Məhkəmə qərarları › İş №2-2(102)-184/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-184/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-184/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi 17.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər X1 və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 noyabr tarixli, 2-2(103)-875/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ

1. Sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı MMC arasında bağlanmış 2018-ci il 20 fevral tarixli, 1708-FNX-001 saylı podrat müqaviləsinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı sifarişçinin Bakı şəhəri, Səbail rayonunda yerləşən “Cresent Development” tikinti obyektində təsdiq olunmuş layihəyə uyğun su izolyasiya işləri görməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəninə əsasən, görülmüş işlərə görə muzdun məbləği bu müqavilənin tərkib hissəsi olan əlavələrdə müəyyən edilir. Bu məbləğə Azərbaycan Respublikası qanunvericiliyi ilə tətbiq edilən bütün vergilər və digər məcburi ödənişlər, o cümlədən podratçı tərəfindən cəlb edilən işçi heyətinin vergiləri və digər məcburi ödənişləri daxildir və sifarişçi bu ödənişlərə görə heç bir məsu liyyət daşımır; 3.2-ci bəndinə əsasən, muzd haqqı görülmüş işlərin həcmi və keyfiyyəti sifarişçinin müvafiq Tikinti Departamenti tərəfindən təhvil-təslim aktı ilə təsdiqləndikdən sonra nağd və ya bank köçürməsi ödəniş yolu ilə ödənilir. Görülmüş işlərin həcmi sifarişçinin ölçmə qaydasına uyğun təyin olunur; 3.3-cü bəndinə əsasən, bütün işlər müvafiq sənəd və sertifikatlar podratçı tərəfindən təhvil verildikdən sonra təhvil alınacaq; 3.3.1-ci bəndinə əsasən, ümumi məbləğin 50 faizi müqavilə imzalandığı gündən ilkin avans şəklində ödənilməsi, daha sonra 40 faizi işin gedişatı zamanı, 10 faiz iş bitdikdən sonra və təhvil-təslim olduqdan sonra ödənilməsi nəzərdə tutulmuşdur. 5.1-ci bəndinə əsasən, müqavilə üzrə işlər tam həcmdə başa çatdırıldıqdan sonra, podratçı ilə sifarişçi arasında təhvil- təslim aktı imzalanır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 2. 2018-ci il 20 fevral tarixli, 1708-FNX-001 saylı podrat müqaviləsinə 1 mömrəli Əlavəyə əsasən, tərəflər arasında görüləcək işlərin dəyəri ƏDV daxil, cəmi 967.414,59 ABŞ dolları məbləğində təşkil edir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. Sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı MMC arasında bağlanmış 2018-ci il 9 noyabr tarixli, 1713-FNX-001 saylı işlərin görülməsi barədə müqaviləyə əsasən, həmin müqavilə ilə tərəflər sifarişçinin sifarişi əsasında icraçı tərəfindən izolyasiya işlərinin yerinə yetirilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilə ilə görüləcək işlərin ilkin siyahısı təsdiq olunmuş və dəyəri 923.626,16 manat məbləğində müəyyən edilmişdir.

4. Sifarişçi Ca vabdeh MMC ilə podratçı İddiaçı MMC arasında bağlanmış 2018-ci il 30 noyabr tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı sifarişçinin Bakı şəhəri, Səbail rayonunda yerləşən “Crescent Development” Landşaft tikinti obyektində təsdiq olunmuş layihəyə uyğun izolyasiya işləri görməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, görülmüş işlərə görə muzdun məbləği müqavilənin tərkib hissəsi olan Əlavələrdə müəyyən edilir. Bu məbləğə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tətbiq edilən bütün vergilər və digər məcburi ödənişlər, o cümlədən podratçı tərəfindən cəlb edilən işçi heyətinin vergiləri və digər məcburi ödənişləri daxildir və sifarişçi bu ödəniş lərə görə heç bir məsuliyyət daşımır; 5. 3.2-ci bəndinə əsasən, muzd haqqı görülmüş işlərin həcmi və keyfiyyəti sifarişçinin müvafiq Tikinti Departamenti tərəfindən təhvil-təslim aktı ilə təsdiqləndikdən sonra nağd və ya bank köçürməsi ödəniş yolu ilə ödənilir. Görülmüş işlərin həcmi faktiki ölçülərə uyğun təyin olunur; 6. 3.3-cü bəndinə əsasən, bütün işlər müvafiq sənəd və sertifikatlar podratçı tərəfindən təhvil verildikdən sonra təhvil alınacaq; 7. 5.1-ci bəndinə əsasən, müqavilə üzrə işlər tam həcmdə başa çatdırıldıqdan sonra, podratçı ilə sifarişçi arasında təhvil-təslim aktı imzalanır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 8. 2018-ci il 30 noyabr tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən tərəflər arasında görüləcək işlərin d əyəri ƏDV daxil, cəmi 46.703,87 manat məbləğində təşkil edir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. Sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı MMC arasında imzalanmış 2018-ci il 20 fevral tarixli, 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə 2018-ci il 19 yanvar-2018-ci il 20 iyun tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 2018-ci il 22 iyun tarixli akta əsasən, podratçı tərəfindən 540.902,75 ABŞ dolları dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. Sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı MMC arasında imzalanmış 2018-ci il 20 fevral tarixli, 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə 2018-ci il 20 iyun2019-cu il 10 yanvar tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 2019-cu il 6 fevral tari xli akta əsasən, podratçı tərəfindən 298.710,35 ABŞ dolları dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. Sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı MMC arasında imzalanmış 2018-ci il 9 noyabr tarixli, 17**-FC-*** saylı işlərin görülməsi barədə Müqavilə üzrə 2018-ci il 20 sentyabr-2019-cu il 6 fevral tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 2019-cu il 6 fevral tarixli akta əsasən, podratçı tərəfindən 282.893,58 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. Sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı MMC arasında imzalanmış 2018-ci il 30 noyabr tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə 2018-ci il 20 sentyabr-2019-cu il 6 fevral tarixli dövr üzrə yerinə yetirilən işlə rin qəbulu barədə 2019-cu il 6 fevral tarixli akta əsasən, podratçı tərəfindən 34.182,43 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. Sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı MMC arasında imzalanmış 2018-ci il 20 fevral tarixli, 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə 2019-cu il 10 yanvar-2019-cu il 10 noyabr tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 2019-cu il 26 noyabr tarixli akta əsasən, podratçı tərəfindən 28.203,6 ABŞ dolları dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. Sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı MMC arasında imzalanmış 2018-ci il 9 noyabr tarixli, 17**-FC-*** saylı işlərin görülməsi barədə müqavilə üzrə 2019-cu il 6 fevral-2019-cu il 10 noyabr ta rixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 2019-cu il 26 noyabr tarixli akta əsasən, podratçı tərəfindən 227.508,95 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. Sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı MMC arasında imzalanmış 2018-ci il 30 noyabr tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə 2019-cu il 8 aprel-2020-ci il 25 fevral tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 2020-ci il 25 fevral tarixli akta əsasən, podratçı tərəfindən 135.318,10 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. Hüquqi yardımın göstərilməsi haqqında 2021-ci il 23 aprel tarixli, 546 saylı müqaviləsinə əsasən, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil1 tərəfindən İddi açı MMC-yə göstərilən hüquqi yardım haqqının məbləği 2.500 manat müəyyən edilmişdir. 17. 2021-ci il 26 aprel tarixli ödəniş tapşırığına əsasən, İddiaçı MMC tərəfindən Vəkil1 2.500 manat məbləğində ödəniş edilmişdir. 18. 2018-ci il 30 noyabr tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə 2020-ci il 6 oktyabr tarixli, EBAQ seriyalı, 914861 saylı elektron qaiməyə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 135.318,10 manat, ƏDV daxil 159.675,36 manat məbləğində pul vəsaiti ödənilməlidir. 19. 2018-ci il 30 noyabr tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə EBAQ seriyalı, 915086 saylı, 2020-ci il 6 oktyabr tarixli elektron qaiməyə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 34.182,43 manat, ƏDV daxil 40.335,27 mana t məbləğində pul vəsaiti ödənilməlidir. 20. 2018-ci il 9 noyabr tarixli, 17**-FC-*** saylı işlərin görülməsi barədə müqavilə üzrə tərtib edilmiş 2020-ci il 6 oktyabr tarixli, EBAQ seriyalı, 913924 saylı elektron qaiməyə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 160.402,53 manat, ƏDV daxil 189.274,99 manat məbləğində pul vəsaiti ödənilməlidir. 21. 2018-ci il 20 fevral tarixli, 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə 2021-ci il 1 aprel tarixli, EBAZ seriyalı, 522434 saylı elektron qaiməyə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 84.268,47 manat, ƏDV daxil 99.436,79 manat məbləğində pul vəsaiti ödənilməlidir. 22. 2018-ci il 9 noyabr tarixli, 17**-FC-*** saylı işlərin görülməsi barədə müqavilə üzrə tərtib edilmiş 2021-c i il 1 aprel tarixli, EBAZ seriyalı, 522845 saylı elektron qaiməyə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 72.763,04 manat, ƏDV daxil 85.560,39 manat məbləğində pul vəsaiti ödənilməlidir. 23. 2018-ci il 30 noyabr tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsinə 02 saylı Əlavə üzrə 2021-ci il 1 aprel tarixli, EBAZ seriyalı, 523191 saylı elektron qaiməyə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 6645,59 manat, ƏDV daxil 7.841,80 manat məbləğində pul vəsaiti ödənilməlidir.

24. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2021-ci il 18 mart tarixli pretenziya məktubunda Cavabdeh MMC-dən yaranmış borcun 2021-ci il 31 mart tarixinədək ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

25. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (hazırki adı "xxxx" MMC, bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, əlavə dəyər vergisi ödənildikdən sonra 2018-ci il 20 fevral tarixli, 1708FNX-001 saylı podrat müqaviləsi (bundan sonra “1708 saylı müqavilə”) üzrə 84.268,47 manat, 2018-ci il 9 noyabr tarixli, 17**-FC-*** saylı podrat müqaviləsi (bundan sonra “1713 saylı müqavilə”) üzrə 203.165,57 manat, 2018-ci il 30 noyabr tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi (bundan sonra “1721 saylı müqavilə”) üzrə 176.146,12 manat olmaqla, cəmi 463.580,16 manat məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 100.000 manat məbləğində borcun, 31.940,67 manat məbləğində faizlərin, vəkilə ödənilmiş 2.500 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

26. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış bir sıra müqavilələr üzrə iddiaçı müqavilədə nəzərdə tutulmuş xidmətləri tam şəkildə cavabdehə təhvil verərək, bununla bağlı tərəflər arasında müvafiq təhvil-təslim aktları imzalansa da, cavabdeh müqavilə üzrə ödənişlərini tam şəkildə yerinə yetirməmişdir. Belə ki, 1708 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Cresent Development” tikinti obyektində təsdiq olunmuş layihəyə uyğun su izolyasiya işləri görməyi, cavabdeh isə bunun qarşılığında iddiaçıya razı laşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Lakin işlər təhvil verildikdən sonra cavabdehin iddiaçıya qeyd edilən müqavilə üzrə ƏDV-siz 84.268,47 manat borcu yaranmışdır. 27. 1713 saylı müqaviləyə əsasən, iddiaçı “Roundabout” tikinti proyekti üzrə təsdiq olunmuş layihəyə uyğun izolyasiya işləri görməyi, cavabdeh isə bunun qarşılığında iddiaçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Lakin işlər təhvil verildikdən sonra cavabdehin iddiaçıya qeyd edilən müqavilə üzrə ƏDV-siz 203.165,57 manat borcu yaranmışdır. 28. 1721 saylı müqaviləyə əsasən iddiaçı “Onshore Landscaping” tikinti proyekti üzrə təsdiq olunmuş layihəyə uyğun izolyasiya işləri görməyi, cavabdeh isə bunun qarşılığında iddiaçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Lakin işlər təhvil verildikdən son ra cavabdehin iddiaçıya qeyd edilən müqavilə üzrə ƏDV-siz 34.182,43 manat borcu yaranmışdır. 29. 1721 saylı müqaviləyə 2 saylı əlavəyə əsasən, iddiaçı “X3” tikinti proyekti üzrə təsdiq olunmuş layihəyə uyğun izolyasiya işləri görməyi, cavabdeh isə bunun qarşılığında iddiaçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Lakin işlər təhvil verildikdən sonra cavabdehin iddiaçıya qeyd edilən müqavilə üzrə ƏDV-siz 141.963,69 manat borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçıya müqavilələr üzrə ümumilikdə ƏDV-siz 176.146,12 manat borcu yaranmışdır. Qeyd edilən müqavilələr üzrə iddiaçı tərəfindən müqavilə öhdəlikləri tam, vaxtında yerinə yetirilmiş, işlər müvafiq qaydada təhvil verilmişdir. Cavabdehə 2021-ci il 18 mart tarixində elektron vergi kargüzarlıq sistemi vasitəsilə müvafiq pre tenziya məktubu göndərilsə də, cavabdeh borcunu ödəməmişdir.

30. İddiaçı hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi üçün hüquqi yardıma görə, vəkilə 2.500 manat və iddia ərizəsinin məhkəməyə verilməsinə görə dövlət rüsumu kimi dövlət büdcəsinə 30 manat məbləğində pul ödəmişdir.

31. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 1708 saylı müqavilə üzrə ƏDV xaric 84.268,47 manat, 1713 saylı müqavilə üzrə ƏDV xaric 103.165,57 manat, 1721 saylı müqavilə üzrə 176.146,12 manat olmaqla, cəmi 363.580,16 manat məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 100.000 manat məbləğində pul vəsaitinin, 25.050,7 manat məbləğində faizlərin, vəkilə ödənilmiş 2.500 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

32. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1, 21.2, 442, 443.1, 443.2, 449.1, 449.2-ci maddələrinə istinad etmişdir.

33. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 sentyabr tarixli, e-2-2(113)2260/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 1708 saylı müqavilə üzrə ƏDV xaric 84.268,47 manat, 1713 saylı müqavilə üzrə ƏDV xaric 103.165,57 manat, 1721 saylı müqavilə üzrə ƏDV xaric 176.146,12 manat, cəmi ƏDV xaric 363.580,16 manat məbləğində əsas borc, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərclərin əvəzi olaraq 1.500 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ö dənilməsi qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur (hakim L.Əliyeva).

34. Birinci instansiya məhkəməsi işin göstərilən hallarına istinadla müəyyən etmişdir ki, tərəflər arasında 1708 saylı, 1713 saylı və 1721 saylı müqavilələr bağlanmışdır. İddiaçı cavabdeh tərəfindən sifariş edilmiş işləri görərək göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh görülmüş işlərin dəyərini ödəməməklə həmin müqavilələr üzrə öhdəliklərini pozmuş, nəticədə 1708 saylı müqavilə üzrə ƏDV xaric 84.268,47 manat, 1713 saylı müqavilə üzrə ƏDV xaric 103.165,57 manat, 1721 saylı müqavilə üzrə ƏDV xaric 176.146,12 manat, cəmi ƏDV xaric 363.580,16 manat məbləğində borc yaranmışdır.

35. İddiaçının hesablanmış 25.050,7 manat məbləğində faizlərin tutulması tələbinə müna sibətdə məhkəmə qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı MM-in 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən MM-in 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur.

36. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, faizlərin tutulması tələbinə dair hissədə iddia əsassız olduğundan rədd edilməlidir.

37. İddia tələbinin əldən çıxmış faydaya görə 100.000 manat məbləğində pulun tutulması hissəsinə gəldikdə məhkəmə MM-nin 21 və 443.4-cü maddələrininr tələblərini əsas götürərək qeyd etmişdir ki, əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İşin materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı adi mülki dövriyyə şəraitində gəlir əldə edə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Odur ki, həmin hissədə də iddia rədd edilməlidir.

38. Məh kəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğu nəzərə alınaraq, vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 1.500 manat məbləğində pulun tutulması ağlabatan hesab olunmuşdur.

39. Məhkəmə gəldiyi nəticəni MM-in 21, 385.1, 442, 443.1, 443.4, 448.1, 449.1, 752.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2009-cu il 9 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

40. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətiqdə onun qismən ləğv edilməsini və cavabdehdən ümumilikdə 63.314 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icr aat

41. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 fevral tarixli, 2-2(103)-128/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunduğu hissədə qismən ləğv edilərək, iddia cavabdehdən iddiaçının xeyrinə 181.138,02 manat borcun tutulması hissəsində təmin olunmamış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və V.Məmmədov).

42. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırda iş üzrə qəbul edilmiş qətnamə cavabdehdən iddiaçının xeyrinə podrat müqavilələri üzrə əsas borcun və məhkəmə xərclərinin tutulması ilə bağlı hissədə qismən mübahisələndirilir. Əsas borc 62.804 manat hissədə cavabdeh tərəfindən qəbul edilmişdir.

43. İşdəki “Yerinə yetirilmiş işlərin qəbulu haqqında” 2020-ci il 25 fevral tarixli akta və işə apellyasiya qaydasında baxılarkən tərəflərin izahatlarına əsasən müəyyən olunmuşdur ki, 1721 saylı müqaviləyə 2019-cu il 1 aprel tarixində Əlavə edilmiş, həmin Əlavə məhkəməyə təqdim olunmasa da, qeyd edilən əlavə üzrə 135.318,10 manat işlərin görüldüyü cavabdeh tərəfindən təsdiq edilmişdir.

44. İddiaçı tərəfindən işə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş 2022-ci il 21 yanvar tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən podrat müqavilələri üzrə ƏDV-siz cəmi 1.972.749,47 manat ödəniş həyata keçirilmişdir. Cavabdeh tərəf ödənilmiş vəsaitin ƏDV-siz məbləğin 1.972.749,47 manatdan artıq olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, bu məbləği mübahisələndirməmişdir. Forma 2 aktları əsasında təhvil alınmış işlərin ümumi dəyərindən ödənilmiş məbləğ çıxıldıqda (2.155.191,35-1.972.749,47=182.441,88) məhkəmə tərəfindən cavabdehin qəbul edilmiş işlərə görə borc qalığının 182.441,88 manat məbləğində olduğu müəyyən olunur. Buna görə də həmin məbləğin cavabdehdən tutulmasına dair birinci instansiya məhkəməsinin MM-in 385.1, 752.1-ci maddələrinə istinad edərək iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

45. Cavabdehdən iddiaçının xeyrinə tutulmuş 181.138,28 manat borc məbləği ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma aparılaraq müəyyən olunmuşdur ki, tələb olunan bu borcla bağlı işlərin cavabdeh tərəfindən qəbul edilməsi barədə Forma 2 aktları mövcud olmadığı halda iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2.336.329,63 manat dəyərində işlərin görüldüyünə dair elektron qaimə göndərilmişdir. İddiaçı iddia etmişdir ki, işlərin görülməsi barədə Forma 2 aktları iddiaçı tərəfindən təsdiq edilərək cavabdehə göndərilmiş, lakin cavabdeh tərəf həmin aktları təsdiq etməmişdir. İşə birinci instansiya qaydasında baxılarkən elektron kabinet vasitəsilə məhkəməyə göndərilmiş üzərində imza və möhürlər olmayan Forma 2 aktlarından görünür ki, 1713 saylı müqavilə üzrə 2020-ci il 24 dekabr tarixli akta əsasən, 85.860,39 manat (72.763,04 manat+13.097,35 manat ƏDV), 1721 saylı müqaviləyə 2019-cu il 1 aprel tarixli Əlavə üzrə 2020-ci il 24 dekabr tarixli akta əsasən, 7.841,79 manat (6.645,59 manat+1.196,21 manat), 1708 saylı müqavilə üzrə 120.040,78 manat (101.729,48 manat+ 18.311,31 manat ƏDV) dəyərində iddiaçı tərəfindən görüldüyü iddia edilən işlərin qəbulu aktları nə iddiaçı, nə də cavabdeh tərəfindən təsdiq olunmamışdır. Təsdiq edilməsi üçün cavabdehə göndərilmiş Forma 2 aktlarının iddiaçının özü tərəfindən də təsdiq olunmadığı müəyyən edilmişdir.

46. İddiaçının təqdim etdiyi 2022-ci il 21 yanvar tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən təsdiq edilməmiş 3 ədəd Forma 2 aktı ilə bağlı elektron qaimələr cavabdehə 2021-ci il 1 aprel tarixində, yəni borcun ödənilməsi ilə bağlı 2021-ci il 18 mart tarixli pretenziya məktubu göndərildikdən sonra göndərilmişdir. Cavabdehin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən bütün görülmüş işlərin Forma 2 aktları ilə qəbul edildiyini, Forma 2 aktı olmayan işlərin təhvil verilmədiyini bildirmişdir. İşə apellyasiya qaydasında baxılarkən tərəflərin nümayəndələri ilə iş üzrə məhkəmə ekspertizası təyin edilməklə mübahisəli işlərin həqiqətən görülüb-görülmədiyinin müəyyən olunmasının mümkünlüyü məsələsi müzakirə edilmiş, nümayəndələr podratçının icra etdiyi işlərin xarakterinə görə (izolyasiya işləri) ümumi iş həcminin ekspertiza keçirilməklə müəyyənləşdirilməsinin mümkün olmadığını bildirmişdirlər.

47. İddiaçının nümayəndəsi apellyasiya instansiyası məhkəməsinə izahat verərkən bildirmişdir ki, görülmüş iş həcmi Forma 2-lərdən əlavə cavabdeh tərəfindən Adnan Köse adlı layihə rəhbərinin imzası ilə təsdiq edilmiş, bir hissəsi birinci instansiya məhkəməsinə təqdim edilmiş arayışlarla da təsdiq olunur. İşə birinci instansiya qaydasında baxılarkən işin materiallarına əlavə olunmuş və əslləri apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş, üzərində Adnan Kösenin imzası olan arayışlara əsasən, 2020-ci ilin fevral ayınadək görülmüş işlərin dəyəri 2.159.355,52 manat (868.475,39 ABŞ dolları (1.476.408,1 manat)+12.780 manat və 51.664,58 ABŞ dolları (100.609,7 manat)+561.231,88 manat+21.105,84 manat) təşkil etmişdir.

48. Cavabdeh tərəf Adnan Köse adlı şəxsin sifarişçinin adından müqavilə üzrə öhdəliyin icrasını qəbul etmək səlahiyyəti olmadığını göstərərək onun imzası ilə təsdiq edilmiş hər hansı sənədin işlərin görülməsini təsdiq edən sübut kimi qəbul olunmasına etiraz etmişdir.

49. İddiaçının istinad etdiyi üzərində Adnan Köse adlı layihə rəhbərinin imzası olduğu iddia edilən arayışlar möhürlə təsdiq edilmədiyindən və imzanın həmin şəxsə aid olduğunu müəyyənləşdirmək mümkün ol madığından, dəyəri tələb edilən işlərin görüldüyünü təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Bundan başqa, əgər həmin sənədlərdəki imzaların Adnan Köseyə məxsus olduğu təsdiq edilmiş olsaydı belə, layihə rəhbərinin cavabdehin adından görülmüş işi qəbul etməyə səlahiyyəti olduğuna dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, həmin sənədlər cavabdehdən hər hansı məbləğin tutulması barədə nəticəyə gəlmək üçün əsas ola bilməz.

50. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq işlərin sifarişçi tərəfindən qəbulu hesabatlar və ya arayışlarla deyil, təhvil-təslim aktları ilə rəsmiləşdirilməli olduğundan və işin hallarından da göründüyü kimi, müqavilənin tələblərinə uyğun olaraq görülmüş işlər cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun Forma 2 aktları ilə qəbul edildiyindən, iddiaçının Forma-2 aktları təsdiq olunmamış işlərə görə ödəniş tələb etməsi və cavabdehə həmin işlərlə bağlı elektron qaimələr göndərməsi əsassız olmuşdur.

51. Tərəflər arasında razılaşdırılmış smetalar üzrə cəmi görülməli olan işlərin ƏDVsiz dəyəri müqavilələrə əlavələrə əsasən, 2020-ci il 25 fevral tarixli Forma 2 aktı da nəzərə alınmaqla, cəmi 1.777.477,08 manat (819.845,40+782.734,03+39.579,55 manat +135.318,10 manat) təşkil etmişdir. İddiaçının görüldüyü iddia edilən əlavə işlərlə bağlı sifarişlər verilməsi, müqavilələrə əlavə və dəyişikliklər olunması, smetaya əlavələr edilməsi barədə məhkəməyə sübutlar təqdim olunmamışdır.

52. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 433.1, 433.2-ci maddələrinə və MPM-in 14.2, 77.1, 89.3, 119.3, 3 72.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

53. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv olunaraq, iddia tələbinin həmin hissədə tam təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 iyul tarixli, 2-2(102)-476/2022 saylı qərarına əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən-əsas borcun təmin edilməyən hissəsində ləğv olunmuş, iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilmişdir (məruzəçi hakim İ.Dadaşov, hakimlər B. Məmmədli və A.Abbasov).

55. Kassasiya instansiyası məhkəməsi iş üzrə qətnamənin mübahisələndirilən hissəsində ( 181.138,02 manat borcun tutulması hissəsində) apellyasiya instansiyası məhkəməsinin sübutların düzgün qiymətləndirilməməsi nəticəsində gəldiyi qənaət ilə razılaşmamış və qeyd etmişdir ki, birinci instansiyası məhkəməsində icraat zamanı məhkəməyə təqdim edilmiş 2021-ci il 25 iyun tarixli barışıq sazişi ilə tərəflər arasında bağlanmış podrat müqavilələri üzrə görülmüş işlərin müqabilində ödənilməli olan əsas borc məbləğinin 420.000 manat olması, həmin borc məbləğinin 200.000 manat hissəsinin saziş imzalandığı gündən sonrakı ayın 15-nə qədər, qalan 220.000 manatlıq hissəsinin isə 10 ay ərzində ödənilməsi barədə razılığa gəlinmişdir.

56. Qeyd edilən barışıq sazişinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsindən asılı olmayaraq, sazişdə cavabdeh tərəfindən aralarında bağlanmış podrat müqavilə ləri üzrə ödənilməli olan əsas borc məbləğinin 420.000 manat olması barədə borcun etirafı vardır və apellyasiya məhkəməsi isə iş üzrə yekun nəticəyə gələrkən cavabdeh tərəfindən məhkəmə gedişində ödənilməli olan əsas borc məbləğinin 420.000 manat olmasının etirafına ümumiyyətlə qiymət verməmiş, nə üçün qəbul etmədiyini əsaslandırmamış, bu etirafı iş üçün əhəmiyyətli olan digər faktlar və sübutlarla birlikdə araşdırmamış, həmin sazişdən sonra cavabdehin hətta 100.000 manat məbləğində ödəniş etməsinə əhəmiyyət verməmiş, ona sübutlardan biri olaraq, mübahisənin həlli üçün əhəmiyyətli olmasına baxmayaraq ona müvafiq hüquqi qiymət verməmiş, beləliklə, işdəki sübutların qiymətləndirilməsində səhvə yol verilmişdir.

57. Məhkəmə tərəfindən, həmçinin podratçıya, sifariş olunmuş işlərin əsas sifarişç i tərəfindən qəbul olunması, sifariş olunmuş işə görə podratçıya müəyyən məbləğdə pul vəsaiti ödənilməsi, podratçı tərəfindən işin qüsurla yerinə yetirilməsi və ya yarımçıq yerinə yetirilməsi barədə sifarişçinin heç bir irad bildirmədiyi və podrat müqaviləsindən imtina etmədiyi kimi hallara da müvafiq hüquqi qiymət verilməmişdir.

58. Apellyasiya məhkəməsi tərəflər arasındakı münasibətlərin podrat müqavilələri əsasında əmələ gəldiyini qeyd etsə də, mübahisəni həll edərkən MM-in podrat münasibətlərini tənzimləyən konkret normalarına istinad etməmiş, iddianı qismən rədd edərkən tətbiq olunmalı olan normanı qeyd etməmişdir.

59. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, işə yenidən baxılarkən qeyd olunan nöqsanlar aradan qaldırılmalı, iddiaçının verilmiş sifariş üzrə icra etdiyi işlərin həcmi müəyyən edilməli, yerinə yetirilmiş işlərə görə həyata keçirilmiş ödənişlərin faktiki görülmüş işlərə uyğun olub-olmadığına qiymət verilməli, işləri görmədiyi halda cavabdehin, iddiaçıya ödənilməmiş borc məbləğinin 420.000 manat məbləğində olmasına dair borcun faktiki etirafına dair müəssisələrin rəsmi möhürləri və rəhbərlərinin imzaları ilə təsdiq olunmuş 2021-ci il 25 iyun tarixli sazişin tərtib edilmə səbəblərinə aydınlıq gətirilməli, sifarişçi tərəfindən işlərin qüsurla yerinə yetirilməsinə dair hər hansı iradların bildirilib-bildirilmədiyi aydınlaşdırılmalı, tərəflər arasındakı podrat müqaviləsi üzrə münasibətlərə onları tənzimləyən maddi hüquq normaları tətbiq edilməli, nəticə olaraqsa mübahisənin qanuni həlli təmin olunmalıdır.

60. Kassasiya instansiyası məhkəməsi gə ldiyi nəticəni MM-in 752, 770-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarına, MPM-in 77.1, 88, 416.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

61. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 noyabr tarixli, 2-2(103)-875/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim M.Tağızadə, hakimlər A. Oruczadə və X.Cəmilova).

62. Apellyasiya instans iyası məhkəməsi işin § 1-19-da göstərilən hallarına MM-in 385.1, 442, 443.1, 448.1, 752.1, 752.2, 756.1, 759.1, 759.2-ci maddələrinin tələbləri baxımından qiymət verərək belə qənaətə gəlmişdir ki, iddiaçı podrat müqavilələrinə əsasən gördüyü işlərin dəyərinin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olduğundan podrat müqavilələri üzrə cəmi 363.580,16 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır.

63. Belə ki, hazırkı iş üzrə iddiaçı tərəflər arasında bağlanmış podrat müqavilələrinin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirərək, müvafiq işləri görmüşdür. Eyni zamanda sifarişçi, yəni cavabdeh bunun qarşılığında mülki qanunvericiliyin müvafiq maddələrində nəzərdə tutulan hallara uyğun olaraq podrat müqaviləsinə vaxtından əvvəl xitam verməmiş, iddiaçı tərə findən görülmüş işlərin qüsurlu olması və ya həmin işlərdən narazı olması barədə iradə ifadəsini bəyan etməmiş, podratçı tərəfindən görülmüş işləri qəbul etmişdir. Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilə öhdəliklərini yerinə yetirməmiş, görülmüş işlərin müqabilində iddiaçıya müqavilədə nəzərdə tutulmuş pul məbləğini ödəməmişdir.

64. Digər tərəfdən, işin materiallarında olan 2021-ci il 25 iyun tarixli barışıq sazişinə əsasən, tərəflər aralarında bağlanmış podrat müqavilələri üzrə görülmüş işlərin müqabilində ödənilməli olan əsas borc məbləğinin 420.000 manat olması, həmin borc məbləğinin 200.000 manat hissəsinin saziş imzalandığı gündən sonrakı ayın 15-nə qədər, qalan 220.000 manatlıq hissəsinin isə 10 ay ərzində ödənilməsi barədə razılığa gəlmişlər. Barışıq sazişi tər əflərin imzaları və möhürləri ilə təsdiq olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən borc məbləğinin 420.000 manat olması etiraf edilmişdir.

65. Eyni zamanda, işin hazırkı apellyasiya icraatı zamanı cavabdehin vəkili Vəkil2 tərəfindən təqdim olunmuş məlumatdan, ödəniş tapşırığı, elektron qaimə və hesabdan çıxarışdan müəyyən edilmişdir ki, hazırkı məhkəmə icraatının gedişində cavabdeh tərəfindən iddiaçıya 10.000, 50.000 və 100.000 manat olmaqla, ümumilikdə 160.000 manat məbləğində pul vəsaiti ödənilmişdir.

66. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişi və göstərilən sənədlər həm cavabdeh tərəfindən podratçının gördüyü işlərin qəbul olunmasını, həm də iddiaçının müqavilələr əsasında gördüyü işlərə görə haqlı olaraq pul tələb etdiyini təsdiqləmi şdir.

67. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarına, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir.

68. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, şikayətdə göstərilən xüsusatların araşdırılması üçün işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏ Rİ a) Kassasiya şikayətinin dəlilləri

69. MM-in 390.1-ci maddəsinin tələbi pozulmuşdur-məhkəmə tərəflər arasında bağlanmış müqavilələrin 3.2, 5.1 və 6.1-ci bəndlərinin tələblərini və işlərin tam şəkildə görülməsinin məhz müqavilələrin bu bəndlərində nəzərdə tutulmuş sübutlar əsasında təsdiq edilməli olduğunu nəzərə almamışdır.

70. MM-in 752.1-ci maddəsinin tələbi pozulmuşdur-tərəflər arasında bağlanmış müqavilələrin 5.1-ci bəndinə əsasən, müqavilə üzrə işlər tam başa çatdırıldıqdan sonra, podratçı və sifarişçi arasında təhvil-təslim aktı imzalanır. İşlər müqavilə tələblərinə uyğun olaraq tamamlandıqdan sonra sifarişçi təhvil-təslim aktını təsdiq edir. Müqavilələrin 3.2-ci bəndinə görə, muzd haqqı görülmüş işlərin həcmi və keyfiyyəti sifarişçinin müvafiq Tikinti Departamenti tərəfindən təhv il-təslim aktı ilə təsdiqləndikdən sonra nağd və ya bank köçürməsi ödəniş yolu ilə ödənilir. Görülmüş işlərin həcmi sifarişçinin ölçmə qaydasına uyğun təyin olunur. İddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il 21 yanvar tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən podrat müqavilələri üzrə ƏDV-siz cəmi 1.972.749,47 manat ödəniş həyata keçirilmişdir. Forma 2 aktları əsasında təhvil alınmış işlərin ümumi dəyərindən ödənilmiş məbləğ çıxıldıqda (2.155.191,351.972.749,47=182.441,88) qəbul edilmiş işlərə görə borc qalığının 182.441,88 manat məbləğində olduğu müəyyən olunur.

71. Apellyasiya instansiyası məhkəməsi isə heç bir sübuta əsaslanmadan borc məbləğini 363.580,16 manat həcmində müəyyən etmişdir. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, “hazırkı iş üzrə iddiaçı tərəflər arasında bağlanmış podrat müqavilələrinin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirərək, müvafiq işləri görmüşdür. Eyni zamanda sifarişçi, yəni cavabdeh bunun qarşılığında mülki qanunvericiliyin müvafiq maddələrində nəzərdə tutulan hallara uyğun olaraq podrat müqaviləsinə vaxtından əvvəl xitam verməmiş, iddiaçı tərəfindən görülmüş işlərin qüsurlu olması və ya həmin işlərdən narazı olması barədə iradə ifadəsini bəyan etməmiş, podratçı tərəfindən görülmüş işləri qəbul etmişdir”. Lakin, bu mövqe tərəflər arasında bağlanmış müqavilənin yuxarıda sadalanan 3.2 və 5.1-ci bəndlərinin tələblərinə ziddir.

72. İşin materiallarında iddiaçının cəmi 2.155.191,35 manat həcmində iş görməsinə dair, eyni zamanda cavabdeh tərəfindən 1.972.749,47 manat həcmində ödənişlər edilməsinə dair sübu tlar mövcuddur. Bu halda isə cavabdehin borcu iş materiallarında olan sübutlar əsasında 182.441,88 manat təşkil etməlidir.

73. MM-in 767.2-ci maddəsinin tələbi pozulmuşdur-tərəflər arasında bağlanmış müqavilələrin 6.1-ci bəndində nəzərdə tutulmuşdur ki, podratçı işlərin gedişatı barədə həftəlik hesabatları tərtib edib iş həftəsindən sonrakı həftənin ikinci iş günündən gec olmayaraq sifarişçiyə işlərin gedişini əks etdirən fotoşəkillər, işlərin görülməsi sahəsinə gətirilmiş materiallar və materialların təchizatçı üçün verilmiş sifarişlərin yerinə yetirilməsi vəziyyəti, hesabat həftəsi ərzində çəkilmiş xərclər və yerinə yetirilmiş işlərin qiyməti, yoxlama və sınaq işləri üzrə əks olunan hesabat təqdim etməlidir. Lakin iddiaçı tərəfindən məhkəməyə nəinki müqavilənin 6.1-ci bəndində göstərilən hesabatın cavabdehə verilməsi barədə, həmin hesabatda göstərilməli olan məlumatların, sənədlərin (işlərin gedişatını əks etdirən fotoşəkillər, işlərin görülməsi sahəsinə gətirilmiş materiallar və materialların təchizatçı üçün verilmiş sifarişlərin yerinə yetirilməsi vəziyyəti, çəkilmiş xərclər və yerinə yetirilmiş işlərin qiyməti, yoxlama və sınaq işləri üzrə hesabatlar) mövcudluğuna dair heç bir sübut təqdim olunmamışdır. Məhkəmə qeyd olunan maddi hüquq normasını tətbiq etməmişdir.

74. MPM-in 14.1-ci maddəsinin tələbi pozulmuşdur- apellyasiya instansiyası məhkəməsi müqavilə üzrə işlərin lazımi kəmiyyətdə və həcmdə yerinə yetirilibyetirilməməsini araşdırmamış, bu halı müəyyən etmək üçün xüsusi biliyə malik olan ekspert və ya mütəxəssis cəlb etməmişdir. Halbuki, hazırki iş üzrə mübahisən in əsasını iddiaçının müqavilələr üzrə işləri tam həcmdə yerinə-yetirib yetirməməsi təşkil edir. Bu hal müqavilələrin tələblərinə əsasən, yalnız təhvil-təslim aktları ilə müəyyən edilə bilərdi. İddia tərəfi guya cavabdehin sonuncu təhvil-təslim aktlarını imzalamaqdan imtina etdiyini, cavabdeh tərəf isə iddia tərəfinin izolyasiya işlərini həmin hissədə bitirmədiyini bildirir. Belə olan halda məhkəmə mütləq şəkildə bu halı araşdırmaq üçün ekspertiza təyin etməli idi.

75. MPM-in 78.2 və 88-ci maddələrinin tələbləri pozulmuşdur- Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 iyul tarixli, 22(102)-476/2022 saylı Qərarında (bax yuxarıda - §56) göstərişlər qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə yalnız 2021-ci il 25 iyun tarixli barışıq sazişinə i stinad edərək, sazişin hansı səbəbdən tərtib edilməsini aydınlaşdırmamış və bu sazişi borcun cavabdeh tərəfindən 420.000 manat həcmində etiraf etməsi kimi qiymətləndirmişdir. İlk növbədə nəzərə almaq lazımdır ki, iddiaçı 2021-ci il 25 iyun tarixli barışıq sazişinin 1-ci bəndini pozaraq, təqdim etdiyi elektron qaimələri ləğv etməmiş, onlara əlavə və düzəlişlər də etməmişdir. Sazişin 10 və 11-ci bəndinə əsasən isə barışıq sazişi Bakı Kommersiya məhkəməsi tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Lakin, nə iddiaçı, nə də cavabdeh barışıq sazişinin təsdiq olunmasını Bakı Kommersiya Məhkəməsindən xahiş etməmişdirlər. Məhkəmə borcun tərəflər arasında bağlanmış barışıq sazişi əsasında 420.000 manat olmasını müəyyən etsə də, saziş bağlanandan 1 ay sonra cavabdeh tərəfindən 2021-ci il 29 iyul tari xində 100.000 manat ödəniş edilməsini nəzərə almamışdır.

76. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə əsasən, sazişin tərtib edilmə səbəbləri araşdırılmamışdır. Halbuki, müqavilələrdən də göründüyü kimi, işlər “Crescent Development” Landşaft tikinti obyektində yerinə yetirilməli idi. 2021-ci il 21 may tarixində "xxxx" MMC, Cavabdeh MMC və "xxxx" MMC arasında bağlanmış üçtərəfli müqavilə əsasında "xxxx" MMC-yə təhvil verilmişdir. İddia tərəfi 2021ci il 25 iyun tarixli Barışıq sazişini imzalayarkən "xxxx" MMC-yə işlərin tam şəkildə görüldüyünü və 420.000 manat qalıq qaldığını sübut edəcəyini bildirərək, belə bir sazişin bağlanmasına nail olmuşdur. Bu saziş əsasında pul vəsaiti "xxxx" MMC tərəfindən cavabdehə və sonradan iddiaçıya ödənilməli idi.

77. Lakin iddiaçı 420.000 manat borc olmasını sübut edə bilməmiş və sonradan “Crescent Development” Landşaft tikinti obyektində işlərin bitirilməsi üçün "xxxx" MMC ilə yeni müqavilə bağlanmışdır. Bundan xəbər tutduqdan sonra cavabdeh barışıq sazişinin məhkəmə qadasında təsdiq olunmasından imtina etmişdir. İddiaçı ilə "xxxx" MMC arasında həmin layihəyə dair bağlanmış müqavilələrin əldə edilməsi üçün "xxxx" MMC-yə cavabdeh tərəfindən vəkil sorğusu göndərilmiş və müqavilələr barədə məlumat verilməsi xahiş edilmişdir. Paşa İnşaat MMC tərəfindən şifahi olaraq bildirilmişdir ki, “Crescent Development” Landşaft tikinti obyekti ilə bağlı izolyasiya işlərinin görülməsi üçün iddiaçı ilə müqavilələr bağlanmış, lakin həmin müqavilələr barədə rəsmi məlumat yalnız məhkəmə sorğusu əsasında verilə bilər. Bu barədə sonuncu məhkəmə iclasında cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə müraciət edilmiş və sübut əldə etmək mümkün olmadığından məhkəmənin sorğu verilməsi xahiş olunmuşdur. Lakin, cavabdehin vəsatəti MPM-in 78.2-ci maddəsinə zidd olaraq təmin edilməmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl etməmiş və işi tam və obyektiv şəkildə araşdırmamışdır. Məhkəmə qətnaməsində işin gedişi zamanı 160.000 manat cavabdeh tərəfindən pul vəsaiti ödənildiyi qeyd olunsa da, məhkəmə nədənsə bu məbləği iddia edilən məbləğdən çıxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

78. İddiaçı tərəfindən verilmiş, kassasiya şikayətinə qarşı etirazda göstəri lmişdir ki, podrat müqaviləsinə əsasən podratçı işi yerinə yetirmək, sifarişçi isə onu qəbul etmək vəzifəsi daşıyır. Əgər sifarişçi işi müəyyən edilmiş müddətdə qəbul etməmişdirsə, o işi qəbul etmiş hesab olunur. Qanunverici podrat münasibətlərini tənzimləyən normaların heç birində podratçının yerinə yetirdiyi işi sifarişçiyə təhvil vermək vəzifəsini müəyyən etmir. Əgər podratçı işi vaxtında və tam keyfiyyətlə yerinə yetirmirsə qanunda sifarişçi üçün müəyyən hüquqi imkanlar müəyyənləşdirilir.

79. İddiaçı MM-in 759.1, 763.1 və 765-ci maddələrinə istinad etmişdir. Sifarişçi hesab edirsə ki, podratçı işi vaxtında, tam və keyfiyyətlə yerinə yetirməmişdir, onda həmin halları sübut etmək vəzifəsi istinad olunan maddi hüquq normalarına əsasən sifarişçinin üzərinə düşür. Podratçıya sifariş olunmuş iş əsas sifarişçi tərəfindən qəbul olunmuş, sifariş olunmuş işə görə podratçıya müəyyən məbləğdə pul vəsaiti ödənilmiş, sifarişçi podratçı tərəfindən işin qüsurla yerinə yetirilməsi və ya yarımçıq yerinə yetirilməsi barədə heç bir irad bildirməmiş və podrat müqaviləsindən imtina etməmişdir. Sifariş üzrə görülmüş işlər barədə göndərilmiş elektron qaimələrin qəbul edilməsi, həmin qaimələr əsasında müvafiq işin təhvil alınması, bu barədə müvafiq aktların tərtib olunması cavabdehdən asılı olduğuna görə cavabdehin bunu etməməsi heç də həmin işlərin iddiaçı tərəfindən yerinə yetirilməməsinə dəlalət etmir. Çünki cavabdeh işlərin yerinə yetirilməməsi və ya qüsurla, keyfiyyətsiz yerinə yetirilməsi ilə bağlı heç bir sübut təqdim etməmiş, sadəcə müvafiq sənədləri tərtib etməməklə görülmüş işlərin də yərini ödəməkdən əsassız olaraq imtina etmişdir.

80. Kassasiya şikayətində müqavilənin 5-ci bəndinin bir hissəsinə istinad olunsa da, həmin bəndin ikinci hissəsinin məhkəmədən gizlədilməsinə cəhd edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 5.1-ci bəndinin məzmunu kassasiya şikayətində göstərdiyi kimi deyildir. Məhkəmənin qətnamədə müqavilənin 5.1-ci bəndinin məzmunu kimi göstərilən birinci cümlə müqavilədə olduğu kimi əks olunsa da, həmin bənddə “işlər müqavilə tələblərinə uyğun olaraq tamamlandıqdan sonra sifarişçi təhvil təslim aktını təsdiq edir” cümləsi həmin bənddə nəzərdə tutulmamışdır. Görünür ki, kassasiya şikayəti tərtib olunarkən şikayətdə göstərilən müqavilə mətnlərinə deyil, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ləğv etdiyi Bakı A pellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 fevral tarixli, 2-2(103)-128/2022 saylı qətnaməsindən istifadə olunmuşdur. Bu da son nəticədə kassasiya şikayətini tərtib edən vəkilin maddi hüquq normasını düzgün təsfir etməməsi ilə nəticələnmişdir.

81. Müqavilənin 5.1 və 5.2-ci bəndlərində nəzərdə tutulanlar podratçının icra etdiyi işlərin təhvil verilməsi, təhvil-təslim aktlarının imzalanması ilə əlaqədar tərəflər arasında yaranan münasibətləri tənzimləyir. İşin materialları ilə sübut olunur ki, iddiaçı tərəf müvafiq sənədləri, o cümlədən görülmüş iş ilə bağlı elektron qaimələri cavabdehə göndərmişdir. Belə halda cavabdeh ya işi qəbul etməli, ya iddiaçı tərəflə birlikdə görülmüş işin yoxlanılmasını həyata keçirməli, ya da rəsmi şəkildə qüsurlarla bağlı iradlarını bizə bild irməli idi. Lakin bunların heç birini yerinə yetirməyən cavabdeh, görülmüş işə görə pulu ödəməkdən yayınmaq yolunu seçmiş və hələ də müqavilə şərtlərini və qanunun normalarının tələblərini pozmaqda davam etməkdədir.

82. Kasasiya şikayətində tərəflər arasında bağlanmış 1708 saylı, 1721 saylı podrat müqavilələrinə və 1713 saylı “İşlərin görülməsi barədə müqavilə”yə istinad edən cavabdeh kassasiya şikayətində daha bir faktı məhkəməyə yanlış təqdim etməklə həqiqətləri gizlətməyə çalışır. Belə ki, tərəflər arasında bağlanmış 3 müqavilənin yalnız ikisində 3.2 və 5.1-ci bəndləri mövcud olsa da, 1713 saylı “İşlərin görülməsi barədə müqavilə”də 3.2 və 5.1-ci bəndlər mövcud deyil, həmin müqavilə iddiaçının görülmüş işləri təhvil-təslim aktı əsasında sifarişçiyə təhvil verilməsini nəzərdə tutmur. Bel ə olan halda həmin müqavilə üzrə görülmüş işlərin təhvil-təslim aktı əsasında təhvil verilməsinin tələb olunmasının heç bir hüquqi əsası yoxdur.

83. Tərəflər arasında bağlanmış müqavilələrdə də qeyd olunduğu kimi, iddiaçı suya qarşı izolyasiya işlərini yerinə yetirir. Bu işlər torpaqdan binanın bünövrəsinin suyun təsirinə məruz qalmasının qarşısını alır. İddiaçı işi bitirdikdən sonra binanın bünövrəsi armaturla toxunaraq betonlanır. Armatur və betonlama işlərini isə iddiaçı deyil, sifarişçi özü yerinə yetirir. İzolyasiya işlərini apardığımız yerlərdə artıq binalar ucalmışdır. Əgər iddiaçı izolyasiya işlərini yerinə yetirməmişdirsə, onda cavabdehin həmin yerə necə və nə üçün armatur hörüb, beton töküb və binalar ucaltması sual olunur. Həmin binaların bünövrəsini ya iddiaçı, ya cavabdeh, y a başqa bir şirkət izolyasiya etməli idi. Cavabdeh nə özünün, nə də başqa şirkətin həmin yerdə izolyasiya işləri aparması barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Əslində iddiaçının həmin işləri yerinə yetirmədiyi də iddia edilmir. Sadəcə dəlil ondan ibarətdir ki, görülmüş işlər barədə təhvil-təslim aktları yoxdur. Ona görə həmin dəlillər əsassız hesab edilməlidir.

84. Müqavilənin 3.2-ci bəndində qeyd olunanlardan heç biri podratçının yerinə yetirməli olduğu hərəkətlər deyil, həmin bənddə nəzərdə tutulan hərəkətləri məhz sifarişçi, yəni cavabdeh yerinə yetirilməlidir. Belə ki, istinad olunan müddəalar, yalnız sifarişçinin görməli, yerinə yetirməli olduğu hərəkətləri nəzərdə tutur. Cavabdeh özü həmin hərəkətləri yerinə yetirməmişdir. Cavabdeh həmin hərəkətləri yerinə yetirmədiyinə gör ə iddia ilə məhkəməyə müraciət edilmişdir. Beləliklə, kassasiya şikayətində müqavilənin həmin bəndinə istinad olunması da əsassızdır. Həmin bənd iddianın təmini üçün əsas kimi çıxış edə bilər.

85. Kassasiya şikayətində MM-in 767.2-ci maddəsinə nə üçün istinad edilməsi anlaşılmır. 2018-ci ildən bəri tərəflər müqavilə əsasında müəyyən işlər görmüş, görülən işlərə görə podratçıya haqq ödənilmiş, tərəflər arasında mübahisəyə bir dəfə birinci instansiya, iki dəfə apellyasiya, bir dəfə Ali Məhkəmənin Kommersiya Kollegiyasında baxılmış, heç vaxt podratçı sifarişçinin materiallarından yanlış istifadə etməsi ilə bağlı mübahisə qaldırılmamış və materiallarla bağlı mübahisə məhkəmə baxışının predmeti olmamışdır.

86. Kassasiya şikayətində cavabdeh tərəfin MPM-in 14.1-ci maddəsinə istinad etməsi heç bi r əsasa malik deyildir. Sonuncu apellyasiya məhkəməsində cavabdeh tərəfə zəruri hesab etdiyi sübutları təqdim etməyə yenə də imkan yaradılaraq, işə baxılması təxirə salınmış, lakin cavabdeh heç bir sübut təqdim etməmiş, nə də vəsatətlə məhkəməyə müraciət etməmişdir. Kassasiya şikayətinin həmin bölməsində apellyasiya instansiya məhkəməsinin müqavilə üzrə işlərin lazımi keyfiyyətdə və həcmdə yerinə yetirilib-yetirilməməsini araşdırmamasına, xüsusi biliyə malik ekspertin dəvət olunmamasına istinad edilmişdir. Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar iddiaçı qeyd edir ki, “müqavilə üzrə işlərin lazımi keyfiyyətdə və həcmdə yerinə yetirilibyetirilməməsini araşdırmaması” üçün ilkin tələb olunan sifarişçinin vaxtında tərtib etdiyi sənədlər, qüsur aktı çıxış etməlidir.

87. Sifarişçi tərəfin dən görülmüş işlərin keyfiyyətsiz olması, qüsurların mövcudluğu və ya işin yerinə yetirilməməsi ilə bağlı irad daxil olmamış, sifarişçi podrat müqaviləsini ləğv etməmiş, dayandırmamış, qüsur aşkar etməmiş, əlavə icra tələb etməmiş, qüsuru özü aradan qaldırmaq barədə heç bir sənəd təqdim etməmişdir. Belə olan halda işlərin keyfiyyətsiz görülməsi və ya tam yerinə yetirilməməsi barədə dəlil əsassızdır və apellyasiya instansiyası məhkəməsi də məhz qeyd olunanlara əsaslanaraq apellyasiya şikayətini təmin etməmişdir.

88. İş üzrə ekspertin dəvət olunması ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində həmin məsələ tərəflərin iştirakı ilə müzakirə olunmuş, tərəflər bünövrə işləri görüldükdən sonra həmin yerdə artıq binanın ucaldığını və ekspertizanın keçirilməsinin mümkün olmamasını bildirmişlər. Ona görə də birinci instansiya məhkəməsi ekspertiza keçirilməsini məqsədə müvafiq hesab etməmişdir. Cavabdeh tərəf özü ekspertizanın keçirilməsindən imtina etdiyinə görə kassasiya şikayətinin həmin dəlili də əsassızdır.

89. Kassasiya şikayətində MPM-in 78.2 və 88-ci maddələrinə də istinad olunmuş və göstərilmişdir ki, guya məhkəmə iclasında cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə müraciət edilmiş və sübutu əldə edə bilmədiklərinə görə məhkəmədən sorğu verilməsini xahiş etmiş, lakin vəsatətləri təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsində cavabdeh belə bir vəsatətlə məhkəməyə müraciət etməmişdir. Axırıncı apellyasiya məhkəməsindən əvvəl birinci, apellyasiya və kassasiya instansiyasında işə baxılmış və cavabdeh vəkil sorğularına cavab ala bilməd iyi ilə əlaqədar məhkəmə qarşısında vəsatət qaldırmamışdır. Ona görə də cavabdehin sübutu birinci instansiya məhkəməsində təqdim etmək imkanında olmamasını təsdiq edən heç bir sübut olmadığına görə onun dəlili əsassız hesab olunmalıdır.

90. Bununla belə iddiaçı belə bir sənədin, yəni iddiaçı ilə “Pasha Construction LLC” arasında müqavilənin mövcudluğunu inkar etmir. “Pasha Construction LLC” ilə iddiaçının bağladığı müqavilə üzrə iddiaçının gördüyü iş, Cavabdeh MMC ilə iddiaçının bağladığı müqavilə əsasında iddiaçının gördüyü iş eyni ərazidə olsa da, müxtəlif yerlərdədir, yəni eyni ərazinin müxtəlif hissələrini təşkil edir. Onların biri-biri ilə bağlılığı yoxdur. Sadəcə cavabdeh iddiaçının “Pasha Construction LLC” ilə müqavilə bağladığı barədə məlumat əldə etdikdən sonra bundan istifadə edi b özü üçün sübut əldə etmək istəyir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

91. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

92. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

93. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün i şin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

94. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.” “Maddə

756. Sifarişçinin zərərin əvəzini ödəmək vəzifəsi 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur....” “Maddə

759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.” “Maddə

770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyy ənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.”

95. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli Qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “... tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliy yət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.”

96. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarının müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “... Belə ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, də lilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.”

97. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

98. Məh kəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 99. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı). 100.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

101. Belə ki, kassasiya şikayətinin dəlillərində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini 181.138,02 manat borcun tutulması hissəsində mübahisələndirərək, həmin dəyərdə işin görülməsinin təhvil-təslim aktı ilə təsdiq edilməməsinə istinad edir. Qeyd olunmalıdır ki, işə birinci dəfə apellyasiya qaydasında baxılarkən, apellyasiya instansiyası məhkəməsi də eyni əsaslardan çıxış edərək, iddianı həmin hissədə təmin etməmişdir.

102. Kassasiya instansiyası məhkəməsində birinci icraat zamanı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilərək göstərilmişdir ki, iddiaçının müqavilə üzrə qeyd olunan dəyərdə işləri görmədiyi halda, işə məhkəmədə baxılarkən cavabdehin iddiaçıya ödənilməmiş borc məbləğinin 420.000 manat məbləğində olmasına dair borcun faktiki etirafı barədə müəssisələrin rəsmi möhürləri və rəhbərlərinin imzaları ilə təsdiq olunmuş 2021-ci il 25 iyun tarixli sazişin tə rtib edilmə səbəblərinə aydınlıq gətirilməsi zərurdir.

103. İşə yenidən apellyasiya qaydasında baxılarkən, cavabdeh tərəfindən həmin etirafın mötəbərliyini şübhə altına alan, eləcə də mövcudluğunu təkzib edən sübutlar və zəruri əsaslandırmalar təqdim olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən borc məbləğinin 420.000 manat olması etiraf edilmişdir.

104. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri işə yenidən apellyasiya qaydasında baxılarkən işin materialları ilə təkzib olunduğundan, həmin dəlillər iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 105.Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması, həmçinin kassasiya instansiyası məhkəməsinin iş üzrə qərarında qeyd olun an göstərişlərə əməl olunmamasına dair dəlillərinə gəldikdə, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1).

106. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəfləri n təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Tərəflərin çəkişməli prosesdə iştirak dərəcəsi onların öz iradələrindən asılıdır.

107. Baxılan işin materiallarından göründüyü kimi, işə yenidən apellyasiya qaydasında baxılarkən, cavabdeh tərəfindən çəkişmə prinsipinin tələblərinə uyğun olaraq, hazırda kassasiya şikayətinin § 77-də göstərilən məsələlərlə bağlı müvafiq sorğuların verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə müraciət olunmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin baxılmasının əlavə sübutların təqdim olunması üçün iki dəfə təxirə salınmasına baxmayaraq, prosessual qanunvericiliyin verdiyi və məhkəmə tərəfindən yaradılmış imkanlardan istifadə edilərək mötəbər sübutlar və vəsatətlər məhkəməyə təqdim edilməmişdir.

108. Məh kəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər nəzərə alınaraq, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış və hüquqi qiymət verilmişdir.

109. Hazırki işə məhkəmədə baxıldığı müddətdə cavabdeh tərəfindən iddiaçıya olan borcun bir hissəsinin ödənilməsinə gəldikdə (bax yuxarıda § 77) qeyd olunmalıdır ki, iddia olunan borcun müəyyən hissəsinin məhkəmə araşdırması müddətində cavabdeh tərəfindən ödənilməsi, məhkəmə qətnaməsinin yuxarı instansiya məhkəməsi tərəfindən ləğvi üçün əsas təşkil etmir. Cavabdeh bu barədə zəruri sənədləri müvafiq hesablaşmalar zamanı nəzərə alınması üçün məhkəmə qərarın ın icrası mərhələsində icra qurumuna təqdim edə bilər. 110.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

111. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 noyabr tarixli 2-2(103)-875/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: E.R.Vəliyeva Ə.M.Xıdırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar