Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-103/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: podrat müqaviləsinin ləğvi, müqavilə üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovunsədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, Cavabdeh MMC tərəfdinən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 oktyabr tarixli, 2-2(103)-1145/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasındabaxılmışdır. I. İŞİN HALLARİ
1. Sifarişçi Cavabdeh MMC ilə (bundan sonra – cavabdeh) podratçı İddiaçı arasında (bundan s onra – iddiaçı) 2019-cu il 28 oktyabr tarixdə QZSP 238/1119 saylı Podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehin sifarişinə uyğun olaraq müqavilədə nəzərdə tutulan işi icra etməyi, cavabdeh isə iddiaçıya razılaşdırılmış muzdu ödəməyi öhdələrinə götürmüşlər. 2. 2020-ci il 30 aprel tarixli təhvil-təslim aktının surətindən görünür ki, iddiaçı tərəfindən 30.435 manat dəyərində tam həcmdə yerinə yetirilmiş işlər cavabdeh tərəfindən qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı 2021-ci il 16 may tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək aralarında bağlanmış podrat müqaviləsinin ləğv edilməsi, 23.435 manat məbləğdə əsas borc məbləğinin, 5% illik rəsmi inflyasiya nəzərə alınmaqla 1.171 mana t məbləğdə pulun, 5.000 manat mənəvi ziyan olmaqla, cəmi 29.606 manat, habelə 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında Podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə müxtəlif tikinti-quraşdırma işlərinin görülməsi nəzərdə tutulmuşdur. Sözügedən müqavilə əsasında cavabdeh ilə razılaşdırılmış işlər ayrı-ayrı vaxtlarda iddiaçı tərəfindən görülərək cavabdehə akt əsasında təhvil verilmiş və cavabdeh tərəfindən ödənilməli olan pul məbləğləri ödənilmişdir. Bundan sonra, podrat müqaviləsinə 5 saylı Əlavə əsasında müəyyən edilmiş işlər podratçı tərəfindən icra edilmişdir. Həmin işlərin icra edilməsi və gör ülən işlərin dəyəri 30435 manat məbləğdə olması barədə 2020-ci il 30 aprel tarixli, ST300420 saylı Təhvil-təslim aktı tərtib edilərək tərəflər arasında müvafiq qaydada imzalanmışdır. Odur ki, cavabdeh 7000 manat məbləğdə pulu iddiaçıya ödəmiş, geri qalan məbləği isə qısa zaman ərzində ödəyəcəyini öz üzərinə götürmüşdür. Lakin, artıq uzun müddətdir ki, cavabdeh tərəfindən geri qalan borc pul məbləğinin ödənilməsi üzrə hər hansı tədbir görülməmişdir. Dəfələrlə sözügedən müqavilənin dəyərinin tam şəkildə ödənilməsi, yəni geri qalan borc pul məbləğinin qaytarılması cavabdehdən tələb olunsa da, cavabdeh nə bu tələblərə əhəmiyyət verməmiş, nə də ki, borc pul məbləğini geri qaytarmamışdır. İşin sifarişçi tərəfindən Akt əsasında qəbul olunmasına baxmayaraq, muzdun ödənilməsindən əsassız olaraq imt ina edilməsi iddiaçıya maddi və mənəvi zərər vurulmasına səbəb olmuşdur. Cavabdeh 23435 (iyirmi üç min dörd yüz otuz beş) manat məbləğində pulu qanunsuz olaraq saxlamaqla iddiaçının əmlak hüquqlarını kobudcasına pozmuşdur. Ona görə də, hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, ödənilməli olan qalıq məbləğin bir ildən artıq müddətdə ödənilməməsi iddiaçıya maddi ziyan vurulması kimi qiymətləndirilməlidir. Rəsmi inflyasiyanın illik 5%-lik dərəcəsi nəzərə alınmaqla 1171 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə vurulmuş zərərin əvəzi kimi tutulmalıdır.
5. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 8 iyul tarixli, e-2-2(113)-2589/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən – podrat müqaviləsinin ləğv edilməsi və cavabdehdən 23.435 manat məblə ğində əsas borcun tutulması hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır (hakim – Z.Pirverdiyev).
6. Həmin məhkəmə bildirmişdir ki, cavabdeh tərəfindən görülən işin dəyərindən 7.000 manat iddiaçıya ödənilmiş, qalan 23.435 manat məbləğ ödənilməmişdir. Podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. İddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibət ləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, görülmüş işləri cavabdehə təhvil vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Podrat müqaviləsinə və Təhvil-təslim aktına əsasən 23.435 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
7. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 28.1-ci bəndinə əsasən podratçı (iddiaçı) podrat müqaviləsini ancaq o halda ləğv edə bilər ki, sifarişçi (cavabdeh) müqavilə öhdəliklərini kobud qaydada pozsun və pozuntuların aradan qaldırılması ilə bağlı heç birtədbir görməmiş olsun. Cavabdeh, iddiaçı tərəfindən görülmüş işlər təhvil verildiyi tarixdən 1 ildən artıq müddət keçməsinə baxmayaraq muzdu ödəməməklə və bununla bağlı heç bir tədbir görməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur ki, qeyd olunan xüsusat Podrat müqaviləsinin ləğv edilməsinə əsas verir.
8. Məhkəmə iddia tələbinin 5% illik rəsmi inflyasiya nəzərə alınmaqla pulun ödənilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, bu hal nə qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmadığından iddia həmin hissədə təmin edilə bilməz. Həmçinin iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mü lki Məcəllə) 385.1, 386.1, 421.1, 421.2, 442, 448.1, 752.1, 755-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 80-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.
10. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 oktyabr tarixli, 2-2(103)-1145/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – podrat müqaviləsinin ləğv edilməsi hissəsində ləğv olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışd ır(sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
12. Məhkəmə kollegiyası hesab etmişdir ki, mülki qanunvericiliyin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin, iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barədə qanunla qoyulmuş qaydaya əməl etməmişdir. Belə ki, iddiaçının cavabdehə göndərdiyi 2020-ci il 11 noyabr tarixli xəbərdarlıqda müqavilənin ləğv edilməsi təklifi mövcud olmamışdır. Həmçinin, mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi ilə bağlı qanunla qoyulan qaydanı tətbiq e tmək imkanı da itirilmişdir. Belə ki, tərəflər arasında tərtib olunmuş təhvil-təslim aktına görə müqaviləyə 5 nömrəli əlavədə razılaşdırılan işlər tam həcmdə yerinə yetirilmişdir. Müqavilənin 36.1-ci bəndinə əsasən isə, “Podrat müqaviləsi tərəflər öhdəliklərini tam şəkildə yerinə yetirənə qədər qüvvədə qalır.” Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər öhdəliklərini tam şəkildə 30.04.2020-ci il tarixdə yerinə yetirdiyindən, podrat müqaviləsi də həmin vaxtadək qüvvədə qalmış, bu tarixdən sonra isə qüvvədən düşmüş, bununla da müqavilənin ləğv edilməsinə duyulan zərurət aradan qalxmışdır.
13. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 399.1, 399.4, 442, 448.1, 448.2, 752.1, 753.1, 769,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 oktyabr tarixli, e-2-2(103)-1145/2021 saylı qərardadı ilə iş üzrə icraata Podrat müqaviləsinin ləğv edilməsi hissəsində xitam verilmişdir.
15. Apellyasiya məhkəməsi qərardadı MPM-in 261.0, 261.0.9, 262.1, 384.0, 384.0.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 7 noyabr tarixdə iş üzrə tərəflərə göndərilmiş, həmçinin eyni tarixdə iddiaçının qanuni təmsilçisi və cavabdehə məxsus şəxsi elektron kabinetlərdə yerləşd irilmişdir.
17. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək onun iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul olunmasınıxahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
18. İşə apellyasiya məhkəməsində baxılarkən iddiaçının tələb etdiyi borc məbləği araşdırılmamış, bununla da prosessual hüquq pozuntusuna yol verilmişdir. Cavabdeh hesab edir ki, məhkəmə borc məbləğinin düzgün müəyyən olunması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etməli idi. Bundan başqa, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirakı da təmin edilməmiş və çəkişmə prinsipi pozulmuşdur. b) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etirazında iddiaçı bildirmişdir ki, aşağı instansiya məhkəmələri tərəfindən iş materiallarında olan sübutlar hərtərəfli araşdırılmış, sübutlar tam və yetərli olduğu, həmçinin cavabdehin buna dair hər hansısa tələbi və ya vəsatəti olmadığı üçün ekspertizanın keçirilməsi zərurəti olmamışdır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaları müvafiq olaraq qiymətləndirilmiş və əsaslı qətnamə qəbul olunmuşdur. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
20. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi qismən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədəyoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərə flər üçün məcburi olur. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının mu zdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlan ılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
25. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
26. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi iddiaçının tələb etdiyi borc məbləği araşdırılmamış, bununla da prosessu al hüquq pozuntusuna yol verilmişdir. Halbuki, borc məbləğinin düzgün müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etməli idi.
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
28. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış podrat müqaviləsinə 5 nömrəli əlavə üzrə işlərin tam həcmdə yerinə yetirilməsinə dair 2020-ci il 30 aprel tarixdə təhvil-təslim aktı imzalanmış və cavabdehin möhürü ilə təsdiq edilmişdir. Həmin təhvil-təslim aktında görülmüş işlərin dəyərinin 30.435 manat təşkil etdiyi öz əksini tapmışdır. İddiaçı cavabdeh tərəfindən ona həmin görülmüş işlərin dəyərindən 7000 manat vəsaitin ödənildiyi bildirmiş, cavabdeh isə geridə qalan məbləği mübahisələndirsə də, podrat müqaviləsinə 5 saylı əlavə üzrə görülmüş işlərin tam həcmdə dəyərinin iddiaçıya ödənilməsinə dair aşağı instansiya məhkəmələrinə hər-hansı sübutlarını təqdim edə bilməmişdir.
29. MPM-in tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
30. Bu maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəf lərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.
31. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
32. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmu ş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
35. MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçü n məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğin ona ödənilib-ödənilməməsi və yaxud belə bir borcun mövcudluğunu şübhə altına ala biləcək hər-hansı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmadığından və həmin borc məbləğini yalnız ümumi ifadələrlə şübhə altına aldığından və borc məbləğinin müəyyənləşdirilməsi xüsusi bilik tələb etmədiyindən iş üzrə ekspertizanın keçirilməsinə zərurət qalmamış, apellyasiya məhkəməsi iş materialları əsasında hüquqi qiymətləndirməni düzgün aparmışdır.
37. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirakı da təmin edilməmi ş və çəkişmə prinsipi pozulmuşdur.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə də razılaşmadığını qeyd edir.
39. Belə ki, iş materiallarından görünür ki, cavabdehin apellyasiya şikayətinə 2021ci il 18 oktyabr tarixdə baxılacağına dair 2021-ci il 11 sentyabr tarixli məhkəmə bildirişi cavabdehin kassasiya şikayətində faktiki fəaliyyət ünvanı olaraq göstərilən ünvan 1siya şikayətində göstərilən “**********” telefon nömrəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatın əks olunduğu sms xəbərdarlıq göndərilmiş və məhkəmə bildirişi iddiaçının qanuni təmsilçisi X1 Herrmannın elektron məhkəmə informasiya sistemindəki elektron kabinetində yerləşdirilmişdir.
40. MPM-in 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak e dən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
41. Göründüyü kimi cavabdehə məhkəmə bildirişi, sms xəbərdarlıq və elektron məhkəmə informasiya sistemindəki elektron kabinet vasitəsi ilə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh isə buna baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbdən baş verməsinə dair apellyasiya məhkəməsinə hər-hansı məlumat təqdim etməmişdir. Bu səbəbdən, cavabdehin apellyasiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulmasına dair dəlili əsaslı və anlaşılan deyildir.
42. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin h allarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.
43. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 oktyabr tarixli, 2-2(103)-1145/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
44. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
45. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 oktya br tarixli, 2-2(103)-1145/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.