Məhkəmə qərarları › İş №2-2(102)-168/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-168/2024

03.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-168/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 29 noyabr tarixli 2-2(103)-887/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazıl ı icraat qaydasında baxılmışdır. İşin halları

1. Qaz paylayıcısı Cavabdeh ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı İddiaçı arasında bağlanmış qazın alqı-satqısı barədə 2015-ci il 3 sentyabr tarixli 1454-09-15 nömrəli müqaviləyə əsasən, MMC-yə məxsus müəssisəyə 2014-cü il 18 noyabr tarixdə “Elster G-250” markalı 75142244 nömrəli sayğac quraşdırılmışdır.

2. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 2020-ci il 7 may tarixli ******* nömrəli aktdan görünür ki, “Elster G-250” markalı 75142244 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın elementinin bitmək üzrə olduğu qeyd edilmişdir. Akt müəssisənin nümayəndəsi tərəfindən də imzalanmışdır. 3. 2023-cü il 25 aprel tarixinə çap olunmuş **********00065 kodlu abonentin saldosundan göründüyü kimi, saldonun 2020-c i ilin iyul ayından etibarən “elektron göstəricisi” sütunu 182424 ədədində sabit qalmış, lakin mexaniki göstərici 2020-ci ilin iyul ayında 107278, avqust ayında 108023, sentyabr ayında 108555, oktyabr ayında 109497, noyabr ayında 114321, dekabr ayında 107278, 2021-ci ilin yanvar ayında 193422 olmuş, sonrakı aylarda da artmaqda davam etmişdir. Həmçinin görünür ki, “elektron göstəricisi” sütununda qeyd olunan yuxarıda qeyd olunan sabit rəqəm yalnız 2022-ci ilin may ayından etibarən dəyişməyə başlamışdır. Həmçinin qaz sərfiyyatının məbləği 2020-ci ilin 7-ci ayı üçün 124,2 manat, 8-ci ayı üçün 217 manat, 9-cu ayı üçün 196,2 manat, 10-cu ayı üçün 245,2 manat, 11-ci ayı üçün 659,6 manat, 12-ci ayı üçün 12.158,4 manat, 2021-ci ilin 1-ci ayı üçün 9.399,8 manat, 2-ci ayı üçün 1.257 manat, 3-cü ayı üçün 475,2 manat təşkil etmişdir. Bundan başqa, “Qalıq və aktlar” sütununda 2020-ci il dekabr ayı üçün 3.039,30 manat, 2021-ci ilin yanvar ayı üçün 2.698,40 manat borc əks olunmuşdur.

4. İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktlarına əsasən, 2020-ci il və 2021-ci il üçün üzləşdirmə aparılaraq bütün ayları üzrə sərfiyyat məbləğləri qeyd olunmuşdur.

5. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 2020-ci il 30 dekabr tarixli ******* nömrəli aktdan görünür ki, hesablanmış qaz sərfinin məbləği 4.440,8 manat göstərilmiş və “45594 * 1,487 = 67798 – 45594 = 22204” qaydasında hesablanmışdır.

6. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 2021-ci il 29 yanvar tarixli ******* nömrəli ak ta əsasən, hesablanmış qaz sərfinin məbləği 3.779,60 manat göstərilmiş və “33507 * 1,564 = 52405 – 33507 = 18898” qaydasında hesablanmışdır.

7. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 2022-ci il 17 may tarixli ******* nömrəli və ******* nömrəli aktlardan göründüyü kimi, “Elster G-250” markalı 75142244 nömrəli sayğacın elektron hissəsinin söndüyü qeyd edilmiş, sayğac qaz xəttindən çıxarılmış, müvəqqəti olaraq “Elster G-250” markalı 75019136 nömrəli sayğac quraşdırılmışdır.

8. Qeyri-əhali sayğacının yoxlanması haqqında 2022-ci il 13 iyun tarixli 29/1640- 01254 nömrəli akta əsasən, “Elster G-250” markalı 75142244 nömrəli sayğac Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanılmış, sayğacın daxilinin çirkli olduğu, korr ektorun söndüyü, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 144546 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı, impuls ötürücüsünün normal olduğu qeyd edilmiş, yoxlamanın nəticəsi kimi xətaların normaya uyğun olduğu, batareyanın tələb olunduğu göstərilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 24 fevral tarixində Cavabdeh İB-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 21.558,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının (ödəyici kodu 10/28140) təbii qazdan istifadəsi üçün nəzərdə tutu lan boru xəttindən 6000 metr aralı məsafədə 2020-ci ilin sonunda təbii küləyin güclənməsi səbəbindən qəza baş vermişdir. Nəticədə borular qırılmış, təbii qaz günlərlə havaya buraxılmışdır. Məsafə uzaqlığına görə iddiaçının qəzadan məlumatı olmamış, əhalinin müraciətlərinə əsasən qaz istismar idarəsinin əməkdaşları tərəfindən qaz xətti bərpa olnmuşdur. Həmin müddət ərzində havaya buraxılan qaz əsassız olaraq iddiaçıya məxsus müəssisənin istifadəsi kimi qeydə alınmış, borc əsassız olaraq iddiaçının adına hesablanmışdır. Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktlarına əsasən cavabdeh tərəfindən 2020-ci ilin dekabr ayı üçün 12.158,40 manat, 2021-ci ilin yanvar ayı üçün isə 9.399,80 manat olmaqla, ümumilikdə 21.558,20 manat borc hesablanmışdır. Borc müəssisənin adına hesablandığı üçün ha l-hazırda müəssisənin qazdan istifadəsinə qadağa qoyulmuşdur. Məsələ ilə əlaqədar Bakı Regional Qaz İstismar İdarəsinə müraciət edilmişdir. Lakin bildirilmişdir ki, qaz xətti abunəçilərin istifadəsində olduğundan mövcud olan hər hansı qüsura görə abunəçi məsuliyyət daşıyır. Ərazidə iddiaçı ilə yanaşı çoxlu sayda qaz istifadəçisi olmuş, lakin cavabdeh onlara eyni münasibəti göstərməmiş, qazın boşuna sərfiyyatına görə məsuliyyəti yalnız iddiaçının üzərinə qoymuşdur. Qeyd olunan qəza və qaz xətti borularının qırılması iddiaçının təqsiri üzündən baş vermədiyi üçün cavabdeh tərəfindən əsassız olaraq hesablanmış borc silinməlidir.

11. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsində qeyd olunan təbii küləyin güclənməsi səbəbindən qəza baş verməsi, nəticədə boruların qırılm ası, təbii qazın günlərlə havaya buraxılması nəticəsində borcun yaranması barədə faktiki halların mövcud olmadığını bildirmiş və yazılı qaydada mövqeyini ifadə edərək göstərmişdir ki, sonradan onlara bəlli olmuşdur ki, silinməsi tələb olunan borc cavabdeh tərəfindən əsassız olaraq hesablanmışdır. Cavabdeh tərəfin bildirdiyi hallar - sayğacın sərfiyyatı elektron və mexaniki qaydada hesablaması, yəni sayğacın elektron hissəsi xarab olduğu üçün borcu mexaniki hissənin hesablaması, sayğacın elektron korrektorunun işləməməsi barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Qaz sayğacı xüsusi mühafizə zolağında cavabdehə aid paylayıcı stansiyada yerləşir. İddiaçının həmin əraziyə girməsi və yaxınlaşması mümkün deyildir. Qaz sayğacında nasazlıq baş verdiyi halda cavabdehin məlumatı əsasında iddiaç ı onun təmiri ilə bağlı hər hansı bir tədbir görmüş olardı.

12. Cavabdehin nümayəndəsi bildirmişdir ki, cavabdehə məxsus “G-250” markalı sayğacda 2020-ci ilin iyul ayından batareyanın tükənməsi səbəbindən elektron korrektor sıradan çıxdığından qaz sərfiyyatı mexaniki göstəricilər əsasında hesablanmış, mexaniki göstəricinin müəyyən etdiyi sərfiyyat abonent saldosunda “sərfin məbləği” sütununa daxil edilmişdir. Sayğac işlək olduğu halda mexaniki hissədə qeydə alınan sərfiyyat korrektor tərəfindən müəyyən əmsal əsasında elektron hissədə əks olunur, yəni elektron hissədə əks olunan sərfiyyat mexaniki hissədə qeydə alınan sərfiyyatdan çox olur. Hazırkı iş üzrə abonentin sayğacının elektron korrektoru sıradan çıxdığından əməkdaşları tərəfindən mexaniki hissənin göstəricisi müəyyən korreksiyaedic i əmsala vurularaq həmin fərq tapılmışdır. Bu zaman temperatur, təzyiq və rütubət nəzərə alınmaqla korreksiyaedici əmsal tətbiq edilir. Korreksiya əmsalı tətbiq edilməklə alınan fərq isə “qalıq və aktlar” sütununa daxil edilmişdir. İddiaçıya məxsus sayğac cavabdehə məxsus paylayıcı stansiyada yerləşsə də, iddiaçı hüquqi şəxs olduğundan istər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “Qanun”), istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda (bundan sonra – “QİQ”) sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehdir. Belə olan halda sayğacda baş verən hər hansı nasazlıq onun tərəfindən aradan qaldırılmalı idi. Sayğacda olan nasazlıq barədə cavabdehə dəfələrlə məlumat verilmişdir.

13. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar aylarında sərfiyyatın digər aylara münasibətdə artıq olduğu görünür. Lakin bu hal iddiaçının qaz sərfiyyatının artması ilə bağlıdır. Belə ki, sayğacın mexaniki göstəricisində hər hansı problem olmayıb. Məhz laboratoriya rəyi də bunu təsdiq edir. Mexaniki hissə həmişə real sərfiyyatı əks etdirir. Bu tipli sayğacın mexaniki hissəsi də sayğacın üzərində yerləşir və adi baxış əsasında göstəricisin oxunması mümkün olur. Hər hansı yoxlama olmayıb, cavabdehin əməkdaşları tərəfindən hər ay sayğacın göstəricilərə uyğun sərfiyyat hesablanıb saldoya daxil edilib. Həmçinin suala cavab olaraq bildirmişdir ki, 2020-ci il 7 may tarixli aktda qeyd olunan sayğacı n elementi dedikdə korrektor nəzərdə tutulur.

14. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 20 iyul tarixli e-2-2(113)-1751/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus **********00065 nömrəli abonent koduna 2020-ci il 30 dekabr tarixli ******* nömrəli akt əsasında hesablanmış 3.039,60 manat və 2021-ci il 29 yanvar tarixli ******* nömrəli akt əsasında hesablanmış 2.698,40 manat məbləğində borcun silinməsi qət edilmişdir (hakim – N.Əhmədova).

15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus müəssisəyə 2014-cü il 18 noyabr tarixində “Elster G-250” markalı 75142244 nömrəli sayğac quraşdırılmış, 2020-ci il 7 may tarixində “Elster G-250” markalı 75142244 nömrəli sayğaca baxış keçirilmiş, ******* nömrəli akt tərtib olunara q sayğacın elementinin bitmək üzrə olduğu qeyd edilmiş, 2020-ci ilin iyul ayından etibarən batareyanın tükənməsi ilə bağlı olaraq elektron göstərici sönmüşdür. Həmin tarixdən etibarən qaz sərfiyyatı sayğacın mexaniki hissəsinin göstəricilərinə (sərfiyyat məbləği) və həmin göstəricilərə əsasən müəyyən əmsal tətbiq edilməklə müvafiq aktlara əsasən (qalıq və aktlar) hesablanmışdır. Quraşdırılmış “Elster G-250” markalı 75142244 nömrəli sayğac 2022-ci il 17 may tarixində xətdən çıxarılaraq dövlət yoxlamasına aparılmış və sayğacda batareyanın bitməsi ilə bağlı korrektorun sönməsi istisna olmaqla hər hansı qüsur aşkar olunmamış, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 144546 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı təsbit olunmuşdur. Həmçinin tərəflə rin izahatı ilə müəyyən olunur ki, qaz sayğacı cavabdehə aid paylayıcı stansiyada yerləşmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar aylarında olan silinməsi tələb olunan borc məbləğinin bir hissəsi sayğacın mexaniki göstəricisinə əsasən, bir hissəsi isə mexaniki hissənin göstəricisinə korreksiyaedici əmsal tətbiq edilib hesablanmaqla yaranmış borcdur. Sayğacın göstəricisinin abonent saldosuna daxil edilməsi və korreksiyaedici əmsal tətbiq edilməklə borcun hesablanması barədə aktların tərtib edilməsi hər ay sayğaca baxışla əlaqədar tərtib olunmuşdur və cavabdehin hərəkətləri sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı olmamışdır.

17. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göst əricilərinə əsasən hesablamaq üçün hər ay qaz sayğacına baxış keçirməli və bu barədə hər ay istehlakçıya hesab təqdim etməli və ya göndərməlidir. Bu, Qaydaların tələbidir və cavabdehin hüququ olaraq müəyyən edilmişdir. Yəni hazırkı işdə cavabdehin bu qaydaya uyğun olaraq sayğaca baxış keçirməklə borc hesablamasının qanunvericiliyin sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı müddəalarına aidiyyatı yoxdur. Digər tərəfdən işin müəyyən olunan halına əsasən qaz sayğacı xüsusi mühafizə zolağında cavabdehə aid paylayıcı stansiyada yerləşmiş, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi yerə gəlməmiş, yoxlama həyata keçirməmişdir.

18. Məhkəmə bildirmişdir ki, iddiaçı ona məxsus “Elster G-250” markalı 75142244 nömrəli sayğacın batareyasının tükən məsindən xəbərdar olmadıqlarını bildirsə də, 2020-ci il 7 may tarixli ******* nömrəli aktla sayğac elementinin tükənmək üzrə olduğu göstərilmiş və həmin akt məhz iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır. Digər tərəfdən 2020-ci ilin iyul ayından etibarən elektron göstəricinin söndüyü abonentin saldosundan görünmüşdür. Həmçinin iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi cavabdeh tərəfindən iddiaçıya təqdim olunan elektron qaimələrdən də görünür ki, əlavə qeydlər hissəsində aktlara əsasən borcun hesablandığı əks olunmuşdur. Belə olan halda iddiaçı öz vəsaiti ilə qaz sayğacını dəyişdirməməklə sayğacın işləkliyi ilə bağlı riskləri öz üzərinə götürmüşdür.

19. Məhkəmə iddiaçının hüquqi şəxsə məxsus zavodun və baş ofisin fərqli ünvanlarda yerləşməsi ilə bağlı müəyyən rabitəsizliyin baş verdiyi və bununla bağlı zəruri tədbirlər görülmədiyi barədə məhkəmə iclaslarında irəli sürdüyü arqumentlərini əsassız hesab etmiş və vurğulamışdır ki, hüquqi şəxs təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan qurumdur və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Belə olduqda bu və ya digər işçinin səhvlərinin iddiaçını müvafiq məsuliyyətdən azad etməsi mülki dövriyyənin sabitliyi və mülki dövriyyə iştirakçıları arasında qarşılıqlı etimad münas ibətləri ilə uzlaşmır.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya məxsus abonentin saldosunda istehlakçıya hesablanan qaz sərfinin 2020-ci ilin dekabr ayı üçün 9.118,3 manat sərfin məbləği və 3.039,6 manat qalıq və aktlar olmaqla 12.158,4 manat, 2021-ci ilin yanvar ayı üçün 6.701,40 manat sərfin məbləği və 2.698,40 manat qalıq və aktlar olmaqla 9.399,8 manat müəyyən olunmuşdur. Həmçinin 2020-ci il 30 dekabr tarixli ******* nömrəli aktla hesablanmış qaz sərfinin məbləği 4.440,8 manat, 2021-ci il 29 yanvar tarixli ******* nömrəli aktla hesablanmış qaz sərfinin məbləği 3.779,60 manat göstərilmişdir. Cavabdeh 2020-ci ilin dekabr ayı və 2021-ci ilin yanvar ayı üzrə abonentin saldosunun “qalıq və aktlar" hissəsində qeyd edilmiş məbləğlərin hansı əsasla hesablandığı, 2020-ci il 30 dekabr ta rixli və 2021-ci il 29 yanvar tarixli aktlarla saldoda qeyd edilən məbləğlar arasındakı fərqin səbəblərini izah edə bilməmişdir. Həmçinin korreksiya əmsalı tətbiq edilməklə hesablanan məbləğin nə üçün abonent saldosunun “qalıq və aktlar" hissəsində qeydə alındığı da qeyri-müəyyən qalmışdır.

21. Məhkəmə qeyd etmişdir ki, nə QİQ-da, nə də Qanunda istehlakçının təqsiri olmadan qaz sayğacının işləmədiyi dövr üçün müxtəlif korreksiya əmsalları tətbiq edilməklə sayğacın elektron göstəricisinin işləmədiyi halda qaz sərfinin məbləğinin müvafiq hesablanması nəzərdə tutulmuşdur. Cavabdehin nümayəndəsi isə 2020-ci il 30 dekabr tarixli və 2021 ci il 29 yanvar tarixli aktlarda qeyd olunan hesablamanın hansı normativ hüquqi akta istinad edərək həyata keçirildiyini əsaslandıra bilməmişdir.

22. Məhkəmə ca vabdeh tərəfindən 2020-ci ilin dekabr ayı üzrə 9.118,3 manat, 2021-ci ilin yanvar ayı üzrə 6.701,40 manat borcun da əsassız hesablanması ilə bağlı iddiaçının arqumentləri ilə razılaşmayaraq qeyd etmişdir ki, abonent saldosunun “sərfin məbləği” sütununda qeyd olunan borcun əsassız olaraq hesablamasını sübutetmə vəzifəsini iddiaçı daşıdığı halda bu barədə sübutlar təqdim edilməmişdir.

23. Son olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus müəssisədə quraşdırılmış “Elster G-250” markalı 75142244 nömrəli sayğac 2014-cü il 18 noyabr tarixindən 2022-ci il 17 may tarixinədək iddiaçının istifadəsində olmuş, 2021-ci ilin yanvar ayından sonra təqribən daha 1 il 4 ay sərfin həcmini hesablamaq üçün istifadə olunmuşdur. Bu isə onun göstərir ki, əksi sübut olunmayana qədər 9.118,3 manat və 6.701,40 m anat istehlak olunmuş qazın dəyəridir. Belə ki, sayğacda baş vermiş hər hansı nasazlıq yalnız 2 ay davam edə bilməzdi. İddiaçı isə yalnız 2 ay üçün qaz sərfiyyatının dəyərini mübahisələndirmiş, həmin borcun əsassız olduğu isə iş materiallarındakı sübutlarla təsdiqlənməmişdir. Beləliklə, iddiaçı mexaniki hissədə qeydə alınmış sərfiyyatın əsassız hesablanmasına dair tələbinin əsası kimi istinad etdiyi halların sübut edilməsi ilə bağlı vəzifəsini yerinə yetirməmişdir.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 448.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 9.2, 14.1, 14.2, 53, 77.1, 82, 106.1, 106.3, 216-220, 222, 227, 233, 360-cı maddələrinə; Qanunun 11-ci maddəsinin 6cı bəndinə; QİQ-ın 4.2, 4.8, 4.9, 5.1, 5.2-ci bəndlərinə istinad etməklə əsas landırmışdır.

25. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

26. Cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin təmin edilmiş hissədə ləğv, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 29 noyabr tarixli 2-2(103)-887/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və İ.Şirinov).

28. Apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinə nəzərən qeyd etmişdir ki, iddiaçı 2020-ci ilin dekabr ayı və 2021-ci ilin yanvar ayı üçün sayğacın mexaniki göstəricisi əsasında hesablanmış və abonent saldosunda öz əksini tapmış borcların silinməsi üçün nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı əsas təqdim etməmişdir. Əksi sübut edilmədiyinə görə müəyyən olunur ki, 2020-ci ilin dekabr ayı üçün hesablanmış 9.118,80 manat və 2021-ci ilin yanvar ayı üçün hesablanmış 6.701,40 manat dəyərində sərfiyyat iddiaçının həmin aylarda istehlak etdiyi qazın dəyəridir.

29. İddiaçı 2020-ci ilin dekabr ayı və 2021-ci ilin yanvar aylarında qeydə alınmış qaz sərfinin digər aylardakı sərfiyyatın məbləğindən yüksək olduğunu göstərməklə həmin aylar üzrə borcun əsassız hesablandığını sübut etməyə çalışsa da, məhkəmə düzgün ola raq hesab etmişdir ki, işdə qeyd edilən aylarda iddiaçının qaz sayğacının mexaniki hissəsində hər hansı problem olduğuna, o cümlədən həmin aylarda abonent saldosunda əks olunmuş sərfiyyat məbləğinin faktiki qaz sərfiyyatının məbləğindən artıq olduğuna dair sübutlar olmadığından iddiaçının yalnız ehtimallara (izahata) əsaslanan bu tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən iş üzrə qəbul olunmuş qətnamə iddianın rədd edildiyi hissədə qanuni və əsaslı hesab edilmişdir.

30. Apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən borc 2020-ci ilin dekabr ayı üçün hesablanmış 12.158,40 manat (9118,80 manat - sayğacın mexaniki hissəsində qeydə alınmış sərfiyyat + 3.039,60 manat akt əsasında) və 2021-ci ilin yanva r ayı üçün hesablanmış 9.399,80 manat (6.701,40 manat-sayğacın mexaniki hissəsində qeydə alınmış sərfiyyat + 2.698,40 manat akt əsasında) borc məbləğidir. İşin mübahisəsiz halıdır ki, abonent tərəfindən qaz sayğacına hər hansı müdaxilə edilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya məxsus obyektin qaz sayğacının mexaniki hissəsi düzgün işləmiş, lakin elektron hissə göstəricisinin düzgün işləmədiyi 2020-ci ilin iyul ayından 2022-ci ilin may ayınadək saldoda həmin göstəricidə hər hansı dəyişiklik olmadığından aydın görünür. Məhkəmə kollegiyası hesab etmişdir ki, sayğacın elektron hissəsinin işləməməsi əsası ilə cavabdeh tərəfindən abonentə əlavə sərfiyyat hesablanması, bu hesablamanın mexanizmi və qaydası Qanunda və QİQ-da nəzərdə tutulmadığından aktlar əsasın da 2020-ci il 30 dekabr tarixli ******* nömrəli akt əsasında hesablanmış 3.039,60 manat və 29 yanvar 2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2.698,40 manat məbləğində borcun silinməsi hissəsində də qətnamə qanuni və əsaslı olmuşdur.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Qanunun 11-ci maddəsinin 6-cı bəndinə, QİQ-ın 4.2, 4.8, 4.9, 5.2-ci bəndlərinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

32. İddiaçı kassasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunmadığı hissədə ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. QİQ-ın 3.1.10 və 4.8-ci bəndləri üzrə - Qeyd olunan bəndlərdən göründüyü kimi, is tehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyənləşdirmək məqsədilə qaz paylayıcısı digər qaz sayğaclarına 3 ayda bir dəfə baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 nüsxəsini istehlakçıya təqdim etməlidir. Lakin, cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş bu vəzifəsini yerinə yetirməmişdir. Bu isə iddiaçının qaz sayğacının elektron korrektorunun sıradan çıxması barədə məlumatsız qalmağına və cavabdehin bu vəziyyətdən sui-istifadə edərək, 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayları üçün qaz sərfiyyatına görə şişirdilmiş məbləğdə borc hesablamasına gətirib çıxarmışdır. Məhkəmə isə cavabdehin öz vəzifəsini kobud surətdə pozmasına dair hissədə iddiaçının şikayətini qiymətləndirmədən iddia tələbinin ehtimallara əsaslandığını qeyd etmişdi r. Halbuki, cavabdeh tərəfindən qeyd olunan vəzifənin pozulmasını iddiaçının qaz sayğacına 3 ayda bir dəfə baxış keçirilməsi ilə bağlı aktın olmaması halı da təsdiq edir. Cavabdeh 2020-ci il 7 may tarixli ******* nömrəli aktda sayğac elementinin tükənmək üzrə olduğunu göstərdiyini və həmin aktın iddiaçının nümayəndəsi tərəfindən imzalandığını qeyd edərək və QİQ-ın 4.8-ci bəndinə əsasən hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özlərinin daşıdığını əsas gətirərək əsassız olaraq hesabladığı borc məbləğinə haqq qazandırmağa çalışmışdır. Lakin iddiaçıya məxsus olan qaz sayğacı cavabdehə aid paylayıcı stansiyada yerləşdiyinə görə iddiaçının mütəmadi olaraq istədiyi vaxt sayğaca baxış keçirməsi mümkün olmamışdır. Belə olan halda cavabdeh tərəfindən yuxa rıda qeyd olunmuş vəzifənin yerinə yetirilməsi daha vacib əhəmiyyət kəsb edirdi. İş materiallarında olan sənədlərdən də göründüyü kimi sayğac yalnız 2022-ci ildə dəyişdirilmişdir. Qaz sayğacının korrektorunun işləməməsindən isə iddiaçının yalnız cavabdehin nümayəndəsi tərəfindən bu barədə məhkəmə iclasında bildirildikdən sonra məlumatı olmuşdur. İş materiallarında olan və məhkəmənin istinad etdiyi 2020-ci il ******* nömrəli tarixli aktı isə iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Göstərilən hal da məhkəmə iclasında araşdırılmamışdır. Bunlara əsasən apellyasiya instansiyasının qətnaməsi iddianın təmin edilmədiyi hissədə qanunsuz və əsassızdır.

34. QİQ-ın 4.2 və 4.9-cu bəndləri üzrə - Qeyd olunmuş bəndlərin tələblərindən də göründüyü kimi, iddiaçı məişət qaz qurğusund an deyil, digər qaz qurğusundan istifadə etdiyi üçün hər bir halda qaz sayğacı iddiaçının vəsaiti hesabına təmir edilməlidir. Lakin iddiaçıya məxsus qaz sayğacı istehlakçı kimi onun təqsirinə görə zədələnmədiyi üçün, qaz sayğacının təmir edilməsi iddiaçının vəsaiti hesabına onun tərəfindən deyil, cavabdeh tərəfindən təmir edilməli idi. Cavabdeh tərəfindən QİQ-ın 3.1.10-cu bəndində göstərilmiş vəzifə düzgün və vaxtında yerinə yetirilməklə iddiaçıya sözügedən akt təqdim olunsa idi, iddiaçı elektron korrektorun sıradan çıxması barədə məlumatlı olmuş olardı. Bununla da, cavabdeh tərəfindən bu haldan sui-istifadə edilməklə 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayları üçün qeyd olunmuş absurd borc məbləği hesablana bilməzdi. Üstəlik, məhkəmə işin hallarını nəzərdən keçirərkən iddiaçıya məxs us qaz sayğacının xüsusi mühafizə zolağında cavabdehə aid paylayıcı stansiyada yerləşməsi faktını da nəzərə almamışdır. İddiaçıya məxsus sayğac cavabdehə aid paylayıcı stansiyada yerləşdiyinə görə korrektorunun sıradan çıxması barədə məlumat alması mümkün deyildi. Belə olan halda, bu məlumat iddiaçıya cavabdeh tərəfindən aparılan texniki baxışın nəticələrinin rəsmiləşdirildiyi akt vasitəsilə təqdim olunmalı idi. Cavabdeh isə bu öhdəliyini yerinə yetirməmiş və nəticədə 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayları üçün əsassız borc məbləği hesablanmışdır.

35. MPM-nin 76.1, 76.2, 77.1, 88-ci, 106.1-ci və 175.1-ci maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi iddiaçının izahatlarına düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən QİQ-ın 3.1.10-cu bəndində göstərilmiş vəzifə ko bud şəkildə pozulmaqla qaz sayğacına keçirilmiş baxışın nəticələri barədə aktın nüsxəsi iddiaçıya təqdim olunmadığına görə iddiaçı tərəf sayğacın elektron korrektorunun sıradan çıxmasından xəbərdar olmamışdır. Belə olan halda, cavabdeh qurumun əməkdaşları bu vəziyyətdən suiistifadə etməklə, yəni elektron korrektorun işləməməsini əsas gətirməklə iddiaçıya əlavə sərfiyyat hesablayaraq borcu şişirtməklə kifayətlənməmiş, eyni zamanda müəssisənin dekabr və yanvar ayları üçün qaz sərfiyyatına görə absurd borc məbləği hesablamışdır. Beləliklə, məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan və iddiaçıya məlum olan faktlar barədə izahatları ehtimal hesab edilməklə sübut qismində düzgün qiymətləndirilməmişdir.

36. MPM-nin 217-ci maddəsi üzrə - Apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun deyil, buna görə də, iddia tələbi təmin olunmadığı hissədə qanunsuz və əsassızdır. 37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı üzrə - Apellyasiya məhkəməsinin qətnaməsində iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədiyinə görə, həmin qətnamə qeyd olunan Qərarın tələblərinə də uyğun hesab oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

39. Apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmadığı hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhd əliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır....”

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” 43. “Qaz təchizatı haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

11. Qaz fəaliyyəti sahəsində müqavilələr... Respublikası Qanununun müvafiq

6. Qaz pay layıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.... 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tə ləb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.... 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

46. Kassas iya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

47. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 48. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Kassasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən onlara hüquqi qiymət verilmişdir.

51. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallara görə iddiaçı 2020-ci ilin dekabr ayı və 2021-ci ilin yanvar ayı üçün sayğacın mexaniki göstəricisi əsasın da hesablanmış və abonent saldosunda öz əksini tapmış borcların silinməsi üçün nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı əsas təqdim etməmişdir. Əksi sübut edilmədiyinə görə müəyyən olunur ki, 2020-ci ilin dekabr ayı üçün hesablanmış 9118,80 manat və 2021-ci ilin yanvar ayı üçün hesablanmış 6701,40 manat dəyərində sərfiyyat iddiaçının həmin aylarda istehlak etdiyi qazın dəyəridir. Həmçinin iddiaçı 2020-ci ilin dekabr ayı və 2021-ci ilin yanvar aylarında qeydə alınmış qaz sərfinin digər aylardakı sərfiyyatın məbləğindən yüksək olduğunu göstərməklə həmin aylar üzrə borcun əsassız hesablandığını sübut etməyə çalışsa da, işdə qeyd olunan aylarda iddiaçının qaz sayğacının mexaniki hissəsində hər hansı problem olduğuna, o cümlədən həmin aylarda abonent saldosund a əks olunmuş sərfiyyat məbləğinin faktiki qaz sərfiyyatının məbləğindən artıq olduğuna dair sübutlar olmadığından iddiaçının yalnız ehtimallara (izahata) əsaslanan bu tələbi təmin edilə bilməz.

52. Göründüyü kimi MPM-in 77-ci maddəsinə əsasən həmin halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşmüş və apellyasiya instansiyası məhkəməsi də bunula bağlı sübutetmə yükünü düzgün müəyyənləşdirmişdir.

53. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və y a dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

54. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 29 noyabr tarixli 2-2(103)-887/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar