Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-131/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit və ipoteka müqavilələrinin ləğv edilməsi, kredit müqavilələri üzrə borcun tutulması və ipoteka predmetlərinə tutmanın yönəldilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X11 X3 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X5 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh “xxxx” QSC-yə (bundan sonra cavabdeh) qarşı “kredit və ipoteka müqavilələrinin ləğv edilməsi” barədə iddiası, cavabdehin iddiaçıya qarşı “kredit müqavilələri üzrə borcun tutulması və ipoteka predmetlərinə tutmanın yönəldilməsi” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-526/2019 saylı, x xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdeh ilə iddiaçı arasında xx xxxxxx 2013-cü il tarixli kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçıya 120 ay müddətinə 3.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçıya 60 ay müddətinə, aylıq 1,5833 % dərəcəsi ilə 150.000 ABŞ dolları məbləğində kredit verilmişd ir. xx xxxxxx 2014-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçıya 60 ay müddətinə, aylıq 1,5833 % dərəcəsi (daha sonra iki razılaşma ilə dəyişdirilmiş ödəniş planı təsdiq edilmiş) ilə 150.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü ildə ipoteka müqaviləsinə əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi 2ci məhəllədə yerləşən, ümumi sahəsi 254 kv.m olan 12 otaqlı 200a nömrəli yaşayış evi, xx.xx.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, Sumqayıt şəhəri, 30-cu məhəllə, 6/10 ünvanında yerləşən 2 otaqlı yaşayış mənzili, xx.xx.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, Sumqayıt şəhəri 30-cu məhəllə, 6/10 saylı evin 1 otaqlı 32 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehlə X6 arasında ipoteka müqavilələri bağlanmış, həmin müqavilələrlə ipoteka qoyana məxsus daşınmaz əmlaklar ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilmiş həmin əmlaklar qiymətləndirilmişdir. İpoteka dövlət qeydiyyatına alınmışdır. Həmçinin cavabdehlə X15 arasında xx xxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsi, cavabdehlə X6 arasında x xxxxx 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən zaminlər borclu İddiaçı bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. Cavabdehlə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişlərə əsasən aylıq əsas ödəniş məbləğini, faiz və cərimə məbləğini müəyyənləşdirməyə imkan verən ödəniş planı tərtib olunmuş v ə zaminlər, ipoteka qoyan tərəfindən tanış olunaraq, imzalanmışdır. Məhkəmə ekspertizasının rəylərinə əsasən iddiaçının xx xxxxx 2014-cü il tarixli müqavilə üzrə banka borcu qalmamış, 3.196,03 ABŞ dolları artıq ödəmə olmuşdur. xx xxxxxx 2014-cü il tarixli müqavilə üzrə iddiaçının banka borcu x xxxx 2017-ci il tarixə 127.338,49 ABŞ dolları müəyyən edilir, o cümlədən əsas borc 113.128,32 ABŞ dolları, faiz borcu 14.210,17 ABŞ dolları təşkil edir. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək cavabdehin Xırdalan filialı ilə xx.xx.2014-cü il tarixdə, xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqavilələrinin, xx.xx.2013-cü il tarixdə, xx.xx.2014-cü il tarixdə, xx.xx.2014-cü il tarixdə bağlanmış ipoteka müqavilələrinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onun la əsaslandırılmışdır ki, kredit müqavilələri bağlanarkən 1 ABŞ dollarının Azərbaycan manatına münasibətdə dəyəri 0.7880 AZN təşkil edirdi. Lakin, sonradan Azərbaycan manatının devalvasiyaya uğraması və ölkədə iqtisadi tarazlığın pozulması nəticə etibarı ilə işlərin və xidmətlərin həcminin azalması, ödənişlərin həcminin kiçilməsinə gətirib çıxarmışdır. 2016-cı ilin oktyabrın 1-ə qədər kredit götürdüyü 300.000 ABŞ dollarından 148.000 ABŞ dollarını artıq ödənilmişdir. 2016-cı ilin noyabr ayında yenidən banka 300.000 manat və 10.450 ABŞ dolları məbləğində birdəfəlik kredit ödənilmişdir. 300.000 manat həmin günə olan ABŞ dollarına manatın kursunu müəyyən edib, 179.211 ABŞ dolları müəyyən edilmişdir. Depozitində olan 10.450 ABŞ dolları da üstünə gəldikdə 189.661 ABŞ dolları banka ödəmişdir. Büt övlükdə banka 337.661 ABŞ dolları məbləğində pul ödəmişdir. Lakin, bank hesab edir ki, iddiaçı onlara yenidən xx.xx.2016-ci il tarixdə 99.068 ABŞ dolları məbləğində pul ödəməlidir. Maraqlı hallardan biri də budur ki, 7 ay hər ay 1000 ABŞ dolları məbləğində ödənilsə də, həmin məbləğ ümumi hesabdan çıxılmamışdır. 7000 ABŞ dolları məbləğini ödədikdən sonra, yəni xx.xx.2017-ci il tarixdə 99.068 ABŞ dolları ödənilməli idi. İddiaçı iqtisadi cəhətdən ağır vəziyyətə düşdüyündən, hal-hazırkı məbləği ödəyə bilmədiyini qeyd etmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci və 422-ci maddələrini rəhbər tutaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda “xxxx” QSC X12, X8 və X4 qarşı iddia ərizəsi ilə Sumqayı t şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ilə «xxxx» QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə xitam verilməsi; cavabdehlər İddiaçı, X7 və X1 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 99068.49 ABŞ Dolları kredit borcu, 37454.25 ABŞ Dolları faiz borcu və 32441.71 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 168964 (yüz altmış səkkiz min doqquz yüz altmış dörd) ABŞ Dolları 45 sent məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqı tutulması; tələbin Sumqayıt şəhəri “Xəzər” Bağıçılıq Cəmiyyəti 983 ünvanda X2 xüsusi mülkiyyətində olan ümumi sahəsi 107.5 m2 ibarət olan bağ evinə, Sumqayıt şəhəri Corat bağlar ərazisi 2442E ünvanında X2 xüsusi mülkiyyətində olan 0.07277 ha torpaq sahəsinə və Sumqayıt şəhəri Corat qəsəbəsi 2-ci məhəllədə X2 xüsusi mülkiyyətində olan 0.0598 ha torpaq sahəsinə və üzərində yerləşən ümumi sahəsi 254 m2 ibarət olan 200A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 168964 (yüz altmış səkkiz min doqquz yüz altmış dörd) ABŞ Dolları 45 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının əldə olunan vəsait hesabına “xxxx” QSC-nə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin İddiaçı, X7 və X1 müştərək qaydada tutulması; Sumqayıt şəhəri “Xəzər” Bağıçılıq Cəmiyyəti 983 ünvanda X2 xüsusi mülkiyyətində olan ümumi sahəsi 107.5 m2 ibarət olan bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 həmin evə istifadə hüququnun itirilməsi, onun evdən çıxarılması, evin boşaldılması və «xxxx» QSC-yə təhvil verilməsi; Sumqayıt şəhəri Corat bağlar ərazisi 2442E ünvanında X2 xüsusi mülkiyyətində olan 0.07277 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və “xxxx” QSC-yə təhvil verilməsi; Sumqayıt şəhəri Corat qəsəbəsi 2-ci məhəllədə X2 xüsusi mülkiyyətində olan 0.0598 ha torpaq sahəsinə və üzərində yerləşən ümumi sahəsi 254 kv.m ibarət olan 200A nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 həmin evə istifadə hüququnun itirilməsi, onun evdən çıxarılması, evin boşaldılması və “xxxx” QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçına “xxxx” QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 17L000003584 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 3000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə İddiaçı “xxxx” QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 017R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1. 5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150.000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 017R**********S saylı, xx.xx.2016-cı tarixli 017R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri il tarixdən banka qaytarmamışdır. İddiaçı götürdüyü kredit borcundan 50.931,51 ABŞ Dolları ödəmiş, onun 99.068,49 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qayt arılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. İddiaçı kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 205 gün üçün hesablanmış faiz borcu 37454.25 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 5% məbləğində cərimə ödəməlidir. xx.xx.2017-ci il tarixə 205 gün üçün hesablanmış cərimə 1.441,71 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin a) yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikd ə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X6 və X15 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Onlar həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh İddiaçı ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir Bununla yanaşı kredit xətti müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka verən X6 “xxxx” QSC ilə bağladığı xx.xx.2 016-cı il tarixli ipoteka müqaviləsinə (Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilib, reyestrdə 3M-727 nömrəsi ilə qeyd edilib ) əsasən Sumqayıt şəhəri “Xəzər” Bağıçılıq Cəmiyyəti 983 ünvanda xüsusi mülkiyyətində olan ümumi sahəsi 107.5 m2 ibarət olan bağ evini xxxx QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 21 №-li reyestr kitabının 26 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Sumqayıt şəhəri “Xəzər” Bağıçılıq Cəmiyyəti 983 ünvanda X2 xüsusi mülkiyyətində olan ümumi sahəsi 107.5 m2 ibarət olan bağ evinin İddiaçı kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yü klü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh-ipoteka verən X4 “İpoteka haqqında” Qanunun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2017-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, poçt xidmətinin əməkdaşı xx.xx.2017-ci il tarixdə ünvana getmiş lakin ipoteka bildirişinin qəbulundan imtina edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2017-cı il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. Bununla yanaşı kredit xətti müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka verən X6 “xxxx” QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə (Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilib, reyestrdə 3M-728 nömrəsi ilə qeyd edilib) əsasən Sumqayıt şəhəri Corat bağlar ərazisi 2442E ünvanında xüsusi mülkiyyətində olan 0.07277 ha torpaq sahəsini “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 117 №-li reyestr kitabının 22 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Sumqayıt şəhəri Corat bağlar ərazisi 2442E ünvanında xüsusi mülkiyyətində olan 0.07277 ha torpaq sahəsinin İddiaçı kredit öhdəliklərinin icra sını təmin etmək üçün “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan “xxxx” QSC tərəfindən cavabdehipoteka verən X4 “İpoteka haqqında” Qanunun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2017-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, poçt xidmətinin əməkdaşı xx.xx.2017-ci il tarixdə ünvana getmiş, lakin ipoteka bildirişinin qəbulundan imtina edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2017-cı il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. Bununla yanaş ı kredit xətti müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka verən İddiaçı xxxx QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 17M000000598 saylı ipoteka müqaviləsinə (Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilib, reyestrdə 3M-1043 nömrəsi ilə qeyd edilib) əsasən Sumqayıt şəhəri Corat qəsəbəsi 2-ci məhəllədə xüsusi mülkiyyətində olan 0.0598 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 254 m2 ibarət olan 200A nömrəli fərdi yaşayış evini “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 12 №-li reyestr kitabının 50 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa Sumqayıt şəhər i Corat qəsəbəsi 2-ci məhəllədə xüsusi mülkiyyətində olan 0.0598 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 254 m2 ibarət olan 200A nömrəli fərdi yaşayış evini İddiaçı kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İddiaçı ilə X6 arasında bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqaviləyə əsasən Z.M.Adilov mülkiyyətində olan Sumqayıt şəhəri Corat qəsəbəsi 2-ci məhəllədə xüsusi mülkiyyətində olan 0.0598 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 254 m2 ibarət olan 200A nömrəli fərdi yaşayış evini S.M.Adilovaya bağışlamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsi tərəfindən 12 №-li reyestr kitabının 50 №-li vərəqində qeydiyyata alınmış və R X ******* №-li çıxarışa Sumqayıt şəhəri Corat qəsəbəsi 2-ci məhəllədə xüsusi mülkiyyətində olan 0.0598 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 254 m2 ibarət olan 200A nömrəli fərdi yaşayış evinin İddiaçı kredit öhdəliklərinin icrasını təmin etmək üçün «xxxx» QSC qarşısında ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatı aparılmışdır. İpoteka saxlayan «xxxx» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh-ipoteka verən X4 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2017-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, bildiriş xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2017-ci il tarixdə Elektron Xidmətlər Por talı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. İddiaçı «xxxx» QSC ipoteka bildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqı ödəmişdir. Qarşılıqlı iddianın maddi hüquqi əsası kimi Mülki Məcəlləsinin 442, 445.2.1, 448.1, 21, 465.2, 472.1, 472.2, 501, 317.1-ci, “İpoteka Haqqında” Qanunun 39.1, 59.3, 59.4-cü maddələrinə istinad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2-(060)-11909/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə iddiaçı xxxx” QSC cavabdehlər X 12, X8 və X4 qarşı kredit üzrə borcun ödənilməsi tələbinə dair mülki iş baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-66/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə 2-2(81)-1449/2017 saylı iş üzrə iddiaçı “xxxx” QSC cavabdehlər X12, X8 və X4 qarşı kredit üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi qarşılıqlı iddia ərizəsi kimi icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X13, 2-2(81)-29/2019 saylı iş) xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə xitam verilmiş, cavabdehlər İddiaçı, X7 və X1 müştərək qaydada cavabdehi n xeyrinə 99.068,49 ABŞ dolları kredit borcu, 14.210,17 ABŞ dolları faiz borcu və 4.953,40 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 118232,06 ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və cavabdeh tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqı, cəmi 120 manat məbləğində pulun tutulması, tələbin Sumqayıt şəhəri “Xəzər” Bağıçılıq Cəmiyyəti 983 ünvanda X2 xüsusi mülkiyyətində olan ümumi sahəsi 107.5 m2 ibarət olan bağ evinə, Sumqayıt şəhər i Corat bağlar ərazisi 2442E ünvanında X2 xüsusi mülkiyyətində olan 0.07277 ha torpaq sahəsinə və Sumqayıt şəhəri Corat qəsəbəsi 2-ci məhəllədə X2 xüsusi mülkiyyətində olan 0.0598 ha torpaq sahəsinə və üzərində yerləşən ümumi sahəsi 254 m2 ibarət olan 200A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Sumqayıt şəhəri “Xəzər” Bağıçılıq Cəmiyyəti 983 ünvanda olan ümumi sahəsi 107.5 m2 ibarət olan bağ evinin ilkin satış qiyməti 40300 manat, Sumqayıt şəhəri Corat bağlar ərazisi 2442E ünvanında olan 0.07277 ha torpaq sahəsinin ilkin satış qiyməti 71800 manat və Sumqayıt şəhəri Corat qəsəbəsi 2-ci məhəllədə X2 xüsusi mülkiyyətində olan 0.0598 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 254 m2 ibarət olan 200A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 140800 manat müəyyən edilməklə həmi n daşnmaz əmlakların açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitdən cəmi 118232,06 ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və cavabdeh tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının, cəmi 120 manat məbləğində pulun cavabdehin hesabına ödənilməsi, artıq qalan məbləğin X4 verilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər İddiaçı, X7 və X1 müştərək qaydada alına raq cavabdehə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri “Xəzər” Bağıçılıq Cəmiyyəti 983 ünvanda olan ümumi sahəsi 107.5 m2 ibarət olan bağ evinə, Sumqayıt şəhəri Corat bağlar ərazisi 2442E ünvanında olan 0.07277 ha torpaq sahəsinə və Sumqayıt şəhəri Corat qəsəbəsi 2ci məhəllədə olan 0.0598 ha torpaq sahəsinə və üzərində yerləşən ümumi sahəsi 254 m2 ibarət olan 200A nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra X2 həmin yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X16məruzəçi,X14 və X9, 2-2(103)-526/2019 saylı iş) x xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının аpelyаsiyа şikayəti təmin edilməmiş, 1 saylı B akı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı dəfələrlə bankla danışıqlara gedərək qarşılıqlı razılaşma əsasında müəyyən məbləğin ödənilməsi baxımından kredit müqaviləsinə xitam verilməsini xahiş etmiş, lakin bank bununla bağlı hər-hansı bir razılaşmaya getmək istəmir. İş materiallarından görünür ki, iddiaçı faktiki olaraq birdəfəliyə 189.661 ABŞ dolları ödəməklə bank qarşısında öhdəliyini demək olar ki, yerinə yetirmişdir. Manatın dollara münasibətdə devalvasiyaya uğraması iqtisadi münasibətlərdə çətinlik yaratdığı kimi eyni zamanda ödəniş qabiliyyətini də aşağı salmışdır. Məhkəmənin gedişi zamanı hər iki tərəfin təşəbbüsü ilə Məhkəmə Mühasibatlıq Ekspertizası təyin edilmiş, ekspertin rəyindən görünür ki, ilkin kredit müqaviləsi üzrə 3.196,03 ABŞ dolları artıq ödəmə var. İkinci kredit müqaviləsi üzrə isə xx.xx.2017 tarixədək 113.128,32 ABŞ dolları əsas borc, 14.210,17 ABŞ dolları isə faiz borcu var. Lakin iddiaçının artıq ödədiyi 3.196,03 ABŞ dollarını bu məbləğdən çıxmayıblar. Halhazırda həmin məbləğ iddiaçı üçün vacib əhəmiyyətə malikdir. Əmlakların təsvirindən və siyahısından görünür ki, onlarla qoyulmuş qiymət reallığa uyğun deyil. Bu baxımdan göstərilən ekspertizanın rəyi ilə iddiaçı razı deyil, faktiki olaraq bununla bağlı araşdırma aparılmamışdır və məhkəməyə fikrini çatdıra bilməmişdir. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandırıcı hissə: İşin mübahisə olunmayan hallarına görə iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixli kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçıya 120 ay müddətinə 3.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə cavabdeh arasında xx xxxxx 2014-cü il tarixli kredit razılaşması bağlanmış və razılaşmaya əsasən iddiaçıya 60 ay müddətinə, aylıq 1,5833 % dərəcəsi ilə 150.000 ABŞ dolları kredit verilmişdir. Daha sonra tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması bağlanmış və razılaşmaya əsasən iddiaçıya 60 ay müddətinə, aylıq 1,5833 % dərəcəsi (daha sonra iki razılaşma ilə dəyişdirilmiş ödəniş planı təsdiq edilmiş) ilə 150.000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdeh ilə S.M.Adilova arasında ipoteka müqavilələri bağlanmış, həmin müqavilələrlə ipoteka qoyana məxsus daşınmaz əmlaklar ipoteka ilə yüklü edilmiş, ipoteka müqavilələrində əmlakların qiymətləri göstərilmişdir. Həmçinin cavabdeh ilə E.T.Cəfərov arasında xx xxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsi, S.M.Ad ilova arasında isə x xxxxx 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən zaminlər iddiaçının bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. Məhkəmə ekspertizasının rəylərinə əsasən iddiaçının xx xxxxx 2014-cü il tarixli müqavilə üzrə banka borcu qalmamış, 3.196,03 ABŞ dolları artıq ödəmə olmuşdur. xx xxxxxx 2014-cü il tarixli müqavilə üzrə iddiaçının banka borcu x xxxx 2017-ci il tarixə 127.338,49 ABŞ dolları müəyyən edilir, o cümlədən əsas borc 113.128,32 ABŞ dolları, faiz borcu 14.210,17 ABŞ dolları təşkil edir. Göründüyü kimi, hər iki məhkəmə ekspertizasının rəyində iddiaçının birinci müqavilə üzrə banka borcu olmadığı, ikinci müqavilə üzrə əsas borc 113.128,32 ABŞ dolları, faiz borcu 14.210,17 ABŞ dolları olduğu qeyd e dilmişdir. Məhkəmə ekspertizasının rəyində qeyd edilən əsas borc hesabdan çıxarış məlumatları, maliyyə arayışı, iddiaçı tərəfindən cavabdehə (banka) ödənilən ödəniş qəbzləri əsasında müəyyən edilmişdir. MPM-in 103.1-ci maddəsinə əsasən, ekspert rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin əsas borcu qalmasını ekspert rəyləri ilə yanaşı işdə olan maliyyə arayışı, iddiaçı tərəfindən banka ödənilən ödəniş qəbzləri ilə də təsdiq edildiyini müəyyən etmişdir. Ekspert rəyləri ilə məhkəmənin razılaşmaması üçün hər hansı əsas olmamışdır. Cavabdeh xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə görə ödəməli olduğu əsas borcun 99.068 ABŞ dollarından, faiz borc unun 14.200 ABŞ dollarından az olması, yaxud borclu qalmaması ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddiaçıdan tutulub cavabdehə ödənilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçı həm apellyasiya şikayətində, həm də kassasiya şikayətində ekspert rəyləri ilə müəyyən edilən borcla bağlı mübahisə açmamışdır. Şikayətin əsas dəlili kreditin bankdan dollarla götürülməsindən sonra manatın dollara nisbətdə devalvasiyaya uğraması, manatın dollara nisbətdə əvvəlki kursu nəzərə alınarsa sonrakı müqavilə üzrə də borcunun olmaması ilə bağlıdır. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair x xxxxxxxx 2018-ci il tarixli Qərarındakı hüq uqi mövqe aşağıdakı kimi olmuşdur. “Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəli yin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzin də borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik mü qavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddənin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqa vilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur. Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar. Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. Lakin müqavilənin bu əsas üzrə məhkəmə tərəfindən ləğv edilməsi üçün əlavə tələblər nəzərdə tutulmuşdur: 1) müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 2) şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən so nra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 3) müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 4) işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (Mülki Məcəllənin 422.2-ci maddəsi). Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişm əsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, manatın məzənnəsinin dəyişməsini tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərba ycan Respublikası Qanununun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmişdir. Manatın məzənnəsinin dəyişməsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qəbul edilib-edilməməsi ilə bağlı, ilk növbədə, onun Mülki Məcəllənin 422-ci maddəsində müəyyən edilən meyarlara cavab verməsi aydınlaşdırılmalıdır. Belə ki, hər bir vətəndaş, o cümlədən iqtisadi münasibətlərin iştirakçısı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin müəyyən edilməsi faktını bilir. Manatın xarici valyutalara nisbətdə məzənnəsinin müəyyən edilməsi o deməkdir ki, valyuta məzənnələri sabit deyil. Yəni manatın məzənnəsi müxtəlif iqtisadi və maliyyə faktorlarından asılı olaraq xarici valyutalara nisbətdə arta və ya azala bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, manatın məzənnəsinin dəyişməsi kredit münasibətlərinin tərəfləri üçün gözlənilməz hal kimi qəbul edilə bilməz. Belə olan halda manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi meyarlarına cavab vermir. Beləliklə, maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır. Borc alan krediti xarici valyutada götürdüyü zaman manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü görməli və bilməli idi. Bu halda borclu krediti xarici valyutad a götürməklə manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur. Nəzərə alınmalıdır ki, maliyyə bazarının bütün iştirakçıları (banklar, əmanətçilər, kredit müqaviləsinin tərəfləri və s.) üçün daim maliyyə riski mövcuddur. Bu risk maliyyə bazarının bütün iştirakçılarının maliyyə bazarında yarana biləcək neqativ faktorlarla əlaqədar maliyyə itkisi ilə üzləşməsi ehtimalıdır. Milli valyutanın məzənnəsinin dəyişməsi, faiz dərəcəsinin dəyişməsi və s. maliyyə riskinin (itkisinin) yaranmasına səbəb ola bilən faktorlardır. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu manatın məzənnəsinin dəyişməsini nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müqavilələrinin şərtlərinin əhalinin maraqları baxımından dəyişdirilməsinin bankların maliyyə imkanlarından asılı olaraq hə yata keçirilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, tərəflər müqavilə azadlığı prinsipinə əsasən kredit müqaviləsi bağlayarkən müqavilənin şərtlərinə Azərbaycan manatının məzənnəsinin dəyişməsi ilə bağlı müddəalar daxil edə bilərlər. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz”. Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbayc an Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Plenum qərarında qeyd olunur ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmiş dir. Yekunda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bankdan krediti xarici valyuta olan dollarla götürdükdən sonra Azərbaycan Respublikasının pul vahidi olan manatın dollara nisbətdə məzənnəsinin dəyişməsinin onun üçün gözlənilməz hesab edilmədiyini və krediti xarici valyutada götürməklə maliyy ə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilmədiyindən iddiaçının şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Məhkəmə ekspertizasının hər iki rəyində iddiaçının xx xxxxx 2014-cü il tarixli müqavilə üzrə banka borcu qalmadığı, 3.196,03 ABŞ dolları artıq ödəmə olduğu qeyd edilmişdir. Həmçinin ekspertiza rəylərində xx xxxxxx 2014-cü il tarixli müqavilə üzrə x xxxx 2017-ci il tarixə iddiaçının banka əsas borcu 113.128,32 ABŞ dolları olduğu qeyd edilsə də, əsas borcun tutulması hissəsində iddia tələbi həddində, yəni 99.068,49 ABŞ dolları məbləğində təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının banka xx xxxxx 2014-cü il tarixli müqavilə üzrə borcu qalmadığını, lakin 3.196,03 ABŞ dollar ı artıq ödəmə etməsini nəzərə almamışdır. Odur ki, iddiaçının 3.196,03 ABŞ dolları artıq ödəməsi nəzərə alınmalı, xx xxxxxx 2014-cü il tarixli müqavilə üzrə əsas borc (99.068,49-3.196,03) 95.872,46 ABŞ dolları müəyyən edilməli, bu hissədə şikayət əsaslı olduğundan təmin edilərək apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə, əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu geci kdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddiaçı ilə cavabdeh arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsi barədə müqavilə münasibətləri mövcud olmuş, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etmiş, iddiaçı isə öhdəliyi icra etməmiş, nəticədə cavabdehə dəymiş zərərin əvəzini ödəməyə borclu olmuşdur. İddiaçı onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdeh olduğundan müqavilədə müəyyənləşdirilmiş məbləği ödəmədiyindən onun dəyərini, habelə faiz borcunu qaytarmaq öhdəliyi daşımışdır. Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1-ci maddə). Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.2-ci bəndində qeyd edilmişdir ki, kredit alan ödəniş planı üzrə kredit və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəyir. Bankın iddia ərizəsində müqavilə öhdəliklərinə əməl olunmadığına görə iddiaçının 32.441,71 ABŞ dolları cərimə ödənilməsi xahiş edilmişdir. İddiaçının cərimə (dəbbə pulu) ödəməsi qanundan və müqavilədən irəli gəlmiş və iddia 4.953,40 ABŞ dolları həddində təmin edilmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldıla bilər. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsiplərinə uyğun o laraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli qərarı). Qanunverici tərəflər müqavilə bağlayarkən onlara iradə sərbəstliyi (Mülki Məcəllənin 6.1.2-ci maddəsi) vermiş, azad surətdə müqavilə bağlamaqla onun məzmununu müəyyənləşdirməyi (Mülki Məcəllənin 390.1-ci maddəsi) tərəflərin öhdəsinə buraxmışdır. Müqavilə icra olunmadığı halda dəbbə pulu ödənilməsini və dəbbə pulunun məbləğini də tərəflər mü qavilə şərtlərində göstərmişlər. İddiaçının dəbbə pulu ödəməli olması qanundan və müqavilədən irəli gəlməklə, dəbbə pulunun məbləği kifayət qədər azaldılmış və bu zaman iddiaçı və cavabdehin əmlak və bütün əsaslı mənafeləri nəzərə alınmışdır. Borcun ipoteka qoyulmuş əmlaka yönəlməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İddiaçı təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etməyərək əsas və faiz borcunu tam ödəmədiyindən bank həmin tələbin ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti birinci instansiya məhkəməsinin x xxxxxxxx 2018-ci il tarixli qərardadı əsasında “xxxx” MMC-nin rəyləri ilə müəyyən edilmişdir. İddiaçı kassasiya şikayətində ipoteka ilə yüklü edilmiş əmlakın dəyərinin rea llığa uyğun olmadığını bildirmişdir. Lakin o, etirazının əsası ilə, ipoteka ilə yüklü edilmiş əmlakın real dəyərindən az qiymətləndirilməsi ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti barəsində apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı sayaraq qeyd edir ki, cavabdehin şikayəti əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə işdə olan sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq tətbiq olunan hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Odur ki, kassasiya şikayəti qismən təmin edilərək yalnız iddiaçının ödəmiş olduğu 3.196,03 ABŞ dolları nəzərə alınaraq əsas borcun tutu lması hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.2 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-526/2019 saylı, x xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. İddiaçı və qeyrilərindən tutulub “xxxx” QSC-yə ödənilən kredit üzrə əsas borc 95.872,46 (doxsan beş min səkkiz yüz yetmiş iki) ABŞ dolları müəyyən edilsin. Qətnamə qarşılıqlı iddianın qismən təmin edilərək iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehlər İddiaçı, X7 və X1 müştərək qaydada cavabdehin xeyrinə 14.210,17 ABŞ dolları faiz borcu və 4.953,40 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 115.036,03 dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqı, cəmi 120 manat məbləğində pulun tutulması, tələbin Sumqayıt şəhəri “Xəzər” Bağıçılıq Cəmiyyəti 983 ünvanda X2 xüsusi mülkiyyətində olan ümumi sahəsi 107.5 kv.m ibarət olan bağ evinə, Sumqayıt şəhəri Corat bağlar ərazisi 2442E ünvanınd a X2 xüsusi mülkiyyətində olan 0.07277 ha torpaq sahəsinə və Sumqayıt şəhəri Corat qəsəbəsi 2-ci məhəllədə X2 xüsusi mülkiyyətində olan 0.0598 ha torpaq sahəsinə və üzərində yerləşən ümumi sahəsi 254 kv.m-dən ibarət olan 200A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Sumqayıt şəhəri “Xəzər” Bağıçılıq Cəmiyyəti 983 ünvanda olan ümumi sahəsi 107.5 kv.m ibarət olan bağ evinin ilkin satış qiyməti 40.300 manat, Sumqayıt şəhəri Corat bağlar ərazisi 2442E ünvanında olan 0.07277 ha torpaq sahəsinin ilkin satış qiyməti 71.800 manat və Sumqayıt şəhəri Corat qəsəbəsi 2-ci məhəllədə X2 xüsusi mülkiyyətində olan 0.0598 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 254 kv.m-dən ibarət olan 200A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 140.800 manat müəyyən edilməklə həmin daşınmaz əmlakları n açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitdən cəmi 115.036,03 ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və cavabdeh tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının, cəmi 120 manat məbləğində pulun cavabdehin hesabına ödənilməsi, artıq qalan məbləğin X4 verilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər İddiaçı, X7 və X1 müştərək qaydada alınaraq cavabdehə öd ənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri “Xəzər” Bağıçılıq Cəmiyyəti 983 ünvanda olan ümumi sahəsi 107.5 kv.m-dən ibarət olan bağ evinə, Sumqayıt şəhəri Corat bağlar ərazisi 2442E ünvanında olan 0.07277 ha torpaq sahəsinə və Sumqayıt şəhəri Corat qəsəbəsi 2ci məhəllədə olan 0.0598 ha torpaq sahəsinə və üzərində yerləşən ümumi sahəsi 254 kv.m-dən ibarət olan 200A nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra X2 həmin yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılması hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-131/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-131/2020
10.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver