Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-177/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual məsələlər, kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 noyabr tarixli 2-2(103)-753/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərək aşağıdakı qərardad qəbul edilmişdir. İ ş üzrə məhkəmə icraatı
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il 12 sentyabr tarixli müqavilə üzrə görülmüş işlərin dəyəri olaraq 67.028 manat, faiz məbləği olaraq 6.702,8 manat pulun və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 10 may tarixli e-2-2(113)-446/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 12 sentyabr tarixli müqavilə üzrə 36.300 manat əsas borc, əsas borca illik 5% ilə hesablanmaqla 2.297,34 manat pul olmaqla ümumilikdə 38.597,34 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamış, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 216 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim - N.Əhmədova).
3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv olunaraq, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilərək, iddianın tam rədd olunması və qətnamənin əldən çıxmış faydanın qismən təmin edilən hissəsində iş üzrə icraata xitam verilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 noyabr tarixli 2-2(103)-753/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayət ləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).
6. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Həmin kassasiya şikayəti icraata qəbul olunanadək onu verən iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 2025-ci il 10 fevral tarixli ərizədə şikayətin geri qaytarılması xahiş edilmişdir. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması... 404-1.3. kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə ki mi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olduqda kassasiya instansiyası məhkəməsi şikayətin geri qaytarılması barədə qərardad qəbul edir.”
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında göstərilmişdir: “... dispozitivlik prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası MPM-nin 404-1.3-cü maddəsinin (bax § 8) tələblərinə əsaslanaraq qeyd edilməsini zəruri hesab edir ki, qanunla kassasiya şikayətinin geri qaytarılması barədə ərizə ilə müraciət etmək kassasiya şikayəti vermiş şəxsin hüququ olaraq müəyyən edilmişdir. Belə ki, mülki prosessual qanunvericiliyə görə, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şi kayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olduqda kassasiya instansiyası məhkəməsi şikayətin geri qaytarılması barədə qərardad qəbul edir.
11. Nəzərə alınmalıdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarı - bax § 9).
12. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə 2025-ci il 10 fevral tarixli ərizəyə yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, hazırkı halda iddiaçının kassasiya şikayətinin geri qaytarılmaması üçün hər hansı prosessual əsas mövcud deyildir, bu səbəbdən də həmin şikayət geri qaytarılmalıdır.
13. Şərh edilənlərə əsasən və MPM-in 404-1.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti geri qaytarılsın. Qərardad qəbul edildiyi and