Məhkəmə qərarları › İş №2-2(102)-157/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-157/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-157/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı Cavabdehnə qarşı (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 oktyabr tarixli 2- 2(103)-737/2023 nömrəli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, A.Məmmədov küçəsində inşa edilmiş 1 girişli yaşayış binasında yerləşən 1.400 kv.m. (o cümlədən binanın 6-cı mərtəbə yerləşən sahəsi 138 kv.m. 3 otaqlı, sahəsi 97 kv.m. olan 2 otaqlı mənzil, 8-ci mərtəbəsində yerləşən sahəsi 106 kv.m. olan 2 otaqlı mənzil, 10-cu mərtəbədə yerləşən hər birinin sahəsi 138 kv.m. 2 ədəd 3 otaqlı, 90 kv.m. 2 otaqlı mənzil, 14-cü mərtəbəsində yerləşən sahəsi 106 kv.m. olan 2 otaqlı, sahəsi 97 kv.m. olan 2 otaqlı, s ahəsi 98 kv.m. olan 2 otaqlı mənzilin) yaşayış sahəsinin İddiaçı MTK-ya təhvil verilməsinə, həmçinin mediasiya xidməti və dövlət rüsumu üçün ödənilmiş 100 manat cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir (hakim L.Əliyeva).

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-470/2023 saylı, 2023-cü il tarixli 26 may qətnaməsi ilə iddia rədd edilmişdir.

4. İddiaçı həmin qətnamədən şikayət verərək onun ləğv olunması və iddianın təmin edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 oktyabr tarixli 2-2(103)-737/2023 nömrəli qətnaməsi ilə şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).

6. Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 7. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Əsas anlayışlar 1.1 Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir:... 1.1.5. Gücləndirilmiş elektron imza (bundan sonra - gücləndirilmiş imza) - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza;... 1.1.15. Elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd;... 1.1.18. Sertifikatlaşdırılmış elektron imza vasitələri - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələri;...” “Maddə

6. Elektron imzanın dövlət idarəçiliyi sahəsində istifadəsi 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir....”

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (b undan sonra – “MPM”) müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir..... 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir....” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması... 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir....” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermir sə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. Kassasiya şikayətinin mümkünlüyü MPM-in 404-1.2-ci maddəsinə uyğun olaraq yoxlanılarkən şikayətin cavabdeh müəssisə tərəfindən imzalanmasına baxmayaraq, onu tərtib etmiş vəkil tərəfindən imzalanmadığı, bununla da kassasiya şikayətinin MPM-in 407.3-cü maddəsinin tələbləri pozulmaqla verildiyi müəyyən edilmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab olunmalı və icraata qəbul edilm əməlidir.

11. MPM-in 10-1.7-ci maddəsinin tələblərinə görə “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 12. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.1.5, 1.1.15 və 1.1.18-ci maddələrində verilmiş anlayışlara uyğun olaraq gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; elektron sənəd informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd; sertifikatlaşdırılmış elektron imza vasitələri isə - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələridir.

13. Həmin Qanunun 6.1-ci maddəsinin tələblərinə görə, dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir.

14. Göründüyü kimi, qanunverici dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində, o cümlədən onun tərkib hissəsi kimi, “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd kimi istisnasız olaraq sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə gücləndirilmiş elektron imza ilə rəsmiləşdirilmiş sənəd hesab etmişdir.

15. Məh kəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə verilmiş şikayətləri onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən elektron imza ilə təsdiq edilməsi üçün sistemdə müvafiq dəyişikliklər edilmişdir. Qeyd edilən funksionallıq (dəyişiklik) 2022-ci il 1 oktyabr tarixindən istifadəyə verilmişdir.

16. Beləliklə, 2022-ci il 1 oktyabr tarixindən sonra verilən bütün kassasiya şikayətləri bu dəyişikliyə cavab verməli, şikayət həm nümayəndə, həm də vəkil tərəfindən elektron imza ilə imzalanmalıdır.

17. Hazırkı halda “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, kassasiya şikayəti elektron qaydada 2024-cü il 15 yanvar tarixdə yalnız iddiaçı hüquqi şəxsin rəhbəri Qanuni nümayəndə tərəfindən imzalanmış, lakin ş ikayəti tərtib edən Vəkil tərəfindən tərəfindən elektron qaydada imzalanmamış, “Elektron Məhkəmə” informasiya sisteminə vəkil tərəfindən əllə imzalanmış kassasiya şikayəti əlavə olunmuşdur ki, bu da §14-16-da göstərilənlərə əsasən məqbul sayıla bilməz. Bu səbəbdən qeyd olunan kassasiya şikayəti qeyri-mümkün sayılaraq onun icraata qəbulundan imtina edilməli və iş həmin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

18. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407.4, 408.1, 408.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 oktyabr tarixli 2-2(103)-737/2023 nömrəli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş həmin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar