Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-10/2025 16.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsi üzrə borcun tutulması” barədə və Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “artıq ödənişin qaytarılması və maddi zərərin tutulması” barədə birləşdirilmiş iddiaları üzrə Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 30 may tarixli 2-2(103)-33/2024 nömrəli qətnaməsindən İddiaçı MMC (hazırkı adı "xxxx" MMC) tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC (icraçı) (bundan sonra – “CNL”) ilə Cavabdeh MMC (sifarişçi) (bundan sonra – “AVİ”) arasında 2021-ci il 4 oktyabr tarixli AVX 008/1021 nömrəli xidmət müqaviləsi adlı podrat müqaviləsi bağlanmış, CNL AVİ-nin sifarişi ilə yol-təmir-tikinti asfalt işlərinin görülməsi zamanı torpaq qazılması – daşınması işlərinin görülməsi xidmətlərinin göstərilməsi öhdəliyi üzərinə götürmüşdür.
2. Müqavilənin tərkib hissəsi olan Əlavə 1-də müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə görə 3.237.058 manat dəyərində ödəniş nəzərdə tutulmuşdur.
3. Müqaviləyə 2021-ci il 5 oktyabr tarixli 2 nömrəli qiymətlərin razılaşd ırılması protokolunun şərtlərinə əsasən bu müqavilə müddəti bitənədək (2021-ci il 4 oktyabr – 2022ci il 4 oktyabr) işlər tam icra olunmadıqda sifariş veriləcək xidmətin adı və xidmət haqqı həmin Əlavəyə əsasən hesablanması və ümumi ödənişin 1.618.529 manat olması nəzərdə tutulmuşdur.
4. AVİ tərəfindən verilmiş sifarişlərin ƏDV ilə birlikdə yekun məbləğləri: - hesabat ayında tikinti quraşdırma işlərinin məbləği 84.956,26 manat təşkil etmişdir (CNL ilə AVİ tərəfindən təsdiq edilmiş 2022-ci ilin yanvar ayı üçün yerinə yetirilmiş işlər haqqında arayış və qəbul aktı); - hesabat ayında tikinti quraşdırma işlərinin məbləği 155.183,46 manat təşkil etmişdir (CNL ilə AVİ tərəfindən təsdiq edilmiş 2022-ci ilin fevral ayı üçün yerinə yetirilmiş işlər haqqında arayış və qəbul aktı); - hesabat ayında ti kinti quraşdırma işlərinin məbləği 312.245,30 manat təşkil etmişdir (CNL ilə AVİ tərəfindən təsdiq edilmiş 2022-ci ilin mart ayı üçün yerinə yetirilmiş işlər haqqında arayış və qəbul aktı); - hesabat ayında tikinti quraşdırma işlərinin məbləği 345.686,79 manat təşkil etmişdir (CNL ilə AVİ tərəfindən təsdiq edilmiş 2022-ci ilin aprel ayı üçün yerinə yetirilmiş işlər haqqında arayış və qəbul aktı); - hesabat ayında tikinti quraşdırma işlərinin məbləği 220.837,98 manat təşkil etmişdir (CNL ilə AVİ arasında təsdiq edilmiş 2022-ci ilin may ayı üçün yerinə yetirilmiş işlər haqqında arayış və qəbul aktı). - hesabat ayında tikinti quraşdırma işlərinin məbləği 214.985,70 manat təşkil etmişdir (CNL ilə AVİ arasında təsdiq edilmiş 2022-ci ilin iyun ayı üçün yerinə yetirilmiş işlər haqqında arayış və qəbul aktı); - hesabat ayında tikinti quraşdırma işlərinin məbləği 169.832,81 manat təşkil etmişdir (CNL ilə AVİ arasında təsdiq edilmiş 2022-ci ilin iyul ayı üçün yerinə yetirilmiş işlər haqqında arayışdan və qəbul aktı), hesabat ayı da daxil olmaqla ilin əvvəlindən 1.503.728,30 manat təşkil etmişdir. 5. 2022-ci ilin iyul ayından sonra podratçı tərəfindən işlər dayandırılmış, müqavilə üzrə görülməsi nəzərdə tutulmuş işlər tam başa çatdırılmamışdır.
6. Podratçı tərəfindən sifarişçiyə EBBP 465971 nömrəli 2022-ci il 12 yanvar tarixli 94.401 manat dəyərində, EBBS 918670 nömrəli 2022-ci il 15 mart tarixli 59.000 manat dəyərində, EBBX 333843 nömrəli 2022-ci il 31 may tarixli 59.000 manat dəyərində, EBCC 274102 nömrəli 2022-ci il 22 avqust tarixli 59.000 manat dəyərində, ümumilikdə 271.401,89 ma nat (230.001,6 əsas borc + 41.400,29 manat ƏDV) işin görülərək təqdim edilməsi barədə elektron qaimə göndərilmişdir.
7. AVİ tərəfindən iddiaçıya göndərilmiş elektron qaimələrə müvafiq olaraq ƏDV daxil 271.401,89 manat məbləğində vəsait ödənilmişdir (CNL tərəfindən təqdim edilmiş hesabdan çıxarış).
8. AVİ işlərin görülməsi üçün CNL tərəfindən əldə edilməli olan mal-materialları əldə edərək dəyərini ödəmiş, bundan sonra həmin vəsaitin CNL tərəfindən ödənilməsi üçün ona elektron qaimə təqdim etmişdir (AVİ tərəfindən məhkəməyə təqdim edilmiş, hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası və möhürü ilə təsdiq edilmiş 2021-ci il 4 oktyabr tarixli “Razılaşma aktları” və AVİ tərəfindən CNL-a göndərilmiş elektron qaimələr). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı CNL 2023 il 31 yanvar tarixində cavabdeh AVİ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan 2023-cü il 9 mart tarixində iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək 1.232.326,4 manat məbləğində borcun, pul öhdəliyinin gecikdirilməsi üçün illik 5% olmaqla 52.217,22 manat; vəkil xərcinin əvəzi olaraq 510 manat; ödənilmiş dövlət rüsumlarının AVİ-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, CNL ilə AVİ arasında 2021-ci il 4 oktyabr tarixli AVX 008/1021 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, CNL AVİ-nin sifarişi ilə yol-təmir-tikinti asfalt işlərinin görülməsi zamanı torpaq qazılması daşınması işlərinin görülməsini, AVİ isə bu işlərinin gö rülməsi müqabilində ərizəçiyə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. CNL subpodratçı olaraq Əhmədbəyli-Horadiz-Mincivan avtomobil yolunun tikintisi ilə bağlı ümumi dəyəri 1.503.728,29 manat təşkil edən işləri yerinə yetirib AVİ-yə təhvil vermiş, AVİ isə həmin işləri qəbul etmişdir. Bununla bağlı tərəflər arasında ”yerinə yetirilmiş işlər haqqında” Arayış və ”yerinə yetirilmiş işlərin” Qəbul Aktları (Forma 2) imzalanaraq möhürlə təsdiq edilmişdir. Yerinə yetirilmiş işlərin ümumi dəyəri 2022-ci ilin yanvar ayında 71.996,83 AZN; fevral ayında 131.511,41 AZN; mart ayında 264.614,66 AZN; aprel ayında 292.954,91 AZN; may ayında 187.150,83 AZN; iyun ayında 182.191,27 AZN; iyul ayında 143.926,11 AZN, ümumilikdə 1.274.346,02 manat olmuşdur. Lakin AVİ müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri l аzımıncа icrа еtməmiş, nəticədə CNL qarşısında bоrcu yaranmışdır. Belə ki, CNL tərəfindən yerinə yetirilmiş və təhvil verilmiş ümumi dəyəri 1.274.346,02 manat təşkil edən işlərin müqabilində cavabdeh tərəfindən CNL-ə cəmi 230.001,60 manat ödəniş edilmişdir. Nəticədə AVİ-nin CNL-ə ümumilikdə (1.274.346,02 – 230.001,60) 1.044.344,42 manat məbləğində borcu ödənilməmiş qаlmışdır.
11. İddiaçı AVİ cavabdeh CNL-ə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CNL-ə xidmətin icrası qarşılığında artıq ödənilmiş 71.587 manat və dəymiş zərərin əvəzi olaraq 180.000 manat məbləğində pulun tutularaq AVİ-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. AVİ-nin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, AVİ ilə CNL arasında bağlanılmış 2021-ci il 4 oktyabr tarixli AVX №008\1021 nömrəli xidmət müqaviləsinə əsasən CNL torpaq qazılması-daşınması işlərinin görülməsi xidmətlərini həyata keçirmək öhdəliyini üzərinə götürmüşdür. CNL müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, işlərin 3/1 hissəsini icra etmişdir. Bundan əlavə, 2021-ci il 4 oktyabr tarixində tərəflər arasında 1 illik müqavilə bağlanılmasına baxmayaraq icraçı ilk işinin aktını 2022-ci ilin yanvar ayının sonunda təqdim etmişdir və bu da özlüyündə 2021-ci ilin oktyabr, noyabr və dekabr aylarında işlərin görülməməsini təsdiq edir. Müqaviləsinin 2.3-cü bəndini tam olaraq pozmuşdur. CNL-ə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü i l 20 aprel tarixli e-2-2(113)-1159/2023 nömrəli qərardadı ilə AVİ-nin CNL-ə qarşı pul tələbinə dair e-2-2(113)-1159/2023 nömrəli iş baxılması üçün hazırkı işlə bir icraatda birləşdirilmişdir. (hakim – L.Əliyeva).
14. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 may tarixli e-2-2(113)-1165/2023 nömrəli qətnaməsi ilə CNL-ın iddiası qismən təmin edilərək, AVİ-dən 1.232.326,4 manat məbləğində pul, 1.406,16 manat dövlət rüsumu və 510 manat hüquqi yardıma görə xərcin tutularaq CNL-ə ödənilməsi; AVİ-nin iddiasının rədd olunması qət edilmişdir (hakim Ü.Həsənova).
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 2021-ci il 4 oktyabr tarixli müqavilə bağlanmış, həmin müqavilə üzrə 2022-ci ilin yanvar ayından 2022-ci ilin iyul ayına qədər CNL tərəfindən görülmüş işlər AVİ tərəf indən təhvil alınmış, CNL tərəfindən AVİ-yə həmin müqavilə üzrə ümumilikdə 230.001,60 manat məbləğində əsas, 41.400,29 manat məbləğində əlavə dəyər vergisi ödənilmişdir. 16. 2022-ci ilin iyul ayı da daxil olmaqla CNL tərəfindən görülmüş işlərin ümumi dəyəri təqdim edilmiş təhvil-təslim aktlarına əsasən 1.274.346,02 manat (ƏDV daxil olmamaqla) təşkil etmiş, AVİ tərəfindən isə həmin dövr üzrə cəmi 230.001,60 manat məbləğində vəsait ödənilmiş, sonuncu ödəniş – 50.000 manat isə ümumiyyətlə işlər dayandırıldıqdan sonra 2022-ci ilin avqust ayında edilmişdir.
17. Məhkəmə AVİ tərəfindən təqdim edilmiş elektron qaimələr və ödəniş sənədləri ilə bağlı bildirmişdir ki, təqdim edilmiş elektron qaimələrdən görünür ki, həmin qaimələr CNL-ə deyil, AVİ-nin bilavasitə özünə təqdim edilmiş, həmin qaimələr üz rə borclu qismində CNL deyil, AVİ göstərilmiş, ödənişlərin təyinatı qismində hazırkı müqaviləyə deyil, digər müqavilələrə (həmin müqavilələrin tərəfi qismində AVİ-nin özünün bildirdiyinə görə AVİ və ödənişi alan şəxslər çıxış edir) istinad edilmişdir. Bu səbəbdən məhkəmə həmin ödənişlərin nəzərə alınmalı olması və bu səbəbdən artıq ödənilmiş 71.587 manat məbləğində pulun geri qaytarılmalı olması barədə qarşılıqlı iddia tələbini əsassız hesab etmişdir.
18. Məhkəmə CNL-in iddia ərizəsinin hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 52.217,22 manat faiz borcunun ödənilməsi tələbinin, həmçinin AVİ-nin iddia ərizəsinin vurulmuş 180.000 manat ziyanın ödənilməsi tələbinin təmin edilməsini mümkün hesab etməmişdir.
19. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mül ki Məcəlləsinin (bundan sonra - “MM”) 21.1, 21.2, 386.1, 425.1, 433.1, 433.2, 752.1, 753.1, 1096.1, 1096.2, 1097 və 1099-ci maddələrinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli qərarlarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 78.1, 114.1, 119.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. AVİ apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv və ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məh kəməsindəki icraat
21. Apellyasiya icraatında birinci instansiya məhkəməsinin qətnaməsi CNL-in iddia tələbinin təmin edildiyi və AVİ-nin iddia tələbinin rədd edildiyi hissələrdə yoxlanılmışdır.
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 may tarixli 2-2(103)-33/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi CNL-in iddia tələbinin təmin edildiyi hissədə dəyişdirilərək, AVİ-dən CNL-in xeyrinə podrat müqaviləsi üzrə 38.743,11 manat əsas borcun tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – Z.Şirinov və R.Qurbanov).
23. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış podrat m üqaviləsinə əsasən, CNL AVİ-nin sifarişi ilə müqaviləyə əlavədə siyahısı və qiymətləri nəzərdə tutulmuş işlərin görülməsini üzərinə götürmüş, və görülmüş işlərə görə AVİ tərəfindən ona 230.001,60 manat məbləğində vəsait ödənilmişdir.
24. Tərəflərin nümayəndələrinin izahatları və işdəki sənədlərə əsasən müəyyən olunmuşdur ki, podrat müqaviləsi üzrə işlərin 2022-ci il 4 oktyabr tarixinədək tam başa çatdırılması nəzərdə tutulsa da, podratçı 2022-ci ilin iyul ayında işləri yarımçıq dayandırmışdır.
25. Podratçı tərəfin nümayəndəsi müqavilədən imtina etməsinin səbəbini sifarişçi tərəfindən görülmüş işlərin dəyərinin tam ödənilməməsi olduğunu göstərsə də, sifarişçinin nümayəndəsi onlara göndərilmiş elektron qaimələr üzrə bütün ödənişlərin ödənildiyini, buna görə də sifarişçi tərəfindən öhdəliyi n pozulmadığını göstərmişdir.
26. İşin hallarından məlum olmuşdur ki, həqiqətən podratçı tərəfindən sifarişçiyə ümumilikdə ƏDV daxil 271.401,89 manat işin görülərək təqdim edilməsi barədə elektron qaimə göndərilmiş, sifarişçi tərəfindən göndərilmiş elektron qaimələrə müvafiq olaraq CNL-ə 230.001,60 manat məbləğində vəsait ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuşdur ki, ödənişlər hesab faktura təqdim olunduqdan sonrakı 45 gün ərzində həyata keçiriləcəkdir. Belə olan halda, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, sifarişçi podratçının ona göndərdiyi elektron qaimə və hesab fakturalar üzrə ödənişləri tam həyata keçirdiyindən podrat müqaviləsinin ləğv edilməsində sifarişçinin təqsiri olduğuna dair podratçının mülahizəsinin əsassız olduğu müəyyən olunur. 27. 2021-ci il 5 oktyabr tarixində tərəflər arasında müqaviləyə 2 saylı Əlavə imzalanaraq həmin əlavədə nəzərdə tutulmuşdur ki, bu müqavilə müddəti bitənədək (2022-ci il 4 oktyabr tarixinədək) işlər tam icra olunmadıqda sifariş veriləcək xidmətin adı və xidmət haqqı 1 saylı Əlavə ilə deyil, 2 saylı Əlavədəki qiymətlərlə hesablanacaq.
28. Məhkəmə kollegiyası 2 saylı Əlavənin şərtlərini nəzərə alaraq hesab etmişdir ki, müqavilədə nəzərdə tutulmuş işlər podratçı tərəfindən razılaşdırılmış tarixədək tam icra edilib təhvil verilmədiyindən görülmüş işlərin qiymətlərinin razılaşdırıldığı kimi 2 saylı Əlavəyə əsasən hesablanmalı olduğuna dair AVİ-nin mövqeyi əsaslıdır.
29. İşə apellyasiya qaydasında baxılarkən işlərin qəbul aktlarındakı dəyərinin 2 saylı Əlavədəki qiymətlərlə hesablanması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2024cü il 19 aprel tarixli 9/8444-5/1574 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, görülmüş işlərin dəyəri müqaviləyə 2 saylı Əlavə ilə hesablandıqda 640.615,50 manat təşkil edir. Tərəflər arasında təsdiq edilmiş qəbul aktlarında qiymətlər 1 saylı Əlavə ilə hesablansa da, podratçı ödənişin həmin qiymətlə tutulmasını o vaxt tələb edə bilərdi ki, öhdəliyin icra müddəti başa çatanadək bütün işləri tam görüb təhvil vermiş olsun.
30. Eyni zamanda, məhkəmə tərəfindən əsilləri iş materiallarına əlavə edilmiş “Razılaşma aktları”na əsasən müəyyən edilmişdir ki, müqavilə şərtlərinə əsasən podratçı tərəfindən əldə edilməli olan mal-materiallar sifarişçinin v əsaiti hesabına əldə edilmiş, CNL həmin aktları imzalamaqla AVİ-nin çəkdiyi xərclərin qaytarılacağını (bu barədə AVİ tərəfindən göndəriləcək elektron qaimələrin qəbul ediləcəyini) təsdiq etmişdir. 2024-cü il 19 aprel tarixli 9/8444-5/1574 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, bu aktlardakı məbləğlərin cəmi 330.470,50 manat təşkil edir.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, podratçı sifarişçinin onun əvəzinə çəkdiyi xərclərin ödənilməsini öz üzərinə götürdüyündən bu xərclər görülmüş işlərin dəyərindən çıxılmalıdır.
32. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış podrat müqaviləsinin vaxtından əvvəl ləğv edilməsində sifarişçinin təqsirli olub-olmamasına, 2 saylı Əlavənin şərtlərinə düzgün hüquqi qiymət verməmiş, AVİ tərəfindən sübut qismində təqdim edilmiş ra zılaşma aktlarına isə ümumiyyətlə hər hansı münasibət bildirməmiş, həmin aktların podratçı tərəfindən hansı səbəbdən imzalandığını araşdırmamış, nəticədə CNL-in xeyrinə tutulmalı olan borcun məbləği düzgün müəyyən edilməmişdir.
33. Məhkəmə sifarişçi tərəfindən sonuncu ödənişin işlər dayandırıldıqdan sonra 2022-ci ilin avqust ayında həyata keçirilməsini pozuntu olaraq qəbul etmiş, nəzərə almamışdır ki, podratçı tərəfindən sonuncu qaimə də 2022-ci il 22 avqust tarixində göndərilmiş və sifarişçinin bu qaimə üzrə təqdim edilmiş xidmətin dəyərini müqavilənin 4.2-ci bəndinə əsasən hesab faktura təqdim olunduqdan sonrakı 45 gün ərzində həyata keçirmək hüququ olduğu halda, elə həmin ayda da ödəniş edilmişdir.
34. Razılaşma aktlarındakı xərclərin hansı səbəbdən sifarişçi tərəfindən çəkildiyini AVİn in nümayəndəsi belə izah etmişdir ki, podratçıya məxsus bank hesablarının üzərinə incasso sərəncamı qoyulması səbəbindən o özü mal-material satan və texnika təqdim edən sahibkarlarla özü hesablaşa bilmədiyi üçün onun əvəzinə borcdan çıxılacağı şərti ilə sifarişçi mal-material almış, həmin xərclərin ödənilməsinin elektron qaimələrlə podratçıdan tələb ediləcəyinə dair razılaşma aktlar podratçı tərəfindən təsdiq edilmişdir. Razılaşma aktlarındakı xərclərin həqiqətən iddiaçının hesablarında inkasso sərəncamı olması ilə əlaqədar çəkildiyini CNL-in nümayəndəsi və vəkili məhkəməyə 2023-cü il 28 iyul tarixində təqdim etdiyi yazılı ərizəsində də təsdiq etmişdir. (iş mat. 2-ci cild 196-198-ci vərəqlər) Nümayəndə məhkəmə iclaslarında verdiyi izahatlarda və apellyasiya şikayətinə etirazda podrat müq aviləsinin 3.1.1-ci bəndinə əsasən podratçını materiallarla təmin etmək öhdəliyinin sifarişçiyə aid olduğunu göstərsə də, razılaşma aktlarının hansı səbəbdən CNL tərəfindən təsdiq edilməsinin məntiqi izahını verə bilməmişdir.
35. Göstərilənlərə əsasən, AVİ tərəfindən podrat müqaviləsi üzrə CNL-ə ödəniləcək məbləğ 38.743,11 manat (640.615,50 manat (faktiki görülmüş və təhvil verilmiş işlərin 2 saylı Əlavəyə əsasən hesablanmış məbləği) - 330.470,50 manat (razılaşma aktlarındakı xərclər) - 271.401,89 manat ödəniş) təşkil etdiyindən qətnamə CNL-in iddia tələbinin təmin edildiyi hissədə dəyişdirilərək AVİ-dən CNL-in xeyrinə 38.743,11 manat əsas borc tutulmalıdır.
36. Məhkəmə kollegiyası AVİ-nin iddia tələbinin rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 390.1, 442, 443.1, 443.2, 448.1, 448.2, 448.4, 752.1, 753.1, 759.1 və 760.1-ci, MPM-in 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
38. CNL kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. MPM-in 103.1-ci maddəsi üzrə - Ekspertin rəyi məhkəmə üçün məcburi olmasa da, apellyasiya məhkəməsi öz qətnaməsində müvafiq qiymətləndirmə aparmamış, bu rəyi digər sübutlarla birgə dəyərləndirməklə, gəlinmiş nəticənin hansı səbəbdən sübut olaraq qəbul edilməsi əsaslarını göstərməmişdir.
40. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə öz qətnaməsində göstərmişdir ki, tərəflərin nümayəndələrinin izahatları və işdəki sənədlərə əsasən podrat müqaviləsi üzrə işlərin 2022ci il 4 oktyabr tarixinədək tam başa çatdırılması nəzərdə tutulsa da, podratçı 2022-ci ilin iyul ayında işləri yarımçıq dayandırmışdır. Halbuki Bakı Kommersiya Məhkəməsinin qətnaməsində işlərin sonuncu dəfə cavabdeh tərəfindən 2022-ci ilin iyul ayında təhvil alındığı, iddiaçının həmin tarixdə işlərin ödənişlərin edilməməsi səbəbindən tərəflərindən dayandırıldığının bildirdiyi göstərilmişdir. Belə ki, iş materiallarından görünür ki, 2022-ci ilin iyul da daxil olmaqla iddiaçı tərəfindən görülmüş işlərin ümumi dəyəri təqdim edilmiş təhviltəslim aktlarına əsasən 1.274.346,02 manat (ƏDV daxil olmamaqla) təşkil etmiş, AVİ tərəfindən isə həmin dövr üzrə cəmi 230.001,60 manat məbləğində vəsait ödənilmiş, sonuncu ödəniş – 50.000 manat isə ümumiyyətlə işlər dayandırıldıqdan sonra 2022-ci ilin avqust ayında edilmişdir. Bu səbəbdən görülmüş işlərin dəyəri Əlavə 1 ilə deyil, Əlavə 2 ilə hesablanmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi düzgün olmayaraq, görülmüş işlərin dəyərini Əlavə 2 ilə hesablamışdır. Bundan başqa, məhkəmə-mühasibatlıq ekspertizasının 2 saylı Əlavədəki qiymətlərlə hesablanması da bu zaman ədalətli və əsaslı olmamışdır. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həqiqi halları ilə bağlı real vəziyyətin təfərrüatlı şəkildə təhlil edilməməsi də sonda bu məhkəmə tərəfindən düzgün olmayan hesablamalar aparılmaqla, ədalətsiz qətnamənin çıxarılmasına səbəb olmuşdur. Bütün bunlar o deməkdir ki, apellyasiya instansiya məhkəməsi işdəki sübutlara işin faktiki hallarına münasibətdə düzgü n qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
42. CNL apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı kassasiya şikayətinin dəlillərinə uyğun olaraq, yalnız CNL-in iddiasının apellyasiya baxışının predmetini təşkil etmiş hissəsinin (1.232.326,4 manat məbləğində əsas borcun tutulması) təmin olunmayan hissəsində yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
328. Şərtlə bağlanmış əqdlər... 328.6. Əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məz mununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə
483. Qarantiyanın qüvvəyə minməsi Əgər qarantiyada ayrı müddət nəzərdə tutulmayıbsa, qarantiya verildiyi gündən qüvvəyə minir.” “Maddə
489. Qarantın prinsipiala qarşı reqres tələbləri 489.1. Qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə
759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödə məlidir....” “Maddə
760. Müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsi 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun....”
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əs as ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası CNL-in kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
47. Apellyasiya instansiyası məhkəməsinin düzgün olmayaraq, görülmüş işlərin dəyərini Əlavə 2 ilə hesablanmasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, məhkəmə bu hesablamanı Əlavə 2-nin müvafiq şərtinə əsaslanaraq həyata keçirmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə işlərin 2022-ci il 4 oktyabr tarixinədək başa çatdırılması nəzərdə tutulduğu halda, işlərin 2022-ci ilin iyul ayında dayandırılaraq tam yerinə yetirilmədiyi işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halını təşkil edir.
48. MM-in 328.6-ci maddə sinə (bax § 44) görə, əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır.
49. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, xidmət haqqının dəyərinin Əlavə 2-nin müvafiq şərtinə uyğun olaraq hesablanmalı olmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə istər tərəflərin qəbul etdikləri Əlavə 2-nin müddəalarına, istərsə də qanunun tələblərinə uyğun olmuşdur.
50. Podratçının işləri dayandırmasını sifarişçi tərəfindən ödənişlərin edilməməsi ilə əlaqələndirməsinə gəldikdə isə, mübahisələndirilən qətnamədən məlum olur ki, sifarişçi podratçının ona göndərdiyi elektron qaimə və hesab fakturalar üzrə öd ənişləri tam həyata keçirmiş, o cümlədən podratçı tərəfindən 2022-ci il 22 avqust tarixində göndərilmiş sonuncu qaimə üzrə də elə həmin ayda ödəniş etmişdir.
51. O da qeyd olunmalıdır ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, ödənişlərin hesab-faktura təqdim olunduqdan sonrakı 45 gün ərzində həyata keçirilməli olması tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinin şərtidir.
52. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin podrat müqaviləsinin ləğv edilməsində sifarişçinin təqsiri olduğuna dair podratçının mülahizəsinin əsassız olması barədə gəldiyi nəticə ilə də razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
53. Kassasiya şikayətində məhkəmənin öz qətnaməsində ekspert rəyi ilə bağlı digər sübutlarla birgə qiymə tləndirmə aparmadığının, gəlinmiş nəticəni sübut olaraq qəbul etməsinin səbəblərini göstərmədiyinin bildirilməsinə baxmayaraq, kassatorun özü də həmin rəyin əsassız olmasına və məhkəmənin ekspert rəyi ilə bağlı yanlış nəticəyə gəlməsinə dair hər hansı tutarlı dəlil gətirə bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası MPM-in 418.3-cü maddəsinə (bax § 45) istinadən hesab edir ki, şikayətin hazırkı dəlili mübahisələndirilən qətnamənin ləğvi üçün yetərli deyildir.
54. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 45) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 45) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
55. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 2024cü il 30 may tarixli 2-2(103)-33/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin (hazırkı adı "xxxx" MMC) kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 30 may tarixli 2-2(103)-33/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.