Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-1/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh x1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh x1nə qarşı pul tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli 2-2(103)-194/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları 1. “Sifarişçi” x1 “icraçı” İddiaçı MMC (“MMC”) olmaq la, 2015-ci il 14 iyul tarixində imzalanmış *saylı müqaviləyə (bundan sonra-“*saylı müqavilə”) əsasən tərəflər “sifarişçi”nin mərkəzi anbarına daşınmaqla lot 1 üzrə mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların satınalınması məqsədilə “icraçı”nın 214.760 manat məbləğində tender təklifini qəbul etdiyini təsdiq etmişlər. “İcraçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların təhvil verilməsini öhdəsinə götürmüş, göndərilmiş mallar icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, “icraçı” aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat vermiş, sifarişçi müqavilə də nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. 2. *saylı müqaviləyə 1 nömrəli əlavəyə əsasən mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materilların satınalması üzrə qiymətlərin razılaşdırılması protokoluna əsasən bütün xərclər daxil olmaqla yekun məbləğ tərəflər arasında 214.760 manat məbləğində razılaşdırılmışdır. 3. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin 2018-ci il 1 noyabr tarixli 2-2(81)1239/2018 saylı qətnaməsinə əsasən x1dən 214.760 manat əsas borc, 5.000 manat cərimə və 20 manat dövlət rüsumunun əvəzinin tutularaq MMC-yə ödənilməsi qət edilmişdir. 4. 2018-ci il 6 dekabr tarixli, ********** saylı və ********** saylı ödəniş tapşırıqlarına əsasən müvafiq olaraq 182.000 manat və 32. 760 manat məbləğində pul x tərəfindən MMC-nin bank hesabına köçürülmüşdür.
5. MMC tərəfindən 2021-ci il 5 mart tarixində x ünvanlanmış pretenziya məktubunda 34.898,50 manat məbləğində pul vəsaitinin MMC-nin direktoru Nümayəndə3 xeyrinə ödənilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC (bundan sonra-«iddiaçı») cavabdeh x1nə (bundan sonra «cavabdeh») qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 34.898,50 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı ərizəsini §§1-3-də göstərilən hallarla əsaslandırmış və qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 439.3-cü maddəsinin tələblərinə görə q anuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Nəzərə alsaq ki, 2015-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr (qətnamə üzrə tutulmuş pulun ödənildiyi vaxt) ayına qədər olan müddət 39 ay dövrü əhatə edir, bu zaman tərəfindən MMC-yə 34.898,50 manat məbləğində pul ödənməlidir.
8. İddia tələbinin maddi hüquqi əsası kimi MM-in 439.3-cü maddəsinə istinad edilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 oktyabr tarixli, e-2-2(113)-2782/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – A.Əliyeva).
10. Bi rinci instansiya məhkəməsi MM-in 439.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-«MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla göstərmişdir ki, iddiaçı tərəfindən *saylı müqavilə üzrə əsas borcun və ona hesablanmış faizlərin tutulması ilə bağlı məhkəməyə müraciət edilmiş və 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin 2018-ci il 1 noyabr tarixli 2-2(81)-1239/2018 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir.
11. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyas ının 2022-ci il 9 fevral tarixli 2-2(103)-194/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə ilə iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 34.898,50 manat illik 5 faizlə əldən çıxmış fayda və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və V.Məmmədov).
13. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında tender yolu ilə 2015-ci il 14 iyul tarixli *saylı müqavilə imzalanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 214.760 manat məbləğində mal satmışdır. 14. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli 22(81)- 1239/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı 1 7 sentyabr 2015-ci il tarixdə müqavilə əsasında sifariş verilmiş malları cavabdehə qaimə əsasında təhvil vermiş, lakin cavabdeh malın dəyərini ödəməmişdir. Qeyd edilən qətnamə əsasında cavabdehdən iddiaçının xeyrinə 214760 manat əsas borc, 5.000 manat cərimə və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi tutulmuşdur. 15. 2 ədəd 06 dekabr 2018-ci il tarixli ödəniş tapşırığına əsasən qətnamə ilə cavabdehdən tutulmuş 214760 manat əsas borc həmin tarixdə iddiaçının hesabına köçürülmüşdür. Cərimə borcu isə iddiaçının nümayəndəsinin izahatına əsasən halhazıradək ödənilməmişdir. Hazırda iddiaçının tələbi 2015-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr ayına qədər olan 39 aylıq müddət ərzində pul öhdəliyinin icrasının gecikdirilməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsi nə əsasən illik 5 %-lə hesablanmış 34.898,50 manat məbləğində əldən çıxmış faydanın ödənilməsidir 16. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli 2-2(81)1239/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə mal cavabdehə 2015-ci il 17 sentyabr tarixində təhvil verilmiş, cavabdeh malın dəyərini ödəməmiş, öhdəliyin icrasını təqsirli olaraq gecikdirmiş, məhz buna görə də cavabdehdən cərimə tutulmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia ərizəsində iddianın hüquqi əsası kimi istinad edilmiş MM-in 439.3-cü maddəsi mübahisə üzrə tətbiq edilə bilməz.
17. Apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və MPM-nin 82.3, MM-nin 443.1, 445.2.1, 4 45.7, 448.1, 448.2, 462.1 və 465.2-ci maddələrinə istinadla göstərmişdir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri olan dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Kreditorun xeyrinə borcludan müəyyən məbləğdə dəbbə pulu tutulması MM-nin 465.2-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə dəymiş zərərə görə faizlərin tutulmasını istisna etmir.
18. Lakin iddia ərizəsində iddianın hüquqi əsası kimi istinad edilmiş MM-nin 439.3-cü maddəsi mübahisə üzrə tətbiq edilə bilməz. Həmin normaya əsasən, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdir ilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.
19. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə və mülki qanunvericiliyin alqı-satqı müqavilələri ilə bağlı münasibətləri tənzimləyən normalarında borcun üstünə faizlər hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı halda iddiaçının tələbi MM-nin 445.7-ci maddəsinə tələbinə əsasən təmin edilməlidir. Belə ki, həmin norma kreditora digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, pul öhdəliyinin icrasını gecikdirmiş borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tutulmasını tələb etmək hüququ verir.
20. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəmə si belə nəticəyə gəlmişdir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.
21. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
22. MM-in 449.1-ci maddəsinin tələbi pozulmuşdur-faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmı ş, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli, 2-2(81)-1239/2018 saylı qətnaməsi ilə cavabdehdən 214.760 manat məbləğində əsas borc, 5000 manat cərimə və 20 manat dövlət rüsumunun MMC-yə ödənilməsi qət edilmişdir.Həmin qətnamə üzrə cavabdeh əsas borc məbləğini ödəmişdir. Lakin Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən cavabdehə 5000 manat məbləğində cərimənin ödənilməsi üçün vəsait ayrılmamışdır.Belə ki, cavabdeh dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır. Əgər dövlət büdcəsindən vəsait ayrılmasa, Xidmət müstəqil şəkildə öz büdcəsindən xərclərin ödənilməsini təmin edə bilmir. Bundan başqa, cavabdehin qətnamə üzrə əsas borcunu ödəməsi sübut edir ki, cavabdehin cərimən in ödənilməsindən yayınmaq niyyəti, qərəzi olmamışdır. Sadəcə cərimənin ödənilməsi hazırda cavabdehin iradəsindən asılı olmayan səbəbdən qeyrimümkündür. İddiaçı tərəfindən isə cavabdehin cərimənin ödənilməsinin gecikdirilməsində təqsirinin olması və bundan hansısa fayda götürmək niyyəti sübuta yetirilməmişdir. Apellyasiya instansiya məhkəməsi isə bu xüsusata diqqət verməmiş, işi kifayət qədər hər tərəfli araşdırmamışdır.
23. MPM-in 77.1-ci maddəsinin tələbi pozulmuşdur- hazırki iş üzrə iddiaçı, cavabdehin cərimənin ödənilməsinin gecikdirilməsində hansı faydanın götürməsini, onun gecikdirmədə təqsirinin olmasını sübuta yetirməmişdir. Apellyasiya instansiya məhkəməsi isə işi hərtərəfli, tam və obyektiv araşdırmadan nəticəyə gəlmiş, qanunsuz və əsassız qətnamə çıxarmışdır. b) Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassaiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanıl ması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq “Maddə
439. Pul öhdəliklərinin icrası... 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “ Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclun u təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” müddəalarında “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişd irsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....”
28. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur Prosessual Məcəlləsinin müvafiq “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkə mə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi) 30. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olun ur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş, mübahisələndirilməyən hallarına görə, tərəflər arasında tender yolu ilə 2015-ci il 14 iyul tarixli *saylı müqavilə imzalanmış, 17 sentyabr 2015-ci il tarixdə müqavilə əsasında 214.760 manat dəyərində sifariş verilmiş mallar cavabdehə qaimə əsasında təhvil vermişdir. Müqavilə üzrə malların dəyərinin tutulmasına dair 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsin in 01 noyabr 2018-ci il tarixli 2-2(81)-1239/2018 saylı qətnamə qəbul edilmiş, qanuni qüvvədə olan həmin qətnaməyə əsasən cavabdehdən iddiaçının xeyrinə 214.760 manat əsas borc, 5.000 manat cərimə və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi tutulmuşdur. 06 dekabr 2018-ci il tarixli ödəniş tapşırıqlarına əsasən 214.760 manat pul vəsaiti həmin tarixdə iddiaçının hesabına köçürülmüşdür.
32. Hazırda iddiaçının tələbi 2015-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr ayına qədər olan 39 aylıq müddət ərzində pul öhdəliyinin icrasının gecikdirilməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən illik 5 %-lə hesablanmış 34.898,50 manat məbləğində əldən çıxmış faydanın ödənilməsindən ibarətdir.
33. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia t ələbi MM-in 445.7-ci maddəsinə əsasən əsaslıdır. Belə ki, həmin norma ilə kreditora digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, pul öhdəliyinin icrasını gecikdirmiş borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tutulmasını tələb etmək hüququ verilmişdir.
34. Məhkəmənin hüquqi qiymətləndirməsi ilə razılaşmayan cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən, dövlət büdcəsindən vəsait ayrılmaması səbəbindən müvafiq vəsaitin ödənilməsi təmin edilə bilməmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
36. Belə ki, MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
37. Baxılan işin materiallarından göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən cavabdehlə iddiaçı arasında öhdəlik münasibətləri «Dövlət satınalmaları haqqında» Qanunun tələbləri baxımından tenderdə bağlanmış müqavilə əsasında əmələ gəlmişdir. Həmin müqavilənin ödəmələri tənzimləyən 12.1-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır.
38. Cavabdeh tərə findən pul məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsinə gələn apellyasiya instansiyası məhkəməsi, iddia tələbinə sözügedən müqavilənin 12.1-ci maddəsinin tələbi baxımından qiymət verməmiş, ödəmə ilə bağlı tenderin əsas şərtlər toplusunun nədən ibarət olması müəyyən edilməmiş, bununla da MPM-nin 88 və 217.1-ci maddələrinin tələbləri pozulmuşdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə iddiaçının təhvil verdiyi malın dəyərinin vaxtında ödəniməməsi ilə bağlı olduğundan, büdcə təşkilatının satın aldığı malın dəyərini hansı müddətə və şərtlər daxilində ödəməli olması müəyyənləşdirilmədən, iddia tələbinə MM-nin 445.7-ci maddəsinin tələbi baxımından düzgün hüquqi qiymət verilə bilməz.
40. Nəzərə alınmalıdır ki, dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublik asının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir (MM-nin 404-1-ci maddəsi)
41. Bundan əlavə, “Büdcədən maliyyələşən kredit sərəncamları tərəfindən alınan malların, qəbul olunan iş və xidmədlərin Xəzinə uçotu haqqında” Təlimata əsasən, alışların xəzinədarlıqda uçota qəbul edilməsi büdcə təşkilatlarına malların tam çatdırılmasının, xidmətlərin göstərilməsinin və işlərin görülüb başa çatdırılmasının dövlət tərəfindən qəbul edilməsi deməkdir və gələcəkdə ödəniş üçün məcburi dövlət öhdəliyi hesab olunur.
42. Həmin Təlimatın 2.5-ci bəndinə əsasən, “Malların (iş və xidmətlərin) alışı sənədinin” hazırlanması və xəzinədarlıq tərəfindən uçota alınması aşağıdakı ardıcıllıqla həyata keçirilir: -Büdcə təşkilatı qabaqcadan Xəzinədarlıq tərəfindən qeydiyyata alınmış öhdəliklərə uy ğun (yəni ondan çox olmamaqla) qəbul etdiyi mal, iş və xidmətlərə görə əməliyyatın baş verdiyi ay daxilində “Malların (iş və xidmətlərin) alışı sənədini” hazırlayır və təsdiqedici sənədlərlə birlikdə Xəzinədarlığa təqdim edir. - “Malların (iş və xidmətlərin) alışı sənədi” yoxlanılaraq uçota alınmaq üçün təsdiqedici sənədlərlə birlikdə Xəzinədarlığa təhvil verilir. Təsdiqedici sənədlər Xəzinədarlıqda yoxlanılır və “Xəzinədarlıq” ştampı ilə təsdiqlənərək geri qaytarılır. Bu halda şübhə doğuran məsələlər üzrə Xəzinədarlıq tərəfindən əlavə yoxlama təşkil edilə bilər. İcra olunmamış öhdəlik qalığından çox olmayan məbləğ və bu qaydaların bütün tələblərinə uyğun hazırlanmış “Malların (iş və xidmətlərin) alışı sənədi” uçota qəbul edilir və bunun nəticəsində yaranmış kreditor borcu dövlət borcu h esab olunaraq kassa icrası üçün əsas sayılır.
43. Qeyd olunan normaların tələblərindən də göründüyü kimi, dövlət büdcəsindən vəsait ayrılmadan, büdcə təşkilatının aldığı malın, işin və ya xidmətin dəyərini ödəməsi istina təşkil edir. Lakin işin materiallarına sözügedən müqavilə üzrə dövlət büdcəsindən vəsaitin ayrılması vaxtına dair hər hansı sübut əlavə edilməmiş, MMnin 445.7-ci maddəsinin dispozisiya şərtlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olsa da, bununla bağlı hər hansı qiymətləndirmə aparılmamışdır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. İşin yeni apellyasiya baxış ı zamanı qeyd olunan nöqsanları aradan qaldırılmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməlidir.
45. «….məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır» (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarları).
46. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qism ən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli, 2-2(103)-194/2022 saylı qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.M.Məmmədli