Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-166/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı “xxxx” Şirkətinin Cavabdeh-ə qarşı cavabdehdən 365.000 manatın, 138.000 ABŞ dollarının və həmin məbləğlərə hesablanmış 248.200 manatın və 93.840 ABŞ dollarının, cəmi 613.200 manatın və 231.840 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi və cavabdehin inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılması tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: podrat müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Abiddin Hüseynovdan və Aqil Abbasovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlu, İddiaçı “xxxx” Şirkətinin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh-in nümayəndəsi Sultanov Samir Qabil oğlunun iştirakı ilə, İddiaçı “xxxx” Şirkəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 noyabr tarixli 2-2(103)-137/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Tərəflər arasında bağlanmış 2011-ci il 7 iyun tarixli “Çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair” Podrat müqaviləsindən görünür ki, “xxxx” Şirkəti (bundan sonra-Şirkət) Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyeva küçəsi kəsişməsi 679 məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin material və quraşdırma işini görməli və əlavədə verilən təklifə görə i stismara tam yararlı halda Cavabdeh-ə (bundan sonra-MMC) təhvil verməlidir. Müqavilənin 4.1-ci maddəsinə əsasən bu müqavilənin 2-ci maddəsində nəzərdə tutulmuş işlər (bu Müqaviləyə 1 saylı Əlavədə göstərilən cədvələ uyğun olaraq) gərəkli tikinti işləri quraşdırıldıqdan sonra 180 iş günü müddətində görülməlidir. Müqavilənin 5-ci maddəsinə görə 2-ci maddədə nəzərdə tutulmuş işlərin materialları, avadanlıqları və işçilik də daxil olmaqla dəyəri 1.500.000 ABŞ dolları təşkil edir.
2. Tərəflər arasında bağlanmış 2011-ci il 7 iyun tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinə 2014cü il 9 yanvar tarixli 1 saylı Əlavə Razılaşmadan görünür ki, MMC-in Şirkətə əvvəlki (yəni Razılaşma bağlanan anadək) görülmüş işlərə görə 45.000 ABŞ do lları, Razılaşmaya əlavədə göstərilən görüləcək işlərə görə 158.000 ABŞ dolları, cəmi 203.000 ABŞ dolları borcu vardır.
3. Tərəflər arasında bağlanmış 2011-ci il 7 iyun tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsindən görünür ki, Şirkət Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyeva küçəsi kəsişməsi 679 məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərin material və quraşdırma işini görməli və əlavədə verilən təklifə görə istismara tam yararlı halda MMC-ə təhvil verməlidir (m. 2). Qeyd olunan Müqavilənin 4.1-ci maddəsinə əsasən bu müqavilənin 2-ci maddəsində nəzərdə tutulmuş işlər (bu Müqaviləyə 1 saylı Əlavədə göstərilən cədvələ uyğun olaraq) gərəkli tikinti işləri quraşdırıldıqdan sonra 180 iş günü müddətində görülməlidir. Müqavilənin 5-ci maddəsinə görə, 2-ci maddədə nəzərdə tutulmuş işlərin materialları, avadanlıqları və işçilik də daxil olmaqla dəyəri 2.150.000 manat və ya 2.738.854 ABŞ dolları təşkil edir.
4. Tərəflər arasında bağlanmış 2011-ci il 7 iyun tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinə 2013-cü il 11 iyul tarixli 1 saylı Əlavə Razılaşmadan görünür ki, MMC adı çəkilən podrat müqaviləsi üzrə görüləcək işlərin, mal, material və avadanlıqların həcminin artmasını və buna müvafiq olaraq müqavilə üzrə Şirkətə ödənilməli olan məbləğin də 2.750.000 manat olmasını təsdiq və qəbul etmişdir. Şirkət də adı çəkilən podrat müqaviləsi üzrə görüləcək işlərin, mal, material və avadanlıqların həcminin artmasını və 2013 -cü 11 iyul tarixinə 2.750.000 manat olmasını qəbul etmiş və bu məbləğin ödənilməsi şərtilə müqavilə üzrə işlərin davam etdirilməsini öhdəsinə götürmüşdür. 1 saylı Əlavə Razılaşmanın 1-ci bəndi ilə "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinin 5-ci maddəsində "2.150.000 manat" sözləri "2.750.000 manat" sözləri, "2.738.854 (USD)" sözləri "3.503.185 ABŞ dolları" sözləri ilə əvəz olunmuşdur.
5. Tərəflər arasında bağlanmış 2011-ci il 7 iyun tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinə 2013-cü il 25 noyabr tarixli 2 saylı Əlavə Razılaşmadan görünür ki, MMC-in Şirkətə qalan borcu 565.450 manatdır. 2013-cü il 25 noyabr, 2013-cü il 10 dekabr, 2013-cü il 25 dekabr və 2 014-cü il 5 yanvar tarixlərində MMC Şirkətə 50.000 manat pul ödəməlidir. MMC təklifindəki bütün mexaniki sistemlərin və aksesuarların quraşdırılmasını bitirdikdən sonra Şirkətə 115.450 manat pul ödəməlidir. 6. “xxxx” MMC ilə MMC arasında bağlanmış 2014-cü il 11 noyabr tarixli müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunmuş otel və ofis binasının mexanik təsisatı və montajının yarımçıq qalmış işlərinin və qüsurların aradan qaldırılması işlərini görməyi, MMC isə bunun əvəzində 246.729 manat pul ödəməyi öhdəsinə götürmüşdür. 7. “xxxx” MMC ilə MMC arasında bağlanmış 2014-cü il 14 noyabr tarixli müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunmuş otel və ofis binasının “elektrik təsisatı və montajının” yarımçıq qalmış işlərinin və qüsurların aradan qaldırılması i şlərini icra etməyi, MMC isə bunun qarşılığında 174.000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. 8. “xxxx” MMC tərəfindən tərtib olunmuş ƏEM/O 71-472/16 nömrəli, 2016-cı il 10 oktyabr tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında inşa olunmuş otel və biznes mərkəzində mexaniki və elektrik sistemlərin quraşdırılmasına dair tamamlanmayan işlərin ümumi dəyəri 587.295 ABŞ dolları təşkil edir:1. Otel blokuna dair mexaniki işlər üzrə 54.941 ABŞ dolları;
2. A-B Bloklarına dair mexaniki işlər üzrə 71.746,5 ABŞ dolları;
3. A-BC Bloklarına dair ümumi təchizat üzrə 41.088 ABŞ dolları;
5. C Blokuna dair ümumi təchizat üzrə 62.404,6 ABŞ dollar;
5. Podrat müqaviləsinə əsasən elektrik işləri üzrə154.577,5 ABŞ dolları;
6. Podrat müqaviləsinə 1 saylı əlavəyə əsasən elektrik işləri üzrə32.537,7 A BŞ dolları; 7. “xxxx” avadanlığı üzrə 170.000 ABŞ dolları. 9. 2016-cı il 17 iyun tarixində ünvan 1 ünvanında inşa olunmuş otel və biznes mərkəzinə məhkəmə tərəflərin nümayəndələrinin, habelə Şirkətin dəvət etdiyi şahid Akkanat Ali Osman və MMC-in dəvət etdiyi şahid Sultanov Samir Qabil oğlunun iştirakı ilə yerinə baxış keçirilmişdir. Bu zaman müəyyən olunmuşdur ki, mərkəzin 14, 15, 16, 17 və 18-ci mərtəbələrində mexaniki işlər natamam qalmışdır. Şahid Akkanat Ali Osman bildirmişdir ki, 13-cü mərtəbə də daxil olmaqla mexaniki işlər yerinə yetirilmiş, 14-18-ci mərtəbələr üzrə isə natamam qalmışdır. Şahid Akkanat Ali Osman bildirmişdir ki, 14-18-ci mərtəbələrdə mexaniki işlərin tamamlanmamasının səbəbi MMC-in qeyri-qanuni hərəkətləri olmuşdur. Belə ki, MMC onlara öz işlərini tam başa çatdırma ğa imkan verməmiş, onları oteldən qovmuşdur. Bundan əlavə, onların işlərini yerinə yetirmələri üçün MMC özü də müəyyən işləri görməli idi, lakin bu işləri icra etməmişdir.
10. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən tərtib olunmuş 110323 nömrəli İstismara Buraxılma Aktından görünür ki, ünvan 1 ünvanında inşa olunmuş otel və biznes mərkəzi enerji təchizatı üçün quraşdırılmış elektrik qurğuları ilə təmin edildiyindən obyekt istismara yararlı sayılmışdır. 11. 2013-cü il 11 iyun tarixli “Elektrik-quraşdırma işlərinin təhvil-təslim Aktı”ndan görünür ki, Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyeva küçəsi kəsişməsi 679 məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkəzində elektrik quraşdırma işləri EAQQ-a tam müvafiq olaraq yaxşı yerinə y etirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İlkin iddia üzrə iddiaçı Şirkət ilkin iddia üzrə cavabdeh MMC-ə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, MMC-dən Şirkətin xeyrinə 365.000 manat və 138.000 ABŞ dollarının tutulması və Şirkətə məxsus olan, lakin MMC-in inşaat sahəsində qalmış alət və avadanlıqların Şirkətə qaytarılmasına məcbur edilmə barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Sonradan Şirkət iddia tələbinin dəyişdirilməsinə dair ərizəsini məhkəməyə təqdim edərək, MMC-dən 365.000 manatın, 138.000 ABŞ dollarının və həmin məbləğlərə hesablanmış 248.200 manat və 93.840 ABŞ dolları məbləğində faizlərin, cəmi 613.200 manatın və 231.840 ABŞ dollarının tutularaq Şirkətə ödənilməsinə və Şirkətə məxsus olan, lakin MMC-in inşaat sahəsində qalmış alət və avadanlıqların Şirkətə qaytarılmasına məcbur edilməyə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2011-ci il 7 iyun tarixində Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyev küçəsinin kəsişməsində 679-cu məhəllədə çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərin və elektrik sistemlərinin quraşdırılmasına dair 2 podrat müqaviləsi, həmin müqavilələrə 2013-cü il 11 iyul tarixində 1 saylı, 2013-cü il 25 noyabr tarixində 2 saylı, 2014-cü il 9 yanvar tarixində 1 saylı Əlavə Razılaşmaların imzalandığını, cavabdeh MMC tərəfindən öhdəliklərin yerinə yetirilmədiyini, podrat müqavilələrinə və əlavə razılaşmalara əsasən ödənişlərin aparılmadığını, 2 015-ci il 4 fevral tarixində MMC-in səlahiyyətli şəxsləri tərəfindən Şirkətin inşaat sahəsində işləyən işçilərin çıxarıldığını və tikinti sahəsinə girişlərin qadağan edildiyini, Şirkət tərəfindən müqavilələr üzrə öhdəliklərin tam yerinə yetirildiyini, lakin hazırki tarixə MMC-in Şirkətə mexanik təsisatlarla bağlı 365.000 manat, elektrik təsisatları ilə bağlı 138.000 ABŞ dolları borcu qaldığını, bundan başqa inşaat sahəsində 45.000 manat dəyəri olan alətlər və avadanlıqların qaldığını, 2011-ci il 7 iyun tarixli podrat müqaviləsinə 2013-cü il 25 noyabr tarixli 2 saylı Əlavə razılaşmada tərəflər "Sifarişçinin qalan borcunun 565.450 manat olduğunu təsdiq etdiklərini, müqaviləyə əsasən görülən bütün işlərin tam yararlı vəziyyətdə yerinə yetirildiyini, dövlət qəbul komissiyası işlərin lazımi key fiyyətdə yerinə yetirilməsini təsdiqlədiyini, binanın istismarına icazə verdiklərini, MMC-in yerinə yetirilmədiyini iddia etdiyi işlərin çoxunun görüldüyünü, bəzilərinin isə əlavə razılaşmaya əsasən müqavilədən çıxarıldığını, bu səbəbdən MMC təsdiqləyərək buna imza etdiyini, podrat müqaviləsinə 2014-cü il 9 yanvar tarixli 1 saylı Əlavə Razılaşmada da tərəflərin sifarişçinin podratçıya 45.000 ABŞ dolları əvvəl görülən işlərdən, 158.000 ABŞ dolları Əlavədə göstərilən görülməli işlərdən qalan borcu cəmi 203.000 ABŞ dolları təşkil etdiyini birmənalı olaraq təsdiq etdiklərini, qeyd olunan əlavə razılaşma imzalanmasından əvvəl bütün işlərin ayrı-ayrılıqda sayılaraq təhvil-təslim olunduğunu, müqavilə qiymətləri əsas götürülməklə bütün işlərin dəyərinin ayrı-ayrılıqda hesablandığını, müqavilə üzrə görülməmiş işlərin, görülmüş işlərin və artıq görülmüş işlərin də müqavilə qiymətlərinə uyğun hesablandığını, Şirkətin alacaqlarının qarşılıqlı şəkildə 1 saylı Əlavə razılaşma ilə təsbit edildiyini, Razılaşmaya əsasən bütün işlərin təhvil verildiyini, həmin razılaşma ilə elektrik sistemləri üzrə Şirkətin işləri görməsinin təsdiq edildiyini, həmin aktlarla görülmüş işlər qəbul olunduğundan və işlərin qəbulundan qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti ötürüldüyündən, cavabdehin həmin işlərə dair hər hansı tələb irəli sürmək hüququnu itirdiyini bildirərək, cavabdehdən 365.000 manatın, 138.000 ABŞ dollarının və həmin məbləğlərə hesablanmış 248.200 manatın və 93.840 ABŞ dollarının, cəmi 613.200 manatın və 231.840 ABŞ dollarının tutularaq Şirkətə ödənilməsi və cavabdehin inşaat sahəsində qalmış alət və avadanlıqların Şirkətə qaytarılmasına dair məcbur edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. MMC Şirkətə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd olunması, Şirkətdən 55.729 manat və 494.661 ABŞ dollarının alınaraq MMC-ə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Şirkətin podrat müqavilələrinə uyğun olaraq binada işləri tamamlamadığını, binanın “C” blokunda 14,15,16,17 və 18-ci mərtəbələrində mexaniki işlərin görülmədiyini, elektrik işlərinin tamamlanmadığını, binalarda mexaniki işlərin 246.729 manat dəyərində və elektrik işlərinin 174.000 manat dəyərində tamamlanmadığını, bundan əlavə Şirkətin 170.000 ABŞ dolları qiymətində olan MMC-in mülkiyyətində olan "xxxx" avadanlığının tikinti sahəsindən götürərək satdığını, pulunu MMC-ə ödəmədiyini, Şirkətə 700.000 ABŞ dolları avans olaraq ödənilərək, Rusiya Federasiyasının Stavropol vilayətinin Yesentuki şəhəri ev 6-8 ünvanında olan "İstoçnik" sanatoriyasına avadanlıq, qurğu və tikinti ləvazimatlarının göndərilməsinin sifariş olunduğunu, Şirkətin 237.335 ABŞ dolları dəyərində malı göndərdiyini, qalan 462.661 ABŞ dolları dəyərində mal-materialları MMC-ə təqdim etmədiyini göstərərək, 55.729 manat və 494.661 ABŞ dollarının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 17. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 5 yanvar tarixli, 2-2(81)8/2017 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, ilk iddia üzrə cavabdeh MMC-dən 249. 550 manat və 138.000 ABŞ dolları tutularaq iddiaçı Şirkətə ödənilməsi, ilk iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddia üzrə iddiaçı MMC-in Şirkətə qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət olunmuşdur.
18. Məhkəmə hesab etmişdir ki, tərəflər 2011-ci il 7 iyun tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinin 5-ci maddəsinə əsasən sözügedən müqavilə üzrə işlərin materiallar, avadanlıqlar və işçilik də daxil olmaqla dəyərinin 2.150.000 manat və ya 2.738.854 ABŞ dolları təşkil etməsini razılaşdırmış, adı çəkilən podrat müqaviləsi üzrə görüləcək işlərin, mal, material və avadanlıqların həcminin artmasını nəzərə alaraq 2013-cü il 11 iyul tarixli 1 saylı Əlavə Razılaşma bağlamaqla həmin məbləği n 2.750.000 manat olmasını qəbul və təsdiq etmişlər. 2013-cü il 25 noyabr tarixli 2 saylı Əlavə Razılaşma ilə isə, MMC-in Şirkətə qalan borcunun 565.450 manat olması təsdiqlənmiş, habelə həmin borcun ödənilməsi qrafiki müəyyənləşdirilmişdir. MMC tərəfindən 565.450 manat pulun 2 saylı Əlavə Razılaşmada nəzərdə tutulmuş qaydada ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Şirkət isə 365.000 manat pulun ödənilməsini tələb etmişdir. Məhkəmə yerində baxış keçirilən zaman həqiqətən də otelin 14-18-ci mərtəbələrində mexaniki sistemin quraşdırılması işinin tamamlanmamasını müəyyən etmiş, bu hal şahid ifadələri ilə də təsdiqlənmişdir. 2 saylı Əlavə Razılaşmanın şərtinə görə isə, Şirkət 115.450 manat pulu MMC-in təklifindəki bütün mexaniki sistemlərin və aksesuarların qura şdrılmasını bitirdikdən sonra tələb etmək hüququna malikdir. Bu mənada, otelin 14-18-ci mərtəbələrində mexaniki sistemin quraşdırılması işinin tamamlanmaması səbəbindən 115.450 manat pulun tutulması üçün əsas mövcud deyildir.
19. Bu məhkəmə Şirkətin irəli sürdüyü 138.000 ABŞ dolları məbləğində pulun tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, "Çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair" podrat müqaviləsinin 5-ci maddəsinə görə, 2-ci maddədə nəzərdə tutulmuş işlərin materialları, avadanlıqları və işçilik də daxil olmaqla dəyəri 1.500.000 ABŞ dolları təşkil edir. Tərəflər 1 saylı Əlavə Razılaşma ilə MMC-in Şirkətə əvvəlki görülmüş işlərə görə 45.000 ABŞ dolları, Razılaşmaya əlavədə göstərilən görüləcək işlərə görə 158.000 ABŞ dolları, cəmi 203.000 ABŞ dolları borcunun olmasını qəbul və təsdiq etmişlər. MMC tərəfindən qeyd olunan borcun tam və ya qismən ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə MMC-in elektrik sistemlərinin quraşdırılmasının tamamlanmaması, natamam işlərinin dəyərinin 174.000 manat təşkil etməsinə dair dəlilini əsaslı hesab etmir. Belə ki, otel və biznes mərkəzinin açılışı artıq həyata keçirilmiş və hazırda da fəaliyyət göstərir. MMC keçən müddət ərzində bu məsələ ilə bağlı Şirkətə hər hansı pretenziya ünvanlamamışdır. Bundan əlavə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən tərtib olunmuş 110323 nömrəli istismara Buraxılma Aktı və 2013-cü il 11 iyun tarixli Elektrik-quraşdırma işlərinin təhvil-təslim Aktı ilə Nəsimi rayonu, Ü.H acıbəyov və Səfərəliyeva küçəsi kəsişməsi 679 məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkəzində elektrik quraşdırma işləri EAQQ-a tam müvafiq olaraq yaxşı yerinə yetirilməsi təsdiq olunur və MMC-in bu dəlilinin təsdiqi kimi təqdim etdiyi ƏEM/O 71-472/16 nömrəli, 2016-cı il 10 oktyabr tarixli mütəxəssis rəyi ilə natamam işlərin dəyərinin 174.000 manat təşkil etməsi müəyyən olunmur. Əksinə, mütəxəssis rəyində natamam elektrik işlərinin podrat müqaviləsi üzrə 154.577,5 ABŞ dolları, Podrat müqaviləsinə 1 saylı Əlavə üzrə isə 32.537,7 ABŞ dolları təşkil etməsi öz əksini tapır. Bu baxımdan mütəxəssis rəyi MMC-in göstərilən dəlilini təsdiqləyən sübut kimi qəbul oluna bilməz. MMC-in təqdim etdiyi “xxxx” MMC ilə MMC arasında bağlanmış 2014-cü il 11 noyabr tarixli müqavilə və “xxxx" MMC ilə MMC arasında bağlanmış 2014-cü il 14 noyabr tarixli müqaviləni də mötəbər sübut hesab etmir. MMC həmin müqavilələr üzrə konkret olaraq hansı işlərin görüldüyünü, həmin işlərin təhvil-təslim aktlarını, işlərin dəyərinin podratçılara ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
20. Bu məhkəmə daha sonra vurğulamışdır ki, ilk iddia tələbi 248.200 manat və 93.840 ABŞ dolları məbləğində faizlərin tutulması hissəsində əsaslı hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 449-cu maddəsinin hazırki mübahisəyə tətbiqi üçün hər hansı əsas yoxdur. Bundan əlavə, Şirkətə məxsus olan, lakin MMC-in inşaat sahəsində qalmış alət və avadanlıqların Şirkətə qaytarılması tələbi əsaslı hesab oluna bilməz. Belə ki, ilk iddia ərizəsi ndə konkret olaraq hansı alət və avadanlıqların MMC-in inşaat sahəsində qalmasını göstərməmiş, sadəcə mücəərrəd şəkildə hazırki tələblə çıxış etməklə kifayətlənmişdir. Halbuki, Şirkət əşyaları dəqiq göstərməli, onların inşaat sahəsində qalması ilə bağlı konkret sübutları təqdim etməlidir.
21. Daha sonra məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi əsaslı sayılmır. Belə ki, MMC tamamlanmamış işlərin dəyəri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Otel binasının 14-18-ci mərtəbələrində mexaniki işlərin natamam görülməsinə görə ilk iddia tələbini 115.450 manat hissəsində təmin etməmişdir. Bundan başqa, “xxxx avadanlığının həqiqətən də Şirkət tərəfindən satılması, satışdan 170.000 ABŞ dolları məbləğində vəsait əldə olunması və ya həmin avadanlığın bazar qiyməti ilə bağ lı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
22. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 449-cu maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 77.1, 78.1, 88, 106.1, 217.4-cü maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
23. İddiaçı Şirkət həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən-ilkin iddianın təmin olunmaması hissəsində ləğv edilərək iddianın tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə rədd olunması, ilkin iddia üzrə iddia çı Şirkətin iddiasının tamamilə rədd edilməsi və MMC-in qarşılıqlı iddiasının təmin olunması, Şirkətdən 55.729 manat və 494.661 ABŞ dolları alınaraq MMC-ə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 24 aprel tarixli, 2-2(103)-218/2017 saylı qətnaməsi ilə Şirkət və MMC-in apellyasiya şikayətləri təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 5 yanvar tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – V.Məmmədov, hakimlər – S.Seyidova və S.Hüseynov).
26. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına istinadla əsaslandı rmış, onun gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda §§ 18-22).
27. İddiaçı Şirkət həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin qismən-ilkin iddianın təmin olunmaması hissəsində ləğv edilərək iddianın tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
28. Cavabdeh MMC həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli, 2-2(102)-381/2017 saylı qərarı ilə kassasiya şikayətləri təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 24 aprel tarixli, 2-2(10 3)-218/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən–İ.Dadaşov, hakimlər – K.Bədəlov və S.Hüseynova).
30. Kassasiya instansiya məhkəməsi öz qərarını apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına istinadla əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda § 26).
31. MMC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. ç) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli Qərarı ilə Şirkətin MMC-ə qarşı görülmüş iş lərin dəyərinin ödənilməsi, inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılmasına məcbur edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azerbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, MPM-in 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab olunmuş, işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qət olunmuşdur.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı onunla əsaslandırılmışdır ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razı laşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi podrat müqaviləsi üzrə tərəflərin öz öhdəliklərini tam icra edibetməmələrini lazımınca araşdırmamış və cavabdehin öhdəliyin icra olunmaması üçün məsuliyyət daşıması barədə qənaətini kifayət qədər əsaslandırmamışdır. Eyni zamanda, məhkəmələr MMC ilə Şirkət arasında bağlanmış 2011-ci il 7 iyun tarixli MMC-ə məxsus çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair podrat müqaviləsi üzrə öhdəliklərin icra edildiyi qənaətin ə gələrkən Azərbaycan Respublikası Sənayə və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş İstismara buraxılma aktı və 2013-cü il 11 iyun tarixli elektrik quraşdırma işlərinin təhviltəslim aktına istinad etmişlər. Məhkəmələr nəzərə almamışlar ki, tərəflər arasında yuxarıda qeyd olunan podrat müqaviləsinə 2014-cü il 9 yanvar tarixində 1 saylı əlavə razılaşma imzalanmış və həmin əlavə razılaşma üzrə yeni öhdəliklər yaranmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəflərin podrat müqavilələri üzrə öhdəliklərini yerinə yetiribyetirməmələri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həy ata keçirilməsi prinsiplərinə əməl etməmiş və gəldiyi nəticəni əsaslandırmamışdır. MMC-in kassasiya şikayəti üzrə işə baxmış Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarına riayət edilməməsinə diqqət yetirməmiş, nəticədə MPM-in 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə cavab verməyən qərar qəbul etmişdir. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun pozulmasına gətirib çıxarmışdır. d) kassasiya instansiya məhkəməsində ikinci icraat
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2018-ci il 31 oktyabr tarixli, 13-2(102)-2(k)/2018 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli, 2-2(102)-381/2017 saylı qərarı və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 24 aprel tarixli, 2-2(103)-218/2017 saylı qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən – R.Rzayev, hakim Z.Quliyevin məruzəsi).
35. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, MPM-in 431-1.1, 431-1.2.1-ci maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə yeni hallar üzrə yenidən baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmayan hesab edilməsi hüquq və az adlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsasdır. MPM-in 431-4.2, 4361-4.2.1-ci maddələrinə əsasən hüquq və azadlıqların pozulmasına dair Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin kassasiya və ya apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmayan hesa b olunması barədə qərar qəbul edildikdə plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını da tam və qismın ləğv edə bilər) qərar qəbul edə bilər. Belə ki, işin yeni məhkəmə baxışına göndərilməsi məsələsi həll olunarkən o, məhz Konstitusiya Məhkəməsi tərəfindən hüquq və azadlıqların pozulduğu müəyyən olunmuş məhkəmə instansiyasına qaytarılmalıdır. Hazırki halda pozuntunun Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasında və Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən yol verildiyi müəyyən olunduğundan Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının qərarı və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
36. Məhkəmə bu qənaətini MPM-in 431-1.1, 431-1.2.1, 431-4.2 və 431-4.2.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. e) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
37. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 fevral tarixli, 2-2(103)-91/2019 saylı qətnaməsi ilə ilkin iddiaçı Şirkət tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81 )-8/17 saylı, 2017-ci il 5 yanvar tarixli, 2-2(81)-8/17 saylı, qətnaməsi qismən-cavabdehdən iddiaçının xeyrinə 249.550 manat və 93.000 ABŞ dollarının tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxla nılmışdır (sədrlik edən – K.Abiyeva, hakimlər – M.Tağızadə və Ü.Mayılov).
38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi sifarişçi (cavabdeh MMC) tərəfindən 565.450 manat pulun 2 saylı Əlavə Razılaşmada nəzərdə tutulmuş qaydada ilkin iddiaçıya ödənilməsini təsdiq edən hər hansı sübutun olmamasına əsaslansa da, məhkəmə araşdırması zamanı ilkin iddiaçının nümayəndəsi (qanuni təmsilçi) Mustafa llıca izahatında bildirmişdir ki, 2013-cü il 25 noyabr tarixli 2 saylı Əlavə Razılaşmaya əsasən cavabdeh MMC tərəfindən ödənişlər aparılmış, 365.000 manat pul ödənilmədiyi üçün iddia həmin məbləğə dair qaldırılmışdır. İlkin iddiaçının tələb etdiyi borcla bağlı araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən yerində baxış keçirilən zaman həqiqətən də oteli n 14-18-ci mərtəbələrində mexaniki sistemin quraşdırılması işinin tamamlanmaması müəyyən olunmuş, bu hal şahid ifadələri ilə də təsdiqlənmişdir. 2 saylı Əlavə Razılaşmanın şərtinə görə isə, Şirkət 115.450 manat pulu MMC-in təklifindəki bütün mexaniki sistemlərin və aksesuarların quraşdırılmasını bitirdikdən sonra tələb etmək hüququna malikdir. Qalan 249.550 manat pul tələbinə dair qeyd etmək lazımdır ki, qeyd olunan dəyərdə işin müqavilə şərtlərinə müvafiq yerinə yetirilərək, cavabdeh MMC-ə təhvil verilməsi işin materiallarından müəyyən edilmir. İşin materiallarına 2013-2014-cü illərdə-“xxxx” MMC tərəfindən tərtib edilən aktlar əlavə olunmuşdur. “xxxx” MMC-in ilkin iddiaçı ilə hüquqi bağlılığına, sonuncunun öhdəliklərinə görə cavabdehliyinə dair hər hansı sübut əlavə olunmamışdır. İlkin iddiaçı tərəfindən 2011-ci il 7 iyun tarixli “Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair” Podrat müqaviləsinə və həmin müqaviləyə dair 2013cü il 25 noyabr tarixli 2 saylı Əlavə Razılaşmaya əsasən 249.550 manat dəyərində işi müqavilə şərtlərinə müvafiq yerinə yetirərək, cavabdehə təhvil verməsi işin materiallarından müəyyən olunmadığı üçün iddia tələbi həmin hissədə təmin edilə bilməz.
39. Bu məhkəmə daha sonra vurğulamışdır ki, tərəflər arasında bağlanmış 2011ci il 7 iyun tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair” Podrat müqaviləsinin 5-ci maddəsinə görə, 2-ci maddədə nəzərdə tutulmuş materialları, avadanlıqları və işçilik də daxil olmaqla dəyəri 1.500.000 ABŞ dolları təşkil edir. Tərəflər 2014-cü i l 9 yanvar tarixli 1 saylı Əlavə Razılaşma ilə MMC-in Şirkətə əvvəlki (yəni Razılaşma bağlanan anadək) görülmüş işlərə 45.000 ABŞ dolları, Razılaşmaya əlavədə göstərilən görüləcək işlərə görə 158.000 ABŞ dolları, cəmi 203.000 ABŞ dolları borcunun olmasını qəbul və təsdiq etmişlər. Göründüyü kimi, 1 saylı Əlavə Razılaşmanın bağlandığı tarixə 45.000 ABŞ dolları borcun mövcudluğunu cavabdeh MMC təsdiq etmiş, 158.000 ABŞ dolları ilə görüləcək işlərə görə ödənilməli idi. 2014-cü il 9 yanvar tarixli əlavə razılaşmada müəyyən edilmiş qaydada, Şirkətin hər 30 gündən bir gördüyü işlər barədə məlumat verməsinə dair hər hansı sübut təqdim olunmamışdır. Belə ki, ilkin iddiaçının 2014-cü il 9 yanvar tarixli Əlavə Razılaşmaya əsasən görülməsi nəzərdə tutulmuş, cəmi dəyəri 158.000 ABŞ dolları təşkil edəc ək işin müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməsinə və cavabdehə təhvil verməsinə dair işin materiallarında hər hansı sənəd mövcud olmadığından, Azərbaycan Respublikası Sənayə və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş İstismara buraxılma aktının və 2013-cü il 11 iyun tarixli elektrik quraşdırma işlərinin təhvil-təslim aktının işə əlavə edilməsi ilkin iddiaçının müqavilə öhdəliklərini tam yerinə yetirməsi kimi qiymətləndirilə bilməz.
40. Daha sonra məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddiaçının xeyrinə 93.000 ABŞ dolları məbləğində borcun tutulmasına dair düzgün nəticəyə gəlməmişdir (138.000-45.000=93.000). 2014-cü il 9 yanvar tarixli Əlavə Razılaşmanın bağlandığı tarixə cavabdeh ilkin iddiaçıya 45.000 ABŞ dolları borcun un mövcud olduğunu təsdiq etdiyindən və həmin borcun cavabdeh tərəfindən ödənilməsinin təsdiqinə dair sübut təqdim olunmadığına görə birinci instansiya məhkəməsi həmin borcun tutulmasına dair düzgün nəticəyə gəlmişdir. Qeyd edilən maddi hüquq normalarına və Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqeyə əsaslanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin gecikdirilməsi, hazırda da ödənilmədiyi, cavabdehin iddiaçıya məxsus pul vəsaitlərini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırdığı üçün həmin vəsaitin məbləğindən faizlər ödənilməli olduğu barədə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. İlkin iddiaçı Şirkət iddia ərizəsində konkret olaraq hansı alət və avadanlıqların cavabdehin inşaat sahəsində qaldığı nı göstərmədiyindən və iddia tələbinin bu hissəsinə məhkəməyə konkret sübutlar təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı bu hissədə təmin etməmişdir. Bundan əlavə, qarşılıqlı iddiaçı tamamlanmamış işlərin dəyəri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddia tələbini əsaslı saymamışdır.
41. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 449.1, 449.4, 752.1, 759.2-ci maddələrinə, MPM-in 14.2, 77.1, 384.0.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
42. İddiaçı Şirkət həmin qətnamədən kassasiya şik ayəti verərək, qətnamənin qismən-ilkin iddianın təmin olunmaması hissəsində ləğv edilərək iddianın tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
43. Cavabdeh MMC həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunması, Şirkətin MMC-ə qarşı iddiasının tamamilə rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. ə) kassasiya instansiya məhkəməsində üçüncü icraat
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 noyabr tarixli, 2-2(102)-367/2019 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin olunsun, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 fevral tarixli, 2-2(103)-91/2019 saylı qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir (sədrlik edə n–S.Hacıyev, hakimlər – Q.Əsgərov və E.Vəliyeva).
45. Bu məhkəmə hesab etmişdir ki, Plenumun qərarında qeyd edilmişdir ki, “…tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir”. Konstitusiya Məhkəməsi Plenumunun qərarından göründüyü kimi hazırki mübahisə məhz tərəflər arasında bağlanmış müqavilələr üzrə qarşılıqlı öhdəliklərinin icrasının yoxlanılması yolu ilə həll edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda istinad edilən əsaslandırmasından görü nür ki, kollegiya ilkin iddia üzrə iddiaçının müqavilə öhdəliklərini tam yerinə yetirməməsi qənaətinə yalnız işlərin görüldüyü sahəyə yerli baxış keçirməklə otelin 14-18ci mərtəbələrində quraşdırılma və sazlama işlərinin tamamlanmaması ilə bağlı müşahidə etdiklərinə əsasən gəlmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilələrdən göründüyü kimi, ilkin iddia üzrə iddiaçının öhdəliyi tək müəyyən avadanlıqların quraşdırılıb, sazlama işlərinin görülməsindən deyil, həmçinin həmin avadanlıqların ilk əvvəl xarici dövlətdən ölkəyə idxal edilərək sifarişçiyə təhvil verilməsindən də ibarət olmuşdur. Eyni zamanda müqavilə üzrə ödənişlər də özü-özlüyündə buna uyğun olaraq avadanlıqların gətirilməsinə və işlərin görülməsinə görə ayrılmışdır. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi müqavi lə öhdəliklərinin icrasına qiymət verərkən bu öhdəliklərin məzmununun mürəkəb texniki xüsusiyyətləri baxımından onlara qiymətin verilməsi üçün mühəndis-texniki sahədə xüsusi biliklərin tələb olunmasını nəzərə almayaraq, yalnız özünün sadə müşahidəsinə əsaslanmaqla kifayətlənmişdir. Belə ki, mühəndis-texniki qurğuların quraşdırılıb-quraşdırılmamasından ibarət öhdəliklərin icra olunubolunmamasının müəyyənləşdirilməsi də özü-özlüyündə mübahisənin həllinə kifayət etmir. Belə ki, tərəflərin öhdəliklərin icra olunmamasında biri-birini günahlandırmasından ibarət izahatlarının olması baxımından öhdəliklərin icra olunmamasının səbəbləri, yəni kimin təqsiri ucbatından icra edilməməsinə də qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddianın alətlərin tələb olunması hissəsini rədd edərk ən sadəcə olaraq iddiaçı tərəfin tələb edilən alətlərin siyahısını təqdim etməməsi ilə əsaslandırmışdır, halbuki bu şəkildə tələbin olduğu halda həmin siyahının təqdim edilməsini ilkin iddia üzrə iddiaçıya təklif edə bilərdi. Belə ki, inzibati icraat qaydasında işlərə baxılmasından fərqli olaraq mülki icraat qaydasında hakimin yardım etmə vəzifəsi olmasa da, hakim tərəflərə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməli, həmçinin tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə etməklə prosessual qənaət prinsipi baxımından zəruri dəqiqləşdirilmələrin aparılmasını təklif etməlidir. Bu hissədə mübahisə həmi n alətlərin siyahısının dəqiqləşdirildiyi halda işin hallarına ilkin iddia üzrə iddiaçının öz alətlərini tikinti sahəsindən götürmək imkanının olub-olmamasını müəyyən etməklə və buna uyğun olaraq da sübutetmə yükünü tərəflər arasında bölüşdürməklə həll edilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi ilkin iddiaya sübutların mümkünlüyü, qiymətləndirilməsi məsələlərində istinad edilən prosessual qanunvericiliyin normalarının tətbiqində səhvə yol vermişdir. Bundan əlavə, qarşılıqlı iddianın birbaşa olaraq ilkin iddia ilə bağlı olması, habelə müqavilələr üzrə öhdəliklərin icra edilib-edilməməsinə düzgün qiymət vermədən qarşılıqlı iddia üzrə yekun nəticəyə gəlinməsinin mümkünsüzlüyü baxımından qarşılıqlı iddianın təmin edilməməsi hissəsində də qətnamə qanunsuz olmaqla ləğv olunm alıdır. f) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
46. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 noyabr tarixli, 2-2(103)-137/2020 saylı qətnaməsi ilə iddiaçı Şirkət tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 5 yanvar tarixli, 2-2(81)-8/2017 saylı qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilmiş, iddiaçı Şirkətin cavabdeh MMC-ə qarşı cavabdehdən 365.000 manatın, 138.000 ABŞ dollarının və həmin məbləğlərə hesablanmış 248.200 manatın və 93.840 ABŞ dollarının, cəmi 613.200 manatın və 231.840 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi və cavabdehin inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılması ba rədə ilk iddia təmin edilməmiş, qətnamə qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – A.İmanov və V.Sadıqov).
47. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında podrat müqavilələrinin bağlanması və podrat müqavilələrindən irəli gələn münasibətlərin olması mübahisəsizdir. Ona görə də, ilk iddiada irəli sürülmüş görülmüş işlərin dəyərinin, yəni muzdun ödənilməsi barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. 2013-cü il 25 noyabr tarixli 2 saylı Əlavənin şərtlərinin təfsirindən müəyyən olunur ki, həmin Əlavədə göstərilən 565.450 manat məbləğində pul vəsaiti əvvəl görülmüş və dəyəri ödənilməmiş podrat işlərinin dəyəri (muzd) deyil, həmin Əlavədə göstərilən və görülməli olan podrat i şlərinin dəyəridir. Çünki həmin Əlavədə pul vəsaitlərinin (muzdun) hissə-hissə və konkret ödənilməsi tarixləri, həmçinin podratçının hərəkətləri (işçi sayının artırılması, materialların sifariş edilməsi) və konkret görülməli olan işlərin dairəsi müəyyən edilmişdir. Bundan başqa, həmin Əlavədə cəmi ödənilməli olan muzd 565.450 manat məbləğində müəyyən olunmuş, iddiaçı isə 365.000 manat məbləğində pulun tutulması tələbini irəli sürmüşdür. Bu isə həmin Əlavə ilə müəyyən edilən cəmi 565.450 manat məbləğindən 200.450 manatın məbləğin ödənildiyi anlamına gəlir və iddiaçının nümayəndəsi də bu hala etiraz etməmişdir. 2014-cü il 9 yanvar tarixli 1 saylı Əlavənin şərtlərinin təfsirindən isə müəyyən olunur ki, həmin Əlavədə göstərilən cəmi 203.000 ABŞ dolları məbləğində pul vəsaitindən 45.000 ABŞ d olları əvvəl görülmüş işlərə görə ödənilməli olan pul vəsaitidir, yerdə qalan 158.000 ABŞ dolları isə həmin Əlavədə göstərilən və görülməli olan podrat işlərinin dəyəridir. Çünki həmin Əlavədə bu aydın şəkildə göstərilmiş, həmçinin pul vəsaitlərinin (muzdun) hissə-hissə və konkret ödənilməsi tarixləri, həmçinin podratçı tərəfindən konkret görülməli olan işlərin dairəsi müəyyən edilmişdir. Bundan başqa, həmin Əlavədə cəmi ödənilməli olan muzd 203.000 ABŞ dolları məbləğində müəyyən edilmiş, iddiaçı isə 138.000 ABŞ dolları məbləğində pulun tutulması tələbini irəli sürmüşdür. Bu isə həmin Əlavə ilə müəyyən edilən cəmi 203.000 ABŞ dolları məbləğindən 65.000 ABŞ dolları, yəni əvvəl görülmüş işlərə görə ödənilməli olan 45.000 ABŞ dollarından əlavə olaraq 20.000 ABŞ dolları məbləğinin ödənildiyi a nlamına gəlir və iddiaçının nümayəndəsi də bu hala etiraz etməmişdir. Qeyd olunanları, həmçinin tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halları və MPM-in 77.1-ci maddəsinin tələblərini nəzərə alaraq həmin Əlavələrdə göstərilən işlərin yerinə yetirilməsi hallarını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı həmin Əlavələrdə göstərilən işlərin görülməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İşin 2-ci cildinin 106-442-ci vərəqələrində olan sənədlər isə məhz iddiaçı tərəfindən həmin Əlavələrdə göstərilən işlərin görülməsini və cavabdeh tərəfindən də həmin işlərin qəbul olunmasını təsdiq etmir. Çünki sənədlərin bir qismi cavabdehin əməkdaşları tərəfindən imzalanmayıb, bir qisminin ta rixləri isə Əlavələrin tarixlərindən daha əvvələ təsadüf edir, habelə həmin sənədlərdəki işlərin dəyərinin yuxarıda qeyd olunan cavabdeh tərəfindən ödənilmiş məbləğlərdən daha artıq olması hər hansı sübutla təsdiq olunmur. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən mübahisəli sahəyə yerində müayinə keçirilən zaman 14-18-ci mərtəbələrdə mexaniki sistemin quraşdırılması işinin tamamlanmadığı müəyyən edilmiş və bu hal iddiaçı şirkətin əməkdaş tərəfindən təsdiq olunmuşdur. Hazırki apellyasiya baxışı zamanı da mübahisəli sahəyə yerində müayinə keçirilən zaman 18-ci mərtəbədə hazıra qədər mexaniki sistemin quraşdırılması işinin tamamlanmadığı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının öz öhdəliklərini tam olaraq icra etməsi və işlərin cavabdehə tam təhvil verməsi və ya cavabdehin ödədiy i məbləğlərdən daha artıq işlər görməsi təsdiq olunmur. Otelin hazırda tam fəaliyyət göstərməsi və səlahiyyətli dövlət orqanları tərəfindən qəbul olunaraq, istismarına icazə verilməsi isə iddiaçının öz öhdəliklərini tam olaraq icra etməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Otelin hazırda tam işlək şəkildə fəaliyyət göstərməsi özü-özlüyündə həmin oteldə mexaniki və elektrik sistemlərinin təsisatı və quraşdırılması ilə bağlı görülmüş işlərin məhz iddiaçı tərəfindən görülməsi halını təsdiq etmir. Çünki həmin işlərin sonradan cavabdehin sifarişi əsasında başqa podratçı şirkətlər tərəfindən həyata keçirilməsi faktı da istisna olunmur ki, cavabdeh də iddiaya etirazında məhz həmin hallara istinad etmişdir. iddiaçı iddia ərizəsində bir tərəfdən müqavilələr üzrə öhdəliklərin tam yerin ə yetirildiyini bildirmiş, digər tərəfdən isə qeyd etmişdir ki, cavabdeh MMC-in səlahiyyətli şəxsləri tərəfindən iddiaçı Şirkətin inşaat sahəsində işləyən işçiləri çıxarılmış və tikinti sahəsinə girişləri qadağan edilmişdir. Halbuki, işçiləri həmin sahədən çıxarıldığı və tikinti sahəsinə girişləri qadağan edildiyi halda iddiaçı tərəfindən podrat işlərinin tam yerinə yetirilməsi qeyri-mümkündür. Göründüyü kimi iddiaçının istinad etdiyi dəlillər özü-özlüyündə ziddiyyətlidir. Bundan başqa, hazırkı mübahisənin predmetini podrat müqaviləsinin sifarişçi tərəfindən ləğv edilməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi deyil, görülmüş işlərin dəyərinin, yəni muzdun ödənilməsi təşkil edir. Ona görə də, iddiaçı tərəfindən həmin hallara (işçilərin çıxarılması və tikinti sahəsinə girişin qada ğan edilməsi) istinad edilməsi əhəmiyyətsizdir. Beləliklə, iddiaçı tərəfindən podrat müqavilələrinə aid əlavə razılaşmalarda nəzərdə tutulan işlərin tam olaraq və ya cavabdeh tərəfindən ödənilən məbləğlərə nisbətən daha artıq işlərin icra edilməsi sübut olunmur. Bu baxımdan iddiaçı həmin müqavilələrə aid əlavə razılaşmalarda nəzərdə tutulmuş muzdun tam olaraq ödənilməsini tələb edə bilməz. Həmçinin ilk iddiada irəli sürülmüş faiz borcunun tutulması barədə tələblər də təmin edilə bilməz. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 449-cu maddəsi təşkil edir. Həmin maddədə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, cavabdehin iddiaçı qarşısında hər hansı pul öhdəliyi mövcud deyildir. Ona görə də, iddiaçı cavabdehdən Mül ki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlərin tutulmasını tələb edə bilməz. Eyni zamanda ilk iddiada irəli sürülmüş inşaat sahəsində qalmış alət və avadanlıqların geri qaytarılması barədə tələblər də təmin edilə bilməz. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunmur. Belə ki, iddiaçı ümumiyyətlə iddia ərizəsində konkret olaraq hansı alət və avadanlıqların cavabdehin inşaat sahəsində qaldığını göstərməmiş, həmin alət və avadanlıqların onun mülkiyyətində olduğunu təsdiq edən sübutları təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
48. Məhkəmə daha sonra vurğulamışdır ki, qarşılıqlı iddia da rədd edilməlidir. MMC ümumiyyətlə zərərin mövcud olmasını, yəni mexaniki və elektrik işlərinin tamamlanmaması nəticəsində ona zərər dəyməsini, o cümlədən Rusiya Federasiyasının Stavropol vilayətinin Yesentuki şəhəri ev 6-8 ünvanında olan “İstoçnik” sanatoriyasına avadanlıq, qurğu və tikinti ləvazimatlarının göndərilməsi üçün iddiaçıya 700.000 ABŞ dolları avans ödədiyini, iddiaçının 237.335 ABŞ dolları dəyərində mal göndərdiyini, lakin qalan 462.661 ABŞ dolları dəyərində mal-materialları cavabdehə təqdim etmədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdehin təqdim etdiyi “xxxx” MMC-in rəyi isə qeyd olunan halları təsdiq etmir. Çünki cavabdeh tərəfindən 25.11.2013-cü il tarixli 2 saylı və 09.01.2014-cü il tarixli 1 saylı Əlavələrdə göstərilən müvafiq olaraq 565.450 manat və 203.000 ABŞ dolları məbləğlərində pul vəsaitləri tam olaraq iddiaçıya ödənilmədiyindən, cavabdehin özü tərəfindən mexaniki və elektrik işlərinin tamamlanması zərərin dəyməsi anlamına gəlmir. Çünki cavabdeh istinad etdiyi halların, yəni ona məxsus “xxxx” avadanlığının iddiaçı tərəfindən qanunsuz olaraq satılmasını və dəyərinin cavabdehə ödənilməməsini təsdiq edən sübutlar təqdim olunmamışdır. Hazırki iş üzrə mübahisə məhz tərəflər arasında bağlanmış müqavilələr üzrə qarşılıqlı öhdəliklərinin icrasının yoxlanılması yolu ilə və MPM-in 14.2, 371-ci maddələrinə riayət edilməklə tərəflərin təqdim etdiyi sübutlar əsasında həll olunmuşdur. İş üzrə məhkəmə ekspertizasının keçirilməsi isə texniki cəhətdən mümkün deyil. Çünki birinci instansiya məhkəməsində iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin tərəflər ekspert tərəfindən tələb olunan sənədləri təqdim etmədiklərinə görə ekspertizanın keçirilməsi qeyri-mümkün olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən mübahisəli sahəyə yerində müayinə keçirilən zaman müəyyən olundu ki, artıq 14-17-ci mərtəbələrdə bütün təmir-tikinti işləri başa çatmış, yalnız 18-ci mərtəbədə hazıra qədər mexaniki sistemin quraşdırılması işi tamamlanmamışdır. Tərəflər arasında görülmüş işlər barədə müvafiq aktlar tərtib edilmədiyinə görə isə məhz iddiaçı tərəfindən hansı işlərin görüldüyünü müəyyən etmək mümkün deyildir. Ona görə də, hazırda da e kspertizanın keçirilməsinin təşkil edilməsi qeyri-mümkündür. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
49. Cavabdeh iddia etdiyi “qüsurlar” barədə Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddət ərzində iddiaçıya qarşı hər-hansı belə tələb irəli sürməmiş, bununla da öhdəliyinin icrasından imtina üçün istinad edə biləcəyi hüququ itirmişdir.
50. Belə ki, otelin açılışının baş verdiyi işin mübahisələndirilməyən hallarına aiddir və cavabdeh tərəfindən də etiraf edilmişdir. Yəni, 2 saylı Əlavədə iddiaçıya 200.000 manatın ödənilməsi üçün müəyyən edilmiş şərt baş vermişdir.
51. Bundan əlavə, otelin ilk müştərisini qəbul etməsi də işin mübahisələndirilməyən hallarına aiddir, yəni iddiaçıya həmin gün ödənilməli olan 25.000 manatın və bundan 1 ay sonra daha 25.000 manatın ödənilməsi üçün müəyyən edilmiş şərt baş vermişdir.
52. Mülki Məcəllənin 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Belə olan halda, Mülki Məcəllənin 776.1-ci və 427.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla cavabdeh icranın qüsuru barəsində tələb sürmək hüququnu itirmişdir və cavabdehin iddiaçıya pul ödəmək öhdəliyinin icrası üçün müəyyən edilmiş şərtlərin hamısı baş vermişdir.
53. Belə ki, podrat müqaviləsinin Elektrik sistemlərinin quraşdırılması üzrə cavabdehin iddiaçıya 203.000 ABŞ dolları borcu (45.000+158.000) olması həmin razılaşma ilə təsdiqlənmişdir. Bu məbləğdən 65.000 ABŞ dolları ödənilmiş, qalan 138.000 ABŞ dolları borc u isə ödənilməmiş qalmışdır. Yuxarıda da qeyd edildiyi kimi, bu işlərlə bağlı da cavabdeh tərəfindən iddiaçıya qarşı Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulmuş qaydada 1 il müddətində hər hansı tələb, pretenziya irəli sürülməmiş, əksinə, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 110323 nömrəli İstismara Buraxılma Aktı və 2013-cü il 11 iyun tarixli Elektrik-quraşdırma işlərinin təhvil-təslim Aktı ilə Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyeva küçəsi kəsişməsi 679 məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkəzində elektrik quraşdırma işləri EAQQ-na tam müvafiq olaraq yaxşı yerinə yetirilməsi təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin “otelin hazırda tam işlək şəkildə fəaliyyət göstərməsi özü- özlüyündə həmin oteldə mexaniki və elektrik sistemlərinin təsisatı və quraşdırılması ilə bağlı görülmüş işlərin məhz iddiaçı tərəfindən görülməsi halını təsdiq etmir. ” kimi əsaslandırma verməsi də Mülki Məcəllənin yuxarıda istinad edilən 776.1-ci və 427.5-ci maddələrinin məhkəmə tərəfindən əsassız olaraq tətbiq edilmədiyi anlamına gəlir. Belə ki, həmin Əlavədə də cavabdehin iddiaçıya ödəməli olduğu pulun bir hissəsi konkret tarixlə müəyyən edilmiş, digər hissələri isə baş verməli olan şərtlərdən-otelin açılışı, otelə ilk müştərinin qəbul edilməsi şərtlərindən asılı edilmişdir ki, bu şərtlər də baş vermişdir. Bundan əlavə, apellyasiya məhkəməsinin “...işçiləri həmin sahədən çıxarıldığı və tikinti sahəsinə girişləri qadağan edildiyi halda iddiaçı tərəfindən podrat işlərinin tam yerinə yet irilməsi qeyri-mümkündür. Göründüyü kimi iddiaçının istinad etdiyi dəlillər özüözlüyündə ziddiyyətlidir. ” kimi əsaslandırma verməsi də düzgün olmamışdır. Belə ki, məhkəmə qətnaməsində qeyd edilənlərin əksinə olaraq, iddiaçının tələb etdiyi məbləğlər görülmüş işlərin məbləğidir və iddiaçının sahədən çıxarılması səbəbindən yerinə yetirilməsi mümkün olmayan işlərə aidiyyatı yoxdur.
54. Məhkəmə cavabdehin qarşılıqlı iddiasını rədd etsə də, qarşılıqlı iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, qətnamənin özündə də məhkəmə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən iddia müddətinin ötürülməsinə dair ərizə verilmişdi. Bu məsələyə də münasibət bildirilməməsi MPM-in 220.4-cü maddəsinin tələblərinin pozulmasıdır.
55. Apellyasiya məhkəməsi tərəfind ən yol verilən daha bir kobud prosessual pozuntu isə ondan ibarətdir ki, məhkəməyə vəsatət verilərək bildirilmişdi ki: ".. Türk Hava Yollarının rəsmi internet səhifəsindən görünür ki, 30 sentyabr 2020-ci il tarixədək dayandırılmışdır. Nəzərə almaq lazımdır ki, dayandırılma müddəti müvafiq Hökumət qərarı ilə uzadıla bilər. Türkiyədən Azərbaycana uçuşlar yalnız Azərbaycan vətəndaşlarına, Azərbaycan Respublikası vətəndaşı olmayan Azərbaycanda müvəqqəti yaşamaq icazəsi olan əcnəbilərə verilir. Azərbaycanda müvəqqəti yaşamaq icazəsi olmayan şəxslərə isə belə icazə yalnız Dövlət Sərhəd Xidməti tərəfindən verilir. Sizdən xahiş edirik məhkəmə iclasını başqa tarixə təxirə salasınız və ‘‘River İnşaat Makine Gida Tarim Sanayi ve Ticaret Limited ŞirketV’-nin səlahiyyətli nümayəndələri Türkiyə Respubli kasının vətəndaşları İlıca Mustafanın (təvəllüd: 11.11.1958-ci il, pasport U********) və İlıca Oğuzun (təvəllüd: 02.10.1982-ci il, pasport U ********) Türkiyədən Azərbaycan Respublikasına səfər etmələrinə icazə verilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müvafiq məktub göndərəsiniz. Belə ki, İlıca Mustafanın və İlıca Oğuzun Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazələri yoxdur. Məlumat üçün bildirirəm ki, məhkəmədə müzakirə ediləcək məsələlər texniki məsələlər olduğundan, mühəndis bilikləri tələb etdiyindən və bu işlərin yuxanda qeyd edilən şəxslərin bilavasitə rəhbərliyi ilə icra edildiyindən, nümayəndə olaraq mən həmin mühəndis-texniki məsələlərlə bağlı izahat verə bilməyəcəyəm. " Buna baxmayaraq, apellyasiya məhkəməsi bu vəsatəti təmin etmədi və işə iddiaçı nın iştirakı olmadan baxaraq, hazırda şikayət verilən qətnamə qəbul etdi. Qeyd edilən hal məhkəmənin nə qədər qərəzli olduğunu aşkar göstərir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
56. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 noyabr tarixli 22(103)-137/2020 saylı qətnaməsinin qismən ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
57. Cavabdehin nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. İİ. HƏDLƏRİ KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
58. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
59. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
60. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apel lyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin po zulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....”. Maddə
157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....”. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qayda lara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır....”. Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəc əsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir....”. Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəx s mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....”. Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....”. Maddə
420. Kassasiya məhkə məsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Prosessual Məcəllə Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2) Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88) Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1) Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3) Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli ol an nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1) Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;. (maddə 417.1.3) Ali MƏHKƏMƏNİN MÖVQEYİ
61. Ali Məhkəmənin Kommersiya Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kassasiya şikayəti q ismən təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin 2020-ci il 27 noyabr tarixli 2-2(103)-137/2020 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
62. MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
63. Ali Məhkəmənin Kommersiya Kollegiyası MPM-in 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiy a instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən olunub-olunmamasını da yoxlamalıdır.
64. Apellyasiya instanisyası məhkəməsinin yuxarıda istinad edilən əsaslandırmasından görünür ki, kollegiya ilkin iddia üzrə iddiaçının müqavilə öhdəliklərini tam yerinə yetirməməsi qənaətinə yalnız işlərin görüldüyü sahəyə yerli baxış keçirməklə otelin 14-18-ci mərtəbələrində quraşdırılma və sazlama işlərinin tamamlanmaması ilə bağlı müşahidə etdiklərinə əsasən gəlmişdir
65. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının öz öhdəliklərini tam olaraq icra etməsi və işlərin cavabdehə tam təhvil verməsi və ya cavabdehin ödədiyi məbləğlərdən daha artıq işlər görməsi təsdiq olunmur.
66. Ali Məhkəmənin Kommersiya Kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırk i iş üzrə qəbul etdiyi 2020-ci il 27 noyabr tarixli 2-2(103)-137/2020 saylı qətnaməsi ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir.
67. Apellyasiya instansiyası məhkəməsi müqavilə öhdəliklərinin icrasına qiymət verərkən bu öhdəliklərin məzmununun mürəkəb texniki xüsusiyyətləri baxımından onlara qiymətin verilməsi üçün mühəndis-texniki sahədə xüsusi biliklərin tələb edilməsini nəzərə almayaraq, yalnız özünün sadə müşahidəsinə əsaslanmaqla kifayətlənmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında görülmüş işlər barədə müvafiq aktlar tərtib edilmədiyinə görə məhz iddiaçı tərəfindən hansı işlərin görüldüyünü müəyyən etmək mümkün deyildir, ona görə də, hazırda da ekspertizanın keçirilməsinin təşkil edilməsi qeyrimümkündür.
68. Halbuki, Ali Məhkəmənin İnzibati – İqtis adi Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarında apellyasiya instansiyası məhkəməsi müqavilə öhdəliklərinin icrasına qiymət verərkən bu öhdəliklərin məzmununun mürəkkəb texniki xüsusiyyətləri baxımından onlara qiymətin verilməsi üçün mühəndis-texniki sahədə xüsusi biliklərin tələb edilməsini nəzərə alınmadığını qeyd edərək, işə yenidən baxarkən mühəndis-texniki ekspertizasının keçirilməsinin vacibliyini göstərmişdir.
69. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburi olsada, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən həmin göstərişləri yerinə yetirməmişdir.
70. Belə ki, MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
71. Həmçinin bu iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 sentyabr 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, «…tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.» Konstitusiya Məhkəməsi Plenumunun qərarından göründüyü kimi hazırki mübahisə məhz tərəflər arasında bağlanmış müqav ilələr üzrə qarşılıqlı öhdəliklərinin icrasının yoxlanılması yolu ilə həll edilməlidir.
72. O da vurğulanmalıdır ki, tərəflər arasında bağlanmış müqavilələrdən göründüyü kimi, ilkin iddia üzrə iddiaçının öhdəliyi tək müəyyən avadanlıqların quraşdırılıb, sazlama işlərinin görülməsindən deyil, həmçinin həmin avadanlıqların ilk əvvəl xarici dövlətdən ölkəyə idxal edilərək sifarişçiyə təhvil verilməsindən də ibarət olmuşdur. Eyni zamanda müqavilə üzrə ödənişlər də özü-özlüyündə buna uyğun olaraq avadanlıqların gətirilməsinə və işlərin görülməsinə görə ayrılmışdır. Bu hal Ali Məhkəmənin əvvəlki qərarında da öz əksini tapmişdır. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara hüquqi qiymət verməmişdir.
73. MPM-nin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
74. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
75. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan ekspertiza keçirilməsi işin ədalətli həll edilməsi üçün əhəmiyyət kəsb edir. Ona görə də işə yenidən baxan apellyasiya məhkəməsi ekspertiza keçirməklə iddiaçı tərəfindən otelin 14-18-ci mərtəbələrində görülmüş işlərin həcmi və dəyəri müəyyən edilməklə hüquqi qiymət verilməlidir. 76. “Yevgeniya Lazar Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
77. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi öhdəliklərin məzmununun mürəkəb texniki xüsusiyyətləri baxımından onlara qiymətin verilməsi üçün mühəndis-texniki sahədə xüsusi biliklərin tələb edilməsi üçün ekspertiza təyin etməlidir.
78. Həmçinin iş materiallarından görünür ki, tərəflər arasında həmin podrat müqaviləsinə 09 yanvar 2014-cü il tarixli 1 saylı əlavə razılaşma bağlanmış və həmin razılaşmada qeyd olunmuşdur ki, Sifarişçi adı çəkilən podrat müqaviləsi üzrə görüləcək işlərin, mal, material və avadanlıqların həcminin artmasını və buna müvafiq olaraq müqavilə üzrə Podratçıya ödənilməli olan məbləğin də 2.750.000 manat olmasını təsdiq və qəbul etmişdir. Podratçı da adı çəkilən podrat müqaviləsi üzrə görüləcək işlərin, mal, material və avadanlıqların həcminin artmasını və 11 iyul 2013-cü il tarixə 2.750.000 manat olmasını qəbul etmiş və bu məbləğin ödənilməsi şərti ilə müqavilə üzrə işlərin davam etdirilməsini öhdəsinə götürmüşdür. 1 saylı Əlavə Razılaşmanın 1-ci bəndi ilə "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinin 5-ci maddəsində "2.150.000 manat" sözləri "2.750.000 manat" sözlə ri, "2.738.854 (USD)" sözləri "3.503.185 ABŞ dolları" sözləri ilə əvəz edilmişdir.
79. Bundan başqa tərəflər arasında həmin podrat müqaviləsinə 25 noyabr 2013-cü il tarixli 2 saylı əlavə razılaşma bağlanmış və həmin razılaşmada qeyd olunmuşdur ki, Sifarişçinin Podratçıya qalan borcu 565.450 manatdır. 25.11.2013-cü il tarixdə 50.000 manat, 10.12.2013-cü il tarixdə 50.000 manat, 25.12.2013-cü il tarixdə 50.000 manat, 05.01.2014-cü il tarixdə 50.000 manat Sifarişçi Podratçıya pul ödəməlidir. (Podratçı ilk ödənişdən sonra 7 iş günü ərzində lazımi miqdarda işçi sayını artıracaqdır). 05.01.2014-cü il tarixinə qədər Podratçı bütün material sifarişlərini etməlidir. Podratçı təklifindəki bütün mexaniki sistemlərin və aksesuarların quraşdırılmasını bitirdikdən sonra Sifarişçi Podratçıya 115.450 mana t pul ödəməlidir. Sifarişçi otelin soft-opening etdikdən sonra Podratçıya qalan 200.000 manat pulu, otelə ilk müştəri qəbul edilən gün 25.000 manat pulu, həmin gündən 1 ay sonra isə daha 25.000 manat pulu ödəməlidir. Podratçı aşağıdakı işləri də bitirib Sifarişçiyə təhvil verəcəkdir: dayanacaq havalandırma işləri, santral kanallarının fasadla əlaqələndirilməsi, A və C blokların yanğın nərdivanlarında təzyiq sistemlərinin quraşdırılması, mətbəxlərin ventilyasiya və su xətlərinin quraşdırılması, qazanxana, chillerlər və nasos otağının alüminium ilə qapadılma edilməsi, 3-cü mərtəbə slot qutularının yerinə quraşdırılması, su yumuşatma sisteminin quraşdırılması, A Blok Chiller elektron kartının quraşdırılması, C Blok chiller qazının əlavə edilməsi, ventilyasiya üçün lazımi sacin gətirilməsi, ez gost fanlarının gətirilməsi, vitrifıyelərin quraşdırılması, mətbəx sprinker xətlərinin quraşdırılıması, ümumi məkanların sprinklerlərinin quraşdırılması, müqavilədə qalan digər əksik işlərin quraşdırılması.
80. Kassatorun mövqeyi ondan ibarətdir ki, 25.11.2013-cü il tarixli 2 saylı əlavədə cavabdehin pul ödənilməsinə dair öhdəliyinin icrası müddəti həmin əlavədə göstərilən şərtlərin baş verməsindən asılı edilmişdir və həmin şərtlər baş vermişdir.
81. Belə ki, otelin “soft-opening”-nin (açılışının) baş verdiyi işin mübahisələndirilməyən hallarına aiddir və cavabdeh tərəfindən də etiraf edilmişdir. Yəni, 2 saylı əlavədə iddiaçıya 200000 manatın ödənilməsi üçün müəyyən edilmiş şərt baş vermişdir. Bundan əlavə, otelin ilk müştərisini qəbul etməsi də işin mübahisələndirilməyən hallarına yəni id diaçıya həmin gün ödənilməli olan 25 000 manatın və bundan 1 ay sonra daha 25 000 manatın ödənilməsi üçün müəyyən edilmiş şərt mövcud olmuşdur.
82. Apellyasiya Məhkəməsi tərəflər arasında bağlanmış 07.06.2011-ci il tarixli "Çoxmərtəbəli otel biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinə 09 yanvar 2014-cü il tarixli 1 saylı Əlavə Razılaşmadan irəli gələn münasibətlərə və bundan yaranan hüquq və öhdəliklərlə bağlı da maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
83. Kassatorun kassasiya şikayətində göstərdiyi dəlillərdən biri də ondan ibarətdir ki, podrat müqaviləsinin elektrik sistemlərinin quraşdırılması üzrə cavabdehin iddiaçıya 203 000 ABŞ dolları borcu (45 000 +158 000) olması həmin razılaşma ilə təsdiqlənmişdir. Bu məbləğdən 65000 ABŞ dolları ödənilmiş, qalan 138 000 ABŞ dolları borcu isə ödənilməmiş qalmışdır.
84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən tərəflər arasında bağlanmış podrat müqavilələri ilə bağlı Əlavələrdə göstərilən işlərin yerinə yetirilməsi hallarını sübut etmə vəzifəsini iddiaçının üzərinə qoyaraq hüquqi qiymət verməmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxan apellyasiya məhkəməsi Əlavələrdə göstərilən işlərin yerinə yetirilməsi hallarının müəyyən edilməsi üçün yenidən araşdırmalı və digər sübutlarla əlaqəli şəkildə qiymətləndirməlidir. Bu hal işin ədalətli həll edilməsi üçün əhəmiyyət kəsb edir.
85. Beləliklə işin hallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq n ormalarının pozuntusu ilə çıxarılmışdır və bu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
86. O cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında da məhkəmələrin ədalət mühakiməsini həyata keçirərkən MPMnin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırılmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməsi öz əksini tapmışdır.
87. Azərbaycan Respublikası MPM-nin 418.3-ci maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi ü çün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
88. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 noyabr tarixli 22(103)-137/2020 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
89. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 noyabr tarixli 2-2(103)-137/2020 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qü