Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-132/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, subpodrat müqaviləsi və öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Xıdırov Əhliman Mehman oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə (üçüncü şəxs: Şəmkir rayon İcra Hakimiyyəti) qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Mə hkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 oktyabr tarixli 22(103)-439/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2014-cü il 10 oktyabr tarixində bağlanmış 41 nömrəli subpodrat müqaviləsinə əsasən, sifarişçi – Cavabdeh X2 ilə podratçı – X6 arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən, podratçı Şəmkir rayonu Şəhidlər Xiyabanında mərmər materialının təşkili və vurulmasını öz üzərinə götürür. Podratçı həmin işləri müqavilənin ayrılmaz tərkib hissəsi olan texniki tapşırığa uyğun olaraq görməyi öhdəsinə götürür, sifarişçi isə həmin işlərin görülə bilməsi üçün zəruri şərait yaratmağı, işlərin nəticəsini qəbul etməyi və müqavilə ilə nəzərdə tutulan məbləği ödəməyi öhdəsinə götürür. 2. 2 014-cü il 24 dekabr tarixində bağlanmış 117 nömrəli subpodrat müqaviləsinə əsasən, sifarişçi – Cavabdeh X2 ilə icraçı – "xxxx" X2 arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən, sifarişçi ünvan 1 ünvanında yerləşən X5 qranit işlərini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada göstərməyi öhdəsinə götürür. Göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Xidmət Aktı ilə müəyyənləşdirilmişdir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair forma 2 qeyd edilir. 3. 11/19/2014-cü il tarixli Şəmkir şəhəri Çörək Zavodunda görülmüş qranit işlərin yekun smetasına əsasən, işlərin ümumi dəyəri 55.008.20 manat məbləğində müəyyən olunmuşdur. 4. 11/19/2014-cü il tarixli Zabitlər bağında görülmüş qranit işlərin yekun smetasına əsasən, işlərin ümumi dəyəri 13.900 manat məbləğində müəyyən edilmişdir. 5. 11/19/2014-cü il tarixli Şəmkir şəhəri Şəhidlər Xiyabanında görülmüş işlərin yekun smetasına əsasən, işlərin ümumi dəyəri 356.900 manat məbləğində müəyyən olunmuşdur.
6. Cavabdeh X2 və "xxxx" X2 arasında bağlanmış 76 nömrəli müqaviləyə 1 saylı 2014-cü il 1 dekabr tarixli Əlavəyə əsasən, Şəhidlər Xiyabanında görülmüş dəmir-beton işinin cəmi dəyəri 10.116.40 manat; X3 müəllimin göstərişi ilə əlavə görülmüş işlərin cəmi dəyəri 35.936.885 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı 2017-ci il 15 fevral tarixində iddia, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə 252.500 manat qalıq əsas borcun, 30.510 manat faiz məbləğinin, 91.531 manat əldən çıxmış faydanın, hüquqi xidmətlərə görə ödəniləcək 37.454 manat vəsaitin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında Şəmkir rayonu Şəhidlər Xiyabanında, “X5”, Şəmkir rayonu Zabitlər Parkında və Şəmkir rayonu X4 təmir-bərpa işlərinin (mərmər-qranit materialları ilə) təşkili ilə bağlı müxtəlif tarixlərdə subpodrat müqavilələri imz alanmışdır. İddiaçı götürdüyü öhdəlikləri lazımı keyfiyyətdə və müddətdə yerinə yetirmişdir, işlərin lazımi keyfiyyətdə yerinə yetirilməsinə görə cavabdehin rəhbəri, yerli icra hakimiyyətinin başçısı, həm də rayonun digər vəzifəli şəxsləri tərəfindən təqdir olunmuşdur. Götürülən işlərin yerinə yetirilməsinə görə ümumi müqavilə dəyərinin bir hissəsi avans olaraq, qalan məbləğlər isə işlərin yerinə yetirilmə qrafikinə uyğun ödənilməli idi. İşlərin təhvilindən sonra cavabdeh tərəfindən ödənilmiş məbləğ avans da daxil olmaqla 252.500 manat olmuşdur. Qalan 252.500 manat məbləğ ödənilməmişdir. Görülmüş işlərin qısa vaxtda yerinə yetirilməsi üçün mərmər, sement, armatur, daş və s. istifadə edilən materiallar iddiaçı tərəfindən şəxsi vəsait hesabına alınmış, işlərin görülməsi üçün istifadə oluna n nəqliyyat vasitələri və texniki avadanlıqlar şəxsi vəsait hesabına icarəyə götürülmüş, ştatda olan işçilərdən (32 nəfər) əlavə yaxın ərazidə yaşayan şəxslər günəmuzd kimi işlərə cəlb olunmuşdur. Cavabdeh fəaliyyətini dayandırdığından və onlarla əlaqə saxlamaq mümkün olmadığından görülmüş işlər, o cümlədən Şəmkir rayonu Şəhidlər Xiyabanı üzrə işlər əsas sifarişçi olan Şəmkir Rayon İcra Hakimiyyətinə (bundan sonra – “üçüncü şəxs”) təhvil verilmiş, təntənəli açılış mərasimi həyata keçirilmişdir. Öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehdən 29 ay üçün illik 5 faiz olmaqla 30.510 manat, Azərbaycan Respublikası Mərkəzi bankın (bundan sonra – “Mərkəzi Bank”) uçot dərəcəsi ilə illik 15 faizlə 91.531 manat əldən çıxmış fayda cavabdehdən tutulmalıdır.
9. İddiaçı tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 443.1, 443.3, 445.1, 445.7, 449.1, 752.1, 753-cü maddələrinə istinad etmişdir.
10. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır. 11. 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 2017-ci il 4 may tarixli 2-2(81)462/2017 nömrəli qərardadı ilə Şəmkir rayon İcra Hakimiyyətinə üçüncü şəxs qismində işə cəlb edilmişdir. 12. 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 2017-ci il 15 may tarixli 2-2(81)462/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır (hakim – İ.Əhmədov).
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yazılı subpodrat müqavilələri olduğundan, cavabdeh müqavilə üzrə işlərin nəticələrinin təhvil verilməsini inkar, iddiaçı isə subpodrat müqavilələri üzrə işlərin nəticələrini təhvil verdiyini iddia etdiyindən, subpodrat müqavilələri üzrə görülmüş işlərin nəticələrinin sifarişçiyə təhvil verilməsinin sübut etmək yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəfindən subpodrat müqavilələri üzrə işlərin təhvil verilməsi ilə bağlı hər hansı sübut (məsələn, tərəflər arasındakı yazışmalar, əgər podratçı işi öz materialları ilə icra edibsə, həmin materialların alınmasına dair və s.) məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, iddiaçı tərəflər arasında subpodrat müqavilələrindən irəli gələn cavabdehin muzd ödəmək öhdəliyinin əmələ gəldiyini sübut edə bilməmişdir. İddiaçı mərmər, qranit işlərinin görüldüyünü iddia etsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış 2014-cu il 24 dekabr ta rixli müqavilənin 1.2-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair Forma 2 qeyd edilir. İddiaçının sübut olaraq təqdim etdiyi materiallar mahiyyətcə əsaslı olmadığından, onlara mübahisənin maddi hüquqi əsası kimi tətbiq olunmalı MM-in podrat müqaviləsini tənzimləyən normalarına istinad olunmasına və təfsirinə zərurət qalmamışdır. Təmirbərpa işlərin nəticələrinin cavabdehə təhvil (mərmər-qranit materialları ilə) verilməsi, o cümlədən cavabdeh tərəfindən əvvəllər iddiaçıya 252.500 manat pul vəsaitinin ödənilməsi barədə heç bir mötəbər sübutla təsdiq olunmur. Tələb edilən əsas borcun 252.500 manat olduğu iddiaçı tərəfindən ir əli sürülsə də, yenə də bu hal iddiaçının subyektiv mövqeyindən asılıdır. Çünki, Şəmkir rayonu Şəhidlər Xiyabanında, “X5”, Şəmkir rayonu Zabitlər Parkında və Şəmkir rayonu X4 təmir-bərpa işlərin (mərmərqranit materialları ilə) görülməsinə dair smeta tərəflər arasında tərtib və təsdiq edilməmişdir.
14. Görülmüş işlərin cəmi dəyərinin 505.000 manat (lakin iddia tələbinin həcminin artırılması barədə ərizədə fərqli rəqəm qeyd edilir 448.608,2 manat (356900+55008,2+36700)) olması barədə tərəflərin razılığını ifadə (təsdiq) edən heç bir mötəbər sübut mövcud deyil. Digər konsensual müqavilələrdən fərqli olaraq, subpodrat müqaviləsi bağlandığı anda icra edilə bilməz, işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir. Mərmər, qranit işləri ilə bağlı görülmüş işlər və onların dəyəri yazılı sübutlarla (“Forma 2” aktlar, iddiaçının işlərin görülməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən ödəniş sənədləri və s.) öz təsdiqini tapmalı idi. Görülən işlərin təhvil-təsliminə dair heç bir Forma 2 və sair sənədin olmaması da tərəflərin işini qanunun tələbləri əsasında qurmadığına yaxud maraqlı olmadığına dəlalət edir ki, bundan irəli gələn məsuliyyət də qanunun tələblərinə əməl etməyənə aiddir. İş materiallarına əlavə edilən smeta təsdiq edilməmiş, yalnız cavabdehin möhürü əks olunmuşdur. 1 saylı Əlavədə müqavilə iştirakçıları tərəfindən imza ilə təsdiq edilməmiş, yalnız iddiaçının möhürü əks edilmişdir.
15. Məhkəmə öz mövqeyini MM-in 21.2, 324.1, 389.1, 405.1, 439, 445, 449.1, 449.4, 752.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 81, 217.4-cü maddələrinə istinad etmişdir.
16. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 21 sentyabr tarixli 2-2(103)-472/2017 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hak im – H.Həmidov, hakimlər – X.Mərdanova və X.Sarıyev).
18. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallara və əsaslandığı normalara istinadla onun gəldiyi nəticə ilə razılaşmışdır (bax yuxarıda §§ 13 – 14).
19. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 10 iyul tarixli 2-2(102)-286/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən hakim – K.Bədəlov, hakimlər İ.D adaşov və A.Hüseynov).
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. İşin materiallarında olan “Dünya Meridianları” adlı jurnalın 2014-cü il tarixli buraxılışında Şəmkir rayonunda gedən abadlıq-quruculuq işləri ilə bağlı çap edilmiş məqalədə Şəmkir şəhər “Şəhidlər Xiyabanındakı” yenidən qurma və abadlıq işlərinin iddiaçı tərəfindən aparıldı ğı, həmin ərazidə onun işçilərinin çalışdığı əks edilmiş və bu barədə fotoşəkillər yerləşdirilmişdir. Eyni zamanda, işin materiallarına “X5” və Şəmkir rayonu Zabitlər Parkında görülmüş işlərlə bağlı şəkillər də əlavə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə həmin sübutlara əhəmiyyət verməmiş, qeyd edilən sənəd və materialları sübut kimi qəbul etməməsini əsaslandırmamışdır. Halbuki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda, məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Məhkəmə, sübutla rın qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməli, məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir. Kassasiya şikayətinə əlavə edilən Şəmkir rayon İcra Hakimiyyəti başçısının aparatının 2018-ci il 17 yanvar tarixli, Q-6/2-010/2 saylı məktubunda göstərilmişdir ki, Şəmkir şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində 2013cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanılmış və 2014-cü ildə başa çatdırılmışdır. Həmin işlər cavabdehin sifarişi əsasında Qədim Qafarovun təsisçisi olduğu iddiaçı tərəfindən yerinə yetirilmişdir. Görülmüş işlərin dəyəri cavabdehə tamamilə ödənilmiş və hal-hazırda heç bir borc qalmamışdır. Sözügedən məktubda da Şəmkir şəhərində abadlıq-quruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanıldığı və 2014-cü ildə başa çatdırıldığı, eyni zamanda, həmin işlərin cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən yerinə yetirildiyi etiraf edilmişdir. Apellyasiya instansiya məhkəməsi subpodrat müqaviləsi üzrə tərəflərin öz öhdəliklərini tam icra edib-etməmələrini lazımınca (iş üçün əhəmiyyətli olan bütün sübutların qiymətləndirilməməsi) araşdırmamış və cavabdehin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımaması barədə qənaətini kifayət qədər əsaslandırmamışdır.
22. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün MM-in 752.1, 759.2, MPM-in 76.1, 76.2, 77.1, 88, 89.1-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati – İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli 2-2(103)-547/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, cavabdehdən 252.500 manat əsas borc, 30.510 manat faiz məbləği və hüquqi xidmətlərə görə 1.000 manat məbləğ tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (sədrlik edən hakim – V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov).
24. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, üçüncü şəxsin məktubunda Şə mkir şəhərində abadlıq-quruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanıldığı və 2014-cü ildə başa çatdırıldığı, eyni zamanda, həmin işlərin cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən yerinə yetirildiyi etiraf edilmişdir. Subpodrat müqaviləsi üzrə iddiaçı tərəf öz öhdəliklərini tam icra etmiş, cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməmişdir. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə k i, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın ilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Tərəflər arasında olan müqaviləyə əsasən iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirdiyi, lakin cavabdehin öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi sübut olunduğundan, cavabdeh iddiaçıya əsas borc məbləği 252.500 manat, faiz borcu olaraq 30.510 manat məbləği ödəməlidir. İddia tələbinin Mərkəzi Bankın uçot dərəcəsi ilə 15 faiz olmaqla 91.531 manat əldən çıxmış fayda ilə bağlı hissəsi isə əsaslandırılmadığı üçün təmin olunmamışdır.
25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 445.2.1, 448.1, 449.1, 752.1, 759.2, MPM-in 14.2, 77.1, 88-c maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati – İqtisadi Kollegiyasının 2019-cu il 27 fevral tarixli 2-2(102)-100/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati – İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli 2-2(103)-547/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Quliyev, hakimlər N.Rəsulbəyova və İ.Hüseynov).
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, Şəmkir şəhəri ndə abadlıq quruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanıldığı və 2014-cü ildə başa çatdırıldığı, eyni zamanda, həmin işlərin cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən yerinə yetirildiyi icra hakimiyyətinin məktubu ilə sübuta yetirilir. Subpodrat müqaviləsi üzrə iddiaçı tərəf öz öhdəliklərini tam icra etmiş, cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edirkən prosessual və maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
29. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni apellyasiya instansiya məhkəməsinin istinad etdiyi normalara əsaslanmışdır (bax § 25). f) Konstitusiya Məhkəməsindəki ilk icraat
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun 2020-ci il 17 fevral tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 fevral tarixli 2-2(102)-100/19 nömrəli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu yoxlanılaraq qeyd edilən qərar Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, habelə MPMin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilmiş, işə bu qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.
31. Konstitusiya məhkəməsi hesab etmişdir ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Aparatının 2018-ci il 17 yanvar tarixli məktubuna əsasən, Şəmki r şəhərində aparılan abadlıq quruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanılmış və 2014-cü ildə başa çatdırılmışdır. Həmin işlər cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən yerinə yetirilmişdir. Qeyd olunan məktub iddiaçı tərəfindən kassasiya şikayətinə əlavə edilmiş, birinci və apellyasiya instansiyası məhkəmələrində araşdırma predmeti olmamışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası həmin məktuba əsaslanaraq 2018-ci il 10 iyul tarixli qərarında göstərmişdir ki, Şəmkir şəhərində abadlıq-quruculuq işləri çərçivəsində Şəhidlər Xiyabanında yenidənqurma işləri cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən yerinə yetirilmişdir. Kassasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi subpodrat m üqaviləsi üzrə tərəflərin öhdəliklərini tam icra edib-etməmələrini lazımınca araşdırmamış və cavabdehin öhdəliyin icra olunmamasına görə məsuliyyət daşımaması barədə qənaətini əsaslandırmamışdır. Göstərilənlərlə əlaqədar olaraq, məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə kifayət qədər əməl olunmadan çıxarılması onun ədalət mühakiməsinin qanuna uyğun olmayan aktı kimi qəbul edilməsinə əsas verir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası mülki prosessual qanunvericiliyin normalarını və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini nəzərə almadan iddiaçı tərəfindən kassasiya şikayətinə əlavə olunmuş yeni sübutu əsas götürərək işə mahiyyəti üzrə baxmış və nəticədə qanunvericiliyin tələblərinə cavab verməyən qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyası isə yalnız Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Aparatının 2018-ci il 17 yanvar tarixli məktubunu əsas götürərək 2018-ci il 16 oktyabr tarixli qətnaməsində hesab etmişdir ki, subpodrat müqaviləsi üzrə iddiaçı tərəf öz öhdəliklərini tam icra etmiş, cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 2019-cu il 27 fevral tarixli qərarında mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ pozulmuşdur.
32. Konstitusiya məhkəməsi gəldiyi nəticə ni əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə, MM-in 387.3, 403.1, MPM-in 9.1, 9.3, 14.1, 77.1, 88, 217.1, 217.4, 418.1, 418.2, 418.3-cü maddələrinə istinad etmişdir. g) Ali Məhkəmənin Plenumdaki ilk icraat
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 13-2(102)-2(k)/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati – İqtisadi Kollegiyasının 2019-cu il 27 fevral tarixli 2-2(102)100/2019 nömrəli və onunla bağlı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 oktyabr tarixli 2-2(103)-547/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. h) Apellyasiya instansiyası m əhkəməsindəki üçüncü icraat
34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 aprel tarixli 2-2(103)-69/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 2017-ci il 15 may tarixli 22(81)-462/2017 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 196.108,2 manat əsas borc, 23.696,3 manat illik 5 faiz ilə faiz məbləği, 30 manat dövlət rüsumu, cəmi 219.834,5 manat pul tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (sədrlik edən hakim – V.Baxışova, hakimlər R.Qurbanov və Ş.Məmmədova).
35. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə mübahisə Şəmkir rayonunda yerləşən 3 ayrı obyektdə qran it və mərmər işlərinin görülməsi ilə bağlı tərəflər arasında bağlanmış subpodrat müqavilələrindən (müqavilələrdə öhdəliyin icra müddəti nəzərdə tutulmamışdır) irəli gəlir. İşdəki 41 saylı 2014-cü il 10 oktyabr tarixli subpodrat müqaviləsinə əsasən iddiaçı cavabdehin sifarişi əsasında Şəmkir rayonu, Şəhidlər Xiyabanında mərmər materialının təşkili və vurulmasını, 117 nömrəli, 2014-cü il 24 dekabr tarixli subpodrat müqaviləsinə əsasən X5 qranit işlərinin görülməsini, 118 saylı 2014-cü il 27 dekabr tarixli subpodrat müqaviləsinə əsasən isə Şəmkir şəhəri Zabitlər bağında qranit işlərinin görülməsini öhdəsinə götürmüşdür. Cavabdehin möhürü ilə təsdiq edilmiş 2014-cü il 19 noyabr tarixdə tərtib edilmiş smeta sənədlərinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, üç müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya razılaşdırılmış qiymətlər əsasında ümumilikdə 448.608,2 manat muzd ödənilməli idi. İddiaçının gördüyü işlərə görə cavabdehdən tələb etdiyi əsas borc məbləği iki hissədən ibarətdir: müqavilə münasibətləri çərçivəsində razılaşdırılmış smetalar üzrə görülmüş işlərin dəyəri və smetası razılaşdırılmamış işlərin dəyəri. İddiaçı iddia ərizəsində tərəflər arasında bağlanmış müqavilələr üzrə görülmüş işlərə görə avans da daxil olmaqla cavabdeh tərəfindən cəmi 252.500 manat məbləğində pul ödənildiyini göstərmişdir. Belə olan halda müəyyən olunur ki, 2014-cü il 24 dekabr tarixli və 2014-cü il 27 dekabr tarixli subpodrat müqavilələri üzrə işlərin dəyəri iddiaçıya tam ödənilmiş, cavabdehin iddiaçıya 2014-cü il 10 oktyabr tarixli subpodrat müqaviləsi üzrə razılaşdırılmış smeta üzrə 196.108,2 manat qalıq borcu qalmışdır. Məhkəmə görülmüş işlərin dəyərinin 252.500 manat məbləğində hissəsinin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı iddiaçının məhkəməyə sübut təqdim etməli olduğuna dair cavabdehin mülahizəsini əsassız hesab edərək göstərmişdir ki, İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş üçüncü şəxsin mübahisə ilə bağlı mövqeyi məhkəməyə ünvanlanmış 2018-ci il 17 yanvar tarixli və 2018-ci il 5 oktyabr tarixli məktublarda ifadə edilmişdir. Üçüncü şəxsin 2018-ci il 17 yanvar tarixli məktubunda qeyd edilmişdir ki, Şəmkir şəhərində aparılan abadlıqquruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanılmış və 2014-cü ildə başa çatdırılmışdır. Həmin işlər cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən yerinə yetirilmişdir. 3
6. Görülmüş işlərin dəyəri cavabdehə tamamilə ödənilmiş və hal-hazırda heç bir borc qalmamışdır. Üçüncü şəxsin 2018-ci il 5 oktyabr tarixli digər məktubunda isə qeyd edilmişdir ki, Şəmkir rayonu, Şəhidlər Xiyabanında, X5, Zabitlər Parkında təmir bərpa işlərinin aparılması ilə bağlı üçüncü şəxs tərəfindən heç bir şirkətlər müqavilə bağlanmamışdır. Həmin işlərin aparılması ilə bağlı maliyyə vəsaitinin ayrılması müxtəlif sponsorlar və Şəmkir sahibkarları tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən həmin işlərin həcmi və işlərə dair ödənilmiş vəsaitin məbləği barədə üçnücü şəxsdə heç bir məlumat yoxdur. Məhkəmə qeyd etmişdir ki, görülmüş işləri təhvil almaq öhdəliyi qanunvericiliyin tələbinə əsasən sifarişçinin vəzifəsi olduğundan, bu vəzifəsini icra etməmiş sifarişçi görülmüş işin nəticəsini n hansı səbəbdən qəbul edilmədiyini əsaslandırmağa borcludur. İddiaçı tərəfindən sifariş verilmiş işlərin görülməsi birinci instansiya məhkəməsinə təqdim edilmiş maddi sübutlar-fotoşəkillər, “Dünya Meridianları” adlı jurnaldan çıxarışla təsdiq olunur. Jurnalın 2014-cü il tarixli buraxılışında Şəmkir rayonunda gedən abadlıq-quruculuq işləri ilə bağlı çap edilmiş məqalədə Şəmkir şəhər “Şəhidlər Xiyabanındakı” yenidən qurma və abadlıq işlərinin iddiaçı tərəfindən aparıldığı, həmin ərazidə iddiaçının işçilərinin çalışdığı qeyd edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə, məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edil miş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin səbəbləri, o cümlədən qərarın əsaslandırılması üçün hansı sübutun əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərin (çap olunmuş və flaş daşıyıcıda olan) və məqalənin hansı səbəbdən sübut kimi qəbul edilmədiyini qətnamədə əsaslandırmamış, ümumiyyətlə bu sübutlara hər hansı hüquqi qiymət verməmişdir. Halbuki, fotoşəkillər və çap olunmuş materiallar maddi sübutlara aid olmaqla sübut növlərindən biridir. Təqdim edilmiş maddi sübutların mötəbərliyi məhkəmədə şübhə doğurduğu halda məhkəmə yerində müayinə təyin etməklə iddiaçı tərəfindən işlərin həqi qətən görülüb-görülmədiyini müəyyənləşdirə bilərdi. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının təqdim etdiyi maddi sübutların mötəbərliyini şübhə altına almağa əsas verən hər hansı sübut təqdim edilməmişdir. Əgər işlər tam həcmdə görülməməsi, vaxtından gec görülməsi və ya qüsurla icra edilməsi əsası ilə qəbul edilməmişdirsə, bu halların mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin (sifarişçinin) üzərinə düşdüyü halda cavabdeh bununla bağlı məhkəməyə əsaslı səbəb göstərə bilməmişdir.
37. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarda izahatında göstərmişdir ki, Cavabdeh MMC-nin rəhbəri dəyişmiş və 2006-cı ildən MMC fəaliyyətini dayandırmışdır. Məhkəmə hesab etmişdir ki, hüquqi şəxsin qanuni təmsilçisinin dəyişməsi və fəaliyyətini dayandırması əvvəlki rəhbərin dövründə bağlanmış müqavilələr üzrə öh dəliyin icrasından imtina üçün əsas ola bilməz. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında subpodrat müqaviləsindən irəli gələn öhdəlik münasibətinin mövcud olduğunun, bağlanmış müqavilələr üzrə öhdəliklərin iddiaçı tərəfindən yerinə yetirildiyinin işdəki sübutlarla təsdiq edildiyindən, cavabdeh tərəfindən 2014-cü il 10 oktyabr tarixli bağlanmış subpodrat müqaviləsi üzrə görülmüş işlərin təhvil alınması və dəyərinin tam ödənilməsi ilə bağlı öhdəlik yerinə yetirilmədiyindən, həmin müqavilə əsasında Şəmkir rayonu, Şəhidlər Xiyabanında görülmüş işlərə görə ödənilməmiş 196.108,2 manat məbləğində qalıq borcun cavabdehdən tutulması hissəsində iddiaçının tələbi təmin edilməlidir. Cavabdehdən tələb edilən 56.391,8 manat əsas borc tələbi ilə bağlı hissədə iddianın əsaslı olduğu sübut edilmədiyi ndən məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş, cavabdeh tərəfindən təsdiq edilməmiş, “76 saylı müqaviləyə 1 saylı Əlavə” adlı yalnız iddiaçının özü tərəfindən təsdiq edilmiş sənəddə iddiaçı tərəfindən Şəmkir rayonu, Şəhidlər Xiyabanında 10.116,4 manat dəyərində beton demontaj işləri, Şəmkir rayon İcra Başçısının göstərişi ilə isə 35.936,88 manat dəyərində əlavə işlər görüldüyü qeyd edilmişdir. Bu sənədə əsasən müqavilədən kənar görülmüş işlərin dəyəri 46.053,28 manat təşkil etdiyi halda, iddiaçı tərəfindən əlavə işlərə görə 56.391,8 manat ödəniş tələb edilir. Həmçinin, cavabdeh ona məxsus olmayan obyektlərdə Şəmkir Rayon İcra Başçısının göstərişi əsasında görüldüyü iddia edilən işlərin dəyərini ödəmək öhdəliyi daşımadığından, i ddia həmin işlərin dəyərinin tutulması hissəsində rədd edilməlidir. Eyni zamanda, iddiaçı 2017-ci il 15 may tarixli məhkəmə iclasında təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizədə MM-nin 445.7-ci maddəsinə əsasən, cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faizlə 29 ay üçün 30.510 manat faiz məbləğinin tutulmasını xahiş etmişdir. Hazırkı halda iddiaçı tərəfindən subpodrat işlərinin 2014-cü ildə təhvil verildiyi iş üzrə üçüncü şəxsin yazılı izahatı və “Dünya Meridianları” adlı jurnalın çap olunma tarixi ilə təsdiq edilsə də, işlərin hansı ayda yekunlaşdığı barədə məlumat yoxdur. Buna görə də icranın başa çatma müddəti şərti olaraq 2014-cü ilin dekabr ayı qəbul edilməli, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə verildiy i 2017-ci il 15 may tarixədək 196.108,2 manat əsas borcun ödənilməsinin gecikdirildiyi 29 ay üçün cavabdehdən iddiaçının xeyrinə illik 5 faizlə 23.696,3 manat pul tutulmalı, faizlə bağlı tələb qalan hissədə rədd edilməlidir. İddiaçı MM-nin 449.1-ci maddəsinə əsasən cavabdehdən Mərkəzi Bankın uçot dərəcəsi ilə illik 15 faizlə 29 ay üçün 91.531 manat əldən çıxmış faydanın tutulmasını tələb etsə də, gecikdirilmiş əsas borc məbləğindən cavabdehin faydalanaraq gəlir əldə etməsi barədə hər hansı sübut təqdim edilmədiyindən, bank uçot faizi ilə 91.531 manat əldən çıxmış faydanın tutulması hissəsində iddia rədd edilmişdir.
38. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün MM-in 385.1, 445.7, 449.1, 752.1, 753.3, 754.1, 754.2, 770-ci maddələrinə istinad etmişdir.
39. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. i) Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021ci il 9 sentyabr tarixli 2-2(102)-367/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 aprel tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – K.Abiyeva, hakimlər B.Qəribov və B.Məmmədli).
41. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi Hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessu al hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşin müəyyən edilmiş faktiki hallarına apellyasiya instansiyası məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətləndirmə ilə məhkəmə xollegiyası razılaşmış və hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin kassasiya şikayətinin tərəflər arasında subpodrat münasibətlərinin mövcud olmasının qanunla müəyyən edilmiş sübutlarla təsdiq edilməməsi barədə dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verildiyini bildirən kassasiya kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnamə qəbul edərkən əsaslandığı, işdə olan notarial qaydada təsdiq edilmiş müqavilələr və görülmüş işlərin yekun smeta sənə dləri cavabdehin möhürü ilə təsdiq edilmişdir. Qeyd olunan sənədlərdəki möhürün cavabdehə məxsus olmaması isə sonuncu tərəfindən mübahisələndirilməmişdir. Kassasiya kollegiyası MM-in 445.7-ci maddəsinə əsasən, cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faizlə 29 ay üçün 30.510 manat faiz məbləğinin tutulması ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən subpodrat işlərinin 2014-cü ildə təhvil verildiyi işin materialları ilə təsdiq edilsə də, işlərin hansı ayda yekunlaşdığı barədə məlumat yoxdur. Buna görə də icranın başa çatma müddəti 2014cü ilin sonuncu ayı-dekabr ayı qəbul edilmiş, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ə rizə verildiyi 2017-ci il 15 may tarixinədək 196.108,2 manat əsas borcun ödənilməsinin gecikdirildiyi 29 ay üçün cavabdehdən iddiaçının xeyrinə illik 5 faizlə 23.696,3 manat pulun tutulması, faizlə bağlı tələbin qalan hissədə təmin edilməməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi MM-in 445.7-ci maddəsinin tələbinə uyğun olmuşdur.
42. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün MM-in 442, 443.1, 445.1, 445.7, 448.1, 448.2, 448.3, 448.4, 449.1, 752.1, 752.2, 769, 770, MPM-in 14.2, 77.1, 77.3, 78.1, 88, 416-cı maddələrinə istinad etmişdir. ğ) Konstitusiya Məhkəməsindəki ikinci icraat
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 11 oktyabr tarixli qərarı ilə Azərbay can Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 sentyabr tarixli 2-2(102)-367/21 nömrəli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 130-cu maddəsinin İX hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4 və 66-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilmiş, müvafiq məhkəmə aktı icra olunmamış və işə bu qərarda və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 17 fevral tarixli Qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır.
44. Konstitusiya məhkəməsi hesab etmişdir ki, ali məhkəmə apellyasiya məhkəməsinin qətnaməsini cavabdehin kassasiya şikayətinə münasibətdə qüvvədə saxlayarkən cavabdehin kassasiya şikayətinin tərəflər arasında subpodrat münasibətlərinin mövcud olmasının qanunla müəyyən edilmiş sübutlarla təsdiq edilməməsi barədə dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmiş olması nəticəsinə gəlmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə işə baxması Konstitusiya Məhkəməsinin qərarlarının təhrifinə (təftişinə, genişləndirilməsinə, məhdudlaşdırılmasına və ya digər formada təfsir olunmasına) səbəb olmamalı, konstitusiya ədalət mühakiməsinin səmərəliliyinə xələl gətirməməli və kassasiya instansiyası məhkəməsinin konstitusiya statusuna uyğun olaraq həyata keçirilməlidir. Bu zaman məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hüquqi çərçivələrdə qəbul etməlidir.
45. Həmçinin qeyd olunmuşdur ki, ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasıdır. Məhkəmə icraatının işin mürəkkəbliyi nəzərə alınaraq ağlabatan müddətdə aparılması qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır. Lakin hazırkı işdə məhkəmə araşdırmasının müddəti həddən artıq olmaqla ağlabatan müddət tələbinə cavab verməmişdir.
46. Konstitusiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsi, “Konstitusiya Məhkəməsi h aqqında” Azərbaycan Respublikası Qanununun 63.4, 66.1, 66.2-ci maddələrinə, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2005-ci il 25 yanvar tarixli Qərarına, “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə” 2018ci il 11 dekabr tarixli və “Seymur” X1 şikayəti üzrə” 2021-ci il 5 aprel tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarıarına, MPM-in 416, 418.1, 418.3-cü maddələrinə istinad etmişdir. j) Ali Məhkəmənin Plenumdak i ikinci icraat
47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2022-ci il 19 dekabr tarixli 13-2(102)-4(k)/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 sentyabr tarixli 2-2(102)367/2021 nömrəli qərarı və onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 aprel tarixli 2-2(103)-69/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
48. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli müqavilələrin əslinin məhkəməyə təqdim edilməməsi, müqavilələri səlahiyyətli şəxslərin imzalamaması və s. ilə bağlı cavabdeh tərəfindən irəli sürülmü ş dəlillərə hər hansı hüquqi qiymət verilməmişdir. Ali Məhkəmənin Plenumu qeyd etmişdir ki, iddianın qanuni və əsaslı həlli üçün işin mübahisə olunan və olunmayan halları aydınlaşdırılmalı, mübahisələndirilən hallar üzrə sübutetmə yükü düzgün müəyyənləşdirilməli, həmin halların tam və hərtərəfli araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmalı, iddiaçının tələblərini əsaslandırdığı hallar, habelə cavabdehlərin etirazları təqdim olunmuş sübutlar əsasında ətraflı yoxlanılmalı, iddiaya və etiraza aidiyyəti hüquq normalarının şərtləri əsasında yekun hüquqi qiymət verilməklə mübahisə həll edilməlidir.
49. Ali Məhkəmənin Plenumu gəldiyi nəticəni əsaslandırmaq üçün MM-in 442, 443.1, 445.1, 445.7, 448.1, 448.2, 448.3, 448.4. 449.1, 752.1, 753.1, 769, 770, MPM-in 14.1, 14.2, 77.1, 217.1, 217. 3, 431-1.1, 431-1.2.1, 431-4.2.1-ci maddələrinə istinad etmişdir. x) Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat
50. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 oktyabr tarixli 2-2(103)-439/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – C.Musayeva, hakimlər – F.Babayev və G.Axundova).
51. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, digər konsensual müqavilələrdən fərqli olaraq, subpodrat müqaviləsi bağlandığı andan icra edilə bilməz, çünki işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmeti ni görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
52. İş materiallarından görünür ki, iddiaçı subpodrat müqavilələri üzrə işlərin nəticələrinin təhvil verildiyinə istinad etməklə bunun müqabilində razılaşdırılmış muzd ödəməyi tələb edir, cavabdeh isə müqavilə üzrə görülməli işlərin onunla razılaşdırılmasını, nəticələrinin təhvil verilməsini inkar edir. Belə olan halda hazırda araşdırılmalı olan məsələlər iddiaçı tərəfind ən iddia edilən işlərin subpodrat müqavilələri üzrə sifarişçi olan cavabdeh ilə razılaşdırılaraq icra edilib-edilməməsi, mübahisə predmetini təşkil edən yenidənqurma və abadlıq işlərinin iddiaçı tərəfindən kimin sifarişi əsasında və hansı müqavilə münasibətləri çərçivəsində yerinə yetirilməsi faktı təşkil edir.
53. Sübutetmə vəzifələrinin bölüşdürülməsinə və sübutların qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq subpodrat müqavilələri üzrə görülmüş işlərin nəticələrinin sifarişçiyə təhvil verilməsini, göstərilən xidmətlərin həcmini sübut etmək yükü iddiaçının üzərinə düşür.
54. Buna baxmayaraq iddiaçı tərəfindən subpodrat müqavilələri üzrə işlərin təhvil verilməsi ilə bağlı hər hansı sübut (məsələn, tərəflər arasındakı yazışmalar, əgər podratçı işi öz mat erialları ilə icra edibsə, həmin materialların alınmasına dair və s.) məhkəməyə təqdim edilməmiş, bununla da subpodrat müqavilələrindən irəli gələn cavabdehin muzd ödəmək öhdəliyinin əmələ gəldiyini sübut edə bilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış 2014-cü il 24 dekabr tarixli müqavilənin 1.2-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyyənləşdirilməli, bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair Forma 2 qeyd edilməlidir.
55. Təmir-bərpa işlərinin nəticələrinin cavabdehə təhvil (mərmər-qranit materialları ilə) verilməsi, o cümlədən cavabdeh tərəfindən əvvəllər iddiaçıya 252.500 manat pul vəsaitinin ödənilməsi də heç bir mötəbər sübutla təsdiq olunmur. Tələb edilən əsas b orcun 252.500 manat olduğu iddiaçı tərəfindən irəli sürülsə də, Şəmkir rayonu Şəhidlər Xiyabanında, “X5”, Şəmkir rayonu Zabitlər Parkında və Şəmkir rayonu X4 təmir-bərpa işlərin (mərmər-qranit materialları ilə) görülməsinə dair smeta tərəflər arasında tərtib və təsdiq edilməmişdir.
56. Bundan başqa mərmər, qranit işləri ilə bağlı görülmüş işlər və onların dəyəri yazılı sübutlarla (“Forma 2” aktlar, iddiaçının işlərin görülməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən ödəniş sənədləri və s.) öz təsdiqini tapmalı idi. İş materiallarına əlavə edilən smeta təsdiq edilməmiş, yalnız cavabdehin möhürü əks edilmişdir. 1 saylı Əlavədə müqavilə iştirakçıları tərəfindən imza ilə təsdiq edilməmiş, yalnız iddiaçının möhürü əks edilmişdir. Görülən işlərin təhvil-təsliminə dair heç bir Forma 2 və sair sənə din olmaması da tərəflərin işini qanunun tələbləri əsasında qurmadığına yaxud maraqlı olmadığına dəlalət edir ki, bundan irəli gələn məsuliyyət də qanunun tələblərinə əməl etməyənə aiddir. Halbuki, hüquq münasibətlərinin xarakteri və subyektiv tərkibi nəzərə alınmaqla kommersiya münasibətləri daha ətraflı və müfəssəl tənzimləmə tələb edir.
57. Məhkəmə kollegiyası tərəfindən yuxarı instansiya məhkəməsinin qeyd etdiyi məsələlər üzrə araşdırmanı tam və dolğun şəkildə aparılması üçün həmçinin mübahisəli müqavilələrin əslinin məhkəməyə təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı məhkəmənin bu tələbini təmin edə bilməmişdir.
58. Halbuki Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri mə sələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarlar).
59. Məhkəmə kollegiyası həmçinin, 2014-cü ildə İddiaçı MMC tərəfindən yerinə yetirilməsi iddia edilən təmir-bərpa işlərinin görülməsi üçün mübahisə tərəflərindən hər hansı birinə Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən sifarişin verilib-verilməməsi, həmçinin maliyyə vəsaitinin ayrılmasının müxtəlif sponsorlar və Şəmkir sahibkarları tərəfindən həyata keçirilməsi ilə b ağlı bir-birinə uyğun gəlməyən məlumatların əks olunduğu məktubların araşdırılması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi mövqeyini öyrənmək üçün məhkəmə iclasıni bir neçə dəfə təxirə salmış, müvafiq sorğular ilə müraciət etmişdir.
60. Lakin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Şəmkir rayon İcra Hakimiyyəti nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə göndərdiyi 2023-cü il 9 oktyabr tarixli, 5-76/2-927-438/2023 saylı məktubla İddiaçı MMC və “Lider Monolit" MMC arasında bağlanılmış 41 nömrəli, 10 oktyabr 2014-cü il tarixli, 117 nömrəli, 24 dekabr 2014-cü il tarixli və 118 nömrəli, 27 dekabr 2014-cü il tarixli subpodrat müqavilələri ilə bağlı Şəmkir rayon İcra Hakimiyyətində heç bir məlumat saxlanılmadığını bildirmişdir.
61. B ununla da Şəmkir şəhərində abadlıq-quruculuq işləri çərçivəsində yenidənqurma işlərinin məhz Cavabdeh MMC-nin sifarişi əsasında İddiaçı MMC tərəfindən yerinə yetirildiyini müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən verdiyi kassasiya şikayətinə əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyətinin tərtib etdiyi xx.xx.2018-ci il tarixli məktubu da məhkəmə kollegiyası ziddiyyətli olduğu və sübutun birinci və ya apellyasiya instansiyası məhkəmələrində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırılmadığı üçün mötəbər saymamışdır, bununla da qeyd edilən məktub gecikmiş sübut kimi nəzərə alınmaqla sübutlar siyahısından çıxarılmalıdır.
62. İddianın “müqavilələr üzrə yaranmış əsas borcun ödənilməsi” hissəsində rədd edilməli olması barədə gəldiyi qənaətin əsas larına uyğun olaraq məhkəmə kollegiyası bu tələbdən doğan digər tələbləri (Mülki Məcəllənin 449-cu maddəsinə əsasən Mərkəzi bankın uçot dərəcəsi ilə əldən çıxmış faydanın tutulması) ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır.
63. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 445.1, 445.7, 448.1, 448.2, 449.1, 752.1, 752.2, 759.2, 769, 770, MPM-in 9, 14.1, 14.2, 88, 217.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
64. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)439/2023 saylı, xx.xx.2023-c ü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
65. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 448.1, 448.2, 448.3-cü maddələrinin tələblərinin pozulduğu bildirilərək qeyd edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında Şəmkir rayonu Şahidlər Xiyabanında, "X5", Şəmkir rayonu Zabitlər Parkında va Şəmkir rayonu X4 təmir-bərpa işlərini (mərmər-qranit materialları ilə) təşkili ilə bağlı müxtəlif tarixlərdə subpodrat müqavilələri bağlanmışdır. Bu müqavilələr notarial qaydada təsdiq edilərək məhkəməyə təqdim edilmişdir. Ali Məhkəmənin diqqətinə çatdırırlar ki, İddiaçı MMC qeyd edilən işləri avans almadan, təmir-tikinti və bərpa işləri aparmaq üçün və s. işlərlə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən xx.xx.2013-cü il tarixli 02L000011317 saylı Kredit Xətti Müqaviləsi üzrə xx.xx.2013-cü il tarixdə 350000 (üç yüz əlli min) ABŞ dollarıməbləğində kredit götürərək işləri görmüş və təhvil vermişdir. İddiaçı MMC-nin sahibi 1-ci qrup əlildir. O, İcra hakimiyyətinin başçısına, "xxxx" MMC-nin əvvəlki rəhbərliyinə inanaraq, etibar edərək evini və 10 ildən çox müddətə fəaliyyət göstərdiyi (mərmər-qranit sahəsində) xüsusi mülkü olan qeyri-yaşayış obyektini girov qoyaraq "xxxx" QSC-dən kredit götürmüş, işləri yerinə yetirmişdir.
66. İşlərin İddiaçı MMC tərəfindən görülməsi işin mübahisəsiz halıdır. Ali Məhkəmənin diqqətinə çatdırırlar ki: - iş materiallarında sübpodrat müqavilə, işlərin yerinə yetirilməsini təsdi q edən fotoşəkillər, mətbuatda yayılmış məqalə mövcuddur. - iş materiallarında olan 1-ci instansiya məhkəməsinin son iclas protokolunda "xxxx" MMCnin nümayəndəsinin “ekspertiza təyin edilməsi barədə” şifahi vəsatəti (işlərin tam görülmədiyini bildirərək ekspertizanın təyin edilməsi, yerində yoxlanılması barədə) və vəsatətin təmin edilməməsi barədə müvafiq qeydlər mövcuddur.
67. Cavabdehin apellyasiya instansiyasında “İcra Hakimiyyətinin sifarişi əsasında açılışa görə bir neçə yerə işlər görülməsi üçün tapşırıqlar olur. İddiaçı MMC Şəmkir rayonunda sahibkarlardan biridir. Bu işlərdən biri də İddiaçı MMC-yə həvalə edilibdir” fikirləri ilə əlaqədar bildirirlər ki, İddiaçı MMC Şəmkir rayon ərazisində deyil, Bakı şəhərində fəaliyyət göstərən hüquqi şəxsdir. Şəmkir rayonunda yalnız bu müqavilə i lə iş görmüşdür. - İddiaçı bildirir ki, Şəmkir rayonu Vergilər Nazirliyinin kurasiyasında (qeyri rəsmi sistem) olmuşdur. Şəmkir rayon İcra Başçısı Alim Paşa həmin vəzifəyə təyin edilməmişdən əvvəl vergi orqanlarında xidmət keçmişdir. "xxxx" MMC də qeyd olunan kurasiya işlərini yerinə yetirmək üçün təsis edilmişdir. Göründüyü kimi, subpodrat müqavilələrin olması, işlərin yerinə yetirilməsi, işin mübahisəsiz halıdır. Bakı Apellyasiya Məhkəməsi Ali Məhkəmə tərəfindən qoyulan sualları araşdırmamış, Şəmkir rayonunda aparılan işlərin sifarişçisini (podratçını) müəyyən etməmiş subpodrat müqavilələrinin bağlanması səbəblərinə hüquqi qiymət verməmiş, birinci insatnsiya məhkəməsində cavabdehin ekspertiza təyin edilməsi barədə vəsatətinə münasibət bildirməmiş, görülmüş işlərin dəyərindən 252500 manat ödənilməsi səbəblərinə münasibət bildirməmiş, yəni hər hansı bir yeni prosessual hərəkətlər etmədən, sadəcə işdə olan cavabdehin etirazı ilə kifayətlənərək qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi subpodrat müqaviləsi üzrə cavabdehin öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşımaması barədə qənaətini əsaslandırmamışdır.
68. Bakı Apellyasiya Məhkəməsi Şəmkir rayonu Şahidlər Xiyabanında, "X5", Şəmkir rayonu Zabitlər Parkında va Şəmkir rayonu X4 təmir-bərpa işlərinin aparıldığını, işlərin məhz iddiaçı tərəfindən aparıldığını, iddiaçının bankdan kredit götürərək qeyd edilən işləri gördüyünü, lakin vəsaitin ödənilmədiyini, Şəmkir rayon İcra Hakimiyyətinin fərqli məktublar verdiyini, məhkəməni yanıltmağa çalışmasını müəyyən etdiyi halda xüsusi qərardad çıxarıb prokurorluğa g öndərə bilərdi. Ali Məhkəmənin diqqətinə çatdırırlar ki, 1-ci qrup əlil evini və qeyri-yaşayış obyektini götürdüyü kreditə görə (yüklü olduqlarına görə) itirmişdir.
69. Bakı Apellyasiya məhkəməsi üçüncü şəxsin mövqeyini öyrənmədən, xüsusilə Şəmkir rayonu Şahidlər Xiyabanında, "X5", Şəmkir rayonu Zabitlər Parkında va Şəmkir rayonu X4 təmir-bərpa işlərinin kimin sifarişi ilə, hansı vəsait hesabına görülməsini araşdırmamış, tələb etsələr də Azərbaycan Respublikasının dövlət büdcəsinin icrasını həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Şəmkir rayon Maliyyə İdarəsinə sorğular göndərilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Şəmkir rayon İcra Hakimiyyətinin təqdim etdiyi məktubu sübut kimi qəbul etmək istəməməsi onlara aydın deyil. Məhkəmə Şəmkir İcra hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilməsinə baxmayaraq məhkəmədə iştirak etməmələrini, zəruri məlumatları, xüsusilə layihələri, smetaları, qəbul edilmiş inzibati aktları məhkəməyə verməmələrini, icra hakimiyyətin başçısının və cavabdehin eyni kurasiyada olmalarını nəzərə almadığı üçün vəkil sorğusu ilə əldə edilən məktubu sübut kimi qəbul etmir. Sanki elə görüntü yaranır ki, 1ci qrup əlil evini, obyektini itirmək üçün könüllü olraq bütün işləri üzərinə götürmüşdür.
70. Bakı Apellyasiya Məhkəməsi subpodrat müqavilələrin nə üçün bağlanmasını, iddiaçı tərəfindən Şəmkir rayonu Şahidlər Xiyabanında, "X5", Şəmkir rayonu Zabitlər Parkında və Şəmkir rayonu X4 təmir-bərpa işlərinin aparılmasına əsas olan halları, cavabdehin ekspertiza təyin edilməsi barədə vəsatətinin səbəblərini aydınlaşdırmamışdır.
71. Hesab edir lər ki, Şəmkir rayonu Şahidlər Xiyabanında, "X5", Şəmkir rayonu Zabitlər Parkında va Şəmkir rayonu X4 təmir-bərpa işlərinin aparılması üçün icra hakimiyyətinin qəbul etdiyi əmrlər, sərəncamlar, hazırlanmış layihələr və smetalar məhkəmə tərəfindən tələb edilməklə iddiaya hüquqi qiymət verilməlidir. Ali Məhkəmənin diqqətinə çatdırır ki, Bakı Apellyasiya Məhkəməsində işə baxan məhkəmə kollegiyası işi araşdırmadan, araşdırmaya təşəbbüs göstərmədən işdə olan sübutlara yanlış qiymət verərək qətnamə qəbul etmişdir.
72. Kassator şikayətini əsaslandırarkən Azərbaycan Respublikasının MPM-in 14.1, 88, 265.4, 372.1, 372.2-ci maddələrinin tələblərinin də pozulduğunu qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
73. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı təmir-tikinti işlərinin, mərmər və qranit işlərinin gördüyünü iddia etsə də bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş birtərəfli qaydada təsdiq edilmiş müqavilələrin tələblərindən də göründüyü kimi göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə olunan xidmət aktı ilə müəyyənləşdirilir. Müqavilələr üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair “Forma 2” qeyd edilir və həmin forma arayışları da məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən görülmüş işlər və onların dəyəri hər hansı bir sənədlə təsdiqini tapmamış və məhkəməyə təqdim edilmiş smeta sənədləri də nə iddiaçının, nə də cavabdehin imzaları ilə təsdiq olunmamışdır. Təmir-bərpa işlərinin nəticələrinin cavabdehə tə hvil (mərmər-qranit materialları ilə) verilməsi, o cümlədən cavabdeh tərəfindən əvvəllər iddiaçıya 252.500 manat pul vəsaitinin ödənilməsi də heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Tələb edilən əsas borcun 252.500 manat olduğu iddiaçı tərəfindən irəli sürülsə də, Şəmkir rayonu Şəhidlər Xiyabanında, “X5”, Şəmkir rayonu Zabitlər Parkında və Şəmkir rayonu X4 təmir-bərpa işlərin (mərmər-qranit materialları ilə) görülməsinə dair smeta tərəflər arasında tərtib və təsdiq edilməmişdir.
74. Məhkəmə kollegiyası tərəfindən yuxarı instansiya məhkəməsinin qeyd etdiyi məsələlər üzrə araşdırmanı tam və dolğun şəkildə aparılması üçün həmçinin mübahisəli müqavilələrin əslinin məhkəməyə təqdim olunması tələb edilmiş, lakin iddiaçı məhkəmənin bu tələbini təmin edə bilməmişdir. Məhkəmənin iddiaçı tərə findən iş materiallarına əlavə olunmuş X5 və Şəmkir rayonu Zabitlər Parkında görülmüş işlərlə bağlı jurnalda gedən məqaləni və şəkilləri sübut növü kimi qəbul edilə bilməz. Belə ki, hər hansı bir hazır obyekt və ya bina ilə bağlı şəklin olması həmin obyektin və ya binanın iddiaçı tərəfindən aparılmasını sübut etmir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələrin tarixinə əsasən həmin müqavilələrin 2014-cü ilin dekabr ayının 27-i tarixində bağlandığı əks olunur və bu da jurnalın dərc olma tarixi ilə üst-üstə düşməmişdir. Həmçinin iddiaçı 252.500 manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənildiyini qeyd etsə də, həmin məbləğin cavabdeh tərəfindən ona ödənilməsini təsdiq edən ha hansı bir sənəd məhkəməyə təqdim etməmiş və iddiaçı tərəfindən işlərin görülməsi ilə bağlı hər ha nsı qaimə-faktura, elektron qaimə və ya üzləşmə aktı məhkəməyə təqdim olunmamışdır. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən məhkəməyə daxil olmuş 2018-ci il 5 oktyabr tarixli məktubda bildirilmişdir ki, Şəmkir şəhər Şəhidlər Xiyabanında, X5, Zabitlər Parkında və X4 təmir-bərpa işlərinin aparılması ilə bağlı üçüncü şəxs tərəfindən heç bir şirkətlə müqavilə imzalanmamışdır. Görülmüş işlərin həcmi və həmin işlərə dair ödənilmiş vəsaitin məbləği barə üçüncü şəxsdə heç bir məlumat yoxdur. Kassasiya baxışının hədləri
75. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
76. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin f aktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
77. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətd ən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadü fən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “M addə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, si farişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir....” “Maddə
759. Podrat müqaviləsinin ləğvi... 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.” “Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə t utulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.” “Maddə
770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.”
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qər ardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
80. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı tərəfindən subpodrat müqavilələri üzrə işlərin təhvil verilməsi ilə bağlı hər han sı sübut (məsələn, tərəflər arasındakı yazışmalar, əgər podratçı işi öz materialları ilə icra edibsə, həmin materialların alınmasına dair və s.) məhkəməyə təqdim edilməmiş, bununla da subpodrat müqavilələrindən irəli gələn cavabdehin muzd ödəmək öhdəliyinin əmələ gəldiyini sübut edə bilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış 2014-cü il 24 dekabr tarixli müqavilənin 1.2-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyyənləşdirilməli, bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair Forma 2 qeyd edilməlidir.
81. Təmir-bərpa işlərinin nəticələrinin cavabdehə təhvil (mərmər-qranit materialları ilə) verilməsi, o cümlədən cavabdeh tərəfindən əvvəllər iddiaçıya 252.500 manat pul vəsaiti nin ödənilməsi də heç bir mötəbər sübutla təsdiq olunmur. Tələb edilən əsas borcun 252.500 manat olduğu iddiaçı tərəfindən irəli sürülsə də, Şəmkir rayonu Şəhidlər Xiyabanında, “X5”, Şəmkir rayonu Zabitlər Parkında və Şəmkir rayonu X4 təmir-bərpa işlərin (mərmər-qranit materialları ilə) görülməsinə dair smeta tərəflər arasında tərtib və təsdiq edilməmişdir.
82. Bundan başqa mərmər, qranit işləri ilə bağlı görülmüş işlər və onların dəyəri yazılı sübutlarla (“Forma 2” aktlar, iddiaçının işlərin görülməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən ödəniş sənədləri və s.) öz təsdiqini tapmalı idi. İş materiallarına əlavə edilən smeta təsdiq edilməmiş, yalnız cavabdehin möhürü əks edilmişdir. 1 saylı Əlavədə müqavilə iştirakçıları tərəfindən imza ilə təsdiq edilməmiş, yalnız iddiaçının möhürü əks e dilmişdir. Görülən işlərin təhvil-təsliminə dair heç bir Forma 2 və sair sənədin olmaması da tərəflərin işini qanunun tələbləri əsasında qurmadığına yaxud maraqlı olmadığına dəlalət edir ki, bundan irəli gələn məsuliyyət də qanunun tələblərinə əməl etməyənə aiddir. Halbuki, hüquq münasibətlərinin xarakteri və subyektiv tərkibi nəzərə alınmaqla kommersiya münasibətləri daha ətraflı və müfəssəl tənzimləmə tələb edir.
83. Məhkəmə kollegiyası tərəfindən yuxarı instansiya məhkəməsinin qeyd etdiyi məsələlər üzrə araşdırmanı tam və dolğun şəkildə aparılması üçün həmçinin mübahisəli müqavilələrin əslinin məhkəməyə təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı məhkəmənin bu tələbini təmin edə bilməmişdir.
84. Məhkəmə kollegiyası həmçinin, 2014-cü ildə İddiaçı MMC tərəfindən yerinə yetirilməsi iddia edilən təmir-bərpa işlərinin görülməsi üçün mübahisə tərəflərindən hər hansı birinə Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən sifarişin verilib-verilməməsi, həmçinin maliyyə vəsaitinin ayrılmasının müxtəlif sponsorlar və Şəmkir sahibkarları tərəfindən həyata keçirilməsi ilə bağlı bir-birinə uyğun gəlməyən məlumatların əks olunduğu məktubların araşdırılması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi mövqeyini öyrənmək üçün məhkəmə iclasıni bir neçə dəfə təxirə salmış, müvafiq sorğular ilə müraciət etmişdir.
85. Lakin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Şəmkir rayon İcra Hakimiyyəti nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə göndərdiyi 2023-cü il 9 oktyabr tarixli, 5-76/2-927-438/2023 saylı məktubla İddiaçı MMC və “Lider Monolit " MMC arasında bağlanılmış 41 nömrəli, 10 oktyabr 2014-cü il tarixli, 117 nömrəli, 24 dekabr 2014-cü il tarixli və 118 nömrəli, 27 dekabr 2014-cü il tarixli subpodrat müqavilələri ilə bağlı Şəmkir rayon İcra Hakimiyyətində heç bir məlumat saxlanılmadığını bildirmişdir.
86. Bununla da Şəmkir şəhərində abadlıq-quruculuq işləri çərçivəsində yenidənqurma işlərinin məhz Cavabdeh MMC-nin sifarişi əsasında İddiaçı MMC tərəfindən yerinə yetirildiyini müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən verdiyi kassasiya şikayətinə əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyətinin tərtib etdiyi xx.xx.2018-ci il tarixli məktubu da məhkəmə kollegiyası ziddiyyətli olduğu və sübutun birinci və ya apellyasiya instansiyası məhkəmələrində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırılmadığı üçün mötəbər saymamışdır, bununla da qeyd edilən məktub gecikmiş sübut kimi nəzərə alınmaqla sübutlar siyahısından çıxarılmalıdır.
87. İddanın “müqavilələr üzrə yaranmış əsas borcun ödənilməsi” hissəsində rədd edilməli olması barədə gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə kollegiyası bu tələbdən doğan digər tələbləri (Mülki Məcəllənin 449-cu maddəsinə əsasən Mərkəzi bankın uçot dərəcəsi ilə əldən çıxmış faydanın tutulması) ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır.
88. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutla r araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
89. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən, işə əvvəl baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun göstərişlərinə uyğun araşdırma və hüquqi qiymətləndirmə aparıldığından iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
90. Ona görə də kassasiya şikayəti tə min olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
91. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli 2-2(103)-439/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.