Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-171/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ 07.05.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyası Azər Soltanhəmid oğlu (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədov ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun tutulması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYY ƏN ETDİ 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Hüseyn; iş № 2-2(81)-580/2018) iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov, iş № 2-2(103)-764/2018) iddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasl qət edilmişdir. Həmin qətnamədən iddiaçı ASC kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 101.549,42 manat əsas borcun, 98.067,15 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 199.646,57 manat məbləğin cavabdeh MMC-dən tutularaq iddiaçı ASCyə ödənilməsi, müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ASC Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayət ilə müraciət edərək, məhkəmə kollegiyyasından həmin qətnaməni ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iş ə cavabdehin mövqeyindən yanaşmış, iddiaçının mövqeyini nəzərə almamış; iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan maddi və prosessual hüquq normalaranı düzgün tətbiq etməmişdir, nəticədə əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasına kassasiya şikayətinin dəlillərinə dair yazılı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflərin nümayənləri gəlmədyindən və bunun səbəbi barədə məlumat vermədiyindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3cü maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası məruzəçini, işin materiallarını, kas sasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli; iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 417.1.4-cü maddəsinə müvafiq olaraq kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Hə min Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 418.3-cü maddəsinə müvafiq olaraq prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Haz ırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, İddiaçı ASC (Lizinq verən) ilə “Cavabdehi” MMC (Lizinq alan) arasında bir neçə lizinq müqaviləsi bağlanmışdır ki, bundarlan 1-ci, yəni 08.11.2013-cü il tarixli ********* saylı “Dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanlann güzəştli qaydada lizinqə verilməsi barədə” Müqaviləyə əsasən Lizinq verən 10 baş Şarole cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafıkinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə apanldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 8.576,59 manat məbləği əvvəlcədən Lizinq verən ə ödəyir, qalan 8.576,59 manat məbləği ödəniş qrafıkində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən, Lizinq verən bu müqavilədə göstərilən damazlıq heyvanları sağlam vəziyyətdə bütün sənədlərlə birlikdə Lizinq alana təhvil verilməsini təmin edir. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən, Lizinq verən damazlıq heyvanların sığortalanmış vəziyyətdə Lizinq alana verilməsini təmin edir. Həmin müqavilənin 2.1.5-ci bəndinə əsasən, Lizinq alanın lizinqlə bağlı maliyyə sənədləri və damazlıq heyvanların vəziyyəti, saxlanma şəraiti ilə maneəsiz tanış olur və onlara baxış keçirir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqaviləyə görə lizinqə verilən damazlıq heyvanlar üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri Lizinq alan tərəfindən tam ödənilənədək Lizinq verənə məxsusdur. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən Lizinq alan Lizinq verənin tələbi ilə istifadə etdiyi damazlıq heyvanların vəziyyəti barədə istənilən vaxtda məlumat verməlidir. Bundan başqa, İddiaçı ASC (Lizinq verən) ilə Cavabdeh arasında bağlanmış 2-ci, yəni 23.01.2014-cü il tarixli ******** saylı “Dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” Müqaviləyə əsasən, Lizinq verən 66 baş Holştin-friz cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafıkinə uyğun tam ödənildikdən və müvafıq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, Lizinq alan damazlıq heyvanların güzəş tli satış dəyərindən 39.539,87 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan 36.857,69 manat məbləği ödəniş qrafıkində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Həmçinin İddiaçı ASC (“Lizinq verən”) ilə “Cavabdehi” MMC (“Lizinq alan”) arasında bağlanmış 3-cü, yəni 03.03.2014-cü il tarixli ****** saylı “Dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASCyə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” Müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Lizinq verən 102 baş Holştin-friz cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafıkinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, Lizinq alan dama zlıq heyvanların güzəştli satış dəyərindən 54.440,45 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan 65.272,32 manat məbləği və ödənilməli olan 600 manat üstəlik xərcləri, cəmi 65.872,32 manat isə ödəniş qrafıkində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. İşin materiallarında olan iddiaçı “İddiaçı ASC-yə məxsus damazlıq heyvanların təhvil-qəbulu barədə” 1-ci, yəni 15 noyabr 2013-cü il tarixli Aktın təsdiq olunmuş surətinə görə, İddiaçı ASC-nin 1811 /ü nömrəli 08 noyabr 2013-cü il tarixli əmri əsasında 10 baş Şarole cinsli damazlıq heyvanları tam sağlam və boğaz halda heç bir qüsuru olmadan təhvil qəbul etdilər. Mal-qaranın nəqliyyat vasitələrinə mindirilməsi, aparılması, avtomaşından düşürülməsi zamanı bütün təhlükəsizlik qaydalarına riayət edilməsi məsuliyyəti alıcını n üzərinə düşməsi tam şəkildə təlimatlandırılır və təhvil verilir. Eyniliklə, iddiaçı “İddiaçı ASC-yə məxsus damazlıq heyvanların təhvil-qəbulu barədə” 2-ci, yəni 27 yanvar 2014-cü il tarixli Aktın təsdiq olunmuş surətinə əsasən, İddiaçı ASC-nin 68/ü nömrəli 23 yanvar 2014-cü il tarixli əmri əsasında 66 baş Holstin-friz cinsli damazlıq heyvanları tam sağlam və boğaz halda heç bir qüsuru olmadan təhvil qəbul etdilər. Mal-qaranın nəqliyyat vasitələrinə mindirilməsi, aparılması, avtomaşından düşürülməsi zamanı bütün təhlükəsizlik qaydalarına riayət edilməsi məsüliyyəti alıcının üzərinə düşməsi tam şəkildə təlimatlandırılır və təhvil verilir. Həmçinin, iddiaçı “İddiaçı ASC-yə məxsus damazlıq heyvanların təhvil-qəbulu barədə” 08 mart 2014-cü il tarixli Aktın təsdiq olunmuş surətinə müvafiq olar aq İddiaçı ASC-nin 408/ü nömrəli 04 mart 2014-cü il tarixli əmri əsasında 102 baş Holstin-friz cinsli damazlıq heyvanları tam sağlam və boğaz halda heç bir qüsuru olmadan təhvil qəbul etdilər. Mal-qaranın nəqliyyat vasitələrinə mindirilməsi, aparılması, avtomaşından düşürülməsi zamanı bütün təhlükəsizlik qaydalarına riayət edilməsi məsuliyyəti alıcının üzərinə düşməsi tam şəkildə təlimatlandırılır və təhvil verilir. İşin materiallarında olan İddiaçı ASC-nin “Cavabdehi” MMC-yə ünvanladığı 1-ci, yəni 16.03.2014-cü il tarixli pretenziya məktubuna görə, iddiaçı ASC cavabdeh “Cavabdehi” MMC-dən 01.09.2014-cü il tarixədək yaranmış manat məbləğində borcun tez bir zamanda İddiaçı ASC-yə ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin, müqavilənin 5.5-ci bəndinə uyğun hesablanmış cəriməni n və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək,damazlıq heyvanların geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağını bildirmişdir. İddiaçı ASC-nin “xxxx” MMC-yə ünvanladığı 2-ci, yəni 29.04.2016-cı il tarixli pretenziya məktubu nun təsdiq olunmuş surətindən görünür ki, iddiaçı cavabdeh “Cavabdehi” MMC-dən 01.04.2016-cı il tarixədək yaranmış 70.209.0 manat məbləğində borcun tez bir zamanda İddiaçı ASC-yə ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin, müqavilənin 5.5-ci bəndinə uyğun hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək, damazlıq heyvanların geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağını bildirmişdir. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışına əsasən, “Cavabdehi” MMC ilə İddiaçı ASC arasında bağlanmış 08.11.2013-cü il tarixli *********, 23.01.2014-cü il tarixli *********, 03.03.2014-cü il tarixli ******** №-li müqavilələrə əsasən lizinqə götürülmüş ümumi dəyəri 213.263,51 manat olan, cəmi 178 baş damazlıq heyvan üçün, həmin şəxs Cəmiyyətin hesabına 102.556,91 manat ilkin ödəniş etmiş, qalan 110.706,60 manat məbləğə isə ödəniş qrafiki tərtib olunmuşdur. Bu ödəniş qrafiki üzrə 01.01.2017-ci il tarixinədək 110.706,60 manat ödənilməli olduğu halda 9.157,18 manat ödəniş edilmişdir. “Cavabdehi” MMC-nin 31.07.2018-ci il tarixinə olan borcu 101.549,42 manat və lizinq müqaviləsinin 4.2 bəndinə əsasən hesablanmış cərimə 98.067,15 manat təşkil edir. Cavabdeh-nin İddiaçı ASC ilə bağla dığı 08.11.2013-cü il tarixli ********* №-li, 23.01.2014-cü il tarixli ********* №-li, 03.03.2014-cü il tarixli ******** N°-li lizinq müqavilələri üzrə ödənişlərə görə, cərimənin hesablanılması qrafıkinə uyğun olaraq cərimə məbləği 98.067,15 manat təşkil edir. İşin materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış teleqramın surətinə əsasən, cavabdeh MMC iddiaçı ASC-dən Respublika Baytarlıq Laboratoriyası təmirə dayandığı üçün təsərrüfatda ölən inəklərin cəsədlərini qəbul etmək üçün köməklik edilməsini xahiş etmişdir. İşin materiallarında olan İddiaçı ASC (“Lizinq verən”) ilə “Cavabdehi” MMC (“Lizinq alan”) arasında bağlanmış “Sığorta haqqının ödənilməsi barədə” 23 yanvar 2014-cü il tarixli və 03 mart 2014-cü il tarixli Müqavilələrin surətlərinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş Qaydalar uyğun olaraq 3 il müddətində damazlıq heyvanlar sığortalanaraq lizinqə verilir. İşin materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Respublika Baytarlıq Laboratoriyasının 024 nömrəli 17 yanvar 2014-cü il tarixli ekspertiza rəyinə görə, müayinə nəticəsində 172baş iri buynuzlu heyvanın qan nümunəsində aparılan virusoloji müayinələr zamanı xlamidioz və şmallenberq xəstəliyinə qarşı anticisimlər aşkar edildiyi qəed olunmuşdur. İşin materiallarında olan Dövlət Baytarldıq Xidməti Bakı şəhəri Baytarlıq İdarəsi tərəfindən X3 ünvanlanmış 22 yanvar 2014-cü il tarixli məktubun surətinə əsasən, Respublika Baytarlıq Laboratoriyasının 17.01.2014-cü il tarixli ******* say lı ekspertizasına əsasən heyvanlarda xlamidoz və şmalenberq xəstəliklərinin anticisimlərini aşkar olduğu bildirilmiş və heyvandarlıq təsərrüfatında xəstəliyin təlimatına uyğun olaraq təcili baytarlıq-sanitariya (dezinfeksiya), müalicə tədbirlərinin aparılmasının təmin edilməsi tapşırılmışdır. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, belə hesab etmişdir ki, iddiaçı ASC-nin iddia tələbi əsassız və qanunsuz olduğundan həmin tələb düzgün olaraq 1-ci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, cavabdeh ASC-nin kassasiya şikayətində göstəriən dəlillər əsaslı olduğundan qəbul edilməlidi r. Qeyd olunmalıdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsində hansı səbəblərə görə, iddiaçı ASC-nin iddiasının əsassız və qanunsuz olduğu göstərilməmişdir. Halbuki, iş üzrə tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 2.2.12-ci bəndlərinə əsasən, Lizinq alan damazlıq heyvanlara zərər dəydiyi, o cümlədən sağlamlığında nasazlıq yarandığı ən geci 12 saat ərzində Lizinq verənə məlumat verir. Lakin iş üzrə müəyyən edilir ki, yuxarıda qeyd edilən müqavilə şərti cavabdeh MMC tərəfindən yerinə yetirilməmişdir. Belə ki, həmin MMC heyvanların xəstəliyi və tələfi barədə Lizinq verənə müvafiq məlumatı yalnız bu halların baş verdiyi gündən 1 - 1,5 il müddət keçdikdən sonra vermişdir ki, nəticədə müvafiq Sığorta şirkəti də sığorta ödənişlərinin həyata keçirilməsindən imtina etmişdir. Sı ğorta şirkəti tərəfindən sığorta ödənişdərinin həyata keçirilməsindən imtinaya səbəb o olmuşdur ki, uzun müddət keçdiyindən heyvanların tələf olmasının baş verməsi səbəblərinin və təfsilatının yerində araşdırılması mümkün olmamışdır. Eyni zamanda, Sığorta şirkəti damazlıq heyvanların tələf olma səbəblərinı belə izah etmişdir ki, onun araşdırmasına görə, heyvanlarada olan xəstəliklərin yaranma səbələri qeyri-qənaətbəxş qidalanma, zoogigiyenik şərtlərin ciddi pozuntusu, xəstəliklərə qarşı vaxtında profilaktik tədbirlərin aparılmaması, Lizinq alanın təsərrüfatsızlığı və s. kimi səbəblər olmuşdur. Bundan başqa, iş üzrə tərəflər arasında bağlanmış müqavilələrin 2.2.3-cü bəndlərinə əsasən, damazlıq heyvanların təyinatı üzrə istifadə olunmasını, onlara qulluğun aparılmasını, zoobaytar xidmətlər inin vaxtlı-vaxtında həyata keçirilməsi üçün 3 gündən gec olmayaraq müvafiq ərazi üzrə baytarlıq orqanında qeydiyyata alınaraq müqavilə bağlanmasını, saxlandığı yeri (tövləni) zoobaytar tələblərə tam cavab verməsini, yem bazası ilə təmin edilməsini, qorunub saxlanmasını öhdəsinə götürür. Həmin müqaqvilənin 2.2.9-cu bəndlərinə əsasən, Lizinq alanın səhlənkarlığı və ya məsuliyyətsizliyi nəticəsində lizinq dövründə damazlıq heyvan tələf olarsa, ödənilməmiş qalıq dəyərini lizinq verənə ödəyir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, Lizinq alan tərəfindən bu müqavilənin 5.1.6-5.1.10 bəndlərində göstərilən hala yol verildikdə, Lizinq verən bu jmüqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirir, Lizinq alanın damazlıq heyvanların tam dəyərini və borclu olduğu məbləğin hər günə görə gecik dirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir; Bundan başqa, apellyasiya instansiya məhkəməsinin məhkəmə qətnaməsində də göstərildiyi kimi, Dövlət Baytarlıq Xidməti Bakı şəhəri Baytarlıq İdarəsi tərəfindən də təsərrüfatda təcili baytarlıq-sanitariya (dezinfeksiya) və müalicə tədbirlərinin aparılması tapşırılmışdır. İş üzrə tərəflər arasında bağlanmış müqavilələrin 3.3-cü bəndlərinə əsasən Lizinq alan damazlıq heyvanları qəbul etdikdən sonra təhvil-qəbul aktını imzalayır. Lizinq alan təhvil-qəbul aktını imzaladıqdan sonra damazlıq heyvanları zərərin bütün növlərindən qorunması, həmçinin onun tələf olunması, itirilməsi məsuliyyəti onun üzərinə düşür və bu müqavilə üzrə öhdəliklərindən azad etmir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi, damazlıq heyvanlar sağlam vəziyyətdə lizinq alana təhvil verilmiş və lizinq alanın damazlıq heyvanların xəstə olması ilə bağlı hər hansı iradı və müraciətləri olmamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına, işdəki sübutlara düzgün hüquqi qiymət verilməmiş, müqavilənin tərəflərin hüquq və öhdəlikləri hissəsində, həmçinin bu hüquq və öhdəliklərin biri-biri ilə bağlığına dair müddəalarına səthi yanaşılmış, həmçinin lizinq münasibətlərini tənzimləyən qanun normaları düzgün tövsif edilməyərək, yalnız cavabdeh MMC-nin xeyrinə tətbiq edilməsi nəticəsində əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Azərbaycan Republikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88 və 106.1-ci maddələrinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafıq olaraq qiymət verməli, həmçinin işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işdə toplanmış digər sübutlarla yanaşı yoxlanılmaqla qiymətləndirilməlidir. Həmin Məcəllənin 217 və 220.4-cü maddələrinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli; iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-171/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-171/2019
07.05.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver