Məhkəmə qərarları › İş №2-2(102)-126/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-126/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-126/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Q Ə R A Rİ Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə akt əsasında borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 yanvar tarixli, 2-2(103)-243/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kas sasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı 2020-ci il 13 yanvar tarixli, SVxx-xx/2020 saylı “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” müqaviləyə əlavə olaraq cavabdeh tərəfindən imzalanmış 2020-ci il 10 mart tarixli akta əsasən ödənilməli olan 19.746 manat əsas borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğin, vəkil xidmətləri üçün ödənilmiş 200 manat məbləğin cəmi, 19.946 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 sentyabr tarixli, e-2-2(113)-274 1/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Z.Pirverdiyev).

3. Həmin qətnamə 2022-ci il 19 sentyabr tarixdə proses iştirakçılarına göndərilmiş və həmin tarixdə onların nümayəndələrinin şəxsi elektron kabinetində yerləşdirilmişdir.

4. Həmin qətnamədən cavabdeh 2022-ci il 15 oktyabr tarixdə apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 dekabr tarixli, e-2-2(113)-2741/2022 sayl qərardadı ilə cavabdehin 2022-ci il 15 oktyabr tarixdə verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.

6. Cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 sentyabr tarixli e2-2(113)-2741/2022 saylı qətnaməsindən yenidən 2022-ci il 14 dekabr tarixdə elektron kabinet vasitəsil ə apelyasiya şikayəti verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 yanvar tarixli, 2-2(103)-243/2023 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və işin, apellyasiya şikayətinin qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

8. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, cavabdehin məhkəmə qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş müddətin axımı 2022-ci il 20 oktyabr tarixində bitdiyindən cavabdeh 2022-ci il 14 dekabr tarixində apellyasiya şikayəti verməklə qanunla nəz ərdə tutulmuş bir aylıq prosessual müddəti ötürmüş, buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verməmişdir. Cavabdeh ilk dəfə apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində versə də, şikayət qüsurlu tərtib edildiyindən və qüsur aradan qaldırıldıqdan sonra prosessual müddət ötdüyündən apellyasiya şikayəti yenidən göndərilərkən buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verilməli idi. Birinci instansiya məhkəməsi apelyasiya şikayətini qaytarmalı olduğu halda baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

9. Gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 360, 363.1.3, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Qərardad 2023-cü il 13 yanvar tarixdə p roses iştirakçılarının şəxsi elektron kabinetinə yerləşdirilmiş, qərardaddan cavabdeh 2023-cü il 18 yanvar tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi və apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 sentyabr tarixli, e-2-2(113)-2741/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab etmiş, işi apellyasiya şikayətinin qayt arılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə bunun üçün kifayət qədər əsas olmadığı halda hesab etmişdir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə cavabdeh tərəfindən əlavə edilmiş apellyasiya şikayətindən görünür ki, şikayət MPM-lə (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası) müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. MPM-in (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş redaksiyası) 361.1-ci maddəsində apellyasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. b) Kassasiya şikayəti nə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

15. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin mad di və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.... 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmı ş zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.)....” “Maddə

360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.” “Maddə

363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;...” 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. IV. Ali Məhkəmənin Mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 yanvar tarixli, 2-2(103)-243/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

18. Apellyasiya Məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin məhkəmə qətnaməsindən apel lyasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş müddətin axımı 2022-ci il 20 oktyabr tarixində bitdiyindən, cavabdeh 2022-ci il 14 dekabr tarixində apellyasiya şikayəti verməklə qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddəti ötürmüş, buraxılmış prosessual müddətin bərpası barədə isə vəsatət verməmişdir. Cavabdeh ilk dəfə apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində versə də, şikayət qüsurlu tərtib edildiyindən və qüsur aradan qaldırıldıqdan sonra isə bir aylıq prosessual müddət ötdüyündən apellyasiya şikayəti yenidən verilərkən həmçinin buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verilməli idi.

19. İş materiallarına əsasən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddət ötürülmüş, buraxılmış p rosessual müddətin bərpası barədə isə müvafiq vəsatət verilməmişdir.

20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, MPM-in 363.4-cü maddəsinə uyğun olaraq cavabdeh apellyasiya məhkəməsinin qərardadında qeyd edilən halları aradan qaldıraraq və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verməklə yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququna malikdir.

21. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Ko mmersiya Kollegiyasının 2023-cü il 12 yanvar tarixli, 2-2(103)-243/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

23. Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 yanvar tarixli, 2-2(103)-243/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar