Məhkəmə qərarları › İş №2-2(102)-154/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-154/2024

05.02.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-154/2024 05.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı XXX Cavabdeh qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 2-2(103)-912/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı XXX iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, XXX ilə Cavabdeh arasında olan 2021-ci il 3 mart tarixl i alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Qalib oğlundan alqı-satqı müqaviləsinin dəyəri olan 12.255 manat pul vəsaitinin, 87.500,70 manat cərimənin, hüquqi yardım üçün ödənilmiş 510 manat pul vəsaitinin, mediasiya xərci üçün ödənilmiş 400 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2901/2022 saylı 2022-ci il 29 iyun tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, XXX ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 3 mart tarixli 125 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh 12.255 manat əsas borc, 1745 manat cərimə, 400 manat mediasiya xərci və 510 manat hüquqi yardımla bağlı cəmi xərc olmaqla, 14.910 manat məbləğində pulun tutularaq iddiaçı İrina Borisovaya (MYİ 0******) öd ənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim E.Əliyev). Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 iyuntarixli 2-2(113)-2901/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 2-2(103)-912/2023 nömrəli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-22(113)-2901/2022 saylı 2022-ci il 29 iyun tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim A.Hüseyn, hakimlər C.Musayeva və V.Baxışova). Qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətna mənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayəti verilərkən MPM-in 407.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-in 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Hazırkı halda iddia qiyməti 99.755,70 manat təşkil etdiyindən, istinad olunan normaların tələbləri baxımından cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 194 manat təşkil etməlidir. Lakin kassasiya şikayəti verilərkən, cavabdeh yalnız tutulan hissəyə münasibətdə cəmi 69 manat məbləğində dövlət rüsumu ödəmiş, bununla da qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə s ənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 2-2(103)-912/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: Hakimlər: B.M.Məmmədli İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar