Məhkəmə qərarları › İş №2-2(102)-149/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-149/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-149/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh X2rşı iş üzrə QƏRAR iş № 2-2(102)-149/21 Bakı şəhəri xx xxxxx 2021-ci il 20.04.2021 Açar sözlər: podrat müqaviləsi üzrə tam və düzgün icra olunmayan öhdəliklər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1, cavabdeh X2ın iştirakları ilə, iddiaçı “xxxx” MMC-nin vəkili Vəkil1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-233/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh X2rşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2019-cu il tarixdə bağlanmış 09/19 saylı xidmətlərin göstərilməsi haqqında podrat müqaviləsi üzrə proyektdə işlərin maya dəyərini səhv və qeyri-professiaonal olaraq hesablaması nəticəsində 79.024 manat maddi zərərin əvəzinin, müqavilə üzrə ödənilmiş 18.250 manat pul vəsaitinin, iddiaçının işgüzar nüfuzuna vurduğu zərərin əvəzi olaraq 300.000 manat, 500 manat vəkilə ödənilən vəsaitin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 1 ədəd dəri çantasının və 1 ədəd “Lenovo-ideapad 2510” markalı notebookun çantası ilə birlikdə iddiaçıya qaytar ılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələblərinin dəyişdirilməsi barədə ərizə təqdim edərək xx xxxxxx 2019-cu il tarixdə bağlanmış 09/19 saylı xidmətlərin göstərilməsi haqqında podrat müqaviləsi üzrə proyektdə işlərin maya dəyərini səhv və qeyri professional olaraq hesablaması nəticəsində 79.944,43 manat maddi zərərin əvəzinin, müqavilə üzrə ödənilmiş 18.250 manat pul vəsaitinin, iddiaçının işgüzar nüfuzuna vurduğu zərərin əvəzi olaraq 300.000 manat, 500 manat vəkilə ödənilmiş vəsaitin və 30 manat ödənilmiş dövlər rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 1 ədəd dəri əl çantası və 1 ədəd “Lenovo-ideapad 2510” markalı notebookun çantası ilə birlikdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul olun masını xahiş etmişdir. (iş.v313 c1) Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, tərəflər arasında xx xxxxxx 2019-cu il tarixdə 09/19 saylı “Xidmətlərin göstərilməsi haqqında” podrat müqaviləsi bağlanmış, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam və düzgün icra etməmiş, satış planı və görüləcək işlərin planını düzgün hazırlamadığından müəssisə sifarişçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilməmiş və müəssisəyə 79.024 manat zərər dəymişdir. Müqavilə üzrə cavabdehə 18.250 manat ödəniş edilmiş və işlədiyi müddətdə Lenovo-ideapad 2510 notebooku istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən ona ödənilmiş vəsait və istifadəsinə verilmiş notebook və çanta iddiaçıya qaytarılmalıdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqd im edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərini icra etmiş və iddiaçı tərəfindən ona təhvil- təslik aktlarına əsasən 5000 manat xidmət haqqı ödənilmişdir. Lakin iddiaçı ondan müqavilə üzrə öhdəliklərindən kənar xidmətlərin göstərilməsini tələb etmiş, 2019-cu ilin iyun ayı üzrə tərtib olunmuş təhvil-təslim aktını qəzərli olaraq imzalamamışdır. Cavabdeh isə yalnız xx xxxx 2019-cu il tarixdə sahədə işləmək mümkün olmadığından etiraz əlaməti olaraq sahəni tərk etmişdir. İddiaçının sifarişçi şirkətlər qarşısında öhdəliklərini tam və düzgün icra edə bilməməsinin səbəbi müəssisənin rəhbərliyi tərəfindən cəlb olunmuş işçilərin keyfiyyətsiz materiallar təmin etməsi ilə bağlı olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2- 2(81)1192/2019 saylı qətnaməsi ilə (hakim Fərid Mədətli) iddia tələbi qismən – bir ədəd dəri çanta və bir ədəd “Lenovo ideapad 2510” markalı notebookun çantası ilə birlikdə cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilmiş, iddia tələbləri qalan hissədə təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, mübahisəli podrat müqaviləsi üzrə görülən işlərin həcmi qaimə fakturalar əsasında iddiaçı tərəfindən cavandehə ödənilmişdir. İddiaçı tərəfindən 18.760 manat məbləğində ödənişin aparılması cavabdeh tərəfindən həqiqətən də müqavilə üzrə nəzərdə tutulan həcmdə işlərin yerinə yetirildiyini sübut etmişdir. İddiaçının cavabdehin gördüyü işlərin həcmi və səviyyəsi ilə razılaşaraq ona vaxtaşırı olaraq ödənişləri etməsi, onun həmin işləri mübahisələndirmə hüququnu istisna etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehin ondan tələb olunan pul məbləğini qanunsuz saxlamaqla hər hansı gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun iddianın təmin olunmadığı hissədə ləğv, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-233/2020 saylı qətnaməsi ilə (sədrlik edən Raqib Qurbanov, hakimlər Cahangir Yusifov və Vüsalə Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı MMC ilə X5 arasında “Xidmətlərin göstərilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli, 09/19 saylı podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən icraçı X5 sifarişçi İddiaçı MMC-nin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması, şirkətin uğurlu imicinin yaradılması, biznes proseslərinin təkmilləşdirilməsi, bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, şirkətin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili, marketinq planının hazırlanması və koordinasiyası, zəruri marketinq tədbirlərinin müəyyən edilməsi, marketinq xərclərinin optimallaşdırılması, görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndiri lməsi və eyni zamanda tenderlərin texniki və kommersiya baxımından hazırlanması və kontrol edilməsi, layihələrə, texniki şöbəyə və bunlarla bağlı xərclərə nəzarət, görülmüş işlərin nəticələrinin təhlili və qiymət hesabatların hazırlanması və təhlili və digər vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi və sifarişçi tərəfindən təmin ediləcək dövri və cari işlərin yerinə yetirilməsini, sifarişçi İddiaçı MMC isə müqavilədə göstərilən xidmət haqqının icraçıya müqavilədə nəzərdə tutulmuş müddətdə, qaydada və şərtlərlə ödənilməsini öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən icraçının xidmət haqqı aylıq olaraq 5000 manat və icraçının təşkil etdiyi layihə üzrə əldə edilən mənfəətin 2%-i müəyyən edilmişdir. Podrat müqaviləsindən görünür ki, icraçı tərəfindən görülməli o lan işlər konkret müəyyən olunmamış və ümumi sözlərlə ifadə olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya yola salınmış malların, görülmüş işlərin, və ya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi məqsədilə (ƏDV-siz) EAAR seriyalı, 070199 №li, xx xxxx 2019-cu il tarixli X1 əsasında 3250,00, EAAU seriyalı, 346834 №li, xx xxx 2019-cu il tarixli X1 əsasında 5000,00, EAAR seriyalı, 070199 №li, xx xxxx 2019-cu il tarixli X1 əsasında 3250,00, EAAU seriyalı, 346834 №li, xx xxx 2019-cu il tarixli X1 əsasında 5000,00, EAAS seriyalı, 319563 №li, xx xxxx 2019-cu il tarixli X1 əsasında 5000,00, EAAV seriyalı, 273727 №li, xx xxxx 2019-cu il tarixli X1 əsasında 5000,00 manat məbləğində xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə Ref № 105İNTL192141214 saylı xx xxxxxx 2019-cu il tarixli ödəniş tapşırığı əsasında 510,0 manat, Ref № 105FTRQ191510031 saylı xx xxx 2019-cu il tarixli ödəniş tapşırığı əsasında 5000,0 manat, Ref № 105FTRQ191270040 saylı xx xxx 2019-cu il tarixli ödəniş tapşırığı əsasında 5000,0 manat, Ref № 105FTRQ190780005 saylı xx xxxx 2019-cu il tarixli ödəniş tapşırığı əsasında 5000,0 manat, Ref № 105FTRQ190580527 saylı xx xxxxxx 2019-cu il tarixli ödəniş tapşırığı əsasında 3250,00 manat xidmət haqqı ödənilmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, işgüzar adətlərə əsasən podrat müqavilələri üzrə yerinə yetirilməli olan işlərin siyahısı konkret və dəqiq ifadə olunur və hətta bununla bağlı müqavilə tərəfləri arasında smeta tərtib olunur. Tərəflər arasında bağlanmış müqavilə ad olaraq podrat müqaviləsi olsa da, mahiyyə t etibarı ilə qarışıq müqavilə olmuş və özündə həm də tapşırıq müqaviləsinin elementlərini əks etdirmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən isə, tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs başqa şəxsin ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Bundan başqa bildirilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 18.760 manat ödənişin edilməsi iddiaçının cavabdeh tərəfindən görülən işlərin həcmi və səviyyəsi ilə razılaşdığını əks etdirmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı ilə “X4 və Ticarət” şirkəti arasında bağlanmış müqavilə üzrə görülməli olan işlərin cavabdeh tərəfindən səhv hesablanması heç bir mötəbər sübutla təsdiq olunmamışdır. Halbuki, konkret tikinti işləri üzrə smetanın düzgün tərtib olunmaması bu sahədə ixtisaslaşmış mütəxəssislərin verdiyi rəylər və sənədlərlə təsdiq oluna bilər. İddiaçı isə belə sübutlar, həmçinin məhkəmə üçün ekspertizanın təyin edilməsinə əsas ola biləcək ilkin sübutları belə təqdim etməmişdir. Həmçinin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi səbəbindən iddiaçının işgüzar nüfuzuna zərər vurulması halı da öz təsdiqini tapmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443, 777.1, prosessual hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddianın təm in edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı şikayətində bildirilmişdir ki, apellyasiya məhkəməsi mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamışdır. Tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı cavabdeh iddiaçı müəssisədə biznesin inkişaf müdiri və texniki ofis müdiri kimi işə başlamış, ona hər ay müqavilə üzrə 5000 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin öhdəlikləri yalnız biznes plan tərtib etməklə yekunlaşmamalı, o həmçinin tərtib etdiyi biznes planda göstərilənlərə uyğun işlərin həyata keçirilməsini təmin etməli idi. Lakin iddiaçı ilə “xxxx” Şirkəti arasında bağlanmış müqaviləyə əsasən, prekast quyularının istehsalı layihəsinin büdcəsinin düzgün hesablanmamas ı, işin texniki metodunda, planlaşdırılması və icrasında səhvlərə yol verilməsi səbəbindən iddiaçıya ağır maddi zərər dəymişdir. Cavabdeh hər ay müqavilə üzrə 5000 manat ödənişləri qəbul etdiyini etiraf etsə də, üzərinə götürdüyü öhdəlikləri icra etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Daha bir əsas kimi bildirilmişdir ki, apellyasiya məhkəməsi sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, işin hallarının tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmişdir. Şikayətin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88-ci maddələrinə istinad olunmuşdur. Tə r ə f l ə r i n i ş t i r a k ı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti i lə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissədə tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, podrat müqavilələri üzrə yerinə yetirilməli olan işlərin siyahısı konkret və dəqiq ifadə olunur və müqavilə tərəfləri arasında smeta tərtib olunur. Tərəflər arasında bağlanmış müqavilə ad olaraq podrat müqaviləsi olsa da, mahiyyət etibarı ilə qarışıq müqavilə olmuş və özündə həm də tapşırıq müqaviləsinin elementlərini əks etdirmişdir. Tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs başqa şəxsin ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Bu mövq eyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, tərəflər arasında bilavasitə podrat müqaviləsi bağlanmış, müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı cavabdeh iddiaçı müəssisədə biznesin inkişaf müdiri və texniki ofis müdiri kimi işə başlamış, ona hər ay müqavilə üzrə 5000 manat məbləğində ödəniş edilmişdir. Lakin cavabdehin öhdəlikləri yalnız biznes plan tərtib etməklə yekunlaşmamalı, o həmçinin tərtib etdiyi biznes planda göstərilənlərə uyğun işlərin həyata keçirilməsini təmin etməli idi. Məhkəmə dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. İşin hallarından göründüyü kimi, tərəflər arasında xx xxxxxx 2019-cu il tarixli “Xidmətlərin göstərilməsi haqqında podrat müqaviləsi” bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - Mülki Məcəllə): - 752.1 -ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. (...) Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; - 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir; - 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının m üəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Müddəaların mənasına görə, podrat münasibətlərində müvafiq işlərin görülməsi müqabilində sifarişçi muzd ödəməlidir. Muzdun ödənilməsi ilə bağlı sifarişçinin öhdəliyinin yaranması anı isə bir halda iş yerinə yetirildikdən sonra, digər hallarda isə yerinə yetirilmiş iş sifarişçi tərəfindən qəbul edildikdə sonra başlanılır. İkinci halda yerinə yetirilmiş işin qəbulu müqavilədə nəzərdə tutulmalı və ya işin xarakterindən irəli gəlməlidir. Lakin podratçının müəyyənləşdirdiyi müddətdə işi sifarişçi qəbul etməzsə, iş qəbul edilmiş sayılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə cavabdeh aşağıdakı işlərin görülməsi öhdəliyini üzərinə götürmüşdür: biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ bizne s planlarının hazırlanması, şirkətin uğurlu imicinin yaradılması, biznes proseslərinin təkmilləşdirilməsi, bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, şirkətin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili, marketinq planının hazırlanması və koordinasiyası, zəruri marketinq tədbirlərinin müəyyən edilməsi, marketinq xərclərinin optimallaşdırılması, görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi və eyni zamanda tenderlərin texniki və kommersiya baxımından hazırlanması və kontrol edilməsi, layihələrə, texniki şöbəyə və bunlarla bağlı xərclərə nəzarət, görülmüş işlərin nəticələrinin təhlili və qiymət hesabatların hazırlanması və təhlili və digər vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetiril məsi və sifarişçi tərəfindən təmin ediləcək dövri və cari işlərin yerinə yetirilməsi. İddiaçının əsaslandığı hallara görə, qeyd edilmiş öhdəliklərdən cavabdeh tərəfindən “layihələrə, texniki şöbəyə və bunlarla bağlı xərclərə nəzarət, görülmüş işlərin nəticələrinin təhlili və qiymət hesabatların hazırlanması və təhlili” üzrə xidmətlər zəruri qaydada icra edilməmişdir. Apellyasiya məhkəməsinin müəyyən etdiyi kimi, cavabdehə 18.760 manat ödənişin edilməsi iddiaçının cavabdeh tərəfindən görülən işlərin həcmi və səviyyəsi ilə razılaşdığını əks etdirmişdir. Belə ki, yuxarıda qeyd edilmiş podrat müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən qaydalardan göründüyü kimi, muzdun ödənilməsi şərtlərindən birinə yerinə yetirilmiş işin sifarişçi tərəfindən qəbul edilməsi aiddir ki, bu hal müqavilə də nəzərdə tutulmalıdır. Yerinə yetirilmiş işin qəbulunun müqavilədə nəzərdə tutulmasına münasibətdə qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış müqavilənin 5 bəndi “Hesablama qaydası” adlandırılmaqla, nəzərdə tutmuşdur ki, icraçının xidmət haqqı aylıq olaraq 5000 manat və təşkil etdiyi layihə üzrə əldə edilən mənfəətin 2%-i müəyyən edilir. İcraçı göstərilmiş xidməti “Göstərilmiş xidmətlərin təhvil-təslim aktı” və E-qaimə ilə sifarişçiyə təhvil verəcək. Müqavilə üzrə ödəniş öhdəlikləri (aylıq və ya lahiyə üzrə) “Göstərilmiş xidmətlərin təhviltəslim aktı” imzaladığı halda yaranır. Müqavilə üzrə hesablaşmalar köçürmə yolu ilə həyata keçirilir. Apellaysiya məhkəməsinin müəyyən etdiyi işin halına qeyd edilmiş müqavilə şərtinin tətbiqi o nəticəni yaradır ki, görülmüş işləri qəbul etməklə v ə muzdu ödəməklə podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan işləri ödənilmiş sayılmalıdır. Görülmüş işlərin qüsurlu olması və dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağdakıları qeyd edir. Mülki Məcəllənin: - 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; - 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər; - 773-cü maddəsinə əsasən, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb h üququ əmələ gəlmir; - 776-cı maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər; - 776.2-ci maddəsinə əsasən, əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Podratın nəticələrininin qüsurlu olması ilə bağlı sadalanmış maddələrin tələbləri aşağıdakı halları və onlara müvafiq olaraq hüquq və vəzifələri müəyyən etmişdir: (1) işlər qəbul edilmədən əvvəl podratçının icra etdiyi işlərin qüsurlu olması müəyyən edildiyi təqdirdə, sifarişçi həmin qüsurun aradan qaldırılmasını tələb edə bilər və tərəflərin sonrakı hərəkətlərindən asılı olaraq müvafiq qaydalar tətbiq edilməlidir; (2) işlər qəbul edilmədən ə vvəl sifarişçi işlərin qüsurlu olduğunu bilirsə və bununla bağlı hər hansı bir pretenziya irəli sürmürsə, həmin qüsurlarla bağlı tələb hüququna malik olmur; (3) işlər qəbul ediləndən sonra sifarişçi qüsurları müəyyən etdikdə, tələb hüququnu bir il ərzində irəli sürməlidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə “X4 və Ticarət” şirkəti arasında bağlanmış müqavilə üzrə görülməli olan işlərin cavabdeh tərəfindən səhv hesablanması heç bir mötəbər sübutla təsdiq olunmamış və iddiaçının istinad etdiyi hallar yalnız özünün mülahizələrindən və tərtib etdiyi sənədlərdən ibarətdir. Halbuki, konkret tikinti işləri üzrə smetanın düzgün tərtib olunmaması bu sahədə ixtisaslaşmış mütəxəssislərin verdiyi rəylər və sənədlərlə təsdiq oluna bilər. İddiaçı isə belə sübutlar, həmçinin məhkəmə üçü n ekspertizanın təyin edilməsinə əsas ola biləcək ilkin sübutları belə təqdim etməmişdir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, apellyasiya məhkəməsi sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, işin hallarının tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmişdir. Məhkəmə kollegiyası dəlillə razılaşmadığını şağıdakılardan irəli gəldiyini bildirir. Azərbaycan Respublikası MPM-nin: - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir. Azərbaycan Respublikası MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2); hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1); məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (80); qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli, xx xxxx 2018-ci il tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qəra rın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında hüquqi qiymətləndirməni yuxarıda istinad edilmiş mülki prosessual qanunvericiliyin tələblərinə və onlara verilmiş şərhə əsasən aparmışdır. Belə ki, apellyasiya məhkəməsinin qərarından göründüyü kimi, məhkəmə iddiaçı tərəfindən təqdim etdiyi sənədlərə qiymət verərkən onların rədd olunmasını onunla əsaslandırmışdır ki, onlar iddiaçının özü tərəfindən tərtib edildiyinidən mötəbər hesab olunmamalıdır. İddiaçının təqdim etdiyi şahidin ifadəsini ətraflı təhlil etməklə, onun qəbul edilməməsi ni apellyasiya məhkəməsi onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən görülmüş işlərin keyfiyyətinin, düzgünlüyünün və nə dərəcədə professional olubolmadığının yoxlanılması, eyni zamanda həmin işlərin qiymətləndirilməsi həmin şirkətdə nəzarətçi işləyən adi bir şəxs tərəfindən deyil, bu sahədə kifayət qədər təcrübəsi və savadı olan ixtisaslaşmış şəxslərin, mütəxəssislərin səlahiyyətinə aiddir və iddiaçının istinad etdiyi hallar da yalnız həmin şəxslər tərəfindən dərindən araşdırıldığı və mötəbər sənədlərlə, sübutlarla və digər hallarla əsaslandırıldığı halda öz təsdiqini tapa bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən sübutların müqayisəli şəkildə tədqiq edilməməsi ilə bağlı iddiaçının dəlilləri mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şiakyətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: iddiaçı “xxxx” MMC-nin vəkili Vək il1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-233/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar