Məhkəmə qərarları › İş №2-2(102)-16/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-16/2019

09.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-16/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “xxx ”xxxxCavabdeh-yə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-16/2019) Bakı şəhəri 09 yanvar 2019-cu il 09.01.2019 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, iddiaçı “xxx ” A.Ş-in vəkili Vəkil1, Cavabdeh-nin vəkili Vəkil2 oğlunun iştirakı ilə iddiaçı “xxx ”xxxx Cavabdeh-yə qarşı podrat müqaviləsi üzrə borcun tutulması tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-66/2018 saylı 06 sentya br 2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 09 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, işəgötürən qismində Cavabdeh (cavabdeh) ilə podratçı qismində “xxx ”xxxx(iddiaçı) arasında 28 sentyabr 2011ci il tarixdə podrat müqaviləsi bağlanılmışdır. Podrat müqaviləsi üzrə “xxx ”xxxxtərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, görülmüş işlər qəbul edilmiş və müqavilə ilə müəyyən edilmiş 1.700.000 ABŞ dolları məbləğində muzd sifarişçi tərəfindən tam olaraq podratçıya ödənilmişdir. Cavabdeh tərəfindən 13.03.2012-ci il tarixdə 91050,20 ABŞ dolları, 14.03.2012-ci il tarixdə 134534,0 0 ABŞ dolları, 03.04.2012-ci il tarixdə 30.742,80 ABŞ dolları, 31.01.2014cü il tarixdə 50000 ABŞ dolları, 06.03.2014-cü il tarixdə 50000 ABŞ dolları və 02.04.2014cü il tarixdə 50000 ABŞ dolları “xxx ” şirkətinin hesabına ödəniş edilmişdir. (“xxxx” KB ASCnin X2 UB-UBM/KBX 1040 saylı, 08 oktyabr 2015-ci il tarixli məktubu) Cavabdeh tərəfindən 04.10.2011-ci il tarixdə 850000,00 ABŞ dolları, 27.12.2011-ci il tarixdə 70813,60 ABŞ dolları, 16.01.2012-ci il tarixdə 38771,20 ABŞ dolları, 03.02.2012-ci il tarixdə 108357,60 ABŞ dolları, 07.02.2012-ci il tarixdə 72777 ABŞ dolları, 24.02.2012-ci il tarixdə 168698,40 ABŞ dolları, 06.03.2012-ci il tarixdə 67766,40 ABŞ dolları və 03.04.2012-ci il tarixdə 65592,80 ABŞ dolları “xxx ”xxxxCavabdeh-yə ünvanlanmış 1853/x15 saylı, 02 noyabr 2015-ci il tarixli m əktub) İddiaçı tərəfindən 28 mart 2012-ci il tarixli, 318 saylı məktubla cavabdehə pretenziya qaydasında müraciət edilərək, yaranmış borcun ödənilməsi tələb olunmuş və əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı “xxx ”xxxx Cavabdeh-yə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 28.09.2011-ci il tarixli podrat müqaviləsi üzrə yaranmış 394.617,24 ABŞ dolları məbləğində əsas borcun, 16.416,07 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, hüquqi yardıma görə ödənilmiş 6.000 ABŞ dolları pulun iddiaçı “xxx ” A.Ş.nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizələr təqdim edərək, tərəflər arasında imzalanmış 28.09.2011-ci il tarixli podrat müqaviləsi və həmin müqavilədə nəzərdə tutulmuş işlərdən əlavə razılaşdırılmış və görülmüş işlərə görə yaranmış 394.617,24 ABŞ dolları məbləğində əsas borcun, 16.000,07 ABŞ dolları məbləğində əldən çıxmış faydanın(zərərin), hüquqi yardıma görə ödənilmiş 13.500 ABŞ dolları pulun iddiaçının xeyrinə tutulması və tərəflər arasında imzalanmış 28 yanvar 2014-cü il tarixli razılaşma protokolunun 5-ci bəndinə əsasən hesab fakturalardakı məbləğ ilə ödənilməsi razılaşdırılmış məbləğ arasında yaranmış qiymət fərqi ilə əlaqədar iadə fakturasının (məbləğlər arasındakı fərqin bağlanması üçün faktura 544.617,24 ABŞ dolları-150.000 ABŞ dolları=394.617,24) tərtib edib iddiaçı “Temsan Yapı və Makina Endüstri”xxxxCavabdeh-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi M əhkəməsinin 2-2(82)-114/2016 saylı, 05 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim: H.Ç.Babayeva) iddia qismən təmin edilmiş, Cavabdeh-dən 28.09.2011-ci il tarixli podrat müqaviləsi üzrə əlavə görülmüş işlərə görə 100.000(yüz min) ABŞ dolları məbləğində əsas borc və hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 1.000(bir min) ABŞ dolları, cəmi 101.000 (yüz bir min) ABŞ dolları, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq iddiaçı “xxx ” A.Ş-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən hesab etmişdir ki, razılaşma protokoluna əsasən iddiaçı tərəfindən cavabdehin tələbi ilə müqavilədə nəzərdə tutulmayan əlavə işlər görüldüyündən iddia əsaslıdır. İddianın təmin edilməyən hissə si ilə əlaqədar isə məhkəmə hesab etmişdir ki, iddiaçı əlavə görülmüş işlərin dəyərini 544.617,24 ABŞ dolları məbləğində qiymətləndirsə də, öz tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirə bilmədiyindən iddia bu hissədə təmin edilə bilməz. Məhkəmənin həmin qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 22(103)-56/2017 saylı, 16 yanvar 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: M.N.Tağızadə və S.Q.Hüseynov) apellyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-114/2016 saylı, 05 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayə ti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 22(102)-233/2017 saylı, 31 may 2017-ci il tarixli qərarı ilə (sədrlik edən: S.Ə.Hüseynova, hakimlər: Z.M.Quliyev və X.S.Məmmədov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-56/2017 saylı, 16 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-66/2018 saylı, 06 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apellyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-2(82)-114/2016 saylı, 05 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən tərəflər kassasiya şikayətləri vermişlər. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-66/2018 saylı, 06 sentyabr 2018-ci il tarixli qətnaməsinin qismən, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsi, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-66/2018 saylı, 06 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın tə min edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı “xxx ”xxxxtərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməmişdir. Belə ki, məhkəmə qətnaməsində razılaşma protokoluna istinad edərək qeyd etmişdir ki, cavabdehin iddiaçıya ödənilməmiş qalıq borcu 250.000 ABŞ dolları məbləğində olmuşdur. Lakin bu nəticə əsaslı sayıla bilməz. Daha sonra qeyd edilir ki, iş materiallarından da göründüyü kimi, cavabdeh tərəfindən 28.01.2014-cü il tarixli razılaşma protokolu iddiaçı tərəfindən güzəştli şərtlərlə imzalanmış, şirkətin fəaliyyət göstərmə si və təcili pul ödəmələrinin həyata keçirilməsi məqsədi ilə cavabdehlə həmin məbləğ razılaşdırılmış, uzun məhkəmə çəkişmələrinin qarşısının alınması məqsədi ilə bağlanmışdır. Məhkəmənin həmin razılaşma protokoluna istinad edərək görülmüş işlərin az olması qənaətinə gəlməsi qanunsuz və əsassızdır. Həmçinin, kassasiya şikayəti qeyd edilir ki, məhkəmə qətnaməsində göstərilmişdir ki, işlərinin dəyərinin 544.617,24 ABŞ dolları olması barədə tərəflər arasında rəsmi sənəd yoxdur. Lakin bu da onu göstərir ki, məhkəmə işi hərtərəfli araşdırmamışdır. Belə ki, 544.617,24.ABŞ dolları məbləğində pulun ödənilməsi barədə pretenziya məktubu və bundan əvvəlki «email» yazışmalarında cavabdeh heç bir zaman 544.617,24 ABŞ dolları məbləğində borcunun olduğunu inkar etməmiş, əksinə, məhkəmə iclaslarında bu iş in ancaq onlar tərəfindən görüldüyünü və ödənişlərin də onlar tərəfindən iddiaçıya ödənildiyini etiraf etmişdir. Digər tərəfdən, məhkəmə qətnaməsində əlavə işlərin görülməsi barədə iddiaçı tərəfindən heç bir sübut təqdim olunmadığı qeyd edilmiş, lakin iş materiallarında olan mötəbər sübutlar nəzərə alınmamışdır. Belə ki, yük gömrük bəyannamələrində iddiaçı şirkət tərəfindən göndərilən malların dəyəri və çəkisi də qeyd olunmuş, həmin malların ağrılığının 635 ton olduğu müəyyən edilmişdir. Məhkəmə prosesləri zamanı iddiaçı tərəfindən məhkəməyə ümumi görülmüş işlərin böyük ölçülərdə layihələri təqdim olunmuş və həmin layihələr cavabdeh tərəfindən tərtib olunub iddiaçıya verilmişdir. Həmçinin, məhkəmədən əvvəl tərəflər arasında müqavilənin icrası ilə bağlı mübahisələr yaranmış və cavabdeh iddi açıya pretenziya məktubu ilə müraciət edərək işlərin vaxtında görülməsini tələb etmişdir. Pretenziya məktubuna iddiaçı tərəfindən cavab verilmiş və işlərin gecikdirilməsinin əlavə işlərin görülməsi ilə bağlı olduğu bildirilmişdir. Həmin cavab məktubunda 28.09.2011-ci il tarixli podrat müqaviləsinin 4-cü bəndinə istinad edilmiş və işin, miqdarının 15% artması barədə razılaşmanın olduğu bildirilmişdir. Cavab məktubunda həmçinin qeyd olunmuşdur ki, işin həcmi 500 ton miqdarında deyil, 635 ton miqdarında olmuş və bu da təbii olaraq əlavə vaxt, əlavə xərc tələb etmişdir. Tərəflər arasında bütün bu danışıqlar baş tutmuş və bundan sonra da cavabdeh iddiaçı ilə əməkdaşlıq etməyə davam etmişdir. Cavabdeh iddiaçının cavab məktubunda qeyd etdiyi məsələlər, həmçinin görülmüş işin miqdarının 635 ton ol duğu ilə razılaşmasaydı, həmin müqavilə üzrə əməkdaşlıq etməyə son qoya bilərdi. Lakin cavabdehin iddiaçı ilə əməkdaşlığa davam etməsi onun iddiaçının pretenziyaya cavab məktubu ilə razılaşdığını, həmçinin 635 ton miqdarında əlavə işlərin görülməsi və həmin əlavə işlərlə bağlı əlavə xərclərin, xidmət haqqının ödənilməsini təsdiq edir. Məhkəmə iddia tələbini əldən çıxmış fayda hissəsində rədd edərkən əsaslandırmamış, hansı əsasla iddia tələbinin həmin hissəsini təmin etmədiyini qeyd etməmişdir. Lakin həm podrat müqaviləsindən, həm də razılaşma protokolundan müəyyən olunur ki, cavabdeh iddiaçının pul vəsaitini özündə əsassız saxlamaqla, öhdəliyini gecikdirməklə, həmin pul vəsaitindən faydalanmış və bu da iddiaçının maddi ziyana məruz qalmasına əsas olmuşdur. Cavabdeh tərəfindən verilmiş kass asiya şikayəti: Həmin kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, işdə olan sənədlərlə müəyyən edilmişdir ki, görüləcək işlərin sahəsi müqavilədə nəzərdə tutulduğu kimi 14.000 kv.m. yox, 10.305 kv.m. təşkil edir, məhz 14.000 kv.m. sahəyə təxmini 500 ton ağırlığında polad konstruksiyası istifadə olunacaqdır. Qeyd olunan sahənin 14.000 kv.m. yox, 10.305 kv.m. olması isə o anlama gəlir ki, orada 500 tondan xeyli az miqdarda polad konstruksiyası sərf olunmuşdur. Bir sözlə ümumi işlərin həcmi və dəyəri müqavilədə göstəriləndən də dəfələrlə az olmuşdur. Bu baxımdan iddiaçının orada əlavə işlərin gördüyü barədə göstərdikləri həqiqətəuyğun deyildir. Bu hal, işdə olan 20 iyun 2018-ci il tarixli 31797 saylı məhkəmə mühəndis -texniki ekspertizasının rəyi, həmçinin məktublarla tam olaraq öz təsdiqini tapır. Apellyasiya instansiyası məhkəməsi qətnamədə göstərmişdir ki: "İşin qeyd edilən hallarından göründüyü kimi, iddiaçı əlavə görülmüş işlərin dəyərini 544.617,24 ABŞ dolları məbləğində qiymətləndirmiş, lakin bununla bağlı onun tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarında həmin məbləğdə əlavə işin görülməsi heç bir təhvil, qəbul və sair barədə tərəflər arasında tərtib olunmuş rəsmi sənədlərin (aktların) mövcudluğu öz təsdiqini tapmır" (qətnamənin 6-cı səhifəsinin 3-cü və 4-cü abzasları). Göründüyü kimi məhkəmə özü təsdiq etmişdir ki, iddiaçı tərəfindən heç bir əlavə iş görülməmişdir. Lakin bununla belə, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə o lan qətnaməni dəyişdirilmədən saxlayarkən yalnız o halı əsas götürmüşdür ki, tərəflər arasında imzalanmış 28.01.2014-cü il tarixdə Razılaşma protokolunu imzalamaqla cavabdeh əlavə işlərin görüldüyünü etiraf etmişdir. Amma məhkəmə nəzərə almamışdır ki, cavabdeh həmin protokolu iddiaçıya inandığından imzalamış, hətta orada göstərilən məbləğin 250.000 ABŞ dollarından 150.000 ABŞ dollarını iddiaçıya ödəmişdir. Yalnız bundan sonra cavabdehə məlum olmuşdur ki, iddiaçı nəinki əlavə işlər görmüş, hətta müqavilədə nəzərdə tutulan işləri tam həcmdə yerinə yetirməmişdir. Bu hal, məhkəmə araşdırmaları zamanı bir daha öz təsdiqini tapmışdır. Təsadüfi deyil ki, iddiaçı görülmüş işləri cavabdehə bu günədək rəsmi qaydada təhvil verməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-66/2018 saylı, 06 sentyabr 2018-ci il tarixli qətnaməsinin qismən, iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin vəkili xxx kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-66/2018 saylı, 06 sentyabr 2018-ci il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsini, iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar olunmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyas ı məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləyir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çək işmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İş materiallarından görünür ki, tərəflər arasında 28 sentyabr 2011-ci il tarixdə bağlanmış podrat müqaviləsi üzrə X5 Limanı Terminal binasında 14.000 kv.m şüşə və lövhə üzləmə sahəsinə nəzərdə tutulan 500 ton ağırlığında 1.700.000 ABŞ dolları dəyərində metal konstruksiyadan istifadə edilib- edilməməsi, işlərin bundan artıq (o cümlədən 635 ton) və ya az görülüb-görülməməsi ilə bağlı mübahisələndirilən məsələlərin işə baxan məhkəmələr tərəfindən yoxlanılmaması, buna aydınlıq gətirilməməsi əsası ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılan zaman tərəflər arasında mübahisələndirilən halların a ydınlaşdırılması və Hava limanında görülmüş işlərin həcmini müəyyən etmək üçün məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. 20 iyun 2018-ci il tarixli 31797 saylı ekspert rəyində 1 kv.m sahəyə nə qədər polad konstruksiyanın istifadə olunması barədə məlumat olmadığından 28.09.2011-ci il tarixdə bağlanmış müqaviləyə əsasən görülən işlərin həcminin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddianın əsası ondan ibarətdir ki, Hava limanının tikintisində görülən metal-konstruksiya işlərinin həcmi 500 ton miqdarında deyil, 635 ton təşkil etmişdir. Ən əvvəl məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı və cavabdeh kassasiya şikayətində göstərdiyi dəlilləri eyni ilə apellyasiya instansiya məhkəməsinə də təqdim etmiş və a pellyasiya instansiya məhkəməsi həmin dəlilləri ətraflı şəkildə araşdıraraq düzgün və əsaslı qərar qəbul etmişdir. Bununla belə məhkəmə kollegiyası həmin dəlilləri qanuna müvafiq qaydada təhlil edərək qeyd edir ki, işin mübahisələndirilməyən hallarından görünür ki, podrat müqaviləsi üzrə iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, görülmüş işlər qəbul edilmiş və müqavilə ilə müəyyən edilmiş 1.700.000 ABŞ dolları məbləğdə muzd sifarişçi tərəfindən tam olaraq podratçıya ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin -752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödə məyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. - 769-cu maddəsinə görə, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. - 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia qaldırılana qədər hələ 28.09.2011-ci il tarixli podrat müqaviləsinə əsasən ödənilməli olan borca görə tərəflər arasınd a mübahisə yaranmış və tərəflər həmin mübahisəni öz aralarında 28.01.2014-cü il tarixdə Razılaşma protokolu tərtib etməklə tənzimləmişlər. Belə ki, tərəflər həmin Razılaşma protokolunu aşağıdakı şərtlərlə təsdiq etmişlər: 1) tərəflər 28.09.2011-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçının X3 Aeroportunda cavabdehə gördüyü konstruksiya, montaj, emal-quraşdırma işləri üzrə cavabdeh tərəfindən ödənilməmiş qalıq borcun 250.000 ABŞ dolları məbləğində olduğunu qəbul və təsdiq edirlər; 2) cavabdeh 28.09.2011-ci il tarixli podrat müqaviləsi üzrə ödənilməmiş qalıq 250.000 ABŞ dolları məbləğdə borcu hissə-hissə 3 dəfəyə iddiaçıya ödəməyi öhdəsinə götürür. Cavabdeh həmin borcun 50.000 ABŞ dollarını 31.01.2014-cü ilədək, 100.000 ABŞ dollarını 01.03.2014-cü ilədək, qalan 100.000 ABŞ dollarını isə baş sifarişçi «xxxx» QSC-dən X3 Aeroportunda mövcud fasadın yenidən qurulması üzrə bağlanmış müqavilə üzrə görülmüş işlərə görə qalan borcunu alan kimi ödəməyi öhdəsinə götürür; 3) iddiaçı, cavabdeh 28.09.2011-ci il tarixli podrat müqaviləsi üzrə ödənilməmiş qalıq 250.000 ABŞ dolları məbləğdə borcu hissə-hissə 3 dəfəyə ödəməyə zəmanət verdiyinə görə 28.09.2011-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçının X3 Aeroportunda cavabdehin gördüyü konstruksiya, montaj, emal-quraşdırma işləri üzrə cavabdehə qarşı məhkəmədə iddia qaldırmayacağını öhdəsinə götürür; 4) cavabdeh, yuxarıda göstərilən hissələrlə müqavilə üzrə cəmi 250.000 ABS dolları məbləğdə borcu iddiaçıya ödəməyi öhdəsinə götürərək və iddiaçının da cavabdehə qarşı məhkəmədə iddia qaldırmayacağını öhdəsinə götürdüyünü nəzərə alaraq, tərəflər arasında bağlanmış 28.09.2011-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçıya qarşı məhkəmədə iddia qaldırmayacağını və ona qarşı bir tələb irəli sürməyəcəyini öhdəsinə götürür; 5) cavabdeh, tərəflər arasında bağlanmış 28.09.2011-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçıya təqdim etdiyi hesab fakturalardakı məbləğ ilə hazırda ödənilməsi razılaşdırılmış məbləğ arasında yaranmış qiymət fərqi ilə əlaqədar iadə fakturasını (məbləğlər arasındakı fərqin bağlanması üçün faktura) ödənişlər bitdikdən sonra iddiaçıya verməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən hallardan görünür ki, iddiaçı əlavə görülmüş işlərin dəyərini 544.617,24 ABŞ dolları məbləğdə qiymətləndirmiş, lakin bununla bağlı onun tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Yəni, iş materiallarında həmin məbləğdə əlavə işin görülməsi heç bir təhvil, qəbul və sair barədə tərəflər arasında tərtib olunmuş rəsmi sənədlərin (aktların) mövcudluğu ilə öz təsdiqini tapmır. Bundan əlavə, iddiaçı da onda belə sənədlərin olduğunu da irəli sürmür, cavabdeh tərəfindən isə hər hansı faktın inkar edilməməsi (yəni susması) onun həmin faktı etiraf etməsi anlamını vermir. Yük-gömrük bəyannamələri malların ölkəyə daxil olması isə həmin malların podrat müqaviləsi üzrə işlərin görülməsinə sərf edilməsinin sübutu kimi qəbul edilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiaçının cavabdehə cavab məktubunda podrat müqaviləsinin 4-cü bəndinə istinad etməsi və işin miqdarının 15% artması barədə r azılaşmanın olduğunu bildirməsi müqavilə ilə nəzərdə tutulan prosedura əməl olunması demək deyil. Çünki, podrat müqaviləsi ilə “işin miqdarının 15% artması və ya azalması halında bu vahid qiymət dəyərində bir dəyişiklik edilməyəcəyi nəzərdə tutulmuş və eyni müəyyən edilən vahid qiymət dəyəri üzərindən iş tamamlanacağı şərtləndirilmiş və qeyd olunmuşdur ki, bu qiymət müqavilə müddəti boyunca dəyişməz olaraq qalır və müqavilə müddəti ərzində podratçı qiymətdə dəyişiklik tələbini irəli sürə bilməz.” Həmçinin, işin mübahisəsiz hallarından görünür ki, tərəflər öz aralarında Razılaşma protokolu ilə ödənilməmiş qalıq borcun 250.000 ABŞ dolları məbləğdə olmasını qəbul edərək təsdiq etmiş və protokol imzalandıqdan sonra cavabdeh tərəfindən razılaşdırılmış həmin məbləğin 150.000 ABŞ dolları məbləğin də hissəsi iddiaçının hesabına ödənilmişdir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Cavabdehin verdiyi kassasiya şikayətini də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müqavilə üzrə iddiaçı ilə aralarında razılaşdırılmış 1.700.000 ABŞ dolları məbləğində pul vəsaitini tam olaraq iddiaçıya ödədikdən sonra, 28.01.2014-cü il tarixdə könüllü olaraq “Razılaşma protokolu”nu imzalayaraq iddiaçıya əlavə olaraq 250.000 ABŞ dolları məbləğində borcunun olmasını etiraf edərək həmin borcu hissə-hissə ödəyəciyini öz öhdəsinə götürmüş və hətta 150.000 ABŞ dolları məbləğində hissəsini iddiaçıya ödəmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər 28.01.2014-cü il tari xdə könüllü olaraq “Razılaşma protokolu”nu imzalamış, həmin vaxtdan hal-hazırki dövrə qədər qeyd edilən protokol mübahisələndirilməmişdir. Belə olan halda, cavabdehin kassasiya şikayətində qeyd etdiyi kimi məbləğin iddiaçıya əsassız və yanlış olaraq ödənilməsi real olmadığından şikayətin bu dəlili əsaslı hesab edilə bilməz. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr “xxxx” MMC ilə Şirkət arasında bağlanmış 7 iyun 2011-ci il tarixli “xxxx” MMC-yə məxsu s çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair podrat müqaviləsi üzrə öhdəliklərin icra edildiyi qənaətinə gələrkən Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş İstismara buraxılma aktı və 11 iyun 2013-cü il tarixli elektrik quraşdırma işlərinin təhvil-təslim aktına istinad etmişlər. Məhkəmələr nəzərə almamışlar ki, tərəflər arasında yuxarıda qeyd olunan podrat müqaviləsinə 9 yanvar 2014-cü il tarixində 1 saylı Əlavə razılaşma imzalanmış və həmin əlavə razılaşma üzrə yeni öhdəliklər yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarına istinad edərək bildirir ki, tərəflər arasında 28 sentyabr 2011-ci il tarixd ə podrat müqaviləsi bağlanıldıqdan sonra 28.01.2014-cü il tarixdə könüllü olaraq “Razılaşma protokolu” imzalanmış, yəni əlavə razılaşma üzrə yeni öhdəliklər əmələ gəlmişdir. Həmin “Razılaşma protokolu”nun hazırkı vaxtadək qüvvədə olmasına baxmayaraq cavabdeh bu razılaşma üzrə öhdəliyini qismən icra etsə də, tam icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxx ”xxxxtərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-66/2018 saylı 06 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar