Məhkəmə qərarları › İş №2-2(102)-114/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-114/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-114/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "Resant Group” MMC-nin cavabdeh "X3 Tourism” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat (xidmət) müqaviləsi əsasında pul (muzd) tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı "Resant Group” MMC-nin cavabdeh "X3 Tourism” MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 noyabr tarixli 2-2(106)-109/2023 nömrəli qətna məsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC (“İcraçı”) və “X3 Tourısm” MMC (“Sifarişçi”) arasında 2019-cu il 1 yanvar tarixli “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, “Sifarişçi” bu müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının "xxxx" mehmanxanalarında yerləşdirilməsi və onlara mehmanxanalara xidmətləri göstərilməsi barədə sifariş verməyi, “İcraçı” isə “Sifarişçi”nin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxanalara xidmətləri göstərməyi öhdəsinə götürür. Xidmətin dəyərinin müştəri və ya sifarişçi tərəfindən ödənilməsi sifarişdən öncə sifarişdən öncə sifarişçi və icraçı arasında raz ılaşdırılır. - 6.1-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və 2019-cu il 29 dekabr tarixədək qüvvədədir. 2. 2019-cu il 27 sentyabr tarixli hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin adı dəyişdirilərək, İddiaçı MMC adlandırılmışdır.

3. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2021-ci il 29 sentyabr tarixli “2019-cu il 1 yanvar tarixli Xidmət Müqaviləsi üzrə Üzləşmə Aktı”ndan görünür ki, 2019-cu il 1 yanvar tarixli xidmət müqaviləsi üzrə sifarişçinin (Cavabdeh MMC-nin) icraçıya (İddiaçı MMCyə) 2021-ci il 29 sentyabr tarixinə 93.304,89 borcu vardır. Həmin akt İddiaçı MMC-nin və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən imzalanaraq, həmin MMC-lərin möhürləri ilə təsdiq edilmişdir.

4. İddiaçı MMC (“Birinci Şirkət”) ilə Cavabdeh MMC (“İk inci Şirkət”) arasında bağlanmış 2021-ci il 29 sentyabr tarixli Öhdəlik müqaviləsindən görünür ki, “İkinci Şirkət” 2019-cu il 1 yanvar tarixli “Mehmana xidmətlərinin göstərilməsinə dair” İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən yaranmış 93.304,89 AZN öhdəlik borcunu oktyabr ayının 10-dan başlayaraq, ilk 2 ay ərzində minimum 1.000 AZN, 2021-ci il 10 dekabr tarixində 10.000 AZN, 3 aydan sonra 3.000 AZN, turizm bazarındakı vəziyyət stabilləşəndən sonra ayda 10.000 AZN “Birinci Şirkət”-ə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. 5. "Resant Group” MMC-yə 2021-ci il 30 oktyabr tarixdə 950 manat, 2021-ci il 1 noyabr tarixdə 4.800 manat, 2021-ci il 11 dekabr tarixdə 5.000 manat, 2021-ci il 18 dekabr tarixdə 5.000 manat, 2021-ci il 25 dekabr tarixdə 7.000 manat, 2022-ci il 2 8 may tarixdə 11.000 ABŞ dolları (18.700 manat), 2022-ci il 10 iyun tarixdə 5.000 ABŞ dolları (8500 manat), 2022-ci il 13 iyun tarixdə 15.000 manat, 2022-ci il 6 iyul tarixdə 22.000 manat, 2022-ci il 18 avqust tarixdə 5.800 ABŞ dolları və 140 manat (10.000 manat), 2022-ci il 15 avqust tarixdə 10.000 manat, 2022-ci il 19 oktyabr tarixdə isə 5.000 manat məbləğində ödənişlər edilmişdir (cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədləri və göstərilmiş xidmətlərə dair hesab açıqlamaları).

6. Cavabdeh MMC tərəfindən 2022-ci il 1 fevral tarixli ******* nömrəli müqavilə üzrə İddiaçı MMC-yə 2022-ci il 24 iyun tarixində 3.000 manat, 2022-ci il 30 iyun - 3.000 manat, 2022-ci il 27 iyul - 10.000 manat, 2022-ci il 31 avqust - 6.000,01 manat məbləğində ödənişlər edilmişdir (260, 261, 280, 281, 404, 40 5, 575 və 576 nömrəli ödəniş tapşırıqları).

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında həyata keçirilmiş elektron poçt ünvanından çıxarılmış yazışmalardan görünür ki, Cavabdeh MMC tərəfindən elektron poçt vasitəsilə İddiaçı MMC-yə məxsus olan mehmanxanalara (Rich Hotel, Ramada Hotel, Sheki Palace, Shah Palace) öz müştərilərinin yerləşdirilməsi üçün 2021-2022-ci il tarixlərində sifarişlər verilmişdir.

8. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunmuş 2023-cü il 14 iyun tarixli məktubdan görünür ki, 2020-ci və 2021-ci il tarixli müqavilələr mövcud olmadığından onların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.

9. İddiaçı MMC tərəfindən tərtib edilmiş 2023-cü il 21 iyun tarixli maliyyə arayışında onun tərəfindən göstərilən mehmanxana xidmətlərinə görə Cavabdeh MMC-nin 2019-cu il üzrə 104. 064,89 manat, 2020-ci il üzrə 93.304,89 manat, 2021-ci il üzrə 92.359,89 manat, 2022-ci il üzrə 129.481,03 manat, yəni yekun olaraq Cavabdeh MMC şirkətinin İddiaçı MMC şirkətinə ödənilməmiş 129.481,03 manat məbləğində qalıq borcunun olduğu göstərilmişdir. 10. “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” 2023-cü il 15 yanvar tarixli MŞS/MT-028/2023/0019K nömrəli arayışdan görünür ki, İddiaçı MMC tərəfindən 400 manat məbləğində mediasiya dair xərc ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 11. "Resant Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2023-cü il 2 fevral tarixində "X3 Tourism” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 2019-cu il 1 yanvar tarixli "Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilədən yaranmış cavabdeh tərəfindən ödənilməmiş 93.304,89 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən mediasiyada iştirak edilməsi ilə bağlı ödənilmiş 400 manat mediasiya xərci olmaqla, ümumilikdə, 93.704,89 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi yuxarıda göstərilən (§§1-10) işin halları ilə əsaslandırılmış və göstərilmiş mehmanxana xidmətlərinin dəyərindən 93.304,89 manat məbləğin cavabdeh tərəfindən ödənilmədiyi göstərilmişdir.

13. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, 2019-cu il 1 yanvar tarixli xidmət müqaviləsi üzrə üzləşmə aktında göstərilən məbləğlə r həmin tarixdən sonra fərqli tarixlərdə və fərqli məbləğlərdə olmaqla, cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Bununla bağlı olan qəbzlər hazırkı etiraza əlavə olunaraq iddiada qeyd olunan məbləğin tamamilə ödənilməsi səbəbilə iddianın əsassız olması məhkəmənin diqqətinə çatdırılaraq iddianın təmin edilməməsi haqqında qətnamə qəbul olunması xahiş edilmişdir.

14. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 3 iyul tarixli e-2-2(121)-468/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 92.359,89 manat məbləğində əsas borc və 400 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 92.759,89 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – E.Abdullayev).

15. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırkı işdə iddiaçı tərəfindən cavabdehə 93.304,89 manat məbləğində mehmanxana xidmətlərinin göstərilməsi işin mübahisəsiz halını təşkil edir.

16. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd etmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri əsasında 2019-cu il 1 yanvar tarixli xidmət müqaviləsi üzrə bütün ödənişlərin edildiyi qeyd olunsa da, həmin ödənişlərin məhz 2019-cu il 1 yanvar tarixli xidmət müqaviləsi üzrə ödənildiyi müəyyən olunmur. Halbuki, araşdırma zamanı tərəflər arasında işgüzar münasibətlərin 2019-cu ildən 2022-ci ilin sonuna qədər davam etdiyi müəyyən olunmuşdur. Bu hal iddiaçının təqdim etdiyi maliyyə arayışı, cavabdehin məhkəmə təqdim etdiyi ödəniş tapşırıqları və məhkəmə iclasında verdiyi ifadələrlə də təsdiq olunur. Belə ki, təqdim olunmuş ödəniş tapşı rıqlarına əsasən cavabdeh tərəfindən tərəflər arasında bağlanmış 2022-ci il 1 fevral tarixli ******* nömrəli müqavilə üzrə iddiaçıya 2022-ci il 24 iyun tarixində 3.000 manat, 2022-ci il 30 iyun tarixdə 3.000 manat, 2022-ci il 27 iyul tarixində 10.000 manat, 2022-ci il 31 avqust tarixində 6.000,01 manat məbləğində ödənişlər edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 2022-ci il 13 iyun tarixli 15.000 manat ödəniş sənədi ilə bağlı izahat verilərkən həmin ödənişin iddiaçı ilə bağlanılmış digər müqavilə üzrə olduğu bildirilmişdir.

17. İş materiallarında olan hesab açıqlamalarından və elektron poçt vasitəsilə aparılmış yazışmalardan müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 2021-ci il və 2022-ci il tarixlərində cavabdehə mehmanxana xidmətləri göstərilmiş və həmin dövr lərdə göstərilmiş xidmətlərə uyğun olaraq cavabdeh tərəfindən 950 manat, 4.800 manat, 5.000 manat, 7.000 manat, 11.000 ABŞ dolları, 5.000 ABŞ dolları, 5.000 manat, 5.800 ABŞ dolları, 140 manat, 10.000 manat, 22.000 manat məbləğində ödənişlər edilmişdir. Xüsusilə vurğulanmışdır ki, həmin ödənişlər cavabdehin təqdim etdiyi ödəniş sənədləri ilə uyğunluq təşkil edir.

18. Bununla da, məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat (xidmət) müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, razılaşdırılmış xidmətləri icra etmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş muzdu tələb hüququ yaranmış, sonuncu isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçı tərəfindən göstərilmiş xidmətləri təkzib edəcək, borcun tam və ya qismən ödənildiyini təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından, habelə iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, sözügedən müqavilə üzrə ümumi öhdəlikdən cavabdeh tərəfindən 945 manat məbləğində ödəniş edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia qismən olunmalı və 92.359,89 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 425, 442, 752.1, 753.1, 769-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası K onstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli Qərarına, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 noyabr tarixli 2-2(106)- 109/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir (sədrlik edən – C.İmanov, hakimlər – P.Əhmədov vəT.Kərimov).

22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, tərəflər arasında “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” 2019-cu il 1 yanvar tarixdə müqavilə imzalansa da, iddiaçının tələbinin əsasını 2021-ci il 29 sentyabr tarixində onlar arasında tərtib olunmuş “Üzləşmə aktı” təşkil etmiş, həmin tarixdə də tərəflər arasında öhdəlik müqaviləsi bağlanmış, akt əsasında müəyyən edilən borc məbləği 93 304, 89 manat olmuşdur. İddiaçı cavabdeh tərəfindən təqdim edilən ödəniş qəbzləri “Üzləşmə aktı” üzrə olan ödənişlər dey il, 2020-2021-ci illərdə göstərilmiş əlavə xidmətlər üzrə olan ödəniş qəbzləri olduğunu bildirmişdir.

23. Məhkəmə kollegiyası isə bildirmişdir ki, təqdim edilən qəbzlərin tarixindən də göründüyü kimi həmin ödəniş qəbzləri “Üzləşmə aktının” tərtib edildiyi 2021-ci il 29 sentyabr tarixindən sonrakı dövrü əhatə etməklə həmin tarixli “Öhdəlik müqaviləsi”-nin məzmununa uyğundur. İşdə olan bu tipli digər ödəniş qəbzlərinə nəzər saldıqda da müəyyən olunur ki, həmin qəbzlər iddiaçı tərəfindən təsdiqlənsə də, həmin ödənişlərin hansı xidmət müqaviləsi üzrə təyinatlı ödəniş edilməsi müəyyən edilmir. Belə olan halda həmin ödənişlərin “Üzləşmə aktı” üzrə deyil, digər xidmətlər üzrə ödənişlər olmasına dair sübutlar təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşmüşdür. Lakin, işdə olan ödəniş qəbzlərinin h eç birində isə ödənişin təyinatı göstərilməmişdir. İddiaçı həmin ödənişlərin əlavə xidmətlər üzrə olmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyi kimi, həmin ödənişlərin “Üzləşmə aktı” üzrə edilmiş ödənişlər olmamasını da deməsi şübhəli olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim olunan ödəniş qəbzlərini “Üzləşmə aktı” üzrə edilmiş ödənişlər kimi qəbul etmişdir.

24. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, əgər tərəflər arasında sonrakı dövrləri əhatə edən xidməti müqavilə olmuş olsaydı, 2019-cu il 1 yanvar tarixli xidməti müqavilə kimi iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunardı. Bundan başqa mülki qanunvericiliyə əsasən tərəflər arasında bağlanmış müqavilə ən azından 2 nüsxədə tərtib edilir və hər iki tərəfdə saxlanılır. Buna görə də kollegiya 2020-2021-ci illəri əhatələyən müqavilələrin iddiaçının özündə olmamasını da qəbul etməmiş və bunu ağlabatan hesab etməmişdir. Eyni zamanda məhkəmə iddiaçının cavabdeh tərəfindən təqdim olunan ödəniş qəbzlərinin məhz 2020-2021-ci illərdəki xidmətlərə görə ödənilməsi barədə iddialarını əsaslı hesab etməmişdir.

25. Məhkəmə kollegiyası 2021-ci il 29 sentyabr tarixli “Üzləşmə aktı”-nın yalnız 2019-cu ildə göstərilmiş xidmətlər üzrə tərtib olunmasına dair iddiaçının arqumentləri ilə razılaşmamışdır. Əvvəla ona görə ki, üzləşmə aktının özündə razılaşdırılmış borc məbləğinin hansı tarixləri əhatə edən dövr üçün tərtib edildiyi qeyd olunmayıb. Bundan başqa 2021-ci il 29 sentyabr tarixində aparılan üzləşmə aktında cavabdehin 2020-2021-ci illər ərzində göstərilən xidmətlərə görə yaranan b orcunun əks etdirilməməsi inandırıcı, həmçinin müqavilə şərtlərinə uyğun deyildir. Kollegiya hesab etmişdir ki, üzləşmə aktı bütövlükdə cavabdehlə iddiaçı arasında 2021-ci il 29 sentyabr tarixinə olan borcunu əks etdirən sənəddir. Göründüyü kimi əgər tərəflər arasında 2020-2021-ci illərdə də işgüzar münasibət olsa idi, həmin illər üzrə də borc məbləğləri “Üzləşmə aktın”da öz əksini tapardı. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh təşkilat “Üzləşmə aktı” üzrə borc məbləğini tam ödəmişdir.

26. Bundan başqa, üzləşmə aktı tərtib olunan 2021-ci il 29 sentyabr tarixindən sonra tərəflər arasında 2022-ci il 1 fevral tarixində yeni xidmət müqaviləsi bağlanmış və həmin müqavilə üzrə göstərilən xidmətlərə görə ödənişlər artıq bank köçürməsi yolu ilə həyata keçirilmişdir. Üzləşmə aktı tərtib olunan tarixdən yeni müqavilə bağlanan tarixlər aralığında əlavə xidmətlərin göstərilməsini təsdiq edən aktlar iş materiallarında yoxdur. Ümumiyyətlə, qeyd edilən müddət aralığında əlavə xidmətlərin göstərilməsinə, göstərilibsə bu xidmətlərin məbləğinə dair iş materiallarında mötəbər sübut mövcud deyildir. İddiaçının təqdim etdiyi hesabdan çıxarışları, sifariş mail-lərini - xidmətlərin göstərilməsinə dair aktlar olmadan kollegiya bunları mötəbər sübut kimi qəbul etməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələrlə yanaşı MM-in 16.1, 560.1, 560.2, 560.3.4, 752.2, 763.2, 770, 772.1ci maddələrinə, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 18 noyabr tarixli qəra rının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 3 mart tarixli Qərarına və MPM-in 385.1, 384.0.2, 402-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

28. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. AR Konstitusiyasının 125-ci maddəsi üzrə - apellyasiya məhkəməsi qətnamə çıxararkən həqiqətin müəyyən olunmasını təmin etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı xidmətlərin verilməsinə dair maliyyə arayışında qeyd edilən illər üzrə ödənişlərin cavabd eh tərəfindən hansı illər üzrə ödənilməsi aydınlaşdırılmadığı üçün əsl həqiqət tapılmamışdır. Belə ki, cavabdeh öhdəlik müqaviləsindən sonra verilmiş yeni xidmətlərə görə olunmuş başqa ödənişlərə dair qəbzlər təqdim edərək, məhkəmə tərəfindən ədalətsiz və qanunsuz qətnamə çıxarılmasına nail olmuşdur.

30. AR Konstitusiyasının 127-ci maddəsi üzrə - məhkəmə kollegiyası tərəfindən qətnamə qəbul edilərkən qərəzli davranılmışdır. Belə ki, məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsinin məhkəmə çıxışı təhrif olunaraq məhkəmənin iclas protokoluna qeyd edilmişdir. Audio-video yazıda əskini tapmayan ifadələr isə məhkəmə qətnaməsinin əsaslandırılması üçün məhkəmə kollegiyası tərəfindən istifadə edildiyi üçün faktlara əsaslanmayan, qanuna müvafiq olmayan və qərəzli qətnamə çıxarılmışdır. Məhkəmə bax ışı zamanı iddiaçının nümayəndəsi cavabdehin təqdim etdiyi qəbzlərin öhdəlik müqaviləsindən sonra verilmiş yeni xidmətlərə aid olduğunu desə də, məhkəmə tərəfindən həmin ifadələr 2020-2021-ci illərdəki xidmətlərə görə edilmiş ödənişlər ifadəsi ilə əvəzləşdirilmişdir.

31. AR Konstitusiyasının 129-cu maddəsi üzrə - məhkəmə kollegiyası qətnamə qəbul edərkən qətnamənin dövlətin adından çıxarılması kimi mühüm bir normanı nəzərə almamışdır. Belə ki, dövlətin adından çıxarılan qətnamənin əsaslandırma hissəsində məhkəmə iclasında səslənməmiş bir sıra yalnış ifadələr əlavə edilmişdir. Həmin ifadələrdən biri odur ki, iddiaçının nümayəndəsinin bildirdiyinə görə cavabdeh mübahisəni əvvəlcədən məhkəmə qaydasında həll etməyi düşündüyü üçün 2020-2021-ci illərdəki müqavilələri iddiaçıya təqdim etməmişdir.

32. MM-in 5.3-cü maddəsi üzrə - cavabdehin təqdim etdiyi qəbzlərin həqiqətən də mübahisələndirilən öhdəlik üzrə edilmiş ödəniş olmasına formal münasibət bildirmişdir. Cavabdeh vicdanlı davranış sərgiləməmiş və işə aid olmayan başqa xidmətlərin dəyərinin ödənişini təqdim etmişdir.

33. MM-in 6.2, 425.1, 425.2-ci maddələri üzrə - kollegiya öhdəlik müqaviləsinin mətnində əlavə edilmiş ödəniş tarixlərində ödənişlərin edilməməsinin səbəbinə əhəmiyyət verməmiş və öhdəlik müqaviləsinin mətnindəki “Turizm bazarındakı vəziyyət stabilləşəndən sonra” ifadəsinin tərəflərin hansı məqsədlə öhdəlik müqaviləsinə əlavə edilməsini nəzərə almamışdır. Həmçinin, kollegiya iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışındakı xidmətlərin illər üzrə ödənişinə fikir versə idi, məlum olacaqdır ki, cavabdeh iddiaç ının 2020-ci il üzrə 83.386,95 manat məbləğində xidmətinin qarşılığında 94.146,95 manat məbləğində ödəniş etmişdir. Cavabdehin 2019-cu il üzrə qalıq borcundan (104.0664,89 manat) 2020-ci il üzrə xidmətlər üçün ödənilmiş artıq borcu çıxılmış və cavabdehin 2019-cu il üzrə 2020-ci ildə 93.304.89 manat borcu qalmışdır. Bundan başqa iddiaçı tərəfindən 2021-ci il üzrə 126.485,08 manat məbləğində xidmət verilmiş cavabdeh tərəfindən 2021-ci il üzrə verilmiş xidmətlərə görə 127.430,08 manat məbləğində vəsait iddiaçıya ödənilmiş və artıq ödənilmiş məbləğdən cavabdehin 2019-cu il üzrə yaranmış borcu çıxılmışdır. Bununla da, cavabdehin 2021-ci ildə 2019-cu il müqaviləsi üzrə 92.359,89 manat borcu qalmışdır. Məhkəmə kollegiyası isə qətnamədə 2020-2021-ci illər üzrə yaranmış borcların 2021-ci il 29 sent yabr tarixində tərtib edilmiş Öhdəlik müqaviləsində və Üzləşmə aktında göstərilməməsini inandırıcı hesab etməməklə MM-nin 5-ci və 425-ci maddələrinin tələblərini pozmuşdur. Maliyyə arayışından da göründüyü kimi cavabdehin iddiaçıya 2020-2021-ci illər üzrə ödənilməmiş öhdəlikləri olmadığından iddiaçı olmayan borcları vicdanlı davaranaraq Öhdəlik müqaviləsi və Üzləşmə aktında göstərməmişdir.

34. MM-in 10-cu maddəsi üzrə - məhkəmə kollegiyası qətnamədə göstərmişdir ki, 20202021-ci illəri əhatə edən müqavilələrin iddaçının özündə olmamasını ağlabatan hesab etmir. Belə ki, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Turizm bazarında təşəkkül tapmış qaydalardan biri qarşılıqlı inam və etibardır ki, bir sıra hallarda tərəflər arasında bağlanan müqavilələr eyni bir tərəfdə qalır. Misal üçün, iddiaçı ilə cavabdeh arasında bağlanılmış Öhdəlik müqaviləsinin və Üzləşmə Aktının hər iki əsl nüsxəsi iddiaçıdadır.

35. MM-in 14.1, 14.2-ci maddələri üzrə - hətta tərəflər arasında müqavilə olmasa belə, məhkəmə həqiqəti təmin etmək üçün 2020-2021-ci illər üzrə cavabdehin iddiaçıya hansı xidmətlərə görə ödənişlər etməsi halını nəzərə almalı idi. Lakin, kollegiya bu hala əhəmiyyət verməyərək qanunsuz və əsassız qətnamə çıxarmışdır.

36. MM-in 329, 406-cı maddələri üzrə - apellyasiya məhkəməsi cavabdehin xeyrinə qətnamə çıxarmaq üçün audio-video yazı ilə qeydiyyatı aparılan məhkəmə iclasında iddiaçının nümayəndəsinin səsləndir mədiyi aşağıdakı sözləri məhkəmə qətnaməsinə salaraq onu əsaslandırmışdır: “İddiaçı kollegiyanın iclasında bildirmişdir ki, 2020-2021-ci illərdə də cavabdehlə onlara arsında etibarlı əməkdaşlıqları olmuş və cavabdeh tərəfindən təqdim edilən ödənişlərdə məhz qeyd edilən illər üzrə edilmiş ödənişlər olmuşdur. Lakin həmin illəri əhatə edən xidmət müqavilələrini məhkəməyə təqdim edə bilməmişlər və hazırda da təqdim edə bilmirlər.” Birincisi, onu qeyd etmək zəruridir ki, aşağıda qeyd edilən ifadə anlaşılan və məntiqli deyildir: “Cavabdeh tərəfindən təqdim olunan ödənişlərdə məhz qeyd edilən illər üzrə edilmiş ödənişlər olmuşdur.” Belə ki, ödəniş qəbzlərinin hər birinin üzərində tarix vardır ki, 2021-ci il 29 senytabr tarixində bağlanılmış Öhdəlik müqaviləsi üzrə ödənişlərin Öhdəlik müqaviləsi ndən əvvələ aid illər üzrə edilmiş ödənişlər (2020-ci il üzrə edilmiş ödənişlər) fikrinin səsləndirilməsi ağlabatan deyildir. İkincisi, cavabdehin nümayəndəsi 2020-2021-ci illərdə aralarında işgüzar münasibətlərin olmamasını və iddiaçı tərəfindən tərtib edilmiş 20202021-ci illər üzrə verilmiş xidmətlərə görə ödənilmiş məbləğləri inkar etməmişdir.

37. MM-in 404-cü maddəsi üzrə - Öhdəlik müqaviləsinin 1.1-ci maddəsində göstərilib ki, bu öhdəlik müqaviləsi 2019-cu il 1 yanvar tarixli “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” iddiaçı və cavabdeh arasında bağlanılmış müqaviləyə əsasən yaranmış 93.304,89 AZN öhdəlik borcunun oktyabr ayının 10-dan başlayaraq, ilk iki ay ərzində minumum 1.000 azn, 2021-ci il 10 dekabr tarixində 10.000 AZN, 3 aydan sonra 3.000 AZN, turizm bazarındakı vəziyyət stabilləşəndən sonra ayda 10.000 AZN “Birinci şirkətə” tam şəkildə ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası Öhdəlik müqaviləsindən əvvəlki və sonrakı münasibətlərə əhəmiyyət verməmiş və müqaviləni qanunvericiliyin tələblərinə uyğun təfsir etməmişdir.

38. MM-in 427.1, 427.4, 428.4-cü maddələri üzrə - cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin məbləğindən və tarixindən də aydın olur ki, məhkəmə qətnamə çıxararkən bitərəflik prinsipini pozaraq cavabdehin mövqeyini haqsız olaraq üstün tutmuşdur. Həmçinin, əgər öhdəliyin icrası müddəti təyin olunubsa, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. İşin hallarından da görünür ki, cavabdeh nəinki öhdəliyi vaxtında əvvəl icra etmiş, bugünkü günə kimi ödənişi etmə kdən müxtəlif bəhanələrlə yayınmışdır.

39. MPM-in 9-cu maddəsi üzrə - apellyasiya məhkəməsi məhkəmə baxışında iddiaçının səsləndirmədiyi fikirlərlə öz qətnaməsini əsaslandırmışdır. Belə ki, aşağıdakı fikirlər audiovideo yazı ilə qeydiyyatı aparılan məhkəmə baxışında səsləndirilməmişdir:

1. İddiaçının nümayəndəsi göstərmişdir ki, cavabdeh tərəfindən təqdim edilən ödəniş qəbzləri “Üzləşmə aktı” üzrə olan ödənişlər deyil, 2020-2021-ci illərdə göstərilmiş əlavə xidmətlər üzrə olan ödəniş qəbzləri olmuşdur.

2. İddiaçı kollegiyanın iclasında bildirmişdir ki, 2020-2021-ci illərdə də cavabdehlə onlar arasında etibarlı əməkdaşlıqları olmuş və cavabdeh tərəfindən təqdim edilən ödənişlər də məhz qeyd edilən illər üzrə edilmiş ödənişlər olmuşdur.... Çünki, əvvəlcədən mübahisəni məhkəmə müstəvisində h əll etməyi düşünmüşdür. Cavabdehin nümayəndəsi isə bunu inkar etmişdir

3. Həmin “Üzləşmə aktı” 2021-ci il 29 sentyabr tarixində tərtib edilsə də həmin üzləşmə aktında 2020 və 2021-ci illər üzrə cavabdehin borc məbləğləri öz əksini tapmamışdır. 3-cü bənddə qeyd edilən halla bağlı bildirilir ki, məhkəmə kollegiyası maliyyə arayışına baxsaydı görərdi ki, 2020-2021-ci illər üzrə cavabdehin iddiaçıya borcu yoxdur. Olmayan borcu iddiaçı Üzləşmə aktına salması və iddiaçının nümayəndəsinin həmin illər üzrə borcların Üzləşmə aktında göstərilməməsini deməsi məntiqli deyildir.

40. MPM-in 14.2-ci maddəsi üzrə - apellyasiya məhkəməsi qətnaməsində iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əhəmiyyət verməmişdir. Yalnız cavabdehin mübahisə predmetinə aidiyyatı olmayan 2021-ci və 2022-ci illər ve rilmiş başqa xidmətlərə görə qəbzlərinə mühüm sübuti əhəmiyyət verməklə həmin maddənin tələblərini pozmuşdur.

41. MPM-in 76, 77, 80, 88, 382-ci maddələri üzrə - apellyasiya məhkəməsi iş materiallarında olan yazılı sübutlara qərəzli yanaşmış, sübut əhəmiyyəti olan işdə iştirak edən şəxslərin izahatlarını audio-video yazıda olduğu kimi deyil, təhrif edilmiş formada qətnamənin əsaslandırmasında istifadə etmiş, iddiaçı tərəfindən tərtib olunmuş ödəniş cədvəllərini mötəbər sübut kimi qiymətləndirmiş, lakin iddiaçının tərtib etdiyi maliyyə arayışına münasibət bildirməmiş və məhkəməyə təqdim edilmiş Folioları (Hesabdan çıxarışları) və Sifariş maillərini mötəbər sübut hesab etməməklə qeyd olunan maddələrin tələblərini pozmuşdur. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən mübahisə predmet inə aid olmayan qəbzlər təqdim edilmişdir. İddiaçı tərəfindən cavabdehin qəbzlərindəki ödənişlər üzrə 2021-2022-ci illərə aid Hesab açıqlamaları təqdim olunaraq həmin hesab açıqlamalardakı qonaqların 2021-2022-ci illərdə müvafiq vaxtlarda cavabdehin rəsmi mailləri vasitəsilə fərdi və qrup sifarişlərini təsdiqləyən sübutlara apellyasiya məhkəməsi mötəbər sübut hesab etməmişdir. Cavabdeh tərəfindən 2022-ci il 1 fevral tarixli ******* nömrəli müqavilə üzrə iddiaçıya olunmuş ödəniş qəbzindən də görünür ki, cavabdeh ödənişlərini müxtəlif tarixlərdə 10.000, 6000 və ya 5000 manat məbləğində etmişdir. Bu da onu deməyə əsas verir ki, öhdəlik müqaviləsinin məzmununa uyğun məbləğin olduğu qəbz həmin öhdəlik müqaviləsi üzrə edilmiş ödəniş hesab edilməməlidir. Odur ki, təqdim olunmuş ödəniş qəbzlərin i öhdəlik müqaviləsinin məzmununa uyğun olması halı ilə mötəbər hesab edən apellyasiya məhkəməsi MPM-nin 80-ci maddəsinin tələblərini pozmuşdur.

42. MPM-in 81-ci maddəsi üzrə - məhkəmə kollegiyası sübutların mümkünlüyü normalarını da pozmuşdur. Belə ki, Öhdəlik müqaviləsi üzrə edilmiş ödənişləri yalnız həmin müqavilənin nömrəsinin, tarixinin əks olunduğu və ya konkret olaraq həmin müqavilə üzrə ödənişi təsdiqləyən qəbzlər mötəbər sübutlar hesab edilə bilərdi.

43. MPM-in 89-cu maddəsi üzrə - apellyasiya məhkəməsi hesab açıqlamalarını və tərəflər arasında rəsmi yazışma olan mailləri mötəbər sübut hesab etməməklə qeyd olunan maddənin tələblərini pozmuşdur. Cavabdeh tərəfindən 2021-2022-ci illər üzrə maillər vasitəsilə verilmiş sifarişlərin iddiaçı tərəfindən icra edilməməsi heç bir vaxt mübah isələndirilməmişdir.

44. MPM-in 382-ci maddəsi üzrə - apellyasiya məhkəməsi 2023-cü il 16 noyabr tarixində qətnaməni elan etsə də, “Elektron məhkəmə” informasiya sisteminə qətnamənin elan edilmiş nəticə hissəsi barədə məlumatı həmin gün yerləşdirməmişdir.

45. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2005-ci il 25 noyabr tarixli 4 saylı Qərarının 3.2 və 6.3-cü bəndlərinin tələbləri üzrə - apellyasiya məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi maliyyə arayışına nə üçün münasibət bildirilməməsi qətnamədə öz əksini tapmamış, həmçinin hesab açıqlamalarının və tərəflər arasında rəsmi yazışma olan maillərin mötəbər sübut olmaması aydın izah edilməmiş, cavabdehin təqdim etdiyi qəbzlərin hansı əsasla mötəbər olması və öhdəlik müqaviləsi üzrə edilmiş ödəni şlər olmasına müfəssəl izah verilməmişdir.

46. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsi üzrə - apellyasiya məhkəməsi iddiaçının müqavilədən əmələ gələn hüquqlarının məhkəmə müdafiəsi zamanı yuxarıda sadalanan hallara görə qərəzli yanaşmış və ədalətli məhkəmə araşdırması aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

48. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin m addi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənl əşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın həd ləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

53. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olu nması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

54. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 55. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riay ət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, apellyasiya məhkəməsi qətnamə çıxararkən həqiqətin müəyyən olunmasını təmin etməmiş, cavabdehin təqdim etdiyi qəbzlərin həqiqətən də mübahisələndirilən öhdəlik üzrə edilmiş ödəniş olmasına formal münasibət bildirmiş, sübutların mümkünlüyünə dair normaları pozmuşdur.

58. Həmin dəlilləri kollegiya əsassız hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan ödəniş qəbzlərinin hansı xidmət müqaviləsi üzrə olduğu müəyyən olunmamışdır. Belə olan halda həmin məhkəmə ödənişlərin “Üzləşmə aktı” üzrə deyil, digər xidmətlər üzrə ödənişlər olmasına dair sübutları təqdim etmək vəzifəsini iddiaçının üzərinə qoymuş və bununla da sübut etmə yükünü düzgün olaraq müəyyənləşdirmişdir.

59. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutl arla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

60. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

61. Kassasiya şikayətində irəli sürülən digər dəlil ondan ibarət olmuşdur ki, məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsinin məhkəmə çıxışı təhrif olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi cavabdehin təqdim etdiyi qəbzlərin öhdəlik müqaviləsindən sonra verilmiş yeni xidmətlərə aid olduğunu desə də, məhkəmə tərəfindən həmin ifadələr 2020-2021-ci illərdəki xidmətlərə görə edilmiş ödənişlər ifadəsi ilə əvəzləşdirilmişdir.

62. Həmin dəlillərə dair kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə məhz iddiaçının təhrif olunduğuna istinad etdiyi izahatı üzərində deyil, tərəflər arasında yaranmış mübahisə üzrə iddiaçının əlavə xidmətlərin göstərməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməməsi ilə bağlı olmuşdur.

63. Belə ki, həmin məhkəmə qeyd etmişdir ki, üzləşmə aktı tərtib olunan 2021-ci il 29 sentyabr tarixindən sonra tərəflər arasında 2022-ci il 1 fevral tarixində yeni xidmət müqaviləsi bağlanmış və həmin müqavilə üzrə göstərilən xidmətlərə görə ödənişlər artıq bank köçürməsi yolu ilə h əyata keçirilmişdir. Üzləşmə aktı tərtib olunan tarixdən yeni müqavilə bağlanan tarixlər aralığında əlavə xidmətlərin göstərilməsini təsdiq edən aktlar iş materiallarında yoxdur. Ümumiyyətlə, qeyd edilən müddət aralığında əlavə xidmətlərin göstərilməsinə, göstərilibsə bu xidmətlərin məbləğinə dair iş materiallarında mötəbər sübut mövcud deyildir. İddiaçının təqdim etdiyi hesabdan çıxarışları, sifariş mail-lərini - xidmətlərin göstərilməsinə dair aktlar olmadan apellyasiya instansiyası məhkəməsi bunları mötəbər sübut kimi qəbul etməmişdir.

64. Ona görə də iddiaçının həmin dəlilləri əsassızdır və hazırki məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Bundan əlavə işin hallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 22(106)-109/2023 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli baxış iclası üzrə tərtib edilmiş iclas protokoluna qeydlər rədd edilmişdir.

65. Kassasiya şikayətinin hazırki qərarın § 44-də qeyd olunan dəlili də əsassızdır. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, hazırki iş üzrə apellyasiya instansiya mhkəməsinin qətnaməsi 2023-cü il 16 noyabr tarixdə elan olunmuş, eyni tarixdə saat 14:55-də qətnamənin nəticə hissəsi həmin sistemə yerləşdirilmişdir.

66. Kassasiya şikayətinin digər dəlillərinə dair kollegiya qeyd edir ki, həmin dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

67. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

68. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "Resant Group” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Ape llyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 noyabr tarixli 2-2(106)-109/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar