Məhkəmə qərarları › İş №2-2(102)-113/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-113/2021

09.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-113/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası AAAAAAAAAA oğlunun Cavabdeh1 MMC-yə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: icra mümkün olmadığı üçün borc öhdəliyinə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Hüseynova Sevda Əziz qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçı AAAAAAAAAA oğlu və vəkili Vəkil, cavabdeh MMC-nin nümayəndəsi X1 və vəkili X2 iştirakı ilə, İddiaçı AAAAAAAAAA oğlunun Cavabdeh1 MMC-yə qarşı icra mümkün olmadığı üçün borc öhdəliyinə xitam veri lməsi haqqında iddia tələbinə və Cavabdeh1 MMC-nin AAAAAAAAAA oğluna qarşı müqaviləyə əsasən yaranmış borcun ödənilməsi haqqında qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(103)-330/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İşin materiallarında olan, Cavabdeh1 MMC-nin İmişli filialı tərəfindən verilmiş arayışa əsasən, AAAAAAAAAA oğlunun hesabına köçürülən məbləğlərə görə, 15.700 (3.200 + 5.000 + 4.000 + 3.500) manat, 1.260 kq toxumçuluq çiyidinə görə 6.451,2 manat, çöp doğramaya görə, 280 manat, cəmi 22.431,2 manat borcu vardır.

2. İşin materiallarında olan, xx x xxx 2018-ci il tarixli akta əsasən, İmişli rayon Fövqəladə Hallar Komissiyasının sədri, RİH Başçısının birinci müavini S.Ağayev, xxxx İdarəsinin rəisi S.Məhərrəmov, Kənd Təsərrüfatı MMC-nin sədri R.Kazımov, X5 ərazi dairəsi üzrə nümayəndəsi B.Xəlilov, Qulubəyli bələdiyyəsinin sədri Ə.Astanov, mütəxəssis-aqronom Q.Abbasov və fermer başçısı Qulubəyli kənd sakini E.Qasımov tərəfindən Qulubəyli kənd sakini AAAAAAAAAA oğlunun əkmiş olduğu 50 hektar torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, pambıq sahəsinin 75-80%-ni 40 hektara yaxın pambıq bitkisini “Mərakeş” çəyirtkəsi yeyərək məhv etmişdir.

3. İşin materiallarında olan, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika X4 Vəkillər Kollegiyası 18 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.202 0-ci il tarixli, 15/1-26 saylı məktubuna əsasən, İmişli rayon X4 2018ci il may-iyun aylarında verdiyi hesabatlara və aktlara əsasən may ayında Mərakeş çəyirtkəsinə qarşı 7.200, iyun ayında 3.900 ha ərazidə mübarizə tədbirləri həyata keçirilmişdir. Mərkəzin x xxxx 2020-ci il tarixli, 15/1-40 saylı məktubu ilə Cavabdeh1 MMCnin sorğusuna cavab olaraq bildirilmişdir ki, İmişli rayon X4 baş aqronomu S.Muradov tərəfindən Respublika Bitki Mühafizəsi Mərkəzinə təqdim olunmuş 05 nömrəli, xx.xx.2020-ci il tarixli arayışa əsasən, 2018-ci ilin may və iyun aylarında İmişli rayonu ərazisində Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirləri aparılan zaman Qulubəyli kəndinin ərazisində AAAAAAAAAA oğluna məxsus pambıq sahəsində çəyirtkələrin yumurtaqoyma dövründə təxminən 3-4 hektar sahədə siyarətlənmə müşah idə edilmiş və həmin sahədə görülmüş mübarizə tədbirləri nəticəsində çəyirtkələr məhv edilmişdir. Mübarizə tədbirləri vaxtında aparıldığı üçün sahəyə heç bir ziyan dəyməmişdir. Ümumiyyətlə, həmin dövrdə İmişli rayonunun ərazisində heç bir fermerin əkin sahəsinə ziyan dəyməmişdir.

4. İşin materiallarında olan, işə mütəxəssis qismində cəlb edilmiş F.Kərimovun izahatına görə, onun ixtisası aqronom, bioloqdur. Hazırda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnovasiya Mərkəzində direktor müavini vəzifəsində işləyir. Çəyirtkələrin qarşısını almaq mümkündür. Əgər ərazi bir dəfə dərmanlanarsa, onlar dayanarlar. X9 Respublikası ilə həmsərhəd olan ərazilərə gedir. Dəstə ilə yaşayırlar, hücum edirlər. 40 hektar ərazini çəyirtkə məhv edə bilməz. İlk növbədə Azərbaycan Respub likası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət hesabına dərmanlama aparılır. 40 hektar ərazini məhv etmək üçün minimum 10 gün lazımdır o şərtlə ki, bir yerdə otursunlar. Çəyirtkə ilə mübarizə daim aparılır, onları yumurtaları qoyub gedir və sonra İranla sərhəddə Nazirliyin əməkdaşları dərmanlama işləri aparır.

5. İşin materiallarında olan, şahid qismində dindirilmiş B.Xəlilovun ifadəsinə görə, O, X5 ərazi Dairəsi üzrə nümayəndəsidir. AAAAAAAAAA oğlu onlara müraciət etmiş, onlar da bu barədə Kənd Təsərrüfatı Nazirliyinə və Cavabdeh1 MMCyə məlumat vermişlər. O, pambıq əkilən sahədə olmuş, çəyirtkələrin sahəyə çox ziyan vurmuş, rayon idarəsi tərəfindən dərmanlama işləri aparılmış, həmçinin akta imza etmişdir.

6. İşin materiallarında olan, şahid qismində dindirilmiş V,Zaidovun ifadəsinə görə, O, X5 ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. Oktyabr ayında ərazidə olmuş, aktı imzalamamışdır. Dərmanlama işləri aparılmış, 2-3 hektar ərazidə ölmüş və ölümə yaxın çəyirtkələr olmuşdur.

7. İşin materiallarında olan, şahid qismində dindirilmiş Ə.Astanovun ifadəsinə görə, O, İmişli rayon Qulubəyli kənd Bələdiyyəsinin sədri vəzifəsində işləyir. xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə sahədə olmuş, ərazidə ölən çəyirtkələr var idi.

8. İşin materiallarında olan, şahid qismində dindirilmiş S.Məhərrəmovun ifadəsinə görə, O, İmişli rayon Aqrar İnkişaf İdarəsinin direktoru vəzifəsində işləyir, sahəyə getməmişdən əvvəl dərmanlama işləri aparılmış, çəyirtkələrin 95%-nin öldüyünü, 5%-nin isə ölümə yaxın olduğunu görmüş, aktı oxumadan imzalamış, çəyirtkə 40 hektar sahədə olan pambığı yeməmiş, bəlkə 2 hektar sahədə olan pambığı yemişdir. Çəyirtkənin dərmanlama tədbirləri ilə Bitki Mühafizə İdarəsi məşğul olur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

9. İlk İddiaçı AAAAAAAAAA oğlu cavabdeh “X6” MMC-yə qarşı (hazırda Cavabdeh1 MMC adlanır) ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddiaçının cavabdeh MMC-yə müqavilə üzrə öhdəliklərinin icrası üçün borclu olduğu 22.000 manat məbləğində pul borcunun ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Eyni zamanda Cavabdeh1 MMC AAAAAAAAAA oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, E.Qasımovla “xxxx” MMC arasında bağlanmış xx.xx.2018ci il tarixli 10 saylı alqı-satqı müqaviləsinə əsasən ilk iddiaçının sifarişi əsasın da 23.070,48 manat məbləğində verilmiş avans, görülmüş iş və xidmətlərdən qalan 22.683,08 manat borc məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddiaçı E.Qasımovla “xxxx” MMC arasında bağlanmış “Pambıq məhsulunun təhvil verilməsi haqqında” müqaviləyə əsasən, ilk iddiaçı İmişli rayonu Qulubəyli kəndi ərazisində 50 ha pambıq sahəsi əkmiş, həmin sahəni aqro-texniki qaydada təlimatda nəzərdə tutulmuş tələbləri yerinə yetirərək becərmişdir, lakin Mərakeş çəyirtkəsinin 50 ha pambıq sahəsinin 40 ha hissəsində pambığı tamamilə yeyib məhv etməsi nəticəsində pambıq bitkisi məhsulu vermək imkanından məhrum oİmuşdur. Bu fakt İmişli rayon Fövqəladə Hallar Komissiyasının sədri, RİH-nin başçısının Birinci müavini S.Ağayevin sədrliyi və “xxxx” MMC-nin və digər aidiyyəti qurumların, o cümlədən mütəxəssis aqronomun iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli Aktla da təsdiq edilmişdir, ilk iddiaçı ondan asılı olmayan səbəbdən baş vermiş hadisə nəticəsində müqavilə öhdəliyini yerinə yetirmək imkanından məhrum olmuşdur.

12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, E.Qasımovla “xxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Alqı-satqı müqaviləsi”nə əsasən, E.Qasımova 50 ha torpaq sahəsində pambıq becərilməsi ilə əlaqədar sonuncunun sifarişi əsasında ona becərmə işləri üçün 15.700 manat, toxumluq-çiyidə görə 6.627,6 manat, pambığın əllə yığımına görə 77,48 manat, təhvil verilən xam pambığa görə 387,40 manat və aqrolizinq xidmətinə görə 280, cəmi 23.070,48 manatlıq vəsait verilmiş, iş və xidmət göstərilmişdir. Müqaviləyə əsasən göstərilən xidmət müqabilində E.Qasımov həmin sahədə yüksək keyfiyyətli pambıq əkib-becərməyi və əldə edilmiş xam-pambığı müqavilə ilə müəyyən şərtlər daxilində "xxxx" MMC-yə təhvil vermək barədə öhdəliyinin olmasına baxmayaraq, üzürsüz səbəblərdən müqavilə üzrə öhdəliyinin icrasından yayınmışdır.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən L.Əliyeva; iş No 2-2(113)-138/2020) ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, AAAAAAAAAA oğlundan 22.327,6 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı MMCyə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsinin qətnaməsin də qeyd edilənlərə görə, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 10 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətləri yaranmışdır.

15. İlk iddiaçı E.Qasımov ilk iddia ərizəsində həmin müqavilə üzrə 22.000 manat məbləğində pul öhdəliyinə icrası mümkün olmaması əsası ilə xitam verilməsini tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçı MMC isə qarşılıqlı iddia ərizəsində həmin müqavilə əsasında yaranmış 22.683,08 manat məbləğində pul öhdəliyinin E.Qasımov tərəfindən icra edilməsini tələb edir.

16. İlk iddia tələbinin qanuni əsası qismində Mülki Məcəllənin 556.1-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin ic rasını tələb edə bilməz. Maddənin məzmunundan göründüyü kimi qanunverici icranın mümkün olmaması əsası ilə öhdəliyə xitam verilməsi üçün iki əsas şərt müəyyən etmişdir. Birincisi, öhdəliyin icrası mümkünsüz olmalıdır və ikincisi, icra edilmənin mümkünsüzlüyü tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəlməlidir.

17. Göstərilən maddədə nəzərdə tutulmuş öhdəliyə xitam verilməsi üçün əsas olan icra mümkünsüzlüyü dedikdə, öhdəliyin daimi olaraq (qeyri-müəyyən müddətə) icra edilməsinin ümumiyyətlə mümkün olmaması başa düşülür. Belə mümkünsüzlük, məsələn, müqavilənin predmeti olan fərdi-müəyyən edilmiş əşyanın məhv olması, öhdəliyin predmeti növlü əşya olduqda həmin əşyanın dövriyyədə olmaması (fiziki cəhətdən mümkünsüzlük) və ya normativ hüquqi aktla müəyyən növ öhdəliklərin icrasını n qadağan edilməsi (hüquqi cəhətdən mümkünsüzlük) ilə bağlı ola bilər. Bu zaman öhdəliyin icrasında yaranmış çətinliklər, o cümlədən maliyyə çətinlikləri tərəflərin iradəsindən asılı olmayan səbəblərdən yaransa belə, icra mümkünsüzlüyü kimi qəbul edilmir.

18. Hazırkı işdə isə ilk iddiaçının xitam verilməsini tələb etdiyi öhdəlik pul öhdəliyi olduğundan, yəni öhdəliyin predmeti olan pul vəsaiti daimi dövriyyədə olan əşya olduğundan Mülki Məcəllənin 556-cı maddəsi hazırkı mübahisəyə tətbiq edilməsi üçün əsaslar müəyyən edilmir.

19. Tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş mübahisəli müqavilə mahiyyətinə görə müxtəlif müqavilə növlərinin ünsürlərini özündə cəmləşdirən qarışıq müqavilədir. Müqavilənin Cavabdeh1 tərəfindən E.Qasımova pambıq becərilməsi üçün toxum, mineral gübrənin, pestisid və s. satılmasına dair hissəsində nisyə alqı-satqı müqaviləsinin, pambıq əkilib-becərilməsi üçün borc pul verilməsi hissəsində borc müqaviləsinin, aqroservis bölmələri tərəfindən xidmət göstərilməsi hissəsində isə xidmət müqaviləsinin, pambıq yetişdirildikdən sonra Cavabdeh1 MMC-yə satılması hissəsində isə ilkin alqı-satqı müqaviləsinin ünsürləri mövcuddur.

20. Göründüyü kimi, Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən, hazırkı mübahisənin predmetini təşkil edən E.Qasımovun pambığın əkilib-becərilməsi məqsədilə borc aldığı pulun qaytarılması barədə öhdəliyinə borc müqaviləsinin, alınmış toxum və s. dəyərinin ödənilməsi barədə öhdəliyinə nisyə alqı-satqı müqaviləsinin və göstərilmiş xidmətlərin ödənilməsinə dair öhdəliyinə qanunun analogiyası üzrə podrat müqavilə sinin müddəaları tətbiq edilməlidir.

21. Belə olan halda isə, ilk iddia üzrə iddiaçı E.Qasımovun müqavilə əsasında alınmış borc məbləğindən, mallardan və göstərilmiş xidmətlərdən istifadə etməklə başladığı inkişaf etdirdiyi sahibkarlıq fəaliyyətinin uğurlu olmaması, həmin fəaliyyətdən mənfəət əldə edə bilməməsi sonuncunu borcun qaytarılması, alınmış malların və göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi öhdəliyinin icrasından azad edən hal kimi qəbul_edilə bilməz. Əks yanaşma həm müvafiq olaraq borc, alqı-satqı, podrat müqavilələrinin qanunvericilikdə nəzərdə tutulmuş təməl normalarına, həm də tərəflər arasında bağlanmış müqavilənin yuxarıda göstərilən şərtlərinə ziddir.

22. Həmçinin, Mülki Məcəllənin 566-cı maddəsinin hazırkı mübahisənin predmeti olan pul öhdəliklərinə tətbiq edilə bilm əsi və iddiaçının iddia tələblərinin istinad etdiyi halların mübahisəli öhdəliklərə xitam verilməsi üçün əsas ola bilməsi ehtimal olunsa belə, ilk iddia təmin edilə bilməz. Belə ki, ilk iddiaçı E.Qasımov iddia tələbini iradəsindən asılı olmayan hallar (pambıq bitkisinin “Mərakeş” çəyirtkəsi tərəfindən yeyilməsi) nəticəsində torpaq sahəsinin pambıq məhsulu verməməsi ilə əsaslandırsa da, nə torpaq sahəsindən məhsul götürə bilməməsini, nə də məhsul götürə bilməməsinin ondan asılı olmayan hallarla bağlı olmasını məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir.

23. Məhkəməyə sübut qismində təqdim edilmiş xx.xx.2018-ci il tarixli Aktda E.Qasımovun icarəsində olan 40 hektar torpaq sahəsində pambığın çəyirtkələr tərəfindən yeyilməsi göstərildiyi halda, məhkəmə iclasında şahid qismində dindirilmi ş, həmin aktı imzalamış şəxslərdən V,Zaidov və S.Məhərrəmov torpaq sahəsinin pambığın yalnız bir hissəsinin (2-3 ha ərazidə) çəyirtkə tərəfindən yeyilməsini təsdiq etmiş, digər şahidlər B.Xəlilov və Ə.Astanov isə çəyirtkənin əraziyə ziyan vurduğunu göstərsələr də, sahəyə hansı həcmdə (bütün sahəyə və ya yalnız müəyyən hissəsinə) ziyan vurulduğunu konkretləşdirməmişlər. Bununla yanaşı işin materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika X4 x xxxx 2020-ciiltarixli,15/1-40 saylı məktubundan da görünür ki, 2018-ci ilin may və iyun aylarında E.Qasımova məxsus pambıq sahəsində çəyirtkələrin yumurtaqoyma dövründə yalnız 3-4 hektar sahədə siyarətlənmə müşahidə edilmiş və həmin sahədə görülmüş mübarizə tədbirləri nətic əsində çəyirtkələr məhv edilmişdir.

24. Göründüyü kimi, ilk iddia üzrə iddiaçının 40 hektara yaxın sahədə pambığın çəyirtkələr tərəfindən yeyilməsini təsdiq etmək üçün təqdim etdiyi akt ilə həmin aktı imzalamış, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri arasında uyğunsuzluqların mövcud olduğu, ilk iddia üzrə iddiaçının yuxarıda göstərilən dəlilini təsdiq edən digər mötəbər sübutların isə məhkəməyə təqdim edilmədiyi, eləcə də çəyirtkələrinin qarşısının alınmasının mümkün olmaması barədə ilkin iddia üzrə iddiaçının dəlilləri mütəxəssis rəyi ilə təkzib edilir.

25. Beləliklə, E.Qasımovun iddia tələbinin əsası kimi istinad etdiyi yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır, ona \ör də, E.Qasımovun Cavabdeh1 MMC-yə qarşı pul öhdəliyinə xi tam verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir.

26. Cavabdeh1 MMC-nin E,Qasımova qarşı pul öhdəliyinin icra edilməsi haqqında qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd olunmalıdır ki, hər iki tərəf E.Qasımovun Cavabdeh1 MMC qarşısında mübahisəli müqavilədən irəli gələn pul öhdəliyinin olmasını qəbul etsə də, həmin öhdəliyin məbləği ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. E.Qasımov ilk iddia ərizəsində həmin öhdəliyin 22.000 manat təşkil etməsini göstərdiyi halda, Cavabdeh1 MMC öhdəliyin 22.683,08 manat olmasını iddia edir.

27. İşin materiallarından isə görünür ki, Cavabdeh1 MMC mübahisəli müqaviləyə əsasən E.Qasımovun MMC tərəfindən ona borc verilməsindən irəli gələn 15.700 manat məbləğində və toxum-çiyidin təqdim edilməsindən irəli gələn 6627,6 manat məbləğində, cəmi 22.327,6 manat məbləğində pul öhdəliyinin mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, E.Qasımovun pambığın əllə yığımına görə 77,48 manat və aqrolizinq xidmətinə görə 280 manat məbləğində borcunun olmasını təsdiq edən sübutlar isə onun tərəfindən məhkəməyə təqdim edilməmişdir.

28. Həmin qətnamədən narazı qalan ilk iddiaçı E.Qasımov ondan apelyasiya şikayəti verərək, qətnaməni ləğv edərək, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş edilmişdir. Apellyasiya instansiyasl məhkəməsindəki icraat

29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər C.Yusifov və V.Baxışova; iş No 2-2(103) 330/2020) ilk iddiaçı E.Qasımov tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

30. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, ilk iddiaçı istinad etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

31. İlk iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2018-ci il tarixli Akt isə hazırki halda hər hansı hüquq müəyyənedici əhəmiyyət kəsb etmir. Çünki akt mahiyyət etibarı ilə müəyyən hadısə və ya faktı təsdiq etmək üçün tərtib edilən yazılı sənəddir və onu istənilən şəxs tərtib edib imzalaya bilər. Lakin hazırk i işdə həmin aktı tərtib etmiş şəxslərin məhz bu sahədə ixtisaslaşmış şəxslər olduğunu təsdiq edən heç bir sübut mövcud deyildir.

32. Eyni zamanda yuxarıda da qeyd olunduğu kimi, həmin aktı imzalamış şəxslər 1-ci instansiya məhkəməsində şahid qismində dindirilmiş və onlardan S.Məhərrəmov aktı oxumadan imzaladığını, digər şahid B.Xəlilov isə məhz ilk iddiaçının istinad etdiyi kimi, 40 ha sahənin hamısının çəyirtkələr tərəfindən yeyilməsi ilə bağlı hər hansı ifadə verməmişdir.

33. İlk iddiaçının təqdim etdiyi fotoşəkillərə dair qeyd olunmalıdır ki, əvvəla, həmin fotoşəkillərin məhz ilk iddiaçıya məxsus sahədə çəkilməsi müəyyən deyildir. İkincisi, həmin fakt təsdiq olunsa belə, bu ilk iddiaçının istinad etdiyi halları təsdiq etmir. Çünki ilk iddiaçı kifayət qədər böyük olan 40 ha pambıq sahəs inə çəyirtkələrin zərər yetirdiyini bildirsə də, məhz həmin sahəni özündə açıq-aydın əks etdirən hər hansı foto, video-görüntüləri məhkəməyə təqdim etməmişdir.

34. Bundan başqa, məhkəmə iclasında ilk iddiaçı özü bildirmişdir ki, O, uzun illərdir ki, bu sahədə fəaliyyət göstərir. Əvvəlcədən çəyirtkələrin qarşısının alınması üçün tədbirlər görülməli idi. Çəyirtkələrin qışlama yeri var və həmin vaxt onlar yumurtalarından çıxmadan məhv olsaydılar, pambıq sahəsinə bu qədər zərər yetirilməzdi. Lakin bu tədbirləri görmək onun deyil, bu sahədə ixtisaslaşmış dövlət orqanlarının vəzifəsidir.

35. Bununla bağlı qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinin “ə” yarımbəndinə əsasən istehsalçı, pambıq əkilən sahədə pambığın itkilərdən qorunması üçün tədbirlər görməyi, “i” y arımbəndinə əsasən isə pambıq sahələrinin suvarılmasını, eləcə də tələb olunan digər aqrotexniki tədbirləri vaxtında aparmağı, səpinqabağı və ya səpinlə birlikdə hər hektar pambıq əkiləcək sahəyə 100 kq ammofos və ya nitroammofos və vegetasiya dövründə ammonium nitrat mineral gübrəsinin verilməsini təmin etməyi, istehsal etdiyi xam pambığı laboratoriya tərəfindən müəyyən edilmiş standartlara əsasən nəmlik, zibillik və növünə uyğun kondisiya çəkidə “X6” MMC-yə təhvil verməyi öz öhdəsinə götürmüşdür.

36. Göründüyü kimi, ilk iddiaçı bu sahədə uzun müddət işləyən şəxs kimi adı çəkilən ziyanvericilərin pambıq sahəsində mövcud ola biləcəyini və çəyirtkələrin qarşısının alınması üçün tədbirlər görülməli olduğunu əvvəlcədən bilirdi.

37. Eyni zamanda hamıya bəlli olan haldır ki, kənd təsərrüfatı, x üsusilə pambıqçılıq, üzümçülük, taxılçılıq və s. kimi daha çox zəhmət və əmək tələb edən sahə ilə məşğul olan istənilən şəxs bilir və bilməlidir ki, yüksək keyfiyyətli məhsul əldə etmək məqsədilə, istər ziyanvericilərdən qorunma, istərsə də, məhsulun bol və keyfiyyətli olması üçün tədbirlər əvvəlcədən görülməlidir. Təsadüfi deyildir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə də Cavabdeh1 MMC tərəfindən istehsalçı E.Qasımova pambıq istehsalı üçün kənd təsərrüfatı texnikaları, mineral gübrə, pestisid və toxumla təmin olunmasına və pambıq sahəsinin su təchizatının yaxşılaşdırılmasına aidiyyəti qurumlarla birlikdə köməklik göstərməyi öz öhdəsinə götürmüşdür (2.2-ci bəndin “a” yarımbəndi).

38. Bu baxımdan həqiqətən də ilk iddiaçının bildirdiyi kimi, onun pambıq sahəsinin 80%-ni çəyirtkələr z iyan yetirdiyi öz təsdiqini tapsaydı belə, müqavilə şərtlərinə əsasən əkilən sahədə pambığın itkilərdən qorunması, hazırkı halda ziyanverici həşəratlardan qorunması üçün tədbirlər görmək məhz istehsalçı E.Qasımovun öhdəliyi olmuşdur. Lakin O, bununla bağlı tədbirlər gördüyünü və bu sahədə fəaliyyət göstərən müvafiq təşkilatlara müraciət etməsi ilə bağlı sübutları təqdim etməmişdir.

39. Məhkəmənin qətnaməsi tərəflərə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir.

40. Həmin qətnamədən narazı qalan ilk iddiaçı E.Qasımov ondan kassasiya şikayəti verərək, qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ A. Kassasiya şikayətinin dəlilləri

41. İlk id diaçı E.Qasımovun kassasiya şikayətində qeyd edilənlərə görə, nə birinci instansiya, hə də apelyasiya məhkəməsi mübahisə üzrə ilk iddia tələbinin dispozisiya şərtlərini düzgün tovsif edə bilməmiş, əsassız olaraq belə nəticəyə gəlmişlər ki, hazırkı işdə ilk iddiaçının xitam verilməsini tələb etdiyi öhdəlik pul öhdəliyi olduğundan, yəni öhdəliyin predmeti olan pul vəsaiti daimi dövriyyədə olan əşya olduğundan Mülki Məcəllənin 556-cı maddəsinin hazırkı mübahisəyə tətbiq edilməsi üçün əsaslar müəyyən edilmir.

42. Belə ki, E.Qasımovun “X6” MMC-yə qarşı tələbi aralarında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə MMC-nin xeyrinə icra edilməli olan öhdəliyə xitam verilməsi barədə olmuşdur. Yəni həmin öhdəliyə əsasən ilk iddiaçı E. Qasımov 50 ha torpaq sahəsində pambıq becərməsi ilə əlaq ədar becərmə işləri, toxum-çiyid və digər iş və xidmətlərə görə ona verilmiş vəsaiti həmin sahədən əldə etdiyi məhsul hesabina qaytarmalı idi.

43. Lakin məhkəmələr Mülki Məcəllənin 390.4-cü maddəsinə istinad edərək, tərəflər arasında müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilənin (qarışıq müqavilənin), yəni E. Qasımovun pambığın əkilib becərilməsi məqsədilə aldığı pulun qayarılması barədə öhdəliyini borc müqaviləsi, alınmış toxum və s. dəyərinin ödənilməsi barədə öhdəliyini nisyə alqı-satqı müqaviləsi və göstərilmiş xidmətlərin ödənilməsinə dair öhdəliyini podrat müqaviləsi hesab etməklə, Mülki Məcəllənin 556-cı maddəsinin hazırkı mübahisənin predmeti olan pul öhdəliklərinə tətbiq edilməməsi qənaətinə gəlmiş və belə hesab etmişdir ki, göstərilən səbəbdən iddiaçı E.Qasımovun sahi bkarlıq fəlayyətinin uğurlu olmaması, həmin fəaliyyətdən mənfəət əldə edə bilməməsi onun borcun qaytarılması, alınmış malların və göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi öhdəliyindən azad edən hal kimi qəbul edilə bilməz.

44. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ilk iddiaçı E. Qasımov iddia tələbini iradəsindən asılı olmayan hallar (pambıq bitkisinin “Mərakeş” çəyirtkəsi tərəfindən yeyilməsi) nəticəsində torpaq sahəsinin pambıq məhsulu verməməsi ilə əsaslandırsa da, nə torpaq sahəsindən məhsul götürə bilməməsini, nə də məhsul götürə bilməməsinin ondan asılı olmayan hallarla bağlı olmasını məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. 1-ci instansiya məhkəməsi bu qənaətini ilk iddia üzrə iddiaçının 40 hektara yaxın sahədə pambığın çəyirtkələr tə rəfindən yeyilməsinin təsdiq etmək üçün təqdim etdiyi akt və həmin aktı imzalamış, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri arasında uyğunsuzluqların mövcud olması, ilk iddiaçının göstərdiyi dəlilini təsdiq edən digər mötəbər sübutları isə məhkəməyə təqdim etməməsi, eləcə də çəyirtkələrin qarşısının alınmasının mümkün olmaması barədə dəillərinin mütəxəssis rəyi ilə təkzib edildiyinə istinad etməklə, apellyasiya instansiyası məhkəməsi isə ilk iddiaçının təqdim etdiyi xx.xx.2018-ci il tarixli Akta hüquqi qiymət verərək aktın mahiyyət etibarı ilə müəyyən hadisə və ya faktı təsdiq etmək üçün tərtib edilən yazılı sənəd olduğunu və onu istənilən şəxsin tərtib edib edib imzalaya bilməsini göstərməklə, yuxarıda qeyd edilən aktın hər hansı hüquq müəyyənedici əhəmiyyət kəsb e tmədiyini və həmin aktı tərtib etmiş şəxslərin məhz bu sahədə ixtisaslaşmış şəxslər olduğunu təsdiq edən heç bir sübut mövcud olmadığından E. Qasımovun iddia tələbinin əsası kimi isinad etdiyi halların məhkəmə araşdırması zamanı öz təsdiqini tapmaması ilə əsaslandırmışdır. Məhkəmənin nəzərinə çatdırmışdır ki, xx.xx.2018-ci il tarixli həmin akt İmişli rayon Fövqəladə Hallar Komissiyasının sədri, RİH-nin başçısının birinci müavini S. Ağayevin sədrliyi, xxxx İdarəsinin rəisi, “X6” MMC-nin sədri, X5 ərazi dairəsi üzrə nümayəndə, Qulubəyli Bələdiyyəsinin sədri, o cümlədən mütəxəssis aqronomun iştirakı ilə tərtib edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin nəyə əsaslanaraq həmin aktın heç bir faktı təsdiq etmədiyi və hər hansı hüquq müəyyənedici əhəmiyyət kəsb etmədiyini göstərməsi m əlum deyil, bu aktın digər aktlardan fərqi nədədir, hansı ki, akt səlahiyyətli şəxslər və mütəxəssis tərəfindən imzalanmışdır.

45. Apellyasiya instansiyası məhkəməsi iş üzrə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, şahidlər V.Zahidov və S.Məhərrəmovun ifadələri ilə xx xxxx 2018-ci il və xx xxxxxxx 2018-ci il tarixli aktlar arasında ziddiyyətlərin olduğunu, habelə digər şahidlər B.Xəlilov və Ə.Astanov tərəfindən çəyirtkənin sahəyə hansı həcmdə ziyan vurğunu konkretləşdirmədiklərini qeyd etmişdir. Akta imza etmiş digər şəxslərin də şahid kimi dəvət edilməsi barədə verilmiş vəsatətlər təmin edilməmiş və dindirilmiş şahidlərin ifadələri əsassız olaraq cavabdeh MMC-nin xeyrinə təhrif edilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci və 2.4- cü d bəndlərinə (qətnamədə 2.2-ci bənd kimi qeyd edilib) istinad edərək, belə hesab etmişdir ki, “X6” MMC-nin müvəkkil bankdan və ya bank olmayan kredit təşkilatından götürdüyü kredit hesabına istehsalçıya verilən borcun vaxtında ödənilməməsinə görə məsuliyyət istehsalçı E.Qasımovun (borcalanın) üzərinə qoyulduğundan, habelə “X6” MMCnin dəstəyi ilə Aqrolizinq ASC-nin rayon aqroservis bölmələri tərəfindən göstərilən servis xidmətlərinin dəyərinin, nisyə aldığı mineral gübrənin, pestisidin, həmçinin X7 vəsaiti hesabına alınaraq E. Qasımova nisyə verilmiş toxumun dəyərinin müəyyən olunmuş müddətlərdə onun tərəfindən tam şəkildə ödənilməsini öhdəsinə götürdüyündən, onun öhdəliyinə xitam verilməsi tələbinə dair ilk iddiası əsassızdır.

47. İşin faktiki halları və təqdim edilmiş sübutlarla təsdiq edilir ki, tərəflər arasında bağlanan xx xxxxxx 2018-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq E.Qasımov tərəfindən 50 ha torpaq sahəsində pambıq əkini aparılaraq məhsulun yetişməsi üçün bütün aqrotexniki qaydalara əməl edilmiş, “X6” MMC isə öz növbəsində həmin sahədə pambıq istehsalı üçün istehsalçını kənd təsərrüfatı texnikaları, mineral gübrə, pestisid və toxumla təmin etmiş və pambıq sahəsinin su təchizatının yaxşılaşdırılmasına köməklik göstərərək, eyni zamanda istehsalçının istehsal prosesinin monitorinqini aparmışdır. İstehsalçı E.Qasımov həmin müqavilə üzrə vəzifələrini icra edərkən vicdanlı olmuş və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər hansı hərəkətə yol verməmişdir. Buna baxmayaraq 40 ha sahəd ə becərilən məhsul “Mərakeş” çəyirtkəsi tərəfindən məhv edildiyindən, həmin sahədən məhsul əldə olunmamışdır və bu səbəbdən E. Qasımov müqavilə üzrə götürdüyü öhdəliyi icra edə bilməmişdir.

48. Lakin, məhkəmələr bu işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 567, 601.1 və 739.1-ci maddələrini tətbiq etmişlər, E.Qasımov tərəfindən öhdəliyin icra edilməməsinin onun cavabdeh olmadığı səbəbdən irəli gəldiyi halda, mübahisənin ədalətli həlli üçün əsassız olaraq həmin məcəllənin 448.4-cü və 556.1 -ci maddələrini tətbiq etməmişlər. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətlərinə qarşı hər hansı yazılı etiraz ərizəsi təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

50. İlk iddiaçı E.Qasımov və vəkili Vəkil kassasiya şi kayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişlər.

51. Cavabdeh1 MMC-nin nümayəndəsi E.Səfərəliyev və vəkili T.Həsənov kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək, şikayətin təmin edilməməsini xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

53. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

54. Həmin Məcəllənin 390.4-cü maddəsinə görə, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

55. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflə r, normalar, dərəcələr və s.) tətbiq edilir.

56. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

57. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

58. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

59. Həmi n Məcəllənin 448.4-cü maddəsinə müvafiq olaraq borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

60. Həmin Məcəllənin 556.1-ci maddəsinə görə, icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.

61. Həmin Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

62. Həmin Məcəllənin 601.1ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

63. Həmin Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Həmin Məcəllənin 81-ci maddəs inə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

67. Həmin Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

69. Həmin Məcəllənin 217.3-cü maddəsinə uyğun olaraq qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

70. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclas ında tədqiq olunmuş sübutlarla əsaslandırır.

71. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

72. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə uyğun olaraq qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərin ə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şəhr edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

73. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı iş üzrə” xx.xx.2007-ci il tarixli qərarına əsasən, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

74. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

75. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

76. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müə yyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

78. İlk iddiaçı E.Qasımovun kassasiya şikayətində qeyd edilənlərə görə, tərəflər arasında bağlanmış 10 saylı xx.xx.2018-ci il tarixli “Alqı-satqı müqaviləsi”nin şərtlərinə görə, E.Qasımov, 50 ha torpaq sahəsində pambıq əkib Cavabdeh1 MMC-nin sələfi olmuş “X6” MMC-yə satmalı, bu zaman pambığın becərilməs i və məhsulun yığılması üçün lazım olan toxum-çiyidin, gübrənin və s. zəruri aqrotexniki vasitələrin alınması, becərmə işlərinin aparılması və aqrolizinq xidmətinn göstərilməsi MMC tərəfindən maliyyələşdirilməli, məhsul yığılıb MMC-yə təhvil verildikdən sonra tərəflər arasında qarşılıqı hesablaşmalar aparılmalı, bu zaman MMC tərəfindən E.Qasımova verilən maliyyə vəsaitinin məbləği ondan satın alınan pambığın dəyərindən çıxmalı idi. E. Qasımov üzərinə götürdüyü işləri tamamlaya bilməyəib, belə ki, ümumi əkin sahəsinin 40 ha hissəsində əkilmiş pambığ mərakeş çəyirtgəsi tərəfindən yeyilib-məhv edilmişdir.

79. E.Qasımov hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, pambığın becərilməsi işlərinin maliyyələşdirilməsi üçün “X6” MMC tərəfindən sərf olunan və E.Qasım ovun üzərində borc kimi qalan 23.070,48 manat məbləğin MMC-yə qaytarılması öhdəliyinə ona görə xitam verilməlidir ki, bu öhdəliyin icrası E.Qasımovdan asılı olmayan səbəbdən mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 556.1-ci maddəsində bu hal nəzərdə tutulmuş və belə hallar baş verdikdə öhdəliyə xitam verilir, kreditor isə borcludan öhdəliyin icrasını tələb edə bilmir (bax hazırki qərarın 60-cı bəndinə).

80. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki işə baxmış məhkəmələr düzgün olaraq hesab etmişlər ki, istinad olunan maddi hüquq norması ilə nəzərdə tutulmuş öhdəliyə xitam verilməsi üçün əsas olan icra mümkünsüzlüyü dedikdə, öhdəliyin daimi olaraq (qeyri-müəyyən müddətə) icra edilməsinin ümumiyyətlə mümkün olmaması başa d üşülür. Belə mümkünsüzlük, məsələn, müqavilənin predmeti olan fərdi-müəyyən edilmiş əşyanın məhv olması, öhdəliyin predmeti növlü əşya olduqda, həmin əşyanın dövriyyədə olmaması (fiziki cəhətdən mümkünsüzlük) və ya normativ hüquqi aktla müəyyən növ öhdəliklərin icrasının qadağan edilməsi (hüquqi cəhətdən mümkünsüzlük) ilə bağlı ola bilər.

81. Bu zaman öhdəliyin icrasında yaranmış çətinliklər, o cümlədən maliyyə çətinlikləri tərəflərin iradəsindən asılı olmayan səbəblərdən yaransa belə, icra mümkünsüzlüyü kimi qəbul edilmir. Hazırkı işdə isə ilk iddiaçının xitam verilməsini tələb etdiyi öhdəlik pul öhdəliyi olduğundan, yəni öhdəliyin predmeti olan pul vəsaiti daimi dövriyyədə olan əşya olduğundan Mülki Məcəllənin 556-cı maddəsi hazırkı mübahisəyə tətbiq edilməsi üçün əsaslar müəyyən edilmir.

82. E.Qasımov kassasiya şikayətində məhkəmələrin bu mövqeyini mübahisənələndirir və göstərir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə O, MMC-yə pul qaytarmamalı, pambıq satmalı idi. Onun MMC qarşısında öhdəliyi MMC-dən borc aldığı pulun qaytarılmasından deyil, MMC-yə pambıq məhsulunun təhvil verilməsindən ibarətdir.

83. Məhkəmə kollegiyası ilk iddiaçı E.Qasımovun bu dəlillərini ziddiyyətli olmaqla yanaşı həm də əsassız və qanuna uyğun olmadığını sayır. Belə ki, həmin şəxs cavabdeh MMC-yə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhz, onun MMC qarşısında yaranmış 22.000 manat borc məbləğinin ləğv ediləməsini xahiş etmişdir.

84. Bundan başqa, kassasiya şikayətində ilk iddiaçı həm də, MMC qarşısında öhdəliyin pozulmasında məsuliyyət daşımadığını vurğulay ır və bu halı əsaslandırmaq üçün Azərbaycan Respublikası 448.4-cü maddəsinə istinad edir (bax hazırki qərarın 59-cu bəndinə).

85. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd etməlidir ki, ilk iddiaçının cavabdeh MMC qarşısında olan öhdəlik növünün yuxarıda qeyd edildiyi kimi, pul öhdəliyi olması müəyyən edildiyindən, istinad olunan maddə ilə pul öhdəliynin icra edilməməsi üçün məsuliyyətin aradan qaldıran halı kimi, borcluda kifayət qədər pul vəsaitinin olmaması nəzərdə tutulmamışdır.

86. Məhkəmə kollegiyası onu da qeyd etməlidir ki, ilk iddiaçının kassasiya şikayətində göstərdiyi digər dəlilləri ilə bağlı məsələlər, o cümlədən mərakeş çəyirtkəsinin ilk iddiaçının əkdiyi pambığın yeyib-məhv edib-etməməsi, zərər vurulmuş əkin sahəsinin hansı ölçüdə olması, mərakeş çəyirtkəsinə qarşı mübari zəni həyata keçirməli olan şəxsin kim olması və sair məsələlər hazırki işə baxmış məhkəmələr tərəfindən araşdırılıb onlara düzgün hüquqi qiymət verilsə də, bu məsələlər yuxarıda qeyd edilən məsələlərdən törəmədir, ona görə də, hazırki işin mahiyyəti üzrə düzgün həll edilməsi üçün hər hansı müstəqil əhəmiyyət daşımır.

87. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair ilk iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

88. Şərh olunanlara və MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı AAAAAAAAAA oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(103)-330/202 0 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar