Məhkəmə qərarları › İş №2-2(102)-121/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-121/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-121/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-121/21 Bakı şəhəri xx xxxxx 2021-ci il 13.04.2021 Açar sözlər: müqavilə üzrə öhdəliyin icrası, vəsaitin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi xxx2un və vəkili Vəkil2, Cavabdeh MMC-nin vəkili Vəkil1 iştirakları ilə, iddiaçı “xxxx” ASC-nin xxx3 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxx 2020-ci i l tarixli, 2-2(103)-332/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı “xxxx” ASC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 85.036,90 manat, cərimə kimi 25.777,33 manat və ödənilmiş dövlət rüsumu kimi 30,40 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, tərəflər arasında xx xxxx 2017-ci il tarixdə “xxxxnın” mövcud ATM şəbəkəsi üçün ehtiyat hissələrinin alınması üzrə” İBAR-2017/004 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh üzərinə iddiaçını dəyəri 257.773,32 manat təşkil edən keyfiyyətli ehtiyat hissələri ilə təmin edəcəyinə dair öhdəlik g ötürmüşdür. İddiaçı ehtiyat hissələrinin təmin edilməsi üçün ödənilməli olan vəsaitdən 135.579,10 manat ödəmiş, cavabdeh isə həmin məbləğə müvafiq ehtiyat hissələrini banka təhvil vermişdir. Sonradan, həmin ehtiyat hissələrinin ATM-lərə quraşdırılması zamanı onların istifadəyə yararsız olduğu müəyyən edilmiş və bununla bağlı cavabdehə müraciət edilərək həmin ehtiyat hissələrinin dəyişdirilməsi ilə bağlı irad bildirilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərinin icra olunmasından yayınmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş, yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, e-2-2(82)492/2019 saylı qərardadı ilə (hakim Əfqan Ələkbərov) iş üzrə məhkəmə kompüter texniki ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 17853 saylı rəy tərtib olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-379/2020 saylı qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia rədd edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, ekspert tərəfindən tərtib olunmuş rəyə əsasən cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü öhdəliklərini tam icra etmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-332/2020 saylı qətnaməsi ilə (sədrlik edən Raqib Qurbanov, hakimlər Cahangir Yusifov və Vüsalə Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelly asiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. “xxxx” ASC ilə Cavabdeh MMC arasında “ABB-nin mövcud ATM şəbəkəsi üçün ehtiyat hissələrinin alınması üzrə xx.xx.2017-ci il tarixli İBAR2017/004 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh dəyəri 257773,32 manat təşkil edən keyfiyyətli ehtiyat hissələri ilə iddiaçını təmin edəcəyinə dair bank qarşısında öhdəlik götürmüşdür. xx xxxx 2017-ci il tarixli, İBAR-2014/004 saylı müqaviləyə 1 saylı əlavəsində göstərilən 29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439 173, 29439310, 29439314, 29439278, 29439178, 29439171, 29439274, 29439328 nömrəli 30 ədəd EPP v.5 avadanlıqları xx xxxxxx 2017-ci il tarixli akta əsasən Cavabdeh MMC tərəfindən banka təhvil verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2019-cu il tarixli 17853 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh MMC tərəfindən banka təhvil verilmiş xx.xx.2017-ci il tarixdə istifadə olunmuş 30 ədəd 29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439173, 29439310, 29439314, 29439278, 29439178, 29439171, 29439274, 29439328 nömrəli 30 ədəd EPP v.5 avadanlıqların qablaşdırılmasında və üzərində təhvil verilənə qədər intensiv, daimi istifadə olunması əlamətləri – gövdənin tamlığını pozan batıqlar, cızıqlar, düymələr örtüyündə yeyilmə və digər əlamətlər müəyyən edilməmişdir. Həmin avadanlıqların yeni avadanlıqlarla fərqləndirici əlamətləri müəyyən etmək mümkün olmamış. Həmçinin avadanlıqların yaddaşında və cihazların proqram təminatında daha əvvəllər istifadə edilməsi nəticəsində yarana biləcək izlər və əlamətlər saxlanılmır. Avadanlıqlar təhvil verildikdən sonra 15 ədədi ATM-ə tanıtılaraq istifadə edilmişdir, digər 14 ədədi isə yenidir, yəni ki, istifadə edilməmişdir. 1 ədəd işlək vəziyyətdə deyildir, 29 ədəd işlək vəziyyətdədir. Məhkəmə kollegiyası tərəfindən mübahisəli avadanlıqlara məhkəmə iclasında vizual baxış keçirilmiş və avadanlıqlarda hər hansı gövdənin tamlığını pozan batıqlar, cızıqlar, düymələr örtüyündə yeyilmə və digər əlamətlər, həmçinin qoruyucu rezinlərdə işlənilmə əlamətləri müəyyən edilməmişdir. Müqayisə üçün təqdim olunan istifadə olunmuş avadanlıqlarda isə bütün bu əlamətlər müşahidə edilmişdir. Həmin baxış keçirilən vaxt iddiaçının nümayəndəsi bildirdi ki, avadanlıqların əvvəl istifadə olunmasını təsdiq edən əsas əlamət onun arxa tərəfində istehsalçı şirkət tərəfindən vurulan plombun tamlığının pozulması və istehsalçıya aid olmayan yeni plombun vurulmasıdır. Bununla bağlı cavabdehin nümayəndəsi bildirdi ki, mübahisə predmeti olan avadanlıqlar artıq istehsaldan çıxarılmışdır (bu halı iddiaçı mübahisələndirmir). İddiaçıya təqdim olunan avadanlıqlar isə əvvəl istehsal olunan, lakin istifadə olunmayan və satış üçün saxlancda yerləşdirilən avadanlıqlardır. Onun sifarişi ilə həmin avadanlıqlara Azərbaycan üçün proqram təminatı yazılmış, bu səbəbə görə həmin plomb açılmış və sonradan yenidən plomblanaraq buraya göndərilmişdir. Qeyd olunan halların dəqiqləşdirilməsi üçün məhkəmə tərəfindən mütəxəssis qismində dəvət edilmiş X1 öz izahatında bildirmişdir ki, EPP proqram təminatını istehsalçıdan başqa şəxslər də yükləyə bilər. Lakin bu yalnız pirat şəklində mümkündür. Lakin sonradan həmin proqram təminatının orijinal yoxsa pirat şəklində yükləndiyini müəyyən etmək mümkün deyil. Həmçinin EPP istehsal olunduqdan sonra proqram təminatının yüklənməsi üçün onun açılmasına ehtiyac yoxdur. EPP yalnız təmir olunmağa ehtiyac yaranarsa açıla bilər. Mütəxəssis tərəfindən ümumi məlumat verildiyi nəzərə alınaraq, məhkəmə kollegiyası tərəfindən mübahisə pre dmeti olan avadanlıqların məhkəməyə təqdim edilməsi və mütəxəssis tərəfindən baxış keçirilərək, dəqiq rəy verilməsi qərara alınmış və bu məqsədlə məhkəmə iclası təxirə salınmışdır. Lakin iddiaçı tərəf nə avadanlıqların təqdim edilməsini, nə də nümayəndəsinin iştirakını təqdim etməmişdir. Eyni zamanda mütəxəssis də təyin olunan vaxtda məhkəmə iclasına gəlməmişdir. Həmçinin cavabdeh tərəf ümumiyyətlə həmin şəxsin mütəxəssis qismində iştirakına etiraz etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, o, mübahisəli avadanlıqların alınması ilə bağlı iddiaçı tərəfindən təşkil edilmiş tenderdə iştirak edən digər şirkətin əməkdaşıdır, həmçinin EPP avadanlıqları üzrə xüsusi biliyə malik olan sertifikatı mövcud deyildir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, mülki qanunvericiliyin tələblərinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehlik dayışır. Lakin iddiaçı avadanlıqların qüsurlu olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, habelə mübahisə predmeti olan avadanlıqların təhvil-təslimi barədə xx xxxxxx 2017-ci il tarixli aktda onların yeni olmaması və əvvəl istifadə olunması ilə bağlı hər-hansı qeydlər aparılmamışdır. Halbuki, həmin aktda yeni olmayan və əvvəl istifadə olunan avadanlıqlar aşkar edildiyi halda bununla bağlı müvafiq qeydlərin aparılması göstərilmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1, 587, 588. 1, 462.1, prosessual hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində bildirilmişdir ki, iş üzrə əldə olunmuş ekspert rəyində 30 ədəd EPP v.5 avadanlıqlarının üzərində cızıq, yeyilmə, həmçinin avadanlıqların proqram təminatları üzrə istifadə olunub-olunmaması barədə suallara ekspert tərəfindən birmənalı və qərəzli olaraq cavab verilməmiş, məhkəmə isə avadanlıqların vizual görünüşdən belə köhnə olmasına dair iddiaçının mütəxəssislərinin müvafiq arayışlarını nəzərə almadan yalnız ekspertin qeyri-müəyyən şəkildə tərtib etdiyi rəyi mötəbər hesab e tmişdir. Digər bir dəlillə bildirilmişdir ki, iddiaçı tərəfindən verilən vəsatət təmin edilərək məhkəməyə İT üzrə mütəxəssis dəvət edilərək onun rəyinin nəzərə alınması qərara alınmış, həmin mütəxəssis məhkəmə iclasında iştirak edərək 30 ədəd EPP-nin təzə olmadığına dair şifahi münasibət bildirsə də, sonradan məhkəmə həmin münasibətin rəsmi qaydada təqdim olunmasını mütəxəssisin nəzərinə çatdırmış və mütəxəssis tərəfindən belə rəyin təqdim olunmamasına və həmin mütəxəssisin növbəti məhkəmə iclasında iştirak etməməsinə istinad etməklə mütəxəssisin məhkəmə iclasında bildirdiyi rəyi nəzərə almamışdır. Şikayətin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 103.1-ci maddələrinə istinad olunmuşdur. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissədə tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehlik dayışır. Lakin iddiaçı avadanlıqların qüsurlu olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, iş üzrə əldə olunmuş ekspert rəyində avadanlıqların proqram təminatları üzrə istifadə olunub-olunmaması barədə suallara ekspert tərəfindən birmənalı və qərəzli olaraq cavab verilməmiş, məhkəmə isə avadanlıqların vizual görünüşdən belə köhnə olmasına dair iddiaçının mütəxəssislərinin və məhkəmə iclasına dəvət edilmiş proqram təminatı üzrə mütəxəssisin rəyini nəzərə almadan yalnız ekspertin qeyri-müəyyən şəkildə tərtib etdiyi rəyi mötəbər hesab etməklə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. İşin hallarına görə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və alınmış avadanlıqların qüsurlu olduğu əsası ilə iddiaçı tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə): - 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan q aldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; - 587.4-ci maddəsinə əsasən, komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər; - 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddələrin tələblərindən göründüyü kimi, alqı-satqın ın predmeti kimi komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda, alıcı əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını o halda tələb edə bilər ki, əgər o sübuta yetirərsə ki, əşyanın qüsurları ona verilməzdən əvvəl və ya həmin anadək yaranan səbəblərdən əmələ gəlmişdir. Apellyasiya məhkəməsi tərəfindən bu maddi hüquq normalarının tətbiqi mülki prosessual qanunvericiliyin tələblərinə əsasən aparılmış ekspert rəyi əsasında mümkün olmuşdur, çünki ekspert rəyi ilə alqı-satqının predmetini təşkil edən avadanlıqlarda qüsurlar aşkar edılməmiş, iddiaçı isə digər sübutlarını təqdim etməmişdir. İddiaçı tərəfindən apellyaisya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normaları mübahisələndirilməyərək ekspert rəyi və onun tərəfindən apellyasiya icraatı zamanı dəvət olunmuş mütəxəssisi n rəyinin nəzərə alınmaması mübahisələndirilmişdir. Qeyd edilmiş mütəxəssis rəyi ilə və kassasiya şikayətində bildirdiyi dəlillərlə iddiaçı alınmış avadanlıqlarda quraşdırılmış proqram təminatının istifadə olunub-olunmamasını mübahisələndirmiş, çünki hesab etmişdir ki, cavabdeh tərəfindən həmin avadanlıqlara kustar üsulla müdaxilə edilmişdir. Mülki Məcəllənin: - 581.1-ci maddəsinə əsaəsn, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur; - 581.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcı ya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur; - 581.4-ci maddəsinə əsasən, satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Göstərilmiş maddələrdən göründüyü kimi, satıçının keyfiyyətli əşyanın verilməsi öhdəliyi ümumi qayda olaraq müəyyən edilməklə yanaşı, satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Azərbaycan Respublikası Mərkəzi X3 16/3 saylı, xx xxxx 2012- ci il tarixli «Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları»nın: - 2.1.12-ci bəndinə əsasən, bankomat — ödənişlərin aparılması, nağd pul vəsaitinin verilməsi və qəbulu, habelə digər bank xidmətlərindən istifadə edilməsi üçün nəzərdə tutulmuş proqram-texniki kompleks; - 2.1.2-ci bəndinə əsasən, emitent — kartların emissiyasını həyata keçirən, kart istifadəçilərinə xidmət göstərilməsini, kart əməliyyatlarının avtorizasiyasını (özü və ya kart təşkilatı tərəfindən) və aparılmış əməliyyatların dəyərinin ekvayerə ödənilməsini təmin edən hüquqi şəxs; - 2.1.5-ci bəndinə əsasən, ekvayrinq — (...) ya kart istifadəçisinə nağd pul vəsaitinin verilməsi üzrə göstərilən xidmət; - 7.1-ci bəndinə əsasən, emitentin kartlarla aparılmış şübhəli əməliyyatların (həmçinin qısa vaxt kəsiyində müxtəlif ölkə lərdə əməliyyatların aparılması, o cümlədən emitentin müəyyən etdiyi risk kateqoriyası yüksək olan ölkələrdə və təsərrüfat subyektlərində əməliyyatların aparılması) real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatı olmalıdır; - 7.8-ci bəndinə əsasən, ekvayerə məxsus bankomatlar ən azı aşağıdakı tələblərə cavab verməlidir: 7.8.3. daxili proqram təminatı lisenziyalı antivirus proqramı ilə qorunmalıdır. Bu normaların tələblərindən göründüyü kimi, bankomatlarda müvafiq proqramtexniki kompleksinin quraşdırılması bu sahə üzrə xidmət göstərən ekvayrin vəzifəsi olmaqla, həmin proqram təminatı lisenziyalı olmalı və antivirus proqramı ilə təmin edilməlidir. Eyni vəzifəni, yəni müvafiq proqram təminatı v asitəsilə kartlarla aparılmış əməliyyatların təhlükəsizliyinin qorunması vəzifəsini emitent daşıyır. Qeyd edilmiş normaların sadalanması yuxarıda istinad edilmiş Mülki Məcələnin 581.4-cü mddəsinin tələblərininin tətbiqindən irəli gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli müqavilənin predmetini “ATM şəbəkəsi” üçün ehtiyat hissələrinin satın-alınması təşkil etdiyi üçün, onların keyfiyyətinin məcburi tələblərə uyğun olduğu halda təqdim etmək öhdəliyini cavabdeh daşımışdır. İşin hallarından göründüyü kimi, iddiaçı tərəf alınmış avadınlaqlarda istehsalçıya məxsus olmayan plombların vutulmasına əsaslanmışdır ki, onun ehtimallarına və dəvət edilmiş mütəxəssis rəyinə görə bunun səbəbi müvafiq lisenziyalı proqram təminatının yüklənməməsindən, bunun əksinə olaraq q eyri-lisenziyalı, yəni müəllif hüquqları qorunmayan proqramın yüklənməsindən irəli gəlmişdir. Cavabdehin bildirdiklərindən isə məlum olur ki, onun sifarişi ilə həmin avadanlıqlara Azərbaycan üçün proqram təminatı yazılmış, bu səbəbə görə həmin plomb açılmış və sonradan yenidən plomblanaraq buraya göndərilmişdir. Lakin proqram təminatının məcburi tələblərə uyğun olub-olmadığı barədə cavabdeh bildiməmişdir. Tərəflər arasında yaranmış mübahisəli halın müəyyən edilməsi üçün isə apellyasiya məhkəməsi məhkəmə ekspert rəyinə əsaslansa da, lakin məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddiaçının dəlilləri əsaslıdır və apellyasiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin aşağıdakı tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin: - 97-ci maddəsinə əsasən, işə baxılarkən xü susi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir; - 99.1-ci maddəsinə əsasən, ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir; - 102-ci maddəsinə əsasən, erkspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə ta pşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, ekspertizanın aparılması xüsusi biliklə bağlı olmalı, tərəflərin çəkişmə prinsipini riayət edilməklə aparılmalı, habelə verilmiş ekspert rəyi müəyyən hallarda təkrar və ya əlavə ekspertizanın aparılmasını zəruri edə bilər. İlkin ekspert rəyinin mübahisələndirilməsi müəyyən edilmiş şərtlərin mövcudluğu halında mümkündür. Bu şərtlər kimi rəyin aydın olmaması, sualların həll edilməməsi, rəyin əsaslı olmaması və s. göstərilmişdirlər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən əsaslı olaraq əlavə ekspertizanın aparılması barədə vəsatət qaldırılmış, çünki mübahisəli məsələ ekspertizanın aparılması yolu ilə həll oluna bilərdi. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkə mə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş maddi-hüquq normalarının tətbiqini zəruri edən şərtlər kimi müəyyən edilməli olan işin hallarında boşluq mövcuddur ki, onun yaranması mülki prosessual qanunvericiliyin tələblərinin pozulmasından irəli gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin aşağıdakı müddəalarının tətbiq edilməsini zəruri hesab: - 418.2-ci maddəsinə əsasən, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; - 386-ci maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digə r normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; - 418.3-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; - 419.2.11-ci maddəsində nəzərdə tutulmuşdur ki, iş yeni məhkəmə baxışına verilərsə, yerinə yetirilməli olan hərəkətlər kassasiya instansiyası məhkəməsinin qərarında göstərilməlidir. Məhkəmə kollegiyası bildirir ki, işin yenidən baxışı zamanı yuxarıda göstərilmiş məsələlər təhlil edilməli və mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada işin hallarına müvafiq qiymət verilərək, qərar qəbul edilməlidir. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxa rıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və iddiaçının kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: iddiaçı “xxxx” ASC-nin nümayəndəsi xxx3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-332/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar