəl və fotoşəkillər, “xxxx” MMC ilə arasında bağlanmış 2020-ci il ## ###### tarixli xidmət müqaviləsi və həmin müqavilə üzrə ödənişlərə dair kassa məxaric orderlərini təqdim etmişdir.
69. Işə yenidən apellyasiya qaydasında baxan məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş bu sübutlara istinadən belə qənaətə gəlmişdir ki, iddiaçı sifarişi qüsurlu icra etmiş, qüsurların aradan qaldırılması üçün hər hansı tədbir görməmiş, bu səbəbdən cavabdeh qüsurların aradan qaldırılması üçün başqa podratçı ilə müqavilə bağlamış və həmin işlərin görülməsi üçün sonuncuya 55.863 manat vəsait ödəmişdir. Odur ki, iddiaçı tərəfindən tələb olunan məbləğdən qüsurların aradan qaldırılmasına sərf olunmuş vəsait çıxılmalıdır.
70. Məhkəmə kollegiyası nəzərə almışdır ki, 2021-ci il # ###### və 2021-ci il # ###### tarixli aktlar, 2021-ci il # ###### tarixli pretenziya məktubu və fotoşəkillər birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edilsə də, “xxxx” MMC ilə cavabdeh arasında bağlanmış 2020-ci il ## ###### tarixli xidmət müqaviləsi və həmin müqavilə üzrə ödənişlərə dair kassa məxaric orderləri ilk dəfə işin yeni apellyasiya baxışı zamanı təqdim edilmişdir.
71. Işin ikinci apellyasiya baxışı zamanı yeni sübutlar təqdim edən cavabdeh tərəfindən, həmin sübutların təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmasa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qiymətləndirilməklə, MPM-in 372.2-ci maddəsinin tələbləri pozulmuşdur.
72. Bununla yanaşı, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qüsurlu icra barədə gəldiyi nəticə tərəflər arasındakı müqavilə şərtlərinə və MMin podratın nəticələri qüsurlu olduqda əlavə icra tələbini tənzimləyən 763.1-ci maddəsinin tələblərinə uyğun olmamışdır.
73. Belə ki, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər (MM-in 763.1ci maddəsi).
74. Həmçinin tərəflər arasında bağlanmış 2018-ci il ## ####### tarixli podrat müqaviləsinin 3.3-cü bəndinin şərtinə əsasən əgər podratçı yekun təhvil-təslim aktı imzalandığı tarixdən etibarən 12 ay ərzində onun təqsiri səbəbindən yaranmış qüsurları öz hesabına sifarişçi tərəfindən təyin edilmiş ağlabatan müddətdə aradan qaldırmazsa, sifarişçi müqavilənin 3.2.1-ci bəndində göstərilən toplanmış məbləğdən, yaranmış qüsurları öz qüvvəsi ilə və ya üçüncü şəxsləri cəlb etməklə aradan qaldırılması hüququna malikdir. Digər tərəfdən mülki qanunvericilik də qüsurlu icranın nəticələrinin aradan qaldırılması üçün podratçıya əlavə icra müddəti müəyyənləşdirilməsi tələbini nəzərdə tutur.
75. 2018-ci il ## ####### tarixli müqavilə üzrə iddiaçı tərəfindən görülmüş podrat işlərinin 2019-cu ilin iyun ayınadək təhvil verilməsi işin mübahisələndirilməyən halıdır. Odur ki, tərəflər arasındakı müqavilənin yuxarıda qeyd edilən şərti baxımından iddiaçı 2019-cu ilin iyun ayından etibarən 12 ay ərzində onun təqsiri səbəbindən yaranmış qüsurları cavabdeh tərəfindən təyin edilmiş müddət ərzində aradan qaldırmalı, cavabdeh tərəfindən müəyyən edilmiş müddət ərzində qüsurlar aradan qaldırılmadığı halda, sonuncu qüsurları öz qüvvəsi ilə və ya üçüncü şəxsləri cəlb etməklə aradan qaldırmaq hüququna malik olmuşdur.
76. Baxılan iş üzrə isə iddiaçı tərəfindən işlər təhvil verildikdən sonra 12 ay ərzində cavabdeh tərəfindən görülmüş podrat işlərinin qüsurları barədə iddiaçıya qarşı pretenziya irəli sürülməsi, qüsurların aradan qaldırılması ilə bağlı MM-in 763.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada əlavə icra üçün müddətin müəyyənləşdirilməsi müəyyən olunmur.
77. Iddiaçıya ünvanlanmış 2021-ci il # ###### tarixli pretenziya məktubunda da qüsurların aradan qaldırılması ilə bağlı iddiaçıya müraciət edilməsi, bunun üçün müddət müəyyən edilməsinə istinad olunmadan, qüsurların aradan qaldırılması üçün artıq cavabdeh tərəfindən çəkilmiş xərclərin ödənilməsi ilə bağlı şifahi xəbərdarlıqlar edilməsi göstərilmişdir.
78. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının cavabdehdən 55.863 manat pul vəsaitinin tutulması tələbinə işin müəyyən edilmiş faktiki halları, tərəflər arasında bağlanmış müqavilə şərtləri və mülki qanunvericiliyin podrat münasibətlərini tənzimləyən normalarının tələblərinə uyğun olaraq yenidən qiymət verilməlidir.
79. Kassasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 399.1, 442, 752.1 753.1, 763.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 88, 217.1, 220.5, 372.1, 372.2, 372.7 373, 416.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarına və N.Əbilovun şikayəti üzrə 2008-ci il ## #### tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
80. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim F.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər T.Qocayev və G.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan – “55.863 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
81. Apellyasiya kollegiyası bildirmişdir ki, cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən görülmüş podrat işlərinin qüsurlu olmasına, ev sahiblərinin şikayət etmələrinə, evlərin döşəmələrində problemlər olduğuna və həmin problemlərin başqa şirkət vasitəsilə aradan qaldırılmasına istinad etmişdir. Lakin cavabdeh tərəfindən bu xüsusatları təsdiq edən hər hansı sübut birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Işin birinci apellyasiya baxışı zamanı bu iddiaçı tərəfindən yerinə yetirilmiş işlərin qüsurla yerinə yetirilməsinə dair mötəbər sübutları MPM-in 373-cü maddəsinin tələblərinə əməl edilməklə təqdim olunması işin materiallarından müəyyən edilmir.
82. Təmir işlərinin keyfiyyətsizliyi ilə əlaqədar çəkilmiş xərclərlə bağlı “xxxx” MMC ilə arasında bağlanmış 2020-ci il ## ###### tarixli xidmət müqaviləsi və həmin müqavilə üzrə ödənişlərə dair kassa məxaric orderlərini yeni apellyasiya baxışında təqdim edilmişdir.
83. Həmin yeni sübutları ikinci apellyasiya baxışı zamanı təqdim edən cavabdeh tərəfindən bu sübutların təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmadığından apellyasiya kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişləri ilə razılaşaraq qeyd etmişdir ki, həmin sənədlər qüsurlu icraya görə çəkilən xərcləri təsdiq edən sübut kimi qəbul edilə bilməz.
84. Həmçinin, apellyasiya məhkəməsi qeyd etmişdir ki, “xxxx” MMC ilə iddiaçı arasında bağlanmış 2020-ci il ## ###### tarixli xidmət müqaviləsi üzrə, yəni, 2 hüquqi şəxs arasında ödənişlər kassa məxaric orderləri əsasında, nağd formada aparıla bilməzdi və bu qaydada ödənişin aparılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 3.1, 3.1.1-ci maddəsinə əsasən bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar, ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar, birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalar hesab olunur, 3.2-ci maddəsinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər.
85. Bununla yanaşı, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə hansı işlərin görülməsinin, işlərin qüsurlarla icra edilib-edilməməsinin, işlərin dəyərinin nə qədər təşkil etməsinin, qüsurların aradan qaldırıldığı təqdirdə nə qədər vəsaitin sərf olunmasının araşdırılması xüsusi bilik tələb etdiyindən məhkəmə kollegiyası tərəfindən kompleks məhkəmə tikinti-texniki və məhkəmə mühasibatlıq ekspertizası təyin olunmaqla, mütəxəssis rəyinin verilməsi qərara alınmışdır.
86. Lakin, ekspert tərəfindən iş üçün zəruri olan sualların (tərəflər arasında bağlanmış 2018-ci il ## ####### tarixli INT/P/***/** nömrəli podrat müqaviləsi görülmüş tikinti-quraşdırma və təmir işlərinin həcmi, cavabdeh tərəfindən görülmüş hissəsinin (hər bir iş, göstərilən xidmət üzrə ayrı-ayrılıqda göstərilməklə) dəyəri nə qədər təşkil edir? Iddiaçı ilə cavabdeh arasında bağlanmış 2018-ci il ## ####### tarixli INT/P/***/** nömrəli podrat müqaviləsi görülmüş tikintiquraşdırma və təmir işlərində nöqsanlara yol verilmişdirmi, yol verildiyi təqdirdə nöqsanlar (qüsurlu işlər) nədən ibarət olmuşdur, nöqsanların (qüsurlu işlərin) aradan qaldırılmasına (ayrıayrılıqda göstərilməklə) nə qədər vəsait tələb olunmuş və ya nə qədər vəsait bu məqsədlə sərf edilmişdir?) ekspert tərəfindən cavablandırılması mümkün olmamışdır. Mütəxəssis tərəfindən işlərin dəyəri ilə bağlı suallar cavablandırılsa da, ekspert qarşısında qoyulmuş suallar cavablandırılmadığından artıq mütəxəssisin hesablamalarına əsasən hər hansı bir nəticəyə gəlinməsini məhkəmə əsaslı hesab etməmişdir.
87. 2018-ci il ## ####### tarixli müqavilə üzrə iddiaçı tərəfindən görülmüş podrat işlərinin 2019-cu ilin iyun ayınadək təhvil verilməsi işin mübahisələndirilməyən halıdır. Odur ki, tərəflər arasındakı müqavilənin yuxarıda qeyd edilən şərti baxımından iddiaçı 2019-cu ilin iyun ayından etibarən 12 ay ərzində onun təqsiri səbəbindən yaranmış qüsurları cavabdeh tərəfindən təyin edilmiş müddət ərzində aradan qaldırmalı, cavabdeh tərəfindən müəyyən edilmiş müddət ərzində qüsurlar aradan qaldırılmadığı halda, sonuncu qüsurları öz qüvvəsi ilə və ya üçüncü şəxsləri cəlb etməklə aradan qaldırmaq hüququna malik olmuşdur. Lakin iş üzrə isə iddiaçı tərəfindən işlər təhvil verildikdən sonra 12 ay ərzində cavabdeh tərəfindən görülmüş podrat işlərinin qüsurları barədə iddiaçıya qarşı pretenziya irəli sürülməsi, qüsurların aradan qaldırılması ilə bağlı MM-in 763.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada əlavə icra üçün müddətin müəyyənləşdirilməsi müəyyən olunmur. Iddiaçıya ünvanlanmış 2021-ci il # ###### tarixli pretenziya məktubunda da qüsurların aradan qaldırılması ilə bağlı iddiaçıya müraciət edilməsi, bunun üçün müddət müəyyən edilməsinə istinad olunmadan, qüsurların aradan qaldırılması üçün artıq cavabdeh tərəfindən çəkilmiş xərclərin ödənilməsi ilə bağlı şifahi xəbərdarlıqlar edilməsi göstərilmişdir.
88. Buna görə də, apellyasiya kollegiyası hesab etmişdir ki, qüsurlu icranın mövcud olduğu təqdirdə belə sifarişçinin hərəkətləri müqavilə şərtlərinə və Mülki Məcəllənin podratın nəticələri qüsurlu olduqda əlavə icra tələbini tənzimləyən 763.1-ci maddəsinin tələblərinə uyğun olmamışdır.
89. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin yoxlanılan hissədə iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
90. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 399.1, 442, 752.1, 753.1, 763.1-ci maddələrinə; “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1, 3.1.1 və 3.2-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3, 372.1, 372.2, 373.7, 373, 384.0.1, 385.2, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
91. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.
92. Kassasiya şikayəti aşağıdakı dəlillərlə əsaslandırılmışdır:
93. Mülki Məcəllənin 425, 442, 443 və 447-ci maddələri üzrə – Işin hallarından aydın görünür ki, iddiaçı cavabdeh qarşısında 2018-ci il ## ####### tarixli podrat müqaviləsi üzrə müəyyən işlərin görülməsinə dair öhdəlik götürmüşdür. Görüləcək işlərin qarşılığında isə tərəflər arasında razılaşdırılmış məbləğin ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürmüşdür. Lakin iddiaçı tərəf cavabdeh ilə arasında razılaşdırılmış xidmətlərin görülməsində vicdanlı və peşəkar hərəkət etməmiş və bu səbəbdən iddiaçı tərəfindən görüldüyü iddia edilən işlərin sökülüb yenidən görülməsi üçün cavabdeh üzərində əlavə xərc yaranmışdır. Halbuki iddiaçı işlərin görülməsi zamanı vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə hərəkət etsə idi faktiki cavabdeh üzərində yaranmış zərər mövcud olmayacaqdır. Bakı Apellyasiya Məhkəməsi iddiaçının müqavilənin şərtlərinə zidd hərəkət etməsini görmüş, həmin faktları təsdiq edəcək sübutları əldə etmiş, lakin qətnaməsində əsassız olaraq nəzərə almamışdır.
94. Mülki Prosessual Məcəllənin 9.2, 76, 88, 101, 102, 103.2 və 175-ci maddələri üzrə – Bakı Apellyasiya Məhkəməsi iddiaçının iddiasının təmin edilməsi istiqamətində birtərəfli addımlar atmış, Ali Məhkəmənin mövqeyi ilə razılaşdığını ifadə etmiş və özü tərəfindən təyin edilmiş ekspert rəyini əsaslandırmadan (əsaslandırmağa çalışmış) sübut kimi nəzərə almamış və nəticədə prosessual hüquq normalarının pozulması nəticəsində cavabdeh üzərində əlavə öhdəlik yaranmışdır. Apellyasiya instansiyası öz qətnaməsində Ali Məhkəmənin mövqeyi ilə razılaşdığını ifadə edərək, təmir işlərinin keyfiyyətsizliyi ilə əlaqədar çəkilmiş xərclərlə bağlı “xxxx” MMC ilə cavabdeh arasında bağlanmış 2020-ci il ## ###### tarixli xidmət müqaviləsi və həmin müqavilə üzrə ödənişlərə dair kassa məxaric orderlərini sübut kimi nəzərə almamışdır. Halbuki cavabdeh mülki iş üzrə birinci instansiya məhkəməsində iddiaçının 2018-ci il ## ####### tarixli INT/P/***/** nömrəli podrat müqaviləsi üzrə gördüyü işlərin bir hissəsinin qüsurlu olmasına dair etiraz vermiş və həmin etiraza mənzillərin qüsurlu təmir edilməsinə dair qüsur aktları, foto və video görüntülər təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış 2018-ci il ## ####### tarixli INT/P/***/** nömrəli podrat müqaviləsi üzrə bugünədək görülmüş işlərin həcmi və dəyərinin müəyyən edilməsi barədə və həmçinin tərəfindən birinci instansiyada təqdim edilmiş video və foto görüntülər (eyni zamanda aktlar) əsasında iddiaçı tərəfindən görülmüş qüsurlu işlərin həcmi və dəyərinin müəyyən edilməsi barədə ekspertiza təyin edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş 2025-ci il ## ###### tarixli QCM/N ***-***/** nömrəli mütəxəssis rəyinə əsasən məhkəmə tərəfindən qoyulmuş bütün suallar tam cavablandırılmışdır. Lakin apellyasiya instansiyası ekspert rəyi ilə razılaşmamaq üçün formal olaraq öz qətnaməsində qeyd etmişdir ki, “Mütəxəssis tərəfindən işlərin dəyəri ilə bağlı suallar cavablandırılsa da, ekspert qarşısında qoyulmuş suallar cavablandırılmadığından artıq mütəxəssisin hesablamalarına əsasən hər hansı bir nəticəyə gəlinməsini məhkəmə əsaslı hesab etmir.” Bu əsaslandırma işin hallarına (ekspert rəyinə) baxdıqda tamamilə əsassızdır. Halbuki həmin mütəxəssis rəyinə diqqət yetirilsə məhkəmə tərəfindən qoyulmuş suallara tam, dəqiq və aydın şəkildə cavablar verilmişdir (görülmüş işlərin, yaranmış nöqsanların nədən ibarət olması həm cədvəl şəklində, həm də mətn olaraq açıqlamalı şəkildə rəydə qeyd olunmuşdur). Hesab etsək ki belə, ekspert rəyi tam əsaslandırılmayıb və ya qoyulmuş suallar tam cavablandırılmayıb, bu zaman prosessual qanunvericilik məhkəməyə təkrar və ya əlavə ekspertiza təyin edilməsinə imkanı olduğu halda bunu etməmiş, sırf iddiaçının maraqları naminə prosessual qanunvericiliyin tələbini pozmuşdur. Halbuki ekspert rəyi tam əsaslıdır və məhkəmə üçün əlavə və ya təkrar ekspertiza təyin edilməsinə zərurət yaranmadığı işin hallarından aydın görünür.
95. Mülki Prosessual Məcəllənin 217, 386 və 418.2-ci maddələri üzrə – Apellyasiya instansiyası məhkəməsi mülki iş üzrə “xxxx” MMC-nin 2025-ci il ## ###### tarixli QCM/N ***- ***/** nömrəli mütəxəssis rəyini əsassız olaraq tam mötəbər sübut kimi nəzərə almamışdır.
96. Mülki Prosessual Məcəllənin 88-ci maddəsi üzrə – Apellyasiya instansiyası iş üzrə toplanmış sübutlara, o cümlədən ekspert rəyinə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət vermədiyindən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Ekspert rəyi digər sübutlar kimi qiymətləndirilməli, onun qəbul edilməməsinin səbəbləri isə Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə aktında əsaslandırılmalıdır. Ekspert rəyində hər hansı qeyrimüəyyənlik və ya ziddiyyət mövcud olduğu halda isə məhkəmə Mülki Prosessual Məcəllənin 175 və 206-cı maddələrinin tələblərinə uyğun olaraq eksperti dindirmək, əlavə izahat almaq və ya əlavə və yaxud təkrar ekspertiza təyin etmək imkanına malik olduğu halda, həmin prosessual səlahiyyətlərdən istifadə etməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
97. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
98. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
99. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
100. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”
“Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ...”
“Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ...”
“Maddə 763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. ...”
101. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ...”
“Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. ...”
“Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; ...”
“Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
102. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
103. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatlarda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində işin hallarına və təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. (bax bənd 81-89)
104. Kassasiya şikayətinin dəlilləri iddiaçı tərəfindən podrat müqaviləsi üzrə görülmüş işlərin qüsuru ilə bağlıdır.
105. Bununla bağlı apellyasiya məhkəməsi mübahisəyə düzgün olaraq Mülki Məcəllənin 763.1-ci maddəsini tətbiq edərək, habelə tərəflər arasında bağlanmış podrat müqaviləsinin şərtlərini nəzərə alaraq hesab etmişdir ki, hazırkı halda sifarişçinin podratın qüsuru ilə bağlı əlavə icraya görə xərc tələbi əsassız olmuşdur.
106. Belə ki, mülki qanunvericilik sifarişçiyə podratın qüsurunu aradan qaldırmaqla, çəkdiyi xərcin əvəzini podratçıdan tələb etmək hüququnu bu halda tanımışdır ki, sifarişçi aşkar olunan qüsur barədə podratçıya məlumat verməklə, sonuncuya bu qüsurun aradan qaldırılması üçün imkan yaratsın, podratçı isə qüsuru aradan qaldırmasın.
107. Hazırkı işdə isə, sifarişçi olan cavabdehin iddia etdiyi qüsurların müəyyən edilməsi, bu qüsurları aradan qaldırmaqdan əvvəl podratçıya pretenziya verməsi və onların aradan qaldırması üçün şəraitin yaratması prosessual qaydalara uyğun təqdim edilən sübutlarla təsdiqini tapmadığından, apellyasiya məhkəməsi podratçının tələbini təmin etməklə, maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
108. Həmçinin, cavabdehin bununla bağlı sübutlar ikinci apellyasiya icraatında təqdim edildiyindən, həmin sübutların gec təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmadığından apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin sənədləri qüsurlu icraya görə çəkilən xərcləri təsdiq edən sübut kimi qəbul etməmişdir.
109. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
110. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
111. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.