Məhkəmə qərarları › İş №2-2(102)-184/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-184/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-184/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Şirkətinin cavabdeh “Agentlik” X1 qarşı iş üzrə QƏRAR Açar sözlər: podrat müqaviləsindən irəli gələn pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Nağıyev İman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 avqust tarixli 2-2(103)-755/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2006-cı il 1 iyun tarixli CW/GOA/2006/3 saylı Bakı şəhəri, Ziya Bünyadov-Azadlıq prospektində 3 saylı yol kəsişməsinin tikintisi müqaviləsi ilə Bakı şəhəri, Z.Bünyadov, Azadlıq prospektində 3 saylı yol kəsişməsinin tikintisi 15.713.065 manat dəyərində müəyyən edilmişdir. 2. 2007-ci il 7 yanvar tarixli razılıq müqaviləsi ilə qarşılıqlı razılıq əsasında “Yapılar” şirkəti 39.182.965 manat məbləğində 3 saylı Bakı şəhəri, Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. Bu müqavilə hüquqi qüvvəyə mindiyi gündən etibarən 2006-cı il 1 iyun tarixli müqavilə hüquqi qüvvəsini itirilmiş hesab edilmişdir. 3. 2008-ci il 19 sentyabr tarixli “Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi” üzrə 2007-ci il 7 yanvar tarixli müqavi ləyə 1 saylı əlavə razılaşma ilə Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi üzrə müqavilə dəyəri 45.434.707 manat təşkil etmişdir. 4. 2009-cu il 15 may tarixli “Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi” üzrə 2007-ci il 7 yanvar tarixli müqaviləyə və 2008-ci il 19 sentyabr tarixli əlavə razılaşmaya 2 saylı əlavə razılaşma ilə Ziya Bünaydov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi üzrə azalmış müqavilə dəyəri 28.817.035 manat təşkil etmişdir. 5. 2010-cu il 25 noyabr tarixli “Bakı şəhərində yol qovşaqları, avtomobil yolları və piyada keçidlərinin tikintisi üzrə” layihə idarəetmə qrupunun layihənin tamamlanması haqqında bildiriş ilə Bakı şəhəri, Z.Bünyadov və Azadlıq prospe ktlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşaqları layihəsinin ümumi dəyəri 68.000.000 manat, müqavilənin tarixi 2007-ci il 7 yanvar, işin başlanma tarixi 2007-ci il 2 yanvar bitmə tarixi 2009-cu il 5 dekabr qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" Şirkəti (bundan sonra mətndə iddiaçı) cavabdeh “Agentlik” X1 (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7.045.000 qalıq borcun və 8.211.508 manat zərərin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "xxxx" Departamenti cavabdeh ilə Bakı şəhərinin Ziya Bünyadov prospekti ilə Azadlıq prospektində 3 saylı yol k əsişməsinin tikintisi üçün 2006-cı il 1 iyun tarixli razılıq müqaviləsi bağlamışdır. 2007-ci il 7 yanvar tarixdə tərəflər arasında Z.Bünyadov prospekti ilə Azadlıq prospektində 3 saylı yol kəsişməsinin tikintisi üçün 2007-ci il 7 yanvar tarixli SW/COA/2006/3 saylı razılıq müqaviləsi bağlanmışdır. Müqavilənin dəyəri 39.182.265 manat təşkil etmişdir. 2007-ci il 22 fevral tarixdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "xxxx" Departamenti MMC-nin təşkilati-hüquqi forması dəyişdirilərək, Nazirliyin tabeliyində "xxxx" ASC yaradılmışdır. 2008-ci il 19 sentyabr tarixdə podratçı ilə "xxxx" ASC arasında 2007-ci il 7 yanvar tarixli müqaviləyə 1 №-li “Əlavə Razılaşma” bağlanmışdır. Həmin razılaşmada qeyd olunmuşdur ki, Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının t ikintisi üzrə bağlanmış müqavilələrdən keçən müddət ərzində Azərbaycan Respublikası Tarif Şurasının qərarına əsasən enerji daşıyıcılarının, neft və neft məhsullarının və bunun nəticəsi olaraq inşaat materiallarının qiymətlərinin, nəqliyyat xərclərinin artması ilə əlaqədar olaraq Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi üzrə yeni vahid qiymətlər tətbiq edilmişdir.

8. Əlavə razılaşmaya əsasən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi üzrə əlavə müqavilənin dəyəri 45.434.707 manat təşkil etmişdir. 2019-cu il 15 may tarixdən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi üzrə 2 №-li “Əlavə Razılaşma” bağlanmışdır. Həmin razılaşma ilə layihədə edilən dəyişikliklər nəzərə a lınaraq müqavilə qiymətinə azalma edilmiş, Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi üzrə azalmış müqavilənin dəyəri 28.817.035 manat təşkil etmişdir. 2007-ci il 7 yanvar tarixli razılıq müqaviləsinin dəyəri 39.182.965 manat olmuşdur. Əlavə müqavilənin dəyəri 28.817.035 manat təşkil etmişdir. Beləliklə, layihənin ümumi dəyəri 68.000.000 manat təşkil etmişdir. Podratçı tərəfindən Bakı şəhəri Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi uğurla başa çatdırılmışdır. Müqavilələrə uyğun olaraq Z.Bünyadov prospekti üzərində bir körpü tikilmiş və tikinti 2007-ci ilin sentyabr ayında başa çatmışdır. Azadlıq prospekti üzərində bir tunel tikintisi həyata keçirilmiş, tikinti 2009-cu ilin dekabr ayında başa çatdırılmışd ır. 60.955.000 manat podratçıya ödənilmişdir. Lakin qalıq 7.045.000 manat borc bu günə kimi ödənilməmişdir. 2017-ci il 18 oktyabr tarixli Fərman ilə "xxxx" ASC-nin hüquqi-təşkilati forması dəyişdirilərək “Agentlik” yaradılmışdır.

9. İddiaçı tərəfindən dəfələrlə "xxxx" ASC-nin, cavabdehin rəhbərliyinə müraciət edilməsinə baxmayaraq, hal-hazıra kimi 7.045.000 manat qalıq borc podratçıya ödənilməmişdir. Bundan başqa, 2015-ci ilin dekabrında və 2016-cı ilin fevralında Azərbaycan manatı ABŞ dolları qarşısında iki dəfə devalvasiyaya uğramışdır. Bunun nəticəsində Azərbaycan manatının ABŞ dolları qarşısında məzənnəsi 1,70 manat olmuşdur. Bu hal podratçının zərər çəkməsinə səbəb olmuşdur. Podratçıya dəyən zərər 8.211.508 manat təşkil edir. Beləliklə, cavabdeh müqavilə üzrə öz öhdəliyini tam şəkildə yerinə yetirməkdən imtina etmiş və şirkətə 7.045.000 manat pulu bu günə kimi ödəməmişdir.

10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21, 385.1, 398.1, 402, 442, 443, 448-ci maddələrinə istinad etmişdir.

11. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 aprel tarixli, e-2-2(113)-394/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Fərrux Qasımov).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddianın faktiki əsası kimi tərəflər arasında müqavilə üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsinə, hüquqi əsas kimi isə mülki qanunvericiliyin öhdəliklər bölməsi ilə bağlı müddəalarına istinad edilmişdir. İşin faktiki h allarından görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2010-cu il 25 noyabr tarixli “Bakı şəhərində yol qovşaqları, avtomobil yolları və piyada keçidlərinin tikintisi üzrə” layihə idarəetmə qrupunun layihənin tamamlanması haqqında bildiriş ilə Bakı şəhəri, Z.Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşaqları layihəsinin ümumi dəyəri 68.000.000 manat, müqavilənin tarixi 2007-ci il 7 yanvar, işin başlanma tarixi 2007-ci il 2 yanvar bitmə tarixi 2009-cu il 5 dekabr qeyd olunmuşdur.

14. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlarla təsdiq olunur ki, onun hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququ vardır. Tərəflər arasında 2007-ci il 7 yanvar tarixdə bağlanmış müqavilə üzrə müddət 2009-cu il 5 dekabr tarixdə bitmişdir. Yəni, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı 2009-cu il 6 dekabr tarixdə başlanmış, 2012-ci il 6 dekabr tarixdə isə başa çatmışdır. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə 2020-ci il 28 oktyabr tarixdə, yəni iddia müddəti başa çatdıqdan 7 il 10 ay sonra müraciət etmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-nin 372.2, 373.2, 375.2, 752.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 avqust tarixli, 2-2(103)-755/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Vidadi Məmmədov, hakimlər Azər Hüseynov və Vüsalə Baxışova).

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iş üzrə iddia müddəti keçdiyi üçün iddia təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə üzrə müddət 2009-cu il 5 dekabr tarixdə bitmiş, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı, yəni MM-in 373.2-ci maddəsində təsbit olunan 3 illik müddət 2009-cu il 6 dekabr tarixində başlamış, 2012-ci il 6 dekabr tarixində başa çatmış, iddiaç ı məhkəməyə iddia ərizəsi ilə 2020-ci il 28 oktyabr tarixində, iddia müddəti keçdikdən 7 il 10 ay sonra müraciət etmişdir.

19. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, MM-in 379.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına, 380.1ci maddəsində təsbit olunan iddia müddətinin axımının kəsilməsinə əsas təşkil edən hallar müəyyən edilmir. İddiaçı tərəfindən müəyyənləşdirilmiş qaydada iddia ilk dəfə 2018-ci ildə irəli sürülmüşdür, habelə cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər işin materialları ilə təsdiqini tapmır. Buna görə də iddia müddətinin axımı dayanmamış və kəsilməmişdir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 373.2, 375.2, 377.2, 379.1, 380.1, 380.2, 752.1-ci maddələrinə istinad etməklə əsasl andırmışdır.

21. İddiaçı tərəfindən kassasiya şikayəti verilərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 153.4, 373.2, 375.2, 380.1, 380.2-ci maddələrinin pozuntusu – 2018-ci ilin aprel ayından başlayaraq, məhkəmələrə eyni iddia tələbi ilə müraciət edilmiş, cavabdeh həmin məhkəmə araşdırmalarında iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməmiş, 680.00.000 pulun iddiaçıya ödənildiyini dəfələrlə bildirmişdir. Birinci instansiya məhkəməsində tikintinin gedişini əks etdirən 4 cilddən ibarət sənədlər məhkəməyə təqdim olunduqdan sonra cavabdeh 60.955.000 manatın ödənildiyini etiraf etmişdir. Bund an başqa, cavabdeh tərəfindən verilmiş 2010-cu il 25 noyabr tarixli layihənin tamamlanması barədə bildirişdə müqavilənin dəyərinin 68 milyon olması, 60.955.000 manatın iddiaçıya ödənilməsi, cavabdehin sübutlar qarşısında iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsi borcun etirafı kimi qiymətləndirilməlidir.

23. MM-in 377.3, 379.1.1-ci maddələrinin pozuntusu - 2006-cı il 1 iyun və 2007-ci il 22 fevral tarixli sifarişçi ilə podratçı arasında bağlanmış Razılıq müqavilələrində, 2007-ci il 22 fevral tarixli Razılıq müqaviləsində, 2008-ci il 19 sentyabr tarixli Əlavə Razılaşma №1 və 2009-cu il 15 may tarixli Əlavə Razılaşma №2-də müqavilənin icra müddəti müəyyənləşdirilməmişdir. Bundan başqa, 2009-cu il 24 dekabr tarixdə sifarişçi podratçıya məktubla müraciət edərək, maliyyə çətinliyi s əbəbindən müqavilənin dayandırıldığını bildirmişdir. Podratçı 2009-cu il 28 dekabr tarixli məktubla cavab verərək maliyyə çətinliyi üzündən müqavilənin dayandırılmasının bağlanmış müqavilənin 48-49-cu maddələrinə uyğun olmadığını, əgər müqavilə dayandırılırsa, görülmüş işlərin pulunu ödənilməli olduğunu bildirmişdir.

24. MM-in 379.1.1-ci maddəsinin pozuntusu - iddiaçı 2010-cu il 18 yanvar, 2012-ci il 6 dekabr, 2013-cü il 6 dekabr, 2014-cü il 29 aprel tarixlərdə cavabdehə, Nəqliyyat Nazirliyinə, digər təşkilatlara pulun ödənilməsi üçün müraciət etmişdir. Həmin müddətlərlə iddia müddətinin axımı dayandırılmışdır.

25. MM-in 398.1, 399.4, 443.1, 443.2-ci maddələrinin pozuntusu - Tərəflər müqavilənin bütün şərtləri barədə razılığa gəldikdən sonra müqavilə bağlanılmış və hər iki tərəf üçün yer inə yetirilməsi məcburi olmuşdur. Podratçı müqavilə üzrə öz öhdəliyini yerinə yetirsə də, sifarişçi tam şəkildə bu vaxta kimi öhdəliyini yerinə yetirməmişdir. 2015 və 2016-cı illərdə manat devalvasiyaya uğradığı üçün podratçının ziyan çəkməsinə səbəb olmuşdur. Zərərin məbləği isə 8.211.508 manat təşkil etmişdir. Müqavilənin müddətinin bitməsi borclunu öz öhdəliklərindən azad etmir.

26. MM-in 756.1, 760.2, 770, 776.2-ci maddələrinin pozuntusu - Podrat müqaviləsi üzrə iddia müddəti üçün işlərin podratçı tərəfindən təhvil verildiyi və sifarişçi tərəfindən qəbul edildiyi, yəni təhvil-təslim aktı qəbul olunduqdan sonra 5 illik iddia müddəti nəzərdə tutulmuşdur. Məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, tikintinin təhvil-təslim aktı olmamışdır. Əgər tikilmiş körpü və tunelin təhvil-təslim aktı yoxdursa, onda bu iş üzrə iddia müddətinin axımı başlamamışdır. Deməli, iddiaçı iddia müddətini də ötürməmişdir.

27. MPM-in 88-ci maddəsinin pozuntusu - Məhkəməyə 2009-cu il 28 dekabr, 2010-cu il 18 yanvar, 2012-ci il 6 dekabr, 2013-cü il 6 dekabr, 2014-cü il 29 aprel, 2017-ci il tarixli məktublar, Binəqədi rayon məhkəməsinin 2018-ci il 6 iyun, 2018-ci il 7 noyabr, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 may, 2019-cu il 7 noyabr, Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 24 yanvar, Bakı Apellyasiya İİK-nın 2019-cu il 6 sentyabr tarixli qərarlarının sübut kimi təqdim olunmasına baxmayaraq, həmin sübutlara qiymət verilməmişdir.

28. MPM-in 104.1-ci maddəsinin pozuntusu – məhkəmədə Şahid ifadəsinə və tikintiyə dair sənədlərin zahiri formasının təzə olmasına, yəni su basmış zirzəmidə məhv olmamasına qiymət verilməmişdir.

29. MPM-in 216.1, 263.1-ci maddələrinin pozuntusu - Bakı Kommersiya Məhkəməsində işə mahiyyəti üzrə baxılmasını, məhkəmə araşdırmaları zamanı cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini müzakirə olunmadığını məhkəmə nəzərə almamışdır. Əgər iddia müddətinin tətbiq edilməsi məsələsi araşdırılmış olsa idi, məhkəmə aktı qərardad formasında çıxarılmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 4 07-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). III. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələ bləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir....” Maddə

374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddia dan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

379. İddia müddəti axımının dayandırılması 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1. 2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə......” “Maddə

382. İddia müddətinin bərpası İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.” “Maddə

384. İddia müddətinin şamil edilmədiyi tələblər 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması h aqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; 384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər.” 34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 noyabr tarixli Qərarı: “... Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilm əsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üstüstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keç məsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı)...” Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, «…mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktu b, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər).

35. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasınd a işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları, həmçinin prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual pozuntulara yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iddia müddəti ilə bağlı iddiaçının dəlil ləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kollegiya iddiaçının həmin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır (bax yuxarıda § 18-19). Apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq qeyd edilməsini zəruri hesab edir ki, mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiqinə dair ərizə vermək hüququ var və bu hüquq onun borcu etiraf etməsi kimi dəyərləndirilməməlidir.

39. MM-nin 380-ci maddəsinin tələblərinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun 2018-ci il 28 noyabr tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən (bax yuxarıda §34) borcun qismən ödənilməsi borcun etirafı və iddia müddətinin axımının kəsilməsinə əsas olan hal hesab edilsə də, 2010-cu il 25 noyabr tarixli bildiriş tərəflər arasında bağlanmış müqavilənin yekunları ilə bağlı tərtib edilməklə, özündə iddia müddətinin axımının kəsilməsinə səbəb ola biləcək hər hansı bir əsas ehtiva etmir. Hətta sözügedən bildirişlə iddia müddətinin axımının kəsilməsi qəbul olunsa belə, iddia müddətinin axımının 2010-cu il 25 noyabr tarixindən başladığı halda da (iddiaçının məhkəməyə 2020-ci il 28 oktyabr tarixdə müraciət etməsi nəzərə alınmaqla) iddia müddəti ötürülmüş olacaqdır.

40. Qeyd edilənlərlə əlaqədar, işə baxan məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin “c avabdehin iddia müddətinin tətbiqinə dair ərizə verməsini, 2010-cu il 25 noyabr tarixli bildirişdə layihənin ümumi dəyərinin göstərilməsini və cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməsini cavabdehin iddianı etiraf etməsi”nə dəlalət edən hallar olması barədə dəlilləri ilə razılaşmır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, MM-in 776-cı maddəsində müəyyənləşdirilmiş müddət sifarişçinin icranın qüsuru barədə tələbinə münasibətdə müəyyənləşdirilmişdir və hazırkı halda podratçının podrat müqaviləsindən irəli gələn tələbləri ilə bağlı iddia müddəti ilə qarışdırılmamalıdır. Həmçinin, iddia müddətinin axımının dayandırılması əsasları MM-in 379-cu maddəsində təsbit edilmişdir (bax yuxarıda §33) və iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına, o cümlədən cavabdehə göndərilmiş məktublar iddia müdd ətinin dayandırılması üçün əsas ola bilməz.

42. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

43. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 avqust tarixli, 2-2(103)-755/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İ.M.Nağıyev Hakimlər: B.M.Məmmədli B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar