Məhkəmə qərarları › İş №2-2(102)-148/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-148/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-148/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlkin iddia üzrə iddiaçı "xxxx" Şirkətinin Cavabdehnə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçınə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, ilkin iddia üzrə iddiaçı "xxxx" Şirkətinin Cavabdehnə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarş ılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı pul tələblərinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 22(107)-18/2023 nömrəli qətnaməsindən "xxxx" Şirkəti və Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı arasında bağlanmış 2019-cu il 9 dekabr tarixli QAR-xx/xx-2019 nömrəli podrat müqaviləsinə əsasən, podratçı İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən sifarişçiyə məxsus ərazidə atçılıq kompleksinin layihəsini hazırlamağı və layihəyə uyğun tikinti işlərini aparmağı, sifarişçi isə görülmüş işlərin dəyərini podratçıya ilkin avansla və hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi görüləcək işlərin yerinə yetirilm əsi ilə bağlı podratçının ümumi dəyəri ƏDV daxil 948.681 manat olan təklifini qəbul etmişdir. Müqavilə üzrə görüləcək işlərin təhvil verilməsi 2020-ci il 31 may tarixinədək müəyyən olunmuşdur.

2. Sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı arasında bağlanmış 2019-cu il 9 dekabr tarixli QAR-70-1/12-2019 nömrəli podrat müqaviləsinə əsasən podratçı İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən sifarişçiyə məxsus ərazidə nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsini hazırlamağı və layihəyə uyğun tikinti işlərini aparmağı, sifarişçi isə görülmüş işlərin dəyərini podratçıya ilkin avansla və hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi görüləcək işlərini yerinə yetirilməsi ilə bağlı podratçının ümumi dəyəri ƏDV daxil 1.068.476 manat olan təklifini qəbul etmişdir. Müqavilə üzrə görüləcək işlərin təhvil verilməsi 2020-ci il 31 mart tarixinədək müəyyən olunmuşdur.

3. Sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı arasında bağlanmış 2019-cu il 9 dekabr tarixli QAR-70-2/12-2019 nömrəli podrat müqaviləsinə əsasən, podratçı Göyçay rayonu, Mirzəhüseynli kəndində yerləşən sifarişçiyə məxsus ərazidə som balıqlarının yetişdirilməsi üçün göllərinin layihəsini hazırlamağı və layihəyə uyğun tikinti işlərini aparmağı, sifarişçi isə görülmüş işlərin dəyərini podratçıya ilkin avansla və hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi görüləcək işlərini yerinə yetirilməsi ilə bağlı podratçının ümumi dəyəri ƏDV daxil 1.174.004 manat olan təklifini qəbul etmişdir. Müqavilə üzrə görüləcək işlərin təhvil verilməsi 2020-ci il 30 aprel tarixinədək müəyyən olunmuşdur.

4. Hər 3 müqavilə üzrə "xxxx" və "xxxx"nın hüquq və vəzifələri (müqavilə predmeti, müqavilə dəyəri və müqavilə müddəti istisna olmaqla) eynilik təşkil etməklə aşağıdakı kimi təsbit edilmişdir: - Bənd 1.3. İşlərin icrası zamanı “sifarişçinin” təşəbbüsü ilə iş həcmləri dəyişərsə müqavilənin qiymətinə yenidən baxıla bilər. - Bənd 2.1."xxxx"nin vəzifələri: 2.2.1.“Podratçıya” müqavilədə nəzərdə tutulmuş məbləğin 50% məbləğini avans olaraq ödəyir. 2.1.2. Yerinə yetirilmiş işlərə görə təqdim edilmiş sənədə əsasən ödənişlər edilir. 2.1.3."xxxx" müqavilənin icrasını təmin etmək məqsədilə görülmüş işlərin həcminə uyğun növbəti ödəniş edilərkən əvvəlcədən ödənilmiş avans məbləğini hissə-hissə tutur. 2.1.4. "xxxx" müqavilənin ümumi dəyərinin 5%-ni "podratçı”nın bu müqavilənin şərtlərinə uyğun olaraq işləri layihə üzrə tam icra edib "xxxx"yə təhvil verdikdən 3 ay sonra ödəyir. 2.1.5. "xxxx" müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri gecikdirdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəyir. - Bənd 2.2. "Podratçı”nın vəzifələri: 2.2.1. İşlərin vaxtında və keyfiyyətlə icrasını həyata keçirir. 2.2.2. Ödəniş üçün müvafiq sənədləri təqdim edir. 2.2.3. "xxxx" müqavilə üzrə nəzərdə tutulmuş işləri gecikdirdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəməsini öhdəsinə götürür. - Bənd 3.1. "xxxx" "xxxx"nin ona ilkin avansı ödədikdən sonra 2019-cu il 1 noyabr tarixdə müqavilənin 1.1-ci bəndində əks etdirilən işlərin icrası üçün mal-materialı və avadanlıqları birbaşa "xxxx"nin tikinti meydançasına çatdırır və müqavilə müddətində müqavilədə qeyd olunan i şləri tamamlayır. - Bənd 3.2. İşlərin "xxxx"dan "xxxx"yə təhvil-təslimi “təhvil-təslim aktı” ilə rəsmiləşdirilir. İşlərin Təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. - Bənd 3.3. İşlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar "xxxx" və "xxxx"nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan “defekt aktı”nda əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda "xxxx" "xxxx" ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. - Bənd 3.5. Görülmüş işlərin qüsurları ilə əlaqədar "xxxx" işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə (“defekt cədvəli”) bu barədə "xxxx"ya yazılı məlumat verməlidir. - Bənd 3.6. "xxxx" icra edəcəyi iş üzrə cəlb etdiyi canlı qüvvələrin və avadanlıqların sığortalanmasına, onların texniki-təhlükəsizlik qaydalarına riayət etməsinə və iş zamanı baş verəcək hər hansı bir hadisəyə görə məsuliyyəti özü daşıyır.

5. Cavabdeh MMC (o cümlədən, MMC-nin təsisçisi Fərhad Əhmədov) tərəfindən İddiaçınə ümumilikdə 1.687.323,5 manat (1.274.323,5 manat + 413.000 manat) pul ödənilmişdir (2020-ci il 7 fevral tarixli ******* və 255551 nömrəli ödəniş tapşırıqlarından, 2020-ci il 12 oktyabr tarixli ******* və ******* nömrəli ödəniş tapşırıqlarından, habelə 2019cu il 16 dekabr tarixində 1 nömrəli ödəniş tapşırıqları). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı (bundan sonra – "xxxx") 2022-cü il 14 iyul tarixində "xxxx" MMC-yə (bundan sonra – "xxxx") qarşı iddia ərizəsi və iddia tələbində dəqiqləşdirmə aparılması barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, - sifarişçi ilə podratçı arasında nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış 2019-cu il 9 dekabr tarixli QAR-70-1/12-2019 nömrəli podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 1.068.476 manat; - som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış 2019-cu il 9 dekabr tarixli QAR-70-2/122019 nömrəli podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 1.174.004 manat, - 2019-cu il 9 dekabr tarixli QAR-70-1/12-2019 nömrəli və 2019-cu il 9 dekabr tarixli QAR-70-2/12-2019 nömrəli podrat müqavil ələri üzrə görülmüş əlavə işlərin dəyəri olaraq 1.312.421 manat; - Balıq konserv zavodunun inşa edilməsi üçün layihənin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 manat, ümumilikdə 3.780.627 manat pulun sifarişçidən tutularaq podratçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, podratçı ilə sifarişçi arasında 2019-cu il 9 dekabr tarixində 3 podrat müqaviləsi bağlanmışdır. Bundan başqa, tərəflər arasında Balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair şifahi podrat müqaviləsi də bağlanmışdır. Həmin müqavilə üzrə görüləcək işlərin dəyəri ƏDV daxil 225.726 manat olmuşdur. Ödəniş tapşırıqlarına əsasən sifarişçi tərəfindən ümumilikdə 1.274.323,50 manat ödəniş olunmuşdur. Eyni zamanda, QAR-70-1/12-2019 və QAR-70-2/12-2019 nömrəli müqavilələr üzrə sifarişə əsasən 1.312.421 manat dəyərində əlavə işlər görülmüşdür.

8. Sifarişçi qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, 2019-cu il 9 dekabr tarixində bağlanmış QAR-xx/xx-2019, QAR-70-1/12-2019 və QAR-70-2/12-2019 nömrəli podrat müqavilələrindən (bundan sonra müvafiq olaraq – “70, 70-1 və 70-2 nömrəli müqavilələr”) irəli gələn öhdəliklərin lazimi qaydada yerinə yetirilməməsi, keyfiyyətsiz yerinə yetirilməsi nəticəsində sifarişçiyə vurulmuş 1.999.000 manat birbaşa zərər və əldən çıxmış fayda, 999.500 manat məbləğində işgüzar nüfuzuna vurulmuş zərər olmaqla, ümumilikdə 2.998.500 manat və dövlət rüsumu nun əvəzi olaraq ödənilmiş 2.292 manat pulun podratçıdan tutularaq sifarişçiyə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, müvafiq arayışlar, müayinə və qüsur aktları ilə müəyyən edilənlərə görə, podratçı tərəfindən podrat müqavilələrində göstərilmiş və yerinə yetirilməli olan işlərdə kifayət qədər qüsurlar vardır. Digər tərəfdən, işləri podratçı tam şəkildə və müqavilə tələblərinə uyğun həyata keçirməmişdir. Podratçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərdiyi məbləğlər 70, 70-1 və 70-2 nömrəli müqavilələrdə göstərilmiş məbləğlərə uyğun olmamaqla yanaşı, həmin məbləğlər müvafiq podrat müqavilələri üzrə həqiqəti özündə əks etdirməmiş və razılaşdırılmış işlərin həcmindən əsaslı dərəcədə fərqlənmişdir. Bundan əlavə, iddia ərizəsində podratçı tərəfindən Balıq konserv zavodunun tikintisi ilə bağlı tərəflər arasında podrat müqaviləsinin bağlandığı və həmin müqavilə üzrə görüləcək işlərin məbləğinin 225.726 manat təşkil etdiyi qeyd olunmuşdur. Halbuki, tərəflər arasında belə bir müqavilə bağlanmamışdır. Belə olan halda sifarişçinin podratçıya 225.726 manat borcunun olması ilə bağlı tələb əsassız olmuşdur. Digər tərəfdən, 70, 70-1 və 70-2 nömrəli müqavilələrə əsasən işlərin dəyəri cəmi 3.041.742,44 manat təşkil etmişdir. Aparılmış audit yoxlaması zamanı Mirzəhüseyinli balıqçılıqda texnoloji və elektrik avadanlıqların quraşdırılmadığı işlər üzrə 92.616,20 manat, Kəlbənddəki beton hovuzların tikintisində görülməyən işlər üzrə isə 464.723 manat olmaqla, cəmi 557.339,20 manat həcmində işlərin ümumiyyətlə görül mədiyi müəyyən edilmişdir. Bundan başqa, Mirzəhüseynli balıqçılığında podratçı tərəfindən işlərin görülməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə sifarişçi ilə "xxxx" şirkəti müqavilə bağlamış və "xxxx" Şirkətinə 2021-ci il 5 fevral tarixində həmin işlərin görülməsinə görə sifarişçi tərəfindən ümumilikdə 645.750,19 manat ödəniş edilmişdir. Bu səbəbdən, 3.041.742,44 manat puldan aşağıdakı məbləğlər çıxılmalıdır: sifarişçi tərəfindən podratçıya avans kimi ödənilmiş 1.792.323 manat; podratçı tərəfindən görülməmiş işlər üçün hesablanmış 557.339,20 manat; podratçı tərəfindən yol verilmiş nöqsanların aradan qaldırılması üçün "xxxx" şirkətinə ödənilmiş 645.750,19 manat; nohurlara (prudlara) girişdə yol və beton körpü işlərinin görülməməsinə görə hesablanmış 45.330,05 manat. Beləliklə, podrat müqavilələri üzrə podratçının sifarişçiyə 1.999.000 manat borcu yaranmışdır. Podrat müqavilələri üzrə yuxarıda qeyd edilən layihələr üzrə işlərin vaxtında və tam şəkildə təhvil verilməməsi səbəbindən sifarişçinin işgüzar nüfuzuna 999.500 manat məbləğində ziyan vurulmuşdur.

10. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli e-2-2(117)1018/2022 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin olunmuş, sifarişçidən tərəflər arasında bağlanmış müqavilələrin icra edilməməsi nəticəsində ödənilməmiş 953.665,64 manat pulun tutularaq podratçının xeyrinə ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə rədd olunmuş, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun 676,24 manat hissəsi sifarişçidən tutularaq podratçının xeyrinə ödənilməsi qət edilmiş, qarşılıqlı iddia rədd olunmu şdur (hakim – M.Hüseynov).

11. Məhkəmə qeyd etmişdir ki, avans 70, 70-1 və 70-2 nömrəli müqavilələrinin hər birində nəzərdə tutulmuş məbləğin 50 %-ni təşkil etdiyi təqdirdə bu vəsait ödənilməmişdir. 2020-ci il 7 fevral tarixli ******* və 255551 nömrəli, 2020-ci il 12 oktyabr tarixli ******* və ******* nömrəli ödəniş tapşırıqlarından görünür ki, ümumilikdə 1.274.323,5 manat, 2019-cu il 16 dekabr tarixində 1 nömrəli ödəniş tapşırığı ilə 413.000 manat vəsait ödənilmiş, podratçıya sifarişçi və ya onun təsisçisi tərəfindən ödənilən vəsaitin ümumi məbləği 1.687.323,5 manat təşkil etmişdir. Qeyd olunan məbləğ ödənilsə də, işlərə başladıqdan xeyli sonra ödənilmiş və ya yalnız atçılıq mərkəzinin layihələndirilməsi və tikintisi üçün ödənilmiş, hər üç müqaviləni əhatə etməmişdir.

12. Məhkəmə tərəfl ərdən rəsmi qaydada sübutların təqdim edilməsini, yəni işlərin layihə-smeta sənədlərinin, görülmüş işlərin həcminə dair (forma-2), təhvil-təslim aktlarının və iş üçün əhəmiyyəti olan digər sübutların təqdim olunmasını tələb etmişdir. İş materiallarından layihə-smeta sənədlərinin tərəflərdə olması müəyyən olsa da, tərəflər bilərəkdən və ya etinasızlıq edərək bu sənədləri təqdim etməmişlər. Həmin sənədlər olmadan müvafiq ekspertizanın aparılmasının mümkün olmayacağını nəzərə alan məhkəmə işlərin görülmə həcmi, texniki göstəriciləri və keyfiyyəti ilə bağlı ekspertiza təyin etməmişdir. Buna görə məhkəmə qeyd olunanlarla bağlı işdə olan sənədlər əsasında qərar qəbul etmək qənaətinə gəlmişdir.

13. Podratçı tərəfindən görülmüş işlərə dair təhvil-təslim aktları təqdim edilmişdir. Atçılıq kompleksi üzrə yerinə yetirilən tikinti-quraşdırma işlərinin tarixsiz qəbul aktından görünür ki, 1.105.868,9 manat dəyərində iş görülmüş, sifarişçinin rəhbəri həmin akta qeyd yazaraq (müqavilə dəyəri 948.681 manat olmuşdur) fiziki imza ilə imzalamışdır.

14. Nərə balıqlarının yetişdirilməsi sahəsinin yerinə yetirilən tikinti-quraşdırma işlərinin tarixsiz qəbul aktından görünür ki, 2.630.619,4 manat dəyərində iş görülmüş, sifarişçinin rəhbəri həmin akta qeyd yazaraq (vergi və digər xərclər göstərilməmiş, ilkin müqavilədə 16 ədəd beton nohurlar nəzərdə tutulmuş, faktiki olaraq 32 ədəd nohur yerində inşa edilmişdir) fiziki imza ilə imzalamışdır.

15. Naqqa balıqlarının saxlanması üçün nohurların tikintisi üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin tarixsiz qəbul aktından görünür ki, görülmüş işlərin dəyəri 1.649.605 manat dəyərində iş görülmüş, sifarişçinin rəhbəri həmin akta qeyd yazaraq (texnoloji avadanlıqlar quraşdırılmamış (nasosxana hissəsində), Forma 2 üzrə 52.540,5 manat məbləğində iş həcmi yerinə yetirilməmiş, xarici elektrik xəttində laboratoriya aktı təqdim edilməmiş, vergi 15.983 manat və digər xərclər göstərilməmişdir) fiziki imza ilə imzalamışdır.

16. Yuxarıda qeyd olunan hər 3 akt podratçının rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, sifarişçinin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş sifarişçinin icra orqanının rəhbəri Nümayəndə3 qeyd edilən aktlarda sonuncu səhifədə olan imzanın ona məxsus olduğunu bildirmiş, lakin işlərin müqavilə qiymətlərinə uyğun və tam görülmədiyini, lazım olandan artıq işlərin görüldüyünü bildirmişdir. Qe yd edilən təhvil-təslim aktlarının sonuncu imza olan vərəqlər surət olsa da qeyd olunan imzanın Nümayəndə3 tərəfindən icra edildiyi etiraf olunduğundan məhkəmə həmin sənədi sübut olaraq qəbul etmişdir.

17. Məhkəmə qeyd edilən təhvil-təslim aktlarında olan sifarişçinin nümayəndəsinin qeydlərindən müəyyən etmişdir ki, podratçı həmin qeydlərə münasibət bildirməmiş, işlərin qüsurlu olması ilə bağlı tərəflərin nümayəndələrinin iştirakı ilə tikintisi aparılan obyektə baxış keçirməmiş, akt tərtib edilməmiş, nəticədə isə müqavilə üzrə işləri tam yerinə yetirməmiş, yerinə yetirilən işlər isə qüsurlu icra olunmuşdur.

18. Məhkəmə hər üç təhvil-təslim aktındakı görülmüş işlərin dəyərinə dair məbləğləri müqavilə qiymətləri ilə müqayisə etdikdə müəyyənləşdirmişdir ki, müqavilə qiymətləri qeyd edilən qiy mətlərdən əhəmiyyətli dərəcədə aşağı olmuşdur. Belə ki, müqavilələr üzrə təhviltəslim aktlarında 1.105.868,9 manat, 2.630.619,4 manat və 1.649.605 manat məbləğləri qeyd edilmişdir. Lakin, müqavilələr üzrə müqavilə qiymətləri müvafiq olaraq 948.681 manat, 1.068.476 manat və 1.174.004 manat nəzərdə tutulmuşdur. Tərəflərin razılaşdıqları müqavilə qiyməti artırıldığı təqdirdə ən azı həmin müqavilə ilə müəyyən edilmiş formada bağlanmış yazılı formada razılaşdırılmış müqavilə olmadığından, İcraçı təqribi smeta dəyərindən kənara çıxma haqqında sifarişçiyə məlumat vermədiyindən, təqdim edilən sənədlərdə sifarişçi ilk dəfə ona təqdim olunan təhvil-təslim aktında qiymətin artırılmasına bununla bağlı həmin təhvil-təslim aktına müvafiq qeydiyyat aparmaqla etiraz etdiyindən görülmüş işlərin dəyəri üçün əsas müqavilədə müəyyən olunan qiymət götürülməlidir. Bundan əlavə əvvəlcədən qiyməti müəyyən edilməyən işlərin görülməsi ilə bağlıdırsa, qanunvericiliyin tələbinə görə bu barədə sifarişçiyə ləngimədən məlumat verməli, ən azı sifarişçinin məlumatı olmalıdır. Belə hallar, yəni məlumatlandırma iş materiallarında mövcud olmamışdır.

19. Podratçı tərəfindən tələb olunan 225.726 manat məbləğlə bağlı qeyd edilməlidir ki, podratçı bununla bağlı məhkəməyə müqavilə, iş həcmlərinin görülməsinə dair sənədləri, ödəniş sənədlərini, hər hansı razılaşma sənədlərini və ya işlərin təhvil-təslim edilməsi ilə bağlı sənədləri təqdim etməmişdir. Təqdim edilmiş təhvil-təslim aktlarının məzmununda isə qeyd olunan zavodun tikintisi ilə bağlı hər hansı işin görülməsi qeyd edilməmişdir.

20. Sifarişçi tərəfindən q arşılıqlı iddia tələbi irəli sürülsə də, 2.000.000 manat məbləğində maddi ziyanın və 999.500 manat məbləğində işgüzar nüfuzuna vurulmuş zərərin podratçı tərəfindən işgüzar nüfuza ziyanın vurulması ilə bağlı hər hansı bir dəlil və ya mötəbər arqument təqdim edilməmişdir. Əksinə, sifarişçinin tələb etdiyi məbləğlərin əsası mövcud olmamış, sifarişçinin özü müqavilə öhdəliklərini vaxtında icra etməmiş və podrat müqaviləsi üzrə ödənişlərini vaxtında icra etməmişdir. 21. 70 nömrəli müqavilə üzrə 948.681 manat, 70-1 nömrəli müqavilə üzrə 1.068.476 manat və 70-2 nömrəli müqavilə üzrə 1.174.004 manat olmaqla ümumilikdə məbləğ 3.191.161 manat təşkil etmişdir. Podratçıya sifarişçi və ya onun təsisçisi tərəfindən göstərilən xidmətlərin qarşılığında ödənilən vəsaitin ümumi məbləği 1.687.323,5 manat təş kil etmişdir.

22. Podratçı hər bir halda qüsursuz mal verməyə borclu olduğundan onun tərəfindən yol verilmiş qüsurların digər şirkət tərəfindən aradan qaldırılmasını qəbul etməli və bununla bağlı ödənilən xərcləri tələb etməməlidir. Qüsurlu işlərə görə sifarişçi tərəfindən 550.171,86 manat vəsait “X1 Company” MMC -nin bank hesabına ödənilmişdir.

23. Sifarişçi tərəfindən ümumilikdə 1.687.323,5 manat məbləğində podratçıya edilmiş ödəniş və qüsurlu işlərin görülməsi üçün “X1 Company” MMC-nin bank hesabına ödənilmiş 550.171,86 manatı toplanmaqla (1.687.323,5+550.171,86=2.237.495,36) cəmi 2.237.495,36 manat məbləğində ödəniş edilmişdir. Podratçı ümumi müqavilə dəyəri olan 3.191.161 manat məbləğdən qeyd edilən 2.237.495,36 manat çıxılmaqla alınan 953.665,64 manat (3.191.161- 2.237.495,36 =953.66 5,64) məbləğində vəsaiti sifarişçidən tələb etməkdə haqlı olmuşdur.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 329.2, 385.1, 386.1, 398.1, 398.2, 405.1, 406.1, 423.1, 442, 445.2, 448.1, 448.2, 752, 753, 754, 762.1, 762.2, 763.1 və 763.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1 və 81-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Podratçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ilk iddianın təmin olunmayan hissəsində ləğv, ilk iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

26. Sifarişçi də apellyasiya şikayəti verərək həmin qətnamənin tam ləğv, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etm işdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 21 sentyabr tarixli 10/2437 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - 70-1 nömrəli müqavilə üzrə görülmüş işlərin dəyəri 2.630.619,4 manat, 70-2 nömrəli müqavilə üzrə görülmüş işlərin dəyəri 1.581.081,5 manat, 70 nömrəli müqavilə üzrə görülmüş işlərin dəyəri 1.105.868,9 manat məbləğində müəyyən olunur. - 70 nömrəli müqavilə üzrə inşa olunmuş tikililərin ölçülərinin layihə sənədlərinə uyğun olduğu müəyyən olunmuşdur. Lakin görüləcək tikinti işlərinə dair layihə smeta sənədləri iş materiallarında olmadığından və eləcə də podrat mü qaviləsinə əlavə edilmədiyindən, yuxarıda göstərilən ünvanlarda forma 2 aktlarına əsasən aparılmış tikinti işlərinin layihə smeta sənədlərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. - Podratçı tərəfindən forma 2 aktları üzrə yerinə yetirilmiş tikinti işlərində hər hansı bir qüsur olmadığından "xxxx" MMC tərəfindən tərtib olunmuş “Göyçay şəhəri, Mirzəhüseynli kəndi ərazisində qurulmuş balıq yetişdirən göllərin əsaslı təmiri və bərpa olunması işlərinə dair” 2021-ci il 17 aprel tarixli qüsur aktında göstərilən qüsurların olub-olmamasını müəyyən etmək mümkün olmadı.

28. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-18/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qət naməsi ilkin iddianın təmin edilmiş hissəsində ləğv olunaraq həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia tələbi qismən təmin olunmuş, sifarişçidən 1.503.837,50 manat pulun tutularaq podratçıya ödənilməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – G.Cavadova, hakimlər – E.Hüseynov və V.Məlikov).

29. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ödəniş tapşırıqlarından (yuxarıda § 5) müəyyən olunanlara görə, sifarişçi tərəfindən podrat müqavilələri üzrə avans şəklində podratçıya ödənilən vəsaitin ümumi məbləğ 1.687.323,5 manat təşkil etmişdir. Halbuki, həmin vəsait hər bir müqavilə üzrə müqavilənin dəyərinin 50 %-ni təşkil etməli idi.

30. Məhkəmə işdə olan təhvil-təslim aktlarına əsaslanaraq qeyd etmişdir ki, görülmüş işlərin dəyərinə da ir podratçının təqdim etdiyi məbləğlər müqavilə qiymətləri ilə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur. Belə ki, podratçının birinci instansiyası məhkəməsinə təqdim etdiyi 70 nömrəli müqavilə üzrə tərtib olunmuş qəbul aktında 1.105.868,9 manat, 70-1 nömrəli müqavilə üzrə tərtib edilmiş qəbul aktında 2.630.619,4 manat, 70-2 nömrəli müqavilə üzrə tərtib edilmiş qəbul aktında 1.649.605 manat məbləğində işlərin görüldüyü qeyd olunmuşdur. Lakin iş materiallarından göründüyü kimi, tərəflər öz aralarında qeyd edilən müqavilələr üzrə müqavilə qiymətlərini müvafiq olaraq 948.681 manat, 1.068.476 manat və 1.174.004 manat məbləğində razılaşmışlar.

31. Podratçının birinci instansiyası məhkəməsinə təqdim etdiyi 70, 70-1 və 70-2 nömrəli müqavilələr üzrə tərtib olunmuş qəbul aktlarından görünür ki, həmin aktlar podratçının rəhbəri tərəfindən imzalanmış, imza hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, habelə aktlar sifarişçinin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmaqla görülmüş və ya görülməmiş işlərə dair hər bir aktda müvafiq qeydlər aparılmışdır. Həmin qeydlərə əsaslanan sifarişçi, podratçı tərəfindən həyata keçirilmiş işlərin müqavilə qiymətlərinə uyğun olmadığını, razılaşdırılmamış işlərin yerinə yetirildiyini, tələb olunan işlərin isə tam həcmdə yerinə yetirilmədiyini, bir sözlə işlərin qüsurlu həyata keçirildiyini iddia etmişdir.

32. Podrat müqavilələrinin 3.2-3.5-ci bəndlərində qeyd olunan şərtlərinə sifarişçi tərəfindən əməl olunması iş materialları ilə təsdiq olunmamışdır. Belə ki, "xxxx"nın gördüyü işlərdə qüsurların aşkar edilməsi ilə bağlı tərəflər arasında “defekt aktı”nın tərt ib olunması, imzalanması, qüsurların (əgər var idisə) aradan qaldırılmasının "xxxx"dan rəsmi qaydada tələb edilməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır.

33. Podratçı tərəfindən işlərin qüsurlu görülməsini bildirən sifarişçi birinci instansiya məhkəməsinə "xxxx" MMC-nin təqdim etdiyi audit rəyini və həmin qüsurların aradan qaldırması ilə bağlı hər iki hüquqi şəxs arasında bağlanmış 2021-ci il 15 fevral tarixli müqaviləni və müqavilə üzrə işlərin görülməsinin əvəzi olaraq 141.703,24 ABŞ dolları və 309.276,35 manat ödənilməsi təsdiq edən sənədi təqdim etmişdir. Məhkəmə isə belə qənaətə gəlmişdir ki, sifarişçinin təqdim etdiyi həmin sənədlər, podratçının apardığı işlərin qüsurlu olmasını təsdiq edən sübut kimi qəbul edilməməlidir. Çünki görülmüş işlərin qüsurlu olub-olmaması ilə bağlı apa rılmış audit yoxlanışına həmin işləri bilavasitə həyata keçirən podratçının nümayəndəsi cəlb olunmamış, bu barədə şirkətə məlumat verilməmişdir. Bu səbəbdən, podratçı auditin nəticəsi olaraq tərtib edilmiş rəyə etirazını bildirmək imkanından məhrum olmuşdur.

34. Digər tərəfdən, tərəflər arasında bağlanmış hər üç podrat müqaviləsinin şərtlərinə görə işlərin görülməsində qüsurlara yol verildiyi halda, podratçının bu qüsurları aradan qaldırmaq vəzifəsidir və bu zaman həmin işlərə görə hər hansı əlavə haqq tələb edə bilməz. Lakin artıq qeyd olunduğu kimi, sifarişçi yerinə yetirilmiş işlərdə hər hansı qüsurların aşkar edilməsi və bu qüsurların (əgər var idisə) aradan qaldırılmasını podratçıdan tələb etməmiş, bu kimi sənədlər məhkəmələrə təqdim olunmamışdır.

35. Məhkəmə həmçinin qüsurların olm ası barədə sifarişçinin bildirdiklərinə ona görə şübhə ilə yanaşmışdır ki, tərəflər arasında bağlanmış podrat müqavilələri üzrə podratçı tərəfindən yerinə yetirmiş işlərdə yol verilmiş qüsurların aradan qaldırılmasının əvəzsiz həyata keçirilməsi imkanı olduğu halda, sifarişçi bu qüsurların aradan qaldırılması üçün üçüncü şəxslə əvəzli müqavilə bağlamış, müqavilə üzrə həmin şəxsə 141.703,24 ABŞ dolları və 309.276,35 manat ödəmiş, çəkdiyi bu xərcin əvəzini podratçıdan isə məhz həmin şirkət məhkəmədə iddia qaldırdıqdan sonra tələb etmişdir.

36. Bundan başqa, "xxxx" MMC-nin həyata keçirdiyi işlərin məhz podratçının gördüyü işlərdə yol verildiyi iddia edilən qüsurların aradan qaldırılması ilə birbaşa bağlı olması iş materialları ilə müəyyən olunmamışdır. Qeyd olunan bu hal həmçinin işdə olan 20 23-cü il 21 sentyabr tarixli 10/2437 nömrəli ekspert rəyi ilə də təsdiq olunur. Həmin rəydə göstərilmişdir ki, podratçı tərəfindən forma 2 aktları üzrə yerinə yetirilmiş tikinti işlərində qüsur olmadığından "xxxx" MMC tərəfindən tərtib olunmuş “Göyçay şəhəri, Mirzəhüseynli kəndi ərazisində qurulmuş balıq yetişdirən göllərin əsaslı təmiri və bərpa olunması işlərinə dair” 2021-ci il 17 aprel tarixli qüsur aktında göstərilən qüsurların olubolmamasını müəyyən etmək mümkün olmadı.

37. Sifarişçi bu kimi sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, işin qüsurlu görülməsini sübutetmə vəzifəsi ilk növbədə bunu iddia edən sifarişçinin üzərinə düşür. Belə olan halda, hesab edilməlidir ki, tərəflər arasında bağlanmış “podrat müqavilələri” üzrə podratçı tərəfindən görülmüş işlər qüsurlu olmamışdır. Bundan başqa, iş üzrə təkrar məhkəmə-tikinti texniki ekspertizanın aparılması barədə vəsatətlə çıxış edən sifarişçi isə birinci instansiya məhkəməsində icraat zamanı da tələb olunan müvafiq layihə smeta sənədlərini məhkəməyə təqdim etməmişdir. Odur ki, 2023-cü il 21 sentyabr tarixli ekspert rəyinin əsassızlığına, qeyri-obyektivliyinə dair hər-hansı sübut təqdim olunmadığını nəzərə alan məhkəmə iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə vəsatəti təmin etməmiş və iş üzrə verilmiş rəyi sübut kimi qəbul edərək, işdə olan digər sübutlarla yanaşı qiymətləndirmişdir.

38. Bundan başqa, görülmüş işlərə dair tərtib edilmiş təhvil-təslim aktlarından görünür ki, görülmüş işlərin dəyəri müqavilə qiymətlərindən əhəmiyyətli dərəcədə yuxarı olmuşdur. Tərəflər arasında bağlanmış hər üç podrat müqavi ləsinin 1.3-cü bəndinə görə isə, işlərin icrası zamanı sifarişçinin təşəbbüsü ilə iş həcmləri dəyişərsə müqavilənin qiymətinə yenidən baxıla bilər. Göründüyü kimi, müqavilələrin şərtləri tərəflərin razılaşdıqları müqavilə qiymətinin artırıldığı təqdirdə bunun sifarişçinin təşəbbüsü ilə baş verməsini və müqavilələr ilə eyni formada (yazılı) rəsmiləşdirilməsini tələb edir. Lakin sifarişçinin müqavilələrdə nəzərdə tutulmayan əlavə işlərin görülməsini podratçıdan tələb etməsi və ya əvvəlcədən qiyməti müəyyən edilməyən işlərin görülməsi barədə sifarişçinin məlumatlandırılması işdə olan sənədlərlə təsdiq olunmamışdır. Əksinə, tərəflər arasında imzalanmış təhvil-təslim aktlarında müqavilə qiymətlərindən kənara çıxılmasına sifarişçi etirazını bildirmişdir. Bu vəziyyətdə məhkəmə hesab etmişdir ki, podratçı sifarişçi ilə əvvəlcədən razılaşdırmadığı, məlumat vermədiyi və tələb edilməyən əlavə işlərin görülməsinə görə muzd tələb edə bilməz. Odur ki, hazırki mübahisənin həllində görülmüş işlərin dəyəri üçün əsas podrat müqavilələri ilə razılaşdırılmış qiymətlər götürülməlidir. 39. 70 nömrəli podrat müqaviləsi üzrə müqavilənin dəyəri 948.681 manat, “70-1 nömrəli “podrat müqaviləsi” üzrə müqavilənin dəyəri 1.068.476 manat, 70-2 nömrəli podrat müqaviləsi üzrə müqavilənin dəyəri 1.174.004 manat, ümumilikdə isə 3.191.161 manat təşkil etmişdir. İşdə olan ödəniş tapşırıqlarına əsasən razılaşdırılmış həmin vəsaitin 1.687.323,5 manat hissəsi sifarişçi (o cümlədən, MMC-nin təsisçisi Fərhad Əhmədov) tərəfindən podratçıya ödənilmişdir. Belə olan halda, hər üç podrat müqaviləsi üzrə sifarişçinin pod ratçıya 1.503.837,5 (3.191.161 - 1.687.323,5) manat ödənilməmiş borcu yaranmışdır və həmin borc sifarişçidən podratçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, 70, 70-1 və 70-2 nömrəli “podrat müqavilələri”nə aid hissədə podratçının iddiası və apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuş, işə baxan birinci instansiyası məhkəməsi isə müzakirə olunan hissədə iş üzrə səhv nəticəyə gəlmişdir.

40. Apellyasiya məhkəməsi iddia tələbləri üzrə digər hissələrdə birinci instansiya məhkəməsinin bu qərarın 19-20-ci bəndlərində göstərilən hüquqi mövqeyi ilə razılaşmış və gəldiyi nəticəni düzgün hesab etmişdir.

41. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 23.1, 329.2, 385.1, 386.1, 398.1, 398.2, 405.1, 406.1, 423.1, 442, 448.1, 752, 753, 754, 762.1, 762.2, 763.1, 763.2, 1 096.1 və 1097.1-ci maddələrinə, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

42. Podratçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ilk iddianın təmin olunmayan hissəsində ləğv, ilk iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

43. Sifarişçi həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Podratçının kassasiya şikayətinin dəlilləri

44. MPM-in 372.6, 384.0.2 və 390-cı maddələri üzrə - Birinci instansiyası məhkəməsinin bu qərarın 12-ci bəndində göstərilən mövqeyi ilə bağlı kassator qeyd edir ki, məhkəmə bu qənaəti ilə səhv nəticəyə gəlmişdir. Əslində məhkəmə bu halda MPM-in 77 və 78-ci maddələrini tətbiq etməklə həmin sübutların sifarişçidən tələb olunmasını tələb etməli idi. Sifarişçi həm podratçıya göndərdiyi pretenziya məktubu, həm də iddiasında layihə-smeta sənədləri, Forma-2 arayışları və müqavilələrin onlarda olduğunu təsdiq etmiş, lakin məhkəməyə işin obyektiv həlli baxımından vacib olan bu sənədləri təqdim etməmişdir. Podratçı bununla bağlı vəsatət verildiyini və həmin sənədlərin onlardan tələb olunmasını xahiş etsə də, məhkəmə onun vəsatətini təmin etməmiş, iş üçün əhəmiyyətli olan sənədlərin əldə edilməsinə səy göstərməmişdir.

45. MPM-in 386-cı maddəsi üzrə - Kassator bu qərarın 31-ci bəndində göstərilən mövqe ilə bağlı qeyd edir ki, apellyasiya məhkəməsi qətnaməsində ziddiyyətli şəkildə podratçı tərəfindən görülmüş işlərin qüsursuz icra edildiyini, digər tərəfdən şirkət tərəfindən bütün işlərin qüsurlu icra olunduğunu göstərmişdir.

46. MPM-in 416, 762, 762, 770 və 776-cı maddələri üzrə - Məhkəmə qətnaməsində görülmüş işlərin dəyərinin müqavilə qiymətlərindən əhəmiyyətli dərəcədə yuxarı olmasına düzgün yanaşmamışdır. Məhkəmə tərəflər arasında təsdiq edilmiş qəbul aktlarına düzgün yanaşmamışdır. Müqavilələrin 1.3-cü maddəsində qeyd olunur ki, işlərin icrası zamanı sifarişçinin təşəbbüsü ilə iş həcmləri dəyişərsə, müqavilənin qiymətinə yenidən baxılır. Əslində hər 3 qəbul aktı bu əlavə işlərin görüldüyünün qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu hal MM-in 770-ci maddəsində öz həllini tapmışdır. Belə ki, MM-in 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edil məyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Göründüyü kimi, məhkəmə bu hissədə də maddi hüquq normasını pozmuşdur. Eyni zamanda, sifarişçi bildirdiyi kimi, qüsurlu işlər olmuşdursa, o zaman MMin 776-cı maddəsinə əsasən müəyyən olmuş müddət ərzində bununla bağlı tələb və şikayətlərini irəli sürmək hüququndan istifadə edə bilərdi. Lakin sifarişçi bu kimi şikayətlə hər hansı orqana müraciət etməmişdir. Məhkəmə MM-in 776-cı maddəsinin də tələblərini tətbiq etməməklə maddi hüquq normalarını pozmuşdur. Hazırda sifarişçi podratçı tərəfindən tikilən obyektlərdən böyük mənfəət əldə edir.

47. MPM-in 418.1-418.3, 418.4.5-ci maddələri üzrə - Podrat müqavilələrinin 3.23.5-ci bəndlərində qeyd olunan şərtlərə sifarişçi tərəfindən əməl olunması, həmçinin podratçının gördüyü işlərdə qüsurların aşkar edilməsi ilə bağlı tərəflər arasında defekt aktının tərtib edilməsi, imzalanması, qüsurlar var idisə onların aradan qaldırılmasının podratçıdan rəsmi qaydada tələb edilməsi işdə olan sənədlərlə təsdiq olunmur. b) Sifarişçinin kassasiya şikayətinin dəlilləri

48. Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələri üzrə - Ali qanun tərəfindən müəyyən edilmiş bu təminat bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxaraq onlara dair ədalətli və qanuni qərar qəbul etmək vəzifəsini müəyyən edir. Apellyasiya məhk əməsinin qətnaməsi qanuni və əsaslı ola bilməz.

49. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələri üzrə Məhkəmə tərəfindən apellyasiya şikayətinin dəlilləri üzrə düzgün hüquqi qiymətləndirmə aparılmamış, nəticədə sifarişçinin məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququnun pozuntusuna yol verilmişdir.

50. MM-in 21, 385.1, 442, 443.1 və 443.2-ci maddələri üzrə - İş materiallarından da göründüyü kimi, podratçı sifarişçi ilə bağladığı 70, 70-1 və 70-2 nömrəli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və ya lazımi şəkildə yerinə yetirməmiş, bununla yanaşı hər üç podrat müqaviləsi üzrə üzərinə götürdüyü işləri qarşılıqlı razılıqla əldə edilmiş və müqavilələrdə əksini tapmış icra müddətlərində yerinə yetirməmişdir. Bununla da sifarişçi d igər podratçı “X1 Company” MMC ilə müqavilə bağlamaq məcburiyyətində qalaraq podratçının görmədiyi, eyni zamanda ciddi nöqsan və qüsurlarla görmüş olduğu işləri həmin şirkətə həvalə etmiş, bununla da cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini pozması nəticəsində maddi ziyana uğramışdır. Lakin apellyasiya məhkəməsi bu kimi halları tam və hərtərəfli qaydada araşdırmamışdır. Bu halda qətnamə MPM-in 217-ci maddəsinin mahiyyəti baxımından qanuni və əsaslı sayıla bilməz. 51. “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə - Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, habelə m üasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir.

52. MPM-in 217-ci maddəsi üzrə - Apellyasiya məhkəməsinin qətnaməsi MPM-in 217.2-ci maddəsinin tələbi baxımından tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun qəbul edilməmiş, eyni zamanda MPM-in 217.3-cü maddənin tələbi baxımından iş üzrə müəyyən olunmuş və ya məhkəmə araşdırması zamanı müəyyən edilməli olan həqiqi hallara uyğun əsaslandırılmamışdır. Belə ki, apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə rəy tam əsassız olduğundan, sifarişçinin tərəfindən təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatət təqdim olunsa da, məhk əmə tərəfindən təmin olunmamış və həmin ekspert rəyinin sübut kimi qəbul edilməsi sifarişçinin qanunla qorunan mənafeyinin pozulması ilə nəticələnmişdir.

53. Sifarişçi tərəfindən məhkəməyə təqdim edilmiş təkrar məhkəmə-tikinti texniki ekspertizasının keçirilməsinin vacibliyi belə əsaslandırılmışdır ki, podratçı tərəfindən sözügedən podrat müqavilələri üzrə görüləcək tikinti işlərinə dair layihə smeta sənədləri iş materiallarında olmamış, eləcə də həmin sənədlər podrat müqaviləsinə əlavə edilməməklə məhkəməyə və ya ekspertizaya təqdim edilməmişdir. Ekspert rəyində də bu hal öz təsdiqini tapır. Həmin sənədlər iş materiallarında olmadığı halda, ekspert nəyin tədqiqatını apardığı və nəticədə hansı sübutlara əsasən belə bir rəyə gəldiyi sual olunur. Digər tərəfdən, ekspert rəyi ilə müvafiq podr at müqavilələri üzrə müəyyən edilmiş görülmüş işlərin dəyəri hər bir podrat müqaviləsi üzrə razılaşdırılmış və görülməli olan işlərin dəyərindən dəfələrlə yüksəkdir. Ekspert tərəfindən müvafiq rəy qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla tərtib olunmuşdur. Obyektivliyinə və ədalətliliyinə görə böyük şübhələr doğuran belə bir ekspert rəyinin məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməsi qəbul edilməzdir. Digər tərəfdən, tərəflər arasında yaranmış mübahisə üzrə Forma 2 aktları mübahisə predmeti olduğu və əsaslılığına kifayət qədər şübhələr olduğu halda, ekspert tərəfindən əsaslı sənəd kimi qəbul edilmiş, həmin aktlar əsas kimi qəbul olunaraq yerinə yetirilmiş tikinti işlərində qüsurun olmadığı müəyyən edilmiş, bununla da sonradan podratçının yol vermiş olduğu əsaslı qüsurları n aradan qaldırılmasına dair "xxxx" MMC tərəfindən 2021-ci il 17 aprel tarixli qüsur aktında göstərilən qüsurların nədən ibarət olmasını və onların aradan qaldırılması üçün nə qədər xərcin çəkildiyini müəyyən etməmişdir.

54. Apellyasiya məhkəməsi isə təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə vəsatətini təmin etməməsini qanunvericiliklə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Sifarişçi ilə podratçı arasında bağlanmış bütün podrat müqavilələrinin predmetində müvafiq sifarişlər üzrə layihələrin hazırlanması və həmin layihələrə uyğun tikinti işlərin aparılması və müqavilələr üzrə sifarişçiyə təhvil verilməsi məhz podratçının öhdəliyi olmuşdur. Beləliklə, podratçının bağlanmış podrat müqavilələri üzrə öhdəliyini yerinə yetirməməsi, həmçinin apellyasiya məhkəməsinin gəldiyi qənaətə görə də tikinti obyektləri üzrə layihə smeta sənədlərini qəsdən məhkəməyə təqdim etməməsi sifarişçinin təqsirli olduğuna əsas vermir və məhz bu əsasa görə vəsatətin təmin edilməməsinə əsas mövcud olmamışdır.

55. MPM-in 218.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi sifarişçi tərəfindən məhkəməyə təqdim olunmuş sübutları (görülmüş işlərdə əsaslı qüsurlar müəyyən edildiyindən işlərin başqa podratçı olan “X1 Company” MMC tərəfindən görülməsinə dair müqavilə, həmin müqaviləyə əlavə olunmuş smeta, ödənişləri təsdiq edən ödəniş sənədlərini, qüsurla görülmüş işlərə dair məhkəməyə təqdim edilmiş fotoşəkillərə və s.) qəbul etməmiş və araşdırmamış, bununla da mübahisəni hərtərəfli, tam və obyektiv şəkildə araşdırmadan sifarişçinin qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul etmişdir.

56. Apellyasiya məhkəməsi bu qərarın 33-cü bəndində göstərilən mövqeyi də yanlışdır. Sifarişçi tərəfindən podratçıya sonuncunun gördüyü qüsurlu işlər ilə bağlı məlumat verilmiş, qüsurlu işlərin görüldüyü əraziyə başqa podratçı şirkət olan “X1 Company” MMC-nin nümayəndələri qüsur aktı tərtib etməsi üçün dəvət edilərkən, podratçının da bu sahə üzrə aidiyyəti nümayəndələrinə məlumat verilmiş, onlar tərəfindən görülmüş qüsurlu işlər üzrə qüsur aktının tərəflərin iştirakı ilə tərtib edilməsində iştiraka çağırılmışdır. Qüsurlu işlərin məhz podratçının öz hesabına aradan qaldırılması bildirilmiş, lakin podratçının səlahiyyətli nümayəndələri gördükləri işlərdə heç bir qüsurun olmadığını bildirirək, onlar tərəfindən podrat işlərinin görüldüyü əraziyə gəlməkdən və si farişçi və yeni podratçı “X1 Company” MMC-nin nümayəndələri ilə birlikdə qüsur aktının tərtib edilməsində iştirakdan imtina etmişlər. Bu faktı işə birinci instansiya məhkəməsində baxılarkən podratçının nümayəndələrinin də iştirak etdiyi iclasda sifarişçinin qanuni təmsilçisi Nümayəndə3 izahatında bildirmiş və fakt məhkəmə iclas protokoluna da əlavə edilmişdir.

57. MPM-in 417.1.3 və 418.1, 418.3-cü maddələri üzrə - Apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən MPM-in 418-ci maddəsinin tələbləri pozulmuşdur, bu da düzgün olmayan və əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. Kassasiya baxışının hədləri

59. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməs inin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

60. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şə raitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir....” “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün müh üm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır....” “Maddə

406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin....” “Maddə

423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.” Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşı yır.” “Maddə

754. Təqribi smetadan kənaraçıxmanın nəticələri 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur.” “Maddə

762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır....” “Maddə

763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edil ən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”

61. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.....” Kassasiya instansiya məhkəməsinin mövqeyi

62. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

63. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyy ən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

64. İşin materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni ilkin iddia üzrə Balıq konserv zavodunun inşa edilməsi üçün layihənin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 manat pulun tutulması tələbinin rədd edildiyi hissə istisna olmaqla, qalan hissələrdə ləğv edilməli və iş həmin hissələrdə təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

65. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə Balıq konserv zavodunun inşa edilməsi üçün layihənin hazırlanm ası və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 manat pulun tutulması tələbinin rədd edildiyi hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. İlkin iddiada irəli sürülmüş digər tələblərə münasibətdə məhkəmə kollegiyasının mövqeyi aşağıdakılardan ibarətdir.

67. Belə ki, işin hallarından görünür ki, tərəflər arasında bağlanmış QAR-xx/xx-2019 nömrəli podrat müqaviləsinin dəyəri -948.681 manat, QAR-70-1/12-2019 nömrəli podrat müqaviləsinin dəyəri-1.068.476 manat, QAR-70-2/12-2019 nömrəli podrat müqavi ləsinin dəyəri-1.174.004 manat təşkil edir.

68. Bununla belə, podratçının birinci instansiyası məhkəməsinə təqdim etdiyi QAR-70/12-2019 nömrəli müqavilə üzrə tərtib olunmuş “Qəbul aktı”nda 1.105.868,9 manat, QAR70-1/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş “Qəbul aktı”nda 2.630.619,4 manat, QAR-70-2/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş “Qəbul aktı”nda 1.649.605 manat məbləğində işlərin görüldüyü qeyd olunmuşdur.

69. Qeyd olunan müqavilələr üzrə görülmüş işlərin həcmi və dəyərinin müəyyən edilməsi məqsədi ilə hazırkı işə apellyasiya qaydasında baxılarkən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 2023cü il 21 sentyabr tarixli 10/2437 nömrəli rəy verilmişdir. Həmin rəyə görə, tərəflər arasında bağlanmış QAR-70-1/12-2019 nö mrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 2.630.619,4 manat, QAR-70-2/12-2019 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 1.581.081,5 manat, QAR-xx/xx-2019 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 1.105.868,9 manat məbləğində müəyyən olunur.

70. Göründüyü kimi, iş üzrə verilmiş ekspert rəyi ilə tərəflər arasında bağlanmış müqavilələr üzrə əlavə işlərin görülməsi müəyyən edilmişdir.

71. Bu mənada əlavə işlərin dəyərinin ödənilməsi ilə bağlı ilk iddia tələblərinin qanuni əsasını təşkil edən MM-in 753.3-cü maddəsinin dispozitiv şərtlərinə nəzər yetirilməsi zəruridir. Belə ki, həmin maddənin tələblərinə görə əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hü ququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.

72. Maddənin məzmunundan göründüyü kimi qanunverici əlavə işləri yerinə yetirməyə görə podratçının üzərinə ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl sifarişçiyə məlumat vermək öhdəliyi qoymuşdur. Eyni zamanda bu öhdəlik sifarişçinin razılığı əldə olunduğu təqdirdə yerinə yetirilmiş hesab olunur.

73. Bununla bağlı tərəflər arasında bağlanmış hər üç podrat müqaviləsinin 1.3-cü bəndində təsbit olunmuşdur ki, işlərin icrası zamanı sifarişçinin təşəbbüsü ilə iş həcmləri dəyişərsə müqavilənin qiymətinə yenidən baxıla bilər.

74. İşin materiallarında olan, QAR-70-/12-2019, 70-1/12-20 19 və 70-2/12-2019 nömrəli müqavilələr üzrə tərtib edilmiş “Qəbul aktları”ndan görünür ki, həmin aktlar "xxxx" Şirkətin rəhbəri tərəfindən imzalanmış, imza hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, habelə aktlar "xxxx" MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmaqla görülmüş və ya görülməmiş işlərə dair hər bir aktda müvafiq qeydlər aparılmışdır. Belə ki, sifarişçinin qanuni təmsilçisi QAR-70-/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş tarixsiz “Qəbul aktı”nda “müqavilə dəyəri 948.681 manatdır” məzmunlu, 70- 1/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş tarixsiz “Qəbul aktı”nda “vergi və digər xərclər göstərilməyib. İlkin müqavilədə 16 ədəd beton nohurlar nəzərdə tutulmuş, faktiki olaraq 32 ədəd nohur yerində inşa edilmişdir” məzmunlu, 70-1/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş tarixsiz “Qəbul aktı”da isə “texnoloji avadanlıqlar quraşdırılmayıb, (nasosxana hissəsində). Forma 2 üzrə 52.540,5 manat məbləğində iş həcmi yerinə yetirilməmişdir. Xarici elektrik xəttində laboratoriya aktı təqdim edilməyib, vergi 15.983 manat və digər xərclər göstərilməyib” qeydlər etmişdir.

75. Məhkəmə araşdırması zamanı sifarişçi bildirmişdir ki, həmin qeydlər onun görülən əlavə işlərə etirazı olmuşdur.

76. Nəzərə alınmalıdır ki, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən əvvəlcə tərəflərin bildirdiklərini və iş üçün əhəmiyyətli olan faktiki halları aydınlaşdırmalı, bu hallara uyğun gələn maddi hüquq normalarını tapmalı, onların dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) müəyyənləşdirməlidir. Əgər irəli sürülmüş t ələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

77. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, MM-nin 753.3-cü maddəsinin dispozisiya şərtlərinin mövcudluğunun müəyyən edilməsi üçün əhəmiyyətli məsələ əlavə işlərin görülməsi ilə bağlı sifarişçinin sifarişinin olub-olmaması və ya əlavə işlərə dair podratçı tərəfindən sifarişçiyə məlumatın verilib-verilməməsi, məlumat verildiyi halda sifarişçinin buna razılığının və ya hər hansı etirazının olub-olmaması, eyni zamanda bu fakt mövcud olduğu halda bunun sənədlərdə, xüsusilə podrat müqavilələri üzrə tərtib olunmalı olan la yihə-smeta sənədlərində öz əksini tapıb-tapmaması ilə bağlıdır. Hazırki halda əlavə işləri, məhz sifarişçinin razılığı və ya sonuncunu xəbərdar etməklə həyata keççirdiyini sübutetmə vəzifəsini daşıyan tərəf kimi, layihə-smeta sənədlərinin hazırlanması öhdəliyi də məhz podratçının üzərində olmuşdur.

78. Lakin işin materiallarına, tərəflər arasında bağlanmış müqavilələr üzrə hazırlanmış, hər iki tərəfin təsdiq etdiyi layihə-smeta sənədləri əlavə edilməmişdir. Bu baxımdan hazırda mübahisənin predmetini təşkil edən əlavə işlərin layihə-smeta sənədlərinə uyğun həyata keçirilib-keçirilməməsi aydın deyildir. Bu baxımdan iş üzrə verilmiş ekspert rəyində də, yerinə yetirilmiş işlərin yalnız ümumi həcmi müəyyən edilmişdir. Məhkəmə tərəfindən həmin işlərin layihə-smeta sənədlərinə uyğun həyata keçiri lib-keçirilməməsi məsələsinə də MM-nin 754.1-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməmişdir.

79. Məhkəmə kollegiyası hazırki mübahisənin MM-nin podrat münasibətlərini tənzimləyən normalarının tələblərinə uyğun həll edilməsi üçün, podrat müqavilələri üzrə tərtib edilmiş layihə-smeta sənədlərinin əhəmiyyətini nəzərə alaraq hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı MPM-nin 14.1, 77.3 və 184.1-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin sənədlərin mövcud olub-olmaması tərəflərlə müzakirə edilməli, nəticəsindən asalı olaraq, əlavə işlərə görə podratçıya muzdun ödənilməsi məsələsinə MM-nin 753.3 və 754.1-ci maddəsinin tələbinə uyğun olaraq hüquqi qiymət verilməlidir.

80. Qarşılıqlı iddia tələbinə gəldikdə, sifarişçi işlərin qüsurlu və yarımçıq görülməsinə və həmin qü surların aradan qaldırılması üçün onunla "xxxx" şirkəti arasında müqavilə bağlanmasına, sonuncu tərəfindən işlərin görülməsinə və ona ödənişlərin edilməsinə istinad etmişdir.

81. İşin materiallarından da görünür ki, sifarişçi bununla bağlı müqavilə və ödəniş sənədlərini məhkəməyə təqdim etmişdir.

82. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddiaya və həmin sənədlərə münasibət bildirilmiş, lakin "xxxx" şirkəti maraqlarına toxunan şəxs qismində işə cəlb edilməmişdir.

83. Bundan əlavə, MM-in 763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər (MM-nin 764.1-ci maddəsi).

84. Tərəflər arasında bağlanmış hər 3 podrat müqaviləsinin 3.3-cü bəndində də təsbit olunmuşdur ki, işlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar "xxxx" və "xxxx"nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan “Defekt aktı”nda əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda "xxxx" "xxxx" ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur.

85. Göründüyü kimi ilk iddia tələblərinin təmin olunmasını qismən aradan qaldıran qarşılıqlı iddia tələbi üzrə sifarişçinin podrat müqavilələrinin yuxarıda qeyd olunan şərtlərinə və MM-in tələblərinə, yəni podratçının gördüyü işlərdə qüsurlar ın aşkar edilməsi ilə bağlı tərəflər arasında defekt aktının tərtib edilib-edilməməsinin, o cümlədən, sifarişçinin iddia etdiyi qüsurların aradan qaldırılmasını podratçıdan rəsmi qaydada tələb edib-etməməsinin araşdırılaraq müəyyən olunması qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtlərinin müəyyən edilməsi və mübahisənin düzgün həlli baxımından xüsusi əhəmiyyət kəsb edir.

86. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən sifarişçinin istinad etdiyi qüsurlarla bağlı əlavə icra müddətinin müəyyən edilib-edilməməsi müzakirə edilərək işin qeyd olunan mübahisəli halları üzrə MM-nin 763 və 764-cü maddələrinin dispozisiya şərtlərinin mövcud olub-olmaması ilə bağlı hüquqi qiymətləndirmə aparılmamışdır. Halbuki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zərur i əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-nin 77.3-cü maddəsi).

87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli, 11 iyun 2018-ci il tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. 88. “Məhkəmə, sübutların qiymətləndirilməsin in nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”

89. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktla rdan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

90. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, ilkin iddia tələbi üzrə MM-nin 753.3 və 754.1-ci maddələrinin, qarşılıqlı iddia tələbi üzrə isə MM-nin 763 və 754cü maddələrinin dispozsiya şərtləri baxımından hüquqi qiyməlnədirmə aparılmalıdır.

91. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qismən, yəni ilkin iddia üzrə Balıq konserv zavodunun inşa edilməsi üçün layihənin hazırlanması və layihəyə uyğun tikinti işlərinin apa rılmasına dair bağlanmış podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 manat pulun tutulması tələbinin rədd edildiyi hissə istisna olmaqla, qalan hissələrdə ləğv olunmalı və iş həmin hissələrdə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

92. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-18/2023 nömrəli qətnaməsi qismən, yəni ilkin iddia üzrə Balıq konserv zavodunun inşa edilməsi üçün layihənin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış po drat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 (iki yüz iyirmi beş min yeddi yüz iyirmi altı) manat pulun tutulması tələbinin rədd edildiyi hissə istisna olmaqla, qalan hissələrdə ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar